Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-403/2023 24.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-191/2023 saylı qərarından iddiaçı Aslanova (Məmmədova) Kifayət Nağdı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 355 nömrəli vəsiqədən görünür ki, Aslanova (Məmmədova) Kifayət Nağdı qızı 1975ci ildə Şamxor kənd seçki dairəsindən Azərbaycan SSR X7 seçilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1ci maddəsinə uyğun olaraq, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Göründüyü kimi, qanunvericilikdə qulluq stajına görə əmək pensiyasına əlavənin Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin üzvlərinə deyil, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının əmək pensiyalarına şamil edilməsi nəzərdə tutulur. Bu səbəbdən də iddiaçıya deputat kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Aslanova (Məmmədova) Kifayət Nağdı qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyasını hazırki deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə yenidən hesablayıb xx.xx.2007-ci il tarixdən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə iddiaçıya yaşa görə pensiya təyin olunarkən pensiyası düzgün hesablanmamışdır. Belə ki, iddiaçı əmək fəaliyyətinə 1967-ci il tarixdə başlamış, əmək fəaliyyəti dövründə xx.xx.1997-ci il tarixə qədər bir çox sahələrdə çalışmışdır, 32 (otuz iki il) sığorta stajım vardır. 1975-80-ci illərdə Şəmkir rayonu (əvvəlki Şamxor) üzrə Azərbaycan SSR X4muşdur. Əmək Pensiyası hesablanarkən 32 illik stajı və 1975-80-cı il tarixdə Şəmkir rayonu (əvvəlki Şamxor) üzrə Azərbaycan SSR X4mağı nəzərə alınmayıb. Buna görə də ona pensiya təyin olunarkən düzgün hesablanmadığından təyin olunmuş əmək pensiyasını hazırki deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə yenidən hesablayıb xx.xx.2007-ci il tarixdən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-191/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddiaçı Aslanova (Məmmədova) Kifayət Nağdı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə 19 may 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikası Milli Məclisi adlandırılmış və keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə verilmişdir. 12 avqust 1995-ci il tarixdə “Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Həmin Qanunun 1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ali qanunvericilik hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Milli Məclisini Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada majoritar və proporsional seçki sistemləri, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst şəxsi və gizli səsvermə yolu ilə seçirlər. İstinad olunan normaların məzmunundan da göründüyü kimi 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. İddiaçı yuxarıda qeyd olunan əsaslarla həm 1995-ci ildə, həm də ki ondan sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmədiyinə görə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1 və 20.2-ci maddəsi iddiaçıya şamil oluna bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı Aslanova (Məmmədova) Kifayət Nağdı qızı qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görədə həmin qərar ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Ona pensiya təyin olunarkən düzgün hesablanmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına 01 iyul 2022-ci il tarixdə müraciət etmişdir. Həmin şöbə **********3 saylı, 19 iyul 2022-ci il tarixli cavab məktubu ilə onun pensiyanın müəyyən vaxtlarda hesablanmasını göstərsə də hesab edir ki, onun iş fəaliyyəti ilə bağlı 32 (otuz iki il) sığorta stajı tam hesablanmamış və 1975-80-cı il tarixdə Şəmkir rayonu (əvvəlki Şamxor) üzrə Azərbaycan SSR X4mağı ilə bağlı pensiyası düzgün hesablanmayıb. O, hesab edir ki, aparılmış hesablama qərəzlidir və onun sosial təminat hüququnu pozur. Belə ki, o, əmək fəaliyyəti 1967-ci il tarixdə başlamışdır. Əmək fəaliyyəti dövründə 01. 05. 1997-ci il tarixə qədər bir çox sahələrdə çalışmışdır. 32 (otuz iki) il siğorta stajı vardır. 1975-80-cı il tarixdə Şəmkir rayonu (əvvəlki Şamxor) üzrə Azərbaycan SSR X4muşdur. Əmək Pensiyam pensiyası hesablanarkən 32 illik stajının hamısı və 1975-80-cı il tarixdə Şəmkir rayonu (əvvəlki Şamxor) üzrə Azərbaycan SSR X4mağı nəzərə alınmayıb. Məhkəmə hesab edir ki, deputatların səlahiyyət müddəti qurtardıqdan sonra onların təminatları "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunun 30-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin Qanunun 30-cu maddəsinin İİ hissəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Prosessual məsələlər İş üzrə iddiaçı iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanunun:- - 20.1.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr edilir. - 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı 1975-1980-ci illərdə Şəmkir rayonu (əvvəlki Şamxor) üzrə Azərbaycan SSR X4ması səbəbi ilə ona təyin olunmuş əmək pensiyasını hazırki deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə yenidən hesablayıb xx.xx.2007-ci il tarixdən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 30 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu qəbul edilmiş və həmin qanuna görə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yaradılmışdır. X2 2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasını Azərbaycan Respublikası Ali Sovetinin Azərbaycan Respublikası xalq deputatlarının 50 nəfərindən ibarət tərkibdə təşkil etmişdir. “Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə 19 may 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikası Milli Məclisi adlandırılmış və keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə verilmişdir. 12 avqust 1995-ci il tarixdə “Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Həmin Qanunun 1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ali qanunvericilik hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Milli Məclisini Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada majoritar və proporsional seçki sistemləri, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst şəxsi və gizli səsvermə yolu ilə seçirlər. Göründüyü kimi 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. İddiaçı yuxarıda qeyd olunan əsaslarla həm 1995-ci ildə, həm də ki, ondan sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmədiyinə görə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1 və 20.2-ci maddəsi iddiaçıya şamil oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-191/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-403/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-403/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver