Məhkəmə qərarları › İş №2-1(104)-406/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-406/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-406/2025 09.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X23 və X28) qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeydin ləğv edilməsi, çıxarışın verilməsi və.s Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə1, cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X24, üçüncü şəxs X23 və üçüncü şəxslərin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X23 və X28) “0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən 0.3883 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinə dair iddiaçının adına çıxarışın verilməsi, çıxarışın verilməsinə görə ödədiyi 1015 manatın, hüquqi yardıma görə ödədiyi 320 manatın və vurulmuş mənəvi zərərə görə 5000 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-979/2025 nömrəli qərarından üçüncü şəxslər X23 və X28 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən 0.58 ha həyətyanı torpaq sahəsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Səmkir rayon şöbəsi tərəfindən X25, X13 və İddiaçı adlarına xx.xx.2000-ci il tarixli, JN-496F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir.

2. Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli, 966 saylı arayışında fərdi yaşayış evinin X25 tərəfindən 1969-cu ildə inşa edildiyi qeyd edilmişdir.

3. xx.xx.2012-ci il tarixli, 2v-03-1325 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş X7 vərəsələri X13 və İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DƏDRXnin Şəmkir Ərazi İdarəsinin vermiş olduğu xx.xx.2012-cı il tarixli, **********54 nömrəli arayışa əsasən mərhum X14 aid Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0.58 ha həyatyanı torpaq sahəsinin 1/3 hissəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 113.0 kv. m, köməkçi sahəsi 51.7 kv. m, ümumi sahəsi 164.7 kv. m olan Liter “A”, yaşayış sahəsi 101.0 kv. m, köməkçi sahəsi 72.4 kv. m, ümumi sahəsi 173.4 kv. m, olan Liter “B” və sahəsi 172.0 kv. m olan Liter “C” (əl damı-quş damı), sahəsi 24.0 kv m olan Liter “E” (hamam), sahəsi 11.8 kv. m olan Liter “Ç” (anbar), sahəsi 12.0 kv. m olan Liter “F” (ayaqyolu), sahəsi 167.0 kv. m olan qurğu İ (talvar), sahəsi 134.0 kv. m olan qurğu İİ (talvar), sahəsi 39.0 kv. m olan qurğu İİİ çardaq), sahəsi 123.0 kv. m olan qurğu İV (talvar), sahəsi 4.8 kv. m olan V (çardaq), sahəsi 21.5 kv.m olan qurğu Vİ (çardaq), sahəsi 1.8 kv. m olan qurğu Vİİ (ayaqyolu) olar fərdi yaşayış evindən ibarətdir.

4. xx.xx.2012-ci il tarixli miras payın bağışlanmasına dair müqavilədən görünür ki, X13 mərhum X5 miras qalmış əmlakdan ona düşən payı İddiaçı bağışlamışdır.

5. RX Seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində tam və evin yerləşdiyi 0,58 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 2/3 hissədə, X4 mülkiyyət hüququ isə torpaq sahəsi üzərində 1/3 hissədə qeyd edilmişdir.

6. xx.xx.2020-ci il tarixli, 2v-223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsəsi X29 miras qalmış əmlakdan 1/2 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin X6 düşən hissəsidir.

7. xx.xx.2020-ci il tarixli 2v-223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsəsi İddiaçı miras qalmış əmlakdan 1/2 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin X6 düşən hissəsidir.

8. xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, X2 Şəvaim Məsim qızından qalmış miras payını İddiaçı bağışlamışdır.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.58 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Əliyev X21 rayonu, Dəllər-Cəyir kəndi, İsrafil Məmmədov küçəsi, 18 saylı ünvanda mülkiyyətində olan 0,58 ha torpaq sahəsindən 0,0951 hissəni X8 bağışlamışdır.

11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.4849 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 17 avqust 2021-ci il tarixli, **********67 saylı “Daşınmaz əmlakın dövlət reyestrindən” arayışında göstərilmişdir ki, Şəmkir rayonu, Dəllər Cəyii kəndində yerləşən fərdi yaşayış evinə dair X7 adına xx.xx.1987-ci il tarixli 77 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi 0.58 ha həyətyan torpaq sahəsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Səmkir rayon şöbəsi tərəfindən X25, X13 və X9 adlarına xx.xx.2000-ci il tarixli, JN-496F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli, 966 saylı arayışında fərdi yaşayış evinin X25 tərəfindən 1969-cu ildə inşa edildiyi qeyd edilmişdir. Qeyd edilən sənədlər əsasında dövlət notariat kontoruna təqdim etmək üçün xx.xx.2012-ci il tarixli, 31/1886 nömrəli reyestrdən arayış verilmişdir.

13. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1719/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Nümayəndə2, X23 və X15 İddiaçı mükiyyətində olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən ümumi sahəsi 338.10 kv.metr olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-73/2023 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3015/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsə də, Şəmkir rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılmışdır.

14. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2509/2021 nömrəli qətnanməsi ilə iddiaçılar X10, X15, Nümayəndə2 cavabdehlər İddiaçı, X19, üçüncü şəxslər X8, X16 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlak üzərində miras paylar haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras payların bağışlanmasına dair bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin miras əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışların ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə qaytarılması, həmin miras əmlaka qanun üzrə 1-ci növbə vərəsə tanınma, miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdakı payların müəyyən edilməsi” tələblərinə dair iddiaları təmin edilməmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı Nümayəndə2 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar X10 və X15 apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(076)-2509/2021 saylı qətnaməsinin iddianın X3 miras qalmış əmlaka görə cavabdehlər İddiaçı və X19 Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2v-223 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X17 miras payını İddiaçı bağışlamasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 3M-461 saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, həmin miras mülkə iddiaçılar X23 və X15 X11 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddianın həmin hissədə təmin edilməsi, X4 vərəsəsi kimi X17 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2v-223 reyesrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X17 X3 qalmış miras payını İddiaçı bağışlamasına dair xx.xx.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, X3 miras qalmış Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, İsrafil Məmmədov küçəsi ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X23 və X28 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində X15, 0,0483 ha hissəsində isə X10 payının müəyyən edilməsi, iddiaçılar X23 və X15 apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5909/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

17. İddiaçı Şəmkir rayonu, Dəllər kəndində yerləşən fərdi yaşayış evinə ünvan verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli, 3-21- 3-40/2594/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat və **********60-10301 reyestr nömrəli çıxarış Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 nömrəli icra sənədi əsasında ləğv edilmişdir. Bu səbəbdən də sözügedən fərdi yaşayış evinə ünvan verilməsi ilə bağlı ərizənin icrası tərəflərindən mümkün olmamışdır.

18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********60 reyestr nömrəli ********** və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha torpaq sahəsinin 0.3883 ha hissəsi üzərində İddiaçı paylı mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə, 0.0483 ha hissəsi üzərində X10 və 0.0483 ha hissəsi üzərində isə X15 paylı mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

19. İddiaçı Şəmkir rayonu, Dəllər kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2586/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinin üzərində mübahisəli hal mövcuddur və bununla da bağlı hüquqların dövlət reyestrində qeydiyyata alınmasına həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim etdiyi **********60 reyestr nömrəli “Çıxarış”da adları (payları) qeyd olunan vətəndaşların (payçıların) notarial qaydada razılıq ərizələri təqdim edilməmişdir. Həmçinin, sözügedən fərdi yaşayış evinin hüquqların dövlət reyestrində qeydiyyata alınmasına, həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim edilmiş **********60 reyestr nömrəli “Çıxarış”da adı (payı) qeyd olunan X10 etibarlı nümayəndəsi Nümayəndə2 maraqlı şəxs qismində xx.xx.2024-cü il tarixli, daxilolma ********** nömrəli şikayət məktubu ilə etiraz etmişdir. Qeyd olunan məktubda sözügedən fərdi yaşayış evi üzərində mübahisəli halın olması səbəbindən, məhkəmə qaydasında iddianın qaldırıldığı qeyd edilmişdir. Bundan başqa, yerində müayinə baxışı zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinin 0.1214 ha zəbt torpaq sahəsi mövcuddur və qeyd olunan evin 24.0 kv.metr hamam tikilisi, 4.8 kv.metr çardaq qurğusu, 57.6 kv/metr hasar hissəsi, 4.7 kv.m külfə tikilisi və digər 122.9 kv.metrlik çardaq tikilisi həmin zəbt sahəsinə düşür. Bu səbəbdən də, sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.

20. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1007/2022 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 1007/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə cavabdeh İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş və həmin qətnaməyə izah verilməsindən imtina edilmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1007/2022 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 1007/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin ərizəsi geri qaytarılmışdır.

22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2- 4212/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsi tərəflərindən icra edilərək, Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11-də yerləşən 0.4849 ha torpaq sahəsinə dair 0.3883 ha onun, 0.0483 ha X10 və 0.0483 ha isə X15 adına **********60 reyestr nömrəli çıxarış verilmişdir. Belə ki, sözügedən çıxarışın əldə edilməsi üçün etdiyi ödəniş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş qaydada ödənilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5388 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli **********60 reyestr nömrəli çıxarış əsasında iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Dəllər-Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha həyətyanı torpaq sahəsindən iddiaçılar X10 və X15 paylarının naturada ayrılması texniki cəhətdən mümkündür. Həmin torpaq sahəsinin 0.0966 ha hissəsinin naturada bölgüsü iddiaçıların payına uyğundur. Mübahisəli torpaq sahəsindən iddiaçılar X10 mülkiyyətində olan 0.0483 ha torpaq payının və X15 mülkiyyətində olan 0.0483 ha torpaq payının iddiaçıların yaşadıqları evin həyətinə giriş qapısının sağ tərəfindən naturada ayrılıb onlara təhvil verilməklə bölünməsi mümkündür. Tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunması üçün hər hansı məhdudiyyət yaranmayacaq. Torpaq sahəsinin mümkün olan variantda bölgüsü zamanı cavabdehə məxsus yaşayış evinə alternativ olaraq həmin istiqamətdə cavabdehin payına düşən hissədən olmaqla yeni gediş-gəliş yolu açılmalıdır. Mütəxəssis rəyində göstərilən qaydada torpaq sahəsinin mümkün olan variantda bölgüsü zamanı görüləcək yenidənqurma işlərində istifadə olunmuş materiallar dəqiqliklə müəyyən edildikdən sonra dəyərləndirilə bilər.

24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-6597/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı adına Milli Qeydiyyat Sistemində Şəmkir rayonu üzrə fərdi yaşayış evi aşkar edilmədi.

25. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2- 7181/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı verilmiş 22 iyul 2020-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməyə əsasən tam ləğv edilmişdir. Belə ki, sözügedən qətnamədə İddiaçı verilmiş 22 iyul 2020-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməsinə əsasən “Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0.4849 ha torpaq sahəsinin 0.3883 ha hissədə İddiaçı, 0.0483 ha hissədə X15, 0.0483 ha hissəsində isə X10 payı müəyyən edilməsi” qət edimişdir. Fərdi yaşayış evinin qeydiyyatı barədə məhkəmə qətnaməsində heç bir məlumat verilməmişdir. Fərdi yaşayış evinin qeydiyyatı aparılması üçün torpaq mülkiyyətçisinin razılığı verilməlidir. Belə ki, tikilinin hansı torpaq payçısının mülkiyyətində olan ərazisinə düşdüyü müəyyən olunmayıb, naturada bölgü aparılmayıb və ərazidə mübahisəli hal var.

26. 16.02.2024-cü il tarixli 12997 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 320 manat pul ödənilmişdir.

27. 22.04.2024-cü il tarixli 63478 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən ƏMDX-yə xidmət haqqı olaraq 955.00 manat pul ödənilmişdir.

28. 22.04.2024-cü il tarixli 63526 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən ƏMDX-yə xidmət haqqı olaraq 60 manat pul ödənilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

29. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən 0.3883 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar X23, X28 və Nümayəndə2 cavabdehlər İddiaçı, X19, üçüncü şəxslər X8, X16 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlak üzərində miras paylar haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras payların bağışlanmasına dair bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin miras əmlak üzərində mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə qaytarılması, həmin miras əmlaka qanun üzrə 1-ci növbə vərəsə tanınma, miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdakı payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ünvan 6 ünvanında yerləşən, mərhum X5 miras qalmış fərdi yaşayış evi tam halda və 0,58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlaka dair X6 və İddiaçı Şəmkir rayon 1 saylı Notariat-Ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2v-03-1325 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin miras əmlakda İddiaçı və X4 payları üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi, X4 həmin miras əmlak hesab edilən 0,58 ha-dan ibarət həyətyanı torpaq sahəsinin 1/3 hissəsini və mərhum əri Sultan Əliyevə tam mülkiyyət hüququ ilə məxsus olmuş, fərdi yaşayış evindəki payının İddiaçı bağışlamasına dair Şəmkir rayonu 1 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə, 3M-02-303 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X4 həmin miras əmlak üzrə payına cavabdehlər İddiaçı və Azad Əliyevin qanun üzrə 1-ci növbə vərəsə tanınmaları barədə Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən adlarına verilmiş xx.xx.2020-ci il tarixli, 2v-223 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X17 həmin mirasdakı payını etibarnamə üzrə nümayəndəsi X26 vasitəsi ilə İddiaçı bağışlamasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 3M-461 saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, miras mülkün ilkin vəziyyətinə qaytarılması, həmin miras mülkə iddiaçıların X11 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Nümayəndə2 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar X10 və X15 apellyasiya şikayətləri qismən təmin edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(076)-2509/2021 saylı qətnaməsi iddianın X3 miras qalmış əmlaka görə cavabdehlər İddiaçı və X19 Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2v-223 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X17 miras payını İddiaçı bağışlamasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 3M-461 saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, həmin miras mülkə iddiaçılar X23 və X15 X11 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilmiş, X4 vərəsəsi kimi X17 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2v-223 reyesrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, X17 X3 qalmış miras payını İddiaçı bağışlamasına dair xx.xx.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilə etibarsız hesab edilmiş, X3 miras qalmış Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, İsrafil Məmmədov küçəsi ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X23 və X28 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmiş, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində X15, 0,0483 ha hissəsində isə X10 payı müəyyən edilmişdir. İddiaçılar X23 və X15 apellyasiya şikayətləri qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan tərəfindən qətnamə düzgün qaydada icra edilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində “Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmiş qeyd edilməsinə, yəni, sözügedən çıxarış yalnız torpaq sahəsinə aid hissədə ləğv edilsə də, cavabdeh orqan çıxarışı tamamilə ləğv edərək torpaq sahəsinə dair ayrıca çıxarış vermiş, evə dair isə çıxarış verməkdən Nümayəndə2 sözügedən fərdi yaşayış evinin dövlət reyestrində qeydə alınmasına etiraz etdiyi üçün imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ona çıxarış verilmədiyi üçün hazırkı vaxta qədər onun qaldırdığı “evdən çıxarılma” tələbinə dair qanuni qüvvəsini almış Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi hazırkı vaxta qədər icrasız qalmışdır. Göründüyü kimi, cavabdeh İdarənin imtinası onun Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə tənzimlənən məhkəmə müdafiə hüququnu pozur.

31. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X23 və X28 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər

32. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən 0.3883 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinə dair iddiaçının adına çıxarışın verilməsi, çıxarışın verilməsinə görə ödədiyi 1015 manatın, hüquqi yardıma görə ödədiyi 320 manatın və vurulmuş mənəvi zərərə görə 5000 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir.

33. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.

34. Üçüncü şəxslərin nümayəndəsinin iddiaya yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(104)-1004-1007/2022 saylı tələbkar İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.4849 ha torpaq sahəsinə dair verilmiş 22 iyul 2020-ci il tarixli, ********** qeydiyyat və **********560-13101 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Həmin qətnamə Şəmkir rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tam icra olunmuşdur. Onun uşaqları atalarından qalan miras əmlaka qanun üzrə birinci növbə vərəsə tanınıb və payları müəyyən olunub. Bu barədə Daşınmaz Əmlak Xidmətinin Şəmkir 11 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli çıxarışı mövcuddur və həmin çıxarışın surətini təqdim edir. Uşaqlarının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün və İddiaçı qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların naturada bölünüb təhvil verilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbləri üzrə Şəmkir Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(076)-2205/2024 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, iş üzrə rəy verilməsi üçün mülki iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Bildirmək istəyir ki, çıxarılmalarına dair verilmiş xx.xx.2021-ci il tarixli, 2-1(102)-5909/2022 saylı qərar və Şəmkir Rayon Məhkəməsinin 2(076)-1719/2021 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə əsasən Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dəyanət Məmmədov və İcra probasiya şöbəsinin rəisi kiçik Ədliyyə müşaviri Xəyal Əlizadə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 297069/2023-15 saylı qərarı ilə Şəmkir Rayon Məhkəməsinə icrası mümkün olmayan qərar kimi geri qaytarılmışdır. Həmin icra sənədinin qaytarılması haqqında qərarın surətini təqdim edir. Hesab edir ki, İddiaçı və onun vəkili Nümayəndə1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı və üçüncü şəxs qismində onlara qarşı 0.4849 ha torpaq sahəsinə paylı mülkiyyətə dair verilmiş **********560 reyestr nömrəli çıxarışın ləğvi əsassızdır.

35. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun vəkil olan nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

36. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh orqanın nümayəndəsi X20 iddia tələbini qəbul etmədiyini bildirmiş və onun rədd edilməsini xahiş etmişdir.

37. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxslərin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir

38. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 979/2025 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarışın tam ləğv edilməsi, Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.3883 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinin İddiaçı adına, 0.0483 ha torpaq sahəsinin X10 və 0.0483 ha torpaq sahəsinin X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması, iddiaçının çıxarışın verilməsinə görə ödədiyi 60 manat xidmət haqqı və hüquqi yardıma görə ödədiyi 320 manat məbləğində vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsindən tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır .

39. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməsi icra olunarkən icradan kənara çıxma halı olmuş və cavabdehin bu hərəkətləri qanunauyğun olmamışdır. Belə ki, məhkəmə qətnaməsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair hissədə ləğv edilmişdir. Buna baxmayaraq, 11 saylı Şəmkir Ərazi İdarəsi həmin çıxarışı torpaq sahəsinə münasibətdə deyil, bu barədə heç bir əsas olmadan tam olaraq ləğv etmiş, bununla da İddiaçı mübahisəli torpaq sahəsinin üzərində yerləşən 18 saylı evin üzərində mülkiyyət hüququna dair qeydiyyatı ləğv olunmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

40. Üçüncü şəxslər X23 və X28 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-979/2025 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-979/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı əsassız və qanunsuzdur, bu səbəbdən ləğv olunmalıdır. Belə ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən sözügedən 0,4849 ha torpaq sahəsi əvvəl 0.58 ha olmuşdur. Həmin 0,58 ha torpaq sahəsində də qanunla 6 qardaşın payı mövcuddur. Balaca qardaş olan İddiaçı saxta sənədlər hazırlayaraq özünü tək vərəsə göstərmiş və 0,58 ha torpaq sahəsini tam mülkiyyət hüququ əldə etmişdir. 2020-ci ildə İddiaçı 0,58 ha torpaq sahəsində bir qardaşına 0,10 ha torpaq sahəsi bağışlamışdır və qalan 0,4849 ha torpaq sahəsinə yeni çıxarış almışdır. Bildirilir ki, 0,4849 ha torpaq sahəsində biri iddiaçının yaşadığı 164.7 kv.m və onların yaşadığı 173.4 kv.m sahəsi olan 2 ayrı fərdi yaşayış evi vardır. Lakin iddiaçı bu iki evi ümumi sahəsi 338.1 kv.m bir ev kimi göstərərək çıxarış əldə etmişdir. 2021-ci ildə İddiaçı onlara qarşı məhkəmədə iddia qaldıraraq onların fərdi yaşayış evindən çıxarılmağını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-73/2023 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Ali Məhkəmənin xx.xx.2023-cii il tarixli, 2(102)-3015/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin dövrdə onlar iddiaçının torpaq sahəsinin və fərdi yaşayış evlərini tam mülkiyyətinə keçildiyi barədə məlumatı olmuşdur. Onlar tərəfindən dərhal Şəmkir Rayon Məhkəməsinə müraciət olunmuş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2509/2021 saylı qətnaməsi ilə iddiaları təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, vərəsəliklə bağlı verilmiş notarial ərizələr, vərəsəlik şəhadətnamələri və İddiaçı adına verilmiş çıxarış ləğv edilmiş, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində X15, 0,0483 ha hissəsində isə X10 payının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5909/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra onlar mülkiyyətlərində olan torpaq sahəsinin naturada bölünməsi barədə Şəmkir Rayon Məhkəmsində iddia qaldırılmışdır. Məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/5388 nömrəli rəydə göstərilmişdir ki, “xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli **********60 reyestr nömrəli çıxarış əsasında iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Dəllər-Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllar-Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha həyətyanı torpaq sahəsindən iddiaçılar X10 və X15 paylarının naturada ayrılması texniki cəhətdən mümkündür. Həmin torpaq sahəsinin 0.0966 ha hissəsinin naturada bölgüsü iddiaçıların payına uyğundur. Mübahisəli torpaq sahəsindən iddiaçılar X10 mülkiyyətində olan 0.0483 ha torpaq payının və X15 mülkiyyətində olan 0.0483 ha torpaq payının iddiaçıların yaşadıqları evin həyətinə giriş qapısının sağ tərəfindən naturada ayrılıb onlara təhvil verilməklə bölünməsi mümkündür. Tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunması üçün hər hansı məhdudiyyət yaranmayacaq. Torpaq sahəsinin mümkün olan variantda bölgüsü zamanı cavabdehə məxsus yaşayış evinə alternativ olaraq həmin istiqamətdə cavabdehin payına düşən hissədən olmaqla yeni gediş-gəliş yolu açılmalıdır. Mütəxəssis rəyində göstərilən qaydada torpaq sahəsinin mümkün olan variantda bölgüsü zamanı görüləcək yenidənqurma işlərində istifadə olunmuş materiallar dəqiqliklə müəyyən edildikdən sonra dəyərləndirilə bilər.” Rəydən də aydın olur ki, yaşadıqları fərdi yaşayış evi onların mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir və həmin torpaq sahəsinin və evin naturada bölünməsinin mümkün olduğu qeyd edilmişdir. Məhkəmə sorğusuna Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-7181/2024 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Fərdi yaşayış evinin qeydiyyatı aparılması üçün torpaq mülkiyyətçisinin razılığı verilməlidir. Belə ki, tikilinin hansı torpaq payçısının mülkiyyətinda olan ərazisinə düşdüyü müəyyən olunmayıb, naturada bölgü aparılmayıb və ərazidə miibahisəli hal var.” İdarənin sorğuya verdiyi cavab məktubundan görünür ki, fərdi yaşayış evi onlara məxsus, mülkiyyətlərində olan torpaq sahəsinin üzərinə düşdüyü üçün onların razılığının tələb olunduğu bildirilmişdir. Çünki onların yaşadığı fərdi yaşayış evinin iddiaçının fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur və iddiaçının yalandan bildirdiyi 338.1 kv.m olan fərdi yaşayış evi əslində onların yaşadığı 173.4 kv.m və iddiaçının yaşadığı 164.7 kv.m-dən ibarət olmaqla iki ayrı fərdi yaşayış evidir. İddiaçı bu evləri bir ev kimi qələmə verərək onların yaşadığı evi əllərindən almaq niyyəti güdərək dələduzluq etmək istəyir. Həmin fərdi yaşayış evi onlara məxsus torpaq sahəsində yerləşdiyi üçün Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi onların razılığını tələb etmiş və iddiaçıya imtina vermişdir. İddiaçı Şəmkir rayonu, Dəllər kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə Daşınmaz Əmlakin Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli, 3-21- 3-40/2586/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, “araşdırma zamanı məlum olmuşdur ki, sözügedan fərdi yaşayış evinin üzərində mübahisəli hal mövcuddur və bununla da bağlı hüquqların dövlət reyestrində qeydiyyata alınmasına həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim etdiyi **********60 reyestr nömrəli Çıxarışda adları (payları) qeyd olunan vətəndaşların (payçıların) notarial qaydada razılıq ərizələri təqdim edilməmişdir. Həmçinin, sözügedən fərdi yaşayış evinin hüquqların dövlət reyestrində qeydiyyata alınmasına, həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim edilmiş **********60 reyestr nömrəli Çıxarışda adı (payı) qeyd olunan X10 etibarlı nümayəndəsi Nümayəndə2 maraqll şəxs qismində xx.xx.2024-cü il tarixli, daxilolma ********** nömrəli şikayət məktubu ilə etiraz etmişdir. Qeyd olunan məktubda sözügedən fərdi yaşayış evi üzərində mübahisəli halın olması səbəbindən, məhkəmə qaydasında iddianın qaldırıldığı qeyd edilmişdir. Bundan başqa, yerində müayinə baxışı zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinin 0.1214 ha zəbt torpaq sahəsi mövcuddur və qeyd olunan evin 24.0 kv.metr hamam tikilisi, 4.8 kv.metr çardaq qurğusu, 57.6 kv.metr hasar hissəsi, 4.7 kv.metr külfə tikilişi və digər 122.9 kv.metrlik çardaq tikilisi həmin zəbt sahəsinə düşür. İddiaçı da Gəncə İnzibati Məhkəməsində hazırkı mübahisə ilə bağlı iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin qərardadı ilə bu işə baxılıb yekunlaşanadək naturada bölünmə tələbinə dair onların verdiyi iddia üzrə icraat dayandırılmışdır. Göründüyü kimi, hətta fərdi yaşayış evinin bir hissəsinin zəbt olunmuş torpaq sahəsində yerləşdiyi səbəbindən həmin fərdi yaşayış evinə çıxarışın verilməsindən imtina edilmişdir. Həm ekspertiza rəyinin, həm də Daşınmaz Əmlakin Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin məktublarında yuxarıda qeyd olunan halların öz əksini tapdığı, onların mülkiyyətində olan torpaq sahələrinin üzərində fərdi yaşayış evi və əlavə tikililərin mövcud olduğunun təsdiqləndiyinin açıq-aydın göründüyü halda məhkəmənin mötəbər sübutları nəzərə almaması, onlara zidd olan, sadəcə iddiaçının mülahizələrinə əsaslanan qərar qəbul etməsi, onun bu işdə hansısa maraqlarının olduğunu söyləməyə əsas verir. Çünki sadəcə baxış keçirməklə həmin torpaq sahəsində bir yox iki fərdi yaşayış evinin olduğunu görmək mümkün olduğu halda və bunu dəfələrlə dediyi halda məhkəmənin buna səy göstərməməsi bunu deməyə əsas verir. Odur ki, məhkəmənin gəldiyi bu əsassız və qanunsuz qənaət yanlışdır və onun qəbul etdiyi qərar ədalətsiz olmaqla ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-979/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-979/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

45. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X24 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq normaları

46. Azərbaycan Respublikası Konstitusiyası Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

48. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

49. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi” Bənd 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.4. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

51. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

52. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

53. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

54. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

55. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

56. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

57. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

58. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

59. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

60. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

61. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

62. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, üçüncü şəxslərin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

65. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 nömrəli qətnaməsinin icrası qaydasında cavabdeh inzibati orqan tərəfindən Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.4849 ha torpaq sahəsinə dair **********60 reyestr nömrəli çıxarış verilmişdir. Sözügedən çıxarışla müəyyən olunur ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.3883 ha torpaq sahəsi İddiaçı adına, 0.0483 ha torpaq sahəsi X10 və 0.0483 ha torpaq sahəsi X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə öz növbəsində iddiaçıya “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş vermişdir.

66. Həmin bildirişin məzmunu ilə müəyyən olunur ki, cavabdeh orqan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin üzərində mübahisəli halın olmasını, bununla da bağlı hüquqların dövlət reyestrində qeydiyyata alınmasına həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim edilən **********60 reyestr nömrəli “Çıxarış”da adları (payları) qeyd olunan vətəndaşların (payçıların) notarial qaydada razılıq ərizələri təqdim edilməməsini, eyni zamanda sözügedən fərdi yaşayış evinin 0.1214 ha zəbt torpaq sahəsinin olmasını və qeyd olunan evin müəyyən hissəsinin həmin zəbt sahəsinə düşməsini müəyyən etdiyinə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən iddiaçının ərizənin icrasından imtina etmişdir.

67. Ona görə də, iddiaçı məhkəmə müdafiəsindən istifadə edərək hazırki iddianı qaldırmaqla 0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən 0.3883 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinə dair onun adına çıxarışın verilməsini xahiş etmişdir.

68. İddiaçının tələbinin faktiki əsasını o hallar təşkil etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 nömrəli qətnaməsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.4849 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsinə baxmayaraq, Ərazi İdarəsi qətnaməni icra edərkən icradan kənara çıxma halına yol verərək, mübahisəli torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı qeydiyyatını da ləğv etmişdir, yəni çıxarışı tam olaraq ləğv etmişdir. Halbuki, qətnamədə ev mübahisə predmeti olmamışdır. Cavabdeh orqan sözügedən qətnaməni yalnış icra edərək, yalnız torpaq sahəsinə dair (paylı mülkiyyət kimi qeyd etməklə) **********60 reyestr nömrəli çıxarış vermişdir. İddiaçı tərəf həmin vaxt cavabdeh orqana evin çıxarışda qeyd edilməməsinin mübahisəsini etmiş, 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən əvvəlcə torpaq sahəsinə dair çıxarış verilməli olmasını, ardınca isə İddiaçı evi onun mülkiyyəti kimi qeyd etməklə yeni çıxarış veriləcəyini vəd etdiyi üçün yalnız torpaq sahəsinə çıxarış verilməsi ilə razılaşmışlar. Sonradan isə 11 saylı Şəmkir Ərazi İdarəsi evə dair nə yeni çıxarış vermiş, nə də əvvəlki verdiyi çıxarışa düzəliş etməmişdir. İddiaçı tərəfin üçüncü şəxsə qarşı evdən çıxarılma tələbinin təmin olunmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır, lakin cavabdeh orqan evə dair hissədə çıxarışı ləğv etdiyi üçün icra şöbəsi həmin qətnaməni icra edilməyən məhkəmə qərarı kimi geri qaytarmış və əsas kimi qeyd etmişdir ki, sözügedən evə dair iddiaçının çıxarışı tam ləğv edilmişdir.

69. Cavabdeh orqan məhkəmə qətnaməsinin icrası nəticəsində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın tam ləğv olunma halını onunla əsaslandırmışdır ki, sözügedən qətnamədə İddiaçı verilmiş 22 iyul 2020-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməsinə əsasən “Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0.4849 ha torpaq sahəsinin 0.3883 ha hissədə İddiaçı, 0.0483 ha hissədə X15, 0.0483 ha hissəsində isə X10 payının müəyyən edilməsi” qət edilmişdir. Fərdi yaşayış evinin qeydiyyatı barədə məhkəmə qətnaməsində heç bir məlumat verilməmişdir. Fərdi yaşayış evinin qeydiyyatının aparılması üçün torpaq mülkiyyətçilərinin razılığı olmalıdır. Belə ki, tikilinin hansı torpaq payçısının mülkiyyətində olan ərazisinə düşdüyü müəyyən olunmayıb, naturada bölgü aparılmayıb və ərazidə mübahisəli hal var.

70. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilləri ilə razılaşan birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

71. Belə ki, iş materiallarında mövcud olan və mübahisəli evin hüquqi vəziyyətini müəyyən etməyə imkan verən sənədlərdən görünür ki, sözügedən ev X25 tərəfindən 1969-cu ildə inşa edilmişdir. Həmin evin yerləşdiyi Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən 0.58 ha həyətyanı torpaq sahəsi isə JN-496F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında X25, X13 və İddiaçı mülkiyyətinə verilmişdir. X25 xx.xx.2000-ci ildə vəfat etmiş və xx.xx.2012-ci il tarixli, 2v-03-1325 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri kimi X13 və İddiaçı Sulltan oğlu müəyyən edilməklə, onlar Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0.58 ha həyatyanı torpaq sahəsinin 1/3 hissəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 113.0 kv. m, köməkçi sahəsi 51.7 kv. m, ümumi sahəsi 164.7 kv. m olan Liter “A”, yaşayış sahəsi 101.0 kv. m, köməkçi sahəsi 72.4 kv. m, ümumi sahəsi 173.4 kv. m, olan Liter “B” və sahəsi 172.0 kv. m olan Liter “C” (əl damı-quş damı), sahəsi 24.0 kv m olan Liter “E” (hamam), sahəsi 11.8 kv. m olan Liter “Ç” (anbar), sahəsi 12.0 kv. m olan Liter “F” (ayaqyolu), sahəsi 167.0 kv. m olan qurğu İ (talvar), sahəsi 134.0 kv. m olan qurğu İİ (talvar), sahəsi 39.0 kv. m olan qurğu İİİ çardaq), sahəsi 123.0 kv. m olan qurğu İV (talvar), sahəsi 4.8 kv. m olan V (çardaq), sahəsi 21.5 kv.m olan qurğu Vİ (çardaq), sahəsi 1.8 kv. m olan qurğu Vİİ (ayaqyolu) olan fərdi yaşayış evindən irs almışlar. xx.xx.2012-ci il tarixdə miras payın bağışlanmasına dair müqaviləyə əsasən X13 mərhum X12 miras qalmış əmlakdan ona düşən payı İddiaçı bağışlamış və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə, evin yerləşdiyi 0,58 ha torpaq sahəsinin 2/3 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ, torpaq sahəsinin 1/3 hissəsində X4 mülkiyyət hüququ qeydə alınaraq, bu barədə RX Seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarış tərtib edilmişdir. Daha sonra X13 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və xx.xx.2020-ci il tarixli, 2v-223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri kimi X29 və İddiaçı müəyyən edilməklə, onlar Seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin X6 düşən hissəsindən hər biri ½ hissədə irs almışlar. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən isə X2 Şəvaim Məsim qızından qalmış miras payını İddiaçı bağışlamış və bununla da ünvan 2 ünvanında yerləşən 0.58 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra İddiaçı xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanda mülkiyyətində olan 0,58 ha torpaq sahəsindən 0,0951 hissəni X8 bağışlamış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.4849 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

72. Sonradan hazırkı iş üzrə üçüncü şəxslər və onların anası olan nümayəndələri Nümayəndə2 mübahisəli evə dair X7 ölümündən sonrakı bütün hüquqmüəyyənedici sənədləri məhkəmədə mübahisələndirmiş və məhkəmə qətnaməsi ilə (Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 nömrəli qətnaməsi) X4 vərəsəsi kimi X17 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2v-223 reyesrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X17 X3 qalmış miras payını İddiaçı bağışlamasına dair xx.xx.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, X3 miras qalmış Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, İsrafil Məmmədov küçəsi ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X23 və X28 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində X15, 0,0483 ha hissəsində isə X10 payının müəyyən edilməsi qət edilmiş, qalan hissədə isə iddia təmin edilməmişdir.

73. Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 nömrəli qətnaməsinə əsasən iddianın təmin edilməyən hissəsi –Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2v-03-1325 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin miras əmlak üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi, eləcə də X4 torpaq sahəsindəki və fərdi yaşayış evindəki payının İddiaçı bağışlanmasına dair Şəmkir rayonu 1 saylı notariat ofisində xx.xx.2012-ci il tarixində 3M-02-303 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbindən ibarət olmuşdur.

74. Yəni, mülki mübahisəyə baxan apellyasiya instansiya məhkəməsi mərhum X7 ölümündən sonra miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair hissədə iddianı təmin etməmişdir. Hansı ki, mərhum X7 ölümündən sonra miras qalmış əmlak 0.58 ha torpaq sahəsinin 1/3 hissəsi və onun üzərində yerləşən fərdi yaşayış evi olmuşdur. Həmin işə baxan məhkəmə yalnız X4 ölümündən sonra miras qalmış əmlaka dair verilmiş hüquqmüəyyənedici sənədləri ləğv etmiş və mərhum X11 X3 əvvəl ölməsi və onun övladlarının məhz X3 miras əmlakdan atalarına çatası paydan miras almaq hüquqlarının olması, habelə miras əmlakı faktiki qəbul etmələri halına istinad etmişdir.

75. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mübahisəli evlə bağlı məsələyə baxarkən X27 və övladlarının X7 ölümündən sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etmədikləri üçün onları X7 vərəsəsi hesab etməmiş, yalnız X4 ölümündən sonra miras qalmış əmlaka dair paylarını müəyyən etmişdir ki, həmin əmlak da 0.58 ha torpaq sahəsinin X6 məxsus 1/3 hissəsindən ibarət olmuşdur. Mübahisə olunan fərdi yaşayış evi isə X5 miras qalmış əmlak olduğuna görə sonuncunun ölümü ilə həmin ev və yerləşdiyi torpaq sahəsinin 1/3 hissəsi X13 və İddiaçı miras kimi mülkiyyətinə keçməklə, sonradan X1 Sultan Səməd oğlundan miras qalmış həmin evi və torpaq sahəsinin 1/3 hissəsini oğlu İddiaçı bağışlamış və mübahisə olunan ev İddiaçı mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır.

76. Bu səbəbdən də məhkəmə qətnaməsinin nəticə hissəsində də X4 vərəsəsi kimi X17 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2v223 reyestrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X17 X3 qalmış miras payını İddiaçı bağışlamasına dair xx.xx.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, X3 miras qalmış ünvan 7 ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X23 və X28 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində X15, 0,0483 ha hissəsində isə X10 payının müəyyən edilməsi qət edilmişdir.

77. Yəni, məhkəmə qətnaməsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair hissədə ləğv edilmişdir.

78. Bütün bunlara baxmayaraq, cavabdeh orqan həmin çıxarışı torpaq sahəsinə münasibətdə deyil, tam olaraq (yəni, fərdi yaşayış evinə münasibətdə də) ləğv etmiş, bununla da İddiaçı mübahisəli torpaq sahəsinin üzərində yerləşən 18 saylı evin üzərində mülkiyyət hüququna dair qeydiyyatı ləğv olunmuşdur.

79. Göründüyü kimi, işin yuxarıda sadalanan hallarını nəzərə almayan cavabdeh orqan tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməsi icra olunarkən icradan kənara çıxma halı olmuş və cavabdehin bu hərəkətləri qanunauyğun olmamışdır. Eyni zamanda, cavabdeh orqan torpaq sahəsinə dair yeni çıxarış verən zaman da evə dair qeydiyyat aparmamış, yalnız iddiaçı və üçüncü şəxslərin torpaq sahəsinin payları üzərində hüquqlarını qeydə almışdır.

80. Halbuki, Ərazi İdarəsi çıxarışı tam ləğv etdiyi halda daşınmaz əmlakın hüquqi vəziyyəti əvvəlki vəziyyətinə qayıtmalı idi. Yəni, Ərazi İdarəsi çıxarışın tam ləğvini həyata keçirdiyi halda belə, fərdi yaşayış evinin İddiaçı miras üzrə keçməsinə və bağışlanmasına dair sənədlər ləğv edilmədiyi üçün, həmin sənədlərin ləğvinə dair hissədə iddia rədd edildiyi üçün yeni çıxarış verərkən də sözügedən evi İddiaçı adına qeyd etməli (əvvəlki qeydiyyat hüquqi qüvvəsini almalı) idi. Çünki 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli reyestr qeydindən əvvəl mübahisəli əmlaka dair RX Seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli reyestr qeydi mövcud olmuşdur ki, həmin qeydlə də mübahisə olunan ev İddiaçı adına qeydə alınmışdır.

81. Məhkəmə kollegiyası cavabdehin sözügedən fərdi yaşayış evinin üzərində mübahisəli halın olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin mübahisəli halın yaranmasının əsasında məhz cavabdeh orqanın həmin qətnamənin icrası zamanı yol verdiyi nöqsanlı hərəkəti dayanır. Belə ki, işin yuxarıda qeyd olunan hallarına əsasən təsdiq olunur ki, həmin qətnamə icra olunanadək sözügedən ev İddiaçı adına qeydə alınmış və evlə bağlı tərəflər arasındakı mübahisə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1719/2021 nömrəli qətnaməsi ilə öz həllini tapmışdır. Lakin çıxarışın tam ləğvi həmin mübahisənin həllinə dair məhkəmə qətnaməsinin icrasını da mümkünsüz etmişdir. Belə ki, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsə də, evin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyatı ləğv edildiyindən Şəmkir rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, məhz cavabdeh orqanın qətnaməni icra edərkən qanunauyğun olmayan davranışı nəticəsində bu mübahisəli hal yaranmışdır.

82. Məhkəmə kollegiyası cavabdehin “sözügedən fərdi yaşayış evinin 0.1214 ha zəbt torpaq sahəsinin olması və qeyd olunan evin müəyyən hissəsinin həmin zəbt sahəsinə düşməsi” ilə bağlı dəlilinə münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan həmin evə dair hüquqları əvvəllər qeydə alarkən belə bir hala istinad etmədiyi halda, hazırda belə bir dəlili irəli sürməsi qanunauyğun sayıla bilməz. Belə ki, həmin qətnamə icra olunanadək sözügedən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Odur ki, cavabdehin hazırki halda qeyd olunan dəlilə istinad edərək onun müraciətinin təmin edilməsindən imtina etməsi qanunsuz hesab edilməlidir.

83. Bundan əlavə, məhkəmə kollegiyası üçüncü şəxslərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

84. Belə ki, apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən çıxarışda qeyd olunan torpaq sahəsində 2 ayrı fərdi yaşayış evinin olması, bunlardan birinin iddiaçıya, digərinin isə üçüncü şəxslərə məxsus olması, buna baxmayaraq iddiaçının bu iki evi ümumi sahəsi 338.1 kv.m olan bir ev kimi göstərərək çıxarış əldə etməsi qeyd edilmişdir.

85. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə bildirir ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməsində, eləcə də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1719/2021 nömrəli qətnaməsi və həmin qətnamədən verilmiş şikayət əsasında qəbul edilmiş digər məhkəmə aktlarında müəyyən edilmiş hallar hazırkı mübahisə üzrə preyudisial xarakter daşıyan hallar kimi qiymətləndirilməlidir.

86. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mübahisəli evlə bağlı məsələyə baxarkən xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməsində mübahisə olunan fərdi yaşayış evinin X5 miras qalmış əmlak olduğu və X11 və onun övladlarının (hazırki üçüncü şəxslərin) isə X7 vərəsəsi olmasının müəyyən edilmədiyi qənaətinə gəlmişdir.

87. Həmçinin qanuni qüvvəsini almış Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1719/2021 nömrəli qətnaməsi və həmin qətnamədən verilmiş şikayət əsasında qəbul edilmiş digər məhkəmə aktlarında cavabdehlərin (hazırki iş üzrə üçüncü şəxslər və onların nümayəndələrinin) mübahisəli mənzil üzərində hər hansı əşya hüququnun qeydə alınmadığına, eləcə də həmin şəxslərin iddiaçının ailə üzvləri sayılmadığına görə onların mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir.

88. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

90. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

91. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

92. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

93. Yuxarıda sadalanan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı qəbul edilmiş məhkəmə aktlarında müəyyən edilmiş hallar hazırkı mübahisə üzrə preyudisial xarakter daşıdığına görə apellyasiya şikayətinin dəlilləri əsassızdır.

94. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməməli və bu iş üzrə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır.

95. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-979/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar