Məhkəmə qərarları › İş №2-1(104)-386/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-386/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-386/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, üçüncü şəxs X5 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-338/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1idə yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və X8 adına qeydiyyata alınmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1idə yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Göygöl rayonu Qızılca bələdiyyəsinin adına qeydiyyata alınmışdır.

3. xx.xx.2021-ci il tarixli Göygöl rayonu Qızılca bələdiyyəsinin 05 saylı iclas protokol-qərarından görünür ki, X9 ünvan 1i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı fərdi yaşayış evi tikintisi məqsədi ilə bilavasitə alğı-satqı yolu ilə 0.12 ha torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır.

4. xx.xx.2021-ci il tarixli, AN–İ№ ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-dən görünür ki, Göygöl rayon Qızılca bələdiyyəsinin adından X13 və X11 arasında bağlanmış müqavilə əsasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi X1.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 04 mart 2022-ci il tarixli məktubundan məlum olur ki, Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-1048 saylı alğı-satqı müqaviləsinə əsasən ünvan 1ində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Göygöl rayonu Qızılca bələdiyyəsi tərəfindən X1. Alıcıya xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsində birinci icraat:

6. İddiaçı cavabdeh Göygöl rayon Qızılca bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X9 0.12 ha həyətyanı torpaq sahəsinin satılması barədə Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2ində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97.8 kv.m olan yaşayış evi RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 1/2 payla iddiaçının və X8 mülkiyyətindədir. Çıxarış əsasında qeyd olunan 0.12 ha torpaq sahəsindən əlavə onların zəbtində 0.3479 ha torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi 30 ildən artıqdır onların sahibliyində və istifadələrindədir, onlar qeyd olunan torpaq sahəsində meyvə ağacları əkmişlər və uzun müddətdir əkib becərirlər. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilərkən Daşınmaz Əmlak tərəfindən də müəyyən edilib ki, iddiaçının mülkiyyətində 0.12 torpaq sahəsi olmasına baxmayaraq faktiki istifadələrində 0.4679 ha torpaq sahəsi vardır. Qeyd edildiyi kimi onlar torpaq sahəsini 30 ildən artıqdır hasarlayaraq istifadə edirlər, orada uzun ömürlü meyvə ağacları əkmişlər və hazırda da həmin ağaclar bar verir. Buna baxmayaraq Göygöl Rayon Qızılca bələdiyyəsi onlara heç bir məlumat vermədən xx.xx.2021-ci il tarixli, 05 saylı qərarla faktiki olaraq onların sahibliyində olan torpaq sahəsinin 0.12 ha hissəsini X2 qərara almışdır. Torpaq sahəsinin satılması barədə bələdiyyənin xx.xx.2021-ci il tarixli, 05 saylı iclas protokolundan çıxarışın surəti Notariat Kontoruna verilsə də qeyd olunan qərar hazırda yoxdur. Birincisi qərarda qeyd olunur ki, Dilarə Abışova 5 ildən artıqdır bəldiyyənin ərazisində yaşayır, ikinci qeyd olunur ki, guya torpaq sahəsinin Dilarə Abışovadan geri qaytarılması mümkün deyil. Halbuki, bunların hamısı yalandır. Dilarə Abışovanın qeyd olunan torpaq sahəsinə heç bir aidiyyəti olmayıb, torpaq sahəsi həmişə onların istifadəsindən olub. Dilarə Abışova xx.xx.2018-ci il tarixdə Qızılca kəndinə qeydiyyata düşüb, ancaq həmin kənddə yaşamayıb. Mübahisəli torpaq sahəsi 30 ildən artıqdır iddiaçının sahibliyində olmaqla, həmin torpaq sahəsini onlar istifadə etmişdir. Ona görə də həmin torpaq sahəsi ilk növbədə iddiaçıya təklif olunmalı, belə olmayan halda hərraca çıxarılmalı, ilk növbədə onlara təklif olunmalı, onlar imtina etdiyi halda başqa şəxslərə satıla bilərdi. Lakin, Bələdiyyə bu ardıcıllığa və qanunun tələblərinə əməl etməmiş, qanunsuz və əsassız olaraq mübahisəli torpaq sahəsini Dilarə Abışovaya satmışdır ki, bu da onların hüquqlarımızın pozulmasına gətirib çıxarır.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-338/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən torpaq sahəsinin hərrac və ya müsabiqədən kənar satılması və ya icarəyə verilməsi üçün paralel 2 şərt:- “bələdiyyənin ərazisində daimi yaşamaq və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olmaq” nəzərdə tutulmuşdur. Buna baxmayaraq bələdiyyə hazırda mübahisələndirilən qərarla qeyd olunan şərtləri nəzərə almadan, yəni xx.xx.2018-ci il tarixdən həmin kənddə pasport qeydiyyatında olan şəxsə torpaq sahəsini hərrac və müsabiqə keçirmədən birbaşa satmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

10. Üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-338/2023 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmədə verdiyi izahatında göstərir ki, onun mərhum X3 ilə “guya” 30 ildir ki, ünvan 2ində anası X6 məxsus evdə yaşamışlar və atası ona bölmüş olduğu 0.12 ha torpaq sahəsi 30 ildən artıqdır onların sahibliyində və istifadələrindədir, onlar qeyd olunan torpaq sahəsində meyvə ağacları əkmişlər və uzun müddətdir əkib becərirlər. Bu tamamilə yalandır. Məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi İddiaçı və ya üçüncü şəxsin mərhum X3nun həmin torpaq sahəsi onların sahibliyində və icarəsində olmamış və heç bir ağac əkməmişlər. Özü də qeyd edir ki, onlar 2000-ci il tarixdən 2016-cı il tarixə kimi Gəncə şəhərində yataqxanada yaşamışlar. X3 xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra da iddiaçı Hüseynova X14 şəhəri, Y.Nəsrət Əliyev küçəsi, yataqxana 12-də qeydiyyatda olmaqla həmin yataqxanada yaşamışdır. Üçüncü şəxsin anası X10 xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra İddiaçı Mövsüm qızı gəlib ünvan 2ində X4 X12 aldatma yolu ilə əldə etdiyi mülkdə yaşamağa başlamışdır. Sonra onları məhkəmələrə verməklə hüquqlarını pozmağa başladı. Hətta tikdiyi damdan da onu çıxartı. Halbuki, o, həmin damda qalıb, 0.12 ha torpaq sahəsində əkdiyi çoxillik müxtəlif meyvə ağaclarını su ilə suvarırdı. Onu həmin damdan çıxarandan sonra onun istifadə etdiyi çoxillik meyvələri məhv etməyə başladı. Bununla yanaşı Gəncə İnzibati Məhkəməsinin (Fikrət Hüseynov) xx.xx.2022-cil tarixli, 2-1(114)-1563/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 35-cü maddəsinə əsasən inzibatı məhkəmə hazırkı mübahisə ilə əlaqədar iddaçının subyektiv hüququnun olmaması əsası ilə iddia mümkün sayılmamışdır. ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, **********00-10301 reyestr nömrəli, ********** nömrəli dövlət reystirindən çıxarışına görə anası X4 adına ünvan 2i ünvanda olan 0.12 ha torpaq sahəsinin ümümi sahəsi 97.8kv/m yaşayış sahəsi 47.2 kv/m yardımcı sahə 50.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin tərkib hissəsi olan Liter B, mətbəx, 1 mərtəbəli tikintialtı sahə 36 lcv.m, Liter C.tövlə. 1 mərtəbəli, tikinti altı sahə 24 lcv.m olan ev və 0.12. ha torpaq sahəsi vərəsə olaraq İddiaçı Mövsüm qızının adına olduğu halda, o, üçüncü şəxs X5 adına Gəncə şəhər 5 saylı notariat ofisində Göygöl rayon Qızılca bələdiyyəsinin adından X13 və X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN -İ № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə 1250 manat 00 qəpik rüsum ödəməklə almış olduğu və ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən onun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini iddia edir. Halbuki, o, mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin sənədlərin mübahisələndirilməsi ilə bağlı İddiaçı Mövsüm qızı subyektiv hüquqa malik deyildir. İddiaçı Mövsüm qızının məqsədi 0,36 ha əlavə torpağı ələ keçirməklə satıb varlanmaq olmuşdur. Bundan başqa iddiaçı iddia müddətini pozduğu halda guya iddia müddətinin keçməsi barədə ərizə vermişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyası iclasında üçüncü şəxs X11 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ümumilikdə 0.46 ha sahə onun valideynlərinin istifadəsində olmuş, onlar sağlığında sahəni faktiki olaraq hərəsi 0.12 ha olmaqla onun və digər qardaş, bacıların arasında 4 yerə bölmüşlər. 0.12 ha sənədli hissəni anası iddiaçının ərinə, yəni onun qardaşına bağışlamışdır. İddiaçı mülkiyyətində 0.12 ha və ona bitişik cəmi 0.46 ha sahəni zəbt edərək özü istifadə edir, hətta bələdiyyədən aldığı sahədən də istifadə etməyə imkan vermir.

14. İddiaçı apellyasiya şikayətinə etiraz etmiş, əlavə olaraq bildirmişdir ki, o 1998-ci ildə mərhum Hüseynov Vaqifə ərə gelərək ərinin valideynlərinə məxsus mübahisəli sahədə yerləşən evdə yaşamağa başlamışdır. Sonra həmin sahədə ev tikmişlər, lakin təmirsiz olduğuna görə orada yaşamamışlar. 2000-ci ildən 2016-cı ilədək Xalça kombinatının yataqxanasında yaşamışlar. 2016-cı ildə həmin tikdikləri evə qayıtmış və orada yaşamağa başlamışdır. Əri 2016-cı ilin rəhmətə getmişdir. Dilarə 2016-cı ildə mübahisəli sahədə qaynatası tərəfindən tikilmiş evə köçmüş və orada yaşamağa başlamış, 2018-ci ildə məhkəmə qərarı ilə həmin evdən çıxarılmışdır. Mübahisəli ərazidə 0.12 ha onun mülkiyyətindədir, 0.12 ha hissə qayını Bakirin, 0.12 ha hissə isə Ağaların istifadəsindədir, qalan 0.10 ha hissəni isə o zəbt edib istifadə edir. Bələdiyyə onun zəbtində və istifadəsində olan 0.10 ha-nı və Bakirin istifadəsində olan 0.02 ha hissəni Dilarəyə satmışdır.

15. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

20. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

21. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

24. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

25. Belə ki, iddiaçı üçüncü şəxs X9 0.12 ha həyətyanı torpaq sahəsinin satılması barədə Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05 saylı qərarının ləğv edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarla üçüncü şəxsə satılan torpaq sahəsi illərdir ki, onun faktiki istifadəsindədir.

26. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1idə yerləşən 0.12 ha torpaq sahəsi Göygöl rayonu, Qızılca bələdiyyəsinin xüsusi mülkiyyətinə verilmişdir.

27. Daha sonra xx.xx.2021-ci il tarixli Göygöl rayonu Qızılca bələdiyyəsinin 05 saylı iclas protokol-qərarına əsasən ünvan 1i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı fərdi yaşayış evi tikintisi məqsədi ilə bilavasitə alğı-satqı yolu ilə 0.12 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətinə verilmişdir.

28. Bundan sonra xx.xx.2021-ci il tarixli, AN–İ№ ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi X1.

29. Göründüyü kimi işin sadalanan xüsusatları ilə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğu müəyyən edilir. İddiaçının mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetmir, onun həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır.

30. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxsin mülkiyyətində olmaqla, onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda iddiaçının qeyd edilən torpaq sahəsinin üçüncü şəxsin xeyrinə özgəninkiləşdirmək barədə bələdiyyə qərarını mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir. Bu isə iddiaçının hazırki tələb üzrə subyektiv hüququnun olmasını istisna edir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.

32. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-338/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Göygöl rayon Qızılca bələdiyyəsinə (üçüncü şəxs X11) qarşı xx.xx.2021-ci il tarixli, 05 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar