Məhkəmə qərarları › İş №2-1(104)-396/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-396/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-396/2025 19.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi X10 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “fərdi hesabda yığılan 13310,75 manat pensiyanın sığorta kapitalını mərhum X3 pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayını azaltmaqla (lakin 72 aydan az olmamaqla) gözlənilən pensiya müddəti aylarının sayına bölüb alınmış məbləği pensiyanın qulluq stajına əlavəsi azaldılmamaqla mövcud 963,78 manat pensiya məbləğinə əlavə edilərək xx.xx.2023-cü il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-635/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-11240/2023 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən mərhum həyat yoldaşı X3 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-14-2305/2024 nömrəli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş mərhum X6 dair məlumat vərəqinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 4 may 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum Rəşid Musayevin təminat xərcliyinin (vəzifə maaşı 420,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 229,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 147,00 manat, digər növ əlavəsi 190,12 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1204,72 manat) 80 faizi- 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. Həmin məlumat vərəqində mərhum Rəşid Musayevin vəzifəsi “Gədəbəy rayon Polis şöbəsinin Baş eksperti”, rütbəsi “Polkovnik-leytenant” xidmət müddəti isə 35 il 9 ay 1 gün (təqvimi xidmət illəri 28 il 2 ay 1 gün, güzəştli xidmət illəri 7 il 7 ay) göstərilib.

3. İddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-36890/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17.2-ci maddəsinə əsasən ona Mərkəzi Filial tərəfindən 4 may 2023-cü il tarixindən mərhum X4 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi-963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Bununla əlaqədar olaraq bildirilir ki, mərhum Rəşid Musayevin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı sizə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 4 may 2023-cü il tarixinə mərhum Rəşid Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Rəşid Musayevin vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı sığorta kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci maddəsinə əsasən 13310,75 manat sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilib. Nəticədə, iddiaçının əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat, qulluq stajına görə əlavə hissəsi isə 592,27 manat təşkil edib. Qanunun 29-cu maddəsinə əsasən pensiya məbləğinin cari ilin 1 yanvar tarixindən indeksləşdirilməsi nəticəsində əmək pensiyasının sığorta hissəsi 413,12 manat, qulluq stajına görə əlavəsi isə 658,60 manat təşkil edir. Əmək pensiyasının məbləği cəmi 1071,72 (413,12+658,60) manat olmaqla müvafiq kart hesabına köçürülür.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 198856/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17.2-ci maddəsinə əsasən, İddiaçı Mərkəzi Filial tərəfindən 4 may 2023-cü il tarixindən mərhum X4 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi- 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Bununla əlaqədar olaraq bildiririk ki, mərhum Rəşid Musayevin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 4 may 2023-cü il tarixinə mərhum Rəşid Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Rəşid Musayevin vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı pensiya sığorta kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci maddəsinə əsasən 13310,75 manat pensiya siğorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilib. Nəticədə, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat, qulluq stajına görə əlavə hissəsi isə 592,27 manat təşkil edib (cəmi: 963,78 manat). Əlavə olaraq bildiririk ki, Qanunun 29-cu maddəsinə əsasən ümumi pensiya məbləğlərinin cari ilin 1 yanvar tarixindən 11,2 faiz indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyasının sığorta hissəsi 413,12 manat, qulluq stajına görə əlavəsi isə 658,60 manat təşkil edir. Adıçəkilən şəxsin əmək pensiyasının məbləği cəmi 1071,72 (413,12+658,60) manat olmaqla müvafiq kart hesabına köçürülür.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-50582/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17.2-ci maddəsinə əsasən, İddiaçı Mərkəzi Filial tərəfindən 4 may 2023-cü il tarixindən mərhum həyat yoldaşı X4 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının siğorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zaman nəzərə alınır. Qanunun 20.17-ci maddəsinə əsasən, Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla ailə başçısının təminat xərcliyinin məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə Qanuna uyğun olaraq təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər təyin edilir. Bununla əlaqədar olaraq bildiririk ki, R.A.Musayevə vaxtilə pensiya təyin edildikdən sonra onun işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 4 may 2023-cü il tarixinə R.A.Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Onun vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı pensiya kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci və 18.3cü maddələrinə əsasən 13310,75 manat pensiya sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilib. Nəticədə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat və qulluq stajına görə əlavəsi 592,27 manat təşkil edib. Qanunun 29-cu maddəsinə əsasən, ümumi pensiya məbləğlərinin 1 yanvar 2024-cü il tarixindən 11,2 faiz indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyasının sığorta hissəsi 413,12 manat və qulluq stajına görə əlavəsi isə 658,60 manat olmaqla cəmi 1071,72 (413,12+658,60) manat təşkil edir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 155711/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, R.A.Musayevə vaxtilə pensiya təyin edildikdən sonra onun işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 4 may 2023-cü il tarixinə R.A.Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Onun vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı pensiya kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci və 18.3-cü maddələrinə əsasən 13310,75 manat pensiya sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilib. Nəticədə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat və qulluq stajına görə əlavəsi 592,27 manat təşkil edib. Qanunun 29-cu maddəsinə əsasən, ümumi pensiya məbləğlərinin 1 yanvar 2024-cü il tarixindən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən indeksləşdirilməsi nəticəsində hazırda İddiaçı əmək pensiyasının sığorta hissəsi 446,58 manat və qulluq stajına görə əlavəsi isə 711,95 manat olmaqla cəmi 1158,53 (446,58+711,95) manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, fərdi hesabda yığılan 13310,75 manat pensiyanın sığorta kapitalını mərhum X3 pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayını azaltmaqla (lakin 72 aydan az olmamaqla) gözlənilən pensiya müddəti aylarının sayına bölüb alınmış məbləği pensiyanın qulluq stajına əlavəsi azaldılmamaqla mövcud 963,78 manat pensiya məbləğinə əlavə edilərək xx.xx.2023-cü il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, xx xxx 1948-ci il tarixdə doğulmuşdur. Həyat yoldaşı X5 vəfatı ilə əlaqədar ona Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Sərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 4 may 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum Rəşid Musayevin təminat xərcliyinin (vəzifə maaşı 420,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 229,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 147,00 manat, digər növ əlavəsi 190,12 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyinin (1204,72 manat) 80 faizi- 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir (cavabdehin verdiyi cavab məktubuna əsasən, məktubu əlavə edirəm ərizəyə). Eyni zamanda verilmiş cavabda onu da qeyd edirlər ki, Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Onu da qeyd edirlər ki, mərhum Rəşid Musayevin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 4 may 2023-cü il tarixinə mərhum Rəşid Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Rəşid Musayevin vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı sığorta kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci maddəsinə əsasən 13310,75 manat sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144=92,44) manat müəyyən edilib. Nəticədə, əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat, qulluq stajına görə əlavə isə 592,27 manat təşkil edir. Bununla əlaqədar olaraq bildirir ki, məktubda mərhum X3 fərdi hesabında olan pensiya kapitalından xeyrinə istifadə olunduğu yazılsa da, bu real pensiya məbləğində görünmür. Belə ki, onların da qeyd etdiyi kimi ona vəfat etmiş həyat yoldaşı X3 yalnız təminat xərcinin-1204,72 manat * 80 faizi =963,78 manat pensiya təyin olunmuşdur. Fərdi hesabda yığılan 13310,75:144=92.43 manat isə pensiyanın qulluq stajına əlavə azaldılmaqla formal şəkildə pensiyanın söğorta hissəsinə əlavə olunmuşdur, nəticədə cəm dəyişməmişdir. Cavabdehin mövqeyi ilə razılaşmır. Fərdi hesabda yığılan 13310,75 manat pensiyanın sığorta kapitalı 144-ə yox, mərhum X3 pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayının azaldılması ilə (lakin 72 ayadan az olmamaqla) alınan rəqəmə bölünməlidir. Alınmış məbləğ pensiyanın qulluq stajına əlavəsi azaldılmamaqla mövcud (963,78 manat) pensiya məbləğinə əlavə edilərək xx.xx.2023-cü il tarixdən hesablanaraq ödənilməlidir. 1 yanvar 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2.-ci maddəsi ləğv edildiyindən pensiyanın sığorta hissəsinin artımı qədər qulluq stajına əlavənin azaldılması ümumiyyətlə qanunauyğun deyildir. Daha sonra onların fikirlərində yanıldıqlarını zənn edərək xx.xx.2024-cü il tarixdə həmin məzmunlu təkrar müraciət etmişdir. Cavab eyni ilə əvvəlki kimi, pensiyasında heç bir artım olmadı. Hesab edir ki, cavabdeh barəsində düzgün qərar verməmişdir, müraciəti tarixinə X3 fərdi hesabında toplanmış pensiya kapitalı qanunda nəzərdə tutulmuş (“Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1 və 45-ci maddələri) qaydada hesablanaraq mövcud 963,78 manat pensiya məbləğinə əlavə edilməlidir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

9. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mərhumun pensiyası iki hissədən – qulluq stajına görə əlavə və sığorta hissəsindən ibarət olsa da, onun ölümü ilə iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası yalnız sığorta hissəsindən ibarətdir. Ailə başçısını itirməyə görə əmək pensiyasının tərkibində qulluq stajına görə əlavə olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbləri iddiaçıya tətbiq edilmir. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanır.

12. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 635/2025 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

13. Məhkəmə hesab etmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının tərkib hissəsi yalnız sığorta hissəsindən ibarət olduğundan mərhum Rəşid Musayevin işləyərək topladığı pensiya kapitalının 144-ə bölünməsindən əldə edilmiş 92.44 manat məbləğ iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin üzərinə gəlməklə, pensiyanın məbləği 1071.72 manat məbləğində müəyyən edilmişdir. Bu halda cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-635/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, fərdi hesabda yığılan 13310,75 manat pensiyanın sığorta kapitalı 144-ə yox, mərhum X3 pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayının azaldılması ilə (lakin 72 ayadan az olmamaqla) alınan rəqəmə bölünməlidir. Alınmış məbləğ pensiyanın qulluq stajına əlavəsi azaldılmamaqla mövcud (963,78 manat) pensiya məbləğinə əlavə edilərək xx.xx.2023-cü il tarixdən hesablanaraq ödənilməlidir. Daha sonra onların fikirlərində yanıldıqlarını zənn edərək 26.01,2024-cü il tarixdə həmin məzmunlu təkrar müraciət etmiş, cavab eyni ilə əvvəlki kimi olmuş, pensiyada heç bir artım olmamışdır. Hesab edir ki, cavabdeh barəsində düzgün qərar verməmişdir, müraciət tarixinə X3 fərdi hesabında toplanmış pensiya kapitalı qanunda nəzərdə tutulmuş (“Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1 və 45-ci maddələri) qaydada hesablanaraq mövcud 963,78 manat pensiya məbləğinə əlavə edilməlidir. Ona görə də məhkəmədə müraciət etməli olmuşdur. Göründüyü kimi hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiya hamını qanun qarşısında bərabər hesab edir, necə olur ki, digər qulluq stajına əlavələr almaq hüququ olan şəxslərin fərdi hesablarında olan pensiya kapitalı qulluq stajına görə verilən əlavə azaldılmadan ümümi pensiya məbləğinin üzərinə əlavə olunur ödənilir, onun pensiyasında isə əksinə pensiyanın sığorta hissəsindəki artım qədər qulluq əlavəsi azaldılır? Onu da qeyd edir ki, 2024-cü ilin 1-ci yarısına qədər bu kimi işlər məhkəmə yolu ilə həll olunurdusa, 2024-cü ilin 2-ci yarısından məhkəmə təcrübəsi əsas gətirilərək məhkəmədən kənar cavabdeh özü bu məsələni yoluna qoyur. Məhkəmə, məhkəmə təcrübələrini də nəzərə almamışdır, halbuki Gəncə İnzibati Məhkəməsinin icraatında olmuş, qulluq stajına əlavələr hesablanmış şəxslərin pensiyalarının yenidən hesablanması zamanı pensiyanın ümumi məbləği artırılmaqla hesablanması qərarı verilmişdir. 1 yanvar 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2.-ci maddəsi ləğv edildiyindən pensiyanın sığorta hissəsinin artımı qədər qulluq stajına əlavənin azaldılması ümumiyyətlə qanunauyğun deyildir. xx xxx 1948-ci il tarixdə doğulmuşdur. Həyat yoldaşı X5 vəfatı ilə əlaqədar ona Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 4 may 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum həyat yoldaşı Rəşid Musayevin təminat xərcliyinin (vəzifə maaşı 420,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 229,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 147,00 manat, digər növ əlavəsi 190,12 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyinin (1204,72 manat) 80 faizi- 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, pensiya 2023-cü ildə indeksləşməsi ilə xx.xx.2024-cü il tarixindən ayda 1071,72 manat, 2024-cü ilin 8,1% indeksləşməsi ilə 01.01,2025-ci il tarixindən ayda 1158,53 manat olmaqla ödənilir. Deməli pensiyanın məbləğinin tərkibində fərdi hesabda yığılmış 13310,75 manat sığorta kapitalına görə əlavə heç nə hesablanmamışdır. Məhkəmə isə bunu diqqətdən qaçırmışdır.

b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və etirazın məzmunu cavabdehin birinci instansiya məhkəməsində təqdim etdiyi iddiaya qarşı yazılı etirazın məzmunu ilə eynilik təşkil etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-635/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X8 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 635/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

21. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Maddə 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Maddə 20.17. Bu Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla ailə başçısının təminat xərcliyinin məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanuna uyğun olaraq təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər təyin edilir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

25. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

27. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

30. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

31. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

32. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

33. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

34. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

35. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

36. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-11240/2023 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən mərhum həyat yoldaşı X3 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.

40. İddiaçı hesab etmişdir ki, mərhum Rəşid Musayevin cəmi 1204,72 manat məbləğində olan təminat xərcliyinin 80 faizi-963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilsə də, mərhumun əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı sığorta kapitalı olan 13310,75 manat nəzərə alınmamış, həmin 13310,75 manat sığorta kapitalının 144 aya bölünməsindən alınmış 92,44 manat məbləğ onun ailə başçısını itirməyə görə əmək pensiyasının üzərinə əlavə edilməmişdir.

41. Bu səbəbdən də iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, etdiyi müraciətə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 36890/2024 nömrəli məktubla imtina cavabı verilmişdir.

42. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17.2-ci maddəsinə əsasən iddiaçıya Mərkəzi Filial tərəfindən 4 may 2023-cü il tarixindən mərhum X4 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi- 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Bununla əlaqədar olaraq bildirilir ki, mərhum Rəşid Musayevin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı sizə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Belə ki, 4 may 2023-cü il tarixinə mərhum Rəşid Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil etmişdir. Rəşid Musayevin vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı sığorta kapitalı 13310,75 manat təşkil etmişdir. Qanunun 18.2-ci maddəsinə əsasən 13310,75 manat sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilmişdir. Nəticədə, iddiaçının əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat, qulluq stajına görə əlavə hissəsi isə 592,27 manat təşkil etmişdir. Qanunun 29-cu maddəsinə əsasən pensiya məbləğinin cari ilin 1 yanvar tarixindən indeksləşdirilməsi nəticəsində əmək pensiyasının sığorta hissəsi 413,12 manat, qulluq stajına görə əlavəsi isə 658,60 manat təşkil edir. Əmək pensiyasının məbləği cəmi 1071,72 (413,12+658,60) manat olmaqla müvafiq kart hesabına köçürülür.

43. İmtina cavabı ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

44. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının tərkib hissəsi yalnız sığorta hissəsindən ibarət olduğundan mərhum Rəşid Musayevin işləyərək topladığı pensiya kapitalının 144-ə bölünməsindən əldə edilmiş 92.44 manat məbləğ iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin üzərinə gəlməklə, pensiyanın məbləği 1071.72 manat məbləğində müəyyən edilmişdir. Bu halda cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

45. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

46. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir.

47. Qeyd olunan Qanunun tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının müvafiq sığorta stajı olduqda təyin olunur. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır.

48. Həmçinin, Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla ailə başçısının təminat xərcliyinin məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanuna uyğun olaraq təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər təyin edilir.

49. Qanunvericiliyin qeyd olunan normalarını hazırki işin faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə əsasən, Fatma X7 tərəfindən 4 may 2023-cü il tarixindən mərhum həyat yoldaşı Rəşid Musayevin vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib və sonuncuya vaxtilə pensiya təyin edildikdən sonra onun işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır.

50. Belə ki, 04 may 2023-cü il tarixinə R.A.Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil etmişdir. Həmçinin onun vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı pensiya kapitalı ümumilikdə 13310,75 manat təşkil etmişdir.

51. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad olunan 18.2-ci və 18.3cü maddələrinə əsasən 13310,75 manat pensiya sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilmişdir. Nəticədə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat və qulluq stajına görə əlavəsi 592,27 manat təşkil etmişdir.

52. Daha sonra, Qanunun 29-cu maddəsinə əsasən, ümumi pensiya məbləğlərinin 1 yanvar 2024-cü il tarixindən 11,2 faiz indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyasının sığorta hissəsi 413,12 manat və qulluq stajına görə əlavəsi isə 658,60 manat olmaqla cəmi 1071,72 (413,12+658,60) manat təşkil etmişdir.

53. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarının əlaqəli təhlilindən də müəyyən olunur ki, digər pensiya növlərindən fərqli olaraq, ailə başçısını itirməyə görə əmək pensiyası yalnız sığorta hissəsindən ibarətdir. Bu səbəbdən də, mərhum Rəşid Musayevin işləyərək topladığı pensiya kapitalının 144-ə bölünməsindən əldə edilmiş 92.44 manat məbləğ iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin üzərinə gəlməklə, pensiyanın məbləği 1071.72 manat məbləğində müəyyən edilmişdir.

54. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

55. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı ərizəsinin əsasları kimi əmək pensiyasının yenidən hesablanması haqqında Qanunun 29.2-ci və 37.3.1-ci maddəsinə istinad etsə də, qeyd olunan maddələr yaşa və əlilliyə görə əmək pensiyalarının yenidən hesablanmasını tənzimləyir. Ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanmasına şamil olunmur.

56. Belə ki, xx.xx.2023-cü il tarixindən tətbiq olunan dəyişikliyə əsasən həmin tarixdən etibarən müvafiq kateqoriyadan olan şəxslərin əmək pensiyaları yenidən hesablanarkən sığorta hissəsi artırıldıqda qulluq stajına görə əlavənin məbləği həmin artımlar qədər azaldılmır. Yəni artım məbləği pensiyanın sığorta hissəsinə deyil, əlavələrlə birlikdə ümumi məbləğinə əlavə edilərək hesablanır. Aydındır ki, həmin şəxslərin fərdi hesablarında toplanmış pensiya kapitalı müraciət etdikləri tarixdə qüvvədə olan qanunvericiliyə əsasən pensiyalarının sığorta hissəsinin yenidən hesablanması məqsədilə artıq istifadə olunub və hazırda onların fərdi hesabında istifadə olunmamış pensiya kapitalı mövcud deyil (işləməyənlərə münasibətdə mövcud deyil, işləməyə davam edən şəxslərə münasibətdə isə yalnız sonradan qeydə alınan pensiya kapitalı mövcuddur). Bu səbəbdən də xx.xx.2023-cü il tarixindən qüvvədə olan normalara əsasən onların əmək pensiyasının yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil.

57. Beləliklə məhkəmə kollegiyası tərəfindən iddia ərizəsinin, eləcə də apellyasiya şikayətinin dəlillərinin araşdırılması nəticəsində müəyyən olunur ki, cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsas yoxdur.

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət vermişdir. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və müvafiq normativ aktlarla təsdiq olunmadığından birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-635/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar