Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-390/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Kəndli (Fermer) Təsərrüfatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının rəhbəri Nümayəndə və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-870/2025 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Samux rayon Xalq X4 Heyətinin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarına əsasən, Xanlar rayon İcra Hakimiyyəti Başçısının 08 fevral 1992-ci il tarixli, 67 nömrəli sərəncamı ilə İddiaçı kənd təsərrüfatı kooperativinə verilmiş 50 hektar torpaq sahəsinin daimi istifadə üçün İddiaçı Fermer Təsərrüfatına verilməsi, Azərbaycan Respublikası Torpaq Komitəsindən “Qırmızı Samux” sovxozunun istifadəsində olan 26 nömrəli qış otlaq sahəsindən 20 hektar 5000 başlıq qoyunçuluq kompleksinin ərazisindən 200 hektar məqsədi dəyişmədən müvəqqəti istifadə üçün İddiaçı Fermer Təsərrüfatına verilməsinə razılıq verilməsinin xahiş edilməsi qərara alınmışdır.
2. “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktları kitabında xx.xx.1994-cü il tarixdə 07 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б №004158 nömrəli Dövlət Aktından görünür ki, Samux rayon X5 xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının daimi istifadəsinə 50 ha əkin sahəsi, 220 ha örüş sahəsi olmaqla ümumilikdə 270 ha torpaq sahəsi verilmişdir.
3. X9 kitabında xx.xx.2011-ci il tarixdə 1181 nömrə ilə uçota alınmış A № 377851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, həmin sənəd Samux rayon XDS İK-nın xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilmiş Samux rayonu, Qırmızı Samux kəndində yerləşən ******* kv.m kənd təsərrüfatı məqsədli torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaş Nümayəndə ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, Samux rayon XDS-nin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarında İddiaçı Kəndli (Fermer) təsərrüfatına müvəqqəti istifadə üçün qış otlağı sahəsindən 220,0 ha torpaq sahəsi ayrıldığı qeyd olunur. Belə olan halda məlum olur ki, ayrılan torpaq sahəsinin istifadə müddəti 2 ildən çoxdur ki, o da başa çatmışdır. Lakin ayrılan torpaq sahəsinin istifadə müddətinin başa çatmasına baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Samux rayon XDS İcraiyyə Komitəsinin həmin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarı əsas götürülərək torpaq sahəsinin yerləşdiyi ərazi Qırmızı Samux kəndi göstərilməklə, İddiaçı Kəndli (Fermer) təsərrüfatına kənd təsərrüfatı məqsədi üçün 270,0 ha torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Ayrılan 270,0 ha qış otlağı sahəsinin yerləşdiyi yer Qırmızı Samux kəndi ərazisinə deyil, “Ceyrançöl massivi” dövlət fondu qış otlağı ərazisinə aiddir. Eyni zamanda ayrılan torpaq sahəsinin Mingəçevir gölünə paralel yerləşən hissəsi gölün mühafizə zolağına düşür.
5. Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 35 nömrəli İddiaçı fermer təsərrüfatına əlavə olaraq qış otlaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamından çıxarışa əsasən, Samux rayonu “Ceyrançöl” massivində İddiaçı fermer təsərrüfatının istifadəsində olan 563 hektar qış otlaq sahəsinə, 26 saylı qış otlaq sahəsindən 284 hektar qış otlaq sahəsi əlavə edilərək cəmi 847 hektar orta ot örtüyünə malik, qismən suvarılan, 1700 baş tutumu olan qış otlaq sahəsi qoyunçuluqla məşğul olmaq üçün İddiaçı fermer təsərrüfatına 15 il müddətinə icarəyə verilmişdir.
6. 15.11.2022-ci il tarixli “Torpağın icarəyə verilməsi” haqqında müqavilədən görünür ki, Samux rayon İcra Hakimiyyətinin başçısı ilə İddiaçı Kəndli (Fermer) Təsərrüfatı arasında Samux rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 35 saylı sərəncamı (qərarı) əsasında müqavilə bağlanmış, Samux rayonu ərazisində, Ceyrançöl massivi adlanan yerdə 26 №li sahədən yaxşı (orta) ot örtüyü olan, suvarılan (suvarılmayan) 847 (səkkiz yüz qırx yeddi) hektar qış otlaq sahəsi qoyunçuluqla məşğul olmaq məqsədilə 15 (on beş) il müddətində İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı Kəndli (Fermer) Təsərrüfatına ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılan araşdırma zamanı, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə” hüququna dair Dövlət Aktı (B № 004158) və **********0015 (A№ 377851) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron bazada aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və araşdırılması məqsədilə sorğu verildiyi, sorğuya cavab daxil olacağı təqdirdə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir.
8. Samux rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Samux rayon XDS İK-nin 21 sentyabr 1994-cü il tarixli, 50/2 nömrəli qərarı ilə Qırmızı Samux sovxozunun balansında olan torpaq sahəsindən 50,0 ha, bir ədəd yataq və 220,0 ha otlaq sahəsinin İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilməsi barədə Samux rayon İcra Hakimiyyətinin (Samux Rayon X7) 1994-cü ilin sərəncamları daimi saxlama müddətli sənədlər olduğu üçün mühafizə olunmaq üçün Dövlət X8na təhvil verilmişdir.
9. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına verilmiş Б 004158 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nın və A № 377851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin arxiv nüsxələri aşkar edilməmişdir.
10. Azərbaycan Respublikası Dövlət X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Samux Rayon Xalq X4 Heyətinin xx.xx.2024cü il tarixli, 50/2 saylı qərarının təsdiqlənmiş kserosurəti məhkəməyə təqdim edilmiş, qərara başqa sənədlər, həmçinin, B 004158 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququ verilməsi barədə Dövlət Aktının əlavə edilmədiyi bildirilmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi, Samux rayonu, Qırmızı Samux kəndində yerləşən İddiaçı Kəndli (Fermer) Təsərrüfatının Samux rayonu XDS İK-nin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarı, xx.xx.2011-ci il tarixli, 1181 uçot nömrəli, A-377851 (**********0015) nömrəli plan və ölçü sənədindəki ******* kv.m 270.0 ha (sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən 204.3582 ha) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. A-377851 (**********0015) nömrəli plan və ölçü sənədindəki ******* kv.m. 270.0 ha (sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən 204.3582 ha) torpaq sahəsinin İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsinin 204.3582 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi 250.90 ha təşkil edir. A-377851 (**********0015) nömrəli plan və ölçü sənədindəki ******* kv.m 270.0 ha (sənəddə qeyd olunan koordinatlara va sərhəd uzunluğu məsafəsinə əsasən, 204.35 torpaq sahəsi və İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCAD məlumatlarına istinadən kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyasına aid olduğu müəyyən olunmuşdur. İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsinin 2.7795 ha hissəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarına istinadən Mingəçevir gölünün mühafizə zolağına (dəniz və göllər) düşdüyü müəyyən olunmuşdur. İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına olan B-004158 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktında, torpaq sahəsinin məkan göstəriciləri (döngə nöqtələrinin koordinatları (X və Y) və naturada hansı ərazidə dəqiq yerləşmə mövqeyi barədə məlumat əks olunmadığından, sualın cavablandırılması mümkün olmamışdır. Vizual olaraq B-004158 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsi ilə A-377851 (**********0015) nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin konfiqurasiya baxımından eynilik təşkil etmədiyi müşahidə olunur.
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2-1(114)-2991/2024 nömrəli inzibati işin rəyinə əlavə olaraq bildirilmişdir ki, A377851 (**********0015) nömrəli plan və ölçü sənədindəki ******* kv.m 270.0 ha (sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən, 204.3582 ha) torpaq sahəsi və İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsi üzərindən hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, A 377851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə müvafiq olaraq 270,0 ha torpaq sahəsi – 50,0 ha əkin sahəsi və 220,0 ha örüş sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasına, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayonunun keçmiş “Qırmızı Samux” sovxozunun fəhlə və qulluqçularının ümumi yığıncağının 15 sentyabr 1994-cü il tarixli, 02 nömrəli iclas potokoluna əsasən, “Qırmızı Samux” sovxozunun balansında olan torpaq sahəsindən 50,0 ha, eyni zamanda bir ədəd yataq və 220,0 ha otlaq sahəsinin İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilməsi qərara alınmış və həmin qərarın təsdiq edilməsi Samux rayon XDS İcraiyyə Komitəsindən xahiş edilmişdir. Samux rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarı ilə 50.0 ha torpaq sahəsinin daimi istifadə üçün İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilməsi, “Qırmızı Samux” sovxozunun istifadəsində olan 26 nömrəli qış otlağı sahəsindən 20,0 ha, 500 başlıq Qoyunçuluq Kompleksinin ərazisindən 200,0 ha məqsədi dəyişmədən istifadə üçün İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilməsinə icazə verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş olunmuşdur. Samux rayon X11 tərəfindən 21 sentyabr 1994-cü il tarixli, 50/2 saylı qərarına əsasən, “Qırmızı Samux” sovxozunun qış otlağından və 5000 başlıq ana qoyunçuluq kompleksinin ərazisindən 270 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Samux rayonu İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilmişdir. Bununla bağlı verilən B004158 saylı dövlət aktı 21 noyabr 1994-cü il tarixdə 07 saylı qeydiyyatdan keçirilmişdir. A 377851 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş, X9 kitabında xx.xx.2011-ci il tarixdə 1181 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin kadastr göstəriciləri hissəsində torpaq sahəsinin ******* kv.m olduğu göstərilmişdir. İddiaçı bir neçə dəfə subsidiya almış, hazırda qeyd edilən torpaq sahəsi yenə də onun istifadəsindədir. İddiaçı hazırda torpaq sahəsində istifadə ilə əlaqədar hüquqlarının dövlət qeydiyyatına alınmasını və bununla bağlı ona daşınmaz əmlakın dövlət reyeystrindən çıxarış verilməsini xahiş etsə də, cavabdeh orqan “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı (B004158) və **********0015 (A377851) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin elektron bazada aşkar edilməməsi səbəbindən ərizənin icrasının mümkün olmamasını bildirmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2991/2024 nömrəli qərardadı ilə iddiaçı əsl İddiaçı Kəndli (Fermer) Təsərrüfatı ilə əvəz edilmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-870/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-870/2025 nömrəli qərardadı ilə iddia tələbi “Samux Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmiş 50 ha əkin sahəsi olmaqla, ümumilikdə 201.5787 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir.
18. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı “Torpağa mülkiyyət, sahiblik və daimi” istifadə hüququna dair Dövlət Aktı (B № 004158) və **********0015 (AN №377851) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron bazada aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Bu səbəbdən Ərazi İdarəsi tərəfindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2024-cü il tarixli, **********07 nömrəli cavab məktubu ünvanlanmışdır. Bu səbəbdən də Ərazi İdarəsi hesab edir ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının rəhbəri Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
20. Cavabdeh və üçüncü şəxs birinci instansiya məhkəməsinin iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
21. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 870/2025 saylı qərarı ilə iddianın təmin edilməsi, Samux Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmiş Samux rayonu, Qırmızı Samux kəndində yerləşən 50 ha əkin sahəsi, 151.5787 ha örüş sahəsi olmaqla, ümumilikdə 201.5787 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
22. Məhkəmə hesab etmişdir ki, Samux rayonu, Qırmızı Samux kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilməsinə dair Samux rayon Xalq X4 Heyətinin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarı və həmin qərara əsasən, verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б №004158 nömrəli Dövlət Aktı İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Həmçinin mütəxəssis rəyindən müəyyən olunur ki, hazırda iddiaçının istifadə hüququnun qeyd alınmasını istədiyi 201.5787 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydə alınmasını istisna edən hal mövcud deyil.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
23. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-870/2025 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Belə ki, aparılan araşdırma zamanı, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə” hüququna dair Dövlət Aktının (B № 004158) və **********00- 15 (A№377851) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin elektron bazada (DBF və DWG) aşkar edilmədiyi müəyyən edilmişdir. X12 Yerquruluşu planında (DWG) aşkar edilmədiyindən, TEKUİS xəritə materillarına istinad edilmişdir. Aparılan araşdırma zamanı TEKUİS xəritə materillarına əsasən, faktiki torpaq sahəsinin (sənəd üzrə 220 ha, faktiki 256.7 ha) bir hissəsinin dövlət mülkiyyətinə aid dəniz və göllər, bir hissəsinin dövlət mülkiyyətinə tikinti altında olan torpaqlar, bir hissəsinin dövlət mülkiyyətinə aid əkin, bir hissəsinin dövlət mülkiyyətinə aid təmiz örüş torpağına düşdüyü müəyyən edilmişdir. Həmçinin TEKUİS xəritə materiallarına əsasən, faktiki torpaq sahəsinin (sənəd üzrə 50 ha, faktiki 50.52 ha) bir hissəsinin dövlət mülkiyyətinə aid əkin, bir hissəsinin dövlət mülkiyyətinə aid təmiz örüş torpağına düşdüyü aşkar edilmişdir. Mütəxəssis rəyinin əldə edilməsi məqsədi ilə verilmiş xx.xx.2024-cü il tarixli, 2-1(114)-2991/2024 nömrəli qərardadda torpaq sahəsinin mülkiyyət formasının dəqiqləşdirilməsi barədə sual qoyulmamışdır. Məhkəmə tərəfindən aparılan zamanı torpaq sahəsinin mülkiyyət forması dəqiqləşdirilmədən onun kateqoriyasının müəyyən edilməsi barədə araşdırma aparılmışdır. İşə baxan məhkəmə iş üzrə təqdim olunmuş mütəxəssis rəyi ilə imtina əsaslarının uyğunluğunu müəyyən etməmiş və qərarda bu halları əsaslandırmamışdır. Belə ki, mütəxəssis rəyinin və rəyə əlavə məktubunun heç birində torpaq sahəsinin kateqoriyası müəyyən edilməmişdir. Qeyd olunan natamamlıq məhkəmə tərəfindən müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-870/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Kəndli (Fermer) Təsərrüfatının rəhbəri Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-870/2025 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X3 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X3 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
32. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq;
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
34. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
36. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
37. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
38. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
39. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
40. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
41. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
42. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
44. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Samux rayon Xalq X4 Heyətinin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarına əsasən, Samux rayonu, Qırmızı Samux kəndində yerləşən 50 hektar, həmçinin 220 hektar torpaq sahəsi istifadə edilməsi üçün İddiaçı Fermer Təsərrüfatına verilmişdir. Həmin qərar əsasında 50 ha əkin sahəsi, 220 ha örüş sahəsi olmaqla ümumilikdə 270 ha torpaq sahəsi üzərində İddiaçı Kəndli (Fermer) Təsərrüfatının daimi istifadə hüququna dair torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktları kitabında xx.xx.1994-cü il tarixdə 07 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б №004158 nömrəli Dövlət Aktı verilmişdir. Həmçinin Samux rayon XDS İK-nın qeyd olunan qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmiş Samux rayonu, Qırmızı Samux kəndində yerləşən ******* kv.m kənd təsərrüfatı məqsədli torpaq sahəsi ilə bağlı X9 kitabında xx.xx.2011-ci il tarixdə 1181 nömrə ilə uçota alınmış A № 377851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahələri üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi aparılan araşdırma zamanı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə” hüququna dair Dövlət Aktı (B № 004158) və **********0015 (A№ 377851) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin elektron bazada aşkar edilməməsi qeyd olunmuşdur. Odur ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir.
49. Birinci instansiya məhkəməsindəki icraat zamanı əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin Samux rayonu, Qırmızı Samux kəndində yerləşən İddiaçı Kəndli (Fermer) Təsərrüfatının Samux rayonu XDS İK-nin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarı, xx.xx.2011-ci il tarixli, 1181 uçot nömrəli, A-377851 (**********0015) nömrəli plan və ölçü sənədindəki ******* kv.m 270.0 ha (sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən 204.3582 ha) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyü, plan və ölçü sənədindəki ******* kv.m. 270.0 ha - sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən 204.3582 ha torpaq sahəsinin iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsinin 204.3582 ha hissəsi ilə üst-üstə düşdüyü, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin 250.90 ha təşkil etdiyi, plan və ölçü sənədindəki ******* kv.m 270.0 ha - sənəddə qeyd olunan koordinatlara va sərhəd uzunluğu məsafəsinə əsasən, 204.35 torpaq sahəsi və iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCAD məlumatlarına istinadən kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyasına aid olduğu, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsinin 2.7795 ha hissəsinin, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarına istinadən Mingəçevir gölünün mühafizə zolağına (dəniz və göllər) düşdüyü müəyyən olunmuşdur.
50. İddiaçı mütəxəssis rəyi ilə razılaşaraq rəydə qeyd olunan torpaq sahəsinə dair plan və ölçü sənədindəki 270.0 ha hissənin naturada üst-üstə düşən 204.3582 ha hissəsi, həmçinin həmin ölçüdən Mingəçevir gölünün mühafizə zolağına düşən 2.7795 ha hissənin çıxılmaqla 201.5787 ha hissəsi üzərində istifadə hüququnun qeydə alınması ilə bağlı iddia tələbini dəqiqləşdirmişdir.
51. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Samux Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmiş 50 ha əkin sahəsi olmaqla, ümumilikdə 201.5787 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsidir. Qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyasına aiddir.
52. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur.
54. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 1.3-cü bəndinə əsasən şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı və 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab edilir.
55. Göründüyü kimi, qanunvericilikdə təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
56. Məhkəmə kollegiyası bildirir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.
57. Belə ki, iş materiallarından göründüyü kimi, Samux rayon Xalq X4 Heyətinin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarına əsasən, Samux rayonu, Qırmızı Samux kəndində yerləşən 50 hektar, həmçinin 220 hektar torpaq sahəsi istifadə edilməsi üçün İddiaçı Fermer Təsərrüfatına verilmişdir. Həmin qərar əsasında İddiaçı Kəndli (Fermer) Təsərrüfatına 50 ha əkin sahəsi, 220 ha örüş sahəsi olmaqla ümumilikdə 270 ha torpaq sahəsi üzrə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б №004158 nömrəli Dövlət Aktı verilmiş və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Qeyd olunan torpaq sahələri ilə bağlı verilmiş Dövlət aktı isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə və Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 1.3-cü bəndinə əsasən İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır.
58. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin torpaq sahələri ilə bağlı verilmiş Dövlət Aktı və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin elektron bazada aşkar edilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Belə ki, daşınmaz əmlaka dair müvafiq sənədlərin tərtib edilməsi, eləcə də həmin sənədlərin elektron bazaya işlənilməsi bu sahədə səlahiyyətli müvafiq qurumların vəzifəsi olmuşdur. Digər tərəfdən cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliliyini mübahisələndirməmiş, buna dair hər hansı sübutlar təqdim etməmiş, sadəcə formal olaraq həmin sənədlərin elektron bazada olmaması əsası ilə müraciətin təminindən imtina etmişdir.
59. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
60. Bundan əlavə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən arxiv idarəsinə edilmiş sorğu əsasında müəyyən edilmişdir ki, Samux Rayon Xalq X4 Heyətinin xx.xx.2024-cü il tarixli, 50/2 saylı qərarı Dövlət X8nda mövcuddur, qərara başqa sənədlər əlavə edilmədiyindən dövlət aktının təqdim edilməsi mümkün olmamışdır.
61. Beləliklə iddiaçı sözügedən torpağı Samux Rayon Xalq X4 Heyətinin xx.xx.2024cü il tarixli, 50/2 saylı qərarına əsasən verilmiş dövlət aktı əsasında, yəni qanuni əsaslarla əldə etmiş və həmin qərar hal-hazırda da qüvvədədir. Əmlak qanuni əsaslarla əldə edilmişdirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir.
62. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddia edilən torpaq sahəsi üzərindən hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilik normalarında torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-335/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 2- 1(102)-2060/2024 nömrəli xx.xx.2024cü il tarixli, 2-1(102)-2372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və digər qərarlarında göstərilən mövqedən çıxış edilmişdir.
63. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının istifadə hüququnun qeyd alınmasını istədiyi 201.5787 ha torpaq sahəsi üzərində onun istifadə hüququnun qeydə alınmasını istisna edən hallar mövcud deyil. Ona görə də məhkəmə kollegiyası, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
64. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməməli və bu iş üzrə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-870/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.