Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-369/2025 10.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-627/2025 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı ilk dəfə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.1989-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və o, 5 il müddətinə ikinci dərəcə əlil kimi pensiya almışdır. Sonradan İddiaçı əlillik vəziyyəti bir neçə dəfə qiymətləndirilmiş, müxtəlif səbəblərdən əlillik təyinatından imtina edilmişdir. Sonuncu dəfə onun əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli H00016446KAT nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – S98.2 – Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası. Sol ayağın İ, İİ, İİİ barmaqlarının, ayaq daraq sümüklərinin açıq, yerini dəyişmiş qəlpəli sınığı (xx.xx.1998); Diaqnoz qeydi: S90.3-Sol ayaq pəncəsinin yumşaq toxumalarının əzniyi. Diaqnoz qeydi: S52.6: Sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı. Yaraların birincili cərrahi işlənməsi (xx.xx.1998). Yumşaq toxumaların nekroektomu. Ağırlaşma – M25.6 – Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. Sol ayağın İV-V barmaqlarının tam hərəkət məhdudluğu; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası. Sol aşıq baldır oynaqlarının açıcıbükücü kontrakturası; Ağırlaşma - R52.2 – Digər daimi ağrı, sol ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərində, sol aşıq-baldır oynağında daimi ağrı sindromu, Ağırlaşma - R26.2 – Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması; Ağırlaşma - Z73.6 - Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması; Ağırlaşma - Z96.6 - digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, appendektomiya əməliyyatından sonrakı vəziyyət. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsi ilə bağlı xx.xx.2022-ci il tarixli qiymətləndirilməsinə dair qərarın ləğv edilməsi və tibbi sosial ekspertiza keçirilərək onun əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci ildə anadan olmuşdur. 1986cı ildən başlayaraq 2006-cı ilədək 17 il ərzində İİİ qrup müddətsiz hərbi əlillik almışdır. 2006-cı ildə onun şikayəti əsasında onun əlillik dərəcəsini dəyişərək İİ qrup əlillik təyin etdilər. 2006-cı ildən 2021-ci ilin may ayınadək o, İİ qrup əlillik pensiyası almışdır. Lakin 2021-ci ilin may ayında əlilliyini ləğv etmişlər. İndiyədək üç dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də və hər dəfə də canlı (onlayn) müayinədən keçsə də xx.xx.2022-ci ildə onun barəsində «Diaqnoz əlillik əlaməti təyin etməməsi» və «Diaqnoz əlillik əlaməti təyin etmir barədə» qərar qəbul edilmişdir ki, o da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Belə ki, müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi «Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, sol ayağın 1/3 barmaqlarının, ayaq daraq sümüklərinin açıq, yerini dəyişmiş, qəlpəli sınığı. Sol ayağın İİİ, İV, V barmaqlarının qapalı yerini dəyişmiş sınığı (xx.xx.1988). Sol ayaq pəncəsinin yumşaq toxumalarınin əziyi. Sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı. Yaraların birincili cərrahi işlənməsi (xx.xx.1988)» göstərilmiş və bu diaqnoz ilə 1986-cı ildən əlilik təyin edilmiş və həmin vaxtdan da indiyədək əlillik pensiyası almışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1865/2023 nömrəli qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2016-cı il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə iddia tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1865/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh orqan apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-ci il tarixli 2- 1(104)-81/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 21 dekabr 2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qəraradı ilə hazırki iddia tələbi “xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-627/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xəstəlikləri onun əlilliyinin qiymətləndirildiyi zaman qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlmədiyi üçün cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur. Belə ki, iddiaçının əsas xəstəliyi olan S98.2 – Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası. Sol ayağın İ, İİ, İİİ barmaqlarının əsas falanqadan posttravmatik amputasiyasından sonrakı vəziyyət (əsas diaqnozu) Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin 13.4-cü bəndində təsbit olunsa da, həmin xəstəliyin ağırlaşma hallarına yalnız ayağın bud və baldır hissədən amputasiyası və protezləşmə, güdülün amputasiyası, pəncənin amputasiyası və güdülü, bud-çanaq oynaqlarının hərəkət məhdudluğu və ankilozu, budun displaziyası, ayağın qısalması, büd sümüyünün psevdoartrozu və diz oynağının ankilozu halları aid edilmiş və yalnız həmin ağırlaşma hallarının mövcudluğu şəxsə əlillik təyinatına əsas verir. İddiaçının göndərişində onun xəstəliyinin ağırlaşması kimi qeyd edilən xəstəliklər isə nəinki həmin bəndin (S.98 XBT kodunun əks olunduğu 13.4-cü bənd) alt yarımbəndlərində, ümumiyyətlə yuxarıda adıçəkilən Meyarlara Əlavədə öz əksini tapmamışdır. İddiaçıda yalnız sol aşağı ətrafda l-İİ-İll barmaqların amputasiyasından sonrakı güdülü mövcuddur ki, həmin xəstəlik səbəbindən iddiaçıda hərəkət məhdudluğunun və s. bu kimi halların olması iş materiallarında olan tibbi sənədlərdə öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən əldə edilmiş sənədlərlə iddiaçının hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ardıcıl və fasiləsiz olaraq 10 il müddətinə (xx.xx.2008-ci il tarixdən etibarən xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilməsinin müəyyən olunmasına baxmayaraq, həmin hal təkbaşına iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyina edilməsinin əsası kimi çıxış edə bilməz. Həmin halla yanaşı iddiaçının həmin əlilliklərin təyininə əsas olmuş xəstəliklərinin hazırda da iddiaçının səhhətində mövcud olması və əlilliyin təyininə əsas verən həcmdə olması tələb olunur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə araşdırması ilə ikinci şərtin ödənilməməsi öz təsdiqini tapmışdır. d) apellyasiya məhkəməsində ikinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-627/2025 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1986-cı ildən başlayaraq 2006-cı ilədək 17 il ərzində İİİ qrup müddətsiz hərbi əlillik təyin edilmişdir. 2006-cı ildə onun şikayəti əsasında onun əlillik dərəcəsi dəyişərək İİ qrup əlillik təyin edildi. 2006-cı ildən 2021-ci ilin may ayınadək o, İİ qrup əlillik pensiyası almışdır. Lakin 2021-ci ilin may ayında əlilliyi ləğv edilmişdir. Yəni, müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi «Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, sol ayağın ı,ıı, barmaqlarının, ayaq daraq sümüklərinin açıq, yerini dəyişmiş, qəlpəli sınığı. Sol ayağın ııı, ıv, v barmaqlarının qapalı yerini dəyişmiş sınığı.(xx.xx.1988) sol ayaq pəncəsinin yumşaq toxumalarının əziyi. Sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı. Yaraların birincili cərrahi işlənməsi.(xx.xx.1988)» göstərilmiş və bu diaqnoz ilə 1986-cı ildən əlillik təyin edilmiş və həmin vaxtdan da indiyədək əlillik pensiyası almışdır. İndiyədək üç dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də və hər dəfə də canlı (onlayn) müayinədən keçsə də xx.xx.2022-ci ildə onun barəsində «Diaqnoz əlillik əlaməti təyin etməməsi» səbəbi və «Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir ki, o da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edərək məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də o, hazırkı ekspert rəyini qanunsuz və əsassız hesab edir. Çünki ekspertiza aparan Məhkəmə-Tibbi Ekspert Komissiyasının 2(iki) üzvü olmuşdur ki, onlardan da biri AR Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspertidir, yəni hazırkı iş üzrə cavabdeh inzibati orqanın əməkdaşıdır. Ona görə də hesab edir ki, bir halda ki, ekspertlərdən biri Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspertidir, yəni hazırkı iş üzrə cavabdeh inzibati orqanın əməkdaşıdır, deməli cavabdeh inzibati orqanın - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial Ekspert Komissiyasının sonuncu müayinəsi ilə bağlı qiymətləndirməsinin ləğv edilməsinə razı ola bilməzdi, əksinə həmin qiymətləndirmənin qüvvədə qalmasında maraqlı olmuşdur. Məhz bu səbəbdən də ekspertiza rəyində onun iddiasının təmin edilməsinə əsas verən müddəa göstərilməmişdir. Məhz bunun nəticəsidir ki, ekspert rəyi tam əsaslandırılmamışdır və ekspert rəyində müəyyən ziddiyyətlər vardır. Ona görə də hesab edir ki, qeyd olunan hallar Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hər hansı bir tibbi-sosial ekspertinin iştirakı olmadan təkrar Məhkəmə Tibbi-Ekspertizası keçirilməklə aradan qaldırılmalıdır. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilən halların heç birinə lazımi hüquqi qiymət verə bilməmiş, işin faktiki hallarını və hüquqi tərəfini obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış və bu səbəbdən də həmin hallara tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hüququn tətbiqində səhvə yol vermişdir ki, bu hallar da AR MPM-nin 385.1.1- 385.1.4-cü və AR İPM-nin 87.6-cı maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 13.4. – Aşıq-baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya – X2 S98 kodu ilə müəyyən edilmişdir. Həmin əlavənin 13.4.22. – pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyası, pəncənin birtərəfli qüsurlu vəziyyəti ilə 40 faiz olmaqla müddətsiz müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təvəkgül İsmayıl oğluna ilk dəfə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.1989-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və o, 5 il müddətinə ikinci dərəcə əlil kimi pensiya almışdır. Sonradan İddiaçı əlillik vəziyyəti bir neçə dəfə qiymətləndirilmiş, müxtəlif səbəblərdən əlillik təyinatından imtina edilmişdir. Sonuncu dəfə onun əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli H00016446KAT nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırkı tələb ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı xəstəliklərinin onun əlilliyinin qiymətləndirildiyi zaman qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlməməsi əsası ilə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası həmin mövqeyi düzgün hesab etmir və aşağıdakıları qeyd edir. “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli H00016446KAT nömrəli göndərişində iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – S98.2 – Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası. Sol ayağın İ, İİ, İİİ barmaqlarının, ayaq daraq sümüklərinin açıq, yerini dəyişmiş qəlpəli sınığı (xx.xx.1998); Diaqnoz qeydi: S90.3-Sol ayaq pəncəsinin yumşaq toxumalarının əzniyi. Diaqnoz qeydi: S52.6: Sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı. Yaraların birincili cərrahi işlənməsi (xx.xx.1998). Yumşaq toxumaların nekroektomu. Ağırlaşma – M25.6 – Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. Sol ayağın İV-V barmaqlarının tam hərəkət məhdudluğu; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası. Sol aşıq baldır oynaqlarının açıcıbükücü kontrakturası; Ağırlaşma - R52.2 – Digər daimi ağrı, sol ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərində, sol aşıq-baldır oynağında daimi ağrı sindromu, Ağırlaşma - R26.2 – Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması; Ağırlaşma - Z73.6 - Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması; Ağırlaşma - Z96.6 - digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, appendektomiya əməliyyatından sonrakı vəziyyət. Yuxarıda qeyd edilən diaqnozlar aşağı ətrafların funksional pozğunluğu, yerişin pozulması, oynaq kontrakturaları və daimi ağrılı sindromla müşayiət olunur ki, bu da iddiaçının orqanizminin funksiyalarının pozulması deməkdir. Yuxarıda göndərişdən göründüyü kimi İddiaçı “Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası” (S98.2), “Sol ayağın İ, İİ, İİİ barmaqlarının, ayaq daraq sümüklərinin açıq, yerini dəyişmiş qəlpəli sınığı” həmçinin güdülərdə daimi ağrı sindromu, sol aşıq-baldır oynağında kontraktura və sol ayağın İV-V barmaqlarında tam hərəkət məhdudluğu diaqnozları qoyulmuşdur. “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli H00016446KAT nömrəli göndərişində qeyd edilmiş XBT-10 kodu “S98” olan əsas diaqnoz göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 13.4-cü bəndində öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 13.4-cü bəndin qiymətləndirməsi olan 13.4.22-ci bəndinə əsasən “pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyası, pəncənin birtərəfli qüsurlu vəziyyəti ilə” sağlamlıq imkanlarının 40 faiz aralığı pozulması ilə əlilliyin müddətsiz təyin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarından müəyyən edilir ki, İddiaçı ilk dəfə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.1989-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və o, ümumilikdə 14 il əlil statusunda olmuşdur. İddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin edilərkən “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = S90-S99 – Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları = S98- Aşıq-baldır oynağı və ayaq səviyyə.; Diaqnozun mətni: Sol pəncənin İ-İİ-İİİ barmağın dırnaq falanqasından travmatik amputasiyası 4-cü, 5-ci barmaqların açıq sınığından sonrakı kəskin hərəkət məhdudluğu. Said sümüklərin qapalı sınığından sonrakı vəziyyət. Ü.İ.X gərginlik stenokardiyası İİ-fs bronxial astma qarışıq forma TÇ İİ-dərəcə.” kimi təsbit edilmişdir. Göründüyü kimi iddiaçıya əvvəllər də əlilliyin təyin edilməsinə əsas olmuş diaqnozlar ümumilikdə eyni olmuş, həmçinin xx.xx.2022-ci il tarixli məlumat qrafikində xəstəliyin başlanma tarixi kimi xx.xx.1989-cu il tarix, xəstəliyin gedişi xroniki və ağırlıq dərəcəsi ağır qeyd edilmişdir. Bu isə həmin travmatik pozuntuların uzunmüddətli və dəyişməz xarakter daşıdığını, xəstənin funksional imkanlarının bərpa olunmaması səbəbindən vəziyyətinin qüsurluluqla müşayiət olunduğunu göstərir. Beləliklə də, İddiaçı əlilliyi iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz 40 faiz, müddətsiz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-627/2025 saylı qərarı ləğv edilməli və iddia tələbi təmin edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən 40 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-627/2025 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən 40 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-369/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-369/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver