Məhkəmə qərarları › İş №2-1(104)-373/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-373/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-373/2025 07.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqı almadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998-ci il üzrə 4 ay, 1999cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-658/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.

2. 27.05.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Qasım İsmayılov rayonu Gənc Təbiətçilər stansiyasında dərnək rəhbəsi, xx.xx.1981-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Rəhimli kənd orta məktəbində dərnək rəhbəri və biologiya müəllimi, xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək Goran 4 yol ərazisində yerləşən mebel mağazasında satıcı işləmişdir.

3. Goranboy rayon Rəhimli kənd orta məktəbin xx.xx.2013-cü il tarixli, 100 nömrəli əmrindən çıxarışa əsasən, xx.xx.2013-cü il tarixdə məktəbin biologiya müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

4. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-15-RA/2- M202/1/2023 nömrəli arxiv arayışına əsasən Goranboy rayon Təhsil şöbəsinin rayon Dövlət Arxivində mühafizə olunan əmr kitablarında (1986-cı il) xx.xx.1960-cı ildə anadan olmuş İddiaçı (01 sentyabr 1986, əmr № 500) – Ali təhsilli biologiya müəllimi iş üçün növbədə olduğu nəzərə alınaraq Rəhimli kənd orta məktəbinə müəllim təyin edilməsi və ona 0,5 stavka qrup tərbiyəçiliyinin verilməsi qeyd olunmuşdur. Qeyd: Rayon Təhsil Şöbəsinin 2013-cü ilə dair əmr kitabları mühafizə olunmaq üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

5. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-15-RA/2- M202/1/1/2023 nömrəli arxiv arayışına əsasən Goranboy rayon Təhsil şöbəsinin (keçmiş Qasım İsmayılov rayonu) Goranboy rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əmək haqqı cədvəllərində xx.xx.1960-cı ildə anadan olmuş İddiaçı 1991-2000-ci illərdə Goranboy rayon Rəhimli kənd orta məktəbində Biologiya müəlliməsi işləməklə aylar üzrə əmək haqqı alması əlavə cədvəldə göstərildiyi kimi qeyd olunub.

6. Goranboy rayon Təhsil şöbəsinin Rəhimli kənd orta məktəbinin Biologiya müəlliməsi İddiaçı 1991-2000-ci illər üzrə əmək haqqı cədvəllərindən çıxarışdan görünür ki, İddiaçı 1991-2000-ci illərdə 1991-ci il üzrə 12 ay, 1992-ci il üzrə 9 ay, 1993-cü il üzrə 10 ay, 1994-cü il üzrə 11 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 9 ay, 1998-ci il üzrə 8 ay, 1999-cu il üzrə 7 ay, 2000-ci il üzrə 3 ay əmək haqqı almışdır.

7. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-01/2-M-37397/2024 nömrəli imtina məktubu ilə ona cavab verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil clmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Pensiya” altsistemində olan məlumatlara əsasən əsasən ümumi sığorta stajı (1991-2000-ci illər üzrə adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 21 il 5 ay 26 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 4 ay 26 gün sığorta stajına uyğun olaraq 18898,53 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 993,13 manat olmaqla, ümumilikdə 19891,66 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək Goranboy rayon Rəhimli kənd orta məktəbində olan dövrün mötəbərliyinə şübhələr olduğu və MElS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışı) təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmədıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 280816/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi ИT-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-15-RA/2-M-202/1/1/2023 nömrəli arxiv arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.1996-ci il tarixinədək, xx.xx.1996-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək adına əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi 20 il 4 ay 26 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2022-ci il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 1 il 1 ay daxil olmaqla ümumilikdə 21 il 5 ay 26 gün sığorta stajı müəyyən edilmişdir. Həmçinin, MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, sözügedən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək Goranboy rayon Rəhimli kənd orta məktəbində olan dövrün mötəbərliyinə şübhələr olduğu və MEİS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

9. Goranboy-Naftalan Rayonları üzrə Təhsil Sektoru Rəhimli kənd Tam Orta Məktəbin xx.xx.2024-cü il tarixli, 58 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 01 sentyabr 1986-cı ildən 16 sentyabr 2013-cü ilə qədər Goranboy rayon Rəhimli kənd tam orta məktəbində müəllim işləyib (məktəbin əmr kitablarına əsasən). Belə ki, əmr kitablarında 16 may 1987-ci il 24 nömrəli əmrdə onun analıq məzuniyyətinə çıxması barədə, 03 sentyabr 1987-ci il 51 nömrəli əmrdə məktəbdə fəaliyyət göstərən qruplara tərbiyəçi təyin edilməsi barədə, 26 oktyabr 1987-ci il 57 nömrəli əmrdə analıq məzuniyyətində olduğu üçün onun dərslərinin digər müəllim tərəfindən əvəz edilməsi barədə, 06 sentyabr 1988-ci il 46 nömrəli əmrin 2-ci bəndinə əsasən məktəbin müəllimi xəstə olduğu üçün onun dərslərini əvəz etməsi barədə, 18 sentyabr 1989-cu il 9 nömrəli əmrdə əvəzçiliklə dərs deməsi barədə, 02 sentyabr 1992-ci il 116 nömrəli əmrin 1-ci bəndində qrup tərbiyəçisi təyin olunması barədə, 02 iyun 1993-cü il 148 nömrəli əmrdə əmək məzuniyyətinə buraxılması barədə, 29 iyun 1993-cü il 152 nömrəli əmrdə yay məzuniyyəti qurtardığı üçün işdə hesab edilməsi barədə, 27 iyul 1995-ci il 39 nömrəli əmrdə məzuniyyət müddəti qurtardığı üçün isdə hesab edilməsi barədə 01 sentyabr 1995ci il 44 nömrəli əmrin 2-ci bəndində dərs yükü barədə, 01 mart 1996-cı il 63 nömrəli əmrdə dərs əvəz etməsi barədə, 28 iyul 1997-ci il yay məzuniyyəti qurtardığı üçün işdə hesab edilməsi barədə, 04 fevral 1998-ci il 119 nömrəli əmrdə xəstə olması barədə, 01 iyun 1999-cu il 151 nömrəli əmrdə əmək məzuniyyətinə buraxılması barədə, 30 iyun 2002-ci ildə 18 nömrəli əmrdə növbəti əmək məzuniyyəti barədə, 26 avqust 2002-ci ildə yay məzuniyyətindən qayıdıb işdə hesab olunması barədə, 01 iyul 2003-cü il 71 nömrəli əmrdə yay məzuniyyətinə buraxılması barədə, 26 avqust 2003-cü il 75 nömrəli əmrdə məzuniyyətdən geri qayıtması barədə, 27 iyul 2004-cü il 115 nömrəli əmrdə işə qaytarılması barədə, 11 avqust 2005-ci il 139 nömrəli əmrdə məzuniyyətdən geri qayıtması barədə, 15 sentyabr 2007-ci il 57 nömrəli əmrin 4-cü bəndində işdə hesab olunması barədə, 01 iyul 2009-cu il tarixli 117 nömrəli əmrin 1-ci bəndində əmək məzuniyyətinə buraxılması barədə, 26 avqust 2009-cu ildə 18 nömrəli əmrdə yenidən işdə hesab olunması barədə əmrlər öz əksini tapmışdır (əmrlərin surətləri arayışa əlavə olunur).

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 38252/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1- 11606/2025 nömrəli müraciətə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) baxılmışdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının müraciətinə əlavə etdiyi Məmmədovaya aid əmək kitabçası və Goranboy rayon Rəhimli kənd orta məktəbi tərəfindən verilmiş arayışda onun xx.xx.1986-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək həmin məktəbdə əmək fəaliyyəti ilə məşğul olması barədə qeyd olunmasına baxmayaraq, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Sığorta” (Hesabat) altsistemində Goranboy Rayon Təhsil Şöbəsinin (SUN: **********2) (bundan sonra-Təhsil Şöbəsi) 2006-2013-cü illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında İddiaçı dair məlumatların geyd olunmadığı müəyyən edilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. İşin məhkəmə icraatında olduğunu nəzərə alaraq, MEİS-in “Sığorta” (Hesabat) altsistemində Təhsil Şöbəsinin sözügedən illər üçün təqdim etdiyi hesabatlarda İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması müəyyənləşdirilərək, sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan sənədlərin ((hər hansı sənəd təqdim edilmədikdə əsaslandırılmış izahat qeyd edilməklə) (Məlumat və Forma 1 cədvəlləri əlavə olunur)) mümkün qısa müddət ərzində Filiala təqdim edilməsi ilə bağlı tədbirlərin görülməsi xahiş olunur.

11. Məhkəmənin kollegiyasının sorğusuna Məktəbəqədər və Ümumi Təhsil üzrə X2- Daşkəsən Regional Təhsil İdarəsi Goranboy rayon Rəhimli kənd tam orta məktəbin xx.xx.2025-ci il tarixli, 21 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixindən 01.0.1.2001-ci il tarixədək məktəbdə olan əmr kitablarında aşağıda qeyd edilən məlumatlardan başqa heç bir məlumat tapılmadı. Əmr kitabından da başqa məktəbdə heç bir rəsmi sənəd yoxdur. 1991-ci il 26 avqust 1 №-li Pedaqoji Şuranın qərarı ilə İddiaçı 30 saat (qrup) dərs verilib. xx.xx.1998-ci il tarixli 119 №-li əmrlə xəstə olduğu üçün onun dərsləri əvəz etmək üçün məktəbin digər bir müəlllimi Əhmədova Həyata verilib. xx.xx.1998-ci il 132 №-li əmrlə əmək məzuniyyətindən geri qayıdıb. xx.xx.1999-cu il 151 №-li əmrlə əmək məzuniyyətinə buraxılıb. xx.xx.1999-cu il 154 №-li əmrlə əmək məzuniyyətindən geri qayıdıb.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16 fevral 1950-cı ildə Goranboy rayonunun Rəhimli kəndində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda, Goranboy rayonunun Rəhimli kəndində yaşayır. Diqqətə çatdırmaq istəyir ki, ona xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Bu da onunla əsaslandırılmışdır ki, guya ki, onun ümumi sığorta stajı qanunla nəzərdə tutulduğundan 25 (iyirmi beş) ildən azdır. Bu barədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 17 fevral 2024-cü il tarixli, 3-17-1/2-M-32397/2024 saylı məktubunu ərizəsinə əlavə edir. O, bunu düzgün hesab etmir, hesab edir ki, onun pensiya hüquqları pozulur. Çünki təqdim etdiyi əmək kitabçasında və arixiv arayışlarında onun həqiqətən də sosial sığorta stajının nəzərdə tutulduğundan yəni 25 ildən çox olduğu aydın görsənir. Belə ki, ona sosial müavinat təyin olunarkən xx.xx.2006-cı il tarixdən xx.xx-2013-cü il tarixədək Goranboy rayonun Rəhimli kənd orta məktəbində biologiya müəllimi işlədiyi illər onun iş stajına daxil edilmir. Onun əmək kitabçası və Goranboy rayon Dövlət Arxivi tərəfindən ona işlədiyi illərə dair arayışlar versə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Tətinatı üzrə Mərkəzi Filialı həmin arayışı qəbul etməyərək bildirmişdir ki, onun ancaq 21 il 5 ay 26 gün sığorta stajı var. Bu barədə olan əmək kitabçasını və Goranboy rayon Dövlət Arxivinin 23 sentyabr 2023-cü il tarixli, 3-48-15-RA/2-M-202/1/2023-il arayışları, əmək haqqı cədvəlindən çıxarış, Goranboy rayon Gənc Təbiətçilər stansiyasının əmr kitabından çıxarışların surətlərini məhkəməyə təqdim edir. İndi tələbi ondan ibarətdir ki, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi Goranboy rayonunun Rəhimli kənd orta məktəbində müəllim işlədiyi, müvafiq əmək haqqı almağı məhkəmə qaydasında müəyyən edilsin. Həmin faktın müəyyən edilməsi ona əmək pensiyasının müəyyən olunması üçün lazımdır. Onun yuxarıda qeyd etdiyi məktəbdə müəllim işləməyini və əmək haqqı almağını məhkəməyə gətirəcəyi şahidlər təsdiq edə bilərlər.

14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.1991ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqı almadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998-ci il üzrə 4 ay, 1999-cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

15. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilənlərlə əsaslandırılmışdır.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsi İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-658/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqı almadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998-ci il üzrə 4 ay, 1999-cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

19. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqı almadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998ci il üzrə 4 ay, 1999-cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını (21 il 5 ay 26 gün mübahisələndirilməyən iş stajı, 7 il 4 ay mübahisələndirilən iş stajı daxil olmaqla, ümumilikdə 28 il 9 ay 26 gün) toplamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-658/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instasiya məhkəməsi tərəfindən işin halları tam hərtərəfli və obyektiv araşdırılmamış və mübahisəyə maddi hüquq normasını düzgün tətbiq edilməmişdir. Hesab edilir ki, aşağıda qeyd olunanlara əsasən birinci instasiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1950-ci il tarixdə anadan olmuş və qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. 2006-ci il tarixdən xx.xx.2013-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı nəzərə alınmamışdır. Əlavə olaraq qeyd edilən dövlərin araşdırılması üçün Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən X4 Təhsil idarəsinə Goranboy Rayon Təhsil şöbəsinin (SUN: **********2) 2006- 2013-cü illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlara İddiaçı məlumatlarının əlavə edilməsi üçün sübutedici sənədlər (Məlumat cədvəli əlavə olunur) tam və düzgün formada təqdim edilməsi ilə əlaqədar sorğu göndərilməsinə baxmayaraq hazırkı tarixədək müvafiq məlumatlar təqdim edilməmişdir. Qeyd olunan dövrlərdə iddiaçın əmək haqqısından məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İddiaçı təqdim edilmiş əmək kitabçası və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 1991-2000-ci illərdə əməkhaqqı aldığı aylar da daxil olmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 21 il 5 ay 26 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi 1991-2000-ci illərdə əməkhaqqı almadığı aylar və xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək olan dövrlərdir ki, qeyd olunan dövrlərdə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.2000-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını təyin etmək öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. Həmçinin istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Həmin normalara əsasən, iddiaçı da sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılaraq, əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Həmçinin iddiaçının mübahisələndirilən dövrlərdə əmək haqqının hansı səbəblərdən hesablanmadığı aydınlaşdırılmalı, iddiaçının əməkhaqqı almadığı aylar üzrə müvafiq dövrlərin pensiya hüququ verən əmək stajına daxil edilməsi məsələsi tam hərtərəfli araşdırılmalıdır. Qeyd edək ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hesab edirik ki, birinci instasiya məhkəməsi inzibati mübahisə üzrə iddiaçının pensiya hüququnun təmin edilməsi istiqamətində mübahisəli münasibətə maddi hüquq normasını düzgün tətbiq etməmiş və əldə edilən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində düzgün hüquqi nəticəyə gəlməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

26. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

27. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

29. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və İİ hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

33. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

34. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

35. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

36. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

37. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

38. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

39. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

40. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

41. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

42. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

43. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

44. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun sığorta stajının 25 ildən az, yəni təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əsasən ümumi sığorta stajının 21 il 5 ay 26 gün təşkil etdiyini, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006cı il tarixinədək 20 il 4 ay 26 gün sığorta stajına uyğun olaraq 18898,53 manat, xx.xx.2022ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 993,13 manat olmaqla, ümumilikdə 19891,66 manat təşkil etdiyini, bu məbləğin isə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olduğunu və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermədiyini, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bildirərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə ona xx.xx.2024-cü il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.

48. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və xx.xx.2023-cü il tarixdə 63 yaşı tamam olmuşdur. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edildiyinə görə deməli iddiaçının həmin tarixdə (xx.xx.2023) yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.

49. İddiaçının inzibati orqan tərəfindən qəbul edilən 21 il 5 ay 26 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran illər Goranboy rayon Rəhimli kənd orta məktəbində 1991-2000-ci illərdə adına əmək haqqı hesablanmayan aylar və həmin məktəbdəki xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri olmuşdur.

50. Sonradan iddiaçı tələbində dəqiqləşmə edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqı almadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998-ci il üzrə 4 ay, 1999-cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.

51. Beləliklə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən hazırda mübahisə olunan və iddiaçının sosial sığorta stajı kimi qəbul edilməyən dövr onun əmək kitabçasında öz əksini tapmış xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqına dair məlumatın olmadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998-ci il üzrə 4 ay, 1999-cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi əmək fəaliyyəti dövrüdür.

52. Cavabdehin mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinasına səbəb onun əmək kitabçasında qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək Goranboy rayon Rəhimli kənd orta məktəbində olan dövrün mötəbərliyinə şübhələr olduğu və MElS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması olmuşdur.

53. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk öncə qeyd edir ki, hazırkı tələb üzrə mübahisələndirilən dövr iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi əmək fəaliyyəti dövrüdür. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinası və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşğıdakıların qeyd edilməsini zəruri hesab edir.

54. Belə ki, qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

56. Beləliklə, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə iş stajını təsdiq edən əsas sənədin əmək kitabçası olması qeyd edilmişdir. Həmin aktlardakı müddəaların mənasına görə əmək stajını təsdiq edən digər sənədlərə (arayışlar, əmr və.s) o halda zərurət yarana bilər ki, iş stajını təsdiq edən əmək kitabçası olmasın və ya bu kitabçada müvafiq qeydlər olmasın. Yəni, istinad olunan aktlarda əmək kitabçasında olan məlumatların mütləq qaydada başqa sənədlərlə təsdiq olunması nəzərdə tutulmamışdır.

57. Hazırki halda iddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəmələrə təqdim olunmamış, yəni həmin qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

59. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə, yəni mübahisələndirilən dövr üzrə əmək haqqının hansı səbəblərdən hesablanmadığı ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi və ya əmək haqqı cədvəllərinin natamam doldurulması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin dövrün iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. İş materiallarına əsasən iddiaçı qeyd edilən dövrdə həmin təhsil müəssisəsində işləmiş, onun qeyd edilən aylarda müəssisədən işdən çıxmasını və sonradan həmin müəssisəyə qayıtmasını, həmçinin həmin aylarda öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən dövr üzrə əmək haqqı almasına dair məlumatın olmaması isə onun həmin dövrdə müəssisədə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hallar işəgötürənin məsuliyyət sferasına aid olduğundan həmin hallar iddiaçının ziyanına şərh edilə bilməz.

60. Həmçinin qeyd edilməlidir ki, iddiaçının işlədiyi məktəb tərəfindən məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş arayış və əmrlərlə müəyyən edilir ki, iddiaçı müəllim olaraq tədris ilinin sonunda yay məzuniyyətinə buraxılmış və yeni tədris ilinin əvvəlində işdə hesab edilmişdir ki, bu da onun həmin məktəbdə 1991-2006-cı illərdə işləməsini təsdiq edir. Şəxsin əmək haqqı almadan işləməsi istər iddiaçının maddi təminatının ödənilməsi, istərsə də işəgötürənin bu hala yol verməməsi baxımından ağlabatan deyildir.

61. Beləliklə müəyyən olunur ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işləməsi və əmək kitabçasındakı qeydlərin həqiqiliyi məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmışdır.

62. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (21 il 5 ay 26 gün) və mübahisələndirilən sığorta stajı (xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqına dair məlumatın olmadığı aylar və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş illəri - 7 il 4 ay) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.

63. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.

64. Odur ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

65. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-658/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar