Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-358/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlunun (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmanın qanunsuz hesab edilməsi və vəsaitin geri qaytarılması tələbinə dair” inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1232/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun pensiyasından tutulan 95 manat pulun dayandırılması və 866,14 manat pulun geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə şəhəri, Məhsəti küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşayır. 02 iyun 2014-cü il tarixdə Fövqəladə Hallar Nazirliyində xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq 26 il xidmət ili olmaqla 80%-lə təqaüdə çıxmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı 2023-cü ilin avqust ayında pensiyasından 139 manat pulunu azaldaraq bildirmişdilər ki, ona 3767.91 manat artıq pul hesablanıb. İddiaçı qeyd edir ki, cavabdeh heç bir əsas olmadan və heç bir inzibati akt qəbul etmədən əsassız olaraq xx.xx.2023-cü il tarixdən 30 iyun 2024-cü il tarixinədək 10 ay ərzində 866.14 manat məhkəmənin qərarı olmadan iddiaçıdan pul tutulmuşdur. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbini dəqiqləşdirərək xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək pensiyasından tutulan 866,14 manat pulun qanunsuz hesab edilməsi və vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 07 aprel 2025-ci tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1232/2025 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək pensiyasından tutulan 866,14 (səkkiz yüz altmış altı manat on dörd qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1232/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsində baxılaraq onun xeyrinə 866 manat 14 qəpik pulun ödənilməsi qərarı çıxarılmışdır. İddiasında göstərilən 866 manat 14 qəpik pulun ödənilməsindən imtina edir. Odur ki, işə onun iştirakı olmadan baxılaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddiadan imtina barədə ərizədə göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, iddiadan imtina barədə ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası təqdim olunmuş ərizəni nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının iddiadan imtina etməsi barədə ərizəsi qəbul edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci madəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı tələbindən imtina etmiş və onun iddia tələbindən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İddiaçının iddia tələbindən imtina etməsi barədə ərizəsinin qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırkı tələblə bağlı yenidən məhkəmə müraciət edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtina etməsinə dair ərizəsi qəbul edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1232/2025 saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-358/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-358/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver