Məhkəmə qərarları › İş №2-1(104)-39/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-39/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-39/2024 24.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, “xx.xx.2N22-ci il tarixli, 23N7-NN1-22 nömrəli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2N23-cü il tarixli, 2-1(114)-213/2N23 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. “2N22-ci ilin 2-ci rübündə və 1-ci tədris dövründə təhqiqat bölmələrinin fəaliyyətinin nəticələri haqqında” N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il tarixli, 297 nömrəli əmrinə əsasən 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə baş leytenantı İddiaçı “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir.

2. 4-cü Təhqiqat bölmə rəisinin N7 iyul 2N22-ci il tarixli, 34№-li əmrindən çıxarışda qeyd edilir ki, ədliyyə baş leyetenantı İddiaçı 4-cü Təhqiqat bölməsinin baş təhqiqatçısı, istirahətə Ucar rayonunda keçirtməklə 5 (beş) təqvim günü müddətinə, Laçın rayonundan Ucar rayonuna getməsi ilə əlaqədar gediş-qayıdış üçün 2(iki) gün əlavə vaxt verilsin.

3. 4-cü Təhqiqat bölmə rəisinin 14 iyul 2N22-ci il tarixli, 37№-li əmrindən çıxarışda qeyd edilir ki, ədliyyə baş leyetenantı İddiaçı 4-cü Təhqiqat bölməsinin baş təhqiqatçısı, 2N22-ci ilin növbəti məzuniyyətinə Ucar rayonunda keçirtməklə 1N (on) təqvim günü müddətinə getmiş hesab edilsin.

4. N nömrəli hərbi hissə komandirinə ünvanlanan N9 avqust 2N22-ci il tarixli raportda qeyd olunur ki, 4-cü təhqiqat bölməsində (7N4 material) ədliyyə baş leytinantı İddiaçı 162 material üzrə müddət pozuntusuna yol vermişdir.

5. “2N22-ci ilin iyul ayında təhqiqat bölmələrinin fəaliyyətinin nəticələri və təqsirkar şəxslərin cəzalandırılması haqqında” N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il tarixli, 326 nömrəli əmrindən görünür ki, 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə baş leytenantı İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınması əmr edilmişdir.

6. 4-cü Təhqiqat bölməsinin rəisi vəzifəsini icra edən ədliyyə mayoru Ruslan Xamoyev tərəfindən verilmiş təqdimatdan görünür ki, ədliyyə baş leytinantı İddiaçı xx.xx.2N21-ci il tarixdən 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, təcrübəli, savadlı, işgüzar, tələbkar bir zabit kimi göstərir. Xidmətini nizamnamə çərçivəsində qurmağa çalışır. Nizamimtizamlıdır. Öz üzərində çalışır və tutulan iradlardan düzgün nəticə çıxarmağı bacarır. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxşdir, vəzifəsini layiqincə yerinə yetirməsi üçün əlindən gələni əsirgəmir. İradəsi dözümlülük və etibarlıq səviyyəsi, vəzifəsinin çətinliklərindən qorxmadan yerinə yetirməsi bir zabit kimi məsuliyyətinin dərk etməsində irəli gəlir. Ədliyyə baş leytinantı İddiaçı tabeliyində olan şəxsi heyətinin vətənə hədsiz sədaqət, Azərbaycan Respublikası Konstitusiyasına və qanunları mütləq riayət etməkdə, hərbi andın, hərbi nizamnamələrin və əmrlərn tələblərini sözsüz yerinə yetirməkdə, komandirlərə şüurlu surətdə tabe olmaq və onlara hörmət ruhunda tərbiyə üzrə iş aparılmasında, eləcə də müntəzəm olaraq onların daima döyüşə hazır vəziyyətdə olmaları üçün məşğılılır təşkil edərək özünün təscürəbindən istifadə edir. Fiziki cəhətdən sağlam, mənəvi cəhətdən safdır. Yuxarıda göstərilənləri nəzərə alaraq ədliyyə baş leytinantı İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınmasını məqsədəuyğun hesab etməmişdir.

7. 24 oktyabr 2N22-ci il tarixli, 2381 nömrəli arayışda qeyd olunur ki, İddiaçı barəsində Müdafiə nazirliyinin 4-cü Təhqiqat bölməsində qanunla müəyyən olunmuş Laçın rayonu ərazisində xidmət etdiyi müddətdən hal-hazıradək intizam cəza tədbiri tətbiq edilməmiş, xidməti fəasliyyəti ilə əlaqədar nöqsanlara yol verməmişdir.

8. İ-65735 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, İddiaçı “Vətən müharibəsi istirakçısı” medalı verilmişdir.

9. İ-115N saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, İddiaçı “Cəbrayılın azad olunmasına görə” medalı verilmişdir. 1N. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Təhqiqat bölməsinin xx.xx.2N23-cü il tarixli, 8N nömrəli məktubunun məzmununda qeyd edilmişdir ki, 4-cü Təhqiqat bölməsinin yurisdiksiyasında olan hərbi hissələrin dağlıq və çətin relyef şəraitində yerləşməsini, avtomobil nəqliyyatı vasitəsinin məhdud olmasını (4-cü Təhqiqat bölməsində 1 ədəd xidməti avtomobil var), hərbi hissələrdən materialların 4-cü Təhqiqat bölməsinə çox daxil olmasını, 4-cü Təhqiqat bölməsinin ştatına uyğun komplektləşdirilməməsini, həmin tarixdə icraatında materialların çox olmasını, Laçın rayonu ərazisində məhkəmə-tibbi ekspertizası və hərbi-həkim komissiyasının olmadığını, bu səbəblərdən icraatda olan materiallar üzrə vaxtında prosessual qərar qəbul olunmasını təmin etməyin mümkün olmadığını nəzərə alaraq ədliyyə baş leytenantı İddiaçı ədliyyə baş leytenantı hərbi rütbəsinin bərpa olunması xahiş edilmişdir.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N yanvar 2N23-cü il tarixli, 669 nömrəli məktubunda qeyd edilir ki, 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı ədliyyə leytinantı İddiaçı 2N22-ci ilin iyun ayında icraatında cəmi 2N9 araşdırma materialı olmuş, onlardan cəmi 56 material iyun ayında icra edilmiş, 155 material isə müddət pozuntusu ilə 2N22-ci ilin iyul ayının sonunadək icraatında saxlanılmış, 2N22-ci ilin iyul ayında icraatına yeni verilmiş 12 material ayın sonunadək hərəkətsiz saxlanılaraq müddət pozuntusuna yol vermişdir.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin "Quru Qoşunları haqqında" Əsasnamənin 5.6.7-ci yarımbəndinə əsasən ədliyyə baş leytenantı kimi onun hərbi rütbəsinin bir pillə aşağı salınması barədə xx.xx.2N22-ci il tarixli 326 saylı əmrinin ona aid olan hissəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, N9 noyabr 2N16-cı il tarixdə ədliyyə leytenantı kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Təhqiqat Bölməsinə təhqiqatçı vəzifəsinə təyin olunmuşdur. 28 noyabr 2N21-ci il tarixdə 2N1 saylı hərbi hissə Komandirinin N62 saylı əmri ilə 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı təyin olunmuşdur. İşlədiyi müddət ərzində heç bir intizam cəzası almamış, nə də ona bu barədə əmr elan edilməmişdir. 44 gün davam edən İkinci Vətən müharibəsinin iştirakçısı olmaqla müharibə veteranıdır, bundan başqa "Cəbrayılın azad olunması" medalına layıq görülmüş, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur. Məlumdur ki, 4-cü təhqiqat bölməsində 7 nəfər təhqiqatçı olmaqla iş yükü həddindən artıq olsa da, çalışıb işinin öhdəsindən gəlirlər. Bütün bunlara baxmayaraq Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən 2N1 saylı hərbi hissə komandiri N avqust 2N22-ci il tarixli 326 saylı əmrlə bir neçə təhqiqatçını intizam qaydasında cəzalandırmış, o cümlədən həmin əmrlə iddiaçının ədliyyə baş leytenantı rütbəsini bir pillə aşağı salmışdır. Heç bir rəsmi qaydada araşdırma aparılmadan, ona heç bir xəbərdarlıq edilmədən, eləcə də hərbi prokurorluğun təqdimatı, Hərbi məhkəmənin xüsusi qərardadı olmadan şifahi qaydada bildirilmişdir ki, təhqiqatda icraatda olan materiallar gecikdirilir, həmin intizam qaydasında cəzalar bu səbəbdən verilmişdir. İddiaçı hesab edir ki, onun hərbi xidmət dövründə heç bir inzibati cəzası olmadığı halda Müdafiə Nazirliyinin N nömrəli hərbi hişsə komandirinin 326 nömrəli əmri ilə "Quru Qoşunları haqqında" Əsasnamənin 5.6.7-ci yarım bəndinə əsasən qanunsuz olaraq hərbi rütbəsi bir pillə aşağı salınmışdır.

14. Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2N14-cü il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları"nın 3.13-cü yarımbəndinə, Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının 22 noyabr 2N21-ci il 96 nömrəli əmrinin 4-cü bəndinə əsasən N nömrəli hərbi hissədə hər ayın 5-dək Quru Qoşunların tabeliyində olan təhqiqat bölmələrindən daxil olan məlumatlar əsasında ötən ay üzrə bölmələrin fəaliyyətlərinin və Quru Qoşunlarında baş vermiş cinayət hadisələrin təhlili aparılır. 2N22-ci ilin iyun ayının nəticələrinin təhlili zamanı ədliyyə baş leytenantı İddiaçı xidməti vəzifələrinin icrasına səhlənkar yanaşaraq icraatında olan 189 material üzrə süründürməçiliyə, müddət pozuntusuna yol verdiyi aşkar olunmuş (bu materiallardan 86 materialın cinayət xarakterli materiallardır), N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22ci il tarixli, 297 nömrəli əmri ilə ona "Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam cəzası verilmiş, həmin əmr ona elan edilmişdir. Eyni əsasla 2N22-ci ilin iyul ayı ərzində təhqiqat bölmələrinin fəaliyyətinin nəticələrinin təhlili nəticəsində ədliyyə baş leytenantı İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2N7.1.2-ci maddəsinin və Qaydaların 3-cü bəndinin tələblərini kobud surətdə pozaraq 2N22-ci ilin iyul ayı ərzində icraatında olan 162 material üzrə müddət pozuntusuna yol verdiyi müəyyən edilmiş və əvvəllər verilən intizam cəzasından heç bir nəticə çıxarmadığı üçün N nömrəli hərbi hissə komandirinin 2N22-ci ilin iyul ayında təhqiqat bölmələrinin fəaliyyətlərinin nəticələri və təqsirkar şəxslərin cəzalandırılması haqqında xx.xx.2N22-ci il tarixli, 326 nömrəli əmri ilə hərbi rütbəsi bir pillə aşağı salınmışdır. Beləliklə, İddiaçı əvvəllər verilmiş intizam cəzasından nəticə çıxarmadığı, xidməti fəaliyyətinə dönüş yaratmadığı, icraatında olan, o cümlədən cinayət xarakterli materiallar üzrə süründürməçiliyə, qanunla nəzərdə tutulmuş prosessual müddət pozuntusuna yol verdiyi üçün qanuni əsaslarla Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı tərəfindən intizam qaydasında cəzalandırlmışdır.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2N23-cü il tarixli, 2-1(114)-213/2N23 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il tarixli, 297 nömrəli xx.xx.2N22-ci il tarixli, 326 nömrəli əmrlərin məzmunundan görünür ki, hər iki əmr icraatda olan materialları üzrə müddət pozuntusuna yol verilməsi ilə bağlı verilmişdir. Yəni, eyni pozuntuya görə 24 gün sonra hərbi qulluqçunun təkrar intizam cəzasına məruz qalması Azərbaycan Respublikası Silahlı X2 88-ci bəndinə ziddir. Həmçinin iddiaçıya ilkin intizam cəzasının verilməsindən çox qısa zaman keçdiyindən onun pozuntulardan nəticə çıxarması və aradan qaldırması üçün kifayət qədər vaxtı olmamışdır. Bundan əlavə, iddiaçının xidmət etdiyi 4-cü Təhqiqat bölməsinin yurisdiksiyasında olan hərbi hissələrin dağlıq və çətin relyef şəraitində yerləşməsi, xidməti avtomobillə təmin edilməməsi və yuxarıda qeyd olunan digər obyektiv səbəblər bu müddətin kifayət qədər az olmasını deməyə əsas verir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2N14-cü il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları"nın 3.13-cü yarımbəndinə, Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının 22 noyabr 2N21-ci il 96 nömrəli əmrinin 4-cü bəndinə əsasən N nömrəli hərbi hissədə hər ayın 5-dək ötən ay üzrə təhqiqat bölməsinə daxil olan materiallar və görülən işlər barədə məlumatlar hər ay 1N-dək hüquq şöbəsində təhlil edilərək materialların icra vəziyyəti araşdırılmış və aylıq nəticələr rəsmi əmrlə bütün şəxsi heyətə elan edilmişdir. Azərbaycan Respublikası Silahlı X1 5-ci bəndinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olan intizamı pozanlara qarşı ciddi tədbirlər görməlidir. Həmin Nizamnamənin 43-cü maddəsinə əsasən komandir (rəisi) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. İddiaçı xidməti fəaliyyətində yol verdiyi ciddi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məqsədilə hərbi prokurorluğun təqdimatı, hərbi məhkəmənin xüsusi qərardadı zəruri şərt deyildir. 2N22-ci ilin iyul ayının nəticələrinin təhlilinə əsasən İddiaçı icraatında olan 162 material üzrə, o cümlədən 89 cinayət xarakterli və aşkar cinayətlər üzrə pozuntusuna yol verdiyi müəyyən edilmiş, əvvəl ona bu fəaliyyətsizliyinə görə verilmiş cəzalarından nəticə çıxarmadığına görə İntizam Nizamnaməsinin 75-ci maddəsi ilə səlahiyyətlərindən istifadə etməklə Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı tərəfindən hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzası verilmişdir. İntizam Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamənin müddəalarına əsasən yüksək hərbi intizama komandirlərin öz tabeliyində olanlara gündəlik tələbkarlığı ilə məcburiyyət tədbirlərini bacarıqla və düzgün əlaqələndirib, tətbiq etməsi ilə nail olmaq məqsədilə hətta həmin nizamnamədə qeyd olunur ki, səlahiyyətini aşmış rəis bunun üçün məsuliyyət daşımalı, kiçik rəis öz intizam səlahiyyətini aşmayıbsa onun verdiyi intizam cəzasını böyük rəisin ləğv etmək və yaxud yüngülləşdirmək hüququ yoxdur. Əksinə böyük rəis müəyyən etsə ki, törədilən nalayiq hərəkət üçün kiçik rəisin verdiyi cəza kifayət deyildir, onun bu cəzanı ləğv edib təqsirkara daha ciddi cəza vermək hüququ vardır. Odur ki, iddiaçının ərizəsində yuxarıda qeyd olunanlarla əlaqədar göstərdikləri tamamilə əsassızdır. Həmçinin, iddiaçı tələbini onunla əsaslandırmışdir ki, onun iş yeri Laçın rayonunda yerləşmiş, normal iş şəraiti olmamamış, xidməti avtomobillə təmin edilməmişdir. İddiaçının bu tələbi də əsassızdır.Quru Qoşunların tabeliyində olan hərbi hissələr işğaldan azad olunmuş ərazilərdə, çətin relyefli, infrastruktur olmayan, təmas xəttində yerləşən döyüş mövqelərində xidmət aparırlar, həmçinin Quru Qoşunlarının tabeliyində olan 6 təhqiqat bölməsindən 3-cü təhqiqat bölməsi eyni ərazi relyefinə bərabər iş şəraitində fəaliyyət göstərir, 1-ci təhqiqat bölməsi işğaldan azad olunmuş Suqovuşan istiqamətində yerləşən hərbi hissələr üzrə, 2-ci təhqiqat bölməsi Zəngilan, Qubadlı, Şuşa, Füzuli, Xocavənd istiqamətində yerləşən hərbi hissələr üzrə, 6-cı Daşkəsən, Gədəbəy, Tovuz, Toğanalı yaşayış məntəqələrində dağlıq ərazidə yerləşən hərbi hissələr üzrə təhqiqat fəaliyyəti aparırlar. Bununla yanaşı qeyd edilən digər təhqiqat bölmələrindən ən yaxşı xidməti və məişət şəraiti olan bölmə 4-cü təhqiqat bölməsidir. Belə ki, 4-cü təhqiqat bölməsi faktiki olaraq Laçın rayonu ərazisində 1N9 nömrəli hərbi hissə ilə birgə şəhərcikdə yerləşir, özünə aid inzibati binası mövcuddur, hərbi qulluqçular yüksək keyfiyyətli və hər bir şəraiti olan modul tipli yataqxana ilə təchiz edilmişlər. Bundan başqa çətin dağlıq şəraitdə xidmət etdiklərinə görə bütün təhqiqatçılar yüksəkliyə görə faiz əlavəsi, ikiqat pul təminatı ilə tam təmin olunurlar. Bundan başqa digər bölmələrdən fərqli olaraq 4-cü təhqiqat bölməsinə 21 avqust 2N21-ci il tarixdən 1ədəd Vaz 2121 Niva markalı O 44N QQ hərbi nömrə nişanlı avtomobil verilmiş və avtomobil 2N22-ci il ərzində təhqiqatçıların xidməti fəaliyyəti ilə əlaqədar 29651 km yol istismar edilmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının bu tələbi də tamamilə əsassızdır. Həmçinin iddiaçı tələbini onunla əsaslandırır ki, iş yükü həddindən artıq olsa da, işinin öhdəsindən gəlmişdir. İddiaçının bu tələbi də tamamilə əsassızdır. Həmin dövrdə təhqiqat bölmələrinin komplektləşdirmə vəziyyətinə görə ən yüksək komplektləşdirmə göstəricilərindən biri 4-cü təhqiqat bölməsində olmuşdur. Belə ki, həmin iş ştat üzrə 4-cü təhqiqat bölməsində mövcud olan 9 təhqiqatçı vəzifəsindən 7-si komplektləşdirilmişdir (78%). Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırır ki, «6 təhqiqat bölməsində ən çox icraat iddiaçının xidmət etdiyi 4-cü təhqiqat bölməsinin payına düşmüşdür. Məhkəmənin bu mövqeyi tamamilə əsassızdır.Təhqiqat bölmələrində eyni dövr üzrə kifayət qədər çox sayda materiallar daxil olmuş, digər təhqiqatçılar öz vəzifələrinin öhdəsindən gələrək əksər materiallar üzrə qərar qəbul edilməsini təmin etmişlər. Məsələn, 2N22-ci ilin ilk 6 ayı ərzində 1-ci təhqiqat bölməsinə 2978 material daxil olsa da, iyul ayında icraatda cəmi 21N material olmuşdur. Eyni qaydada 2-ci təhqiqat bölməsinə 2928 material daxil olsa da, iyul ayında icraatda cəmi 17N material, 3-cü bölməsinə 1785 material daxil olsa da, iyul ayında icraatda cəmi 74 material, 6-cı təhqiqat bölməsinə 2N29 material daxil olsa da, iyul ayında icraatda cəmi 145 material olmuşdur. Lakin 4-cü təhqiqat bölməsinə daxil olan 2221 material təhqiqat bölməsi zabitlərinin fəaliyyətsizliyi nəticəsində icra edilməmiş, iyul ayında 1354 material icraatda qalmışdır, Həmçinin Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırır ki, eyni pozuntuya görə 24 gün sonra hərbi qulluqçunun təkrar intizam cəzasına məruz qalması Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 88-ci bəndinə ziddir. Məhkəmənin bu mövqeyi də tamamilə əsassızdır. Belə ki, iddiaçı Rəhimov 2N22-ci ilin iyun ayı üzrə icraatına daxil olan materiallardan 189 material üzrə müddət pozuntusuna yol verdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il 297 nömrəli əmri ilə “vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verilmiş, 2N22-ci ilin iyul ayı üzrə icraatına yeni daxil olan materiallardan 162 material müddət pozuntusuna yol verdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22 tarixli 326 nömrəli əmri ilə hərbi rütbəsi bir pillə aşağı salınmışdır. İddiaçı eyni əmələ görə deyil, eyni materiallar üzrə müddət pozuntusuna yol verdiyinə görə deyil, 2N22-ci ilin iyul ayında icraatına verilmiş materiallar üzrə Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin tələblərini kobud surətdə pozduğuna görə cəzalandırılmışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsində qeyd edilmişdir ki, 4-cü təhqiqat bölməsinə prosessual nəzarəti Qubadlı Hərbi Prokurorluğu həyata keçirir. Faktiki olaraq onun tərəfindən prosessual pozuntuya yol verilməmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları 2N. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdi, əlavə olaraq bildirdi ki, icraatında olan işlər üzrə mümkün qədər qısa vaxt ərzində araşdırlmanı tamamlamışdır. İyun ayında ona xəbərdarlıq edilmiş, iyul ayında məzuniyyətdə olmaqla icraatına çox az sayda iş daxil olmuşdur. İş şərati olduqca çətin olmuş, bu səbəbdən birinci rüb üzrə müddət pozuntusuna yol vermiş və komandan tərəfindən cəzalandırılmışdır.

22. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kollegiyasının 28 yanvar 2N22-ci il tarixli N1 nömrəli qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Quru Qoşunları haqqında Əsasnamənin:

5. 6. bəndinə əsasən Komandan: 5.6.1. Quru Qoşunların işini təşkil edir və ona rəhbərlik edir, Quru Qoşunlarının idarə olunmasını həyata keçirir; 5.6.3. Quru Qoşunların qarşısında duran vəzifələrin tam, vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, tabeliyindəki şəxsi heyətin gündəlik fəaliyyətini tənzimləyən rəhbər sənədlərin tələblərinin həyata keçirilməsini təmin edir; 5.6.4. Quru Qoşunların qarşısında qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə, səfərbərlik, əməliyyat və döyüş hazırlığının düzgün planlaşdırılmasına və təşkil edilməsinə, tabelikdəki qoşunların hazırlıq prosesinə nəzarət edir, real vəziyyəti daima dərindən öyrənir və qoşunların hazırlığının təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirir; 5.6.7. Quru Qoşunların hərbi qulluqçuları barəsində Azərbaycan Respublikası Silahlı X1 müəyyən etdiyi hüquqları həyata keçirir, mülki işçilər barəsində isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada öz səlahiyyətləri daxilində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür.

24. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1:

43. bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.

85. bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.

87. bəndinə əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir.

88. bəndinə əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

26. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2NN7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3N dekabr 2NN8-ci il tarixli qərarında göstərilmişdir ki, ... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

29. İşin hallarından görünür ki, 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı İddiaçı barəsində icraatında olan 189 material üzrə müddət pozuntusuna yol verdiyi aşkar olunmuş və N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il tarixli, 297 nömrəli əmri ilə ona "Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam cəzası verilmişdir. 3N. Bundan sonra eyni əsasla 2N22-ci ilin iyul ayı ərzində təhqiqat bölmələrinin fəaliyyətinin nəticələrinin təhlili nəticəsində iddiaçının 2N22-ci ilin iyul ayı ərzində icraatında olan 162 material üzrə müddət pozuntusuna yol verdiyi müəyyən edilmiş və N nömrəli hərbi hissə komandirinin 2N22-ci ilin iyul ayında təhqiqat bölmələrinin fəaliyyətlərinin nəticələri və təqsirkar şəxslərin cəzalandırılması haqqında xx.xx.2N22-ci il tarixli, 326 nömrəli əmri ilə hərbi rütbəsi bir pillə aşağı salınmışdır.

31. Hazırki tələbində iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il tarixli, 326 nömrəli əmrinin özünə aid hissədə qanuniliyi və əsaslılığını mübahisələndirmiş, birinci instansiya məhkəməsi qərarın mübahisələndirilən hissədə ləğv edilməsinə dair nəticəyə gəlmişdir.

32. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından hərbi qulluqçu İddiaçı müsbət xarakterizə olunması, hərbi qaydalara intizamlı yanaşması və vəzifələrinin layiqincə yerinə yetirməsi müəyyən olunur.

33. Belə ki, 4-cü Təhqiqat bölməsinin rəisi vəzifəsini icra edən ədliyyə mayoru Ruslan Xamoyev tərəfindən verilmiş təqdimatda qeyd olunur ki, ədliyyə baş leytinantı İddiaçı xx.xx.2N21-ci il tarixdən 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, təcrübəli, savadlı, işgüzar, tələbkar bir zabit kimi göstərir. Xidmətini nizamnamə çərçivəsində qurmağa çalışır. Nizam-imtizamlıdır. Öz üzərində çalışır və tutulan iradlardan düzgün nəticə çıxarmağı bacarır. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxşdir, vəzifəsini layiqincə yerinə yetirməsi üçün əlindən gələni əsirgəmir. İradəsi dözümlülük və etibarlıq səviyyəsi, vəzifəsinin çətinliklərindən qorxmadan yerinə yetirməsi bir zabit kimi məsuliyyətinin dərk etməsində irəli gəlir. Ədliyyə baş leytinantı İddiaçı tabeliyində olan şəxsi heyətinin vətənə hədsiz sədaqət, Azərbaycan Respublikası Konstitusiyasına və qanunları mütləq riayət etməkdə, hərbi andın, hərbi nizamnamələrin və əmrlərn tələblərini sözsüz yerinə yetirməkdə, komandirlərə şüurlu surətdə tabe olmaq və onlara hörmət ruhunda tərbiyə üzrə iş aparılmasında, eləcə də müntəzəm olaraq onların daima döyüşə hazır vəziyyətdə olmaları üçün məşğələlər təşkil edərək özünün təscürəbindən istifadə edir. Fiziki cəhətdən sağlam, mənəvi cəhətdən safdır. Yuxarıda göstərilənləri nəzərə alaraq ədliyyə baş leytinantı İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınmasını məqsədəuyğun hesab etməmişdir.

34. 24 oktyabr 2N22-ci il tarixli, 2381 nömrəli arayışda qeyd olunur ki, İddiaçı barəsində Müdafiə nazirliyinin 4-cü Təhqiqat bölməsində qanunla müəyyən olunmuş Laçın rayonu ərazisində xidmət etdiyi müddətdən hal-hazıradək intizam cəza tədbiri tətbiq edilməmiş, xidməti fəasliyyəti ilə əlaqədar nöqsanlara yol verməmişdir.

35. İ-65735 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı “Vətən müharibəsi istirakçısı” medalı verilmişdir.

36. İ-115N saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, İddiaçı “Cəbrayılın azad olunmasına görə” medalı verilmişdir.

37. Apellyasiya şikayətinin dəlillərində inzibati orqan Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2N14-cü il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları"nın 3.13-cü yarımbəndinə, Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının 22 noyabr 2N21-ci il 96 nömrəli əmrinin 4-cü bəndinə əsasən hərbi hissədə hər ayın 5-dək ötən ay üzrə təhqiqat bölməsinə daxil olan materiallar və görülən işlər barədə məlumatların təhlil edilməsi nəticəsində hazırki əmrin qəbul edildiyini qeyd etmişdir.

38. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2N14-cü il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları" xidməti araşdırılımaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması qaydalarını müəyyən edir.

39. Belə ki, qeyd olunan Qaydaların 1.2-ci bəndinə əsasən bu Qaydalaran müddəaları aşağıdakı xidməti fəaliyyət növlərinin həyata keçirilməsini tənzimləyir. 4N. 1.2.1. xidməti araşdırmalar;

41. 1.2.2. cinayət əlamətləri olan hadisələr üzrə təhqiqat (təhqiqatın aparılması, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi və müvafiq qanunvericilik aktları ilə tənzimlənir)

42. 3.13-cü bəndinə əsasən Azərbaycan Ordusunda cinayətkarlığın vəziyyətinin, cinayət və hadisələrin baş vermə səbəb və şəraitinin öyrənilməsi, proflaktik tədbirlərin görülməsi, habelə təhqiqat işinin və təhqiqatçıların vəzifələrinin icrasını nəzarətdə saxlayaraq, müvafiq tədbirlər görülməsi məqsədilə, təhqiqatçılar müəyyən edilmiş formada və müddətlərdə tabelik üzrə yuxarı komandanlığa və Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisinə hesabatlar təqdim etməlidirlər.

43. Göründüyü kimi Qaydalarda xidməti araşdırmanın və təhqiqatın aparılması xüsusiyyətləri qeyd edilmiş, hər hansı intizam tənbehinin tətbiqi nəzərdə tutulmamışdır.

44. İş materiallarında olan “2N22-ci ilin 2-ci rübündə və 1-ci tədris dövründə təhqiqat bölmələrinin fəaliyyətinin nəticələri haqqında” N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il tarixli, 297 nömrəli əmrinə əsasən 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə baş leytenantı İddiaçı “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir.

45. N nömrəli hərbi hissə komandirinə ünvanlanan N9 avqust 2N22-ci il tarixli raportda qeyd olunur ki, 4-cü təhqiqat bölməsində (7N4 material) ədliyyə baş leytinantı İddiaçı 162 material üzrə müddət pozuntusuna yol vermişdir.

46. “2N22-ci ilin iyul ayında təhqiqat bölmələrinin fəaliyyətinin nəticələri və təqsirkar şəxslərin cəzalandırılması haqqında” N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il tarixli, 326 nömrəli əmrindən görünür ki, 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə baş leytenantı İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınması əmr edilmişdir.

47. Mübahisələndirilən N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il tarixli, 326 nömrəli əmrinin verilməsinə əsas kimi N nömrəli hərbi hissədə hər ayın 5-dək Quru Qoşunların tabeliyində olan təhqiqat bölmələrindən daxil olan məlumatlar əsasında ötən ay üzrə bölmələrin fəaliyyətlərinin və Quru Qoşunlarında baş vermiş cinayət və hadisələrin təhlili istiqamətində 2N22-ci ilin aylıq hesabatları qeyd edilmişdir.

48. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya iki rüb üzrə daxil olmuş işlərə dair müddət pozuntusuna yol verməsi əsası ilə intizam tənbehi tətbiq olunmuş və onun barəsində xəbərədarlıq, daha sonra hazırki mübahisələndirilən əmr qəbul edilmişdir.

49. Birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, şəxs eyni əməl üzrə təkrar cəzalandırılmış, ona cəza tətbiq edildikdən sonra müddət verilməsi müəyyən edilməmişdir. Bundan başqa iddiaçının icraatına iyul ayı üzrə cəmi 12 yeni material daxil olmuşdur. 5N. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2N24-cü il tarixli məktubunda qeyd olunur ki, 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı ədliyyə leytenantı İddiaçı iyun ayında icraatında cəmi 2N9 material olmuş, onlardan cəmi 56 material iyun ayında icra edilmiş, 155 material isə müddət pozuntusu ilə 2N22-ci ilin iyul ayının sonunadək icraatında saxlanılmış, 2N22-ci ilin iyul ayında isə icraatın yeni verilmiş 12 material ayın sonunadək hərəkətsiz saxlanılaraq müddət pozuntusuna yol verilmişdir.

51. 4-cü Təhqiqat bölmə rəisinin N7 iyul 2N22-ci il tarixli, 34№-li əmrindən çıxarışda qeyd edilir ki, ədliyyə baş leyetenantı İddiaçı 4-cü Təhqiqat bölməsinin baş təhqiqatçısı, istirahətə Ucar rayonunda keçirtməklə 5 (beş) təqvim günü müddətinə, Laçın rayonundan Ucar rayonuna getməsi ilə əlaqədar gediş-qayıdış üçün 2(iki) gün əlavə vaxt verilsin.

52. 4-cü Təhqiqat bölmə rəisinin 14 iyul 2N22-ci il tarixli, 37№-li əmrindən çıxarışda qeyd edilir ki, ədliyyə baş leyetenantı İddiaçı 4-cü Təhqiqat bölməsinin baş təhqiqatçısı, 2N22-ci ilin növbəti məzuniyyətinə Ucar rayonunda keçirtməklə 1N (on) təqvim günü müddətinə getmiş hesab edilsin.

53. Göründüyü kimi 4-cü təhqiqat bölmə rəisinin N7 iyul 2N22-ci il tarixli, 34 nömrəli, 14 iyun 2N22-ci il tarixli 1 və 37 nömrəli, 24 iyul 2N22-ci il tarixli, 43 nömrəli əmrlərindən İddiaçı 2N22-ci iyul ayında 17 gün məzuniyyətdə olması da müəyyən edilmişdir. Bu hal da onun əmək fəaliyyətinin həmin dövrdə yerinə yetirməsini istisna etmişdir.

54. Azərbaycan Respublikası Silahlı X1 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.

55. 85. bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.

56. 87. bəndinə əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir.

57. 88. bəndinə əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır.

58. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya ardıcıl olaraq iki aydan qısa müddət ərzində eyni əsasla intizam tənbeh tətbiq edilməsi qanunamüvafiq deyildir. Bu cür müdaxilənin, yəni iddiaçı barədə əlverişsiz inzibati aktın qəbulu üçün əsasları cavabdeh inzibati orqan sübut etməli, zərurətini əsaslandırmalıdır.

59. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 6N. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən inzibati aktı- qərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısada, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını sübut edə bilməmişdir.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi rütbəsinin bir pillə aşağı salınması barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il tarixli, 326 nömrəli əmrinin ona aid olan hissəsi qanuni və əsaslı deyildir.

62. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 9N və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2N23-cü il tarixli, 2-1(114)-213/2N23 nömrəli qərarı dəyişdirilmədən qüvvədə ssaxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar