Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-4/2025 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Tərtər Rayon Icra Hakimiyyətinə qarşı iş üzrə Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (əri) X3, cavabdeh Tərtər Rayon Icra Hakimiyyətinin etibarnamə üzrə nümayəndələri X6 və X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Tərtər Rayon Icra Hakimiyyətinə qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ## ###### 2021-ci tarixli *-*(***)-**/**** nömrəli qərarından iddiaçı İddiaçı və cavabdeh Tərtər Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə ## ### 2026-cı il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. # ######## 2016-cı il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 65.6 kv.m olan yaşayış evini İddiaçı (arvadına) bağışlamışdır.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 65.6 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ##.##.2016-cı il tarixdə 1816007927 nömrə ilə qeydiyyata alınmışdır.
3. İddiaçı Tərtər Rayon Icra Hakimiyyətinə müraciət edərək, özünə məxsus olmuş ünvan 3 ünvanında yerləşmiş fərdi yaşayış evinin sökülməsi və həmin ərazidə olan 0.06 ha torpaq sahəsinin əlindən alınması ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etmiş, ərizəsində yaşayış evinin təmirinə, həyətinin abadlaşdırılmasına 60000 manat xərcinin çıxdığını göstərmişdir.
4. Tərtər Rayon Icra Hakimiyyətinin ##.##.2019-cu il tarixli **** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus olan tikilinin yerləşdiyi 0.06 ha torpaq sahəsi və ona bitişik ərazi rayon Icra hakimiyyətinin yeni inzibati binasının tikintisi məqsədilə plana düşmüşdür. Aparılan tikinti İddiaçı məxsus torpaq sahəsində deyil, ona bitişik dövlət mülkiyyətində olan torpaq sahəsində aparılır. İddiaçı məxsus torpaq sahəsi rayon Icra hakimiyyətinin yeni inzibati binasının həyəti kimi plana düşdüyü üçün onun həyat yoldaşı X3 bir neçə dəfə rayon Icra hakimiyyətinə dəvət olunmuş, ona şəhərin başqa küçələrində 2 yerdən həyətyanı torpaq sahəsi və ya rayonun magistral yollardan birinin kənarından sahibkarlıq məqsədi ilə torpaq sahəsinin verilməsi təklif olunmuşdur. E.Rəfiyev bu təklifə etiraz etməmiş, fikirləşib bir qərara gələcəyini bildirsə də, bu günədək bu məsələyə münasibət bildirməmişdir.
5. «xxxx» MMC tərəfindən verilmiş ***/mi/** nömrəli qiymətləndirmə rəyindən görünür ki, Tərtər şəhəri Famil Qulami küçəsi *A saylı sökülmüş fərdi yaşayış evinin və yerləşdiyi 0.06 ha torpaq sahəsinin 2016-cı ilə ümumi orta bazar dəyəri 88000 manat müəyyən edilmişdir.
6. «X5 və Ekspertiza Mərkəzi» MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, 1541 inventar nömrəli 401 qeyd nömrəli texniki pasportda qeyd olunan ünvan 2 ünvanındakı 0,06 ha torpaq sahəsində yerləşmiş (sökülmüş) ümumi sahəsi 65,6 kv.m olan iki otaqdan ibarət fərdi yaşayış evinin, həmçinin bünövrəsi dəmir betondan ibarət uzunluğu 30 metr, hündürlüyü 3 metr olan, iki mişar daşı enində və üzərinə aqlay daş çəkilmiş daş hasarın bərpa edilməsi üçün 2016-cı ilin bazar qiymətlərinə uyğun olaraq təqribən 49630 manat vəsait tələb olunur. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin (2016-cı il üzrə qiymətlər əsas götürülməklə) orta bazar dəyəri təqribən 21000 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat:
7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Tərtər Rayon Icra Hakimiyyətindən onun xeyrinə 60000 manat maddi ziyana və 30000 manat mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən ev Tərtər Rayon Icra Hakimiyyətinin inzibati binasının arxasında yerləşirdi. Həmin evin təmirinə və Icra Hakimiyyətinin göstərişindən sonra 30 metr uzunluğunda və 3 metr hündürlüyündə hasarının bayır hissəsinin ağlayla bəzədilməsinə, həyətində müxtəlif abadlıq işlərinin aparılmasına 60000 manat xərci çıxmışdır. Iddiaçı bildirmişdir ki, bir neçə ildir xəstə olduğundan tez-tez Bakı şəhərinə gedib orada müalicə və müayinə olunur. Ailə üzvləri ilə Bakı şəhərində olduğu zaman Tərtər Rayon Icra Hakimiyyətinin başçısı Cavabdeh ona məxsus sözügedən evi, torpağı, bağı, tikililəri uçurmaqla mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur.
9. Cavabdeh yazılı etirazında bildirmişdir ki, ünvan 2 ünvanında İddiaçı məxsus olan 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 65.6 kv.m yaşayış evi ərizəçinin qayınatası X1 tərəfindən 1980-ci illərdə rayonda rəhbər vəzifədə işləyərkən yanacaq doldurma məntəqəsinin tikilməsi məqsədi ilə əldə edilmiş, 2016cı ildə isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına sənədləşdirilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsi şəhərin mərkəzində yerləşdiyindən və rayon Icra hakimiyyətinin həyətinə bitişik olduğundan orada yanacaq doldurma məntəqəsinin tikilməsi məqsədəuyğun bilinməmişdir. Həmin vaxtdan hal-hazıra kimi ev qəzalı olduğu üçün orada heç kəs yaşamamışdır. 2016-cı ildə Tərtər şəhəri, H.Əliyev prospektində Tarixdiyarşünaslıq muzeyi tikilib istifadəyə verilən zaman yaxınlıqda yerləşən, uzun illər heç bir yaşayış olmayan, uçub dağılmış, yararsız, antisanitariya vəziyyətinə düşmüş, yerləşdiyi ərazinin memarlıq görünüşünə xələl gətirən tikilinin sökülərək ərazinin abadlaşdırılması zərurəti yaranmışdır. Həmin vaxt tikilinin sahibi İddiaçı həyat yoldaşı X3 ilə söhbət aparılmış, yuxarıda qeyd olunanlar ona izah edilmiş, o, tikilinin sökülməsinə etiraz etməmişdir. Tikili söküldükdən sonra söküntü materiallarının aparılması ona təklif olunsa da, o, materialların yararsız olduğunu bildirərək aparmamışdır. Hazırda həmin tikilinin yerləşdiyi 0.06 hektar torpaq sahəsi və ona bitişik ərazi rayon Icra Hakimiyyətinin yeni inzibati binasının tikintisi məqsədilə plana düşmüşdür. Aparılan tikinti vətəndaşa məxsus 0.06 hektar torpaq sahəsində deyil, ona bitişik dövlət mülkiyyətində olan torpaq sahəsində aparılır. İddiaçı məxsus 0.06 hektar torpaq sahəsi rayon Icra hakimiyyətinin yeni inzibati binasının həyəti kimi plana düşdüyü üçün ərizəçi İddiaçı rayon Icra Hakimiyyətinə dəvət olunmuş, lakin o, xəstə olduğu üçün həyat yoldaşı X3 bir neçə dəfə rayon Icra hakimiyyətinin başçısı tərəfindən qəbul olunmuş, ona şəhərin başqa ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi və ya rayonun magistral yollarının birinin kənarından sahibkarlıq məqsədi ilə torpaq sahəsi verilməsi təklif olunmuşdur. E.Rəfiyev bu təklifə razılığını bildirmişdir. Lakin sənədləşmə işlərinə başlanarkən İddiaçı yenidən rəhbər orqanlara təkrar müraciətlər etmişdir. Müraciətlə əlaqədar E.Rəfiyev bir daha rayon Icra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş və ona edilən təkliflər barədə razılığa gəlmələri tövsiyə olunmuşdur.
10. Gəncə Inzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
11. Gəncə Inzibati Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə (hakim Aygül Isgəndərova) iddia qismən təmin edilmiş, cavabdeh Tərtər Rayon Icra Hakimiyyətindən 31000 (otuz bir min) manat məbləğində maddi ziyan dövlət büdcəsi hesabına tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi, habelə torpaq sahəsinin zəbt edilməsi ilə bağlı heç bir sərəncam qəbul olunmamış, habelə, cavabdeh dəlillərində iddiaçının həyat yoldaşına şəhərin başqa yerindən 0.12 ha torpaq sahəsi və ya rayonun magistral yollarının birinin kənarında sahibkarlıq məqsədilə torpaq sahəsinin verilməsinin təklif olunmasını bildirsə də, təklif olunan torpaq sahələrinin ölçüsü, yerləşmə yeri və iddiaçının imtinasına dair hər hansı bir sənəd və ya akt məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsinin alınmasına dair qanuna müvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Cavabdehin sözügedən torpaq sahəsinin Tərtər Rayon Icra Hakimiyyətinin yeni inzibati binasının həyəti kimi plana düşməsinə, habelə həmin fərdi yaşayış evinin tam yararsız və antisanitar vəziyyətə olmasına dair göstərdiyi dəlillərin qanunla müəyyən edilmiş əsasları olmamış və qanunda tələb edildiyi kimi, Nazirlər Kabineti tərəfindən torpaq sahəsinin və tikilinin alınmasına dair heç bir normativ akt qəbul edilməmişdir. Eləcə də, mübahisələndirilən fərdi yaşayış evinin və torpaq sahəsinin qiymətləndirilməsinə dair “xxxx” MMC-nin ## #### 2021-ci il tarixli ** nömrəli rəyinə mütəxəssisin istinad etdiyi məlumatlara dair hesabatlar əlavə edilməmiş, hər hansı digər etibarlı məlumatlara istinad olunmamışdır. Qiymətləndirmə ilə bağlı mövcud bütün sübut və materiallar nəzərə alınaraq sözügedən torpaq sahəsi və tikilinin bazar dəyərinin notarius tərəfindən müəyyən olunmuş ən yüksək qiymətlə dəyərləndirilməsi qanunamüvafiq hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
b) Apellyasiya şikayətlərinin dəlilləri:
13. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişlər
14. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın dəyişdirilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə iddia tələbini qismən təmin etsə də, nədənsə iş üzrə “xxxx” MMC-nin rəyində göstərilən məbləği deyil, əmlakın qiymətləndirilməsi üçün səlahiyyəti olmayan notariusun məktubunu əsas götürərək, əmlakın dəyərini 31000 manat müəyyən etmişdir. Hansı ki, iş üzrə təyin edilmiş qiymətləndirici mübahisə predmeti olan əmlakın hazırkı qiymətinin 65000 manat olması barədə rəy vermişdir. Bundan başqa neçə illər ərzində müxtəlif qurumlarda, yollarda qalmışdır. O cümlədən, Gəncə Inzibati Məhkəməsində bir ildən çox vaxtı getmişdir. Üç ilə yaxındır ki, hüquqları tapdalandığından mənəvi zərər almışdır, hətta səhhətində problemlər yaranmışdır. Neçə illərdir ki, müxətlif səhiyyə ocaqlarında müayinə və müalicə olunur. Lakin işə baxan məhkəmə onun mənəvi zərər tələbini təmin etməmişdir.
16. Cavabdeh Tərtər Rayon Icra Hakimiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, onlar məhkəməyə yazılı etiraz təqdim edərək etirazda göstərmişlər ki, iddiaçıya məxsus olan 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 65,6 kv.m yaşayış evi ərizəçinin qayınatası Məzahir Rəfiyev tərəfindən 1980-ci illərdə rayonda rəhbər vəzifədə işləyərkən yanacaq doldurma məntəqəsinin tikilməsi məqsədi ilə əldə edilmiş, 2016-cı ildə isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına sənədləşdirilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsi şəhərin mərkəzində yerləşdiyindən və rayon icra hakimiyyətinin həyətinə bitişik olduğundan orada yanacaq doldurma məntəqəsinin tikilməsi məqsədə uyğun bilinməmişdir. Həmin vaxtdan hal-hazıra kimi ev qəzalı olduğu üçün orada heç kəs yaşamamışdır. Uzun illər evdən və həyətyanı torpaq sahəsindən heç kim istifadə etmədiyindən həyəti və evi qamış, böyürtkən kolu və digər yabanı bitkilər əhatə etmişdir. 2016-cı ildə Tərtər şəhəri, H.Əliyev prospektində Tarix-diyarşünaslıq muzeyi tikilib istifadəyə verilən zaman yaxınlıqda yerləşən, uzun illər heç bir yaşayış olmayan, uçub dağılmış, yararsız, antisanitariya vəziyyətinə düşmüş, yerləşdiyi ərazinin memarlıq görünüşünə xələl gətirən tikilinin sökülərək ərazinin abadlaşdırılması zərurəti yaranmışdır. Həmin vaxt tikilinin sahibi iddiaçının həyat yoldaşı X3 ilə söhbət aparılmış, yuxarıda qeyd olunanlar ona izah edilmiş, o, tikilinin sökülməsinə etiraz etməmişdir. Tikili söküldükdən sonra söküntü materiallarının aparılması ona təklif olunsa da, o, materialların yararsız olduğunu bildirərək aparmamışdır. Hazırda həmin tikilinin yerləşdiyi 0,06 ha torpaq sahəsi və ona bitişik ərazi rayon icra hakimiyyətinin yeni inzibati binasının tikintisi məqsədilə plana düşmüşdür. Aparılan tikinti vətəndaşa məxsus 0,06 hektar torpaq sahəsində deyil, ona bitişik dövlət mülkiyyətində olan torpaq sahəsində aparılır. Iddiaçıya məxsus 0,06 ha torpaq sahəsi rayon icra hakimiyyətinin yeni inzibati binasının həyəti kimi plana düşdüyü üçün iddiaçı rayon icra hakimiyyətinə dəvət olunmuş, lakin o, xəstə olduğu üçün həyat yoldaşı X3 oglu bir neçə dəfə rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul olunmuş, ona şəhərin başqa ərazisindən 0,12 hektar həyətyanı torpaq sahəsi və ya rayonun magistral yollarının birinin kənarından sahibkarlıq məqsədi ilə torpaq sahəsi verilməsi təklif olunmuşdur. E.Rəfiyev bu təklifə razılığını bildirmişdir. Lakin sənədləşmə işlərinə başlanarkən iddiaçı yenidən rəhbər orqanlara təkrar müraciətlər etmişdir. Müraciətlə əlaqədar E.Rəfiyev bir daha rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş və ona edilən təkliflər barədə razılığa gəlmələri tövsiyə olunmuşdur. Iddiaçının qeyd etdiyi məbləğ şişirdilmiş məbləğdir, sökülən ev yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Həmin ərazidə yarımtikili, yəni iddiaçıya məxsus ev olsa da, tam təmirsiz olmuşdur. Tərtər rayon Icra Hakimiyyətinin inzibati binası həmin torpaq sahəsində yerləşmir, sadəcə inzibati binanın həyəti orada yerləşir. Söküntü işləri 2016-cı ildə olmuş və həmin ev tamamilə yararsız olduğundan icra hakimiyyəti tərəfindən sökülmüşdür. Telefon vasitəsilə söküntü barədə iddiaçıya məlumat verilmiş, o isə öz növbəsində, ona məxsus tikilinin əvəzi ödənilmədən sökülməsinə razılıq vermişdir. Məhkəmə isə qeyd olunan bu halları nəzərə almamışdır. Hazırkı işdə maddi zərərin qiymətləndirilməsi ilə bağlı məhkəmə tərəfindən bir neçə dəfə mütəxəssis rəyinin verilməsi ilə bağlı qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanmda Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bərdə Ərazi Idarəsinin ##.##.2021-ci il tarixli, ************ nömrəli məktubunda fərdi yaşayış evinin sökülməsinə görə mütəxəssis rəyinin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2021-ci'il tarixli, ** nömrəli rəyi ilə mübahisələndirilən əmlakın 2016-cı ilə real bazar dəyəri 53000 manat, hazırkı vaxta, yəni ##.##.2021-ci il tarixə 65000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış qiymətləndirmənin nəticəsi ilə razı olmadıqlarını, ona görə də, qiymətləndirmənin dövlət orqanı tərəfındən yenidən aparılmasını xahiş etmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2021-ci il tarixli, ** nömrəli rəyində mübahisələndirilən daşınmaz əmlakın hazırkı vaxta real bazar dəyəri 65000 manat təşkil etdiyi göstərilmişdir. Tərtər rayon xüsusi notariusunun ##.##.2021-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, Tərtər şəhəri, F.Qulami küçəsində və ona yaxın ərazilərdə həyətyanı torpaq sahəsinin bir sotunun satış qiyməti 800-1000 manat (hasarlanıb-hasarlanmamasmdan, çox illik ağac bitkilərinin olub-olmamasından asılı olaraq), fərdi yaşayış evləri isə 15000-25000 manat (təmirli olub-olmamasından asılı olaraq) təşkil edir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının 2016-cı ildə mülkiyyətindən məhrum olmasına baxmayaraq, hələ də, kompensasiya ödənişi almadığından iddiaçıya ödəniləcək kompensasiya məbləği qiymətləndirmənin ən son tarixinə, yəni 2021-ci il tarixə olan bazar dəyərinə əsasən hesablanmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilən mülahizələri nəzərə alaraq hesab edir ki, notarius tərəfindən müəyyən olunmuş ən yüksək qiymət nəzərə alınmaqla hazırkı iş üzrə mübahisələndirilən 0,06 ha torpaq sahəsinin 2021-ci il üçün ümumi bazar dəyəri 6000 manat (1 sot və ya 0,01 ha üçün 1000 manat), fərdi yaşayış evinin ümumi bazar dəyəri isə 25000 manat kimi qiymətləndirilməli, iddia qismən təmin olıınmalıdır. Məhkəmənin öz qərarını bu qaydada əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Belə ki, onlar məhkəməyə yazılı etiraz təqdim edərək etirazda göstərmişlər ki, “xxxx” MMC İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 65.6 kv.m fərdi yaşayış evinin dəyərini düzgün müəyyən etməmiş və həmin məbləği hədsiz dərəcədə şişirtməklə müəyyən etmişdir. Belə ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 65.6 kv.m fərdi yaşayış evi uzun illər ərzində qəzalı vəziyyətdə olduğundan orada heç kim yaşamamış, həyəti və evi qamış, böyürtkən kolu və digər yabanı bitkilər əhatə etmişdir. Digər tərəfdən, Tərtər şəhəri, F.Qulami küçəsi və ona yaxın ərazilərdə yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evləri maksimium 15.000-20.000 manat həddində alınıb-satılır. Belə olan halda “xxxx” MMC-nin hesabatına əsasən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 65.6 kv.m fərdi yaşayış evinin dəyəri 2016-cı ilə real bazar dəyəri 53.000 (əlli üç min ) manat, ##.##.2021-ci il tarixə 65.000 (altmış beş min) manat təşkil etməsi barədə hesabatı ağlabatan deyildir. Bunu həm də o hal sübut edir ki, 0.06 ha həyətyanı torpaq sahəsinin və 65.6 kv.m fərdi yaşayış evinin dəyəri ayrı-ayrılıqda müəyyən edilməli olduğu halda müəyyən edilməmişdir. Ona görə də hesab edirlər ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 65.6 kv.m fərdi yaşayış evinin dəyəri ya AR ƏMDK yanmda DƏDRX -nin * saylı Ərazi Idarəsi tərəfindən mütəxəssis rəyi, yaxud Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən ekspertiza aparılmaqla müəyyən edilməlidir. Məhkəmə isə qeyd olunan bu halları nəzərə almamış, iş ekspertiza rəyi aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri:
17. Apellyasiya şikayətlərinə qarşı tərəflərin yazılı etirazı daxil olmamışdır.
d) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Inzibati Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
19. Iddiaçı və cavabdeh qərardan kassasiya şikayəti vermiş və kassasiya şikayətləri işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli *- *(***)-******* nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı ##.##.2022-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, hazırkı işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evi sökülmüşdür. Bu müdaxilə * saylı protokolun 1-ci maddəsinin ikinci cümləsinin məzmunu baxımından “mülkiyyətdən məhrum etməyə” bərabərdir. Yaşayış sahəsinin sökülməsi, yəni halhazırda mövcud olmaması tərəflər arasında mübahisələndirilmir. Belə ki, cavabdeh özü də etiraf edir ki, iddiaçıya məxsus olan tikilinin yerləşdiyi 0.06 ha torpaq sahəsi və ona bitişik ərazi rayon Icra Hakimiyyətinin yeni inzibati binasının tikintisi məqsədilə plana düşmüşdür. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə sökülmüşdür. Tərəflər arasında mübahisələndirilən yeganə hal söküntüyə görə ödənilən kompensasiyanın məbləği ilə bağlıdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə, kompensasiyanın məbləğinin ədalətli şəkildə hesablanması üçün, mülkiyyətə müdaxilə edilən dövrdə mövcud olan bazar qiyməti əsas götürülməli, eyni zamanda bazar qiymətinin düzgün müəyyən edilməsi üçün həmin dövrdə bağlanmış alğı-satqı müqavilələrinə istinad olunmalıdır. Bunun üçün isə mülkiyyət obyektinin yerləşdiyi əraziyə dair bağlanılmış notarial alğı-satqı müqavilələri ilə bağlı notariuslara müraciət edilməlidir. Bu baxımdan, işə baxan birinci instansiya məhkəməsi notariusa müraciət etməklə haqlı olmuşdur. Bununla yanaşı, işə baxan birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi söküntünün aparıldığı dövrdə deyil, işə baxılan dövrdə mövcud olan qiymətlər əsasında nəticəyə gəlmişdir. Belə olan halda, aşağı instansiya məhkəmələrinin kompensasiya ilə bağlı qiymətləndirilməsi formalaşmış məhkəmə təcrübəsinə uyğun hesab edilmir. Digər tərəfdən, məhkəmə kollegiyası notariusun ## ###### 2021-ci il tarixli *** nömrəli məktubunun mötəbərliliyi ilə bağlı qeyd edir ki, həmin məktubda ümumi şəkildə qiymətlər öz əksini tapmış, həmin qiymətləri təsdiq edən sənədlər (alqı-satqı) müqavilələri işə əlavə edilməmişdir. Bununla yanaşı, sorğu yalnız Tərtər rayonu üzrə verilmiş, həmin ərazilərlə bağlı aparılmış digər notariuslarda olan müqavilələr araşdırılmamışdır işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarının araşdırılması prinsipini pozmuş, məhkəmə təcrübəsinə uyğun olmayan qiymətləndirmə aparmış, daşınmaz əmlakın bazar qiyməti müəyyən edilib kompensasiya təyin edilən zaman mülkiyyətə müdaxilənin baş verdiyi 2016-cı il deyil, 2021-ci il tarix üçün hesablanması da əsaslandırılmamışdır. Iddiaçının mənəvi zərərlə bağlı dəlilləri ilə əlaqədar qeyd edilmişdir ki, iddiaçı ilkin olaraq məhkəməyə həm maddi, həm də mənəvi zərərə görə kompensasiyanın ödənilməsi ilə bağlı müraciət etsə də, məhkəmə prosesinin gedişatında iddiaçının nümayəndəsi E.Rəfiyev ##.##.2021-ci il tarixdə iddia tələbini dəqiqləşdirərək vurulmuş maddi ziyanın ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, işə baxan məhkəmələr haqlı olaraq işə iddiaçıya dəymiş maddi zərərin müəyyən edilməsi hissəsi üzrə baxaraq yekun qərar qəbul etmişlər. Ona görə də, iddiaçının mənəvi zərərlə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır.
22. Kassasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışı qarşısında göstərişləri ondan ibarət olmuşdur ki, ilk növbədə Tərtər Rayon Icra Hakimiyyəti tərəfindən digər şəxslərə aid fərdi yaşayış evinin və torpaq sahəsinin alınması müqabilində on(lar)a kompensasiya ödənilib-ödənilmədiyi məsələsi araşdırılmalı, araşdırma nəticəsində belə hallar müəyyən olunarsa, əgər bununla bağlı rəsmi sənədlər işə əlavə edilməklə, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməsində analoji qiymətlərin əsas götürülməsi məqbul hesab edilə bilər. Belə bir hal mövcud deyilsə, bu halda, işə baxan apellyasiya instansiyası məhkəməsi 2016-cı il tarixdə həmin ərazi üzrə (Tərtər şəhəri, Famil Qulami küçəsi) fərdi yaşayış evlərinin və torpaq sahələrinin alqı-satqısına dair bağlanmış notariat müqavilələrini tələb edib tədqiq etməklə, həmin müqavilələrdə təsbit olunmuş qiymətlər əsasında iddiaçının fərdi yaşayış evinin və torpaq sahəsinin orta bazar qiymətini müəyyən edə və həmin qiymət əsasında kompensasiya hesablaya bilər.
f) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmiş, sonuncu tərəfindən Gəncə Inzibati Məhkəməsinin ##.##.2021-ci tarixli, *-*(***)-**/**** saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün hesab edilməyərək geri qaytarılmışdır.
g) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (əri) X3 nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, fərdi yaşayış evinin və torpaq sahəsinin alınması müqabilində kompensasiya ödənilməsi barədə cavabdeh qurumun onlara hər hansı təklifi olmamışdır. Özləri cavabdeh quruma müraciət edərək onlara torpaq sahəsi verilməsini tələb etmişlər, lakin müsbət nəticə olmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında cavabdeh Tərtər rayon Icra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, cavabdeh təşkilat tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qiymətləndirici şirkət tərəfindən verilmiş rəyə etiraz edirlər. Rəydə 90 kv.m əraziyə 6000 daş sərf olunması qeyd olunub. Lakin, bu həqiqətə uyğun deyildir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, icra hakimiyyətinin rəhbərliyi tərəfindən iddiaçı kompensasiya ödənilməsi təklif edilmişdir, lakin müsbət nəticə olmamışdır. Mübahisəli əmlakın yerləşdiyi ərazidə 0.01 ha torpağın qiyməti 2000-4000 manat civarındadır. 2016-cı ildə həmin ərazidə torpağın qiymətinin hansı məbləğdə olması haqqında məlumatı yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
26. Məhkəmə iclasında Tərtər rayon Icra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 da iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, cavabdeh təşkilat tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, 2016-cı ildə mübahisəli əmlakın yerləşdiyi ərazidə 0.01 ha torpağın dəyəri 300 manat olub. Nümayəndə sonda məhkəmə kollegiyasından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
27. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
28. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu
29. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
30. Maddə 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
31. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
33. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
38. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
39. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
41. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
42. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.
43. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.
44. Maddə 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
45. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
46. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu
47. Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
48. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsi:
49. Maddə 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
50. Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
51. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
52. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
53. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.
54. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
55. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası iş üzrə müvafiq sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
57. Işin hallarından görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 65.6 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ##.##.2016-cı il tarixdə 1816007927 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh Tərtər rayon Icra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus olan tikilinin yerləşdiyi 0.06 ha torpaq sahəsi və ona bitişik ərazi rayon Icra Hakimiyyətinin yeni inzibati binasının tikintisi məqsədilə plana salınmışdır. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə sökülmüşdür. Belə ki, söküntü işlərinin aparılması cavabdeh inzibati orqan tərəfindən də mübahisə olunmur.
58. Iddiaçı İddiaçı mülkiyyətindəki torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 65.6 kv.m olan fərdi yaşayış evinin sökülməsi nəticəsində məruz qaldığı maddi ziyana görə cavabdeh inzibati orqan tərəfindən ona kompensasiya ödənilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
60. Zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Hazırki halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə iş materiallarında öz əksini tapmışdır.
61. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin: - 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. - 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.
62. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.
63. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.
64. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
65. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastrlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına * saylı Protokolun 1-ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.
66. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.
67. Iddiaçıya ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir.
68. Bir sözlə, daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyərionun geri alındığı vaxt mövcud olan qiyməti hesab edilməlidir.
69. Hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun araşdırma aparılaraq cavabdeh inzibati orqan tərəfindən digər şəxslərə aid fərdi yaşayış evinin və torpaq sahəsinin alınması müqabilində on(lar)a kompensasiya ödənilib-ödənilməsi məsələsi barədə həmin orqana sorğu verilmiş və verilən sorğuya cavab olaraq hər hansı şəxsə kompensasiya məbləği ödənilmədiyi müəyyən edilmişdir.
70. Eyni zamanda, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq iddiaçı İddiaçı mülkiyyətinə müdaxilə edilən dövrdə mülkiyyət obyektinin yerləşdiyi əraziyə dair bağlanmış notarial alqı-satqı müqavilələri ilə bağlı notariat orqanlara müvafiq sorğu verilərək həmin dövrdə bağlanmış alğı-satqı müqavilələlərinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir və sorğu əsasında müvafiq alqı-satqı müqavilələri məhkəməyə təqdim edilmişdir.
71. Lakin, həmin müqavilələrdə göstərilən əmlakların satış dəyəri əmlakın real bazar dəyərindən əhəmiyyətli dərəcədə az olduğuna görə kollegiya həmin müqavilələrdə göstərilən əmlakların satış qiymətini inandırıcı və ağlabatan hesab etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş notarial alqı-satqı müqavilələrində mübahisəli obyektin yerləşdiyi ərazidə ümumi 215 kv.m sahədən ibarət olan, 90 kv.m yaşayış sahəsi olan 5 otaqlı evin 8000 manata, ümumi sahəsi 46.8 kv.m, yaşayış sahəsi 39,6 kv.m olan 2 otaqlı evin 5000 manata satılması və s. müəyyən edilir. Qeyd edilməlidir ki, konstitusion əsaslarla dövlətin iqtisadi sistemi bazar iqtisadiyyatı sistemidir və bazar iqtisadiyyatının inkişaf etdirilməsi də dövlətin vəzifəsidir. Nəzərə alsaq ki, ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı sistemi əsasında davamlı və dinamik olaraq inkişaf edir və bu halda 2015-2016-cı illər üzrə də ölkə ərazisindəki daşınmaz əmlakların qiymətlərindən də təsirsiz ötüşməmişdir. Baş verən iqtisadi proseslər çərçivəsində ölkə ərazisindəki əmlakların qiymətinin mütəmadi artımı müşahidə olunur. Bir sözlə, məhkəməyə təqdim edilmiş notarial alqı-satqı müqavilələri mülkiyyətə müdaxilə edilən dövrdə mülkiyyət obyektinin yerləşdiyi ərazi üzrə real bazar dəyərlərini əks etdirməmişdir.
72. Ona görə də, hazırkı apellyasiya baxışı zamanı iş üzrə qiymətləndirmə təyin edilmiş və «xxxx» MMC tərəfindən verilmiş ***/mi/** nömrəli qiymətləndirmə rəyi ilə Tərtər şəhəri Famil Qulami küçəsi *A saylı sökülmüş fərdi yaşayış evinin və yerləşdiyi 0.06 ha torpaq sahəsinin 2016-cı ilə ümumi orta bazar dəyəri 88000 manat (0.05 ha torpağın dəyəri 30000, manat, hasar və ev 45200 manat) müəyyən edilmişdir.
73. Kollegiya «xxxx» MMC tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyi mötəbər sübut kimi qəbul etmir. Ona görə ki, rəydə torpaq sahəsinin qiymətləndirilərkən mülkiyyətə müdaxilə edilən dövrdə, yəni 2016cı ildə daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından istifadə edildiyi və həmin məlumatlarda 0.01 ha torpaq sahəsinin 5000 manat məbləğdə qiymətləndirildiyi göstərilmiş olsa da, lakin 2016-cı ildə aparılmış analoji əmlak qiymətləndirilməsinə dair rəylər, habelə bu qənaətə gəlməyə əsas verən sənədlər (məsələn elanlar, əmlak alqı-satqı səhifələrindəki paylaşımlar və s.) rəyə əlavə edilməmişdir. Hərçənd ki, 2016-cı ildə mülkiyyət obyektinin yerləşdiyi ərazidə 0.01 ha torpaq sahəsinin 5000 manata olması da ağlabatanlıq meyarları baxımından daşınmaz əmlakın həmin dövr üçün real bazar dəyərindən əhəmiyyətli dərəcədə çoxdur. Bu səbəblərdən də kollegiya həmin rəyi də mötəbər sübut kimi qiymətləndirməmişdir.
74. Ona görə də hazırkı apellyasiya baxışı zamanı təkrarən qiymətləndirmə təyin edilmiş və alınan rəylə ünvan 2 ünvanındakı 0,06 ha torpaq sahəsində yerləşmiş (sökülmüş) ümumi sahəsi 65,6 kv.m olan iki otaqdan ibarət fərdi yaşayış evinin, həmçinin bünövrəsi dəmir betondan ibarət uzunluğu 30 metr, hündürlüyü 3 metr olan, iki mişar daşı enində və üzərinə aqlay daş çəkilmiş daş hasarın 2016-cı ilin bazar qiymətlərinə uyğun olaraq təqribən 49630 manat, onun yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin (2016-cı il üzrə qiymətlər əsas götürülməklə) orta bazar dəyəri təqribən 21000 manat müəyyən edilmişdir.
75. Daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyin təsviri hissəsindən göründüyü kimi, ev söküldüyü üçün oraya baxış keçirilməsi mümkün olmamış, həmin evə çəkilmiş xərc - əmək haqqı, materialla birlikdə təqdim edilmiş sənədlərə əsasən nəzəri hesablama yolu ilə qiymətləndirilmişdir. Tikilinin daxili təmir işlərinin nədən ibarət olduğu, fasad divarının boya ilə rənglənib-rənglənməməsi barədə heç bir məlumuat olmadığı üçün göstərilən işlər barədə ümumiyyətlə qiymətləndirmə aparılmamışdır. Təqdim edilmiş texniki pasport göstəricilərinə və 2016-cı ildə verilmiş rəylərdəki qiymət normalarından istifadə olunaraq əmək haqqı və materialların dəyəri müəyyən edilmişdir.
76. Beləliklə, alınmış rəyin həqiqiliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Rəyin şübhə altına alınması və əslində əmlakın mülkiyyətinə müdaxilə edilən dövrdəki dəyərinin rəydə göstərilən qiymətdən aşağı olması nəticəsinə gəlmək üçün isə əsaslar mövcud deyildir. Çünki, cavabdeh inzibati orqan əmlaka dair alınmış rəylə müəyyən olunan qiymətin aşağı olması barədə arqument irəli sürsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, kollegiya iş üzrə təkrar qiymətləndirmə təyin edilməsinə zərurət görməmiş və bu barədə cavabdeh tərəfin vəsatətini əsassız saymışdır.
77. Bununla belə, IPM-nin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu mənada qeyd edilir ki, obyektivliyi məhkəmə kollegiyasında şübhə doğurmayan qiymətləndirmə rəyinə əsasən iddiaçı İddiaçı mülkiyyətində olmuş evin dəyəri 49630 manat, torpaq sahəsinin də dəyəri 21000 manat olmaqla, cavabdeh inzibati orqan tərəfindən edilmiş qanunsuz hərəkətlər fonunda ona (49630+21000=70630) 70630 manat maddi ziyan dəydiyi müəyyən edilsə də, lakin iddiaçı İddiaçı iddiasında cavabdeh inzibati orqan tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 60000 manat ödənilməsini tələb etdiyindən, iddia verilmiş tələb həddində, yəni 60000 manat məbləğdə təmin edilməlidir.
78. Şərh edilənlərin məcmusunu nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Nəticədə iddiaçı özünə məxsus əmlakından mülkiyyət hüququndan məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, istənilən inzibati orqan və ya inzibati akt qəbul etməyə səlahiyyət olan hüquqi şəxs konstitusion prinsiplərə hörmət etməli, mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməlidir.
79. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əsasən, cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçıya birbaşa ziyan vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol verməsi və buna görə də iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi qismən təmin edilməlidir.
80. Bundan əlavə, iş üzrə keçirilmiş qiymətləndirmələrin dəyəri cavabdeh inzibati orqandan tutularaq qiymətləndirici təşkilatların müvafiq bank hesabına ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 40, 41, 80, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Cavabdeh Tərtər Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ## ###### 2021-ci tarixli *-*(***)-**/**** nömrəli qərarı ləğv edilsin Iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh Tərtər Rayon Icra Hakimiyyətindən 60000 (altmış min) manat tutularaq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh Tərtər Rayon Icra Hakimiyyətindən 200 (iki yüz) manat ekspertiza xərci tutularaq “xxxx” MMC-nin hesabına, 500 (beş yüz) manat ekspertiza xərci tutularaq «xxxx» MMC-nin hesabına, 600 (altı yüz) manat ekspertiza xərci tutularaq «X5 və Ekspertiza Mərkəzi» MMC-nin bank hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Islam Həsənov, Hakimlər Günay Cavadova və Rüfət Məcidov