Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-385/2025 06.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək ona orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1468/2025 nömrəli qərarından İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə “Tez-tez kəskinləşən 12 barmaq bağırsağın xora xəstəliyi daimi gizli qanaxmalar, soğanağın çapıq deformasiyası, daimi ağrı sindromu ilə. Həzm funksiyasının pozulması. İİ-li Anemiya.” diaqnozu ilə, ümumi xəstəlik ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir.
2. Akademik M.A.Topçubaşov adına X5 8.12.2023-cü il tarixli aşağı ətraf arteriyalarının rəngli doppler müayinəsinin nəticəsinə əsasən, hər iki aşağı arteriyal sistemdə ümumi bud arteriyası dərin səthi arteriyalarda yayılmış aterosklerotik düyünlər izlənir. Hər iki bud arteriyasında stenoz izlənmədi. Sağ və sol dizaltı arteriyada stenoz izlənmədi. Hər iki ön arxa qamış incik arteriyalarının proksimal hissələrində biafazik axınlar izləndi. Hər iki bud arteriyasının bifurkasiya yerindən altda daralma izləndi. Stenoz 58-62 %.
3. “Samux Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli aşağı ətraf arteriyalarının Dupleks skanı üzrə nəticəyə əsasən, hər iki aşağı ətrafın arterial qan dövranının pozğunluğu, arterial işemiyası İİ-İİİ dərəcəli.
4. Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki: -xx.xx.2024-cü il tarixli həkim müayinəsinin nəticəsi: İ70.2 Ətraf arteriyalarının aterosklerozu, hər iki aşağı ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraf baldır arteriyalarının steno okkluziyası, İİİ (üçüncü) dərəcəli xroniki işemiya. Yerişin pozulması. Əl ağacı ilə yeriş. Cərrahi st: baxış zamanı hər iki aşağı ətraf dərisi avazıyıb, seyrək tüklərlə örtülmüşdür, sianotikdir, hiperpiqmentasiyalıdır. Palpator nisbətən soyuqdur. Periferik arteriyalarda sol arterior tibialis posterior, sağ arteriya tibialis anterior, sağ arteriya tibialis posterior, hər iki peroneal arteriya və sol arteriya tibialis anteriorda pulsasiya kəskin zəifləyib, ayaq dərisi siatonikdir. Yerişi yorucu, nisbi axsayıcıdır. -xx.xx.2024-cü il tarixli tək orqan (nahiyə) rəngli doppler müayinəsinin nəticəsi: hər iki aşağı ətrafın arterial qan dövranının pozğunluğu, arterial işemiyası İİ-İİİ dərəcəli. Hər iki aşağı arterial sistemdə ümumi bud arteriyası dərin səthi arteriyalarda yayılmış aterosklerotik düyünlər izlənir. Hər iki bud arteriyasında stenoz izlənmədi. Sağ və sol dizaltı arteriyada stenoz izlənmədi. Hər iki ön arxa qamış incik arteriyalarının proksimal hissələrində biafazik axınlar izləndi. Hər iki bud arteriyasının bifurkasiya yerindən altda daralma izləndi. Stenoz 58-62 %. -Əsas diaqnoz: İ70.2 Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraf arteriyalarının aterosklerozu.
5. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Ətraf arteriyalarının aterosklerozu, hər iki aşağı ətraf arteriyalarının aterosklerozu” Diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlillik təyin edilmişdir.
6. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.1-ci bəndində əsasən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyasının 60% pozulmasına görə əlillik təyin edilmişdir.
7. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Murad Kərəm oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət tibb müəssisəsinin göndərişi və onun müraciəti əsasında xx.xx.2024-cü il tarixində 20 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X7-sosial ekspert komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, ona xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə 1 il müddətinə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.A.Topçubaşov adına X9” PHŞ-nin məhkəmə kollegiyasına ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-28-13/2- 503/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.A.Topçubaşov adına X8” publik hüquqi şəxsin Damar cərrahiyəsi şöbəsinə müraciət etmiş, obyektiv və instrumental müayinələrdən keçirildikdən sonra xəstəyə "Ateroskleroz. Baldır arteriyalarının stenookkluziyası. İİİ (üçüncü) dərəcə xroniki işemiya” diaqnozu qoyulmuşdur. Qeyd etmək istəyirik ki, aşağı ətrafların xroniki işemiyası olan xəstələrdə yerimə zamanı “Fasiləli axsama” klinik əlaməti əmələ gəlir. Bu da bu xəstədə yerimənin pozulmasına səbəb ola bilər.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə təyin edilmiş ümumi xəstəlik səbəbindən 1 illik müddətinə qəbul edilmiş qərarın ləğv edilərək, ona 2-ci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi, əlillik dərəcəsinin təyin edilmə vaxtının xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, məcburi köçkün düşdükdən sonra ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Ümumi xəstəlikdən əziyyət çəkdiyi üçün hələ 2018-ci ildən müalicə olunmağa başlamış və xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.A.Topşubaşov adına X8”ndə ətraf arteriyalarının aterosklerozu, hər iki aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu qoyulmuşdur. Həmin diaqnoz yenidən xx.xx.2024-cü il tarixdə qoyulmuşdur. Həmin diaqnoz ilə ona xx.xx.2023-cü il tarixdə İİ qrup əlillik dərəcəsi təyin edilməli idi. Lakin xx.xx.2023-cü il tarixdə ona əlillik dərəcəsi təyin edilməmiş və məcbur olub həmin diaqnozu yenidən xx.xx.2024-cü il tarixdə təkrar almışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı xəstəliyi ilə bağlı sənədlərini aldıqdan sonra xx.xx.2024-cü il tarixdə ona ümumi xəstəlikdən, orqanizmin funkusiyasının 60% pozulması dərəcəsi ilə 1 (bir) il müddətinə İİİ qrup əlillik dərəcəsi müəyyən edilmişdir. İddiaçı ona hansı səbəbdən İİİ qrup əlillik dərəcəsi müəyyən edilməsi və əlilliyinin niyə xx.xx.2023-cü il tarixdən yox, xx.xx.2024-cü il tarixdən sonra nəzərə alınmasını, eyni zamanda hansı səbəbdən 1 (bir) il müddətinə əllilik dərəcəsi müəyyən edilməsini aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmişdir. Bundan sonra 2 dəfə əyani komissiyada olmuşdur. Ərizəsinə cavab olaraq ona bildirilmişdir ki, tibb müəssisəsinin göndərişi və müraciət əsasında xx.xx.2024-cü il tarixdə 20 nömrəli Tibbi- Sosial Ekspert Komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən AKT baxılması üçün X7-Sosial Ekspert Komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq, iddiaçıya xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə 1 (bir) il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. O, sözügedən qərarla razı deyil. Ona görə də həmin qərardan şikayət vermək məcburiyyətindədir. Odur ki, iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 21 iyun 2024-cü il tarixdə təyin edilmiş, ümumi xəstəlik səbəbindən 1 illik müddətinə qəbul edilmiş qərarın ləğv edilərək, ona 2-ci dərəcəli əlillik dərəcəsinin müddətsiz təyin edilməsi, əlillik dərəcəsinin təyin edilmə vaxtının xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1468/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək ona orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1468/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək ona orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, buraxılmış prosessual müddət bərpa edilmişdir.
13. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş və etirazda göstərilmişdir ki, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1468/2025 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Murad Kərəm oğlunun əlilliyinin müəyyən olunması barədə xx.xx.2024-cü il tarixli qərarının əlilliyin orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə, 1 il müddətinə müəyyən edilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2024-cü il tarixdən İddiaçı orqanizminin funksiyalarının 61-80% pozulmasına görə 2 il müddətinə əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, cavabdeh iddiaçının əlilliyinin müəyyən olunması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.1-ci bəndini əsas tutmaqda haqlı olmamışdır. Belə ki, iddiaçıda müşahidə olunan sağlamlıq vəziyyətinin pozulması qeyd olunan halları ona “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.2-ci bəndinə əsasən əlillik müəyyən olunmasına əsas verir. 2.6.1.2-ci bəndin qiymətləndirilməsinə əsasən, “İİİ dərəcəli işemiya, ABİ 0,50-dən az olduqda və ya cərrahi revaskularizasiyadan sonra davamlı distal blokun mövcudluğu, ətrafın məhdud trofik pozuntuları (xora, nekroz) və qan dövranı dekompensasiyası ilə” halı olduqda orqanizmin funsiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan, “müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 il müddətində müəyyən olunduğu halda, növbəti qiymətləndirmə zamanı əlilliyin müddətsiz müəyyən edilməsi” müddəası eyni xəstəliklə yenidən əlillik müəyyən olunduqda tətbiq edilməlidir. Hazırkı vəziyyətdə isə iddiaçının 2010-cu ildən 2021-ci ilədək mövcud olmuş əlilliyi üzrə və 2024-cü ildə müəyyən olunaraq hazırda mövcud olan əlillik üzrə xəstəlikləri tamamilə fərqlidir. Belə olan halda iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi məhkəmə tərəfindən mümkün hesab edilmir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1468/2025 nömrəli qərarının ləğv edilərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza ve Reabilitasiya Agentliyinin üzərinə 2-ci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi, əlillik dərəcəsinin təyin edilmə vaxtının xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1468/2025 nömrəli qərarı ilə razı deyil, ona görə həmin qərardan şikayət vermək məcburiyyətindədir. Belə hesab edir ki, birinci instansiya məhkəməsi onun məhkəməyə təqdim etdiyi bütün sübutları tam və obyektiv araşdırmamış və iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.
19. Həmçinin, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1468/2025 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə istinad etməklə iddianı qismən təmin edərək, cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Halbuki işə baxarkən məhkəmə orqanizmin funksiyalarının pozulma faizini özü müəyyən edə bilməzdi. Bunun müəyyən edilməsi həkim mütəxəssislərin səlahiyyətində olan məsələlərdir. Orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi ilə bağlı bu tipli işlərdə Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə bununla bağlı ekspertiza keçirməli və ekpsert rəyi əsasında orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməlidir. Buna baxmayaraq birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekpsertiza keçirməmiş və əsassız qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən də, birinci instansiya məhkəməsinin qərarını əsassız hesab edirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 2.6.1. Ateroskleroz - İ70 2.6.1.2. İİİ dərəcəli işemiya, ABİ 0,50-dən az olduqda və ya cərrahi revaskularizasiyadan sonra davamlı distal blokun mövcudluğu, ətrafın məhdud trofik pozuntuları (xora, nekroz) və qan dövranı dekompensasiyası ilə - orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
28. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
31. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
40. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçı və cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.
42. Məhkəmə kollegiyası əvvəlcə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirməklə, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
43. Belə ki, İddiaçı tibbi-ekspertiza sənədlərinə əsasən müəyyən edilir ki, ona “Teztez kəskinləşən 12 barmaq bağırsağın xora xəstəliyi daimi gizli qanaxmalar, soğanağın çapıq deformasiyası, daimi ağrı sindromu ilə. Həzm funksiyasının pozulması. İİ-li Anemiya.” diaqnozlu ümumi xəstəlik səbəbindən xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
44. Daha sonra, iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə barəsində sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş, əlilliyi həmin göndəriş əsasında qiymətləndirilmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə “Ətraf arteriyalarının aterosklerozu, hər iki aşağı ətraf arteriyalarının aterosklerozu” diaqnozuna əsasən İddiaçı 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar orqanizminin funksiyalarının 60% pozulmasına görə əlilliyi müəyyən edilmişdir.
45. İddiaçı isə həmin qərarla razılaşmayaraq məhkəməyə müraciət etmiş və yekunda hüquqi marağı onun əlilliyinin müəyyən olunması barədə xx.xx.2024-cü il tarixli qərarın orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə, 1 il müddətinə əlilliyin müəyyən olunması hissəsində dəyişdirilərək, onun orqanizminin funksiyalarının 61-80% pozulmasına görə, müddətsiz əlilliyin təyin edilməsindən ibarət olmuşdur.
46. Qeyd edilməlidir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən sonuncu rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: 1) Əsas diaqnoz: “İ70.2 Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraf arteriyalarının aterosklerozu.”. 2) Yanaşı xəstəliklər: “K29 Qastrit və duodenit, Səthi qastrit.” 3) Ağırlaşma – “İ77.1-Arteriyaların daralması, hər iki aşağı ətraf baldır arteriyalarının steno okkluziyası, İİİ (üçüncü) dərəcəli xroniki işemiya.”
47. Həmin göndərişdən görünür ki, İddiaçı “İ70.2 Ətraf arteriyalarının aterosklerozu.” diaqnozlu xəstəlik üzrə xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə ambulator müraciətlər etmiş, həmçinin həmin xəstəlik üzrə xx.xx.2023-xx.xx.2023 və xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024cü il tarixlərdə Goranboy Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuşdur.
48. Bundan başqa, məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.A.Topçubaşov adına X9” PHŞ təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-28-13/2-503/2025 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.A.Topçubaşov adına X8” publik hüquqi şəxsin Damar cərrahiyəsi şöbəsinə müraciət etmiş, obyektiv və instrumental müayinələrdən keçirildikdən sonra xəstəyə "Ateroskleroz. Baldır arteriyalarının steno-okkluziyası. İİİ (üçüncü) dərəcə xroniki işemiya” diaqnozu qoyulmuşdur.
49. Cavabdeh iddiaçı barəsində “İ70.2 Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraf arteriyalarının aterosklerozu” diaqnozu ilə əlillik müəyyən edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.1-ci bəndini əsas götürmüşdür. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının əlilliyinin müəyyən olunması zamanı “Əlilliyin müəyyən olunması meyarları”nın həmin (2.6.1.1-ci) bəndini əsas tutmaqda haqlı olmamışdır.
50. Belə ki, iddiaçıda müşahidə olunan sağlamlıq vəziyyətinin pozulması halları ona “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.2-ci bəndinə əsasən əlillik müəyyən olunmasına əsas verir. Ona görə ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə ona qoyulmuş diaqnozlar (“İ70.2 Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraf arteriyalarının aterosklerozu.”, Ağırlaşma – “İ77.1-Arteriyaların daralması, hər iki aşağı ətraf baldır arteriyalarının steno okkluziyası, İİİ (üçüncü) dərəcəli xroniki işemiya.”) müvafiq müayinə nəticələri və bu sahədə ixtisaslaşmış müalicə müəssisəsi olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.A.Topçubaşov adına X9” PHŞ tərəfindən verilmiş sənədlərlə öz təsdiqini tapmışdır və “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.2-ci bəndinin qiymətləndirilməsinə əsasən, “İİİ dərəcəli işemiya, ABİ 0,50-dən az olduqda və ya cərrahi revaskularizasiyadan sonra davamlı distal blokun mövcudluğu, ətrafın məhdud trofik pozuntuları (xora, nekroz) və qan dövranı dekompensasiyası ilə” halı olduqda - orqanizmin funsiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik müəyyən olunur.
51. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
52. Belə ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
53. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulmasına görə əlillik təyin olunmasına əsas verir.
54. Bu baxımdan da məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.
55. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
56. Belə ki, işin hallarına görə iddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək ona orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi əlilliyin müddətli, yəni 2 il olaraq təyin edilməsi qərarına gəlmişdir.
57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçıya müddətsiz əlillik təyin edilməli idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə görə müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Həmçinin, həmin Qaydaların 4.3-cü bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir.
58. Göründüyü kimi, İİ dərəcə üzrə (61-80 faiz aralığında) ardıcıl olaraq 10 il müddətində əlillik müəyyən olunduğu halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
59. Birinci instansiya məhkəməsi əlilliyin müddətsiz təyin edilməsinə münasibətdə qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan hallar eyni xəstəliklə yenidən əlillik müəyyən olunduqda tətbiq edilməlidir. İddiaçının isə 2010-cu ildən 2021-ci ilədək mövcud olmuş əlilliyi ilə 2024-cü ildə müəyyən olunan əlilliyi üzrə xəstəlikləri tamamilə fərqlidir. Belə olan halda iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi məhkəmə tərəfindən mümkün hesab edilmir.
60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2-ci bəndində müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 il müddətində müəyyən olunduğu halda, növbəti qiymətləndirmə zamanı əlilliyin müddətsiz müəyyən edilməsi təsbit edilmiş və həmin bənddə şəxsə məhz eyni xəstəliklə yenidən əlillik təyin edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin həmin Qaydanın qeyd olunan bəndini bu cür təfsir etməsi düzgün olmamışdır.
61. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, növbəti qiymətləndirmə tarixinə qədər idiaçının 2010-2021-ci illər üzrə ardıcıl olaraq 10 ildən çox İİ dərəcə əlilliyinin olması nəzərə alındıqda ona müddətsiz əlillik təyin edilməlidir.
62. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin “əlillik dərəcəsinin təyin edilmə vaxtının xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi” hissəsi ilə bağlı isə qeyd edir ki, şikayət həmin hissədə təmin edilə bilməz.
63. Belə ki, işin halları ilə müəyyən olunur ki, iddiaçı ilkin olaraq məhkəməyə ərizə ilə müraciət edərkən, “cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə təyin edilmiş ümumi xəstəlik səbəbindən 1 illik müddətinə qəbul edilmiş qərarın ləğv edilərək, ona 2-ci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi, əlillik dərəcəsinin təyin edilmə vaxtının xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması”nı xahiş etsə də, sonradan iddia tələbində dəqiqləşmə edərək, “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək ona orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmiş və məhkəmə tərəfindən onun ərizəsi icraata qəbul edilərək həmin tələblə bağlı mahiyyəti üzrə qərar çıxarılmışdır.
64. Göründüyü kimi, məhkəmə iddiaçının “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək ona orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı qərar çıxarmışdır və bu səbəbdən də iddiaçının məhkəmənin həmin qərarından verdiyi apellyasiya şikayətində araşdırma predmeti olmamış məsələ ilə, yəni əlilliyin xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi ilə bağlı tələbi əsaslı hesab edilə bilməz.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək, ləğv edilən hissədə iddia təmin edilməli, şikayət qalan hissədə təmin edilməməlidir.
66. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1468/2025 nömrəli qərarı qismən, yəni “xx.xx.2024-cü il tarixdən İddiaçı orqanizminin funksiyalarının 61-80% pozulmasına görə 2 il müddətinə əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilsin. İddiaçı orqanizminin funksiyalarının 61-80% pozulmasına görə ona xx.xx.2024-cü il tarixdən müddətsiz əlilliyinin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. İddiaçı tərəfindən verilən şikayət qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.