Məhkəmə qərarları › İş №2-1(104)-366/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-366/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-366/2024 28.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-203/2024 saylı qərarından İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayonu, Kəndyeri kəndində anadan olmuş, hazırda Kəlbəcər rayonu, Çaykənd qəsəbəsi, Kəndyeri kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-57/2-15151/2023 nömrəli məktubuna əsasən iddiaçı Gəncə şəhər Pİ-nin xx.xx.2006-cı il tarixli Ə 136 ş/h nömrəli əmri ilə X13 xidmətə qəbul olunmuş, həmin tarixdən xx.xx.2009-cu il tarixədək Gəncə şəhər Pİ-nin Post patrul xidməti taborunun polis nəfəri vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2011ci il tarixədək Gəncə şəhər Kəpəz RPŞ-nin İTB-nin sahənin polis nəfəri vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Gəncə şəhər Kəpəz RPŞ-nin PB-nin sahənin polis nəfəri vəzifəsində, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Kəpəz RPİ-nin PPX taqımının polis nəfəri vəzifəsində, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Kəpəz RPİ-nin PPX taqımının manqa komandiri vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Kəpəz RPİ-nin PPX taqımının polis nəfəri vəzifəsində, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər BPİnin 2-ci PŞ-nin PPX taqımının polis nəfəri vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə iddiaçı 3 dəfə mükafatlandırılmış, 4 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə X13 xidmətdən xaric olunmuş və xaric olunma barədə əmr 2-ci Polis şöbəsinin rəhbərliyi tərəfindən iddiaçıya elan olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdəki izahatında bildirmişdir ki, raportla tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə 17:00 radələrində manqa komandiri Elnur Atayev ona zəng edərək tanışı olduğu şəxslərdə dəmir hissələrinin olduğunu bildirmiş və həmin dəmir hissələrinin metal qəbulu məntəqəsi yeri ilə maraqlanmışdır. O, da E.Atayevə problemli məsələ olubolmamasını ilə maraqlanmış, sonradan onları tanışı olan Rza adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə yönəltmişdir. xx.xx.2023-cü il tarixdə də Rzanın atası Faiq ona zəng edib bildirmişdir ki, həmin dəmir oğurluqdur, Rzanı polislər gəlib aparmışlar. O, da Elnur Atayevə zəng edib bunu bildirdi. Sonradan məlum oldu ki, həmin dəmir hissələri oğurluqdur. Göygöl rayon Polis şöbəsində araşdırma aparılır. Gəncə şəhər BPİ 2-ci PŞ-in PPXT-nin polis nəfərləri barədə daxil olmuş materiallar əsasında aparılmış xidməti yoxlamanın nəticəsinə dair rəyə əsasən 2005-130 nömrəli əmri ilə təsdiq olunmuş "DİO əməkdaşlarının X19"nin 15,16, 22-ci, "Polisin post-patrul xidməti nizamnaməsinin təsdiq edilməsi barədə təlimat"ın 5.2-ci bəndlərinin və 2009-330 nömrəli əmri ilə təsdiq edilmiş "İntizam Nizamnamə"sinin 3.2-ci bəndinin tələblərinə zidd olaraq, xx.xx.2023-cü il tarixdə vasitəsilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin hissələrinin bələdiyyə mülkiyyətində bildikdən sonra bu haqda aidiyyəti üzrə məlumat vermədiyinə, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə son 1 il ərzində baş vermiş və bağlı qalmış cinayət hadisələri, cinayət törətməkdə şübhəli bilinərək axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edlməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxslər barədə heç bir məlumat vermədiklərinə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində fəaliyyətsizlik göstərdiyinə, anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat vermədiyinə komandir heyəti tərəfindən mənfi xarakterizə olunduqlarına görə Gəncə Şəhər BPİ 2-ci PŞ-nin PPXT-nin polis nəfəri polis baş serjantı İddiaçı ciddi intizam tənbehinə layiqdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-57/Ə249/2023 nömrəli “Gəncə şəhər BPİnin 2-ci PŞ-nin PPX taqımının bir qrup əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunmaları barədə” əmrin 3-cü hissəsində qeyd olunur ki, DİN-nin 2005-130 nömrəli əmri ilə təsdiq olunmuş "DİO əməkdaşlarının X19"nin 5, 16 və 22-ci maddələrinin, 2009-330 nömrəli əmri ilə təsdiq edilmiş "İntizam Nizamnaməsi"nin 3.2-ci, 2001-212 nömrəli əmri ilə təsdiq edilmiş "Polisin post-patrul xidməti nizamnaməsinin təsdiq edilməsi barədə Təlimat"ın 5.2ci bəndlərinin tələblərinə zidd olaraq, xx.xx.2023-cü il tarixdə vasitəçiliyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyəti olması barədə məlumatı olduqdan sonra bu haqda aidiyyəti üzrə rəhbərliyi məlumatlandırmadığına, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlərlərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərdiyinə, anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat vermədiyinə, habelə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna görə Gəncə Şəhər BPİ 2-ci PŞnin PPX taqımının polis nəfəri, polis baş serjantı İddiaçı Azərbaycan Respublikasının "X13 xidmətkeçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən "X13 xidmətdən xaric olunsun. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(066)-174/2023 nömrəli qərarına əsasən X2, xx.xx.2023-cü il tarixli, 3(066)- 176/2023 nömrəli qərarına əsasən isə X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinmişlər. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(066)-194/2023 nömrəli qərarına əsasən X10, xx.xx.2023-cü il tarixli, 3(066)-194/2023 nömrəli qərarına əsasən isə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi təqsirli bilinmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi məlumatda qeyd etmişdir ki, cavabdeh orqan mübahisələndirilən əmrin verilməsi üçün neçə xüsusata istinad etmişdir. Əsas kimi isə Gəncə şəhəri BPl-nin 2-ci PŞ PPXT -nin polis nəfəri, polis baş serjantı iddiaçı xx.xx.2023-cü il tarixdə onun vasitəsilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzilərinin bələdiyyə mülkiyyətinə aid olması barə məlumatı olduqdan sonra bu haqda aidiyyəti üzrə məlumat verməmiş, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirməmişdir". Yuxarıda qeyd olunan halların hər birinə ayrı-ayrılıqda faktlarla münasibat bildirmək istəyir. Mübahisələndirilən əmrin mahiyyətində görsənir ki, bələdiyyə mülkiyyətinə aid olan tərəzi qanunsuz olaraq Göygöl rayonu, Çaylı kəndindən götürülərək Gəncə şəhərində yerləşən metal qəbulu məntəqəsinə satılmışdır. Bunun qanunsuz olduğunu bilən iddiaçı aidiyyatı üzrə ki bələdiyyə mülkiyyətinə məlumat verməmişdir. Məhkəmə tərəfindən bir neçə aydır ki, oğurlanan tərəzinin qanunsuz -oğurlanmaması, bu işin nəticəsi barədə sorğular verilməsinə baxmayaraq cavabdeh orqan və Göygöl Rayon Polis Şöbəşi tərəfindən müxtəlif məzmunlu məktublar göndərilərək araşdırmanın nəticəsini özündə ehtiva edən sənədlər təqdim edilmir. Məhkəmə işə faktlar əsasında baxır. Bu günədək dəmir tərəzinin oğurluq olması və bununla bağlı hər hansı sənəd təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə saxanılan Taleh Muradsoy və Тeymur Əmiraslanov barəsində İXM-nin 510 və 535.1-ci maadələri protokol tərtib edilmiş və Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023 23-cü il tarixi, 3(066)-174/2023 və xx.xx.2023-cü il tarixi, 3(066)-176/2023 saylı qərarları ilə İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişlər. Məhkəmə tərəfindən qərar qəbul edilərkən həmin qərarlara istinad edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-13-57/2-38630/2023 nömrəli məktubla münasibət bildirmişdir. Qeyd olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixdən X13, xx.xx.2016-cı il tarixdən isə Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nın Post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət etmiş, xidmət etdiyi dövrdə rəhbərlik tərəfindən mənfi xarakterizə olunmaqla dəfələrlə barəsində intizam tənbehi tətbiq edilmişdir. Gəncə Şəhər BPl-nin xx.xx.2023-cü il tarixli Ə 3-13-57 /ə249/2023 nömrəli əmri ilə "Azərbaycan Respublikasının X13 xidmət keçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (X16 əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) X13 xidmətdən xaric edilmişdir. Gəncə Şəhər BPl-nin Təşkilati-inspektor şöbəsində aparılan xidməti təhqiqat zamanı müəyyən olunmuşdur ki, Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin PPXTnin manqa komandiri, polis baş serjantı X14 və polis nəfəri, polis serjantı X15 tanıdıqları Teymur adlı şəxslə şəxsi maraqlarından irəli gələn məzmunda danışıqlar apararaq xx.xx.2023-cü il tarixdə üzürsüz səbəbdən xidmət yerini tərk edərək Göygöl rayonunun Çaylı kəndinin ərazisindən bələdiyyə mülkiyyətinə aid iri tonnajlı avtomobillərin yükünü ölçən dəmir tərəzinin hissələri yüklənmiş avtomaşını müşayət edərək Gəncə şəhəri ərasizində yerləşən metal qəbulu məntəqəsinə satılmasına şərait yaratmış, polis nəfəri, polis baş serjantı İddiaçı isə xx.xx.2023- cü il tarixdə onun vasitəsilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin hissələrinin bələdiyyə mülkiyyətində olmasını bildikdən sonra bu haqda aidiyyəti üzrə məlumat verməmiş, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirməmişdir. Həmçinin, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələri, cinayət törətməkdə şübhəli bilinərək axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətsizlik göstərmiş, komandir heyəti tərəfindən mənfi xarakterizə olunmuş, eyni zamanda anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat verməmişdir. Xidməti təhqiqat zamanı manqa komandiri Elnur Atayev, izahatında xx.xx.2023-cü il tarixdə Teymur adlı tanışı ona yaxınlaşaraq Göygöl rayonunun Çaylı kəndinin ərazisindən iri tonnajlı avtomobillərin yükünü ölçən dəmir tərəzinin hissələrinin Gəncə şəhərinin ərazisinə aparan avtomaşının DYP əməkdaşları tərəfindən saxlanılmaması üçün müşayiət etməsini və dəmir satışı məntəqələrinin birində baha qiymətə satılmasına köməklik göstərməsini xahiş etdiyini, o, da Çaylı kəndinə yaxın olan Gəncə şəhəri, Yeni qəsəbədə yaşadığı üçün xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Hacıkənd qəsəbəsində 6144 saylı avtopatrulda xidmətdə olduqları zaman polis serjantı Rauf Əliyevdən həmin əraziyə gedərək Teymur adlı şəxslə görüşməsini xahiş etdiyini, söhbət zamanı dəmir tərəzinin ehtiyyat hissələrinin sonuncunun qohumuna məxsus olduğunu dəqiqləşdirdikdən sonra R.Əliyev patrul avtomaşınını yaşadığı ünvanda saxlayaraq şəxsi av tomobili ilə tərəzinin hissələri yüklənmiş avtomaşını alternativ yolla Gəncə şəhərinin girişinə qədər müşayiət edərək Hacıkənd qəsəbəsinə xidmət yerinə qayıtdığını, özü isə həmin avtomobili Gəncə səhərinin ərazisində müşayiət edərək, polis serjantı İddiaçı vasitəsilə onun xidməti ərazisində yerləşən metal qəbulu məntəqəsinə satılmasında Teymur adlı şəxsə etmiş olduğu köməklik müqabilində sonuncudan aldığı 100 manat pulun 30 manatını polis serjantı R.Əliyevə verdiyini, bir neçə gündən sonra polis serjantı İddiaçı ona tərəzinin hissələri oğurluq olduğuna görə metal qəbulu məntəqəsində işləyən Rza adlı şəxsin Göygöl RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə aparıldığını bildirdiyini göstərmişdir. Xidməti təhqiqat zamanı polis nəfərləri Rauf Əliyev və İddiaçı izahatlarında manqa komandiri Elnur Atayevin göstərdiklərini təsdiqləyərək, unutqanlıq edərək anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat vermədiklərini bildirmişlər. Eyni zamanda manqa komandiri Elnur Atayev, polis nəfərləri İddiaçı və Rauf Əliyev şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələri, cinayət törətməkdə şübhəli bilinərək axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, ganunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqısatqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlər barədə məlumatları olmadıqlarını, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində zəif fəaliyyətsizlik göstərdiklərini, yaranmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində xidməti fəaliyyətlərində dönüş yaradacaqlarını bildirmişlər. 2-ci PŞ-nin PPX taqımının komandiri X11 izahatında göstərmişdir ki, xx.xx.2023- cü il tarixdə saat 08:00dan saat 20:00-dək manqa komandiri E.Atayevlə polis nəfəri R.Əliyev 6144 çağırışlı patrul avtomaşınında Gəncə şəhəri Hacıkənd qəsəbəsində, polis nəfəri İddiaçı isə Gəncə şəhəri Sevinc qəsəbəsində xidmətdə olmuş, Gəncə şəhərində satılmasında iştirak etdikləri, dəmir tərəzinin ehtiyat hissələrinin bələdiyyə mülkiyyəti olması barədə sonradan məlumatları olmasına baxmayaraq rəhbərliyə məlumat verməmiş, hadisə ilə bağlı Göygöl RPŞ-dən məlumat aldıqdan dərhal sonra xx.xx.2023- cü il tarixdə rəhbərliyə raportla məruzə etmiş və həmin tarixdə manqa komandiri E.Atayevlə polis nəfəri R.Əliyevin xidməti ərazini özbaşına tərk edərək xitmətdən yayınma hallarına yol vermişlər. Xidməti təhqiqat zamanı 2-ci PŞ-dən verilmiş xidməti xasiyyətnamədə polis baş serjantı İddiaçı mənfi xarakterizə olunmuşdur. Beləliklə, Gəncə Şəhər BPİ 2-ci PŞ-nin PPXT-nin sabiq polis nəfəri polis baş serjantı İddiaçı 2005-130 nömrəli əmri ilə təsdiq olunmuş "DİO əməkdaşlarının X19"nin 15,16, 22-ci, "Polisin post-patrul xidməti nizamnaməsinin təsdiq edilməsi barədə təlimat"ın 5.2-ci bəndlərinin və 2009-330 nömrəli əmri ilə təsdiq edilmiş "İntizam Nizamnamə"sinin 3.2-ci bəndinin tələblərinə zidd olaraq, xx.xx.2023-cü il tarixdə vasitəçilyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyətində olduğunu bildikdən sonra bu haqda aidiyyəti üzrə rəhbərliyi məlumatlandırmadığına, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edlməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərdiyinə, anket məlumatlarında baş vermiş dəyişiklik barədə rəhbərliyə məlumat vermədiyinə ,rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna görə Azərbaycan Respublikasının "X13 xidmətkeçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən DİO-da xidmətdən xaric edilmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-203/2024 saylı qərarı ilə (hakim Z.Quliyev) İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sabiq polis əməkdaşı iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixə kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehndə xidmət etmişdir. Xidmət etdiyi dövrdə 4 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. Cavabdehin mübahisələndirilən əmrinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə vasitəçiliyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyəti olması barədə məlumatı olduqdan sonra bu haqda aidiyyəti üzrə rəhbərliyi məlumatlandırmadığına, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlərlərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərdiyinə, anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat vermədiyinə, habelə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna görə xidmətdən xaric edilmişdir. Etik davranış qaydalarının pozulması X16 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. X16 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə iddiaçı həm cavabdeh qurumda, həm də məhkəmə iclasında verdiyi izahatında dəmir tərəzinin hissələrinin oğurluq mal olmasını sonradan bildiyini qeyd etmişdir. Lakin iddiaçının bildirdiyi arqumentlər inandırıcı deyildir. Belə ki, iddiaçı dəmir hissələrinin oğurluq mal olmalarını bildikdə dərhal tabe olduğu rəhbərliyinə məlumat verməli olduğu halda bunu etməmişdir. İddiaçı məhkəmə iclaslarında bu barədə şifahi formada manqa komandirinə dəfələrlə məlumat verdiyini bildirsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Eyni zamanda həmin iclasda il ərzində cinayət əməllərinin çox olması səbəbindən fəaliyyətinin zəif olduğunu etiraf etmişdir. Məhkəmə araşdırmaları zamanı xx.xx.2023-cü il tarixli, 3-13-57/Ə249/2023 nömrəli “Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPX taqımının bir qrup əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunmaları barədə” əmrinin qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Məhkəmə iddiaçı tərəfin “dəmir tərəzilərin oğurlanması ilə bağlı” cinayət işinin, ümumiyyətlə ibtidai araşdırmanın aparılmaması ilə bağlı isə qeyd edir ki, yuxarıda göstərilən izahatlarla belə bir faktın olması sübuta yetirilir və X16 əməkdaşının bu cür əməllə əlaqəsi olması X12 adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən etik davranış qaydalarının pozulması halları öz təsdiqini tapmış və mübahisələndirilən əmrin qanunsuzluğuna dair iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı sübut təqdim edilməmiş, formal mülahizələrlə cavabdehin əmrinin əsassız və qanunsuz olduğu bildirilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçının nümayəndəsi (vəkili) Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçının vasitəçiliyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyəti olması barədə həmin gün hər hansı məlumatı olmamışdır. Satılmış dəmir tərəzinin oğurluq olması barədə məlumatı xx.xx.2023-cü il tarixdə bilmişdir. Belə ki, metal qəbul edən Rza adlı şəxsin valideyni Faiq adlı şəxs xx.xx.2023-cü il tarixdə ona zəng edərək bildirdi ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları oğlu Rzanı Göygöl Rayon Polis şöbəsinə aparıblar. Həmin dəmir tərəzi oğurluqdur. Bundan sonra Elnur Atayevə zəng vuraraq bildirmişdir ki, “dəmir oğurluq imiş. Rzanı Göygöl rayon Polis şöbəsinə aparıblar. Mən səndən soruşanda dəmirin oğurluq olmadığını bildirdin. Bu necə işdir, dəmir oğurluq oldu. Gəl məsələni həll et.” Dərhal bununla bağlı olaraq komandiri polis kapitanı Dilqəm Bayramova mobil telefonu ilə məruzə etmişdir. Oğurluq edən şəxslərin kimlər olubolmaması araşdırıldı. Müəyyən olundu ki, dəmir oğurluğunu edən şəxslər X3 və X7r. X4 icazəsi ilə Şəmkir şəhərində yerləri aşkar edilmiş X10 və X1 iştirakı ilə saxlayaraq xx.xx.2023-cü il tarixdə Göygöl rayon Sarısu Polis bölməsinə təhvil vermişlər. xx.xx.2023cü il tarixdə baş vermiş hadisə ilə bağlı məlum izahatı alınmışdır. Dediklərinin həqiqət və yalan olmasını təsdiq etmək üçün komandiri X5 məhkəmə iclasında iştirak edərək şahid kimi dindirilməsini istəyir. Həmin şəxsin birinci intansiya məhkəməsində şahid kimi dindirilməsi ilə bağlı vəsatət ona görə verməmişdir ki, məhkəmə tərəfindən həqiqəti müəyyən etmək üçün Göygöl rayon Polis şöbəsində aparılmış araşdırma materiallarını məhkəmədə tədqiq etmək üçün bir neçə ay idi ki, sorğular verilmişdir. Əgər həmin materiallar məhkəməyə təqdim edilsəydi, onun baş vermiş hadisə ilə bağlı polis əməkdaşı olaraq lazımi hərəkətlər etdiyi öz təsdiqini tapacaqdı. Çox təəssüflər olsun ki, 9 ay müddətində məhkəmə Göygöl rayon Polis şöbəsindən rəsmi sorğular verməsinə baxmayaraq hər hansı məlumat ala bilmədi. Əgər həmin məlumatlar alınsaydı, bir çox qaranlıq məqamlar üzə çıxacaqdır ki, bu kimlər üçün isə çox ciddi problemlər yaradacaqdır. Məhkəmənin ala bilmədiyi sənədləri özü məhkəməyə təqdim etmişdir. Göygöl rayon Polis şöbəsi tərəfindən oğurluqla bağlı tutulmuş şəxsləri İXM-in digər maddələri ilə sənədləşdirərək həmin şəxslərin məsuliyyətdən yayınmasına köməklik etmişdir. Bu günədək dəmir tərəzinin oğurluq olması və bununla bağlı hər hansı sənəd təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə saxlanılan Taleh Muradsoy və Teymur Əmiraslanov barəsində İXM-in 510 və 535.1-ci maddələri əsasında protokol tərtib edilmiş və Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023 23-cü il tarixi, 3(066)- 174/2023 və xx.xx.2023-cü il tarixli 3(066)-176/2023 saylı qərarları ilə İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişlər. Əgər məhkəmə onun dediklərinin sübut olunmasını istəyirdisə, onda onun polis şöbəsindəki izahatını mötəbər saymamalı idi. Çünki dəmir tərəzinin oğurlanması öz təsdiqini tapmamışdır. Bununla bağlı olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarları da vardır. xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixə kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehndə xidmət etdiyi dövrdə 4 dəfə intizam məsuliyyətinə cəlb olunmağı işdən çıxarılması üçün əsas hesab edilə bilməz. Belə ki, ən sonuncu intizam məsuliyyəti 2020-ci ildə olmuşdur. İntizam məsuliyyətinin isə qüvvədə olma müddəti DİOda 1 ildir. Məhkəmə tərəfindən bu fakt araşdırılmamış və cavabdeh orqan tərəfindən hər hansı sənəd tələb edilməmişdir. Cavabdeh orqanın son 1 il ərzində yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxslərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərməyi barədə dəlili əsassızdır. Fəaliyyət göstərdiyi ərazidə son 1 il ərzində qeyd olunan xüsusatların heç biri olmamışdır. Əgər belə bir fakt varsa, məhkəmə sorğu verməklə dastafka kitablarına baxış keçirməklə həqiqətin nədən ibarət olmasını müəyyən edə bilər. Onun şəxsi anket məlumatında yalnız baş vermiş dəyişiklik ailə qurmağı ilə bağlı olmuşdur. Bu isə pandemiya dövrünə düşür. Pandemiya dövründə polisin təqdirə layiq fəaliyyəti hamıya aydındır. Ailə qurmaqla bağlı anket məlumatları o halda dəyişdirilir ki, uşaq dünyaya gəlsin. Bununla bağlı əmək haqqına əlavələr olur. Onun isə bu günədək övladı olmadığına görə bu barədə məlumat verməmişdir və ondan kimsə bunu tələb etməmişdir. Yuxarıda qeyd etdiyi xüsusatlar onun polis adına hər hansı ləkə gətirmədiyini təsdiq etməklə iddia tələbinin haqlı olmasını təsdiq edir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 2006-cı ilin dekabr ayından X16na işə qəbul olunmuşdur. Xidmət etdiyi dövrdə 3 dəfə mükafatlandırılmış və 4 dəfə töhmət verilmişdir. 8 il Gəncə şəhəri Məhsəti qəsəbəsində xidmət etmişdir. 01 aprel 2023-cü ildə onun manqa komandiri Atayev Elnur zəng edib bildirmişdir ki, qohumlarının dəmiri var, qəsəbədə dəmir alan çoxdur birinə yönləndir aparıb ona versin. O da oğurluq və ya problemli olub olmadığını soruşmuşdur. Atayev Elnur heç bir problem olmadığını bildirmişdir. O da Rza adlı şəxsə yönləndirmiş və aparıb dəmiri ona vermişlər. Martın 5-i səhər saatları işə gedərkən Rzanın atası Faiq ona zəng edərək bildirmişdir ki, dəmir oğurluq olub və Göygöl rayon Polis şöbəsinin əməkdaşları Rzanı aparıblar. O da Atayev Elnura demişdir ki, problemli məsələ olmadığını bildirmişdin, lakin dəmir oğurluq olub get Rzanın məsələsini həll et. Sonra əməliyyatcı gəldi ki, Rza deyir onu Sirac yönləndirib. O da bunları Elnura bildirib demişdir ki, get oğurluq edənləri tap təhvil ver, sən demişdin ki oğurluq deyil. Elnur bildirmişdir ki, Şəmkirdə qalırlar lakin ünvanlarını dəqiq bilmir. O, taqım komandiri Bayramov Dilqəmə məruzə edərək bildirmişdir ki, gedib Şəmkirdən Teymur və Taleh adlı şəxslərin ikisini də gətirsin. Ayın 5-i gecə saat 2 radələrində onları tutub maşına mindirəndə Taleh adlı şəxs bildirdi ki, Atayev Elnur və Əliyev Raufla əlbirdirlər, dəmirin alqı-satqısından əldə olunan pulu onlarla bölmüşdür. Onları bölməyə təhvil verdikdən sonra ayın 7-si onu Gəncə şəhər BPİ-ə dəvət etmişlər və izahat vermişdir. Onlar da təsdiqləmişdir ki, Atayev Elnurla aralarında pul məsələsi olub və Siracın puldan xəbəri olmayıb. Ayın 12-si məlumat verilib ki, əmr gəlib onu X13n xaric ediblər. Əmrin verilməsini istəmiş, lakin verməmişlər. Bundan sonra Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, sorğu əsasında əmrin surətini əldə etmişdir. 8 aya yaxın Gəncə İnzibati Məhkəmədə məhkəmə davam etmişdir. Sorğular verilməsinə baxmayaraq nə Göygöl rayon Polis şöbəsi nə də Gəncə şəhər BPİ həmin vətəndaşlarla bağlı tədbir görülməsi barədə məlumat verməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Polis haqqında” Qanun: Maddə 1. Polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. 3-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 5-ci maddənin İİ hissəsinə əsasən Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. 13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrinə aiddir. 34-cü maddəsinin İ hissəsinin 9-cu bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə polis əməkdaşı xidmətdən xaric edilə bilər. “Azərbaycan Respublikasının X13 xidmət keçmə haqqında” Əsasnamə:

108. X13 xidməti intizam-əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. 114-cü bəndinin 7-ci hissəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə X12 əməkdaşlarına xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilə bilər: 135-ci bəndinin 9-cu hissəsinə əsasən X16 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə X12 əməkdaşı xidmətdən xaric edilə bilər.

Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “X16 əməkdaşlarının X19”: 5-ci bənd. Xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır. 16-cı bənd. Özünə və həmkarlarına qarşı tələbkar olmalı, Davranış Kodeksində müəyyən olunmuş qaydaların X12 hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. 22-ci bənd. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X16 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili X9 nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X16 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. X16 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Daxili X9 Nizamnaməsi: 3.2-ci bəndinə əsasən hər bir əməkdaş bu Nizamnaməyə, “DİO əməkdaşlarının X19”nin və polis andının tələblərinə, DİN-in digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçı Gəncə şəhər Pİ-nin xx.xx.2006-cı il tarixli, Ə 136 ş/h nömrəli əmri ilə X16na xidmətə qəbul olunmuş və Gəncə şəhər BPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13- 57/Ə249/2023 nömrəli əmri ilə X13n xidmətdən xaric olunmuşdur. Xidmət etdiyi dövrdə 3 dəfə mükafatlandırılmış və 4 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə vasitəçiliyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyəti olması barədə məlumatı olduqdan sonra bu haqda aidiyyəti üzrə rəhbərliyi məlumatlandırmadığına, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlərlərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərdiyinə, anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat vermədiyinə, habelə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna görə xidmətdən xaric edilmişdir. «Azərbaycan Respublikasının X13 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinin tələbinə görə X12 əməkdaşı X16 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, X12 əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunma əsasları və halları qanunvericilikdə konkret olaraq təsbit edilmişdir. Etik davranış qaydalarının pozulması X16 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Belə ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPX taqımının polis nəfəri İddiaçı xx.xx.2023-cü il tarixdə dislokasiya üzrə xidmət etdiyi ərazidə vasitəçiliyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyəti olması barədə məlumatı olduqdan sonra bu haqda aidiyyəti üzrə rəhbərliyi məlumatlandırmamış, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirməmiş, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlərlərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərmiş, anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat verməmiş bu hərəkətləri ilə rəhbərlik tərəfindən mənfi xarakterizə olunmuş və X16 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Gəncə şəhər BPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-57/Ə249/2023 nömrəli əmri X13 xidmətdən xaric edilmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Göründüyü kimi, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qanuna zidd olmaması məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir. Odur ki, onun ləğv edilməsinin qanuni əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-203/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar