Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-370/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3391/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bərdə rayon X6 İcraiyyə Komitəsi Mənzil İstismar Kontorunun xx.xx.1989-cu il tarixli 640 nömrəli arayışında qeyd edilmişdir ki, mərhum X5 həqiqətən Bərdə şəhəri, Nizami küçəsi, 108 nömrəli evin 2 nömrəli mənzilində vəfat edənə kimi yaşamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bərdə rayon Hərbi Komissarlığının xx.xx.2005-ci il tarixli 3/2298 nömrəli arayışına əsasən 1924-cü il təvəllüdlü X5 həqiqətən də 16 sentyabr 1942-ci il tarixdən 20 yanvar 1945-ci il tarixədək X12ndə döyüşən ordunun tərkibində iştirak etmişdir. Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2009-cu il tarixli müqaviləsinə əsasən İddiaçı hər ay evin xidmət haqqını, zibil tullantılarını daşıyaraq və kanalizasiya xəttindəki nasazlıqları müntəzəm olaraq aradan qaldıracaq, il ərzində 13-96 manat vəsait ödəyəcəkdir. Müqavilə xx.xx.2009-cu il tarixdən qüvvədədir. Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 189 nömrəli orderində qeyd edilmişdir ki, İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə Nizami küçəsində, 108 saylı evdə, 2 saylı mənzil 1-ci blokda 1-ci mərtəbədə iki otaqdan ibarət 30.3 kv.m mənzil sahəsi tutmağa ixtiyarı vardır. Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 2214 nömrəli arayışından (Forma 2) məlum olur ki, Bərdə rayon (şəhər XDS) İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Sahəsinin balansında olan ünvan 1 ünvanında yerləşən evin maliyyə şəxsi hesabı xx.xx.2011-ci il tarixdə İddiaçı adına açılmışdır və ailə tərkibi aşağıdakı kimi olmuşdur: arvadı – X7, oğlu – X11 və qızı – X4. Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin Bərdə Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 61 nömrəli və xx.xx.2023-cü il tarixli 28 nömrəli məktublarında bildirilmişdir ki, şəhərin Nizami (indiki H.Əliyev prospekti) 108/2 ünvanında sahəsi 30.3 kv.m 2 otaqdan ibarət mənzili Bərdə rayon İcraiyyə Komitəsi tərəfindən 1959-cu ildə X12 iştirakçısı 2-ci qrup əlil olmuş X2 bağışlanmışdır. Həmin müddətdən ailəsi ilə birlikdə həmin ünvanda yaşamışlar. Hal-hazırda mərhumun oğlu İddiaçı, yoldaşı X7, oğlu X11 ilə birgə həmin ünvanda yaşayırlar. MTİS-ə mənzilin kirayə haqqını və kommunal borcunu vaxtlı vaxtında ödəyirlər. Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 28 nömrəli məktubunda bildirilmişdir ki, H.Əliyev prospekti (Nizami küçəsi), 108/2 saylı mənzildə 1959-cu ildən yaşayan İddiaçı yaşadığı mənzilin rəsmiləşdirmək üçün order sənədi verə bilmirlər. Bərdə rayon qeydiyyat şöbəsinin 01.2023-cü il tarixli arayışına əsasən X5 qəflətən ürək tutmasından xx.xx.1989-cu il tarixdə Bərdə rayonunda ölmüşdür. Bu barədə 1989-cu kitabın 09.09. səhifə 136 qeydiyyat aparılmışdır. İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-R-00xx-xx/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı tərəfindən sözügedən mənzil sahəsinin özəlləşdirilməsi üçün hüquqmüəyyənedici sənədin təqdim olunmadığı aşkar edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, tərəfindən mənzil üzərində hüquqların dövlət qeydiyyatı üçün sənəd-əsaslar təqdim olunmadığına görə sözügedən mənzilin özəlləşdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 161 nömrəli cavab məktubunda bildirilmişdir ki, rayon Dövlət Arxivində 68 saylı fondda mühafizə edilən Bərdə XDS İK-nın fond sənədləri yoxlanılmış, ünvan 6 ünvanının X2 bağışlanması (ayrılması) barədə heç bir məlumata rast gəlinməmişdir. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 226 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 2011ci ilə aid sərəncamları rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilmədiyi üçün sorğuya cavab vermək imkan xaricindədir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 76 nömrəli cavab məktubunda bildirilmişdir ki, şəhərin H.Əliyev prospekti, bina 108/2 saylı 30,3 kv.m olan 2 otaqlı mənzil MTİS-nin balansındadır. 1959-cu ildə X1 Vətən müharibəsi iştirakçısı olduğu üçün rayon İcraiyyə Komitəsi tərəfindən verilmişdir. Həmin mənzilin X2 bağışlanması haqqında İdarədə heç bir rəsmi sənəd yoxdur. 1959-cu ildən həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayıb xx.xx.1989-cu ildə vəfat edib, hal-hazırda həmin mənzildə oğlu İddiaçı ailə üzvləri ilə birgə yaşayır, mənzil kommunal xərclərini vaxtlıvaxtında ödəyir və daimi pasport qeydiyyatındadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə şəhəri, H.Əliyev prospekti (keçmiş Nizami küçəsi), bina 108 ünvanında yerləşən sahəsi 30.3 kv.m 2 otaqdan ibarət 2 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri, H.Əliyev prospekti (keçmiş Nizami küçəsi) bina 108 ünvanında yerləşən sahəsi 30.3 kv.m 2 otaqdan ibarət 2 saylı mənzili Bərdə Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin tərəfindən 1959-cu il tarixdə mərhum atası X2 bağışlanmışdır. Atası xx.xx.1989-cu ildə vəfat etmişdir. Hazırda həmin mənzildə o ailə üzvləri ilə birlikdə yaşayır və maneəsiz olaraq istifadə edir. Bərdə rayon Mənzil İstismar Sahəsinin verdiyi arayışdan görünür ki, mənzilin kommunal ödənişlərini vaxtlı-vaxtında ödəyir. Bərdə rayon Mənzil İstismar Sahəsinin verdiyi digər arayışdan görünür ki, Bərdə şəhəri, H.Əliyev prospekti (keçmiş Nizami küçəsi) bina 108 ünvanında yerləşən sahəsi 30.3 kv.m 2 otaqdan ibarət 2 saylı mənzili X12 iştirakçısı olduğu üçün Lələkişi Rüstəmova bağışlanmışdır. Qeyd edir ki, sözügedən mənzil üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün ərizə və sənədlərlə birlikdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona xx.xx.2023-cü il tarixli, 3-21- 3-46/2-R-0006- 35/2023 saylı məktubla imtina cavabı verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3391/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh orqana ünvan 8 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsinə əsas kimi Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 61 nömrəli, xx.xx.2023-cü il tarixli 28 nömrəli məktublarını və xx.xx.2011-ci il tarixli 2214 nömrəli arayışını təqdim etmişdir. Lakin məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 161 nömrəli cavab məktubunda bildirilmişdir ki, rayon Dövlət Arxivində 68 saylı fondda mühafizə edilən Bərdə XDS İK-nın fond sənədləri yoxlanılmış, ünvan 6 ünvanının X2 bağışlanması (ayrılması) barədə heç bir məlumata rast gəlinməmişdir. Bundan başqa, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 76 nömrəli cavab məktubunda bildirilmişdir ki, şəhərin H,əliyev prospekti, bina 108/2 saylı 30,3 kv.m olan 2 otaqlı mənzil MTİS-nin balansındadır. 1959-cu ildə X1 Vətən müharibəsi iştirakçısı olduğu üçün rayon İcraiyyə Komitəsi tərəfindən verilmişdir. Həmin mənzilin X2 bağışlanması haqqında idarədə heç bir rəsmi sənəd yoxdur. 1959-cu ildən həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayıb xx.xx.1989-cu ildə vəfat edib, hal-hazırda həmin mənzildə oğlu İddiaçı ailə üzvləri ilə birgə yaşayır, mənzil kommunal xərclərini vaxtlı-vaxtında ödəyir və daimi pasport qeydiyyatındadır. Ona görə də, məhkəmə hesab edir ki, bu halda Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023- cü il tarixli 61 nömrəli, xx.xx.2023-cü il tarixli 28 nömrəli məktubları və xx.xx.2011-ci il tarixli 2214 nömrəli arayışı iddiaçının hüquqlarının qeydə alınması üçün əsas ola bilməz. İddiaçı Nizami küçəsində, 108 saylı evdə, 2 saylı mənzil 1-ci blokda 1-ci mərtəbədə iki otaqdan ibarət 30.3 kv.m mənzil sahəsinə dair verilmiş Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 189 nömrəli orderinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin sərəncam yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə verilmişdir ki, həmin vaxt mövcud olan mənzil qanunvericiliyinə görə Bərdə Rayon İcra Hakimiyyətinin belə bir səlahiyyəti yox idi. Ona görə də, həmin sənəd iddiaçının mübahisəli mənzillə bağlı hüquqlarının qeydə alınması üçün etibarlı sayıla bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə rayon X6 İcraiyyə Komitəsi Mənzil İstismar Kontorunun xx.xx.1989-cu il tarixli 640 nömrəli arayışında qeyd edilmişdir ki, mərhum X5 həqiqətən Bərdə şəhəri, Nizami küçəsi, 108 nömrəli evin 2 nömrəli mənzilində vəfat edənə kimi yaşamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bərdə rayon Hərbi Komissarlığının xx.xx.2005-ci il tarixli 3/2298 nömrəli arayışına əsasən 1924cü il təvəllüdlü X5 həqiqətən də 16 sentyabr 1942-ci il tarixdən 20 yanvar 1945-ci il tarixədək X12ndə döyüşən ordunun tərkibində iştirak etmişdir. Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2009-cu il tarixli müqaviləsinə əsasən İddiaçı hər ay evin xidmət haqqını, zibil tullantılarını daşıyaraq və kanalizasiya xəttindəki nasazlıqları müntəzəm olaraq aradan qaldıracaq, il ərzində 13-96 manat vəsait ödəyəcəkdir. Müqavilə xx.xx.2009-cu il tarixdən qüvvədədir. Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 189 nömrəli orderində qeyd edilmişdir ki, İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə Nizami küçəsində, 108 saylı evdə, 2 saylı mənzil 1-ci blokda 1-ci mərtəbədə iki otaqdan ibarət 30.3 kv.m mənzil sahəsi tutmağa ixtiyarı vardır. Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 2214 nömrəli arayışından (Forma 2) məlum olur ki, Bərdə rayon (şəhər XDS) İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Sahəsinin balansında olan ünvan 1 ünvanında yerləşən evin maliyyə şəxsi hesabı xx.xx.2011-ci il tarixdə İddiaçı adına açılmışdır və ailə tərkibi aşağıdakı kimi olmuşdur: arvadı – X7, oğlu – X11 və qızı – X4. Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin Bərdə Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 61 nömrəli və xx.xx.2023-cü il tarixli 28 nömrəli məktublarında bildirilmişdir ki, şəhərin Nizami (indiki H.Əliyev prospekti) 108/2 ünvanında sahəsi 30.3 kv.m 2 otaqdan ibarət mənzili Bərdə rayon İcraiyyə Komitəsi tərəfindən 1959-cu ildə X12 iştirakçısı 2-ci qrup əlil olmuş X2 bağışlanmışdır. Həmin müddətdən ailəsi ilə birlikdə həmin ünvanda yaşamışlar. Hal-hazırda mərhumun oğlu İddiaçı, yoldaşı X7, oğlu X11 ilə birgə həmin ünvanda yaşayırlar. MTİS-ə mənzilin kirayə haqqını və kommunal borcunu vaxtlı vaxtında ödəyirlər. Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 28 nömrəli məktubunda bildirilmişdir ki, H.Əliyev prospekti (Nizami küçəsi), 108/2 saylı mənzildə 1959-cu ildən yaşayan İddiaçı yaşadığı mənzilin rəsmiləşdirmək üçün order sənədi verə bilmirlər. Sadalananlara əsasən hesab edir ki, uzun illərdir həmin evdə yaşadıqlarına görə evin bütün kommunal ödənişlərini uzun illərdir onlar etdiyinə görə, X6 qərarı olduğuna görə iddia tələbi təmin edilməli və sözügedən qətnamə ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da məhkəmə iclasında nümayəndələrinin iştirakın təmin etməmişlər, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanun: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 8 ünvanda yerləşən mənzilin öz adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinasının əsası mənzilin özəlləşdirilməsi üçün hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması olmuşdur. Ona görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı xx.xx.2011-ci il tarixli 189 nömrəli order əsasında ona verilmiş Nizami küçəsində, 108 saylı evdə, 2 saylı mənzil 1-ci blokda 1-ci mərtəbədə iki otaqdan ibarət 30.3 kv.m mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının, order və ya mənzil kirayə müqaviləsinin təqdim olunmadığına istinad etmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmişdir və həmin normada Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin əsaslara aid edilmişdir (Qanunun 8.0.11-ci maddəsi). Hazırkı mübahisəyə münasibətdə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, şəhərin Nizami (indiki H.Əliyev prospekti) 108/2 ünvanında sahəsi 30.3 kv.m 2 otaqdan ibarət mənzili Bərdə rayon İcraiyyə Komitəsi tərəfindən 1959-cu ildə X12 iştirakçısı 2-ci qrup əlil olmuş X2 bağışlanmışdır. Həmin müddətdən ailəsi ilə birlikdə həmin ünvanda yaşamışlar. Hal-hazırda mərhumun oğlu İddiaçı, yoldaşı X7, oğlu X11 ilə birgə həmin ünvanda yaşayırlar. Lakin, həmin mənzilin X2 bağışlanması haqqında heç bir rəsmi sənəd yoxdur. Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 189 nömrəli orderinə əsasən İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə Nizami küçəsində, 108 saylı evdə, 2 saylı mənzil 1-ci blokda 1-ci mərtəbədə iki otaqdan ibarət 30.3 kv.m mənzil sahəsi tutmağa ixtiyarı vardır. Həmin order isə bu qərarda istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aid deyil, belə ki, order xx.xx.2011-ci il tarixdə, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) deyil, Mənzil Məcəlləsi qüvvəyə minəndən sonra verilmişdir. Qüvvədə olan Mənzil Məcəlləsində isə mənzilin orderlə verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının 2009-cu il oktyabrın 1-dək qəbul olunmuş müvafiq sərəncamı və ya mənzil kirayə müqaviləsi də müəyyən olunmamışdır. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı sayılmalıdır və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3391/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-370/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-370/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver