Məhkəmə qərarları › İş №2-1(104)-403/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-403/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-403/2025 14.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-897/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur.

2. НЗ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı 24 may 1981-ci il tarixdən 2 iyun 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

3. 26 aprel 1988-ci il tarixli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1983-cü ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə "xxxx" ASC-də yükləyici, xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə isə ekskavator maşinist köməkçisi vəzifələrində işləmişdir.

4. Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Daşkəsən rayon "xxxx" ASC-nin (Azərbaycan Dağmədən "xxxx" Kombinatının) xx.xx.2006-cı il tarixli, 84-k №-li əmri ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı əmək müqaviləsi xx.xx.2006-cı il tarixdən 1 (bir) il müddətinə uzadılmışdır, xx.xx.2011-ci il tarixli, 51-k №-li əmri ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı xx.xx.2011-ci il tarixdən 3 (ay) müddətinə əmək haqqısı saxlanılmaq şərti ilə "xxxx" ASC-nin Saflaşdırıcı Fabrikinə dəyirman maşinisti vəzifəsinə təyin edilmişdir, xx.xx.2021-ci il tarixli, 04-k №-li əmri ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, öz xahişi ilə xitam verilmişdir.

5. Daşkəsən "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli, 84-k №-li əmrindən görünür ki, Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı əmək müqaviləsi xx.xx.2006-cı il tarixdən 1 (bir) il müddətinə uzadılmışdır.

6. Daşkəsən "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli, 51-k №-li əmrindən görünür ki, Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı xx.xx.2011-ci il tarixdən 3 (ay) müddətinə əmək haqqısı saxlanılmaq şərti ilə "xxxx" ASC-nin Saflaşdırıcı Fabrikinə dəyirman maşinisti vəzifəsinə təyin edilmişdir.

7. Daşkəsən "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 04-k №-li əmrindən görünür ki, Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən, öz xahişi ilə xitam verilmişdir.

8. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtina haqqında” məktubda cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd olunanlar öz əksini tapmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1988-1996 və 2006-2021-ci illərdə həqiqətən də "xxxx" ASC-də yükləyici, ekskavator maşinisti köməkçisi və ekskavator maşinisti vəzifələrində işləməyini, həmin illər üzrə iş stajının olmasını və əmək şəraitinin həqiqətən də xüsusilə zərərli və ağır olan işlərin kateqoriyasına aid olunmağını nəzərə alaraq, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün lazım olan müvafiq hərəkətlərin edilməsinin cavabdeh idarənin vəzifəli şəxslərinin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün DSMF-yə müraciət edərək, digər sənədlərlə birlikdə işlədiyi 1988-1996 və 2006-2021-ci illər üzrə iş stajını təsdiq edən arxiv arayışını da təqdim etmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməməsi barədə məktub verilmiş, maraqlı idarənin vəzifəli şəxsləri tərəfindən tanınmamış və məktubda göstərilən hallarla bağlı narazı olduğu təqdirdə məhkəmə qaydasında müəyyən edilməli olması göstərilmişdir. Həmin illərdə iddiaçı həqiqətən də "xxxx" ASC-də yükləyici, ekskavator maşinisti köməkçisi və ekskavator maşinisti vəzifələrində işləmişdir. Vəzifə təlimatında əmək funksiyası eyni vəzifələrin yerinə yetirilməsi və eyni ASC-də əmək fəaliyyətinin icrasını nəzərdə tutur. Lakin bu maraqlı idarə tərəfindən nəzərə alınmır. Bu səbəbdən də, iddiaçı əmək pensiyası almağı ilə bağlı məsələni başqa cür həll edə bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh idarənin vəzifəli şəxsləri iddiaçının bu kateqoriyaya uyğun olmadığını qeyd etməklə imtina etmişlər. Buna görə də o, hesab edir ki, cavabdeh idarənin vəzifəli şəxslərinin bu cür hərəkətləri (hərəkətsizlikləri) onun hüquq və maraqlarının pozulması ilə nəticələnmiş hərəkət kimi qiymətləndirilməlidir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3040/2024 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi “onun barəsində 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-897/2025 nömrəli qərardadı ilə iddia tələbi “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

13. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajı olduğunu iddia etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-17-1/2-8-77430/2024 nömrəli məktub ünvanlanmışdır. Sözügedən məktub ilə iddiaçının güzəştli iş stajı olmadığından onun tələbinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il illərdə "xxxx" ASC-də olan əmək fəaliyyətinin güzəştli iş stajı kimi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Mərkəzi Filial hesab edir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. xx.xx.2024-cü il tarixli, 3-17-1/2-0-77430/2024 nömrəli məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, grafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin (1.2.1) fəhlələr yarımbəndində (a) qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilər və ekskavator maşinistləri vəzifələri nəzərdə tutulduğu qeyd edilmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunmuş xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətində xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə "xxxx" ASC-də yükləyici, xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə isə ekskavator maşinisti köməkçisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə Ə.Kamandarovun işlədiyi yükləyici vəzifəsinin yuxarıda qeyd olunan qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilərə aid olub-olmaması barədə hər hansı məlumatın göstərilmədiyi bildirilmişdir. Həmçinin, sözügedən məktubda iddiaçının yuxarıda qeyd olunan dövrdə işlədiyi ekskavator maşinisti köməkçisi vəzifəsinin ekskavator maşinistləri vəzifəsinə uyğun olmadığı diqqətə çatdırılmışdır. Beləliklə, müvafiq məktubda yuxarıda qeyd edilən səbəblərdən iddiaçının güzəştli iş stajının olmadığı, bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliklə mümkün olmadığı qeyd edilmişdir. İddiaçı xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il illərdə "xxxx" ASC-də olan əmək fəaliyyətinin güzəştli iş stajı kimi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə ziddir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərindən də aydın olur ki, şəxsə güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün o, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmalı, 25 il ümumi stajı olmalı, 12 il 6 ay isə güzəştli iş stajı olmalıdır. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ kişilər üçün 60 yaşda yaranır. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı müvafiq yaş həddinə xx.xx.2021-ci ildə çatmışdır. Qanunvericiliklə tələb edilən güzəştli iş stajına münasibətdə İddiaçı güzəştli iş stajı mövcud deyil. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.20-ci bəndinə əsasən, şəxsin yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsi işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən olunmuş arayışa əsasən müəyyən edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasının surətinə əsasən, iddiaçı "xxxx" ASC-də xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə yükləyici, xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə ekskavator maşinisti köməkçisi vəzifələrində çalışmışdır. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə işlədiyi yükləyici vəzifəsinin Siyahının dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, grafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik spatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritiarin, fosforitin, apatitlərin, kükürdün. almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların. diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kahrabanın, slyudanın, azbestin, duz və tarkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlukəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin (1.2.1) fəhlələr yarımbəndində (a) qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilərə aid olub-olmaması barədə hər hansı məlumat mövcud deyil. Bu səbəbdən Ə.Kamandarovun xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə olan əmək fəaliyyətinin güzəştli iş stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyil. Göründüyü kimi, iddiaçının qeyd olunan dövrlər üzrə işlədiyi vəzifələrdəki əmək fəaliyyətinin güzəştli staj kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyil. Belə olan halda iddiaçının qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanan güzəştli iş stajı mövcud olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.

14. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi (vəkil) Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər.

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-897/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus 26 aprel 1988-ci il tarixli əmək kitabçasında onun xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə ekskavator maşinist köməkçisi vəzifələrində işləməsi göstərilsə də, Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından, həmçinin Daşkəsən rayon "xxxx" ASC-nin müvafiq əmrlərindən görünür ki, Əhmədov X1 "xxxx" ASC-nin Şimal-Qərb mədənində xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ekskavator maşinisti vəzifəsində işləmişdir. Həmin iş isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 1.2.1, a) yarımbəndin 85ci sırasında qeyd olunmuşdur. Ona görə də göstərilən dövr üzrə iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-897/2025 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi pensiya qanunvericiliyi normalarının tələblərini və Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı hüquqi mövqeyi nəzərə almadan və işin hallarını ətraflı tədqiq etmədən iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından, həmçinin Daşkəsən rayon "xxxx" ASC-nin müvafiq əmrlərinə İddiaçı Daşkəsən "xxxx" ASC-nin Şimal-Qərb mədənində xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ekskavator maşinisti vəzifəsində işləmişdir. Həmin iş isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 1.2.1, a) yarımbəndin 85-ci sırasında qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab etdmişdir ki, göstərilən dövr üzrə iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gəlməyə əsas verən sənədləri- xx.xx.2024-cü il tarixli arxiv arayışını və "xxxx" ASC-nin əmrlərini düzgün tədqiq etməmişdir. Belə ki, müvafiq arxiv arayışında və əmrlərdə xx.xx.2006-cı il tarixli, 84k №-li əmr ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı əmək müqaviləsinin xx.xx.2006-cı il tarixdən 1 (bir) il müddətinə uzadıldığı, xx.xx.2011-ci il tarixli, 51-k №-li əmri ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı xx.xx.2011-ci il tarixdən 3 (ay) müddətinə əmək haqqısı saxlanılmaq şərti ilə "xxxx" ASC-nin Saflaşdırıcı Fabrikinə dəyirman maşinisti vəzifəsinə təyin edildiyi, xx.xx.2021-ci il tarixli, 04-k №-li əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən xitam verildiyi qeyd edilmişdir. İlk növbədə, Əmək Məcəlləsinin 87-ci maddəsinin xx.xx.2024-cü il tarixinədək olan redaksiyasına əsasən, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd əmək kitabçası olduğu halda, məhkəmə iddiaçının əmək kitabçasında 2006-2021-ci illərdə müvafiq müəssisədə ekskavator maşinisti köməkçisi işlədiyinə dair qeydi nəzərə almadan əmək kitabçası ilə ziddiyət təşkil edən arxiv arayışını və əmrləri mötəbər sübut kimi qəbul etmişdir. Həmçinin, məhkəmə arayışda və əmrlərdə İddiaçı dəyirman maşinisti vəzifəsinə keçirildiyinə dair qeydin əmək kitabçasında əks edilməməsini nəzərə almamışdır. Bundan başqa, müvafiq arayışda və əmrlər arasında iddiaçının xx.xx.2006-cı il tarixindən 1 il müddətinə əmək müqaviləsinin uzadıldığı qeyd edilsə də, 1 il tamamlandıqdan sonra İddiaçı əmək müqaviləsinin yenidən uzadılmasına və əmək fəaliyyətini davam etdirməsinə dair hər hansı əmr mövcud deyil. Həmçinin, İddiaçı xx.xx.2011-ci il tarixindən dəyirman maşinisti keçirilməsindən sonra da üç aylıq müddət tamam olduqdan sonra əvvəlki vəzifəsinə qayıtmasına dair də qeyd yoxdur. Göründüyü kimi, qeyd edilən məsələlər məhkəmə tərəfindən ətraflı tədqiq edilməmiş, işin halları düzgün araşdırılmamış, bununla da, İnzibati Prosessual Məcəllənin 12-ci bəndinin tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, o, Daşkəsən "xxxx" ASC-də ilk dəfə ekskavator maşinisti köməkçisi vəsifəsinə təyin edilmiş, 3 ay həmin vəzifədə işlədikdən sonra ekskavator maşinisti vəzifəsinə keçirilmişdir.

Tətbiq edilən hüquq normaları

23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

24. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

25. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixdən sonra qüvvədə olan redaksiya). Maddə 9.8. 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 156 nömrəli Qərarı ilə ləğv edilmişdir) Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

29. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

31. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

32. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

33. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

34. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

35. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

36. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

37. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

38. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

39. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

40. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı cavab məktubu ilə onun güzəştli iş stajının olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1ci maddə).

44. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün 3 əsas şərt ödənilməlidir: 1) iddiaçı 60 yaşa çatmalı; 2) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərə aid olmalı; 3) iddiaçının azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə çalışmalıdır.

45. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-cü il tarixdə doğulmuş, xx.xx.2021-cü il tarixdə 60 yaşı olmuşdur. Deməli qanunda tələb olunan yaş həddinə çatmışdır. İşin bu halı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir.

46. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, həm iddiaçının əmək kitabçası və iş stajı ilə bağlı verilmiş arayış da daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərində iddiaçının ümumi stajı ilə bağlı hər hansı mübahisənin olması qeyd edilməmişdir.

47. Qeyd olunduğu kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərt 25 il ümumi iş stajının azı 12 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin Siyahıda göstərilən işlərdə çalışmalı olmasıdır.

48. Cavabdeh orqanın imtina məktubunda mübahisələndirdiyi hal iddiaçının xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə "xxxx" ASC-də işlədiyi yükləyici vəzifəsinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilərə aid olub-olmaması barədə təqdim olunmuş sənədlərdə hər hansı məlumatın göstərilməməsinə və xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə Daşkəsən "xxxx" ASC-də işlədiyi ekskavator maşinisti köməkçisi vəzifəsinin yuxarıda istinad olunan Siyahıda qeyd olunan ekskavator maşinistləri vəzifəsinə uyğun gəlmədiyinə görə onun güzəştli iş stajının olmamasıdır.

49. Göründüyü kimi, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində yükləyici, xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ekskavator maşinisti köməkçisi və ekskavator maşinisti vəzifəsində işlədiyi dövr.

50. Cavabdehin imtinasının birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə işlədiyi yükləyici vəzifəsinin Siyahının dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) açıqda dağmədən işləri və yer səthində işlər bəndinin (1.2.1) fəhlələr yarımbəndində (a) qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilərə aid olub-olmaması barədə hər hansı məlumat mövcud deyil.

51. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1988xx.xx.1988-ci il tarixlərdə olan əmək fəaliyyətinin güzəştli iş stajı kimi nəzərə alınmasının qanunvericiliyin tələblərinə uyğun gəlməməsi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşan birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir.

52. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yalnız ekskavator maşinisti köməkçisi vəzifəsində işləməsi və həmin vəzifənin Siyahıda qeyd olunan ekskavator maşinistləri vəzifəsinə uyğun gəlməməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz.

53. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətində iddiaçının "xxxx" ASC-də xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə ekskavator maşinisti köməkçisi vəzifələrində çalışması qeyd olunsa da, Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışı, eləcə də, Daşkəsən "xxxx" ASC-nin müvafiq əmrləri ilə müəyyən olunur ki, Daşkəsən rayon "xxxx" ASC-nin (Azərbaycan Dağmədən "xxxx" Kombinatının) xx.xx.2006-cı il tarixli, 84-k №-li əmri ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı əmək müqaviləsi xx.xx.2006-cı il tarixdən 1 (bir) il müddətinə uzadılmış, xx.xx.2011-ci il tarixli, 51-k №-li əmri ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı xx.xx.2011-ci il tarixdən 3 (ay) müddətinə əmək haqqısı saxlanılmaq şərti ilə "xxxx" ASC-nin Saflaşdırıcı Fabrikinə dəyirman maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.2021- ci il tarixli, 04-k №-li əmri ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, öz xahişi ilə xitam verilmişdir.

54. Mübahisəsiz haldır ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, nəzərə alınmalıdır ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir.

55. Nəzərə alınsa ki, şəxsin hər hansı vəzifəyə işə qəbul edilməsi, başqa vəzifəyə keçirilməsi, eləcə də işdən azad edilməsi işəgötürənin müvafiq əmrləri ilə həyata keçirilir, bu zaman sonradan həmin əmrdə olan məlumatların şəxsə məxsus əmək kitabçasında doğru şəkildə öz əksini tapmaması iddiaçının ziyanına şərh edilə bilməz. Çünki bu zaman işəgötürənin əmrləri əmək kitabçasına münasibətdə daha üstün hüquqi qüvvəyə malik olur.

56. Həmçinin, oxşar işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü və digər məlumatlar barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar və digər sənədlər nəzərə alınmalıdır.

57. Hazırki halda iddiaçının vəzifəsinin ona məxsus əmək kitabçasında düzgün göstərilməməsi işəgötürənin məsuliyyət sferasına aid olduğuna görə, bu hal iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır.

58. Beləliklə müəyyən olunur ki, iddiaçı xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ayrı-ayrı vaxtlarda ekskavator maşinisti vəzifəsində işləmişdir və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-c i il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sivahısı”nın dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, merpelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsm, əgigin, boritlərin, fosforitin, apatitlərin. kükürdün, almazların, mərmərin, granitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, granodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, drapların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin (1.2.1) fəhlələr yarımbəndində (a) nəzərdə tutulmuşdur.

59. Göründüyü kimi, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının güzəştli şərtlərlə peşələrdə olan iş stajına daxildir.

60. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

61. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-897/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar