Məhkəmə qərarları › İş №2-1(104)-397/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-397/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-397/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi (vəkili) Nümayəndə1 və cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarın 2020-ci il üzrə 8389,83 manat ƏDV və 4194,91 manat maliyyə sanksiyası, 2023cü il üzrə 647.713,58 manat ƏDV və 323.856,79 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-cİ il tarixli, 2-1(114)-1663/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli Baxış aktından görünür ki, vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədi ilə vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan "xxxx" Mənzil Tikinti Kooperativinin /VÖEN **********/ Gəncə şəhəri, “Mahrasa Bağı” yaşayış massivində inşa etdiyi 10 saylı 1-ci, 10 saylı 2-ci və 10 saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmış, müşahidə zamanı həmin binalarda yerləşən mənzillərin böyük əksəriyyətində yaşayış olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********172023 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi üzrə (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, (vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu - Vergi orqanında mövcud olan uçotbaza və digər əlaqəli məlumatlara əsasən, müəyyən edilən digər vergidən yayınma riskləri; risk(lər)in təsviri – Vergi ödəyicisi tərəfindən təqdim edilmiş yaşayış sahələri üzrə əldə edilmiş gəlirlərin vergi bəyannamələrində əks etdirilməməsi səbəbindən vergidən yayınma riskləri yaranmışdır.) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2020 – mart 2023 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, **********173781 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti iş həcminin çox olması ilə bağlı və əlavə araşdırmaların aparılması zərurəti yarandığı üçün 30 (otuz) iş günü artırılmışdır. xx.xx.2023-cü il tarixli, **********174797 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2023-cü il tarixli Baxış protokolundan görünür ki, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Gəncə şəhəri, Mahrasa bağı, 10 saylı binaya baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, işçi və konstruksiya layihələri mütəxəssisə təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixli, **********175817 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2023-cü il tarixli, **********174797 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2023-cü il tarixli, **********175833 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2023-cü il tarixli, **********176807 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2023-cü il tarixli, **********175833 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2023-cü il tarixli, **********177314 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti iş həcminin çox olması ilə bağlı və əlavə araşdırmaların aparılması zərurəti yarandığı üçün 30 (otuz) iş günü artırılmışdır. xx.xx.2023-cü il tarixli, **********178688 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2023-cü il tarixli, **********179138 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2023-cü il tarixli, **********178688 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2023-cü il tarixli, **********179152 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********180164 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2023-cü il tarixli, **********179152 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********180168 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********180487 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********180168 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********180543 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********181144 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********180543 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********181173 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********181504 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********181173 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********181553 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********181921 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********181553 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********181948 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ünvan 1 ünvanlarındakı hər üç binada baxış keçirilmişdir. xx.xx.2024-cü il tarixli, **********182360 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********181948 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********182386 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********182651 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********182386 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********182759 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********182990 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********182759 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********182990 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********183201 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********182990 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********183222 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********183372 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********183222 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********183405 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan (VÖEN: **********) “Nəzarət kitabçası”, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərçin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyaların götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 007390 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan (VÖEN **********) 352 mb yaddaş kartında elektron sənədlər və əmrin surəti, 1(bir) qutuda sənədlərin (sənədlərin adları sərbəst aktda qeyd edilib) götürülməsi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli, **********183662 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********183405 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********183675 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********184048 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********183675 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********184059 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx" MTK (VÖEN **********) tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə Gəncə şəhəri, Mahrasa bağı, 10 ünvanında inşa edilmiş yaşayış və qeyri-yaşayış sahəsinin satışa yararlı sahəsi: Ümumi sahə - 9522,08 m² , o cümlədən: zirzəmi 699,57 m² (satışa yararlı – 252 m²); qeyri-yaşayış sahəsi 691,08 m²; pilləkən, dəhliz, lift, divaraltı sahə - 697,44m², yaşayış sahəsi - 7010,08 m²; mansard - 423,91 m² müəyyən edilmişdir. "xxxx" MTK tərəfindən lazımi sənədlər təqdim edilmədiyindən qərarda mütəxəssis qarşısında qoyulmuş işçi sayı və əmək haqqı xərclərinin, yaşayış və qeyri-yaşayış sahələrinin maya dəyərinin və mal-materialların silgi normalanının müəyyənləşdirilməsi suallarının icra edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MTK (VÖEN **********) tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə inşa edilmiş yaşayış sahəsinin (yeni tikili binalarda suvaqlı “podmayak” satışı) 1 m2 -nin bazar qiyməti 550.0 Azn, qeyri-yaşayış sahəsinin (yeni tikili binalarda suvaqlı “podmayak” satışı) 1m2 nin bazar qiyməti 800.0 Azn, Mansardın 1m2 -nin bazar qiyməti 275.0 Azn təşkil etmişdir. xx.xx.2024-cü i tarixli, **********172847 nömrəli “Səyyar vergi yoxlaması” barədə Aktan görünür ki: Vergi Məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilər və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması zamanı təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyünü yoxlayarkan kooperativ tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159- cu, 166-cı və 175-ci maddələrinə əsasən mənzil tikintisi və təqdim edilməsi ilə bağlı vergi tutulan dövriyyənin və əvəzləşdirilən dövriyyənin aylar üzrə düzgün göstərilməməsi nəticəsində 2020-ci ilin aprel ayı üzrə 16748,05 manat, 2022-ci ilin sentyabr ayı üzrə 5034,78 manat, noyabr ayı üzrə 132,71 manat və 2023-cü ilin mart ayı üzrə 647713,58 manat, cəmi 669629,12 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2020-ci ilin son 7 ayı üzrə 1760,31 manat, 2021-ci il üzrə 3502,26 manat, 2022-ci il üzrə 3647,16 manat və 2023-cü ilin ilk 2 ayı üzrə 801,00 manat, cəmi 9710,73 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Kənarlaşmaya səbəb aşağıdakılar olmuşdur: -Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17 may 2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarına əsasən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 17 may 2024-cü il tarixli, **********2823 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla götürülmüş müqavilələr, arayışlar və 1 (bir) ədəd flaşkartda yerləşdirilmiş elektron fayıldakı sənədlər yoxlanılmışdır. Vergi ödəyicisindən götürülmüş müqavilə və arayışlara əsasən, 3-cü binada 2020-ci ilin aprel ayı ərzində 2 ədəd 63 və 69 nömrəli mənzillərin X9 110000,00 manata (ǝdv-li) satıldığı, 1-ci binada 2022-ci ilin sentyabr ayı ərzində 1 ədəd qeyri-yaşayış sahəsinin X3 40000,00 manata (ədv-li) (arayışlara əsasən ödəniş 2022-ci ilin sentyabr ayı 35000,00 manat və noyabr ayı üzrə 5000,00 manat) satıldığı müəyyən edilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 159.1 və 166- cə maddələrinə əsasən, həmin məbləğlər dövriyyədə bərpa edilərək 22881,36 manat vergi məbləğinin hesablanılması, 11440,68 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Həmçinin, vergi ödəyicisindən götürülmüş elektron sənədlər əsasında 1 (bir) ədəd qara rəngli fləşkarıda ümumi yaddaşı 357 MB olan yaddaş qurğusunda “Səma-4 mtk” başlıqlı elektron qovluqda “X6 S.DTVS2...” elektron faylda olan “disk D”-də 10.3 siyahı xlsx-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillər barədə qiymətlər 86 sayda şəxsə 4244200,00 manat (ədv-li) dəyərdə mənzil və qeyri yaşayış sahəsinin təqdim edildiyi göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV üzrə bəyannamələrdə həmin təqdim edilmələr bəyan edilməmişdir. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinə əsasən, ümumilikdə 669629,12 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı, 9710,73 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin isə artıq hesablandığı və əlavə dəyər vergisinin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 334814,57 manat maliyyə sanksiyasının tətbiq edilməli olduğu müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1406/2024 nömrəli qərardadına əsasən, iddiaçı Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin götürülməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri götürülməsi barədə iddiaçının ərizəsi təmin edilmiş, iş üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, 2020-ci il üzrə 2766.16 manat mənfəət vergisi, 1383,08 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 1042.34 manat mənfəət vergisi, 521.17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 16748.05 manat ƏDV, 8374.03 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 5167.49 manat ƏDV, 2583.75 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647713.58 manat ƏDV, 323856.79 manat maliyyə sanksiyası hesablanmışdır. Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarın və tərtib edilmiş xx.xx.2024-cü il tarixli 007390 nömrəli (AVİS qeydiyyat nömrəsi: **********2823) “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol”un surətləri məhkəməyə təqdim edilmiş, qərara əsasən, götürülmüş sənədlərin təhvil-təslim aktı isə "xxxx" Mənzil Tikinti Kooperativində (VÖEN:**********) səyyar vergi yoxlamasını keçirən 14 saylı Ərazi Vergi İdarəsinə təhvil verilməsi səbəbindən sənədlərin sürətlərinin məhkəməyə göndərilməsinin təmin edilməsi ilə bağlı aidiyyəti vergi orqanına məktubla müraciət edilmişdir. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17 may 2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarına əsasən, "xxxx" Mənzil Tikinti Kooperativindən (VÖEN **********) götürülmüş sənədlər USB fləş kart vasitəsilə Ərazi Vergilər İdarəsi tərəfindən əlbəəl məhkəməyə təqdim edilmişdir. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş fləşkartda “Sema-4 mtk” adlı qovluqda “Sema-4 mtk” adlı fayl, onun daxilində “X8 S.N - DTVS2...” faylda olan “disk D”-də “10.3 siyahı” adlı Excel sənədində şəxslərin adı və qarşısındakı qrafalarda rəqəmlər göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023cü il tarixli, **********172023 saylı qərarına əsasən müəssisədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, **********172847 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarına əsasən müəssisəyə əlavə olaraq 2020-ci il üzrə 2766,16 manat mənfəət vergisi və 1383,08 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 1042,34 manat mənfəət vergisi və 521,17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 14987,74 manat ƏDV və 8374,03 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 1520,33 manat ƏDV və 2583,75 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 646912,58 manat ƏDV və 323856,79 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 667229.15 manat əlavə vergi məbləği və 336718,82 manat maliyyə sanksiyası hesablanmışdır İddiaçı hesab edir ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarı qanunsuzdur və ləğv edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar əsaslandırılmamışdır. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli **********172023 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Hazırkı mübahisəyə münasibətdə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etməsi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanını keçirilməsi üçün əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Yoxlama lüzumsuz olaraq uzadılmış, 16 halda dayandırma qərarı qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, **********174736 nömrəli qərarla ekspertiza təyin olunaraq ona yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi, xx.xx.2023cü il tarixli, **********174737 nömrəli qərarla mütəxəssis dəvət olunaraq ona yoxlama ilə əhatə olunan dövrdə tikilmiş mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin, işçi sayı və əmək haqqı xərclərinin, yaşayış və qeyri-yaşayış sahələrinin maya dəyərinin və malmaterialların silgi nomrlarının müəyyənləşdirilməsi tapşırılmışdır. 21 iyun 2024-cü il tarixli, **********85040 nömrəli məktubla ekspert rəyi və mütəxəssis rəyi yoxlamaya təqdim edilmiş lakin hesablamalar zamanı ekspert rəyi və mütəxəssis rəyi nəzərə alınmamışdır. Yoxlama aktının 1.9.2 və 1.9.3-cü bəndində qeyd olunur ki, yoxlama zamanı əmlakının inventarizasiyası və vergi ödəyicisinin binasına baxış keçirilməmişdir. Lakin yoxlama aktından müəyyən olunur ki, vergi orqanı binadakı mənzillərin satıldığı qənaətinə gəlmiş buna görə də əlavə vergilər hesablanmışdır. Səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, VCİABİ-nin 17 may 2024-cü il tarixli, **********1746 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərara əsasən, eyni tarixli protokolla götürülmüş elektron sənədlərə istinad olunmuş və əlavə hesablamalar həmin elektron sənədlərdə aşkar edilmiş məlumatlara əsasən aparılmışdır. Götürülən elektron fayllar açıq məlumatdır və mühafizə ilə təmin edilməmişdir. Həmin fayl götürüldükdən sonra oradakı məlumatlara istənilən formada dəyişiklik etmək, artırma və azaltma mümkündür. Reallıqda yoxlama ilə əhatə olunan dövrdə 86 şəxsə yaşayış və qeyri yaşayış sahələri təqdim edilməmişdir. Məlumatlar həqiqəti əks etdirmir və təhrif edilmişdir. Cavabdeh “qara mühasibatlıq” sənədləri əsasında dövriyyənin bəyan ediləndən artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənmiş olsun, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmış olsun (məsələn: izahat almaq, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s) başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1663/2025 nömrəli qərardadı ilə iddia tələbi ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarın 2020- ci il üzrə 8389,83 manat ƏDV və 4194,91 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647.713,58 manat ƏDV və 323.856,79 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və "xxxx" Mənzil Tikinti Kooperativinin iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçı vergi ödəyicisi kimi 15 oktyabr 2004-cü il tarixdə fəaliyyət növü “Bütün tiplərdən olan yaşayış binaların, o cümlədən: koteclərin, çoxmənzilli evlərin tikintisi” olmaqla uçota alınmış və 01 mart 2005-ci il tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində mənzillərin təqdim edilməsindən 2020-ci il ərzində ƏDV-siz 10495,10 manat, 2021-ci il ərzində ƏDV-siz 19457,00 manat və 2022-ci ilərzində ƏDV-siz 25452,00 manat gəlir əldə edildiyi göstərilmişdir, yəni il ərzində qeyd olunan rəqəmlər reallıqda 1 (bir) mənzilin satış qiymətindən azdır. Göstərilənlərlə bağlı vergi əməkdaşları tərəfindən 16 may 2023-cü il tarixdə vergi ödəyicisinin Gəncə şəhəri, “Mahrasa Bağı” yaşayış massivində inşa etdiyi 10 saylı 1-ci, 10 saylı 2-ci və 10 saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmışdır. Aparılmış müşahidə zamanı həmin binalarda yerləşən mənzillərin böyük əksəriyyətində yaşayışın olduğu müəyyən edilmiş və aparılmış müşahidənin nəticələri 16 may 2023-cü il tarixli Baxış aktı ilə rəsmiləşdirilmişdir. Qeyd edilənləri, nəzərə alaraq təqdim edilmiş yaşayış sahələri üzrə əldə edilmiş gəlirlərin vergi bəyannamələrində əks etdirilməməsi səbəbilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən cavabdehin 19 may 2023-cü il tarixli, **********172023 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ı ilə iddiaçıda 01 aprel 2020-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı 22 may 2023-cü il tarixli, **********172150 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə” nin təqdim edilməsinə, 20 noyabr 2023-cü il tarixli, **********178262 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarın çıxarılmasına və sənədlərin Məhkəmənin qərarı ilə götürülməsi üçün 13 dekabr 2023-cü il tarixli, **********278600 nömrəli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən sənədlər və qeyd olunan elektron fayllar, o cümlədən yoxlama ilə əhatə olunan dövrdə yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilməmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17 may 2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ına əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17 may 2024-cü il tarixli, **********2823 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol”la götürülmüş qeydiyyat dəftərləri, sakinlərin rekvezit sənədləri, kommunal xərclər üzrə mədaxil qəbzləri, mənzil alan müştərilərlə bağlanmış müqavilələr, daşınmaz əmlakla bağlı borc öhdəlikləri və 1 ədəd fləş-kartda ümumi yaddaş həcmi 357 MB olan yaddaş qurğusunda – “Səma-4 MənzilTikinti Kooperativi” başlıqlı elektron qovluqda “X7 S.DTVS2..” elektron faylda olan “disk D”-də “10.3 siyahı xlsx”-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillə barədə qiymətlər olan məlumatlar götürülmüşdür. Cavabdehin 19 may 2023-cü il tarixli, **********172023 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ı səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi nəzarətinin həyata keçrilməsi üzrə konkret hərəkətlərin aparılması üçün tikilmiş mənzillərin yaşayış və qeyri yaşayış sahəsinin, işçi sayı və əmək haqqı xərclərinin, yaşayış və qeyri yaşayış sahələrinin maya dəyərinin və mal-materialların silgi nömrələrinin müəyyənləşdirilməsi sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssisin və Səyyar vergi yoxlaması zamanı yaranan sualların aydınlaşdırılması üçün təqdim edilmiş yaşayış və qeyri yaşayış sahələrinin satış qiymətlərinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi sahəsində xüsusi biliklərə malik olan ekspertin dəvət edilməsinə zərurət yarandığı üçün cavabdehin 28 iyul 2023-cü il tarixli **********174737 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında Qərar”ı ilə mütəxəssis və 28 iyul 2023-cü il tarixli **********174736 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında Qərar”ı ilə ekspert dəvət edilmişdir. İddiaçı tərəfindən 2020-ci, 2021-ci və 2022-ci illər üçün səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin apardığı qarşılıqlı əməliyyatlar barədə məlumatların alınması üçün 25 may 2023-cü il tarixli, **********728800 nömrəli məktubla “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 3 Saylı Gəncə Ərazi İdarəsinə (VÖEN **********), 25 may 2023-cü il tarixli, **********723300 nömrəli məktubla "xxxx" Açıq Səhmdar Cəmiyyətə (VÖEN **********), 25 may 2023-cü il tarixli, **********726400 nömrəli məktubla “Azəriqaz” İstehsalat Birliyinə (VÖEN **********) və 18 aprel 2024-cü il tarixli, **********515700 nömrəli məktubla "xxxx" Açıq Səhmdar Cəmiyyətə (VÖEN **********) müraciət edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 may 2024-cü il tarixli, **********116700 nömrəli məktubla, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 08 iyun 2023- cü il tarixli, **********358200 nömrəli məktubla, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 iyun 2023-cü il tarixli, **********909600 nömrəli məktubla və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən 04 avqust 2023-cü il tarixli, **********145700 nömrəli məktubla, aparılmış qarşılıqlı əməliyyatlar barədə məlumatlar təqdim edilmişdir. Qeyd olunan müddət ərzində vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövrdə yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədlər və məlumatların təhrif edilməsi ilə bağlı sübutlar vergi orqanına təqdim edilməmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı “qara mühasibatlıq” sənədləri əsasında faktiki dövriyyənin bəyan ediləndən daha artıq olması müəyyən edilmişdir. Təqdim edilmiş ekspert və mütəxəssis rəyləri kifayət qədər aydın və dolğun olmadığı üçün hesablamalar zamanı həmin rəylər nəzərə alınmamışdır. Aparılmış səyyar vergi yoxlaması zamanı gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirlərinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin illər üzrə mənfəəti hesablanmış və nəticədə 2020-ci il üzrə 2.766,16 manat və 2022-ci il üzrə 1.042,34 manat, cəmi 3.808,50 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı və 2021-ci il üzrə 123,40 manat büdcəyə çatacaq mənfəət vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Həmçinin, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2020-ci il ərzində 14.987,74 manat, 2022-ci il ərzində 1.520,33 manat və 2023-cü il ərzində 646.912,58 manat cəmi 649.931,65 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2021-ci il ərzində 3.502,26 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər 25 iyun 2024-cü il tarixli **********172847 nömrəli “Səyyar Vergi yoxlaması Aktı” ilə rəsmiləşdirilmişdir. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-cü il tarixli, **********186437 nömrəli qərarı ilə iddiaçıya 3.808,50 manat mənfəət vergisi, 649.931,65 manat əlavə dəyər vergisi və 323.856,79 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri ilə bağlı bildirilir ki, dəvət edilmiş mütəxəssisin və ya ekspertin rəylərinin yoxlamaya təqdim edilmədiyini və vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 43.11-ci maddəsinə müvafiq olaraq həmin sənədlərin vergi ödəyicisindən Məhkəmənin qərarı ilə götürülməsi üçün Ərazi Vergilər İdarəsi tərəfindən 13 dekabr 2023-cü il tarixli, **********278600 nömrəli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin qərarının qanuni qüvvəyə minmədiyini nəzərə alaraq vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması müvəqqəti olaraq dayandırılmışdır (təxirə salınmışdır). Həmçinin, yoxlama ilə əhatə olunan dövrdə 86 şəxsə yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilmədiyini bildirməsi, həqiqəti əks etdirmir və təhrif edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlaması qanunvericiliyin tələbinə əməl edilməklə başa çatdırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1663/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş iddianın təmin edilməsi, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarın 2020-ci il üzrə 8389,83 manat ƏDV-nin hesablanması və 4194,91 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2023-cü il üzrə 647.713,58 manat ƏDV-nin hesablanması və 323.856,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli Baxış aktından görünür ki, cavabdeh orqan tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin Gəncə şəhəri, “Mahrasa Bağı” yaşayış massivində inşa etdiyi 10 saylı 1-ci, 10 saylı 2-ci və 10 saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmışdır. Məhkəmə cavabdehin bu hərəkətini qanuni hesab etmir. Belə ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, həmin baxış isə yoxlamanın keçirilməsi barədə qərarın qəbul edilməsindən əvvəl həyata keçirilmişdir. Halbuki Vergi Məcəlləsinin 41.1-ci maddəsində, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsinin mümükünlüyü qeyd olunmuş və aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirməli olması göstərilmişdir. Normanının mənasına görə vergi orqanı tərəfindən baxış vergi nəzarəti tədbirləri ilə əlaqədar həyata keçirilə bilər. Vergi qanunveriliciliyində isə vergi nəzarəti tədbirləri kimi kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etməzdən əvvəl iddiaçıya məxsus obyektə baxış keçirməkdə haqlı olmamışdır. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Lakin cavabdeh qərarını əsaslandırmamışdır. Məhkəmə vergi orqanı tərəfindən qəbul edilmiş qərarın mübahisələndirilən qeyd olunan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən X1 1 mənzillə bağlı alğısatqı müqaviləsinin ləğv edilməsi barədə sənədin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan zəruri sənədlər və əşyaların götürülməsinin həyata keçirilməsi qərara alınmış və həmin qərar əsasında xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 007390 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilməklə, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan 352 mb yaddaş kartında elektron sənədlər və bir qutuda sənədlər götürülmüşdür. Məhkəmə tərəfindən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə götürülmüş sənədlərin surətlərinin məhkəməyə göndərilməsi barədə sorğu verilmiş, Baş İdarə tərəfindən sənədlərin 14 saylı Ərazi Vergi İdarəsinə təhvil verildiyi bildirilmişdir. 14 saylı Ərazi Vergi İdarəsi tərəfindən elektron sənədlər mövcud olan yaddaş kartı məhkəməyə təqdim edilmiş, lakin kağız daşıyıcıda olan sənədlər məhkəməyə təqdim olunmamışdır. X5 Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh vergi orqanı isə 2020-ci il üzrə ƏDV-ni vergi ödəyicisindən götürülmüş müqavilə və arayışlara əsasən hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qeyd olunan hissədə ləğv edilməlidir. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarın mübahisələndirilən digər hissəsi ilə bağlı qeyd olunur ki, xx.xx.2024-cü il tarixli, **********172847 nömrəli “Səyyar vergi yoxlaması” barədə Aktdan müəyyən olunur ki, “vergi ödəyicisindən götürülmüş elektron sənədlər əsasında 1 (bir) ədəd qara rəngli fləşkartda ümumi yaddaşı 357 MB olan yaddaş qurğusunda “Səma-4 mtk” başlıqlı elektron qovluqda “X6 S.DTVS2...” elektron faylda olan “disk D”-də 10.3 siyahı xlsx-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillər barədə qiymətlər 86 sayda şəxsə 4244200,00 manat (ədvli) dəyərdə mənzil və qeyri yaşayış sahəsinin təqdim edildiyi göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV üzrə bəyannamələrdə həmin təqdim edilmələr bəyan edilməmişdir.” Buna görə də iddiaçı barəsində 2023-cü il üzrə 647.713,58 manat ƏDV hesablanmış və 323.856,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş elektron daşıyıcıdafləşkartda mövcud olan sənədlərə məhkəmə tərəfindən baxış keçirilmiş, cavabdehin göstərdiyi “10.3 siyahı” adlı Excel sənədində yalnız şəxslərin adları və onların qarşısındakı qrafalarda rəqəmlər qeyd olunmuş, həmin sənədin məhz "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olması, malın nədən ibarət olması, hansı əməliyyatların həyata keçirilməsi, əməliyyatın dövrü və digər zəruri məlumatlar qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir. Halbuki vergi orqanı vergilərin hesablanması zamanı yalnız rəsmi sənədlərdən, qanunvericliyə uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən sənədlərindən istifadə edə bilər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında dəlil olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixli Baxış aktından görünür ki, cavabdeh orqan tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin Gəncəşəhəri, “Mahrasa Bağı” yaşayış massivində inşa etdiyi 10 saylı 1-ci, 10 saylı 2-ci və 10 saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmışdır. Məhkəmə cavabdehin bu hərəkətini qanuni hesab etmir. Belə ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, həmin baxış isə yoxlamanın keçirilməsi barədə qərarın qəbul edilməsindən əvvəl həyata keçirilmişdir. Halbuki Vergi Məcəlləsinin 41.1-ci maddəsində, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsinin mümükünlüyü qeyd olunmuş və aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirməli olması göstərilmişdir. Normanının mənasına görə vergi orqanı tərəfindən baxış vergi nəzarəti tədbirləri ilə əlaqədar həyata keçirilə bilər. Vergi qanunveriliciliyində isə vergi nəzarəti tədbirləri kimi kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etməzdən əvvəl iddiaçıya məxsus obyektə baxış keçirməkdə haqlı olmamışdır. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı bildirilir ki, Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanının hüququna aid edilmişdir; Həmin Məcəllənin 23.1.3-2-cimaddəsinə əsasən bu Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı(boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən protokolla rəsmiləşdirmək vergi orqanının hüququna aid edilmişdir; Odur ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində mənzillərin təqdim edilməsindən 2020-ci il ərzində ƏDV-siz 10495,10 manat, 2021-ci il ərzində ƏDV-siz 19457,00 manat və 2022-ci ilərzində ƏDV-siz 25452,00 manat gəlir əldə edildiyi göstərilmişdir, yəni il ərzində qeyd olunan rəqəmlər reallıqda 1 (bir) mənzilin satış qiymətindən azdır. Göstərilənlərlə bağlıvergi əməkdaşları tərəfindən 16 may 2023-cü il tarixdə vergi ödəyicisinin Gəncə şəhəri, "Mahrasa Bağı" yaşayış massivində inşa etdiyi 10 saylı 1-ci, 10 saylı 2-ci və 10 saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmışdır. Aparılmış müşahidə zamanı həmin binalarda yerləşən mənzillərin böyük əksəriyyətində yaşayışın olduğu müəyyən edilmiş və aparılmış müşahidənin nəticələri 16 may 2023-cü il tarixli baxış aktı ilə rəsmiləşdirilmişdir. Həmçinin məhkəmə qərarında dəlil olaraq qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Lakin cavabdeh qərarını əsaslandırmamışdır. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı bildirilir ki, Vergi orqanında mövcud olan uçot-baza və digər əlaqəli məlumatlara əsasən müəyyən edilən digər vergidən yayınma riskləri, Vergi ödəyicisi tərəfindən təqdim edilmiş yaşayış sahələri üzrə əldə edilmiş gəlirlərin vergi bəyannamələrində əks etdirilməməsi səbəbindən vergidən yayınma riskləri yaranmışdır. Vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən cavabdehin 19 may 2023-cü il tarixli, **********172023 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ı iləiddiaçıda 01 aprel 2020-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı 22 may 2023-cü il tarixli, **********172150 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə”nin təqdim edilməsinə, 20 noyabr 2023-cü il tarixli, **********178262 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərarın çıxarılmasına və sənədlərin Məhkəmənin qərarıilə götürülməsi üçün 13 dekabr 2023-cü il tarixli, **********278600 nömrəli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən sənədlər və qeyd olunan elektron fayllar, o cümlədən yoxlama ilə əhatə olunan dövrdə yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilməmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17 may 2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ına əsasən Vergi Cinayətlərinin İbtidai AraşdırılmasıBaş İdarəsinin 17 may 2024-cü il tarixli, **********2823 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol”la götürülmüş qeydiyyat dəftərləri, sakinlərin rekvezit sənədləri, kommunal xərclər üzrə mədaxil qəbzləri, mənzil alan müştərilərlə bağlanmış müqavilələr, daşınmaz əmlakla bağlı borc öhdəlikləri və 1 ədəd fləş-kartda ümumi yaddaş həcmi 357 MB olan yaddaş qurğusunda – “İddiaçı” başlıqlı elektron qovluqda “X7 S.DTVS2..”elektron faylda olan “disk D”-də “10.3 siyahı xlsx”-də sifarişçilərin adıvə qarşısındakı qrafada mənzillə barədə qiymətlər olan məlumatlar götürülmüşdür. 19 may 2023-cü il tarixli **********172023 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ı səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi nəzarətinin həyata keçrilməsi üzrə konkret hərəkətlərin aparılması üçün tikilmiş mənzillərin yaşayış və qeyri yaşayış sahəsinin, işçi sayı və əmək haqqı xərclərinin, yaşayış və qeyri yaşayış sahələrinin maya dəyərinin və mal-materialların silgi nömrələrinin müəyyənləşdirilməsi sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssisin və Səyyar vergi yoxlaması zamanı yaranan sualların aydınlaşdırılması üçün təqdim edilmiş yaşayış və qeyri yaşayış sahələrinin satış qiymətlərinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi sahəsində xüsusi biliklərə malik olan ekspertin dəvət edilməsinə zərurət yarandığı üçün cavabdehin 28 iyul 2023-cü il tarixli **********174737 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında Qərar”ı ilə mütəxəssis və 28 iyul 2023-cü il tarixli **********174736 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında Qərar”ı ilə eksper dəvət edilmişdir. İddiaçı tərəfindən 2020-ci, 2021-ci və 2022-ci illər üçün səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin apardığı qarşılıqlı əməliyyatlar barədə məlumatların alınması üçün 25 may 2023-cü il tarixli, **********728800 nömrəli məktubla “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PublikHüquqi Şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsinə (VÖEN **********), 25 may2023-cü il tarixli, **********723300 nömrəli məktubla "xxxx" Açıq Səhmdar Cəmiyyətə (VÖEN **********), 25 may 2023-cü il tarixli, **********726400 nömrəli məktubla “Azəriqaz” İstehsalat Birliyinə (VÖEN **********) və 18 aprel 2024-cü il tarixli, **********515700 nömrə li məktubla "xxxx" Açıq Səhmdar Cəmiyyətə (VÖEN **********) müraciət edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 may 2024-cü il tarixli, **********116700 nömrəli məktubla, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 08 iyun 2023-cü il tarixli, **********358200 nömrəli məktubla, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 iyun2023- cü il tarixli, **********909600 nömrəli məktubla və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən 04 avqust 2023-cü il tarixli, **********145700 nömrəli məktubla, aparılmış qarşılıqlı əməliyyatlar barədə məlumatlar təqdim edilmişdir. Qeyd olunan müddət ərzində vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövrdə yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədlər və məlumatların təhrif edilməsi ilə bağlı sübutlar vergi orqanına təqdim edilməmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı "qara mühasibatlıq" sənədləri əsasında faktiki dövriyyənin bəyan ediləndən daha artıq olması müəyyən edilmişdir. Təqdim edilmiş ekspert və mütəxəssis rəyləri kifayət qədər aydın və dolğun olmadığı üçün hesablamalar zamanı həmin rəylər nəzərə alınmamışdır. Aparılmış səyyar vergi yoxlaması zamanı gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirlərinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin illər üzrə mənfəəti hesablanmış və nəticədə 2020-ci il üzrə 2.766,16 manat və 2022-ci il üzrə 1.042,34 manat, cəmi 3.808,50 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı və 2021-cil üzrə 123,40 manat büdcəyə çatacaq mənfəət vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Həmçinin, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2020-ci il ərzində 14.987,74 manat, 2022-ci il ərzində 1.520,33 manat və 2023-cü il ərzində 646.912,58 manat cəmi 649.931,65 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2021-ci il ərzində 3.502,26 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər 25 iyun 2024-cü il tarixli **********172847 nömrəli “Səyyar Vergi yoxlaması Aktı” ilə rəsmiləşdirilmişdir. Cavabdehin“Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-cü il tarixli **********186437 nömrəli qərarı ilə iddiaçıya 3.808,50 manat mənfəət vergisi, 649.931,65 manat əlavə dəyər vergisi və 323.856,79 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri ilə bağlı bildirilir ki, dəvət edilmiş mütəxəssisin və ya ekspertin rəylərinin yoxlamaya təqdim edilmədiyini və vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 43.11-ci maddəsinə müvafiq olaraq həmin sənədlərin vergi ödəyicisindən Məhkəmənin qərarı ilə götürülməsi üçün vergi orqanı tərəfindən 13 dekabr 2023-cü il tarixli, **********278600 nömrəli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin qərarının qanuni qüvvəyə minmədiyini nəzərə alaraq vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması müvəqqəti olaraq dayandırılmışdır (təxirə salınmışdır). Həmçinin, yoxlama ilə əhatə olunan dövrdə 86 şəxsə yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilmədiyini bildirməsi, həqiqəti əks etdirmir və təhrif edilmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həmdə qanunvericiliyin tələblərinə uyğun deyil, məhkəmə işin hərtərəfli araşdırılması üçün üzərinə düşən vəzifələrini icra etməmiş və iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. II. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.3. əlavə dəyər vergisi; Maddə 11. Vergi anlayışı Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 40. Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanlarının vəzifəli şəxslərinin ərazilərə və ya binalara daxil olması 40.1. Səyyar vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etdikdən sonra həyata keçirilir. Maddə 41. Baxış protokolu 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə

178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaları

6. Səyyar vergi yoxlamasının formaları və onun təşkili prinsipləri 6.1. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 6.2. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38-ci maddəsinin müddəalarına müvafiq bu Qaydaların 13-cü hissəsinin tələbləri nəzərə alınmaqla vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ına (Əlavə 2) əsasən həyata keçirilir. 6.3. Səyyar vergi yoxlaması yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. 6.5. Növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təyin edilir. 6.7. Səyyar vergi yoxlaması Vergi Məcəlləsi ilə müəyyən edilən müddətlərə uyğun olaraq həyata keçirilir. 6.9. Səyyar vergi yoxlaması vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının təsərrüfat subyektində (obyektində), təsərrüfat subyekti (obyekti) olmadığı halda isə vergi orqanının müəyyən etdiyi yerdə həyata keçirilir.

8. Müddətlərin müəyyən edilməsi 8.11. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. 8.12. Müstəsna hallarda, yəni səyyar vergi yoxlamasının başa çatdırılması mümkün olmadıqda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında Qərar”ına (Əlavə 11) əsasən səyyar vergi yoxlamasının müddəti 90 iş gününə qədər artırıla bilər. 8.13. Səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. 8.17. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının iş vaxtı ərzində həyata keçirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instaniya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, 2020-ci il üzrə 2766.16 manat mənfəət vergisi, 1383,08 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 1042.34 manat mənfəət vergisi, 521.17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 16748.05 manat ƏDV, 8374.03 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 5167.49 manat ƏDV, 2583.75 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647713.58 manat ƏDV, 323856.79 manat maliyyə sanksiyası hesablanmışdır. Hazırda iddiaçının hüquqi marağı qeyd olunan qərarın 2020-ci il üzrə 8389,83 manat ƏDV və 4194,91 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647.713,58 manat ƏDV və 323.856,79 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etməzdən əvvəl iddiaçıya məxsus obyektə baxış keçirməkdə haqlı olmamasına dair mövqeyi ilə razılmamışdır. Belə ki, cavabdehin dəlilinə görə vergi orqanının bu hərəkətlərinin əsası Vergi Məcəlləsinin 23.1.3-cü maddəsilə tənzimlənmişdir. Lakin həmin müddəanın tələblərinə görə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq hüququ vergi orqanına yalnız Vergi Məcəlləsinin 50- 1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada aid edilmişdir. Vergi Məcəlləsinin 50-1-ci maddəsində isə operativ vergi nəzarəti ilə bağlı olan məsələlər tənzimlənir. Göründüyü kimi cavabdehin dəlillərində qeyd etdiyi müddəa nəzərdə tutulan hərəkətlər edilməsi yalnız operativ vergi nəzarətinin həyata kerildiyi hallarda tətbiq olunur. Bu isə onu deməyə əsasən vergi orqanın səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etməzdən əvvəl iddiaçıya məxsus obyektə baxış keçirməkdə haqlı olmamasına dair birinci instanisiya məhkəməsinin mövqeyi doğru olmuşdur. Bundan başqa cavabdehin şikayətinin dəlillərindənövbədən kənar səyyar vergi yoxlamasının həyata keçirilməsinə əsas kimi əldə edilmiş gəlirlərin vergi bəyannamələrində əks etdirilməməsi səbəbindən vergidən yayınma risklərinin yaranmasını qeyd edilmişdir. Həmin dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bildirmişdir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Lakin cavabdeh qərarını əsaslandırmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 3-cü binada 2020-ci ilin aprel ayı ərzində 2 ədəd 63 və 69 nömrəli mənzillərin X9 110000,00 manata (ǝdv-li) satıldığı müəyyən edilməsinə görə ona 2020-ci il üzrə 16748.05 manat ƏDV hesablanmış və 8374.03 manat maliyyə sanksiyası tətbiq edilmiş olsa da, sonradan satılmış mənzillərdən birinin geri qaytarılması səbəbindən iddiaçı yekunda həmin şəxsə 2 ədəd deyil, məhz 1 ədəd mənzilin satıldığını qəbul etmişdir. Bu səbəbdən də vergi orqanı tərəfindən satıldığı iddia edilən 2 mənzilə münasibətdə hesablanmış 8389,83 manat ƏDV və tətbiq edilmiş 4194,91 manat maliyyə sanksiyasını qanunsuz hesab etmişdir. Birinci instansiya məhkəməsi isə haqlı olaraq iddia tələbini həmin hissədə də təmin etmişdir. Belə ki, məhkəmənin qeyd etdiyi kimi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan zəruri sənədlər və əşyaların götürülməsinin həyata keçirilməsi qərara alınmış və həmin qərar əsasında xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 007390 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilməklə, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan 352 mb yaddaş kartında elektron sənədlər və bir qutuda sənədlər götürüldüyündən iddiaçı tərəfindən X1 1 mənzillə bağlı alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə sənədin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən yaddaş kartında və kağız daşıyıcıda olan sənədlər hazırkı iş üzrə cavabdeh inzibati orqana təhvil verilmişdir. Məhkəmənin sorğusuna əsasən yaddaş kartı məhkəməyə təqdim edilsə də, kağız daşıyıcıda olan sənədlər istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Bundan başqa iddiaçıya 2023-cü il üzrə 647.713,58 manat ƏDV hesablanması və 323.856,79 manat maliyyə sanksiyası tətbiq edilməsilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, buna əsas iddiaçıdan götürülmüş yaddaş qurğusunda “Səma-4 mtk” başlıqlı elektron qovluqda “X6 S.DTVS2...” elektron faylda olan “disk D”-də 10.3 siyahı xlsx-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillər barədə qiymətlər 86 sayda şəxsə 4244200,00 manat (ədvli) dəyərdə mənzil və qeyri yaşayış sahəsinin təqdim edildiyi göstərilsə də, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ƏDV üzrə bəyannamələrdə həmin təqdim edilmələrin bəyan edilməməsi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin göstərdiyi “10.3 siyahı” adlı Excel sənədində yalnız şəxslərin adları və onların qarşısındakı qrafalarda rəqəmlər qeyd olunmuş, həmin sənədin məhz "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olması, malın nədən ibarət olması, hansı əməliyyatların həyata keçirilməsi, əməliyyatın dövrü və digər zəruri məlumatlar qeyd olunmamışdır. Vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Nəzərə alınmalıdır ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi- alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırkı iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Bu baxımdan cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Bundan əlavə, həmin sənədlərdə müəyyən yalnız şəxslərin adları və onların qarşısındakı qrafalarda rəqəmlər qeyd olunmuşdur ki, qeyd olunan məlumatlar konkret həmin məlumatların iddiaçıya məxsus olmasını müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını və bu əməliyyatın onun tərəf müqabili tərəfindən həqiqətən qəbul edilməsini müəyyən etmək qeyri-mümkündür. Beləliklə, cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən edilmiş hərəkətlər qanunamüvafiq surətdə həyata keçirilməmişdir. Odur ki, apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1663/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar