Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-364/2024 18.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə ona xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-677/2024 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli 423 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı "Hər iki əlin oldu silah yaralanmasından sonrakı vəziyyəti, hər iki əlin falanqalanan oynaq, sol əlin 2-ci barmağının orta 1/3 hissəsi, 3-cü barmağın orta falanqanın aşağı 1/3 hissəsi, sağ əlin 3-cü barmağın orta falanqanın orta 1/3 hissəsi amputasiyadan sonrakı vəziyyəti" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifləri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə qiymətləndirilərək “X1 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 – Bilək və əlin travmaları => S68-Bilək və əlin travmatik amputasiyası => S68.2-Əlin iki və d...; Diaqnozun mətni: Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi) amputasiyası sağ əlin 2 baş və 3 barmağının 1 falanqadan hissəvi ekstikulsiyası sol əlin 1 və 2 barmağın hissəvi amputasiyası. Xr.böy xəs 2 mər. X.b.c 2 dər. hipertenziv ensefalopatiya.əlin baş barmağın hissəvi amputasiyası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək “X1 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 – Bilək və əlin travmaları => S68-Bilək və əlin travmatik amputasiyası => S68.2-Əlin iki və d...; Diaqnozun mətni: Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi) amputasiyası sağ əlin 2 baş və 3 barmağının 1 falanqadan hissəvi ekstikulsiyası sol əlin 1 və 2 barmağın hissəvi amputasiyası. Xr.böy xəs 2 mər. X.b.c 2 dər. hipertenziv ensefalopatiya.Əlin baş barmağın hissəvi amputasiyası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ... səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-in xx.xx.2022-ci il tarixli arayışında İddiaçı diaqnozu “Hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər ikin əlin falanqalanan oynaq, sol əlin İİ barmağının orta falanqasının orta 1/3 hissəsi, İİİ barmağın orta falanqasının aşağı 1/3 hissəsi səviyyəsindən, sağ əlin İİİ barmağının orta falanqasının orta 1/3-dən amputasiyasından sonrakı güdülləri, güdüllərin kənari sümük defektləri, İV barmağın dırnaq falanqasının kənari köhnə sınığı, sümüklərin yayılmış osteoporozu, sağ əlin İ, İİİ, sol əlin İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərinin kontrakturası, daimi ağrı sindromu, funksiyanın pozulması ilə” kimi qeyd edilmişdir. İddiaçı əlillik vəziyyəti Gəncə şəhər Birləşmiş Xəstəxanasının 0452003AAJ46 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək Beynəlxalq Təsnifatı XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması: sağ əlin İ barmağının proksimal İİ-İİİ barmaqların orta falanqadan yuxarı 1/3 səviyyədə, sol əlin İ barmağın proksimal İİ-İİİ barmağının əsas falanqadan yuxarı 1/3 səviyyədən amputasion qüdül. Hər iki ovucun səthində xırda qəlpələr ağrı sindromu. Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə Gəncə şəhər Birləşmiş Xəstəxanasının 0452003AAMLD nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək Beynəlxalq Təsnifatı XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər ikin əlin falanqalanan oynaq, sol əlin İİ barmağının orta falanqasının orta 1/3 hissəsi, İİİ barmağın orta falanqasının aşağı 1/3 hissəsi səviyyəsindən, sağ əlin İİİ barmağının orta falanqasının orta 1/3-dən amputasiyasından sonrakı güdülləri, güdüllərin kənari sümük defektləri, İV barmağın dırnaq falanqasının kənari köhnə sınığı, sümüklərin yayılmış osteoporozu, sağ əlin İ, İİİ, sol əlin İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərinin kontrakturası. Yuxarı ətrafın əzilməsinin və travmatik amputasiyanın nəticələri. Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla törənmiş zədələnmələr. Sol əlin İ, İİ, İİİ barmağının, sağ əlin İ, İİİ barmağının dırnaq falanqasının amputasion güdülü. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və həmin tarixdə Tibbi-Sosial Ekspertiza Komissiyasının diaqnoz əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərar qəbul etmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-258092/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1997- ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, İddiaçı əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixdən etibarən 2-ci qrup əlilliyinin dayandırılması barədə qərarının ləğv edilərək həmin 01 yanvar 2023-cü il tarixdən 2-ci qrup əlilliyinin bərpa edilməsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət keçərkən hər iki əlinin barmaqları sıradan çıxmışdır. X4 adına Gəncə şəhər Təcili və X3 Xəstəxanasında aldığı xəsarətlərlə bağlı müalicə götürəndən sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında iki ay müalicə götürəndən sonra ona xx.xx.1995-ci il tarixli 1093 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə göstərilmişdir ki, hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər iki əlin falanqalanan oynaq, sol əlin 2-ci barmağının orta 1/3 hissəsi, 3-cü barmağın orta falanqanın aşağı 1/3 hissəsi, sağ əlin 3-cü barmağın orta falanqanın orta 1/3 hissəsi amputasiyadan sonrakı vəziyyəti diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bir neçə ay müalicə götürəndən sonra ona xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə göstərilmişdir ki, xəstəliyin hərbi xidmət dövründə alındığı, hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız olduğu göstərilmişdir. O, xx.xx.1995-ci il tarixdə tibbi komissiyada müayinədən keçəndən sonra ona 3-cü qrup əlillik verilmiş və pensiya təyin edilmişdir. 3-cü qrup əlillik pensiyasını xx.xx.2016-cı il tarixədək almışdır. xx.xx.2016-cı il tarixdə tibbi komissiyada müayinədən keçəndən sonra ona 2-ci qrup əlillik verilmiş və pensiya təyin edilmişdir. 2-ci qrup əlillik pensiyasını 2021-ci ilin may ayınadək almışdır. Cavabdeh orqanın ona göndərdiyi məktubu 29 avqust 2023-cü ildə almışdır. Həmin məktubu aldıqdan sonra ona aydın olmuşdur ki, cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya Agentliyi onun iştirakı ilə keçirdiyi yoxlamadan sonra 2-ci qrup əlilliyinin ləğv edilməsinə dair xx.xx.2022-ci ildə qərar etmişdir. 2021-ci ilin may ayından bu günə kimi ona pensiya ödənilmir. O, xəstəliyi ilə əlaqədar heç bir saxta sənəd təqdim etməmişdir. Bildirir ki, işləmir, maddi vəziyyəti aşağı səviyyədədir. Lakin ona pensiyanın verilməməsi onun maddi vəziyyətini çətinləşdirir, səhhətində olan problemləri aradan qaldırılmaq üçün çoxlu sayda tibbi ləvazimatları əldə edə bilmir. O, cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. İmtina onun qanuni hüquqlarını pozur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-677/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən İİİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz aralığında müddətsiz pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş “Hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər ikin əlin falanqalanan oynaq, sol əlin İİ barmağının orta falanqasının orta 1/3 hissəsi, İİİ barmağın orta falanqasının aşağı 1/3 hissəsi səviyyəsindən, sağ əlin İİİ barmağının orta falanqasının orta 1/3-dən amputasiyasından sonrakı güdülləri, güdüllərin kənari sümük defektləri, İV barmağın dırnaq falanqasının kənari köhnə sınığı, sümüklərin yayılmış osteoporozu, sağ əlin İ, İİİ, sol əlin İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərinin kontrakturası, daimi ağrı sindromu, funksiyanın pozulması ilə” xəstəliyinin qiymətləndirməsi iddiaçının orqanizminin funksiyalarının pozulması faizi 31-60 faiz aralığındadır (40%) və bu da iddiaçıya müddətsiz İİİ dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Məhkəmə bu zaman iddiaçının xəstəliyinin (zədənin) 1995-ci ildən yaranmasını, xəstəliyin gedişatının xroniki, vəziyyətinin isə orta ağır olması halını, xəstəliyinin ağırlaşmalarını - hərəkətsizliklə bağlı osteoporoz yaranmasını, əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar faəliyyətinin məhdudlaşması, özünə xidmət zamanı köməyə ehtiyacın olmasını da nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli 423 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırkı tələbində müddətsiz İİİ dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsini tələb etsə də, onun əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmişdir. Ona görə həmin hissədə iddia qismən təmin edilməli, ona əlillik xx.xx.2022-ci il tarixdən təyin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək xx.xx.2024-cü il tarixli, 2-1(114)-677/2024 saylı qərarın ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən halları ilə razılaşmır və eyni zamanda məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə vəsatətlə müraciət edilməsinə baxmayaraq əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilməmiş, iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər hansı bir bəndini aid etmək mümkün olmadı. Cavab olaraq bildirmək istəyir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə sənədlərlə Diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də şəxsdəki patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin nıüəyyən olunması meyarları"nda maddələrdən birini aid etmək mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 13.3.16. bəndinə əsasən, baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər 50 faiz olmaqla müddətsiz müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin 3.1.2-ci bəndinə əsaslanmaqla iddiaçıya üçüncü dərəcə əlilliyin təyin olunmasında və Əlilliyin müəyyən olunması meyarlarına əlavədə göstərilən bəndlərə istinad etməkdə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin: 3.1.3-cü bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Yuxarıda qeyd olunan normanın tələbindən görünür ki, orqanizmin funksiyalarının 31-60 faiz aralığında pozulması birinci dərəcə əlilliyin təyin olunmasına əsas verir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan sonuncu dəfə “diaqnoz əlillik təyin etmir” əsası ilə imtina etmişdir. Həmin xüsusatla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə “Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi) amputasiyası sağ əlin 2 baş və 3 barmağının 1 falanqadan hissəvi ekstikulsiyası sol əlin 1 və 2 barmağın hissəvi amputasiyası. Xr.böy xəs 2 mər. X.b.c 2 dər. hipertenziv ensefalopatiya.əlin baş barmağın hissəvi amputasiyası” səbəbi ilə bir il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdə “Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi) amputasiyası sağ əlin 2 baş və 3 barmağının 1 falanqadan hissəvi ekstikulsiyası sol əlin 1 və 2 barmağın hissəvi amputasiyası. Xr.böy xəs 2 mər. X.b.c 2 dər. hipertenziv ensefalopatiya.əlin baş barmağın hissəvi amputasiyası” səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Bundan sonra iddiaçı tələbinin təmin olunması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddia tələbi qismən təmin edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən İİİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşdə olan xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol əlin İ, İİ, İİİ- barmağının, sağ əlin İ, İİİ barmağının dırnaq falanqasının amputasiyon güdülü.” diaqnozu qoyulmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 13.3.16. bəndinə əsasən baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər 50 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin müddətsiz təyin olunmalı olduğu göstərilmişdir. Beləliklə də, İddiaçı əlilliyi iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz 31-60 faiz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Göründüyü kimi imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barədə gəldiyi mövqe əsassızdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-677/2024 saylı qərarı ləğv edilməli və İddiaçı xx.xx.2022-ci il tarixdən 50 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-677/2024 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən 50 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-364/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-364/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver