Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-379/2024 17.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarının qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-852/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi sahəsi 138.5 kv.m olan fərdi yaşayış evinin hüquq subyektləri kimi X10 və X7 göstərilərək, onların adına xx.xx.1988-ci il tarixdə texniki pasport tərtib edilmişdir.
2. Ölüm haqqında xx.xx.1994-cü il tarixli İİ-ЖГ 421204 nömrəli şəhadətnaməyə əsasən X7 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir.
3. Torpağın mülkiyyətə verilməsinə dair JN-1608A Kod 50200028 saylı şəhadətnaməyə əsasən Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı ilə X10, X11, X12, X18, X16 və X8 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir.
4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən xx.xx.1994-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu – İddiaçı müəyyən edilmiş və sonuncuya Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(015)-1157/2019 saylı qətnaməsinə əsasən ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X4 verilmiş **********63- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin X4 məxsus olan ½ hissəsi miras keçərək, onun vərəsəlik hüququ rəsmiləşdirilmişdir.
5. Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən, 1968-ci ildə tikilmiş, ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixdə texniki pasport hüquq subyektləri kimi İddiaçı və X5 adına tərtib edilmişdir.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən 0.1208 ha torpaq sahəsi üzərində hər birinin 1/6 hissə olmaqla X13, X11, X12, X18, X16 və X3, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evi üzərində isə hər birinin ½ hissə olmaqla X10 və İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qanunsuz qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində paylı mülk olaraq sahəsi 139.8 kv.m olan yaşayış evi mövcuddur. Bu yaşayış evinin 1/4 hissəsi xx.xx.1994-cü ildə vəfat etmiş atası X2 adına, digər 1/2 hissəsi isə atasının bacısı X5 adınadır. Bu paylı mülk hər iki payçıların ümumi istifadəsində olan sahəsi 0.12 ha təşkil edən həyətyanı torpaq sahəsinin üzərində inşa edilmişdir. Yəni bu həyətyanı torpaq sahəsi də paylı mülk kimi eyni qaydada 1/4 paydan ibarət olaraq hər bir pay 0.06 ha torpaq sahəsi olmaqla Abdulla Budaqov və Raya Budaqovanın mülkiyyəti kimi sənədləşdirilməli idi. xx.xx.2023- cü il tarixdə o, atası Abdulla Budaqovdan miras qalmış əmlakları qəbul etmək üçün Ağstafa rayon notariatına müraciət edib vərəsəlik şəhadətnaməsi alarkən ona məlum olmuşdur ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə vəfat etmiş Abdulla Budaqovun vərəsəsinin xəbər vermədən Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən Abdulla Budaqov və Raya Budaqovaya aid 1/2 paydan ibarət paylı mülkün yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsini bütövlükdə mülkiyyətçilərdən birinin yəni X5, həmçinin sözü gedən paylı mülkiyyətə dair heç bir mülkiyyətçilik hüququ olmayan Raya Budaqovanın 1/2 ev payında qeydiyyatda olan digər qardaşının ailə üzvləri arasında 1/6 paydan sənədləşdirilmiş və ikinci mülkiyyətçiyə, yəni vəfat etmiş Abdulla Budaqovun vərəsəsinə heç bir torpaq sahəsi saxlamamışdır. Hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nəzdində yaradılmış Ağstafa rayon Aqrar İslahat Komissiyası xx.xx.2000-ci il tarixli 05 saylı qanunsuz qərar qəbul etmiş və qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq vəfat etmiş Abdulla Budaqovun vərəsəsini 1/4 paydan ibarət paylı mülkün yerləşdiyi həyətyanı 0.12 ha torpaq sahəsinin 1/2 hissəsində mülkiyyətçi olmaq hüququndan məhrum etmiş və qanunsuz olaraq paylı mülkün həyətyanı torpaq sahəsini 1/6 paydan paylı mülkiyyətə dair mülkiyyətçi hüququ olmayan şəxslərin adına sənədləşdirmişdir. Belə ki, həyətyanı torpaq sahəsi 1/2 paydan ibarət olaraq 0.06 ha həcmində hər iki mülkiyyətçinin adına sənədləşdirilməli idi. Hazırda o, vərəsəliyi qəbul etmişdir. Ağstafa rayon DağKəsəmən kəndində paylı mülkə dair mülkiyyətçi olaraq 1/2 pay sahibidir və hüquqlarının bərpasını xahiş edir. 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qanunsuz qərarının ləğvinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi idarəsinə də müraciət etmiş, ona cavab verilmişdir ki, sözü gedən qərar məhkəmə qaydasında ləğv edilməlidir. 9.İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarının Ağstafa rayonu, Dağkəsəmən kəndində İddiaçı 1/2 paydan və X5 1/2 paydan mülkiyyətçisi olduqları mülkün (evin) yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsinin X5 və onun yanında qeydiyyatda olan, lakin paylı mülkdə mülkiyyətçi hüququ olmayan X9, X12, X18, X16 və X6 mülkiyyətlərinə verilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 10.Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsi tərəfindən Cavabdehnə təqdim olunmuş Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarında vətəndaşlara pay torpaq sahələrinin verilməsi barədə Dağ Kəsəmən kənd AİK-nin qərarı müzakirə edilərək təsdiq olunmuşdur. Belə ki, rayon AİK-nın sözü gedən qərarının 2-ci bəndində torpaq payı alanlar siyahısında adları qeyd edilməmiş 5 nəfər Dağ Kəsəmən kənd sakinlərinə ailə üzvləri ilə birlikdə pay torpaq sahələri verilmişdir. Qərarın 3-cü bəndində iki nəfər Dağ Kəsəmən kənd sakinlərinin ailə üzvlərinə püşkə daxil edilmədən bir yerdən verilməsi nəzərdə tutulmuşdur. 4-cü bəndində ictimai tikintilərdə yaşayan sakinlərin pay torpaqlarının həmin tikililərə yaxın ərazidən, 4-cü bəndin ikinci abzasında çoxillik əkmələri olan vətəndaşlara pay torpaqlarının istifadə etdiklərərazidən verilməsi nəzərdə tutulmuşdur. 5-ci bəndində isə kəndin perspektiv inkişafı və bələdiyyənin ehtiyat fond torpağı üçün nəzərdə tutulmuş torpaq sahələrindən istifadə edən kənd sakinlərinin həmin ərazilərdən çıxarılması və torpaq sahələrinin bələdiyyə mülkiyyətində saxlanılması nəzərdə tutulmuşdur. Göründüyü kimi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarında həyətyanı sahələrlə bağlı, həyətyanı sahələrin birinin adından digərinin adına keçirilməsi və yaxud konkret olaraq vəfat etmiş Abdulla Budaqovun vərəsəsinə xəbər verilmədən Dağ Kəsəmən kəndində yerləşən Abdulla Budaqov və Raya Budaqovaya aid ikidə bir paydan ibarət paylı mülkün yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsinin bütövlükdə mülkiyyətçilərdən birinin, yəni X5, həmçinin sözü gedən paylı mülkiyyətə aid heç bir mülkiyyətçilik hüququ olmayan Raya Budaqovanın ikidə bir ev payında qeydiyyatda olan digər qardaşının ailə üzvləri arasında altıda bir paydan sənədləşdirilməsi və ikinci mülkiyyətçiyə, yəni vəfat etmiş Abdulla Budaqovun vərəsəsinə heç bir torpaq sahəsi saxlanılması, yaxud saxlanılmaması barədə heç bir bənd yoxdur və ya qərarın ayrı-ayrı bəndlərində bu məsələ hallanmamışdır. 11.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-852/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır. 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 xx.xx.1994-cü il tarixdə vəfat etməsi ilə onun hüquq qabiliyyəti də xətm olunmuşdur və aqrar islahat zamanı vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi həyata keçirilərkən (Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı qəbul olunarkən) onun mülkiyyətinə torpaq sahəsi verilməmişdir . Ona görə də, iddiaçının atası X7 və bibisi X5 adına olan fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin digər şəxslərin (X10, X11, X12, X18, X16 və X6) mülkiyyətinə verilməsinə dair Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. İddiaçının atası Abdulla Budaqov 1994-cü ildə vəfat etsə də, aqrar islahat keçirilən vaxt Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi sahəsi 138.5 kv.m olan fərdi yaşayış evi atasının adına olduğundan həmin evin altında yerləşən torpaq sahəsinin atasının vərəsəsi kimi onun adına ayrılmalı olması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, islahat zamanı vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altındakı torpaq sahələri və həyətyanı sahələr məhz həmin kənddə, qəsəbədə (müvafiq ərazidə) yaşamaqla, qeydiyyatda olan şəxslərə ayrılırdı (həmin şəxslərin pay torpaq sahələri almaq hüquqları var idi). Ona görə də, həmin vaxt aqrar islahat komissiyası Ağstafa rayonun Dağkəsəmən kənd icra nümayəndəliyində yaşayan və pasport qeydiyyatında olan, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına uyğun olaraq 0.12 ha torpaq sahəsini X10, X11, X12, X18, X16 və X6 mülkiyyətinə ayırmışdır. Sözügedən torpaq sahəsi iddiaçının atasının mülkiyyətinə verilmədiyindən onun həmin sahə üzərində hər hansı vərəsəlik hüququ yaranmamışdır və bu səbəbdən də atası ölmüş olsa da, torpaq sahəsinin onun adına ayrılmalı olması barədə iddiaçının dəlilləri əsassızdır. X1 torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırkı iddiaçı da həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. 13.a) apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəf qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayətin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
14.b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfi etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları 15.Məhkəmə kollegiyası iclasında iddiaçı şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. 16.Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 20.Apellyasiya şikayətinin dəlillərində iddia tələbinin mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur. 21.Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. 22.İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. 23.Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. 24.İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı ilə X10, X11, X12, X18, X16 və X6 ümumi birgə mülkiyyətlərinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. 25.Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən mübahisələndirilən aktın qəbulundan 20 ildən artıq müddət keçdiyini və iddiaçının məhkəmədə mübahisələndirmə mexanizminə dair hüquqlarını itirməsini qeyd etmişdir. 26.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 27.Belə ki, X7 xx.xx.1994-cü il tarixdə vəfat etmiş, aqrar islahat zamanı vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi həyata keçirilərkən A.Budaqova torpaq sahəsi verilməmişdir. 28.İş materiallarında olan Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi sahəsi 138.5 kv.m olan fərdi yaşayış evinin hüquq subyektləri kimi X10 və X7 göstərilərək, onların adına xx.xx.1988-ci il tarixdə texniki pasport tərtib edilmişdir. 29.Ölüm haqqında xx.xx.1994-cü il tarixli İİ-ЖГ 421204 nömrəli şəhadətnaməyə əsasən X7 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. 30.Torpağın mülkiyyətə verilməsinə dair JN-1608A Kod 50200028 saylı şəhadətnaməyə əsasən Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı ilə X10, X11, X12, X18, X16 və X8 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. 31.Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən xx.xx.1994-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu – İddiaçı müəyyən edilmiş və sonuncuya Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(015)-1157/2019 saylı qətnaməsinə əsasən ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X4 verilmiş **********63- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin X4 məxsus olan ½ hissəsi miras keçərək, onun vərəsəlik hüququ rəsmiləşdirilmişdir. 32.Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən, 1968-ci ildə tikilmiş, ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixdə texniki pasport hüquq subyektləri kimi İddiaçı və X5 adına tərtib edilmişdir. 33.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən 0.1208 ha torpaq sahəsi üzərində hər birinin 1/6 hissə olmaqla X13, X11, X12, X18, X16 və X3, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evi üzərində isə hər birinin ½ hissə olmaqla X10 və İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 34.Göründüyü kimi sözügedən torpaq sahəsi iddiaçının atasının mülkiyyətinə verilmədiyindən onun həmin sahə üzərində hər hansı vərəsəlik hüququ yaranmamışdır. Belə olan halda iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququnun olması müəyyən edilməmişdir. 35.İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən aqrar islahat komissiyasının qərarının ləğv edilməsinə dair tələbin iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.
36. Mübahisələndirilən inzibati akt 2000-ci il tarixdə qəbul edilmiş və tətbiq olunmuşdur. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. 37.İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 38.Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. 39.Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır 40.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır . 41.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 42.Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
q ə r a r a a l d ı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-852/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov