Məhkəmə qərarları › İş №2-1(104)-363/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-363/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-363/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı “pasport qeydiyyatında çıxarılma” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 2500/2022 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı ona məxsus mənzildə formal qeydiyyatda olan üçüncü şəxs X2 qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X2 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Qeyd olunan mənzildə üçüncü şəxs qeydiyyatdadır. Üçüncü şəxs onun keçmiş gəlinidir və həmin mənzilə xəbəri olmadan qeydiyyata düşmüşdür. X3 qarşı evdən çıxarılma tələbinə dair Tovuz Rayon Məhkəməsində iddia qaldırmış və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1975/2019 nömrəli qətnaməsinə əsasən iddiası təmin edilmiş, X2 mülkiyyətində olan mənzilindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1975/2019 nömrəli qətnaməsi dəyişdiriləmədən saxlanılmışdır. İddiaçı həmin şəxsin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2500/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, X2 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsaslanaraq, həmçinin qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bundan başqa, üçüncü şəxsin ünvan 1 ünvandan çıxarılması ilə bağlı Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1975/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi var. Məhkəməyə ünvanlanmış teleqramdan da görünür ki, üçüncü şəxs faktiki olaraq ünvan 4 ünvanda yaşayır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X4 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs, Gəncə İnzibati Məhkəməsinin qərarını rəsmi olaraq ilk dəfə 25 fevral 2023-cü il tarixdə almışdır. Belə ki , Gəncə İnzibati Məhkəməsi qərarın ona təkrar göndərməsini qərarı ona göndərilən məktubda qeyd etsədə onun 25 fevral 2023-cü il tarixdən əvvəl qərarı almağı barədə heç bir rəsmi sənəd ola bilməz. Belə ki , o, hal hazırda cavabdehin iddia ərzəsində qeyd edilən ünvünda artıq uzun müddət yaşamır və yaşadığı ünvan Bakı şəhəri , ünvan 5 ünvana qərarın sürətinin göndərilməsi həmin qərarı onun almağı anlamına gəlməz. Məhkəmə qərarında qeyd edir ki , iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxs məhkəməyə teleqramla müraciət edərək, xx.xx.2022-ci il tarixli və hazırki məhkəmə iclaslarını başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəməyə vurulan teleqramlardan məhkəməyə gedə bilməməsinin səbələri qeyd edilmişdir. Məhkəmə qərarında qeyd edilir ki, iddiaçı X7 xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qərarda qeyd edilir ki, Tovuz raon Polis şöbəsinin xx.xx.2022 ci il tarixli, 185-6457ə nömrəli məktubundan məzmunundan görünür ki, görünür ki, iddiaçının müraciətinin təmin edilməməsindən imtina edilmişdir. İddiaçının müraciətinin təmin edilməməsindən imtina alındıqdan 4 ay 5 gün sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət etmə barədə 30 iddia müddəti buraxılmışdır, Məhkəmə qərarda buna hüquqi qiymət verməmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər İş üzrə iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyat keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış və s.) üçün zəruri şərait yaratmaqdan ibarətdir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Maddə 10. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yalnız aşağıdakı hallarda şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: a) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; b) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; v) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; q) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında; ğ) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; d) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanı: 2-ci bəndinə əsasən vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. 2.3-cü və 2.4-cü bəndlərinə əsasən həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Cavabdehnə müraciət etsə də, sonuncu tərəfindən iddiaçının tələbinin icrasından imtina edilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Belə olan halda mülkiyyətçinin və ya əmlak hüququ sahibinin ona məxsus yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxsin həmin yaşayış sahəsində qeydiyyatda qalması əmlak sahibinin mənafeyinə toxunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda üçüncü şəxsin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Hazırda üçüncü şəxs orada yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. Bu isə iddiaçının mülkiyyət hüququna müdaxilə edilməsinə gətirib çıxarır. Ona görə də iddianın təmin edilməsi əsaslıdır. Belə ki, üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək mülkiyyətçinin həmin əmlaka dair qanundan irəli gələn sərəncam hüququnun tərkib hissəsidir. Qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Sadalanan hallardan əlavə kollegiya bunuda qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs X1 rayonu, Əlimərdanlı kəndi, ev 13, mənzil 1 ünvandan çıxarılması ilə bağlı Tovuz Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(062)-1975/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi var. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2500/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar