Məhkəmə qərarları › İş №2-1(104)-374/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-374/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-374/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, «iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2459/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İT-İ ******* nömrəli xx.xx.1994-cü il tarixli əmək kitabçasında İddiaçı xx.xx.1973cü tarixdən xx.xx.1975-ci tarixədək Cəbrayıl rayonu Şahvəli kənd orta məktəbində kitabxanaçı, xx.xx.1977-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayonu Şahvəlli kənd orta məktəbində ixtisasına uyğun olaraq coğrafiya müəllimi işləməsi barədə qeydlər aparılmışdır.

2. Cəbrayıl rayon Dövlət Arxiv İdarəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cəbrayıl rayon Təhsil Şöbəsinin Şahvəlli kənd orta məktəbinin əmr kitabları arxivdə saxlanılmadığından İddiaçı aid əmrləri yoxlamaq mümkün olmamışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-150253/2/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmiş və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının xx.xx.1994-cü il tarixində doldurulmasına baxmayaraq ilk işə qəbul əmri və qeydi xx.xx.1973-cü il tarixində və latın qrafikasıyla yazıldığı üçün) xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Cəbrayıl rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən bildiririk ki, Cəbrayıl rayon Təhsil şöbəsinin xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri vaxtilə işğal zonasında qaldığı üçün həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır (digər dövrlər araşdırma zamanı öz təsdiqini tapdığı üçün sığorta stajına daxil edilmişdir). Əlavə olaraq bildirilir ki, təqdim olunan sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrünün, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 16 il 5 ay 11 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. xx.xx.2021-ci il tarixində yaşa görə pensiyanız yenidən hesablanarkən sığorta stajınızın düzgün müəyyən edilməməsi nəticəsində pensiyanın məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, yaşa görə pensiyanız yenidən hesablanarkən (Qanunun 22-1-ci maddəsinə əsasən) xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı nəzərə alınmalı olduğu halda 32 il 2 ay 26 gün nəzərə alınmışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 may 2024-cü il tarixli, 3-17-1/2-111857/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə və 9 saylı Regional ərazi filialının xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən 31,07.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən faktiki ümumi iş stajı 16 il 5 ay 11 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının xx.xx.1994-cü il tarixində doldurulmasına baxmayaraq ilk işə qəbul əmri və qeydi xx.xx.1973-cü il tarixində və latın qrafikasıyla yazıldığı üçün) xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Cəbrayıl rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən bildiririk ki, Cəbrayıl rayon Təhsil şöbəsinin xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri vaxtilə işğal zonasında qaldığı üçün həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır (digər dövrlər araşdırma zamanı öz təsdiqini tapdığı üçün sığorta stajına daxil edilmişdir).

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyalarının yenidən hesablanması haqqında” **********7 nömrəli qərarına əsasən X1 xx.xx.2021-ci il tarixdən 256,72 manat məbləğində müddətsiz yaşa görə əmək pensiyası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyalarının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən X1 xx.xx.2023-cü il tarixdən pensiyası yenidən hesablanmış, 379,89 manat ödənilməsi qərara alınmışdır. Qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2023-cü il tarixdən tutulan ümumilikdə 400 manat məbləğində sosial sığorta stajın düzgün müəyyən edilməməsi səbəbindən yaranan (sosial sığorta stajı 25 il olduğu təqdirdə 32 il 2 ay hesablanmışdır) 379.89 manat artıq ödəmə əvəzləşdirilsin və 20.11 manat vətəndaşa ötən dövr məbləği kimi hesablansın.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il və xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü illərdə işlədiyi dövrlərin şahid ifadələri əsasında ümumi iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2024-ci il tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikas Qanununun 22-1.1-ci maddəsinə əsasən ona xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman xx.xx.2006-cı il tarixədə nəzərə alınmış iş stajı 32 il 2 ay 26 gün olmuşdur. Daha sonra xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977ci il tarixindən xx.xx.1993-cü il tarixinədək dövrlərin araşdırılması zərurəti yarandığını və Cəbrayıl rayon Təhsil Şöbəsinin xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmadığını əsas gətirərək xx.xx.2006-cı il tarixədək ümumi iş stajını Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı olmaqla nəzərə alaraq pensiyasının məbləğini azaltmışdır. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək guya yaşa görə pensiyasının məbləğində 379,89 manat artıq ödəmə müəyyən edilmişdir. Dəfələrlə cavabdeh təşkilata pensiyasının məbləğinin düzgün hesablanaraq ödənilməsi haqqında müraciətləri olsa da, hər dəfəsində bir-birini təkzib edən müxtəlif cavablar almışdır. Sonuncu dəfə cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-21- 150253/2/2023 saylı məktubunda qeyd etdikləri düzgün deyil və iddiaçı hesab edir ki, konstitusional hüquqları bilərəkdən pozulmuşdur. İddiaçı onu da qeyd edir ki, cavabdehin xx.xx.2006-cı il tarixədək qəbul etdiyi 25 il umumi iş stajına görə hesabladığı məbləğ belə ona tam ödənilməyib. Belə ki, müvəkkil bankdan hesabına köçürülmüş vəsaitlə "cavabdehin hesabladığı" vəsait arasında uyğunsuzluq var. Belə ki, onların iddiaçıya borcu qalır. Onların hesabı ilə iddaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli idi. 7704,10 manat hesabına keçmişdir, 7032,62 manat. 671,48 manat əksik ödəmə yaranır. Əmək kitabçasına əsasən onun xx.xx.1973-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək cəmi 32 il 2 ay 26 gün iş stajı var, bunu əmək kitabçasında 1994-cü il tarixdə aparılmış qeydlər təsdiq edir. Onu da qeyd etmək istəyir ki, həmin dövrdə işlədiyini onunla bir yerdə təhsil şöbəsində işləmiş (əmək kitabçaları və işlədiyini təsdiq edən qüvvəyə minmiş məhkəmə qərarı var) iş yoldaşları da təsdiq edə bilər.

9. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq iddiaçıya əmək pensiyasının yenidən hesablanmasının qanunvericiliyinin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixinədək 25 il ümumi iş stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 17916,48 manat pensiya sığorta kapitalına əsasən aşağıda verilmiş qaydada hesablanmışdır: 25 il tam iş stajı x 306 manat = 7650 manat: 7650 manatın xx.xx.2021-ci il tarixinədək indeksləşdirilmiş məbləği. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsi xx.xx.2022-ci il tarixinədək cəmi 36968,08 manat (17916,48+19051,60=36968,08 manat) pensiya sığorta kapitalına əsasən 256,72 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixində Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən Əmək pensiyası Qanunun 22-1.3-cü maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək 32 il 2 ay faktiki sığorta stajı əsasında yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən 294,58 manata çatdırılmışdır. Bildiririk ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasən onun xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajının 16 il 5 ay 11 gün olduğu müəyyən edilərək ümumi iş stajı Qanunun 22-1.2.1-ci maddəsinə 25 il saxlanılmışdır. Nəticə etibarilə iddiaçıya xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək 220,28 manat artıq ödənilmiş vəsait aşkar edilmişdir. Qeyd edək ki, iddiaçının təqdim etdiyi xx.xx.1994-cü il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və 9 saylı Regional ərazi filialının xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktının surətinə əsasən xx.xx.1973cü il tarixindən xx.xx.1975- ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri, 133962 nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən faktiki ümumi iş stajı 16 il 5 ay 11 gün təşkil edir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbinə uyğun hesablanmışdır.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2459/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyini iddia etdiyi dövrdə (xx.xx.1973-cü il tarixdən xx.xx.1991-ci il tarixədək) kiril qrafikalı Azərbaycan əlifbası qüvvədə olduğu halda ona məxsus əmək kitabçasında müvafiq qeydlər latın qrafikalı əlifba ilə qeyd olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında işlədiyi dövrlərin Cəbrayıl rayonunun işğalından sonra, yəni 1994-cü ildə məktəbin direktoru tərəfindən arxiv sənədləri olmadan doldurulduğunu etiraf etmişdir. Qeyd olunan hallar isə iddiaçıya məxsus əmək kitabçasında həmin qeydlərin mötəbər olmadığını deməyə əsas verir. Bu səbəbdən də həmin dövrlərin iddiaçının sosial sığorta stajı kimi nəzərə alınması və bu əsasla da əmək pensiyasının yenidən hesablanması tələbi əsaslı hesab edilə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair qərar çıxarıımasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlili iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi.

15. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya 32 il 2 ay sosial sığorta stajı hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan yenidən hesablanma aparılmaqla avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, yoxlama zamanı hazırda mübahisələndirilən illər üzrə araşdırılma aparılmış və uyğunsuzluq aşkar edildiyindən həmin illər nəzərə alınmamışdır.

Tətbiq edilən hüquq:

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

20. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixli, a/83 nömrəli qərara əsasən əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. xx.xx.2021-ci il tarixdən proaktiv qaydada (elektron qaydada) təqdim olunan sənədlərə əsasən xx.xx.2006-cı il tarixinədək 32 il 1 ay 26 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixinədək (xx.xx.2021-ci il) fərdi hesabın sığorta hissəsində qeydə alınan 17915,78 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası təyin edilmidir.

21. “Əmək pensiyasının hesablanmasında araşdırma zərurətinin müəyyən edilməsi haqqında” xx.xx.2021-ci il tarixli tələbnamədə xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə qədər olan Cəbrayıl rayon Şahvəli kənd orta məktəbində, xx.xx.1977-ci ildən xx.xx.2008-ci ilə qədər olan Cəbrayıl rayon Təhsil şöbəsində əmək haqqı alması şərtilə işləməsi faktının yoxlanılması zərurəti qeyd olunmuş, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.1977-ci il və xx.xx.1993-cü il tarixədək olan dövrün yoxlanılması qanunvericiliklə təsdiq edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmaması qeyd edilmişdir.

22. Göründüyü kimi iddiaçıya xx.xx.2021-ci il tarixdən proaktiv qaydada təyin edilmiş yaşa görə əmək pensiyası zamanı nəzərə alınan sosial sığorta stajına aid edilən illərin yenidən yoxlanılması zərurəti yaranmış və həmin illər üzrə təqdim olunan sənədlər təsdiqlənmədiyindən iddiaçıya avtomatlaşdırılmış qaydada (25 il sosial sığorta stajı nəzərə alınmaqla) yaşa görə əmək pensiyası təyin edilmişdir.

23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyalarının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarında qeyd olunur ki, X1 xx.xx.2023-cü il tarixdən pensiyası yenidən hesablanmış, 379,89 manat ödənilməsi qərara alınmışdır.

24. «Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında» xx.xx.2022ci il tarixli, **********7 nömrəli qərarında qeyd olunur ki, X2 “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cəbrayıl rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək işlədiyi Cəbrayıl Təhsil şöbəsinin xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığından həmin dövrün araşdırılması və sığorta stjına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda pensiyanın məbələğinin xx.xx.2021-ci il tarixində yenidən hesablanması zamanı sığorta stajının düzgün müəyyən edilməməsi nəticəsində pensiyanın məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, pensiya yenidən hesabanarkən xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı nəzərə alınmalı olduğu halda (Qanunun 22-1-ci maddəsinə əsasən) 32 il 2 ay 26 gün nəzərə alınmışdır. Nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiyanın məbələği 220.28 manat artıq hesablanıb ödənilmişdir. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********7 saylı qərarına əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödənilmiş 220.28 manat məbəlğində vəsait bölünərək aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa olunacaqdır.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 may 2024-cü il tarixli, 3-17-1/2-111857/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə və 9 saylı Regional ərazi filialının xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən faktiki ümumi iş stajı 16 il 5 ay 11 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının xx.xx.1994-cü il tarixində doldurulmasına baxmayaraq ilk işə qəbul əmri və qeydi xx.xx.1973-cü il tarixində və latın qrafikasıyla yazıldığı üçün) xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Cəbrayıl rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən bildiririk ki, Cəbrayıl rayon Təhsil şöbəsinin xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri vaxtilə işğal zonasında qaldığı üçün həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır (digər dövrlər araşdırma zamanı öz təsdiqini tapdığı üçün sığorta stajına daxil edilmişdir).

26. İddiaçı xx.xx.1973-cü tarixdən xx.xx.1975-ci tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyini iddia edərək həmin dövrlərin onun sosial sığorta stajı kimi nəzərə alınaraq pensiyasının yenidən hesablanması tələbi ilə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etmişdir.

27. Birinci instansiya məhkəməsi inzibati orqanın imtinasını əsaslı hesab edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İPM-in 12 və 58-ci maddələrinin tələblərinə əsasən işin hallarını tam araşdırmamış, tərəfin hüquqi marağına uyğun iddia tələbi ilə müraciət etmək huququ izah edilməmişdir. Belə ki, iddiaçı yenidən hesablanma ilə bağlı müraciət etsə də onun hüquqi marağı ona proaktiv qaydada yaşa görə əmək pensiyası təyin edilən qərarın, yəni 32 il 2 ay sosial sığorta stajı hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərarın ləğvi ilə bağlı qərarın mübahisələndirilməsidir.

29. Başqa sözlə, iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli yenidən hesablanmaya dair qərarlarla qeyd olunan illərin nəzərə alınmamasıdır. İşin yenidən araşdırılması zamanı müvafiq olaraq sorğular əsasında inzibati orqanın hansı inzibati akta əsasən iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının əsasının dəyişdirilərək avtomatlaşdırılmış qaydada təyinatı müəyyən edilməli, mübahisənin predmeti də məhz həmin inzibati aktqərar təşkil etməlidir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

31. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.

32. Qeyd edilənləri və qanunvericinin “məhkəmənin yardım etmək vəzifəsi”ni birinci instansiya məhkəməsində işin hallarının obyektiv araşdırılması ilə bağlı məhkəmənin vəzifələrini müəyyən edən İPM-in 48-ci maddəsinə aid etdiyini nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası apellyasiya icraatına aid edilməməlidir.

33. Konstitusiya Məhkəməsinin Plenumu İPM-in 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir.

34. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

35. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər.

36. Odur ki, hazırki işə təkrar baxılan zaman iddiaçıya hüquqi yardım olunmalı əmək pensiyasının yenidən hesablanmasına dair qərarın mübahisələndirilməsi hüquqi izah olunmalı, qeyd olunan ərizə əsasında müvafiq araşdırılma aparılmalıdır.

37. Beləliklə, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2459/2023 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar