Məhkəmə qərarları › İş №2-1(104)-37/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-37/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-37/2023 01.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X15 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X22, X5, X23, X16, X18) Süleymanova (Hüseynova) Günel Tofiq qızına və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin plan və ölçü sənədlərinin “Qara” firmasının daimi istifadəsinə verilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti nəzərə alınmaqla onların adlarına, X23 və qeyrilərinin faktiki istifadəsində olan torpaq sahəsinin plan və ölçü sənədlərinin isə onların adlarına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(114)-84/2020 saylı qərarından İddiaçı1, üçüncü şəxslər X5, X23, X16 və X18 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Əraziİdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin texniki torpaq sənədlərindəki koordinatlarının dəqiqləşdirilməsi, pay torpaqları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində faktiki istifadəçilərinə görə hüquqi qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(114)-84/2020 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, JN-2107 KOD 50300016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə X8, X1, X9, X6 və X10 mülkiyyətinə verilmiş 0.73 ha torpaq sahəsinin və JN-2103 KOD 50300016 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə X12, X2, X13, X7 və X11 mülkiyyətinə verilmiş 0.73 ha torpaq sahəsinin sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla faktiki istifadə vəziyyətinin məkan göstəricilərini əks etdirən yeni sənədlərin (plan-ölçü sənədlərinin) hazırlanaraq mülkiyyətçilərə verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan iddiaçı X15 apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(114)-84/2020 saylı qərarının dəyişdirilərək iddia ərizəsinin təmin edilməs barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin üçüncü şəxslər X5, X23, X16 və X18 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının qeyri qanuni və əsassız olduğundan ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya icraatı zamanı ıddiaçı X4, üçüncü şəxslər X13, X2, X7 və X11 apellyasiya şikayətlərini geri götürmələri barədə ərizələri məhkəməyə daxil olmuşdur. İddiaçı X15 ərizəsində üçüncü şəxslərlə aralarında olan torpaq mübahisəsini barışıq yolu ilə həll etdiklərindən apellyasiya şikayətini geri götürdüyünü bildirmişdir. Həmçinin üçüncü şəxslər X2, X7 və X11 nümayəndəsi X13 həm öz adından, həm də təmsil etdiyi digər üçüncü şəxslərin adından notariat qaydasında tərtib olunmuş ərizədə iddiaçı ilə aralarında olan torpaq mübahisəsinin barışıq yolu ilə həll etdiklərindən apellyasiya şikayətlərini geri götürdüklərini bildirmişlər. Bundan başqa, üçüncü şəxslər X5, X16 və X18 ayrılıqda məhkəməyə ünvanladıqları ərizələrində apellyasiya şikayətlərini geri götürdüklərini bildirmiş və apellyasiya şikayətini baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı2, onun nümayəndəsi vəkil X3, üçüncü şəxs X23 və onun vəkili X19, üçüncü şəxs X18 və onun nümayəndəsi X20, üçüncü şəxslər X5 və X16, Daşınmaz Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq, iş üzrə tərəflərə təqdim olunmuş məhkəmə bildirişində onların məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclasında İddiaçı X15 məhkəməyə təqdim olunmuş apellyasiya şikayətini geri götürməsinə dair ərizəsini müdafiə edərək üçüncü şəxslərlə aralarında olan torpaq mübahisəsini barışıq yolu ilə həll etdiklərindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirdi və apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edirki, bu halda hazırkı iş üzrə iddiaçı X4, üçüncü şəxslər X13, X2, X7 və X11 apellyasiya şikayətlərindən imtina etmələri qəbul edilməli və həmin şikayətlər üzrə apellyasiya icraatına xitam verilməlidir. Beləki, Azərbaycan Respublikası İPM-nin 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. İPM-nin 1.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verilir. Həmçinin məhkəmə kollegiyası üçüncü şəxslərin apellyasiya şikayətindən imtina etmələri barədə ərizələrini imzalamış nümayəndənin buna səlahiyyətinin olub olmasını araşdıraraq müəyyən etmişdir ki, ona Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulan, habelə məhkəmə icraatı barədə qanunvericilikdə müəyyən edilən digər prosessual hüquqlardan istifadə etmək səlahiyyəti verilmişdir. Mülki və inzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətindən imtina o vaxt qəbul edilmir ki, apelyasiya şikayətindən imtina etmə qanuna zidd olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının, üçüncü şəxslərin və onların adından nümayəndələrinin apellyasiya şikayətindən imtina etmələri qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Məhkəmə kollegiyası həmçinin iddiaçının və üçüncü şəxslərin apellyasiya şikayətlərindən imtina etmələrinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasları da müəyyən etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 88-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı X4, üçüncü şəxslər X13, X2, X7 və X11 Gəncə İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(114)-84/2020 saylı qərarından verilmiş apellyasiya şikayətlərindən imtina etmələri qəbul edilsin. Gəncə İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2- 1(114)-84/2020 saylı qərarından verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziabti Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar