Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-359/2025 09.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-325/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyasının yenidən hesablanması ilə əlaqədar etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-278415/2023 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, ona Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 16 iyun 2006-cı il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişinin 31 avqust 2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılmaqla yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 750,00 manat, qulluq stajına görə əlavəsi 171,90 manat olmaqla orta aylıq əmək haqqı 921,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 7 ay 21 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (921,90 manat) 80 faizi- 737,52 manat məbləğində hesablanıb. Bununla əlaqədar 15 il 7 ay 21 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 51,75 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 825,00 manat, qulluq stajına görə əlavə 189,09 manat olmaqla orta aylıq əməkhaqqı 1014,09 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (921,90 manat) ilə 1 mart 2018- ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1014,09 manat) arasındakı fərq məbləğinin (92,19 manat) 51,75 faizi- 47,71 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyası (737,52 manat) üzərinə əlavə olunmaqla pensiya 785,23 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1240,00 manat, qulluq stajına görə əlavəsi 284,21 manat olmaqla orta aylıq əmək haqqı 1524,21 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1014,09 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1524,21 manat) arasındakı fərq məbləğinin (510,12 manat) 51,75 faizi- 263,99 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (785,23 manat) üzərinə əlavə olunmaqla 1049,22 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1219,67 manat ödənilib. Buna görə də, iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 4778,10 manat artıq pul vəsaiti ödənilib. Bundan başqa, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023- cü il tarixindən 1323,80 manat əmək pensiyası ödənilməli olduğu halda, xx.xx.2023- xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 1538,86 manat ödənilib. Buna görə də, ona yuxarıda qeyd olunan dövr ərzində 2150,60 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, ona xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 6928,70 (4778,10+2150,60) manat artıq pul vəsaiti ödənilib. Həmçinin ona 2022-ci il üçün maddi yardım üzrə 204,60 manat artıq pul vəsaiti ödənilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyasının 1323,80 manat məbləğində aşağıdakı tərkibdən ibarət olduğu müəyyən edilib: -əmək pensiyasının sığorta hissəsi-316,38 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-887,07 manat; -maddi yardım-120,35 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən “Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 10731,69 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, sonuncu dəfə işdən azad olunduğu (18 dekabr 2015-ci il) tarixədək topladığı sığorta kapitalı sonrakı illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 10731,69 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (10731,69:72=149,05 manat) əmək pensiyanın sığorta hissəsinin (316,38 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 465,43 (316,38+149,05) manat müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (887,07 manat) həmin artım qədər (149,05 manat) azaldılıb. Nəticədə, əmək pensiyanın sığorta hissəsi 465,43 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 738,02 (887,07-149,05) manat və Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə-120,35 manat təşkil edib.
İşdə olan sənədlər:
2. 12912265 nömrəli partiya biletindən görünür ki, İddiaçı 11.1973-cü ildən 02.1990cı ilədək əmək haqqı ödənilmişdir.
3. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-16447/2023 nömrəli qərarına əsasən, İddiaçı 1538 manat 86 qəpik pensiya məbləği 1323 manat 80 qəpik məbləğinə, xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-1443/2024 nömrəli qərarına əsasən isə 1323 manat 80 qəpik pensiya məbləği 1415 manat 05 qəpik məbləğinə hesablanmışdır.
4. X2 xx.xx.2025-ci il tarixli, 9-3/2-213/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1973-1975-ci illərdə Ermənistan azad partiya təşkilatında iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda Ermənistan SSR-nin dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bununla belə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bölməsinin 3-cü hissəsində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində mövcud olmuş katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması aparılmışdır. 1975- 1979-cu illərdə Bakı Ali Partiya məktəbində təhsil müddətilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2002ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 7-ci hissəsinə əsasən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət dövlət qulluğu stajına daxil edilir. Yuxarıda qeyd edilən müddəadan da göründüyü kimi dövlət qulluqçusunun təhsil aldığı müddətin dövlət qulluğu stajına daxil edilməsi onun dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması halı ilə şərtləndirilmişdir. Qeyd edilənlərə əsasən vətəndaşın 1975-1979-cu illərdə Bakı Ali Partiya məktəbində təhsil aldığı müddət ərzində dövlət qulluğu vəzifəsi və əmək haqqı saxlanılmışdırsa həmin dövr dövlət qulluğunda qulluq stajına daxil edilə bilər.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun əmək kitabçasında qeydiyyatı aparılmış xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Ermənistanda X3 katibi işlədiyi dövrü və xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Ali Partiya məktəbində təhsil müddətini dövlət quluğu iş stajına daxil edilməsi, xx.xx.2023-cü il tarixdən fərdi hesabında toplanmış, istifadə olunmamış 15830,44 manat pensiya kapitalını 72-yə bölərək, alınan 219,50 manat məbləğ pensiyasının qulluq stajına əlavəsi azaldılmamaqla mövcud 1538,86 manat pensiya məbləğinə əlavə etməklə xx.xx.2023-cü il tarixdən 1758,36 manat məbləğində hesablanılması vəzifəsinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1944-cü il tarixdə doğulmuşdur. xx.xx.1973-cü il tarixdən 26.03,.1996-cı il tarixədək müxtəlif dövlət qulluğu vəzifələrində işləmişdir. Dövlət qulluğunda son iş yeri Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsi olub. Dövlət qulluğunda iş stajı 21 il 03 ay 14 gündür. 62 yaşı tamam olduğu xx.xx.2006-cı il tarixdən ona yaşa görə əmək pensiyası təyin olunub, xx.xx.2023-cü il tarixədək də heç bir problem olmadan fasiləsiz həmin pensiyanı almışdır. Eyni zamanda qeyri-dövlət vəzifələrində xx.xx.2015-ci il tarixədək işləmişdir. 1 yanvar 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsi ləğv edildiyindən xeyrinə yararlanmaq məqsədi ilə cavabdehə ilk dəfə olaraq xx.xx.2023-cüil tarixdə müraciət etmişdir ki, fərdi hesabında olan kapitalına əsasən pensiyası yenidən hesablansın. Lakin ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edildiyi bildirilmiş, müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 13 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur. Deyilən vaxtda cavabdehin göstərdiyi ünvanda olmuş, onun iştirakı ilə yenidən araşdırma aparılmışdır. Cavabdeh vaxtı ilə onun iş stajına qəbul edilmiş xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Ermənistanda X3 katibi və xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Ali Partiya məktəbində təhsil dövrünü iş stajına hesablamamışdır ki, bu zaman onun dövlət qulluğunda iş stajı 5 il 07 ay 23 gün, əmək pensiyasının məbləği isə ayda 215,0 manat azalır. Həmin illərin iş stajına qəbul etməmə səbəbi isə çox gülüncdür: Ermənistanda işləmiş, Ermənistandan Partiya məktəbinə göndərilmişdir. Onun xx.xx.2023cü il tarixdəki müraciətinin məqsədi fərdi hesabında yığılmış və istifadə olunmamış pensiya kapitalından xeyrinə istifadə etmək olmuşdur. Cavabdeh dövlət qulluğunda iş stajını hesaba almamaqla yanaşı, fərdi hesabında olan kapitala görə də pensiyasında da artım etməmişdir. Qəbulda olarkən o da məlum olmuşdur ki, onun işdən azad olunduğu xx.xx.2015-ci il tarixdə fərdi hesabında olan pensiya kapitalı gözlənilən pensiya müddəti aylarının sayına bölünməklə pensiyanın sığorta hissəsinə əlavə edilmiş və bu zaman qulluq stajına əlavədən artım qədər azaldılmışdır.Ona görə də pensiyanın məbləğində dəyişiklik edilməmişdir. Səbəb kimi xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş “Əmək pensiyası haqqında” Qanunun 29.2-ci maddəsinə istinad edilir, qulluq stajına görə əlavə almaq hüququ olan əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən, pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azadıldığını göstərirlər.
7. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1973xx.xx.1975-ci il tarixədək Ermənistanda X3 katibi işlədiyi illərin və xx.xx.1975-xx.xx.1979cü tarixədək Bakı Ali Partiya məktəbində təhsil müddətinin dövlət qulluğunda iş stajına qəbul edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-325/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən cavabdeh orqanın üzərinə iddiaçının xx.xx.1973-xx.xx.1975-ci il tarixədək Ermənistanda X3 katibi işlədiyi illərin və xx.xx.1975xx.xx.1979-cü tarixədək Bakı Ali Partiya məktəbində təhsil müddətinin dövlət qulluğunda iş stajına qəbul edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi qoyulmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətinin məzmunu xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q- 278415/2023 nömrəli imtina məktubu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, 1973-1975-ci illərdə Ermənistan Azad Partiya Təşkilatında iş müddəti müvafiq siyahıda olmadığından, təhsil müddəti isə dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması barədə məlumat mövcud olmadığından dövlət qulluğu stajına daxil edilməməlidir. Bundan başqa şikayətdə iddiaçının hazırki tələblə cavabdehə ilkin müraciətinin olmadığı, iddia tələbinin dəiqləşdirilməsinə dair ərizədə qeyd edilən tələbin mümkünlük şərtlərinin məhkəmə tərəfindən araşdırılmadığı bildirilmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, o, 1973-cü ilin noyabr ayından 1990-ci ilin fevral ayına kimi partiyada işləmiş və buna dair partiya biletində qeydlər aparılmışdır. Bundan başqa 1973-1975-ci illərdə Ermənistan Azad Partiya Təşkilatında işləmiş, daha sonra xx.xx.1975-xx.xx.1979-cü tarixədək Bakı Ali Partiya məktəbində aylıq əmək haqqısı saxlanılmaqla təhsil almışdır. Odur ki, qeyd olunan halların nəzərə alınmasını xahiş edir.
Tətbiq edilən hüquq:
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 23.1.Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 26.3. (1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiya) 2017-ci il iyulun 1dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 №li Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Siyahısı": 1.6. Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında: 1.6. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: birinci katib-əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini ikinci katib, katib- yerli icra hakimiyyəti başçısının müavini şöbə müdiri, partiya nəzarəti komissiyasının sədri- bölmə rəhbəri partiya nəzarəti komissiyası sədrinin müavini, birinci katibin köməkçisi- bölmə rəhbərinin müavini sektor müdiri, katibin köməkçisi- sektor müdiri instruktor- böyük məsləhətçi
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 121№-li Qərarı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 547; 2008, № 1, maddə 38, № 9, maddə 854; 2009, № 4, maddə 285; 2012, №1, maddə 37) ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın İ bölməsinə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
3. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində:
3. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış)- böyük məsləhətçi
18. "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”:
7. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət;
9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
20. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, məhkəmə tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edildiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Qeyd edilməlidir ki, Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur.
23. “Əmək pensiyaları haqqında” Qanunun preambulasında həmin Qanunun tənzimlədiyi münasibətlərin dairəsi, növü, həcmi müəyyənləşdirilmişdir. Preambulada qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.
24. Göründüyü kimi, Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını), həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir.
25. İş materiallarında olan sənədlərə əsasən iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixdən “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsi ləğv edildikdən sonra o, fərdi hesabında olan kapitalına əsasən pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən ona artıq pensiya məbləğinin ödənildiyi bildirilərək xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-278415/2023 nömrəli məktubla müraciətinin müsbət həllindən imtina edilmişdir.
26. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli , 3-17-1/2- 3083/2025 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 16 iyun 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. İddiaçı dövlət qulluğu stajı 15 il 7 ay 21 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı Ermənistan Sovet Sosialist Respublikasında işlədiyin vəzifələr nəzərdə tutulmamışdır. Bu səbəbdən də məktubunuzda qeyd etdiyiniz dövrü (xx.xx.1973-xx.xx.1975-ci il tarixləri arasındakı dövr) İddiaçı dövlət qulluğu stajına daxil etmək (qanunvericiliyin tələbləri baxımından) mümkün deyil. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 7-ci bəndinin altıncı abzasına əsasən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət onun dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. Bu səbəbdən də, adıçəkilən şəxsin 1975-ci ilin sentyabr ayından 1979-cu ilin iyun ayınadək Bakı Ali Partiya Məktəbində təhsil aldığı dövr dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də adıçəkilən şəxsin artıqödəməsi 31 avqust 2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılıb (İş.v 158-160).
27. Qeyd olunan məktuba əlavə edilmiş məlumatdan görünür ki, əmək pensiyasının yenidən hesablanması aparılmış, pensiya məbləğinin azalması həyata keçirilmiş, azalmanın səbəbi- Amasya RKKP və Bakı şəhər Ali Partiya Məktəbi dövrlərinin (xx.xx.1973-xx.xx.1975, xx.xx.1975-xx.xx.1979) götürülməməsi qeyd edilmişdir.
28. Göründüyü kimi, iddiaçıya ilkin yaşa görə əmək pensiyası təyin edilən zaman mübahisəli illər nəzərə alınmış, sonradan yenidən hesablama zamanı həmin illər nəzərə alınmadığından artıq ödəmənin olması müəyyən edilmiş, pensiya məbləğində azalma olmuşdur.
29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, qanunverici inzibati orqana səlahiyyətinə aid məsələ üzrə əvvəlki qərarının düzgünlüyünü, əsaslılığını yenidən yoxlamaq, qanunsuz olduğu halda ləğv etmək imkanını tanımışdır, lakin bu imkan da müəyyən edilmiş prosessual qaydalara tabedir.
30. Yəni, cavabdeh orqan iddiaçıya əvvəllər pensiya təyinatı apardığı qərarın əsaslılığına şübhə doğuran halları aşkar etdiyi təqdirdə, həmin qərarın qanunsuzluğunu aşkara çıxaran zaman inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə bu barədə icraat başlamalı, iddiaçının iştirakını təmin edərək, onun mülahizələrini dinləməli, onun sübutlar təqdim etməsinə şərait yaratmalı, zəruri hallarda özü əlavə sübutlar toplamalı, yekunda inzibati akt qəbul etməlidir. Lakin hazırkı iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan inzibati icraat aparmamış, iddiaçının dinlənilməsini təmin etməmiş, ona sübutlar təqdim etmə imkanı yaratmamış, pensiya təyinatı barədə qüvvədə olan qərarı ləğv etməmiş, yalnız əmək yenidən hesablanmasına dair qərar qəbul etməklə ilkn pensiya təyini zamanı nəzərə alınan dövrlərin götürülməməsinə dair qərar qəbul etmiş, bununla da artıq ödəmə müəyyən olunmuşdur.
31. “İnzibati icraat haqqında” Qanunda inzibati aktın qəbul edilməsi zamanı müvafiq prosedur müəyyən etmişdir. Belə ki, Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
32. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
33. Sadalanan normalardan göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsi).
35. Nəzərə almaq lazımdır ki, şəxsə əmək pensiyasının (mübahisələndirilən illər nəzərə alınmaqla) cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
36. Göründüyü kimi, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
37. Hazırki işin hallarından görünən odur ki, cavabdeh inzibati orqan pensiyanın yenidən hesablanmasına dair qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və apellyasiya şikayətində hansı hallara görə iddiaçıya ilkin pensiya təyinatını nəzərdə tutan qərarın qanunsuz olmasını və həmin halların məhz 1 (bir) il müddətində ona məlum olmamasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır.
38. İddiaçının pensiya işində və cavabdehin dəlillərində mübahisələndirilən illərin nəzərə alınmamasına dair dəlillərin cavabdeh inzibati orqana pensiyanın yenidən hesablanması barədə qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olması haqqında hər hansı məlumat olması müəyyən edilməmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərindən göründüyü kimi cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddət axımının başlanması buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirilir.
40. Məhkəmə tərkibi onu da qeyd edir ki, “Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür”.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.
42. Göründüyü kimi, yoxlamalar aparmaq və bu əsasla əmək pensiyasının yenidən hesablanması səlahiyyəti qanunvericilik tərəfindən cavabdeh orqana tanınsa da, sonuncu bu yoxlamaları lazımi qaydada aparmamış və iddiaçının öz xeyrinə dəyişiklik edilməsi ilə əlaqədar etdiyi müraciətindən sonra onun barəsində əlverişsiz inzibati akt qəbul etmişdir.
43. Cavabdeh mübahisələndirilən illərin düzgün nəzərə alınmamasını nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır.
44. Beləliklə, əmək pensiyasının düzgün təyin edilmədiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər nəzərə alınan illərin çıxılması qanuni sayıla bilməz.
45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının ilkin tələbi “artım qədər azalmamaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuş, icraat zamanı həmin hissədə tələb cavabdeh orqan tərəfindən məhkəmədənkənar qaydada təmin edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-1443/2024 nömrəli qərarıa əsasən iddiaçının 1323 manat 80 qəpik pensiya məbləği 1415 manat 05 qəpik məbləğinə hesablanmışdır.
46. Buna baxmayaraq, cavabdeh orqan apellyasiya şikayətinin dəlillərindən biri kimi həmin halı qeyd etmiş, iddia tələbinin mümkünlük şərtlərini mübahisələndirmişdir. Qeyd olunan dəlilə münasibətdə məhkəmə tərkibi bildirir ki, iddiaçıya ilkin pensiya təyini zamanı hazırda mübahisələndirilən illər nəzərə alınmış, pensiya məbləğində azalma olduğundan iddiaçı əvvəl inzibati orqana daha sonra eyni tələblə məhkəməyə müraciət etmişdir.
47. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədə İddiaçı Ermənistan SSRdə X3 katibi işlədiyi və Bakı Ali Partiya məktəbində təhsil aldığı illərin iş stajına hesablanmamasına etiraz etdiyini bildirmiş, pensiyasının azaldılmasına və pensiyadan tutulmalar aparılmasına etiraz etdiyini bildirmişdir.
48. Bununla yanaşı ümumilikdə 1 ildən çox məhkəmə araşıdırlması aparılmış, cavabdeh orqan həmin müddətdə iddia ərizəsinin mahiyyəti və əsasları ilə tanış olmaqla müvafiq münasibət bildirmişdir.
49. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd olunan dəlilə münasibət bildirərək, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Belə olan halda, apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.
50. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinin təsiri altına düşür. Həmin normanın ikinci bəndi tələb edir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı həmin maddədə nəzərdə tutulan şərt- məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
51. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 №-li Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı"nın 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında mövcud olmuş vəzifələr (birinci katib, ikinci katib, katib, şöbə müdiri, partiya nəzarəti komissiyasının sədri, partiya nəzarəti komissiyasının sədrinin müavini, birinci katibin köməkçisi, sektor müdiri, katibin köməkçisi, instruktor) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyətinin başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında mövcud vəzifələrə (aparatın rəhbəri, aparatın rəhbərinin müavini, bölmə rəhbəri, bölmə rəhbərinin müavini, sektor müdiri, böyük məsləhətçi) uyğunlaşdırılmışdır.
52. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edilməsi haqqında 4 aprel 2017-ci il tarixli Qərarı ilə həmin Siyahının İ bölməsinə 3-cü hissə əlavə edilmişdir. Həmin hissəyə əsasən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib vəzifəsi (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında “böyük məsləhətçi” vəzifəsinə uyğunlaşdırılmışdır.
54. İddiaçının 1975-1979-cu illərdə Bakı Ali Partiya məktəbində təhsil müddətilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 7-ci hissəsinə əsasən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət dövlət qulluğu stajına daxil edilir.
55. Göründüyü kimi dövlət qulluqçusunun təhsil aldığı müddətin dövlət qulluğu stajına daxil edilməsi onun dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması halı ilə şərtləndirilmişdir. İş materiallarına əlavə edilmiş 12912265 nömrəli partiya biletindən görünür ki, İddiaçı 1975-1979-cu illərdə əmək haqqı ödənilmişdir.
56. Odur ki, hazırki iş üzrə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, cavabdehin qərarının və faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-325/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov