Məhkəmə qərarları › İş №2-1(104)-366/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-366/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-366/2025 01.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1763/2025 saylı qərarından cavabdeh Təhsildə X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Rusiya Federasiyasının Qəhrəmanı Ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X2 Mühafizə Xidmətinin Universitetinin xx.xx.2024-cü il tarixli, 899 nömrəli mütəxəssis diplomundan görünür ki, hazırkı diplom İddiaçı 40.05.01 Milli təhlükəsizliyin hüquqi təminatı ixtisası üzrə mütəxəssis proqramını mənimsədiyini və yekun dövlət attestasiyasını uğurla keçdiyini göstərir. Dövlət imtahan komissiyasınn qərarına əsasən 40.05.01 Milli təhlükəsizliyin hüquqi təminatı Hüqüqsünaş ixtisas dərəcəsinə yiyələnmişdir (xx.xx.2024-cü il tarixli 28 saylı protokol).

2. Rusiya FHN X9 Ali Təhsilli Müəssəsi Rusiya Federasiyasının Qəhrəmanı Ordu generalı E.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X8 Xidmətinin Sankt-Peterburq Universiteti (Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Təşkilatı X3 Hallar Nazirliyinin Dövlət Yanğın Xidməti Universiteti) tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, o, 2018-2024-cü illərdə Universitetdə 40.05.01 Milli təhlükəsizliyin hüquqi təminatı ixtisası üzrə qiyabi təhsil almışdır. Universitet tərəfindən elektron təhsil və distant təhsil texnologiyaları vasitəsilə distant təhsil alan tələbələr üçün aralıq sertifikatların keçirilməsi həm federal dövlət təhsil standartlarının tələblərinə, həm də Sankt-Peterburqdakı mövcud epidemioloji vəziyyətə cavab verdi. 29 iyul 2020-ci il tarixli MR 3.1/2.1.0205-20 nömrəli Metodiki Tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq. 3.1. Yoluxucu xəstəliklərin qarşısının alınması. 2.1. Kommunal gigiyena. Rusiya Federasiyasının Baş X11 tərəfindən təsdiq edilmiş yeni koronavirus infeksiyasının (COVİD- 19) qarşısının alınması ilə bağlı tövsiyələr, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilməlidir. Eyni zamanda, bu tövsiyələr həm Universitetdə oxuduğu müddətdə qüvvədə idi, həm də hazırda qüvvədədir. Bundan əlavə, Sankt-Peterburqda Sankt-Peterburq Hökumətinin 13 mart 2020-ci il tarixli, 121 nömrəli qərarı ilə Sankt-Peterburqda yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmasına qarşı tədbirlər də qüvvədə olub və hal-hazırda hələ də qüvvədədir. Bu tədbirlərə uyğun olaraq, ali təhsilin təhsil proqramlarını həyata keçirən təşkilatlar təhsil fəaliyyətini həyata keçirərkən sanitariya-epidemioloji qaydalara, habelə İstehlakçıların Hüquqlarının Müdafiəsi və X10 Federal Xidmətinin tələb və tövsiyələrinə əməl etməlidirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, 2020-2021 2021-2022 2022-2023-cü tədris illərində qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların tədris texnologiyaları vasitəsi ilə aparılması xəstəlik ocaqlarının yayılmaması və sanitariya-epidemioloji qaydalara riayət edilməsi məqsədi ilə həyata keçirilmişdir.

3. Təhsildə X5nin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli imtina cavabında bildirmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Diploma əlavənin Azərbaycan dilinə tərcüməsindən görünür ki, proqramın rəsmi müddəti 8 semestr, 240 ECTS krediti. Tədris proqramı 1 akademik il 60 kredit, 1 kredit= 25 saat daxildir.

4. Rusiya FHN X9 Ali Təhsilli Müəsssəsi Rusiya Federasiyasının Qəhrəmanı Ordu generalı E.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X8 Xidmətinin Sankt-Peterburq Universiteti (Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Təşkilatı X3 Hallar Nazirliyinin Dövlət Yanğın Xidməti Universiteti) tərəfindən Təhsildə X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 30/386 nömrəli məktubda qeyd edilmişdir ki, 29 iyul 2020-ci il tarixli MR 3.1/2.1.0205-20 nömrəli Metodiki Tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq Rusiya Federasiyasının Baş X11 tərəfindən təsdiq edilmiş yeni koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması ilə bağlı tövsiyələr, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilməlidir. Eyni zamanda, bu tövsiyələr həm Universitetdə oxuduğunuz müddətdə qüvvədə idi, həm də hazırda qüvvədədir. Bundan əlavə, Sankt-Peterburqda Sankt-Peterburq Hökumətinin 13 mart 2020-ci il tarixli, 121 nömrəli qərarı ilə Sankt-Peterburqda yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmasına qarşı tədbirlər də qüvvədə olub və hal-hazırda hələ də qüvvədədir. Bu tədbirlərə uyğun olaraq, ali təhsilin təhsil proqramlarını həyata keçirən təşkilatlar təhsil fəaliyyətini həyata keçirərkən sanitariya-epidemioloji qaydalara, habelə İstehlakçıların Hüquqlarının Müdafiəsi və X10 Federal Xidmətinin tələb və tövsiyələrinə əməl etməlidirlər. Eyni zamanda, Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş ali təhsilin federal dövlət təhsil standartları universitet tərəfindən həyata keçirilən ixtisaslar və təlim sahələri üzrə elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməyə imkan verir. Belə ki, 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların keçirilməsi xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə təsdiq edilmiş tövsiyələrə uyğun olaraq universitet tərəfindən həyata keçirilib və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə zidd deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 Mühafizə Xidməti Universiteti tərəfindən ona verilmiş 889 qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli, 107834 ******* seriyalı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə “X2 Mühafizə Xidməti Universiteti”nə qəbul olunmuş, təhsilini qiyabi təhsil formasında almış və təhsilini uğurla başa vuraraq 2024-cü ildə həmin universitetin hüquq fakültəsini bitirərək milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas) ixtisasına yiyələnmişdir. Buna dair “X2 Mühafizə Xidməti Universiteti” tərəfindən ona 889 qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, 107834 ******* nömrəli Diplom verilmiş və xx.xx.1961-ci il tarixli “Xarici rəsmi sənədlərin qanuniləşdirilməsi tələbini dəyişdirən konvensi”yasına uyğun olaraq diploma müvafiq apostılle əlavə edilmişdir. O, diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün qüvvədə olan qaydalara müvafiq olaraq elektron müraciət formasında cavabdeh agentliyə elektron kabinet üzərindən ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi bildirilmişdir ki, xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəv təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən əsassız və qanunsuz imtina edildiyini hesab edərək Gəncə İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X5 tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Qaydaların 4.1.4-cü yarım bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınmaya dair tələblər arasında göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Azərbaycan Respublikasl Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci yarımbəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il-28 gün, İİ il-getməyib (İ semestr) (İİ semestr pandemiya dövrü), İİİ il-getməyib (pandemiya dövrü), İV il-getməyib (pandemiya dövrü), V il-getməyib, Vİ il-1 ay 12 gün. Bildiririk ki, iddiaçının tədris müddəti 5 ildir. Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Baxmayaraq ki, iddiaçının təhsilalma forması qiyabdir, o, qiyabi ilə birliktə distant təhsil aldığını da bildirir. İddiaçının təhsil dövrü 12 semestrdən (yarımillik) ibarətdir və bu semstrlərdən yalnız 5-i pandemiya dövrünə təsadüf edib. Bunu da qeyd edirik ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur:

1. əyani; 2. qiyabi; 3. distant (məsafədən); 4. sərbəst (eksternat); Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası iddiaçının “tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Resbuplikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 28-ci bəndində: “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2402/2024 saylı qərarının 32-ci qeyd olunur ki: “Kollegiya iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır”. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2546/2023 saylı qərarının 24-cü bəndində qeyd olunmuşur ki: “Hər bir halda, həmin məsələyə dair sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq bu halı təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır İddiaçının tələbinin qanunvericilikdə təsbit olunmuş xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə minimum normativlərə və tələblərə açıq şəkildə uyğunsuzluğu nəzərə alınaraq, İddiaçı Rusiya Federasiyası X2 Mühafizə Xidməti Universiteti tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli, № 107834 ******* nömrəli diplom üzrə əldə etdiyi “Milli təhlükəsizliyin hüquqi təminatı” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Agentliyinə həvalə edilməsi barədə iddia tələbi rədd edilməlidir. Nəzərə alınması xahiş olunmuşdur.

8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1763/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı X2 Mühafizə Xidməti Universiteti tərəfindən ona verilmiş 889 qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli, 107834 ******* seriyalı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə iddianın təmin edərkən, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ hüquqi aktların müvafiq müddəalarına istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1) qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinin şəkildə pozulması və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyini nəzərə alınmamaqla qəbul edilmişdir; 2) qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinin pozulması ilə qəbul edilmişdir; 3) qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Aşağıda qeyd olunanlara əsasən, hesab edirik ki, məhkəmənin qərarı əsassız olduğundan apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir: 1. İlk olaraq iş üzrə iddia tələbinin dəqiqləşdirilməsinə və məhkəmənin qərarında yer alan həmin hissəsinin apellyasiya məhkəməsi tərəfindən ləğv edilməsinə ehtiyac vardır. Belə ki, iddia tələbi “Təhsildə X1rşı diplomunun tanınması və ekvivalentliyin müəyyən edilməsi” kimi qoyulmuş, məhkəmə tərəfindən də qərarın yekun hissəsində öhdəlik bu cür müəyyən edilmişdir. Halbuki, iddiaçının işi üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılmışdır və Qaydalara əsasən tanınmanın iki növü akademik və peşə tanınması olaraq təsnif edilmişdir, iddia tələbində qeyd olunan ifadələr isə Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların müəyyən etdiyi ifadələrdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarının 4-cü hissəsinə əsasən ləğv edilmişdir. Nəticə etibarilə, iddia tələbi və məhkəmə qərarının öhdəlik müəyyən edən hissəsi qüvvədə olan normativ hüquqi aktlarla ziddiyət təşkil edir. 2. Həmçinin qeyd olunmalıdır ki, icraatın əsasında aparıldığı Qaydaların 6-cı hissəsinə əsasən həmin Qaydaların əlavəsində göstərilmiş hüquqşünaslıq ixtisasları üzrə peşə tanınması Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanları əsasında həyata keçirilir və Agentliyin üzərinə qoyulmuş bu kimi öhdəliklərin icrası zamanı Agentlik qanunvericiliyə əsasən yalnız həmin iddiaçıların adının ödənişsiz olaraq peşə tanınması üzrə imtahan siyahısına salınmasını təmin edə bilər, lakin DİM imtahanı olmadan onlara birbaşa peşə tanınması haqqında şəhadətnamə verə bilməz. 3. Araşdırma zamanı ərizəçinin ali təhsil aldığı müəssisədə qiyabi təhsilalma formasının tələblərinə uyğun olaraq tədris prosesinə faktiki cəlb olunmaqla iştirak üçün xarici ölkənin ərazisində olma müddətləri aşağıdaki kimi müəyyən edilmişdir: 2018-2019- 28 gün; 2019-2020-1 yarımil: Getməyib + İİ yarımil: pandemiya dövrü; 2020-2021 - Getməyib (Pandemiya dövrü); 2021-2022- Getməyib (Pandemiya dövrü); 2022-2023 - Getməyib; 2023-2024- 1 ay 12 gün. İddiaçı mütəxəssis diplomu üzrə təhsil alıb və iddiaçının təhsilalma formasının qiyabi formada olması müəyyən edilir. 4. Məlumat üçün bildiririk ki, Rusiya Federasiyası təhsil sistemində mövcud olan mütəxəssis proqramları tədris müddəti, tədris yükü və əldə edildiyi ölkədə doktorantura pilləsinə müraciət etmək hüquqi verdiyi üçün, bu qəbildən proqramlar iddiaçının təhsil aldığı proqram öz ölkəsində mütəxəssis diplomu təqdim etməklə bakalavr təhsil səviyyəsi üzrə nəzərdə tutulandan daha artıq tədris yükünün yerinə yetirilməsini nəzərdə tutur ki, bu da Azərbaycan Respublikasının da öz ali təhsil sistemində tətbiq etdiyi Avropa Kredit Transferi və Toplanması Sisteminə uyğun olaraq 300 kreditə ekvivalentdir ki, bakalavr üçün bu miqdar 240 kredit olaraq nəzərdə tutulmuşdur. Nəticə etibarilə təhsil proqramının başa vurulması üçün tələb olunan müddət 4 il yox, 6 il olmuşdur, iddiaçı normativ tədris müddətindən artıq təhsil almamışdır. 5. Məhkəmə qərarının 7-ci səhifəsinin 1-ci abzasında vurğulanmış “tanınma qərarı yalnız kəmiyyət meyarlarına əsaslana bilməz” ifadəsinə əsasən bildiririk ki, tanınma zamanı sərhədkeçmə məlumatları minimum tələb kimi yoxlanılır. 6. Məhkəmə qərarının 7-ci səhifəsinin 2-ci abzasında sərhədkeçmə barədə tələbə münasibət bildirərkən hal-hazırda qüvvədə olan və ərizəçinin müraciət etdiyi tarixdə qüvvədə olduğu üçün inzibati icraat aparılan Qaydalara istinad etməyərək, ərizəçinin tanınma üçün müraciət etdiyi tarixdən (xx.xx.2024-cü il) öncə ləğv edilmiş (xx.xx.2023) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarına istinad etmiş, həmin Qaydalardakı tələblər qiymətləndirilmişdir. 7. Məhkəmə ərizəçinin müraciətindən əvvəl ləğv edilmiş normativ akta istinadını əsaslandırarkən, onun təhsil aldığı dövrdə 64 nömrəli Qərarın qüvvədə olmasını arqument kimi göstərmişdir, lakin Məhkəmə nəzərə almamışdır ki, Tanınma Qaydaları vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınmasını tənzimləyir. 8. Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq həmin dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır. 9. Təəəsüf ki, Məhkəmə mövqeyinin əsaslandırmasında inzibati icraatın aparılmasından əvvəl ləğv olunmuş aktı təhlil edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü bəndində əks olunmuş (Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir) Məhkəmə Qərarının forması və məzmunu barədə tələblərə əməl etməyərək prosessual normanı pozmuşdur.

10. Məhkəmə qərarının 8-ci səhifəsinin son abzasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomların qarşılıqlı tanınmasına dair beynəlxalq müavilə mövcud olduğundan iddiaçının diplomunun akdemik tanınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz” ifadəsi işlənilmişdir. 11. Bildiririk ki, Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli, 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında təhsil, elmi adlar, elmi dərəcələr haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”ə istinad etmişdir. Halbuki həmin Sazişin 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən Sazişdə nəzərdə tutulan qarşılıqlı tanınmanın yalnız əyani təhsilalma formasına tətbiqi nəzərdə tutulur. 12. Məhkəmə qərarının 6-cı səhifəsinin ilk abzasında X2 Mühafizə Xidmətinin Universitetinin xx.xx.2024-cü il tarixli, İ-Q-111-148 nömrəli məktubuna istinad edərək mübahisəyə səbəb olan 2022/2023-cü tədris ili üçün COVİD-19 pandemiyası səbəbindən iddiaçının distant təhsil aldığını bildirmişdir. Lakin aparılan araşdırma zamanı eyni dövrdə təhsilalan digər tələbələrin faktiki cəlbolunmaqla ali təhsil müəssisəsindəki dərslərdə iştirak etdiyi müəyyən olunur. Lakin iddiaçı pandemiya dövrünü əsas gətirərək dərslərdə iştirak etməmişdir. 13. Bildiririk ki, cavabdeh orqan xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər əlaqəli normativ hüquqi aktlarla (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli, 907 nömrəli Fərmanı) bu məsələnin onun səlahiyyətinə aid edilməsi və cavabdeh orqanın bu sahədə səlahiyyətli orqan kimi müəyyən edilməsinə əsaslanaraq həyata keçirir. Əldə olunan kvalifikasiyanın ölkə ərazisində tanınması xarici təhsil müəssisəsinin deyil, Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. 14. Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. 15. Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən tanınmaya dair tələblərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmasıdır). 16. Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). 17. Qaydaların 6.2-ci bəndinə əsasən yalnız sözügedən Qərarın əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir və müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Təhsildə X5nin (bundan sonra Agentlik) sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. 18. Bu səbəbdən iddiaçının xarici ölkədə əldə etmiş olduğu ixtisası nəzərə alaraq bildiririk ki, o, yalnız mütəxəssis diplomu üzrə ixtisasın akademik tanınması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edə bilərdi. Məhkəmə hüquqi yardım göstərərək iddiaçının iddia tələbinə düzəliş verilməsini təmin etməmişdir. Bununla da məhkəmə iddiaçının “mütəxəssis diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiasını təmin etmişdir. 19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1 və 8.7.2-ci yarımbəndlərinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. 20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili)təhsilinin məzmunu və təşkili Qaydalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramfna əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. 21. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətini həyata keçirməsini, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. 22. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2377/2023 saylı qərarının 35-ci bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir. 23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 25-ci bəndində qeyd olunmuşdur ki: “Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər”.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. Maddə 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

15. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X5nin Nizamnaməsi”: 1.1. Təhsildə X5 (bundan sonra– Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonramüvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8. bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: Bənd 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsil alanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir Bənd 2.3. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Bənd 4.1. “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ixtisaslaşmaların təhsil proqramları ilə müəyyən edilir. Əsas (baza ali) tibb təhsili proqramlarının təhsil müddəti 5-6 il, rezidenturada isə 2-5 ildir. Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyən edilir. Doktoranturada təhsil müddəti 3 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəliqərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: Bənd 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120- 160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici övlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”; (qeyd edilən qərar xx.xx.2023 tarixdə ləğv edilmişdir). Bənd 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bənd 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Bənd 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; Bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bənd 2.3. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: 1. ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; 2. təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Bənd 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

20. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: Bənd 1.1. 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. Bənd. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə X5 (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Bənd 4.1. Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra– Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdətədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Bənd 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. Bənd 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

22. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

24. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

27. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

28. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

29. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

30. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

31. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

32. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

33. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

38. Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı Rusiya Federasiyasının Qəhrəmanı Ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X8 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş bakalavr diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarət olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı qiyabi təhsilalma formasında milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas) ixtisası üzrə aldığı təhsilə görə X8 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən ona verilmiş diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb etsə də, cavabdeh iddiaçının təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasını əsas gətirərək iddiaçının tələbinin icrasında imtina etmişdir.

39. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı X8 Xidmətinin Sankt-Peterburq Universitetində “milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas)” üzrə tam bakalavriat kursunu bitirmişdir. X8 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən iddiaçıya verilmiş diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin İnzibatlığı Leninqrad vilayəti üzrə Ümumi və İxtisas Təhsil Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 748438 nömrəsi ilə apostil edilmişdir. İş materiallarında olan Diplomloma əlavənin “Əlavə məlumatlar” bölməsində “təhsilin forması: qiyabi” qeyd edilmişdir.

40. Məhkəmə koillegiyası qeyd edir ki, mübahisənin həlli yalnız cavabdeh inzibati orqanın qeyd etdiyi kimi tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən iddiaçının tələb olunandan daha qısa müddət ərzində təhsil aldığı ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. İş üzrə materiallarla iddiaçının 2018-2024-cü illərdə təhsil müddətinin qiyabi formaya uyğun olaraq 6 il, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin təhsilin normativ müddətinə dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsini cavabdeh mübahisələndirməmişdir.

41. Cavabdeh orqan təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə olmasını, eyni zamanda 2022-2023-cü il tədris dövründə dərslərin artıq ənənəvi qaydada keçirildiyini qeyd etsə də, məhkəmə araşdırmaları zamanı bu hal təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan X8 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunu ilə müəyyən olunur ki, Rusiya Federasiyasının Baş X11 tərəfindən təsdiq edilmiş yeni koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması ilə bağlı tövsiyələrə əsasən, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilməlidir. Yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmasına qarşı tədbirlər çərçivəsində xəstəlik ocaqlarının yayılmaması və sanitariya-epidemioloji qaydalara riayət edilməsi məqsədi ilə 2020-2021, 2021-2022 və 2022-2023-cü tədris illərində qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların tədris texnologiyaları vasitəsi ilə aparılması həyata keçilmişdir. Qeyd olunan məktubla cavabdehin 2022-2023-cü il tədris dövründə dərslərin ənənəvi qaydada keçirilməsi ilə bağlı arqumentlərinin əsaslı olmadığı görünür.

42. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisələndirilməyən halıdır. Lakin mübahisələndirilən tədris dövründə təhsilin distant formada aparılması COVİD-19 pandemiyasının qarşısının alınması məqsədi ilə iddiaçının təhsil aldığı ölkənin müvafiq dövlət qurumları və təhsil alıdığı müəssisənin tətbiq etdiyi bir prosedur olmuş, iddiaçının iradəsindən asılı olmamışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı 2018-2019-cu tədris ili üzrə 28 gün və 2023-2024-cü tədris ili üzrə 1 ay 12 gün təhsil aldığı ölkədə olmuş, 2020-2021, 2021-2022 və 2022-2023-cü illər üzrə tədris dövrü isə COVİD-19 pandemiyasının dövrünə təsadüf etdiyinə görə təhsil distant formada həyata keçirilmişdir.

43. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həm təhsil dövründə, həmçinin təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətində çalışır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma pandemiya dövrü istisna olmaqla yuxarıda qeyd olunan digər dövrlərdə təhsil aldığı dövlətdə olmuşdur ki, bu da istehsalatdan ayrılmadan ali təhsil alan iddiaçının ixtisasının mənimsənilməsi istiqamətində tədris prosesinə olan həssas yanaşmasının və məsuliyyətinin göstəricisi kimi qiymətləndirilməyə bilməz. Həm də bu, məhkəmə praktikasında qiyabi təhsil almada təhsilin müddətinə və məzmununa uyğun olması və yolverilənliyi kimi qəbul edilmişdir.

44. Eyni zamanda iş materiallarına əlavə edilmiş diploma əlavəyə əsasən, iddiaçı həmin universitetdə təhsil aldığı zaman proqram fənlərinə dair tədris təcrübəsini keçmiş, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmiş, iddiaçının növbəti kurslara kəsiri və ya akademik borcu qalmamışdır.

45. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kurslara keçirmiş, iddiaçı imtahanlardan əla, yaxşı, kafi və məqbul qiymətlər almış və tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu almışdır. İddiaçının tədris dili üzrə bilik səviyyəsi qənətbəxş olmaqla müvafiq tədris olunan fənləri mənimsəməyə kifayət etmiş, cavabdeh iddiaçının dil biliyi ilə bağlı müsahibənin nəticəsini müsbət qiymətləndirmiş və bununla bağlı hər hansı mübahisə etməmişdir.

46. İş materiallarla həmçinin iddiaçının təhsil müddətinin, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. Həmçinin iddiaçıya məxsus diplomla verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması da mübahisə doğurmur.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

48. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1763/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar