Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-404/2025 16.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Məmmədov Müşfiq Vaqif oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, “qərarların ləğv edilməsi, həmin qərarlar üzrə tutulmuş və əvəzləşdirilmiş məbləğlərin geri ödənilməsi, yaşa görə əmək pensiyasının ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-166/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı yaşa görə əmək pensiyas təyin edilməsinə dair materialdan müəyyən edilir ki: -İddiaçı 60.5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2022-ci il tarixədək ödənilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 108489 nömrəli qərarı ilə iddiaçının yaşa görə əmək pnesiyası ləğv edilmiş və bu səbəbdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. - Nəticədə ona ödənilmiş əmək pensiyası üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022ci il tarixədək 10882,63 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 37361 nömrəi qərarına əsasən İddiaçı xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022- ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. - İddiaçı təyin edilmiş yaşa görə sosial müavinət üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 4603,00 manat məbləğində vəsait ona artıq ödənilmiş 10882,63 manatla əvəzləşdirilmiş, qalıq 6279,63 manat müəyyən edilmişdir. Həmin qalıq məbləğ vətəndaşa təyin edilmiş sosial müavinətdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 36,00 manat olmaqla, 216,00 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 44,00 manat olmaqla 880,00 manat məbləğində tutulmuşdur. xx.xx.2024-cü il tarixinə qalıq borc 5183,63 manat təşkil etmişdir. - İddiaçı cavabdeh orqana müraciət edərək, pensiyadan tutulması məsələsinə baxılmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17- 1/2-Q-416937/2023 nömrəli məktubda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək qadınların pensiya yaş həddi 60 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi əmək kitabçasının surətinə və xx.xx.2018-ci il tarixli akta əsasən sığorta stajı 22 il 6 ay 28 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2019-cu il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Xidməti yoxlama zamanı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan (fiziki şəxs X1 (VÖEN:**********) işçisi olduğu dövrdə) əmək fəaliyyəti üzrə ona əmək haqqı hesablanmamış və məcburi dövlət sosial sığorta haqqı tutulmamışdır. Qeyd olunan müəssisə Dövlət Sosial Müdafiə Fondunda 2006-cı il tarixində qeydiyyata alınmışdır. Bu səbəbdən onun xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildirili ki, 25 il sığorta stajı olmadığı halda (faktiki staj: 22 il 6 ay 28 gün) sizə 28 il 2 ay sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə sosial ödənişinin məbləğində xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
2. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2- 27850/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 (VÖEN: **********) xx.xx.2006-cı il tarixdən vergi orqanında uçotdadır. Ünvanı AZ2005, Gəncə şəhəri, Hərbi Şəhərcik 83 ev.390 m.31-dir. Fəaliyyəti hazırda dayandırılmış vəziyyətdədir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən “Qənd istehsalı müəssisəsi” adlı hüquqi şəxsin vergi orqanında uçotda olması barədə məlumat aşkar edilməmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-75352/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək dövr aralığında əmək münasibətlərinə dair məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmadığından İddiaçı həmin dövr ərzində əmək fəaliyyəti barədə “Əmək və Məşğulluq” altsistemindən məlumatlar əldə edilməsi mümkün olmamışdır.
4. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-266487/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlanıldığından İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydasının (bundan sonra - Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır.
5. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-269213/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Fondun keçmiş Nizami Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan (fiziki şəxs X1 (VÖEN:**********) işçisi olduğu dövrdə) əmək fəaliyyəti üzrə ona əmək haqqı hesablanmadığı və məcburi dövlət sosial sığorta haqqı tutulmadığı müəyyən olunmuşdur. Qeyd olunan müəssisə Dövlət Sosial Müdafiə Fondunda 2006-cı il tarixində qeydiyyata alınmışdır. Bu səbəbdən onun xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası hüququ olmadığı müəyyən edilmişdir. Nəticədə ona ödənilmiş əmək pensiyası üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 10882,63 manat artıq ödənilmiş vəsait aşkar edilmişdir. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli 37361 nömrəli qərarına əsasən İddiaçı yaşa müavinət təyin edilmişdir. İddiaçı təyin edilmiş yaşa görə sosial müavinət üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 4603,00 manat məbləğində vəsait ona artıq ödənilmiş 10882,63 manatla əvəzləşdirilmiş, qalıq 6279,63 manat müəyyən edilmişdir. Həmin qalıq məbləğ vətəndaşa təyin edilmiş sosial müavinətdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 36,00 manat olmaqla, 216,00 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 44,00 manat olmaqla 880,00 manat məbləğində tutulmuşdur. xx.xx.2024-cü il tarixinə qalıq borc 5183,63 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, pensiya işinin tərkibində vətəndaşın razılıq ərizəsi aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdən ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırılmasına (ləğv edilməsinə) dair faktiki xarakterli hərəkətlərin qanunsuz hesab edilməsi və əmək pensiyasının dayandırıldığı (ləğv edildiyi) tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir..
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 aprel 2000-ci ildə Gəncə şəhərində "Qənd istehsalı " müəssisəsində qənd doğrama vəzifəsinə təyin edilmişdir. 01 dekabr 2005-ci ilədək adı çəkilən müəssisədə işləmişdir. 2018-ci ildə o da qeyriləri kimi yaşa görə əmək pensiyasına çıxmışdır. O, adı çəkilən qənd istehsalı müəssisəsində əmək haqqı da almışdır. 30 iyun 2022-ci ildə ona bildirilmişdir ki, Qənd istehsalı müəssisəsindəki işlədiyi dövr əmək stajına daxil edilmədiyi üçün, təyin edilmiş yaşa görə əmək pensiyasınin ödənişi dayandırılmışdır. Nəticədə sosial ödənişin məbləğində xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Yuxarıda göstərilənlərin günahı onda deyil. Çünki o, həmin müəssisədə işləmişdir. Müəssisəsin vergidən yayınması onun günahı deyil axı. Məcburi dövlət sosial sığorta haqqı tutlmaması onun günahı ucbatından deyil ki, o, hər ay razılaşdırılmış maaşı cədvəllə almışdır. Ona görə də işlədiyi dövrün əmək kitabçasına qeyd etdirmişdir. Odur ki, Azərbaycan Respublikası ƏƏSMN-yi tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş qərardan narazı olduğu üçün, "İnzibati İcraat Haqqında" Azərbaycan Respublikası Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərardan şikayət etmək hüququndan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətindədir.
8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “sosial müavinət təyinatı üzrə xx.xx.2022-ci il tarixli qərarının ləğvi, xx.xx.2018-ci il tarixdən ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırılmasına (ləğv edilməsinə) dair faktiki xarakterli hərəkətlərin qanunsuz hesab edilməsi və əmək pensiyasının dayandırıldığı (ləğv edildiyi) tarixdən bərpa edilməsi, artıq ödəmə kimi müəyyən edilmiş məbləğin sosial müavinətdən tutulmasına dair hərəkətlərin qanunsuz hesab edilməklə dayandırılması və həmin qərar əsasında tutulmuş məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
9. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 28 mart 2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının ləğvinə dair xx.xx.2022-ci il tarixli və sosial müavinət təyinatı barədə xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi, həmin qərarlar üzrə tutulmuş və əvəzləşdirilmiş məbləğlərin ona geri ödənilməsi, yaşa görə əmək pensiyasının ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
10. Cavabdehin iddiaya qarşı yazılı etirazında xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q- 416937/2023 nömrəli məktubunda qeyd olunanlar təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, hal-hazırda sosial müavinət alan İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022cı il tarixədək hüququ olmadığı halda əmək pensiyası aldığı üçün 10882,63 (on min səkkiz yüz səksən iki manat 63 qəpik) manat artıq alınmış məbləğ yaranmışdır. Artıq alınmış məbləğ İddiaçı müavinət işi üzrə xx.xx.2019-cu ıl tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 4603,00 (dörd min altı yüz üç) manat fərq məbləğlə əvəzləşdııildikdən sonra qalıq 6279,63 (altı min iki yüz yetmiş doqquz manat 63 qəpik) manat 2022-ci ilin sentyabr ayından hər ay 20% olmaqla 36,00 (otuz altı) manat məbləğində qanunamüvafiq qaydada tutulmaqdadır.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-166/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, cavabdeh orqan inzibati icraat aparmamış, iddiaçının dinlənilməsini təmin etməmiş, ona sübutlar təqdim etmə imkanı yaratmamış, pensiya təyinatı barədə qüvvədə olan qərarı ləğv etməmiş, yalnız əmək pensiyasının təyin edilməsi adlı xx.xx.2022-ci il tarixli qərar qəbul etməklə, pensiya hüququnu ləğv etmiş və nəticədə 10782.73 manat məbləğində artıq ödəmə vəsaiti müəyyən etmişdir. Bundan əlavə, iddiaçının xx.xx.2000-xx.xx.2005-ci illərdəki iş fəaliyyəti dövrünün nəzərə alınması üçün tələb olunan əsas sənəd əmək kitabçasıdır. Sözügedən əmək fəaliyyəti dövrləri də iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır. Ona görə də, iddiaçıya 28 mart 2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının ləğvinə dair cavabdeh orqanın xx.xx.2022-ci il tarixli və sosial müavinət təyinatı barədə xx.xx.2022-ci il tarixli qərarları ləğv edilməlidir. Eyni zamanda, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, ona ödənilməli məbləğlə qismən əvəzləşdirərək yerdə qalan məbləği onun sosial müavinətindn tutmağa başlamışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraz ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqları faktiki olaraq Dövlət Sosial Müdafiə Fonduna ödənilməli idi. Lakin, sığortaedən tərəfindən ödənişlərin natamam ödənilməsi və ya ödənilməməsi, işçiyə ödənilən əmək haqqından tutulan sığorta haqlarının olub-olmamasını müəyyən etməyə imkan vermir. Bu da öz növbəsində işçinin əmək fəaliyyəti barədə inzibati orqanda şübhələr doğurmuş və sözügedən dövrlərin sığorta stajına hesablanmasından imtina olunmuşdur. Bu səbəbdən iddiaçının xx.xx.2000ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Qənd İstehsalı" müəssisəsində olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini, iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.
Tətbiq edilən hüquq.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
18. “İnzibati icraat haqqında” Qanunun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, məhkəmə tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edildiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdən İddiaçı yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2022-ci il tarixədək ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022- ci il tarixli 108489 nömrəli qərarı ilə iddiaçının yaşa görə əmək pensiyası ləğv edilmiş və bu səbəbdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Nəticədə ona ödənilmiş əmək pensiyası üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10882,63 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 37361 nömrəi qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı təyin edilmiş yaşa görə sosial müavinət üzrə xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 4603,00 manat məbləğində vəsait ona artıq ödənilmiş 10882,63 manatla əvəzləşdirilmiş, qalıq 6279,63 manat müəyyən edilmişdir. Həmin qalıq məbləğ vətəndaşa təyin edilmiş sosial müavinətdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 36,00 manat olmaqla, 216,00 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 44,00 manat olmaqla 880,00 manat məbləğində tutulmuşdur. xx.xx.2024-cü il tarixinə qalıq borcu 5183,63 manat təşkil etmişdir.
22. “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 108489 nömrəli qərarın qeyd hissəsində göstərilmişdir ki, “Əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı olmadığı üçün əmək pensiyası hüququ yoxdur. xx.xx.2000xx.xx.2005-ci illərdə işçisi olduğu F/Ş X3 (VÖEN **********) əmək haqqı hesablanmamışdır. Müəssisə 2006-cı ildə DSMF-də qeydiyyatdan keçib. xx.xx.2018-xx.xx.2022-ci illərdə aldığı pensiya sosial müavinət ödənişində nəzərə alınsın, sosial müavinət hüququna baxılsın”.
23. İddiaçı cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət edərək, pensiyasının azaldılmasının səbəbi barədə məlumat verilməsini xahiş etmiş və sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-41693/2023 nömrəli məktubda bildirilmişdir ki, xidməti araşdırma nəticəsində əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan (fiziki şəxs X1 (VÖEN:**********) işçisi olduğu dövrdə) əmək fəaliyyəti üzrə ona əmək haqqı hesablanmamış və məcburi dövlət sosial sığorta haqqı tutulmamışdır. Bu səbəbdən onun xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildirilir ki, 25 il sığorta stajı olmadığı halda (faktiki staj: 22 il 6 ay 28 gün) sizə 28 il 2 ay sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə sosial ödənişinin məbləğində xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir.
24. İddiaçı hazırda cavabdeh orqanın 28 mart 2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının ləğvinə dair xx.xx.2022-ci il tarixli və sosial müavinət təyinatı barədə xx.xx.2022-ci il tarixli qərarlarını mübahisələndirərək göstərmişdir ki, o, xx.xx.2000ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində işləmiş, hər ay razılaşdırılmış əmək haqqını almışdır, odur ki, müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsində onun hər hansı qüsurlu hərəkəti olmamışdır.
25. Birinci instansiyası məhkəməsi iddia tələbini təmin etmiş və gəldiyi hüquqi nəticəni “Əmək pensiyası haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə əsaslandırmışdır.
26. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
27. Göründüyü kimi hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
28. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Belə olan halda artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.
29. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.
30. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunda inzibati aktın qəbul edilməsi zamanı müvafiq prosedur müəyyən etmişdir.
31. Belə ki, Qanunun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
32. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
33. İşin hallarından göründüyü kimi cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişsiz inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən hazırda mübahisələqdirilən aktları qəbul etmişdir.
34. Halbuki sadalanan normalardan göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
35. Beləliklə, hazırkı mübahisə üzrə cavabdeh orqan müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati icraatı aparmamış, iddiaçının icraatda iştirakını təmin etməmiş, pensiya təyinatı barədə qüvvədə olan qərarı ləğv etməmiş, yalnız əmək pensiya hüququnu ləğv etmiş və nəticədə 10782.73 manat məbləğində artıq ödəmə vəsaiti müəyyən etmişdir. Bundan sonra isə sosial müavinət təyinatı barədə xx.xx.2022-ci il tarixli 37361 nömrəli qərarla iddiaçıya yaşa görə sosial müavinət təyin etməklə, ona təyin edilmiş yaşa görə sosial müavinət üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 4603,00 manat məbləğində vəsaiti ona artıq ödənilmiş 10882,63 manatla əvəzləşdirmiş və qalıq borc olan 6279,63 manat məbləği sosial müavinətdən tutmağa başlamışdır ki, bu da qanuni hesab edilə bilməz.
36. İddiaçının hazırda mübahisələndirilən - xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan əmək fəaliyyəti dövrü ona Fondun keçmiş Nizami Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilən zaman həmin şöbə tərəfindən Fondun Kəlbəcər rayon şöbəsi ilə qarşılıqlı yoxlama aparması nəticəsində akt tərtib edilməklə, sosial sığorta stajı kimi nəzərə alınmışdır. Qeyd olunmalıdır ki, iddiaçıya ödənilən vəsaitlər bu sahədə səlahiyyətli qurumun qərarına əsasən edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsi).
38. Nəzərə almaq lazımdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
39. Göründüyü kimi, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
40. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərindən göründüyü kimi cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddət axımının başlanması buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirilir. “Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür”.
42. Beləliklə cavabdehin qərarlarının və faktiki xarakterli hərəkətlərinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir.
Nəticəvi hissə:
43. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-166/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Müşfiq Məmmədov, Rəşad Mamedov