Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-365/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı5, X25 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı5 və X13 iştirakları ilə, “Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 8 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-302/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Bərdə rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsinin xx.xx.1998-ci il tarixli 14 nömrəli iclas protokoluna əsasən işçi X4 3 (üç) hektar, İddiaçı5 və onun qardaşı İddiaçı1 5 (beş) hektar pay torpağı verilməsi qərara alınmışdır.
2. “Sevindik” kəndli (fermer) təsərrüfatının xx.xx.1998-ci il tarixli 01 saylı təsis protokolu ilə təsərrüfatın 18 nəfər üzvü tərəfindən “Sevindik” kəndli (fermer) təsərrüfatının yaradılması və nizamnaməsinin qəbul edilməsi qərara alınmışdır.
3. Sahəseçmə Komissiyasının xx.xx.1998-ci il tarixli aktına əsasən BağçılıqTərəvəzçilik Birliyinin ərazisindən şimaldan su arxı ilə, şərqdən “Xəyal-Dilşad” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə, cənubdan yol ilə, qərbdən isə “Saleh” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə həmsərhəd olmaqla 8.0 (səkkiz) hektar torpaq sahəsinin verilməsinə etiraz edilməmişdir.
4. Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 679 nömrəli sərəncamına əsasən “Sevindik” kəndli (fermer) təsərrüfatına torpaq sahəsi ayrılmasına dair Bərdə rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsinin xx.xx.1998-ci il tarixli 14 nömrəli iclas protokolunun və Sahəseçmə Komissiyasının xx.xx.1998-ci il tarixli aktının nəzərə alınması, şimaldan su arxı ilə, şərqdən “Xəyal-Dilşad” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə, cənubdan yol ilə, qərbdən isə “Saleh” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə həmsərhəd olmaqla 8.0 (səkkiz) hektar torpaq sahəsinin yerində ölçülüb təsərrüfata təhkim olunmasının təmin edilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən İddiaçı1, İddiaçı5 və X17 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********34 nömrəli məktubda bildirilmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan yuxarıda adıçəkilən siyahıda onların adında pay torpaq sahəsi qeyd edilməmişdir. Yəni, yerli aqrar islahatı komissiyası tərəfindən onlara pay torpaq sahəsi ayrılmamışdır. İstifadə etdikləri və torpaqların kadastr uçotu işləri zamanı adlarına qeydə alınmasını tələb etdikləri torpaq sahəsi isə elektron məlumat bazasında dövlət mülkiyyəti olaraq göstərilmişdir.
6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən X17 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********22 nömrəli məktubda bildirilmişdir ki, Əliyanlı kəndi ərazisində Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 679 nömrəli sərəncamı ilə “Sevindik” X16nın istifadəsinə ayrılmış 8.0 hektar torpaq sahəsi tərəflərindən istifadə olunur. Bununla əlaqədar onların iştirakları ilə yerində müayinə aktı tərtib edilmişdir.
7. Bərdə rayonu Əliyanlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 25 nömrəli arayışına əsasən X25, İddiaçı1 və İddiaçı5 Bərdə rayonunun Meyvə Tərəvəz İdarəsindən pay torpaqları götürdükləri üçün həmin ailələrə Bərdə rayonunun Əliyanlı kənd bələdiyyəsindən pay torpağı verilməmişdir. Hər ildə torpaq vergisini ödəmişlər.
8. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1277 nömrəli arayışına əsasən İddiaçı1, X25 və İddiaçı5 adına Bərdə rayonu, Əliyanlı kəndində ailə başçısı olaraq pay torpağı verilməmişdir.
9. İddiaçı5, İddiaçı1 və X13 Bərdə rayonu, Əliyanlı kəndi ərazisində yerləşən “Sevindik” X16na ayrılmış 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə həmin orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-Ş-00xx-xx/2023 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndi ərazisində yerləşən 8.0 ha torpaq sahəsi üzərində “Sevindik” X16nın mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədilə müraciət olunarkən, hüquqi şəxs tərəfindən müvafiq qaydada təsdiq olunmuş ərizə və etibarnamə, qeydiyyatı haqqında şəhadətnamə təqdim edilməmişdir. Torpaq sahəsi “Sevindik” X16na ayrıldığı halda, hüquqların dövlət qeydiyyatına alınması məqsədilə fiziki şəxs olaraq müraciət olunmuşdur. Bu səbəbdən də, ərizənin əsasında “Sevindik” X16nın 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciətə baxılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması iddia tələbi ilə iddiaçı “Sevindik” X16 tərəfindən 2020-ci ildə Gəncə İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 161/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata xitam verilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********620000 nömrəli cavab məktubunda bildirilmişdir ki, məlumat-uçot bazasına əsasən “Sevindik” X16nın vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********191200 nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Sevindik” X16 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2356/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində Bağçılıq-Tərəvəzçilik Birliyinin xx.xx.1998-ci il tarixli 14 saylı yerli Aqrar İslahat Komissiyasının qərarı və onu təsdiq edən Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı aşkar edilməmişdir.
13. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 242 nömrəli cavab məktubunda bildirilmişdir ki, rayon dövlət arxivində 6 saylı fondda mühafizə edilən Bərdə rayon X18 Müəssisəsinin 1998-1999-cu illər üzrə protokol kitabları yoxlanılmış, Bərdə rayonu, Əliyanlı kəndində aqrar islahat zamanı həmin fermer təsərrüfatına torpaq sahəsi ayrılması barədə heç bir məlumat əldə olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X6, X7, X8, X5, X25, X26, X20, X21 və X10 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 08 iyun 1998-ci il tarixli 679 saylı sərəncamı ilə “Sevindik” X16nın üzvləri kimi onlara ayrılmış – şimaldan su arxı ilə, qərbdən isə “Saleh” X16nın torpaq sahəsi ilə həmsərhəd olan 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması və cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bərdə rayonu, Əliyanlı kəndində anadan olmuş və həmin kənddə yaşamaqla orada böyümüşlər. Onlar ailə üzvləri olaraq Bərdə rayonu, Əliyanlı kəndinin ərazisində yerləşən Bərdə rayon Bağçılıq-Tərəvəzçilik müəssisəsində işləmişlər. Ölkədə aparılan torpaq islahatı ilə əlaqədar olaraq kəndli (fermer) təsərrüfatı yaratmaq qərarına gəlmişlər. Bu məqsədlə Bağçılıq-Tərəvəzçilik müəssisəsinə müraciət etmişlər və Bağçılıq-tərəvəzçilik müəssisəsinin 17 aprel 1998-ci il tarixli 14 saylı ümumi iclasının qərarına əsasən müəssisənin ərazisindən X4, İddiaçı5 və İddiaçı1 cəmi 8.0 hektar pay torpaq sahəsi verilmişdir. Bağçılıq- tərəvəzçilik müəssisəsi tərəfindən ayrılmış həmin ərazidə 18 aprel 1998-ci il tarixdə 01 saylı təsis protokolu əsasında 18 nəfər ailə üzvlərindən ibarət kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı məqsədi ilə «Sevindik» kəndli-fermer təsərrüfatı yaratmışlar. «Sevindik» kəndlifermer təsərrüfatının üzvləri İddiaçı5, İddiaçı6, X6, X7, X8, X5, İddiaçı1, İddiaçı2, X14, İddiaçı3, İddiaçı4, X11, X15, X25, X12, X26, X20 və X9 ibarətdir. Qeyd edir ki, «Sevindik» kəndli-fermer təsərrüfatının üzvlərindən X14, X11 və X15 artıq ölmüşlər. Bərdə rayon İcra Hakimiyyəti başçısının razılığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 1992-ci il tarixli 441 nömrəli qərarı ilə «Sevindik» kəndli-fermer təsərrüfatının nizamnaməsini qəbul etmişlər. Bərdə Rayon İcra Hakimiyyətinin 22 aprel 1998-ci il tarixli Sahəseçmə aktı ilə Bağçılıq-Tərəvəzçilik Birliyinin 17 aprel 1998-ci il tarixli 14 saylı ümumi iclasının qərarına əsasən «Sevindik» kəndlifermer təsərrüfatına Bərdə rayon Bağçılıq- Tərəvəzçilik birliyinin ərazisindən 8.0 ha torpaq sahəsi ayrılmışdır. Bərdə Rayon İcra Hakimiyyəti başçısının 08 iyun 1998-ci il tarixli 679 saylı sərəncamı ilə «Sevindik» kəndlifermer təsərrüfatına torpaq sahəsi ayrılmasına dair X1 İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli 14 saylı iclas protokolu və Sahəseçmə Komissiyasının 22 aprel 1998-ci il tarixli aktı nəzərə alınaraq, şimaldan su arxı ilə, şərqdən «Xəyal-Dilşad» X16nın torpaq sahəsi ilə, cənubdan yol ilə qərbdən isə «Saleh» X16nın torpaq sahəsi ilə həmsərhəd olmaqla 8.0 ha torpaq sahəsinin yerində ölçülüb təsərrüfata təhkim olunmasının təmin olunmasına dair sərəncam vermişdir. Onlar «Sevindik» kəndli-fermer təsərrüfatının üzvləri 1998-ci il tarixdən bu günə qədər həmin 8.0 ha torpaq sahəsini pay torpaq sahəsi kimi istifadə edirlər və torpaq sahəsinin vergisini ödəyirlər. Lakin bugünə qədər həmin torpaq sahəsi üzərində onların adına sənədləşdirilməmiş, mülkiyyət hüququ tanınmamış və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarış verilməmişdir. Pay torpağı verilən ərəfədə və bundan sonra yerli islahat komissiyasına və digər qurumlara müraciət etsələr də nəticəsi olmamışdır. Beləliklə ölkədə keçirilmiş torpaq islahatından uzun müddət keçməsinə baxmayaraq onlar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarış ala bilməmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-Ş00xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndi ərazisində yerləşən 8.0 ha torpaq sahəsi üzərində «Sevindik» kəndli-fermer təsərrüfatının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə müraciət olunarkən, hüquqi şəxs tərəfindən müvafiq qaydada təsdiq olunmuş ərizə və etibarnamə, qeydiyyatı haqqında şəhadətnamə təqdim edilməmişdir. Torpaq sahəsi «Sevindik» kəndlifermer təsərrüfatına ayrıldığı halda hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə fiziki şəxs olaraq müraciət ounmuşdur. Bu səbəbdən də ərizə əsasında «Sevindik» kəndlifermer təsərrüfatının 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət baxılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.
16. İddiaçılar İddiaçı1, İddiaçı5 və X25 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 8 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-302/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.
18. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilir ki, hazırkı işdə iddiaçıların ilk növbədə mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsinə dair hüquqları olmalıdır ki, cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində onların hüquq və mənafeləri pozulmuş olsun. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Lakin işin müəyyən eidlmiş hallarından məlum olur ki, iddiaçıların fiziki şəxs olaraq 8.0 ha torpaq sahəsi ilə bağlı tələb etmə hüquqları mövcud deyildir
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
19. İddiaçılar qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-302/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, 1997-ci ildə meyvə bağlarının həmin idarədə işləyən işçılər arasında bölüşdürülməsi barədə fərman imzalamış, həmin fərmana əsasən 1998-ci ildə Bərdə meyvə-tərəvəz bağında islahat aparılmış, Yerli islahat komissiyasının qərarı ilə onlara 8 ha torpaq sahəsi verilmişdir. O vaxt bütün pay torpaqları birləşirdilər, yəni 3-5 nəfər birləşib fermer təsərrüfatı yaradırdılar. O minvalla da iddiaçıların müəssisəsi yaradılıb. «Sevindik» fermer təsərrüfatını torpaq alandan sonra yaradıblar. İddiaçılar hamısı bir-biri ilə qohumdurlar. Hər bir ailəyə torpaq sahəsi verilib. Hazırdada torpaq sahəsi onların -3 ha torpaq sahəsi Əhmədin, 2.5 ha torpaq sahəsi Şəmşirin, 2.5 ha torpaq sahəsi isə onun istifadəsindədir.
23. Məhkəmə kollegiyasının iclasında digər iddiaçılar İddiaçı5 və X25 ayrı-ayrılıqda izahat verərək şikayətinin təmin olunmasını xahiş etmişlər.
24. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.
28. İş materiallarında qeyd olunur ki, Bərdə rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsinin xx.xx.1998-ci il tarixli 14 nömrəli iclas protokoluna əsasən işçi X4 3 (üç) hektar, İddiaçı5 və onun qardaşı İddiaçı1 5 (beş) hektar pay torpağı verilməsi qərara alınmışdır. Həmin şəxslər torpaq sahələri birləşdirərək kəndli (fermer) təsərrüfatı yaratmaq qərarına gəlmiş və xx.xx.1998-ci il tarixli 01 saylı təsis protokolu ilə18 nəfər üzv tərəfindən kəndli (fermer) təsərrüfatının yaradılması, adının “Sevindik” qoyulması və nizamnaməsinin qəbul edilməsi qərara alınmışdır. Sahəseçmə Komissiyasının xx.xx.1998-ci il tarixli aktı əsasında Bağçılıq-Tərəvəzçilik Birliyinin ərazisindən şimaldan su arxı ilə, şərqdən “XəyalDilşad” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə, cənubdan yol ilə, qərbdən isə “Saleh” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə həmsərhəd olmaqla 8.0 (səkkiz) hektar torpaq sahəsi “Sevindik” kəndli (fermer) təsərrüfatına yerində ayrılmışdır. Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 679 nömrəli sərəncamı ilə “Sevindik” kəndli (fermer) təsərrüfatına torpaq sahəsi ayrılmasına dair Bərdə rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsinin xx.xx.1998-ci il tarixli 14 nömrəli iclas protokolu nəzərə alınmaqla, 8.0 (səkkiz) hektar torpaq sahəsinin yerində ölçülüb təsərrüfata təhkim olunmasının təmin edilməsi qərara alınmışdır.
29. Hazırki tələb üzrə iddiaçılar Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 8 ha torpaq sahəsinin aqrar islahat zamanı “Sevindik” KFT-nın üzvləri kimi onlara ayrıldığını iddia edərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edirlər.
30. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
31. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
32. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
34. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən İddiaçı1, İddiaçı5 və X17 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********34 nömrəli məktubda bildirilmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan yuxarıda adıçəkilən siyahıda onların adında pay torpaq sahəsi qeyd edilməmişdir. Yəni, yerli aqrar islahatı komissiyası tərəfindən onlara pay torpaq sahəsi ayrılmamışdır. İstifadə etdikləri və torpaqların kadastr uçotu işləri zamanı adlarına qeydə alınmasını tələb etdikləri torpaq sahəsi isə elektron məlumat bazasında dövlət mülkiyyəti olaraq göstərilmişdir.
35. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən X17 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********22 nömrəli məktubda bildirilmişdir ki, Əliyanlı kəndi ərazisində Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 679 nömrəli sərəncamı ilə “Sevindik” X16nın istifadəsinə ayrılmış 8.0 hektar torpaq sahəsi tərəflərindən istifadə olunur. Bununla əlaqədar onların iştirakları ilə yerində müayinə aktı tərtib edilmişdir.
36. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1277 nömrəli arayışına əsasən İddiaçı1, X25 və İddiaçı5 adına Bərdə rayonu, Əliyanlı kəndində ailə başçısı olaraq pay torpağı verilməmişdir.
37. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-Ş-00xx-xx/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndi ərazisində yerləşən 8.0 ha torpaq sahəsi üzərində “Sevindik” X16nın mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədilə müraciət olunarkən, hüquqi şəxs tərəfindən müvafiq qaydada təsdiq olunmuş ərizə və etibarnamə, qeydiyyatı haqqında şəhadətnamə təqdim edilməmişdir. Torpaq sahəsi “Sevindik” X16na ayrıldığı halda, hüquqların dövlət qeydiyyatına alınması məqsədilə fiziki şəxs olaraq müraciət olunmuşdur. Bu səbəbdən də, ərizənin əsasında “Sevindik” X16nın 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciətə baxılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması iddia tələbi ilə iddiaçı “Sevindik” X16 tərəfindən 2020-ci ildə Gəncə İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 161/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata xitam verilmişdir. 10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********620000 nömrəli cavab məktubunda bildirilmişdir ki, məlumat-uçot bazasına əsasən “Sevindik” X16nın vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir.
38. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********191200 nömrəli məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Sevindik” X16 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
39. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2356/2023 nömrəli məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində Bağçılıq-Tərəvəzçilik Birliyinin xx.xx.1998-ci il tarixli 14 saylı yerli Aqrar İslahat Komissiyasının qərarı və onu təsdiq edən Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı aşkar edilməmişdir.
40. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 242 nömrəli məktubunda bildirilmişdir ki, rayon dövlət arxivində 6 saylı fondda mühafizə edilən Bərdə rayon X18 Müəssisəsinin 1998-1999-cu illər üzrə protokol kitabları yoxlanılmış, Bərdə rayonu, Əliyanlı kəndində aqrar islahat zamanı həmin fermer təsərrüfatına torpaq sahəsi ayrılması barədə heç bir məlumat əldə olunmamışdır.
41. Göründüyü kimi, sözügedən 8.0 ha torpaq sahəsi “Sevindik” kəndli (fermer) təsərrüfatına ayrılmış (həmin torpaq sahəsi ilə bağlı təsərrüfata Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilməmişdir), lakin həmin KFT hüquqi şəxs kimi vergi orqanında qeydə alınmamışdır.
42. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinə (xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və 27 fevral 2001- ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş) görə:
43. 10. Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün...
44. 30. Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir.
45. “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa (23 aprel 2002-ci il tarixli 311-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş) görə:
46. 8. Kəndli təsərrüfatının torpağa mülkiyyət hüququ Kəndli təsərrüfatı təşkil etmək istəyən vətəndaşlar qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyətə torpaq sahəsi ala bilərlər. Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahəsi mülkiyyətə orta torpaq norması hesabı ilə rayon, şəhər xalq deputatları Soveti tərəfindən pulsuz verilir.
47. 11. Kəndli təsərrüfatına torpaq sahəsinin verilməsi şərtləri Torpaq sahəsini kəndli təsərrüfatının mülkiyyətinə vermək üçün rayon, şəhər xalq deputatları Soveti qərar qəbul etməli, torpaq sahəsini naturada ayırmalı və dövlət aktı verməlidir.
48. 13. Kəndli təsərrüfatının torpağa mülkiyyət hüququnun yaranması Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında keçirilir. Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış hesab edilir.
49. 14. Kəndli təsərrüfatının qeydə alınması Kəndli təsərrüfatı rayon, şəhər xalq deputatları Soveti tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət aktı verildikdən sonra qeydə alınır.
50. 15. Kəndli təsərrüfatının hüquqi şəxs kimi meydana gəlməsi Mülkiyyətə torpaq sahəsi aldıqdan sonra kəndli təsərrüfatının Nizamnaməsi müvafiq rayon, şəhər xalq deputatları Sovetində qeydə alındığı gündən kəndli təsərrüfatı yaranmış hesab edilir və həmin gündən o, təsərrüfatçı subyekt və hüquqi şəxs kimi çıxış edir: bank idarələrində hesablaşma hesabı və digər hesablar açır, onun öz möhürü olur, digər müəssisə, idarə, təşkilat və vətəndaşlarla işgüzar münasibətlər yaradır. Rayon, şəhər xalq deputatları Soveti kəndli təsərrüfatının hər birinə qeydiyyat vərəqəsi açır, icra hakimiyyəti başçısının kənd, qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi isə onu təsərrüfat kitabında qeydə alır. Qeydiyyat vərəqəsində və təsərrüfat kitabında kəndli təsərrüfatının tərkibi, təsərrüfatın başçısı və yaxud onun vəzifələrini müvəqqəti yerinə yetirən şəxs barədə məlumat, eləcə də təsərrüfata verilən torpaq sahəsi və digər əsas məlumatlar yazılır. Maddə 23. Kəndli təsərrüfatı əmlakının növləri Kəndli təsərrüfatının əmlakı, qanunvericilikdə və ya təsərrüfatın üzvlərinin bağladığı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət) hüququ əsasında onun bütün üzvlərinə aiddir.
51. 26. Kəndli təsərrüfatının əmlakına sahiblik, ondan istifadə və bu əmlak üzərində sərəncam 1.Kəndli təsərrüfatının ümumi (paylar məlum olan və ya məlum olmayan) mülkiyyətinə onun hər bir üzvünün şəxsi mülkiyyətinə aid olan əmlak daxil ola bilər.
52. 3. Kəndli təsərrüfatının əmlakı təsərrüfatın bütün üzvlərinə məxsusdur; kəndli təsərrüfatı onun bütün üzvlərinin qərarı ilə sərəncamında olan ümumi əmlak üzərində mülkiyyət hüququnun subyekti kimi çıxış edir. 4.Kəndli təsərrüfatının başçısı onun bütün üzvlərinin razılığı ilə bu təsərrüfatın adından onun əmlakına idarəçilik qaydasında sahiblik, ondan istifadə və əmlak üzərində sərəncam hüquqlarını qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı 8.0 ha torpaq sahəsi “Sevindik” kəndli (fermer) təsərrüfatına ayrıldığı halda, həmin KFT-nın üzvləri olmuş 18 nəfərdən 15 nəfəri hazırda fiziki şəxs olaraq həmin torpaq sahəsinin onların adına qeydə alınmasını tələb edirlər.
54. Hazırkı iddiaçılara pay torpaq sahəsi ayrılmamışdır. Digər tərəfdən, müəyyən edilmişdir ki, dövlət reyestrində “Sevindik” X16 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Belə olan halda iddiaçıların hər hansı subyektiv hüququ istisna edilmişdir.
55. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
56. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-302/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov