Məhkəmə qərarları › İş №2-1(104)-405/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-405/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-405/2025 24.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1907/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli 2178 nömrəli attestata əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı şəhər 23 nömrəli texniki peşə məktəbində əyani təhsil almışdır. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1977xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Şin Zavodunda tornaçı, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Azərbaycan Dəmir Yollarının Bakı Şöbəsinə Ələt X1 tornaçı işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan Dəmir Yollarınıın Bakı Texniki Məktəbində əyani təhsil formasında refrijerator seksiyası maşınisti kursunda təhsil almış, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiya maşınisti, xx.xx.1983-cü il xx.xx.1991-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator qatarının rəisi, xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiyasının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X7 rəhbər mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixədək Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X7 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Dəmir Yolları QSC X7 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində böyük mexanik vəzifəsində işləmişdir. "xxxx" QSC Hərəkət vasitələrinin təmiri departamenti X8 Refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borcu barədə xx.xx.2012-ci il tarixli məlumatında göstərilmişdir ki, Rəhbər mexanik deponun səlahiyyətli nümayəndəsi sayılır, refrijerator seksiyasının istismarına cavabdehdir və briqadanın rəhbəri sayılır. 1. İşə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir. 2. Briqadaya rəhbərlik edir, seksiyalara xidmət vaxtı əmək intizamını yerinə yetirməsini tələb edir. 3. Briqada üzvlərinə təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət edir. 4. Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin edir. 5. Vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət edir. 6. Yükləmə vaxtı vaqonların işıqlanmasını təmin edir. 7. Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb edır. 8. Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb edir. Təmizlənmə keyfiyyətsiz aparıldıqda stansiya rəisinə ölçü götürmək üçün müraciət edir. 9. Yanacaqdan normaya uyğun istifadəsini və qənaətini təmin edir. 10. Texniki sənədləri səliqəli saxlayır, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istifadə olunmasını hesabatını aparır. 11. Ref. seksiyanın vaxtında təchizat olunmasını təmin edir. 12. Ref. seksiyanın təchizat və təmirdən sonra göndərilmək üçün stansiya növbətçisinə xəbərdarlıq edilir. 13. Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir edir, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürülür. 14. Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət edir, ( tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb edir. Teleqramın surəti həmin dəmir yolunun yük daşıma xidmətinə göndərilir. 15. Ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin edir. 16. Depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak edir, bütün növ görülən işlərin keyfiyyətli olmasını və təmirdən tam ekipirovka olmasını tələb edir. 17. Mexanik xəstələndikdə və ya seksiyadan qaldıqda, təcili olaraq depo rəhbərliyinə, stansiya rəisinə və xətti polisə teleqramla məlumat verir. 18. Əmək və istehsalat intizamı pozulduqda, lazımı hallarda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq edir. Lazım olduqda mexaniki əvəz edir. Bilməlidir. "Tez xarab olan yüklərin daşınması haqqında təlimat № DÇ-479", "Dəmir yolunun işçilərinin intizamı haqqında", "Dəmir yolunda siqnallaşma haqqında təlimat", "Dəmir yolunun texniki istismarı haqqında təlimatı", "Poyezdların hərəkəti haqqında təlimatı və dəmir yolunda manevr işləri haqqında İxtisas tələbi. "Ali, orta, xüsusi təhsilli olan", "Hərəkətdə olan izotermik tərkib və soyuducu təsərrüfatlı ", "Soyuducu və kompressor maşını və qurğusu", “Elektrik stansiyas sistemi", “Dəqiq ölçü cihazları, daxili yanma mühərrikləri” ixtisasını qurtarmış kadrlar. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 13- 1/2-H-2667/2-42/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: xx.xx.1980-xx.xx.1983-cü illərdə Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki; xx.xx.1991-xx.xx.2018-ci illərdə Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki; xx.xx.2018-xx.xx.2018-ci illərdə X7 refrijerator seksiyaların rəhbər mexaniki; xx.xx.2018-xx.xx.2023-cü illərdə Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X7 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik; xx.xx.2023-xx.xx.2024-cü illərdə Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X7 refrijerator seksiyaların böyük mexaniki. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 35 il 8 ay təşkil edir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-H-2667/2- 42/2024 nömrəli məktubunda göstərilmişdir ki, işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H222130/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyi "xxxx" QSC-nin ona dair xx.xx.2024-cü il tarixli 13-1/2-H-2667/2-42/2024 nömrəli arayışında xx.xx.1991- xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində YeniƏlət refrijerator vaqon deposunda rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 11 ay 17 gün (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.2019- xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2024-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 99 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 1996-cı il tarixə qədər, hal-hazırki Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Peşə Təhsil Mərkəzinin (publik hüquqi şəxsin) bazasında yerləşmiş 23 nömrəli Texniki Peşə Məktəbində 01.09.196-cı il tarixdən xx.xx.1977-ci il tarixə qədər “Tornaçı” ixtisası üzrə əyani təhsil almışdır. "xxxx" QSC-nin Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində kurs keçmiş İddiaçı arxiv sənədlərindən xx.xx.2024-cü il tarixli 13-1/2-H-3600/1-42/2024 nömrəli çıxarışdan görünür ki, araşdırılmış arxiv sənədlərinə əsasən İddiaçı həqiqətən Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbinin “Mexanik refrijerator” kursunu xx.xx.1979xx.xx.1980-ci ildə əyani şöbəsini bitirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında" Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan, 25 yanvar 2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənişlə ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox stajı olduğu üçün 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 13 sentyabr 2024-cü il tarixli 3-17-1/2-H-222130/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmaq istəmişdir ki, “refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi…, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan refrijerator seksiyasının mexaniki vəzifəsinə uyğun deyil”. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1907/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Ən əsası isə, hazırkı işlə tamamilə oxşar olan analoji işdə (Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(114)-1684/2023 saylı qərar) eyni əsas imtina əsası olmuş və həmin mübahisə vətəndaşın xeyrinə həll olunmaqla, sözügedən vəzifədə işlədiyi dövr onun güzəştli iş stajına daxil edilən dövr kimi qiymətləndirilmiş və cavabdeh orqanın üzərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi qoyulmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın həmin qərardan verdiyi apellyasiya şikayəti təmin edilməmiş (Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-303/2024 saylı qərar), kassasiya şikayəti isə oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğuna görə mümkün sayılmamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2623/2024 saylı qərardadı). Həmin hal cavabdeh orqana məlum olmasına baxmayaraq, yenidən həmin hal üzrə eyni əsasa istinad etməklə iddiaçıya pensiya təyinatından imtina edilmişdir ki, bu da cavabdehin inzibati orqan olaraq məhkəmə təcrübəsini nəzərə almadığını göstərir. Halbuki, inzibati orqanın yanaşması qanunauyğun olmayan halda, yəni həmin mübahisədə hüququn tətbiqinə dair mövcud yanaşmanın düzgün olmadığı çoxsaylı məhkəmə qərarları müəyyən edildiyi halda, inzibati orqan mövcud praktikasını məhkəmə təcrübəsinə uyğunlaşdırmağa, praktikasını yeni (məhkəmə qərarları əsasında formalaşdırılmış) praktikaya uyğunlaşdırmağa borcludur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)1907/2025 saylı qərarı ləğv edərək iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahı”sında Nəqliyyat adlı XXVİİİ bölmənin Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər adlı yarımbölməsində qeyd olunan vəzifə “refrijerator qatarların (seksiyaların) mexanikləri” (kod: 23001000—23598) adlanır. Bildirir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair xx.xx.2024-cü il tarixli 13-1/2-H-2667/2-42/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi vəzifə isə refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi ilə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 11 ay 17 gün (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2024-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” XXVİİİ. Nəqliyyat 23001000 – 1) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiyasının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018ci il tarixədək X7 rəhbər mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X7 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik vəzifələrində işlədiyi peşələrin zərərli peşə olmasını iddia edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh orqan isə yalnız mexanik vəzifəsinin Siyahıda nəzərdə tutulduğunu əsas gətirərək, iddiaçının həmin vəzifədə işlədiyi dövrləri güzəştli staj kimi nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçının müvafiq pensiya yaşına çatması və tələb olunan minimum ümumi əmək stajının mövcudluğu ilə bağlı hər hansı bir mübahisə açmadığından artıq bu hissə işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiyasının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X7 rəhbər mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X7 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik vəzifəsində işlədiyi dövrlərin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olub olmaması yoxlanılmalıdır. Qeyd olunan xüsusat birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın XXVİİİ bölməsinin alt bölmə 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşələrinə uyğun olması öz təsdiqi tapmışdır. Həmçinin iş materiallarında olan "xxxx" QSC Hərəkət vasitələrinin təmiri departamenti X8 Refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borcu barədə xx.xx.2012-ci il tarixli məlumatında göstərilmişdir ki, Rəhbər mexanik deponun səlahiyyətli nümayəndəsi sayılır, refrijerator seksiyasının istismarına cavabdehdir və briqadanın rəhbəri sayılır. 1. İsə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir. 2. Briqadaya rəhbərlik edir,seksiyalara xidmət vaxtı əmək intizamını yerinə yetirməsini tələb edir. 3. Briqada üzvlərinə təhlükəsizlik texnikasına ,istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət edir. 4. Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasnı təmin edir. 5. Vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət edir. 6. Yükləmə vaxtı vaqonların işıqlanmasını təmin edir. 7. Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb edır. 8. Yük bosaldıqdan sonra , vaqonların təmizlənməsini stansiya işçilərindən tələb edir. Təmizlənmə keyfiyyətsiz aparıldıqda stansiya rəisinə ölçü götürmək üçün müraciət edir. 9. Yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin edir. 10. Texniki sənədləri səliqəli saxlayır, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istifadə olunmasını hesabatını aparır. 11. Ref. seksiyanın vaxtında təchizat olunmasını təmin edir. 12. Ref. seksiyanın təchizat və təmirdən sonra göndərilmək üçün stansiya növbətçisinə xəbərdarlıq edilir. 13. Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir edir, avadanlıqlar xarab olduqda , rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürülür. 14. Avadanlıqlar saz vəziyyətdə olduqda ,rejimi saxlaya bilmədikdə , növbəti stansiyaya teleqramla müraciət edir, ( tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb edir.Teleqramın surəti həmin dəmir yolunun yük daşıma xidmətinə göndərilir. 15. Ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin edir. 16. Depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak edir, bütün növ görülən işlərin keyfiyyətli olmasını və təmirdən tam ekipirovka olmasını tələb edir. 17. Mexanik xəstələndikdə və ya seksiyadan qaldıqda təcili olaraq depo rəhbərliyinə, stansiya rəisinə və xətti polisə teleqramla məlumat verir. 18. Əmək və istehsalat intizamı pozulduqda , lazımı hallarda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq edir .Lazım olduqda mexaniki əvəz edir. Bilməlidir: "Tez xarab olan yüklərin daşınması haqqında təlimat № DÇ-479", "Dəmir yolunun işçilərinin intizamı haqqında", "Dəmir yolunda siqnallaşma haqqında təlimat", "Dəmir yolunun texniki istismarı haqqında təlimatı", "Poyuzdların hərəkəti haqqında təlimatı və dəmir yolunda manevr işləri haqqırda İxtisas tələbi. "Ali, orta, xüsusi təhsilli olan", "Hərəkətdə olan izotermik tərkib və soyuducu təsərrüfatlı", "Soyuducu və kompressor maşını və qurğusu", "Elektrik stansiya sistemi ", "Dəqiq ölçü cihazları, daxili yanma mühərrikləri" ixtisasını qurtarmış kadrlar. Bundan başqa "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 13-1/2-H-2667/2- 42/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövlət ərzində işləmişdir: xx.xx.1980-xx.xx.1983-cü illərdə Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki; xx.xx.1991-xx.xx.2018-ci illərdə Yeni- Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki; xx.xx.2018xx.xx.2018-ci illərdə X7 refrijerator seksiyaların rəhbər mexaniki; xx.xx.2018-xx.xx.2023-cü illərdə Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X7 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik; xx.xx.2023-xx.xx.2024-cü illərdə Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X7 refrijerator seksiyaların böyük mexaniki. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 35 il 8 ay təşkil edir. Əlavə olaraq "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-H-2667/2- 42/2024 nömrəli məktubunda göstərilmişdir ki, işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndin 27-ci abzasında “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” peşəsi təsbit olunmuş və bunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın XXVİİİ bölməsinin alt bölmə 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşələri ilə eynilik təşkil etdiyi müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiyasının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X7 rəhbər mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X7 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik vəzifəsində işlədiyi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd etdiyi iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ, onun bu barədə cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəl, yəni xx.xx.2016-cı il tarixdə yarandığından, onun son 3 il üçün alınmamış əmək pensiyasının ödənilməsini tələb etməkdə haqlı olmasına dair mövqeyini də əsaslı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin maddənin dispozisiya şərtləri tam ödənildiyindən, iddianın əsaslı olması barədə birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1907/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar