Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-372/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-702/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona artıq ödənilmiş vəsaitin tutulmasına razılığını ifadə etmişdir. 12 saylı Ərazi Vergilər **********497100 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, uçot-məlumat bazasına əsasən aparılmış araşdırmalar zamanı İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində vergi tutulan dövriyyəsinin olmadığı müəyyən edilmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-202580/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun yaşa görə sosial müavinətindən aparılan tutulmanın dayandırılaraq bərpa olunması və müavinətindən tutulmuş 957 (doqquz yüz əlli yeddi) manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən yaşa görə müavinət təyin edilmiş, xx.xx.2020-ci il tarixədək hər ay təyin olunan müavinəti almışdır. 2020-ci ilin dekabr ayında müavinətini ala bilməmişdir. DSMF-nin indiki Gəncə-Daşkəsən regional filialından buna səbəb kimi onun xx.xx.2020-ci il tarixdən aktiv vergi ödəyicisi olduğu bildirilmişdir. Halbuki, iddiaçı onun adına qeyd olunan VÖEN-nin açılması barədə vergi orqanlarına heç bir müraciət etməmiş, bu haqda ona vergi orqanları tərəfindən heç bir məlumat verilməmişdir. xx.xx.2022-ci il tarixindən iddiaçının aktiv vergi ödəyicisi kimi uçotunun dondurulduğu üçün yaşa görə müavinəti xx.xx.2022-ci il tarixindən bərpa edilmişdir. 2022-ci ilin mart ayından başlayaraq aldığı müavinətdən hər ay 36 manat tutulmağa başlanılmış, DSMF-nin indiki Gəncə-Daşkəsən regional filialından bildirmişlər ki, aparılan tutmaya səbəb aktiv vergi ödəyicisi olduğu üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək onun yaşa görə müavinət məbləğində artıqödəmənin müəyyən olunmasıdır. Müavinətindən aparılan tutqunun dayandırılması və tutulan məbləğin geri ödənilməsi üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının dövriyyəsi haqda arayış alaraq, Gəncə-Daşkəsən regional filialı vastəsilə DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərmişdir. Qeyd olunan xx.xx.2023-cü il tarixli **********725000 saylı arayışda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergi orqanına dövriyyəsi barədə məlumatların təqdim edilməməsi müəyyən edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vüsal Alpaşayev 12 saylı Ərazi Vergilər Baş İdarəsindən xx.xx.2020-ci il tarixdən - xx.xx.2021 -c il tarixədək onun dövriyəsi haqqında yenidən arayış alaraq, Gəncə Daşkəsən regional filialı vasitəsilə DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərmişdir. xx.xx.2023-cü il tarixli **********497100 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi tutulan dövriyyəsi olmadığı müəyyən edilmişdir. Göründüyü kimi ikinci arayışın məzmunu DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən yuxarıda qeyd olunan, tələb edilən məzmuna tamamilə uyğundur. Lakin buna baxmayaraq ikinci arayışa cavab olaraq DSMF tərəfindən müraciətin cavablandırılması haqqında xx.xx.2023 tarixli, 3-17-1-2-3)- 202580/2023 saylı məktubu ilə İddiaçı xx.xx.2020-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergiyə cəlb edilən dövriyyə məbləğinin sıfır olması barədə məlumat qeyd edilməmişdir. Bu səbəbdən artıqödəmə ilə bağlı qərar qüvvədə saxlanılmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, artıq ödənilmiş sosial müavinətin geri tutulmasına razılıq vermişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-702/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tutulmuş sosial müavinətdən aparılan tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2020-ci il tarixindən aktiv vergi ödəyicisi olduğu üçün ödəniş xx.xx.2021-ci il tarixində dayandırılmışdır. Nəticədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yaşa görə sosial müavinət üzrə ödənilən məbləğ cavabdeh tərəfindən əsassız ödənilmiş vəsait hesab edilmiş və Mərkəzi Filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 6764 qərara əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş sosial müavinət məbləği təyin edilmiş müavinətdən tutularaq Mərkəzi Filialın hesabına bərpa edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət edərək, ona artıq ödənilmiş vəsaitin geri tutulmasını xahiş etmişdir. Sonradan iddiaçı cavabdehə müraciət edərək, artıq ödəmənin tutulmasının dayandırılmasını xahiş etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, artıq ödənilmiş sosial müavinətin məbləği müavinət alan şəxsin razılığı ilə müvafiq orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı tutulma üçün razılıq vermiş, məhkəmə iclasında da bunu etiraf etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin olunmamasını onunla əsaslandırır ki, o artıq ödənilmiş sosial müavinətin geri qaytarılmasına razılıq vermişdir. Həmçinin təqdim etdiyi arayışda vergiyə cəlb edilən dövriyyə məbləğinin sıfır olması barədə məlumat qeyd edilməmişdir. Halbuki 12 saylı Ərazi Vergilər baş idarəsi tərəfindən təqdim olunmuş məktublardan aydın görünür ki, onun ümumiyyətlə heç bir vergiyə cəlb olunan fəaliyyəti, gəliri olmayıb. Yəni ondan tutulmanın aparılmasının heç bir qanuni əsası yoxdur. Məhkəmə təqdim olunan sənədlərdə onun vergiyə cəlb edilən heç bir gəlirli fəaliyyətlə məşğul olmadığının aydın görünməsinə baxmayaraq səhv nəticəyə gəlmişdir. Bununla yanaşı onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergiyə cəlb edilən dövriyyə məbləğinin sıfır olması barədə məlumat əldə etmək üçün Vergilər Nazirliyinə sorğu verməmiş və özünün vəzifə borcunu yerinə yetirməmişdir. Onun sosial müavinətindən tutqu aparılmasına razılıq verməyi heç bir gəlirli fəaliyyətlə məşğul olmadan, barəsində onun müraciəti olmadan VÖEN açılmasına və həmin VÖEN-nin aktiv olduğu müddətdə aldığı müavinətin artıq ödəniş kimi nəzərə alınaraq tutqu tətbiq edilməsinə əsas deyil. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Sosial müavinətlər haqqında Qanunu: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. O, xx.xx.2020-ci il tarixdən aktiv vergi ödəyicisi olduğu üçün xx.xx.2021-ci il tarixində yaşa görə sosial müavinət üzrə ödənişi dayandırılmışdır. Beləliklə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yaşa görə sosial müavinət üzrə ödənilən məbləğ cavabdeh orqan tərəfindən əsassız ödənilmiş vəsait hesab edilmişdir. İddiaçının aktiv vergi ödəyicisi kimi fəaliyyəti dondurulduğu üçün onun yaşa görə sosial müavinətinin ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli 6764 nömrəli qərarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş sosial müavinət məbləği təyin edilmiş sosial müavinətdən tutularaq Mərkəzi Filialın hesabına bərpa edilməsi qərara alınmışdır. İş materiallarında olan iddiaçının müvafiq cavabdeh orqana ərizəsindən görünür ki, İddiaçı aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dayandırıldığını nəzərə alaraq yaşa görə sosial müavinət ödənişinin bərpa edilməsini və artıq ödənilmiş vəsaitin 20 faiz miqdarında tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Sosial müavinətlər haqqında qanununun 12.2-ci maddəsinə əsasən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan artıq ödənilən müavinət hissə-hissə onun sosial müavinətindən tutulmuşdur. Ödənilmiş müavinətin müəyyən hissəsinin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmış, bununla bağlı qanunvericiliyin tələblərinə riayət edilmiş və cavabdeh tərəfindən iddiaçının sosial müavinətindən tutulmaların aparılması üçün iddiaçının razılığı alınmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-702/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-372/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-372/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver