Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-400/2024 31.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və üçüncü şəxs X7 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-324/2024 saylı qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin X8 mülkiyyətinə verilməsinə aid hissədə ləğv edilməsi və 0.05 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, atası X17 22 sentyabr 2003-cü il tarixli 4Ə-05-492 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvandakı torpaq sahəsində yerləşən 3 otaqlı, köməkçi sahəsi 29.4 kv.m, yaşayış sahəsi 71.1 kv.m, ümumi sahəsi 1005 kv.m olan evi X5 almışdır. Atası 05 iyun 2008-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, atasından qalan miras əmlakı qəbul etmiş və mirasa vərəsə tanınmışdır. O, atasının vəfatından sonra xx.xx.2019-cu ildə atasının satın aldığı ünvan 1 ünvanda yerləşən əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış almışdır. Lakin həmin çıxarış verilərkən ünvan 1 ünvandakı torpaq sahəsində yerləşən ev tam olaraq mərhum atasının mülkiyyətinə verilsə də, torpaq sahəsi hüququ olmayan şəxs X8 mülkiyyətinə verilmişdir. Halbuki, JN-251F KOD 50400018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona 0.03 ha torpaq sahəsi ayrılmış olsa da, 08 yanvar 2003-cü ildə Şəmkir rayon Məhkəmə nəzarətçiləri və Məhkəmə icraçıları qrupunun təşkil etdiyi açıq hərrac zamanı ünvan 1 ünvandakı torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1. Mərhum atası isə torpaq sahəsində yerləşən evi satın almışdır. Buna baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrində 0.05 ha torpaq sahəsinə onun adına əsassız olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X23 və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən heç bir əsas olmadan üçüncü şəxs X8 adına 0.05 ha torpaq sahəsi də qeyd edilmişdir. Halbuki, həmin torpaq sahəsi üzərində yerləşən evlə birlikdə 08 yanvar 2003-cü ildə X1. Mərhum atası isə həmin torpaq sahəsini evlə birlikdə 22 sentyabr 2003-cü ildə satın aldığından torpaq sahəsi də onun mülkiyyətinə verilməli idi. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən qanuni sahibliyində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları başqa şəxsin adına qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə aid olan hissədə X8 adına olan reyestr qeydinin ləğv edilməsi və ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum atası X13 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-324/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə aid olan hissədə X8 adına olan reyestr qeydinin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının mərhum atası X13 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 nömrəli ev Şəmkir Rayon Məhkəməsinin 2001-ci il 06 mart tarixli qətnaməsinin icrası qaydasında Şəmkir rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsi tərəfindən hərrac qaydasında X3 və ona bu barədə qeydiyyat vəsiqəsi verilməklə, adına texniki pasport tərtib edilmişdir. X14 da Şəmkir 2-ci Dövlət notariat kontoru tərəfindən xx.xx.2003-cü il tarixdə 4Ə-05- 492 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 182230 nömrəli müqavilə əsasında həmin fərdi yaşayış evini X4. Məhkəmə qeyd edir ki, sözügedən ev fərdi yaşayış evi olmaqla, JN-251G KOD 50400018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Abbasova (Həsənova) Ofelya Hidayət qızına verilmiş 0,05 ha torpaq sahəsində yerləşdiyindən ev satılarkən onun yerləşdiyi torpaq sahəsi də (həm hərrac zamanı X10, həm də onun tərəfindən X13) alğı-satqı müqaviləsində göstərilməsə belə, torpaq qanunvericiliyinin həmin alqı-satqı zamanı qüvvədə olan normalarına əsasən alıcının mülkiyyətinə keçmişdir. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2003-cü il tarixli, 182230 nömrəli müqaviləyə əsasən X14 tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 100,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evi X2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla Şəmkir rayonu, Dəllər qəsəbəsi, 23 ünvanında yerləşən ümumi sahəsi 106.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X11 28 fevral 2019-cu il tarixdə qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, həmin ev mübahisəli torpaq sahəsinin üzərində yerləşir və yuxarıda istinad olunan normalar baxımından torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qəbul edilməlidir. Üçüncü şəxs X15 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X15 apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmiş və səbəblərin bildiriməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarını izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddia tələbinin təmin edərkən birinci instansiya məhkəməsi qeyd etmişdir ki sözügedən ev fərdi yaşayış evi olmaqla, JN-251G KOD 50400018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Abbasova (Həsənova) Ofelya Hidayət qızına verilmiş 0,05 ha torpaq sahəsində yerləşdiyindən ev satılarkən onun yerləşdiyi torpaq sahəsi də (həm hərrac zamanı X10, həm də onun tərəfindən X13) alğı-satqı müqaviləsində göstərilməsə belə, torpaq qanunvericiliyinin həmin alqı-satqı zamanı qüvvədə olan normalarına əsasən alıcının mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin əsasla iddia tələbini təmin edərək üçüncü şəxs X7 adına olan reyestr qeydinin ləğv edilməsini qərara almış olsa da, həmin qeydin aparılmasına əsas olmuş JN-251G KOD 50400018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hələdə öz hüquqi qüvvəsini saxlamasını nəzərə almamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bununla yanaşı, torpaq sahəsi üzərində üçüncü şəxs X9 hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunaraq qiymətləndirilir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Kollegiya qeyd edir ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Mübahisə predmeti olan torpaq sahəsinə dair üçüncü şəxs X12 aid şəhadətnamənin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpaq sahəsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Həmçinin apellyasiya icraatı zamanı əldə edilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə dair X11 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli,**********71-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" tərtib edilərkən Şəmkir rayon X16 1998-ci il 30 iyun tarixli, 52 saylı qərarı ilə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsinə dair X8 adına JN-251G saylı "Torpağın mülkiyyətə verlməsinə dair Şəhadətnamə"yə uyğun tərtib edilmişdir. Halhazırda faktiki istifadəsi 0.07 ha olan, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə dair X11 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli,**********71- 10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən torpaq sahəsinin koordinatları ilə Şəmkir rayon X16 1998-ci il 30 iyun tarixli, 52 saylı qərarı ilə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsinə dair X8 adına JN-251G saylı "Torpağın mülkiyyətə verlməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsinin koordinatları uyğun gəlir və üst-üstə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağı nəzərə alınmaqla ona müvafiq hüquqi yardım göstərilməli və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməli idi. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin məcəllənin 48.1-ci maddəsində isə deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya üçüncü şəxsin adına tərtib edilmiş JN-251G KOD 50400018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi təklif edilməli və yalnız iddiaçı tərəfindən həmin ərizə təqdim edildikdən sonra yekun nəticəyə gəlməyə əsas verən araşdırma aparılmaqla iş üzrə yekun qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq İnzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-324/2024 saylı qərarı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-400/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-400/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver