Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-383/2024 19.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-1(114)-65/N24 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 56 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının həmin tarixli raportuna əsasən onun 45 günlük məzniyyətə buraxılması ilə bağlıdır. N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 102 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının xx.xx.N22-ci il tarixli raportuna əsasən onun 8 günlük məzuniyyətə buraxılması ilə bağlıdır. N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 110 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının məzuniyyətdən qayıtması və vəzifəsinin icrasına başalaması ilə bağlıdır. N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 157 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının məzuniyyətdən qayıtması və vəzifəsinin icrasına başalaması ilə bağlıdır. N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 160 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının müayinə və müalicəyə göndərilməsi ilə bağlıdır. N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 175 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının məzuniyyətdən qayıtması və vəzifəsinin icrasına başalaması ilə bağlıdır Müdafiə Nazirinin X1 (N saylı hərbi hissə) xx.xx.N22-ci il tarixli, 024 saylı əmrinin məzmunundan görünür ki, həmin əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78ci maddəsinin « b » bəndinə (bərabər vəzifəyə) əsasən iddiaçının tutduğu vəzifədən azad edilməsi və N saylı hərbi hissəyə xidmət yerinə təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublıkasının Müdafiə nazirinin 27 may N22-ci il tarixli 0415 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmrlə iddiaçı "Hərbi xidmətkeçmə haqqında Əsanamə"nin 157-cı maddəsının "b bəndınə (xəstəlıyə görə) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. xx.xx.N22-ci il tarixli, 493 nömrəli « Xəstəlik haqqında şəhadətnamə »dən görünür ki, iddiaçı həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin N saylı, N saylı və N saylı hərbi hissələrinə qarşı iddia ərizəsi ilə xx.xx.N22-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, N saylı hərbi hissə komandirinin ona məzuniyyət verilməsinə dair 23 fevral N22-ci il tarixli əmrinin, 23 fevral N22-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti"nin, N saylı hərbi hissə komandirinin onun xidmət yerinin dəyişdirilməsinə dair N mart N22-ci il tarixli, 024 nömrəli əmrinin, N saylı hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 94 nömrəli əmrinin ona aid hissədə, N saylı hərbi hissə komandirinin N aprel N22-ci il tarixdən 29 iyul N22-ci il tarixədək ona aid əmrlərinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun 22 fevral N22-ci il tarixdən N saylı hərbi hissədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə əmrin verilməsi vəzifəsinin Azərbaycan Republikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N22-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Xətai RHK tərəfindən könüllü olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbı xidmətə çağırılmaqla, 26 ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Sonuncu vəzıfəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağstafa rayonunda yerləşən N nömrəli hərbi hissədə maddi-texniki təminat bölməsinin avtomobil xidmətinin rəisı olmuşdur. Həqiqi hərbi xidmətdə olduğu müddət ərzində N14-cü ildən başlayaraq, xidmətdən buraxılanadək hər iki gözünün zəif və bulanıq görməsi və digər xəstəliklərlə əlaqədar xx.xx.N22-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalının(bundan sonra - MNin BKH) müxtəlif profilli bölmələrində müayinə və müalicə olunmuş, hər dəfə də xəstəliyinin diaqnozları qoyulmuşdur. xx.xx.N21-ci il tarixdə "Sol gözün uveal kataraktasına" görə üzərində FAKO+1OLıimplantasıyası yerınə yetirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N21-ci tarixli əmri ilə kapitan rütbəsində Kəlbəcər rayonunda yeləşən N nömrəli hərbi hissədə maddi-texnıkı təmınat bölməsının avtomobıl xıdmətı rəisi vəzifəsinə təyin edilmiş və sonuncu dəfə həmin hərbı hıssə komandirinin xx.xx.N22-ci il tarixli 41 nömrəli Göndərişinə əsasən hərbi xidmətə yararllıq dərəcəsinin təyini üçün xx.xx.N22-ci tarixdən xx.xx.N22-ci il tarixədək MN-in BKHa Cərrahiyyə profillı hospıtalının hərbi-həkim komissiyası tərəfindən müayinə və müalicə olunaraq, xx.xx.N22-ci il tarixli 493 nömrəli "Xəstəlik haqqında şəhadətnamə" ilə şəhadətləndirilmışdir. MN-in BKH Cərrahiyyə profilli hospitalının ştatlı hərbi-həkim komissiyası xx.xx.N22-ciil tarixli 493 nömrəli "Xəstəlik haqqında şəhadətnamə"də diaqnoz və xəsarətin xətəliyinını səbəbli əlaqəsi ilə bağlı qərara almışdır ki, yuxarıda sadaladığım xəstəlikləri hərbi xidmət dövründə alınmışdır. Ona görə MN-in ştatlı hərbihəkim komissiyasının hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında xx.xx.N22-ci il tarixli qərarı ilə "Xəstəliklər cədvəlı nin 30a,35a maddəsinin üçüncü qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabınetının N08-ci il 29 favral tarıxlı 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbı-həkım ekspertızası haqqında (Əsasnamə yə qoşma) əsasən həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmışdır. MN-in ştatlı hərbi-həkim komissiyasının xx.xx.N22-ci il tarixli 493 nömrəli qərarı ilə həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldığına görə bununla bağlı həmin şəhadətnamənin surətini əlavə etməklə, xəstəliyi ilə əlaqədar Azərbaycan Ordusundan istefaya buraxılmağı barədə xidmət etdiyi Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissənin komandirinə xx.xx.N22-ci il tarixli raportla müraciət etmiş, hərbi hissə komandiri raportla tanış olub, raportun yuxarı sol hissəsində: "KBR icra edin. P-k/İn-t və imza" məzmunlu dərkənar qoyaraq, hərbı hissəyə icraya vermişdir. Hərbi xidmətdən xx.xx.N22-ci il tarixdə istefaya buraxılmağı barədə əmrin veriləcəyini gözlədiyi halda, sonrakı gün, yəni xx.xx.N22-ci il tarixdə ona 45 gün müddətinə məzuniyyətə göndərilməyinə dair xx.xx.N22-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti" təqdim edilmişdir. Məzuniyyətdə olduğu N22-ci il fevralın 23-dən aprelin 08-dək müddət ərzində N1 nömrəli hərbi hissə komandirinin N mart N22-ci il tarixli 024 nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin olunduğuna görə işlərini və vəzifəmi təhvil vermiş hesab edilərək, N aprel N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün Ağstafa rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməyi əmr edilmişdir. Həmçının Kəlbəcər rayonunda xidmət etdiyi N nömrəli hərbi hissə işğaldan azad edılmiş ərazidə və yüksək dağ şəraitində yerləşdiyinə görə iddiaçının maaşına əlavələr edilmiş və güzəştlər nəzərdə tutulmuşdur. Qanunsuz olaraq xidmət yerinin işğaldan azad edilmış ərazidə və yüksək dağ şəraitində yerləşdiyi N nömrəli hərbi hissədən Ağstafa rayonunda yerləşən N nömrəlı hərbi hissəyə dəyişdirilməsi nəticəsində aylıq vəzifə maaşına edilən Azərbaycan RespublikasıPrezidentinin əlavəsini və yülsək dağ şəraitində xidmətə görə əlavənı almaq hüququndan məhrum edilmişdir. İddiaçının müvafiq ərizələrinə əsasən məhkəmənin xx.xx.N23-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “N saylı hərbi hissə komandirinin ona məzuniyyət verilməsinə dair 23 fevral N22-ci il tarixli əmrinin, 23 fevral N22-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti"nin, N saylı hərbi hissə komandirinin onun xidmət yerinin dəyişdirilməsinə dair N mart N22- ci il tarixli, 024 nömrəli əmrinin, N saylı hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 94 nömrəli əmrinin ona aid hissədə, N saylı hərbi hissə komandirinin N aprel N22-ci il tarixdən 29 iyul N22-ci il tarixədək ona aid əmrlərinin və Azərbaycan Republikası Müdafiə Nazirinin 27 may N22-ci il tarixli, 0415 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun 22 fevral N22-ci il tarixdən N saylı hərbi hissədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə əmrin verilməsi vəzifəsinin Azərbaycan Republikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N23-cü il tarixli və xx.xx.N23-cü il tarixli qərardadları ilə mübahisələndirilən əmrlərdən şikayət verilməsi ilə bağlı prosessual müddətlər bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 21 fevral N24-cü il tarixli qərardadı ilə iddia 23 fevral N22-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti"nin, N saylı hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 94 nömrəli əmrinin iddiaçıya aid hissədə, N saylı hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 101 nömrəli əmrinin və N saylı hərbi hissə komandirinin N iyun N22-ci il tarixli, 175 nömrəli (iddiaçının ehtiyata buraxılması hissəsində) əmrinin ləğv edilməsi hissəsində hissəsində mümkünsüz sayılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-1(114)-65/N24 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin N saylı, N saylı və N saylı hərbi hissələrinə qarşı əmrlərin ləğv edilməsi, ehtiyata buraxılma barədə əmrin verilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericilikdə hərbi xidmətə yararsız hesab edilmiş hərbi qulluqçunun 1 ay müddətində ehtiyata buraxılması təsbit edilsə də, hazırki halda iddiaçının müvafiq şəhadətnamə verildikdən sonra məzuniyyətə buraxılması onun özünün təqdim etdiyi raportlarla həyata keçirilmiş, eyni zamanda iddiaçı qanunla müəyyən edilmiş müddətdə ehtiyata buraxılmasına maneələr yaradıldığını iddia etsə də həmin zaman kəsiyində bu məsələni hüquq müstəvisində, yəni müvafiq məhkəmədə mübahisələndirməmişdir. Odur ki, iddiaçının məzuniyyətə buraxılması və məzuniyyətdən qayıtması ilə bağlı mübahisələndirilən əmrlərin ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Həmçinin iddiaçının xəstəliyi ilə bağlı yüksəklik ərazidə (N saylı h/h) xidmətinin məqsədəuyğun hesab edilməməsi onun xidmət yerinin dəyişdirilməsi ilə nəticələnmişdir ki, bu hal müvafiq qanunla tənzimlənir və hərbi xidmət qulluqçusunun mənafeyinə zidd hesab edilə bilməz. Tələbin iddiaçının N saylı hərbi hissədən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, əvvala iddiaçı müvafiq şəhadətnamə verildikdən sonra həmin məsələ ilə bağlı yuxarıda qeyd olunduğu kimi hüquq müstəvisində hərəkət etməmişdir. Eyni zamanda iddiaçının xidmətdən ehtiyata buraxılmasından uzun müddət sonra yaranmış hazırki hüquqi niyyəti onun sonuncu xidmət yerinin yüksəklik ərazidə olması ilə bağlı müvafiq ödənclərin həcminin artmasına zəmin yaradacağı ilə bağlıdır. Xüsusilə qeyd olunur ki, iddiaçının N saylı hərbi hissədən ehtiyata buraxılması barədə yeni tarixlə əmr veriləcəyi təqdirdə onun N saylı hərbi hissədə xidmət müddətinin taleyi baxımından qəbul ediləcək qərarın icrası, habelə iddiaçının ümumilikdə xidmət müddəti ilə bağlı gələcəkdə ziddiyətli halların yaranmasına səbəb ola bilər. Odur ki, məhkəmə iddianı ümumilikdə əsaslı hesab etməmiş və təmin edilməsi üçün hüquqi əsasın olmadığı qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-1(114)-65/N24 saylı qərarının ləğv edilməsivə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı həqiqi hərbi xidmətdə olduğu müddət ərzində N14-cü ildən başlayaraq, xidmətdən buraxılanadək hər iki gözünün zəif və bulanıq görməsi və digər xəstəlikləri ilə əlaqədar xx.xx.N22-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalının (bundan sonra - MN-in BKH) müxtəlif profilli bölmələrində müayinə və müalicə olunmuş, hər dəfə də xəstəliyinin diaqnozları qoyulmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N21-ci il tarixli əmri ilə kapitan rütbəsində Kəlbəcər rayonunda yeləşən N nömrəli hərbi hissədə maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmiş və sonuncu dəfə həmin hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli 41 nömrəli Göndərişinə əsasən hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək MN-in BKH Cərrahiyyə profilli hospitalının hərbi həkim komissiyası (bundan sonra-HHK) tərəfindən müayinə və müalicə olunaraq. xx.xx.N22-ci il tarixli 493 nömrəli "Xəstəlik haqqında şəhadətnamə" ilə şəhadətləndirilmişdir. Həmin şəhadətnamədə diaqnoz və xəsarətin xətəliyin səbəbli əlaqəsi ilə bağlı qərara alınmışdır ki, xəstəliklər hərbi xidmət dövründə alınmışdır. Ona görə MN-in ştatlı HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. Yararlılıq haqqında xx.xx.N22-ci il tarixli qərarı ilə "Xəstəliklər cədvəlinin 30a. 35a maddəsinin üçüncü qrafasına və ƏТС-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 favral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən iddiaçı həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılımışdır. iddiaçının həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlığı haqqında ştatlı HHK-nın xx.xx.N22-ci il tarixli qərarı Mərkəzi HHK-nın xx.xx.N22-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Ona görə də iddiaçı adıçəkilən şəhadətnamənin surətini əlavə etməklə, xəstəliyi ilə əlaqədar Azərbaycan Ordusundan istefaya buraxılması barədə xidmət etdiyi Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissənin komandirinə xx.xx.N22-ci il tarixli raportla müraciət etmişdir. Hərbi hissə komandiri raportla tanış olub, onunla razılaşdığını bildirərək, raportun yuxarı sol hissəsində: "KBR icra edin. P-k/İn-t və imza" məzmunlu dərkənar qoyaraq, hərbi hissəyə icraya vermişdir. Lakin, iddiaçının hərbi xidmətdən xx.xx.N22-ci il tarixdən istefaya buraxılması barədə əmr verilməmiş, sonrakı gün yəni, xx.xx.N22-ci il tarixdə ona 45 gün müddətinə məzuniyyətə göndərilməsinə dair xx.xx.N22-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti" təqdim edilmişdir. Bununla da təsdiq edilir ki, hərbi xidmətə yararsız hesab edilmiş hərbi qulluqçu iddiaçı 1 ay müddətində ehtiyata buraxılmalı olduğu halda, məhkəmənin qərarında göstərilənlərdən fərqli olaraq, müvafiq şəhadətnamə verildikdən sonra məzuniyyətə buraxılması onun özünün təqdim etdiyi raportlarla deyil, komandirinin əmri ilə həyata keçirilmişdir. Belə vəziyyətdə isə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0, 41.0.3. 42.0 və 42.0.2-ci maddələrinin tələbləri cavabdeh tərəfindən pozularaq, hərbi qulluqçu iddiaçı xəstəliyə görə HHK tərəfindən həm dinc dövrdə. həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmasına baxmayaraq, həqiqi hərbi xidmətdən istefaya buraxılmamışdır. Göründüyü kimi, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldığı üçün həqiqi hərbi xidmətdən istefaya buraxılmasına dair iddiaçının xx.xx.N22-ci il tarixli raportuna heç bir münasibət bildirməməklə, bununla da raportu hərəkətsiz saxlamaqla, cavabdeh inzibati orqan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin bununla bağlı münasibətləri tənzimləyən normaların tələblərini pozmuşdur. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.N22-ci il tarixli raportuna əsasən onu həqiqi hərbi xidmətdən istefaya buraxmaq əvəzinə, xx.xx.N22-ci il tarixdən onu öz əmri ilə məzuniyyətə göndərilməsinin faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmin məsələnin hüquq müstəvisində, yəni müvafiq məhkəmədə mübahisələndirməsi yolu ilə həll edilməsi ilə bağlı məhkəmənin dəlilinə münasibət bildirilərək, qeyd edilir ki, iddiaçı əmrə tabe olan zabitdir, komandirin əmrini müzakirə etmədən icra etməli idi və belə etmişdir. Belə vəziyyətdə isə məhkəmənin qərarı qanuni və əsaslı sayılmamalıdır. İddiaçının məzuniyyətdə olduğu N22-ci il fevralın 23-dən aprelin 08-dək müddət ərzində N1 nömrəli hərbi hissə komandirinin N mart N22-ci il tarixli 024 nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin olunduğuna görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilərək, N aprel N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün Ağstafa rayonu ərazisindəki N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. Barəsində olan N1 nömrəli hərbi hissə komandirinin N mart N22-ci il tarixli 024 nömrəli əmrinə əsaslanan N nömrəli hərbi hissə komandiri N aprel N22-ci il tarixli 94 nömrəli əmrində iddiaçının N22-ci ilin yanvar-mart aylarındakı xidmətinə görə 100 faiz pul mükafatı almağa layiq olduğu, N22-ci il üçün nəzərdə tutulan maddi yardımın ödənilmədiyi, həmin il üzrə məzuniyyətdən istifadə etmədiyi və məzuniyyət pulu ödənilmədiyi, N21-ci ilin növbəti məzuniyyətindən isə 37 gün istifadə etdiyi göstərmişdir. İddiaçı xəstəliyinə görə HHK tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldığı üçün bu barədə onun xx.xx.N22-ci il tarixli raportuna əsasən bir aydan gec olmayaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmalı olduğu halda xidmətə yararsız olmasına əhəmiyyət verilməyərək, qanunsuz olaraq onun xidmət yeri dəyişdirilmişdir. Əlbəttə, belə vəziyyətdə iddiaçının xəstəliyi ilə bağlı yüksəklik ərazidə (N saylı h/h) xidmətinin məqsədəuyğun hesab edilməməsi onun xidmət yerinin dəyişdirilməsi ilə qanunla tənzimlənsə də, məhkəmənin yanaşmasının əksinə olaraq, iddiaçının xəstəliyinə görə həqiqi hərbi xidmətdən istefaya buraxılmaması onun mənafeyinə zidd hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Kəlbəcər rayonunda xidmət etdiyi N nömrəli hərbi hissə işğaldan azad edilmiş ərazidə və yüksək dağ şəraitində yerləşdiyinə görə iddiaçının maaşına əlavələr edilirdi və güzəştlər nəzərdə tutulmuşdu. İddiaçının xidmət yerinin qanunsuz olaraq, işğaldan azad edilmiş ərazidə və yüksək dağ şəraitində yerləşən N nömrəli hərbi hissədən Ağstafa rayonunda yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilməsi nəticəsində o, aylıq vəzifə maaşına edilən Azərbaycan Respublikası Prezidentinin əlavəsini və yülsək dağ şəraitində xidmətə görə əlavəni almaq hüququndan da məhrum edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı əmrə tabe olaraq göndərildiyi Ağstafa rayonu N nömrəli hərbi hissəyə xx.xx.N22-ci il tarixdə gələndə isə təyin olunduğu maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinin icrasına faktiki olaraq başlamışdır. Çünki, N nömrəli hərbi hissənin komandiri onu dərhal N22-ci il üzrə 45 gün müddətə məzuniyyətə göndərmiş, məzuniyyət müddəti xx.xx.N22-ci il tarixdə başa çatandan sonra buraxılmağı barədə əmrinin hələ daxil olmadığını bildirərək, o, əlavə olaraq, 10 gün müddətinə Bakı şəhərinə hərbi hospitalda müalicəyə göndərilmiş, həmin müddət də başa çatandan sonra isə təkrar olaraq 45 gün müddətinə məzuniyyətə göndərilmişddir. Sonuncu məzuniyyət müddəti isə xx.xx.N22-ci il tarixdə başa çatmış və əmr gəldiyinə görə xx.xx.N22-ci il tarixdə o, SHXÇDX-in Gəncə şəhəri Kəpəz Rayon Şöbəsində qeydiyyata alınmışdır. Həqiqi hərbi xidmətdə olan iddiaçının bir il ərzində 4 dəfə komandirin əmrləri ilə məzuniyyətə göndərilməsi "Hərbi xidmətkemə haqqında" Əsasnamənin məzuniyyətlə bağlı münasibətləri tənzimləyən normalarının tələblərinə ziddir. Şərh edilənlərdən açıq-aydın görünür ki, iddiaçının xidmət yerinin işğaldan azad edilmiş və yüksək dağlıq ərazidə yerləşən Kəlbəcər rayonundan Ağstafa rayonunda yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilmsində məqsəd heç də onun bundan sonrakı xidmətinin orada davam etdirilməsi üçün deyil, xəstəliyi ilə bağlı pensiyaya çıxanda layiq olduğu güzəştlərdən istifadə etməkdən məhrum edilməsi olmuşdur. Nəticədə isə iddiaçı yüksək dağlıq ərazidə yerləşən Kəlbəcər rayonunda yerləşən hərbi hissədən deyil, qanunsuz olaraq göndərildiyi Ağstafa rayonunda yerləşən N hərbi hissəddən pensiyaya buraxılmışdır. Belə vəziyyətdə isə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 birinci instansiya məhkəməsinin qərarı mübahisələndirdiyini bildirərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında nümayəndələrin iştirakın təmin etməmişlər və səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (...). Maddə 42. Həqiqi hərbi xidmətdən istefaya buraxılma: 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: ... 42.0.2. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda; (...). “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. - 2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. - 156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. - 165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. - 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Xətai RHK tərəfindən könüllü olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbı xidmətə çağırılmaqla, 26 ilədək həqiqi hərbi xidmətdə olmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N21-ci il tarixli, 375 nömrəli əmrinə əsasən həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 7 nömrəli əmrinə əsasən İddiaçı müalicəyə, Müdafiə Nazirliyinin Baş Klinik hospitalına getmiş hesab edilmişdir (əsas: tibb xidməti baş leytenantı F.F.Tağıyevin raportu). İddiaçıda olan xəstəliklər nəticəsində hərbi həkim komissiyasının xx.xx.N22-ci il tarixli, 493 nömrəli «Xəstəlik haqqında şəhadətnamə»dən görünür ki, iddiaçı həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 55 nömrəli əmrinə əsasən X4 xx.xx.N22-ci tarixdən müalicədən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 56 nömrəli əmrinə əsasən X4 xx.xx.N22-ci il tarixdən N21-ci il üzrə növbəti məzuniyyətə göndərilmiş hesab edilmişdir. İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 95 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.N22-ci il tarixdən N21-ci il növbəti məzuniyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmiş, həmin tarixli və nömrəli əmrlə işlərini, vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün Ağstafa rayonu, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 101 nömrəli əmrinə əsasən Kəlbəcər rayonu, N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, xx.xx.N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifə qəbuluna və icrasına başlamışdır. Daha sonra İddiaçı raportuna əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 102 nömrəli əmrilə həmin tarixdən məzuniyyətə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 110 nömrəli əmrilə İddiaçı xx.xx.N22-ci il tarixdən məzuniyyətdən gəlmiş hesab edilmiş, həmin tarixli və nömrəli əmrlə yenidən xx.xx.N22-ci il tarixdən 45 təqvim günü müddətinə N22-ci ilin növbəti məzuniyyətinə göndərilmişdir. Azərbaycan Respublıkasının Müdafiə nazirinin 27 may N22-ci il tarixli 0415 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmrlə iddiaçı "Hərbi xidmətkeçmə haqqında Əsanamə"nin 157-cı maddəsının "b bəndınə (xəstəlıyə görə) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 157 nömrəli əmrilə İddiaçı məzuniyyətdən gəlmiş hesab edilmiş, sonradan hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 160 nömrəli əmrilə müayinə və müalicəyə Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına xx.xx.N22-ci il tarixdən göndərilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 175 nömrəli əmrinə əsasən İddiaçı həmin tarixdən müayinə və müalicədən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 175 nömrəli əmrilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 27 may N22-ci il tarixli 0415 nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılmış, 45 gün məzuniyyət verilməklə xx.xx.N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon Şöbəsinə göndərilmişdir. İddiaçı məhkəməyə müraciət edərək N saylı hərbi hissə komandirinin ona məzuniyyət verilməsinə dair 23 fevral N22-ci il tarixli əmrinin, 23 fevral N22-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti"nin, N saylı hərbi hissə komandirinin onun xidmət yerinin dəyişdirilməsinə dair N mart N22- ci il tarixli, 024 nömrəli əmrinin, N saylı hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 94 nömrəli əmrinin ona aid hissədə, N saylı hərbi hissə komandirinin N aprel N22-ci il tarixdən 29 iyul N22-ci il tarixədək ona aid əmrlərinin və Azərbaycan Republikası Müdafiə Nazirinin 27 may N22-ci il tarixli, 0415 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun 22 fevral N22-ci il tarixdən N saylı hərbi hissədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə əmrin verilməsi vəzifəsinin Azərbaycan Republikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 21 fevral N24-cü il tarixli qərardadı ilə iddia 23 fevral N22-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti"nin, N saylı hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 94 nömrəli əmrinin iddiaçıya aid hissədə, N saylı hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 101 nömrəli əmrinin və N saylı hərbi hissə komandirinin N iyun N22-ci il tarixli, 175 nömrəli (iddiaçının ehtiyata buraxılması hissəsində) əmrinin ləğv edilməsi hissəsində hissəsində mümkünsüz sayılmışdır. Kollegiyanın araşdırmaları nəticəsində birinci instansiya məhkəməsinin qeyd edilən tələblərlə münasibətdə hüquqi əsasların olmaması barədə gəldiyi nəticənin qanuniliyi və əsaslılığı müəyyən edilir. Belə ki, hazırkı qərarın “tətbiq edilən hüquq” hissəsində əks olunmuş normaların tələblərinə görə hərbi qulluqçu hərbi həkim komissiyasının qərarına əsasən hərbi xidmətə yararsız hesab edildiyi tarixdən 1 ay müddətində istefaya buraxılmalıdır. Lakin işin iş materialları ilə müəyyən edilmiş hallarına əsasən, iddiaçıya xəstəliyinə dair şəhadətnamə verilmiş olmasına baxmayaraq iddiaçı komandanlığa raportla müraciət etmiş və bunun əsasında məzuniyyətə göndərilmişdir. Bundan başqa iddiaçı həmin dövrdə məzuniyyətə buraxılması barədə əmri mübahisələndirməmiş və məzuniyyətindən istifadə etmişdir. Başqa sözlərlə iddiaçının məhkəməyə müraciət edərək həmin dövrdə müvafiq əmrləri mübahisələndirmək imkanının olmasına baxmayaraq o bundan istifadə etməmişdir. Həmçinin iddiaçı əvvəlki məhkəmə iclasında mərkəzi hərbi həkim komissiyasının qərarının hərbi hissəyə göndərildiyini, lakin hərbi hissə tərəfindən müvafiq icra hərəkətlərinin yerinə yetirilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edilən məsələyə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissinə sorğu verilmişdir. xx.xx.N24-cü il tarixdə məhkəməyə daxil olmuş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin məktubunda bildirilmişdir ki, xəstəliklərin daxil olma və xaric olma kitabları Bakı Ağır Cinayətlər Məhkəməsində olduğundan məlumat vermək mümkün olmamışdır. Həmçinin həmin kitabların Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilməsinə əsas olmuş sənədlər saxlanılmadığından kitabların hansı cinayət işilə bağlı tələb olunmasına dair məlumat mövcud deyildir. Göründüyü kimi hərbi həkim komissiyasının qərarının N saylı hərbi hissəyə çatdırılması təsdiq edilmir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tələbin iddiaçının N saylı hərbi hissədən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi hissəsi ilə bağlı ayrıca qeyd etdiyi, iddiaçı müvafiq şəhadətnamə verildikdən sonra həmin məsələ ilə bağlı hüquq müstəvisində hərəkət etməməsi, eyni zamanda iddiaçının xidmətdən ehtiyata buraxılmasından uzun müddət sonra yaranmış hazırki hüquqi niyyəti onun sonuncu xidmət yerinin yüksəklik ərazidə olması ilə bağlı müvafiq ödənclərin həcminin artmasına zəmin yaradacağı ilə bağlı olması, iddiaçının N saylı hərbi hissədən ehtiyata buraxılması barədə yeni tarixlə əmr veriləcəyi təqdirdə onun N saylı hərbi hissədə xidmət müddətinin taleyi baxımından qəbul ediləcək qərarın icrası, habelə iddiaçının ümumilikdə xidmət müddəti ilə bağlı gələcəkdə ziddiyətli halların yaranmasına səbəb ola biləcəyinə dair mövqeyinin düzgün olduğunu hesab edir və onunla razılaşır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-1(114)-65/N24 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-383/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-383/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver