Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-406/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X5 və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvandakı mənzil üzərində anasının vərəsəsi olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-115/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1949-cu ildə Qazax rayonun, Qrax-Kəsəmən kəndində anadan olmuş, hazırda ünvan 4, mənzil 30 ünvanda qeydiyyatdadır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 377 nömrəli sərəncamına əsasən Gəncə şəhərində dövlət mülkiyyətində olan mənzillərin kirayəçilərinin ölümü, qeydiyyatdan çıxması, boşanma halları və s. səbəblərlə əlaqədar mənzillərin bir addan başqa ada keçməsi səlahiyyəti balanssaxlayıcı təşkilat kimi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli sərəncamına əsasən ünvan 8 nömrəli binanın 4 otaqlı yaşayış sahəsi olan 30 nömrəli mənzil iddiaçının daimi istifadəsinə verilmiş və onun adına şəxsi hesab vərəqəsi açılmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Yeni Gəncə, 37 nömrəli binanın ümumi sahəsi 65,37 kv.m olan 7 nömrəli mənzilin kirayəçisi X4 ölümü ilə əlaqədar mənzilin kirayəçisi X13 hesab edilmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1 5 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2708 nömrəli Forma 2A nömrəli arayışa əsasən ünvan 4 ünvanda yerləşən 30 mənzil iddiaçının adınadır, mənzil 4 otaqdan ibarətdir və yaşayış sahəsi 58,85 kv.m-dir. Mənzildə 1949-cu il təvəllüdlü iddiaçı və onun oğulları X10, X6 yaşamaq hüququ vardır. İddiaçı üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) məktubla müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubla iddiaçının xx.xx.2022ci il tarixli, **********S-0045 nömrəli müraciətinin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərin hüquqların qeydiyyatı üçün əsas olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4, mənzil 30 ünvandakı mənzil üzərində anasının vərəsəsi olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. 1971- ci ildən hazırki vaxta qədər ailəsi ilə birlikdə Gəncə ş. T.Arani küçəsi 1 döngə, ev 6, mənzil 30-da yaşayır. O, həmin mənzilə dair mülkiyyət hüququnun öz adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, müraciətə əsasən cavabdehin **********39 nömrəli 06 iyun 2022-ci il tarixli məktubu ilə aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərin hüquqlarının qeydiyyatı üçün əsas olmadığı müəyyən edilərək, icrası mümkün olmadığından imtina edilmişdir. Belə ki, Arayışforma 2A sənədindən görünür ki, Mənzil Xüsusi Mülkiyyətə Aidd olaraq, hər cür şəraiti var, yaşamaq hüququ olanlar iddiaçı və oğulları X10 və X8r. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 134 nömrəli 06 dekabr 2012-ci il tarixli sərəncamına əsasən ünvan 2 ünvanı iddiaçının daimi istifadəsinə verilməsi və adına şəxsi hesab vərəqəsi açılması qeyd edilmişdir. Azərbaycan Respublikası X20 filialının arxiv arayışından görünür ki: Gəncə şəhərində dövlət mülkiyyətində olan mənzillərin əsas kirayəçilərin ölümü, geydiyyatdan çıxması, boşanma halları və s. səbəblərlə əlaqədar mənzillərin bir addan başqa ada keçməsi səlahiyyəti balanssaxlayıcı təşkilat kimi şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə verilmişdir. Müəssisələrə, təşkilatlara limit ayrılması, yaşayış sahələrinin dəyişdirilməsi, güzəştli, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırmasına ehtiyacı olan qismində uçota götürülməsi şəhər İcra Hakimiyyəti Səlahiyyətində saxlanmışdır. Sərəncamın surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinə və s. orqanlara göndərilmişdir. ünvan 3 ünvanda qeydiyyatda olan övladları X10 və X11 həmin mənzilin ataları İddiaçı adına qeydiyyata alınmasına və sənədləşməsinə etiraz etmədiklərinə dair razılıq verimişdirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə X10 və X11 iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-115/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvandakı mənzil üzərində anasının vərəsəsi olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbinin hüquqi əsası kimi Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli sərəncamına istinad edir. Həmin sərəncamın məzmununa əsasən ünvan 4 ünvanında yerləşən 30 nömrəli mənzil iddiaçının daimi istifadəsinə verilmiş və onun adına şəxsi hesab vərəqəsi açılmışdır. Sözügedən sərəncamın mötəbərliliyi ilə bağlı aparılan məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli 2 ədəd başqa məzmunda sərəncamları mövcud olmuş, sərəncamın verilməsinə əsas olmuş sənədlər aşkar edilməmiş, X20 filialında mühafizə olunan Kirovabad şəhər XDS İK-nin Mənzil Təmir İstismar tresti arxiv fondunun 1993-cü il 13 nömrəli Mənzil İstismar Sahəsi üzrə kirayənişinlərin şəxsi hesab kitabında həmin ünvanına dair şəxsi hesabdan vərəqindən başqa heç bir hüquqverici sənəd aşkar olunmamışdır. Dövlət arxivində saxlanılan şəxsi hesabda isə ünvan 4 ünvanında yerləşən 30 mənzil Daxili İşlər İdarəsi yanında idarədənkənar Mühafizə şöbəsinin yataqxanası olduğu qeyd edilmiş, mənzildə yaşayanlar barəsində məlumat göstərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi “Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar qeyd edilmişdir. Lakin, iddiaçının təqdim etdiyi sənəd Qanunun 8-ci maddəsində əks olunmuş hüquqmüəyyənedici sənədlərə aid deyildir. Belə olan halda, cavabdehin imtinasının əsassız və qanunsuz hesab edilməsi üçün əsas yoxdur. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı təsviri hissəsində qeyd edilmişdir ki: İddiaçı xx.xx.1949-cu ildə Qazax rayonun, Qrax- Kəsəmən kəndində anadan olmuş, hazırda ünvan 5 ünvanda qeydiyyatdadır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 377 nömrəli sərəncamına əsasən Gəncə şəhərində dövlət mülkiyyətində olan mənzillərin kirayəçilərinin ölümü, qeydiyyatdan çıxması, boşanma halları və s. səbəblərlə əlaqədar mənzillərin bir addan başqa ada keçməsi səlahiyyəti balans saxlayıcı təşkilat kimi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli sərəncamına əsasən ünvan 8 nömrəli binanın 4 otaqlı yaşayış sahəsi olan 30 nömrəli mənzil iddiaçının daimi istifadəsinə verilmiş və onun adına şəxsi hesab vərəqəsi açılmışdır. Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal X1 5 sayl X21 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2708 nömrəli Forma 24 nömrəli arayışa əsasən ünvan 4 ünvanda yerləşən 30 mənzil iddiaçının adınadır, mənzil 4 otaqdan ibarətdir və yaşayış sahəsi 58,85 kv.m-dir. Mənzildə 1949-cu il təvəllüdlü iddiaçı və onun oğulları X10, X7 yaşamaq hüququ vardır. İddiaçı üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) məktubla müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktuba iddiaçının xx.xx.2022-ci tarixli, **********S-0045 nömrəli müraciətinin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərin hüquqların qeydiyyatı üçün əsas olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Dövlət arxivində saxlanılan şəxsi hesabda isa ünvan 7 ünvanında yerləşən 30 mənzil Daxili İşlər İdarəsi yanında idarədənkənar Mühafizə şöbəsinin yataqxanası olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, iddiaçı üzün müddət Daxili İşlər Nazirliyinin mühafizə şöbəsində işləmişdir. Həmin mənzildə məhz həmin idarə tərəfindən iddiaçıya verilmişdir. Mənzil iddiaçının hal-hazırda da istifadəsindədir. Odur ki, iddianın təmin olunmamasına heç bir əsas olmamışdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarın dəyişdirilmədən saxlanılımasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı, üçüncü şəxs X11 və digər üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da məhkəmə iclasında iştirak etməmişlər, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 8 ünvanda yerləşən 30 saylı mənzilin öz adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinasının əsası aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərin hüquqların qeydiyyatı üçün əsas olmaması olmuşdur. Ona görə də, iddia hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassı qanuni və əsaslı olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli sərancamından görünür ki, ünvan 8 nömrəli binanın 30 saylı mənzili iddiaçının daimi istifadəsinə verilmiş və adına şəxsi hesab vərəqəsi açılmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi həmin sərancama istinad edir. Bu səbəbdən də istər birinci instansiya məhkəməsi, istərsə də məhkəmə kollegiyası tərəfindən həmin sərəncamının mötəbərliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılaraq müvafiq sorğular verilmişdir. Birinci instansiya məhkəmə tərəfindən aparılan araşdırma ilə müəyyən olunmuşdur ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli 2 ədəd başqa məzmunda sərəncamları mövcud olmuş, sərəncamın verilməsinə əsas olmuş sənədlər aşkar edilməmiş, X20 filialında mühafizə olunan Kirovabad şəhər XDS İK-nin Mənzil Təmir İstismar tresti arxiv fondunun 1993-cü il 13 nömrəli Mənzil İstismar Sahəsi üzrə kirayənişinlərin şəxsi hesab kitabında həmin ünvanına dair şəxsi hesabdan vərəqindən başqa heç bir hüquqverici sənəd aşkar olunmamışdır. Dövlət arxivində saxlanılan şəxsi hesabda isə ünvan 4 ünvanında yerləşən 30 mənzil Daxili İşlər İdarəsi yanında idarədənkənar Mühafizə şöbəsinin yataqxanası olduğu qeyd edilmiş, mənzildə yaşayanlar barəsində məlumat göstərilməmişdir. Məhkəmə kollegiyasının sorğusuna X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-xxxx/2166/2023 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən 30 saylı mənzilin X16 İdarəsinin balansında olub-olmaması ilə əlaqədar heç bir sənəd aşkar edilməmişdir. Bundan başqa iş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 M-791 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə Şəhər lcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli, 134 saylı sərancamı ilə Gəncə şəhəri, T.Arani küçəsi 1-ci döngə 6 №o-li binanın, 4 otaqlı yaşayış sahəsi 58,85 kv.metr olan 30 N-li mənzili İddiaçı istifadəsinə verilmiş və mənzilin **********199 №-li şəxsi hesab vərəqəsi onun adına açılmışdır. Toxunulmuş məsələyə aydınlıq gətirilməsi üçün bildirilir ki, Gəncə şəhər Mənzil Kommunal X1 sərancamı ilə Yeni Gəncə 37 No-li binanın, 7 No-li mənzilinin əsas kirayəçisi X4 ölümü ilə əlaqədar mənzilin kirayəçisi qızı - X13 hesab edilmişdir. Bu sərancam verilərkən sərancamların qeydiyyat kitabında xx.xx.2012-ci il tarixli, 134 saylı sərancam səhvən təkrar nömrələnmişdir. Hal-hazırda Yeni Gəncə 37 №o-li binanın, 7 №o-li mənzilinin **********074 No-li şəxsi hesab vərəqəsi X9 adınadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin əsaslar sırasında iddiaçının tələbinin əsasını təşkil edən sərəncam hüquqmüəyyənedici sənəd kimi öz əksini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 8-ci maddələrində nəzərdə tutulmuşdur. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinin tələbinə görə, cavabdeh qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh tərəfindən həmin mənzilin qeydiyyata alınmasından imtina olunması qanuni əsaslara söykəndiyindən, hazırkı halda iddiaçının hüquqlarının pozulması halı müəyyən edilmir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qanunvericiliklə üzərinə düşən vəzifəsinə uyğun olaraq imtina etməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-115/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-406/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-406/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver