Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-407/2025 09.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, «ikinci dərəcə əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1968/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin S00216906GHE nömrəli göndərişi əsasında qiymətləndirilmiş və nəticədə TSEK tərəfindən əlillik səviyyəsində hər hansı ağırlaşmalar və patofunsional pozuntular aşkar edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-T-26450/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq, ona xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən 2 il müddətinə (xx.xx.2024-cü il tarixinədək) orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi tarixdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün yeni göndəriş daxil olmuşdur. Göndərişə əsasən qeydiyyatda olduğu ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasına yaxınlaşmağı tövsiyə olunmuşdur. Daha sonra o, müraciətinə əsasən xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır.
İşdə olan sənədlər:
3. İddiaçı xx.xx.2014-cü il tarixdə 1 il müddətinə İİİ dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə İİİ dərəcə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir.
4. xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında əllik yenidən qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması-2014-cü ildən 2021-ci ilədək xəstənin stasionar yatışı qeyd olunmur. Köməkçi diaqnostik müayinə diaqnozun ağırlaşmasını təsdiq etmir. Ətraflı müayinə və stasionar müalicə tövsiyə olunur” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
5. xx.xx.2022-ci il tarixdə “Göndərişin natamam doldurulması”, xx.xx.2022-ci il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə isə “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
6. xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və İddiaçı 2 il müddətinə ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir.
7. Əlillik vəziyyətinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə aşağıda qeyd olunan diaqnozlar: - Əsas diaqnoz – E.10.7 - İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, ağır forma, tez-tez (sutkada 3-4 dəfə) baş verən hipoqlikemik hallarla; - Ağırlaşma – G63.2* – Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Dabetik polineyropatiya; - Ağırlaşma – E10.2 – İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə., diabetik nefropatiya, Xroniki böyrək xəstəliyi İ mərhələ; - Ağırlaşma – G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya, Diabetik ensefalopatiyasimptomatik epilepsiya, generalizə olunmuş tutmalarla; - Ağırlaşma – İ79.2* – Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası,İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu.Fasiləli axsama; - Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX. Gərginlik stenokardiyası FS İİ; - Yanaşı xəstəliklər – İ10 – Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİİ dərəcə; - Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX-Gərginlik stenokardiyası.FS.2; - Yanaşı xəstəliklər – M51.2 – Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Döş və bel şöbəsi fəqərəarası disklərinin yerdəyişməsi. Boyun, döş və bel şöbəsi fəqərəarası disklərinin dural kisə və sinir kökcüklərini sıxan çoxsaylı protruziyaları, L5-S1 diskində geniş əsaslı mərkəzi yırtıq; - Yanaşı xəstəliklər – N20.9 – Dəqiqləşdirilməmiş sidik daşları, Xroniki kalkulyoz pielonefrit; - Yanaşı xəstəliklər – M23.3 – Meniskin digər zədələnmələri, Sol diz menski yırtıgı grade İİİ; - Yanaşı xəstəliklər – E55.9 – D vitamininin dəqiqləşdirilməmiş çatmamazlığı, D vitamini çatışmazlığı; - Yanaşı xəstəliklər – E66.0 – Energetik resursların artıq miqdarda daxil olması, Piylənmə İ dərəcə(Çəkisi 96 kq, boyu 174 sm, bədən kütlə indeksi 31,7 kq/m2); - Yanaşı xəstəliklər – İ50 – Ürək çatmamazlığı, Ürək çatmamazlığı.(AF 42%); - Yanaşı xəstəliklər – H52.1 – Miopiya, OU-Miopiya.; - Yanaşı xəstəliklər – J41.0 – Sadə xroniki bronxit, Sadə xroniki bronxit qeyd edilmişdir.
8. İddiaçı əlillik vəziyyəti xx.xx.2024-cü il tarixli göndərişdəki diaqnozlar üzrə qiymətləndirilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.
9. xx.xx.2024-cü il tarixli göndərişdəki diaqnozlar üzrə İddiaçı xx.xx.2024-cü il tarixdə 17 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuş, aparılan instrumental və laborator müayinələr (transtorakal exokardioqrafiya, aşağı ətraf arteriyaların doppleroqrafiyası, göz müayinəsi və qanın biokimyəvi analizi) nəticəsində əlillik səviyyəsində hər hansı ağırlaşmalar və patofunsional pozuntular aşkar edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.
10. xx.xx.2024-cü il tarixli göndərişdən və xəstəlik tarixindən çıxarışlardan görünür ki, İddiaçı “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozu üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Qazax Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək X3, “Dəqiqləşdirilməmiş ensefalopatiya” diaqnozu üzrə xx.xx.2016-cı il tarixdə və xx.xx.2018-ci il tarixdə ATU X8, “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək F.Əfəndiyev adına 4 nömrəli Şəhər Xəstəxanasında, “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Ağstafa Rayon Mərkəzi Xəstəxanasında, “Xəstəliklərdə diabetik polinevropatiya (E10-E14+ümumi dördüncü. 4 işarəsi ilə) diaqnozu üzrə xx.xx.2021-ci il tarixdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında, “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Endokrinoloji Mərkəzində, xx.xx.2022-ci il tarixdə M.Topçubaşov adına X9, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ağstafa Rayon Mərkəzi Xəstəxanasında, “Diabetik retinopatiya (E10-E14+ümumi dördüncü. 3 işarəsi ilə) diaqnozu üzrə xx.xx.2022ci il tarixdə Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağstafa Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2024-cü il tarixdə isə Respublika Endokrinoloji Mərkəzində stasionar müalicədə olmuşdur.
11. Bakı şəhəri Baş Səhiyyə İdarəsi F.Əfəndiyev adına 4 nömrəli şəhər klinik xəstəxanasının xx.xx.2008-ci il tarixli 53a nömrəli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında İddiaçı barəsində diaqnoz - “Şəkərli diabet İ tip, orta ağır forma” kimi qeyd edilmişdir.
12. Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında xx.xx.2021- ci il tarixdə keçirilmiş müayinənin nəticəsi olaraq İddiaçı “Diabetik ensefalopatiya, simptomatik epilepsiya nadir generalizə olunmuş tonik-klonik tutmalarla (E10.4), Diabetik polineyropatiya (G63.2)” diaqnozu təyin edilmişdir.
13. Respublika Endokrinoloji Mərkəzin xx.xx.2022-ci il tarixli Epikrizində İddiaçı barəsində diaqnoz “İnsulindən asılı şəkərli diabet, tip 1. Çoxsaylı ağırlaşmalarla – E10.7” kimi qeyd edilmişdir.
14. X11 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 8603 nömrəli Tibbi rəyində İddiaçı barəsində diaqnoz - “OU qeyri-proliferativ diabetik retinopatiya (Vis OD 0,05 kor-3-0,2, Vis OS 0,05 kor-3=0,1 H36.0), zəif dərəcəli miopiya” kimi qeyd edilmişdir.
15. “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-24/2-733/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olan İddiaçı, Ağstafa RMX PHŞ-in psixiatrik kabinetində və xx.xx.2011-ci il tarixindən endokrinoloji kabinetində “E10.7 Şəkərli diabet İ tip ağır forma (insulindən asılı)” diaqnozu ilə qeydiyyatdadır.
16. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-4/2-8115/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı dair sonuncu dəfə dövlət tibb müəssisəsi tərəfindən S00216906GHE nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin əlillik hüququnun dəqiqləşdirilməsi məqsədilə yaşadığı ərazi üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması tövsiyə olunmuşdur. Bu səbəbdən vətəndaş xx.xx.2024-ci il tarixində 17 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Aparılan instrumental və laborator müayinələr (transtorakal exokardioqrafiya, aşağı ətraf arteriyaların doppleroqrafiyası, göz müayinəsi və qanın biokimyəvi analizi) nəticəsində əlillik səviyyəsində hər hansı ağırlaşmalar və patofunsional pozuntular aşkar edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
17. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, uzun müddət ərzində əziyyət çəkdiyi “insulindən asılı şəkərli diabet İ tip” əsas xəstəliyinin xroniki ağırlaşmaları (diabetik retinopatiya, hər iki aşağı ətrafda diabetik makroangiopatiya), eləcə də hədəf orqanlarının zədələnməsi ilə müşaiyət olunan “arterial hipertenziya” yanaşı xəstəliyi ilə əlaqədar AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2.3.1, 11.2.5.1, 2.1.1-ci bəndlərinə əsasən ona xx.xx.2024-cü il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17 ildən artıqdır - 2007-ci ilin iyul ayından başlayaraq gənc yaşlarından "şəkərli diabet" xəstəliyinin insulindən asılılıq yaradan İ tip, ağır formasından və həmin xəstəliyin çoxsaylı ağırlaşmalarından (XBT kodu E10.7) əziyyət çəkir. 25 iyul 2007-ci il tarixdən X5 poliklinika şöbəsində, 15 fevral 2010-cu il tarixdən Şəki Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində, 19 oktyabr 2011-ci il tarixdən isə Ağstafa Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində "şəkərli diabet, İ tip, ağır forma" diaqnozu ilə qeydiyyatda olmuş, "Şəkərli diabet"in ağırlaşmaları ilə əlaqədar dəfələrlə stasionar və ambulator qaydada müalicələr almışdır. Hər gün azı 5 dəfə ineksiya edilməklə ümumilikdə 80 vahid və daha artıq insulinlərin hesabına yaşaya bilir. Qanında olan çox yüksək şəkərliliyi (600 mq/dl və daha çox) aşağı salmaq üçün sutkada 2 (iki) dəfə uzun müddətli "insulatard", 3 (üç) dəfə "apidra" və yaxud "novorapid" markalı insulin ineksiyaları etmək məcburiyyətindədir. Tibbi göstəricilərə əsasən sutkada 60 vahiddən artıq insulin ineksiyaları edən və ağırlaşmaları olan şəxslər "şəkərli diabetin" ağır formasından əziyyət çəkən hesab edilir. Aclıq qan şəkəri mütəmadi olaraq 350 mg/dL-dən yüksək, qanımda qlikohemoqlobin səviyyəsi 8% və daha yüksək (norma 4-6) olur. Qanında c peptid səviyyəsi 0,01 ng/mL-dən də az (norma 0,74-3,18) olur. Bütün bunlar da insulin ineksiyaları etməzsə, hətta 1 sutka ərzində belə qanda olan yüksək qlükozahiperqlikemiya nəticəsində həyat üçün çox təhlükəli olan diabetik koma vəziyyətinə düşəcəyini, daimi olaraq çoxsaylı ineksiyalarından asılı olduğunu göstərir. Qanında şəkərin sürətlə qalxıb-enməsi nəticəsində sutkada 3-4 dəfə hipoqlikemik (qanda şəkərin kəskin şəkildə enməsi) vəziyyətlərinə düşür, bu da həyat üçün çox təhlükəli vəziyyətdir. Qanda şəkərin vəziyyətinə nəzarət elmək üçün hər gün azı 3 (üç) dəfə qlükometrlə şəkərini ölçmək məcburiyyətindədir. Uzun müddətdir ki, davam edən "şəkərli diabet" xəstəliyi ilə əlaqədar əlaqədar bir çox həyati orqanlarında (beynində, qan-damar və sinir sistemində, aşağı ətraflarında-ayaqlarında, gözlərində, ürəyində, böyrəklərində və s.) funksional pozuntularla müşayiət olunan çoxsaylı ağırlaşmalar (diabetik ensefalopatiya, angiopatiya, neyropatiya, retinopatiya, nefropatiya və s.) yaranmışdır. Ümumi halsızlıqdan, tez yorulmadan, sıxıcı baş ağrılarından və baş gicəllənmədən, tez-tez baş verən hipoqlikemik hallardan, huşunun itməsi ilə nəticələnən epileptik tutmalardan, yuxusuzluqdan, görmə qabiliyyətinin zəifləməsindən, hətta qısa məsafələrlə yürüşdən sonra və sakit vəziyyətdə belə ayaqlarında, baldırlarında ağrılardan, axsamadan, əl və ayaqlarında uyuşmadan, soyumadan və hissiyyatın azalmasından, ürək döyüntülərinin sayının çoxluğundan, təngnəfəslikdən, ürək bulanmadan, sidik ifrazatının pozulmasından, bütün onurğa boyu, döş sümüyünün arxasında və böyrək nahiyəsində ağrılardan, quru öskürəkdən əziyyət çəkir. Diabetik ensefalopatiya (beynində sinir hüceyrələrinin zədələnməsi ilə baş verən metabolik pozuntular) və intensiv hipoqlikemiyalar nəticəsində 13 ildən çoxdur ki, əziyyət çəkdiyi huşunun itməsi ilə nəticələnən generalizə olunmuş simptomatik epilepsiya tutmalarının qarşısını almaq üçün hər gün 2 (iki) dəfə (səhər və axşam) ümumilikdə 400 mq həcmində tutmalar əlehinə preparat "finlipsal" (karbamezapin) dərmanı qəbul etmək məcburiyyətindədir. "Şəkərli diabet"lə birlikdə bir çox bir sıra əlavə yanaşı ağır xəstəliklərdən- arterial hipertenziya İİİ mərhələ (180/110 mm/cv.süt), gərginlik stenokardiyası İİ FS, ürək çatışmazlığı, sinus taxikardiyası, xroniki kalkulyoz pielenefrit, boyun, döş və bel şöbəsi fəqərəarası disklərinin dural kisə və sinir kökcüklərini sıxan çoxsaylı (8 ədəd) protruziyaları və fokal qabarmaları, L5-S1 diskinin geniş əsaslı yırtığı, d vitamini çatışmazlığı, miopiya, xroniki bronxit və s. əziyyət çəkir. 10 ildən artıqdır ki, əziyyət çəkdiyi "arterial hipertenziya" xəstəliyi ilə əlaqədar qan təzyiqinin yüksəlməsinin qarşısını almaq üçün daimi olaraq hər gün 10 mq həcmində "Amlokard", ürək döyüntülərinin sayının (nəbzi dəqiqədə 115-120 olur) azaldılması üçün 5 mq həcmində "Nebilet" dərmanı qəbul etmək, sutkada azı 2 dəfə qan təzyiqini və ürək döyüntülərinin sayını yoxlamaq məcburiyyətindədir. "Arterial hipertenziya" xəstəliyi "şəkərli diabet"lə birlikdə müxtəlif həyati orqanlarını (ürəyini, böyrəklərini, gözlərini) zədələmişdir. Mütəmadi kurs müalicələrə ciddi ehtiyacı vardır. "Şəkərli diabet" xəstəliyi, ağırlaşmaları ilə əlaqədar pəhriz-qidalanma, istirahət və yuxu rejiminə ciddi riayət etmək məcburiyyətindədir. 15 sentyabr 2014-cü il tarixdə "şəkərli diabet, İ tip" xəstəliyi və ağırlaşmaları ilə əlaqədar ona İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir, 16 sentyabr 2015-cü il tarixdə ona təkrarən İİİ qrup əlillik təyin edilmiş, 16 sentyabr 2016-cı il tarixdə qanunvericiliyin tələblərinə əsasən əlilliyi 5 (beş) il müddətinə uzadılmışdır. 2021-ci ildə təkrar əlillik müddəti bitdikdən sonra bir neçə dəfə barəsində göndərilmiş çoxsaylı elektron tibbi göndərişlərə "natamam doldurulmuşdur", "əlavə stasionar müalicəyə ehtiyacı vardır" kimi şablon, formal və həqiqətə uyğun olmayan bəhanələrlə imtina cavabları verilmişdir. 19 avqust 2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X6 tibbi-sosial ekspert komissiyasında əyani müayinədən keçirilmiş və ona 2 il müddətinə-31 avqust 2024-cü il tarixədək ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir. 2022- 2024-cü illərdə də əvvəllər olduğu kimi "şəkərli diabet" xəstəliyinin kəskin və xroniki ağırlaşmaları ilə əlaqədar dəfələrlə ambulator və stasionar müalicələrdə olmuşdur. Təkrar əlillik təyin edilməsi üçün bütün zəruri instrumental (UZİ, doppleroqrafiya, ensefaloqrafiya, eletrokardioqramma, exokardioqrafiya, rentgen, MRT) və labarator (qanın ümumi, hormonal, biokimyəvi və sidiyin ümumi analizləri, qan və sidikdə şəkər) müayinələrdən keçmişdir. Çoxsaylı ixtisaslı həkimlər tərəfindən (endokrinoloq, oftalmoloq, nevropatoloq, cərrah, nefroloq, terapevt, kardioloq) müayinə olunmuşdur. Qoyulmuş diaqnozlar 11 iyul 2024-cü il tarixdə Respublika Endokrinoloji Mərkəzinin tibbi rəyi ilə bir daha təsdiqlənmişdir. Təkrar əlillik təyinatına göndəriş verilməsi üçün 09 avqust 2024-cü il tarixdə Qazax Mərkəzi rayon xəstəxanasında həkim məsləhət komissiyasından keçmişdir. 11 sentyabr 2024-cü il tarixdə təkrar əlillik təyinatı üçün Qazax MRX tərəfindən elektron sistemə barəsində S00216906GHE nömrəli göndəriş daxil edilmişdir. Həmin göndərişdə barəsindəki diaqnoz " Əsas xəstəlik: İnsulindən asılı şəkərli diabet, İ tip, ağır forma, tez-tez (sutkada 3-4 dəfə) baş verən hipoqlikemik hallarla, çoxsaylı ağırlaşmalarla (E10.7), əsas xəstəliyin ağırlaşmalarıböyrəklərin zədələnməsi ilə diabetik nefropatiya, xroniki böyrək xəstəliyi İ mərhələ (E10.2); diabetik qeyri-proliferativ retinopatiya (Vis OD 0,05 kor-3=0,2, Vis OS 0,05 kor-3=0,1 E 10.3); diabetik polineyropatiya (E10.4), hər iki aşağı ətrafın diabetik angiopatiyası, İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu, fasiləli axsama (E10.5, İ70.2, İ73.9), diabetik ensefalopatiya, simptomatik epilepsiya generalizə olunmuş tonikklonik tutmalarla (G93.4), yanaşı xəstəliklər "Essensial hipertenziya İİİ dərəcə (İ10), Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası FS 2 (İ20.8); Ürək çatmamazlığı (İ50); Epilepsiya (G40), D vitamini çatışmazlığı (E55.9); Piylənmə İ dərəcə-çəki 96 kq, boy 174 sm, BKİ 31,7 kq/m2 (E66.0), Miopiya (H52.1); Boyun, döş və bel şöbəsi fəqərəarası disklərinin dural kisə və sinir kökcüklərini sıxan çoxsaylı protruziyaları, L5-S1 diskində geniş əsaslı mərkəzi yırtıq (M50.2, M51.2, G55.1); sadə xroniki bronxit (J41.0), sol dizdə medial meniskin ön və arxa buynuzunda Grade İİİ dərəcəli yırtığı (M23.3)" olmuşdur. S00216906GHE №-li göndərişdə barəsindəki anamnestik, tibbi anket məlumatlarına, barəsində instrumental, labarator və müxtəlif ixtisaslı həkim müayinələrinin nəticələrinə əsasən X2 (10-cu baxış) və müvafiq kodlaşmaya uyğun olaraq əziyyət çəkdiyi əsas xəstəliyi və həmin xəstəliyin ağırlaşmaları, yanaşı xəstəlikləri, əsas xəstəliyinin başlanma tarixi, kliniki gedişi, şikayətləri, müalicə aldığı müəssisələr, gündəlik və daimi olaraq aldığı ambulator tibbi yardım, TSEK-ə göndəriş zamanı vəziyyəti ətraflı, obyektiv və dəqiqliklə göstərilmişdir. Həmin gün qeyd edilən göndərişə "imtina edilib. Şəxsin əlillik statusunun operativ şəkildə müəyyənləşdirilməsi məqsədi ilə yaşadığı yer üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zəruridir" cavabı verilmişdir. 13 sentyabr 2024-cü ildə təkrar əlillik təyinatı üçün bütün zəruri tibbi sənədləri (tibbi rəylərin, xəstəlik tarixlərindən çıxarışların surətləri) 17.№-li Tibbi-sosial ekspert komissiyasından (TSEK) elektron sənəd dövriyyəsi alt sisteminə (ESDAS) daxil edilməklə Agentliyin Mərkəzi tibbi sosial ekspert komissiyasına göndərilmişdir. 17№-li TSEK-dən ona bildirilmişdir ki, nisbətən yüksək pensiya alan hərbi və dövlət qulluqçularının əlillik təyinatı yalnız Mərkəzi tibbi sosial ekspert komissiyasında əyani müayinə əsasında aparılır, həmin quruma getməlidir. 23 sentyabr 2024-cüi il tarixdə 17№-li TSEK-in tövsiyəsi əsasında Agentliyin Mərkəzi tibbi sosial ekspert komissiyasında əyani müayinələrdən keçirilmiş, lakin həmin gün müayinələrin nəticələrinə dair ona heç bir tibbi və rəsmi sənəd təqdim edilməmiş, nəticə elan edilməmişdir, yekun qərarın 15 iş günü ərzində qəbul olunacağı və elektron sistemə daxil ediləcəyi bildirilmişdir. Əyani müayinənin nəticəsi üzrə hansı qərarın qəbul edilməsi barədə elektron müraciətlərinə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 04 oktyabr 2024-cü il tarixli 3-17-4/2-T- 26450/2024№2-li məktubu ilə "xx.xx.2024-cü il tarixdə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətinzidə əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır " cavabı verilmiş, həmin cavab yalnız 18 oktyabr 2024-cü il tarixdə Elektron ünvan e-Mail ünvanına göndərilmişdir. 11 oktyabr 2024-cü il tarixdə "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidmətində "İmtina edilib. Diaqnoz əlillik əlaməti təyin etmir" cavabı yerləşdirilmişdir. Mərkəzi tibbi-sosial ekspert komissiyasının barəsində aparılmış 23 sentyabr 2024-cü il tarixli, xxxxxxx0017.№-li əyani müayinə protokolu üzrə əlillikdən imtina haqqında qərarını aşağıdakılara əsasən qanunsuz, əsassız və ədalətsiz hesab edir. "Şəkərli diabet" və onun ağırlaşmaları ilə əlaqədar 2008-ci il sentyabrın 4-dən 26-na qədər F.Əfəndiyev adına 4№-li Bakı şəhər xəstəxanasında, 2014- cü il avqustun 12- dən sentyabrın 2-nə qədər X4, 2021ci il martın 4-dən 26-na və iyulun 28-dən avqustun 5-nə qədər Ağstafa Mərkəzi Rayon Xəstəxanasında, 2022-ci il yanvarın 10-dan 24-nə qədər Respublika Endokrinoloji Mərkəzində, 2022-ci il martın 2-dən 11-nə qədər və 2023-cü il aprelin 6-dan 15-nə qədər Ağstafa Mərkəzi Rayon Xəstəxanasında stasionar müayinə və müalicələrdə olmuşdur. Son 1(bir ) il ərzində 11-21 dekabr 2023-cü il tarixlərində 10 gün, 25 aprel-6 may 2024-cü il tarixlərində 11 gün, 18-29 iyul 2024-cü il tarixlərində 11 gün Ağstafa Mərkəzi Rayon Xəstəxanasında stasionar müayinə və müalicələrdə olmuşdur. Bundan başqa "şəkərli diabet"in çoxsaylı xroniki ağırlaşmaları ilə əlaqədar əvvəllər olduğu kimi mütəmadi olaraq müxtəlif ixtisaslı həkimlərin ambulator qəbullarında olmuş, çoxsaylı dərman həbləri, ineksiya və infuziyalardan- sistemlərdən ibarət (Aktovegin, Trental, Tioqamma, Tiaktodar, Pirasetam, Pantoqam, Kardio-maqnil, Visan, Nitroksalin, Kanefron, Seftraksion, Esensial, Natrium- Bikarbonat, müxtəlif vitamin və mineral kompleksləri və s.) kurs müalicələr almışdır. Belə ki, yaşadığı və dispanser qeydiyyatında olduğu Ağstafa Mərkəzi Rayon Xəstəxanasında 21 sentyabr 2023-cü il, 08 fevral 2024-cü il, 12 mart 2024-cü il, 31 may 2024-cü il, 20 avqust 2024-cü il, 18 sentyabr 2024-cü il tarixlərində endokrinoloqun, 25 yanvar 2024-cü il, 22 fevral 2024-cü il, 28 iyun 2024-cü il tarixlərində nevropatoloqun, 29 mart 2024-cü il tarixində nefroloqun ambulator qəbullarında olmuşdur. Əsas xəstəliyi- "şəkərli diabet" və onun ağırlaşmaları yerli xəstəxanalarla yanaşı respublikanın mərkəzi səhiyyə müəssisələrinin ixtisaslı həkim komissiyalarının rəyləri ilə də təsdiqlənmişdir. Respublika Endokrinoloji Mərkəzinin 11 iyul 2024-cü il tarixli, 2690004AAZ2№-li rəyində ona "Şəkərli diabet, İ tip, çoxsaylı ağırlaşmalarla (E10.7), diabetik polineyropatiya (G63.2), periferik qan dövranı pozğunluğu ilə diabetik angiopatiya, hər iki aşağı ətrafın İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu, fasiləli axsama (170.2), diabetik qeyri-proliferativ retinopatiya (Vis OD 0,05 kor-3=0,2, Vis OS 0,05 kor-3=0,1 H36.0); diabetik ensefalopatiya (G93.4), xroniki böyrək xəstəliyi İ mərhələ (N18); Yanaşı: Simptomatik epilepsiya generalizə olunmuş tutmalarla (G40), Arterial hipertoniya İİ dərəcə (İ11), Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası FS 2 (İ20.8); D vitamini çatışmazlığı (E55.9); Miopiya (H52.1), Piylənmə İ dərəcə - çəki 96 kq, boy 174 sm, BKİ 31,7 kq/m2 (E66.0), Hiperxolestrinemiya (E78)" diaqnozu qoyulmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında 07 sentyabr 2021-ci il tarixdə keçirilmiş müayinənin nəticəsi olaraq (Ambulator kitabça №-si 38445) ona "Diabetik ensefalopatiya, simptomatik epilepsiya nadir generalizə olunmuş tonik-klonik tutmalarla (E10.4), Diabetik polineyropatiya (G63.2)" diaqnozu qoyulmuşdur. Akademik M.A.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 027№-li rəyi ilə ona "Aşağı ətrafların diabetik angiopatiyası, İİ dərəcəli xroniki işemiyası (179.2), aşağı ətrafların diabetik polineyropatiyası (G62.2)" diaqnozu qoyulmuşdur. Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 30 avqust 2022-ci il tarixli, 8603 №-li tibbi rəyi ilə ona " OU qeyri-proliferativ diabetik retinopatiya (Vis OD 0,05 kor-3=0,2, Vis OS 0,05 kor-3=0,1 H36.0), zəif dərəcəli miopiya" diaqnozu qoyulmuşdur. 17 ildən artıq müddətdə gənc yaşlarından "şəkərli diabet" xəstəliyinin insulindən asılılıq yaradan İ tip, ağır formasından əziyyət çəkməyi, daimi çoxsaylı insulin ineksiyalarına möhtac olmağı, sutka ərzində bir neçə dəfə təkrarlanan hipoqlikemik vəziyyətlər, "şəkərli diabet"in çoxsaylı kəskin və xroniki ağırlaşmaları ilə əlaqədar müxtəlif həyati orqanlarında (beynində, sinir sistemində, gözlərində, aşağı ətraflarında, ürəyində, böyrəklərində və s.) funsional pozuntulara səbəb olan patoloji dəyişikliklər (diabetik ensefalopatiya, angiopatiya, neyropatiya, retinopatiya, nefropatiya və s.), eləcə də şəkərli diabet"lə əlaqədar qazandığı yanaşı xəstəliklər (arterial hipertoniya, stenokardiya, simptomatik epilepsiya, fəqərə yırtığı və protruziyaları və s.) nəticəsində həyat fəaliyyəti (sosial uyğunlaşma, hərəkətetmə, istiqamət seçmə və s.) və əmək qabiliyyəti kəskin şəkildə məhdudlaşmışdır. Mütəmadi ambulator və stasionar müalicə tədbirlərinə baxmayaraq "şəkərli diabet İ tip" kimi ağır xroniki xəstəliyinin uzun müddət davam etməsi, "diabetik staj"ının və yaşının artması, əlavə yanaşı xəstəliklər qazanmağı ilə əlaqədar olaraq onun cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan, əmək fəaliyyəti ilə sərbəst məşğul olmağına məhdudiyyətlər, əngəllər yaradan həmin xəstəliklərin orqanizmində yaratdığı çoxsaylı sabit və xroniki pozuntular, ağırlaşmalar nəinki aradan qalxmışdır, əksinə pisləşməkdə davam etməkdədir. Hazırda da ağır xroniki xəstəliyi səbəbindən ixtisasına uyğun olaraq işləməkdə çətinlik çəkir, heç bir yerdə işləmir. Sadaladığı faktlardan, normativ hüquqi aktlardan da görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X6 tibbi-sosial ekspert komissiyası əlillik verilməsindən imtina haqqında qərarını tibbi normativlərə, qanunvericiliyin tələblərinə uyğun şəkildə mötəbər sübutlarla və konkret faktlarla əsaslandıra bilməmişdir, diaqnozun hansı səbəbdən əlilliyə əsas vermədiyini, əlillik təyininə əsas verən hansı ağırlaşmaların və patofunksional dəyişikliklərin aşkarlanmadığını, hansı diaqnostik məlumatlara və həkim müayinələrinə əsasən belə qərar qəbul etməsini izah etməmişdir, öz qərarında yalnız həqiqətdən uzaq ümumi, formal, şablon söz və ifadələrdən istifadə etmişdir. Həmin qərar qüvvədə olan əlilliyin təyinatı meyarları, hazırki vəziyyəti, respublikanın ixtisaslaşmış mərkəzi səhiyyə müəssisələrinin (Respublika Endokrinoloji Mərkəzi; Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Akademik M.A.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzi, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi) həkim komissiyalarının tibbi rəyləri ilə kəskin ziddiyyət təşkil edir. Eyni zamanda "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.1, 2.3-cü bəndlərinin tələbləri, "adsızlaşdırma" prinsipi, əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini müəyyən etməyə imkan verən məlumatlar pozulmaqla tibbi-sosial ekspert komissiyalarına göndərişlər elektron sistemə daxil edilən anda nisbətən yükək pensiya aldıqlarına görə hərbi və dövlət qulluqçularının hamısının əlillik təyinatı üçün əyani müayinəyə çağırılması, onların əlilliyinin tibbi-sosial ekspert komissiyalarına göndərişlərdəki məlumatlara heç bir əhəmiyyət verilmədən aparılması özü də qeyri-obyektivliyin, müxtəlif bəhanələrlə həmin şəxslərin əksəriyyətinin əlillik statusu almasına maneələrin və süni əngəllərin yaradılmasının göstəricisidir. Mərkəzi tibbi sosial ekspert komissiyasının barəsində təkrar əlillik təyinatından imtina qərarı özünün 29 avqust 2022-ci ildə əyani müayinə keçirib xx.xx.2022-ci il tarixli 187№-li qərarla təsdiqlənmiş yeni " Əlilliyin müəyyən olunması meyarları"na əsasən ona İİİ dərəcə əlillik təyin etməsi ilə də ziddiyyət təşkil edir. Mərkəzi tibbi sosial ekspert komissiyasının mövqeyindən belə anlaşılır ki, 2022-ci ildə əyani müayinə zamanı "şəkərli diabet İ tip" xəstəliyinin ağırlaşmaları barəsində əlillik təyininə əsas versə də, həmin xəstəliyinin və ağırlaşmaların daha da pisləşməkdə davam etməsinə, bu müddətdə diabetlə əlaqədar əlavə yanaşı xəstəliklər qazanmağına, "diabetik staj"ının və yaşının artmasına baxmayaraq, iki il sonra hazırki vəziyyəti eyni əlillik meyarlarına əsasən guya haqqında təkrar əlillik təyinatına əsas vermir. Bu faktın özü barəsində təkrar əlillik təyinatından imtina qərarının qeyri-obyektivliyini, əsassızlığını təsdiqləyir. Barəsində əlillik təyinatından imtina haqqında qərar qəbul edilərkən uzun illər ərzində əziyyət çəkdiyi xüsusi nəzarət, diqqət tələb edən "şəkərli diabet İ tip" əsas xəstəliyinin özü, klinik gedişinin ağırlığı, daimi olaraq hər gün intensiv çoxsaylı insulin ineksiyalarına möhtac olmağı, sutkada bir neçə dəfə təkrarlanan hipoqlikemik vəziyyətlərə düşməyi, hədəf orqanlarının zədələnməsi ilə müşayiət olunan "arterial hipertenziya" yanaşı xəstəliyi, hər gün bir neçə də dəfə qanında şəkərliliyin səviyyəsini və arterial təzyiqini ölçmək məcburiyyətində qalmağı, pəhriz-qidalanma, istirahət və yuxu rejiminə ciddi riayət etməyə məcbur olmağı, digər yanaşı xəstəlikləri, mütəmadi olaraq ixtisaslı müayinə və müalicə tədbirlərinə ciddi ehtiyacının olması, qeyd etdiyi halların həyat fəaliyyətini və əmək qabilyyətini kəskin məhdudlaşdırması, ümumiyyətlə nəzərə alınmamışdır. Qanunsuz və əsassız şəkildə əlillik statusundan məhrum edilməklə yeganə dolanacaq mənbəyi olan əmək pensiyasından məhrum edilmiş, maddi məhrumiyyətlərə düçar edilmişdir. O, yalnız həmin pensiyanın hesabına ərzaq, geyim, dərman, kommunal (qaz, elektrik enerjisi, telefon, internet) xərclərini ödəyə bilirdi. Əlil statusunu itirdiyi üçün o, həm də diabetik ensefalopatiyanın fəsadı olan simptomatik epilepsiya tutmalarının qarşısını almaq üçün qəbul etməyə məcbur olduğu "finlipsal" (karbamezapin) dərmanı ilə dövlət hesabına təmin olunmaqdan məhrum olunmuşdur, həmin dərmanı aptekdən almaq mümkün deyildir. Eyni zamanda "şəkərli diabet"in ağırlaşmalarına görə mütəmadi qəbul etməyə məcbur olduğu digər imtiyazlı dərmanların (tioqamma, aktovegin, trental, esensial və s.) təminatından da məhrum edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 406 №-li qərarına əsasən insulin və şəkərsalıcı həblər istisna olunmaqla "şəkərli diabet"in ağırlaşmalarına görə imtiyazlı dərmanlar, o cümlədən epilepsiya əlehinə "finlipsal" (karbamezapin) tableti yalnız əlilliyi olan şəxslərə verilir. Əlillik statusundan əsassız şəkildə məhrum edilməklə beynəlxalq və milli qanunvericilikdə əlillər üçün nəzərdə tutulmuş güzəştli əmək şəraiti (qısaldılmış iş vaxtı, daha uzun məzuniyyət, əlverişli şəraitdə işləmək və s.), sanatoriya müalicəsi və digər imtiyazlardan da məhrum edilmişdir. Heç bir qazancı, gəliri dolanma mənbəyi olmadığına görə ağır xəstəlikdən əziyyət çəkdiyi, həyat fəaliyyəti və əmək qabiliyyəti kəskin məhdudlaşdığı halda sağlam insanlar kimi istənilən iş şəraitində işləməyə məcbur edilir. Əsassız şəkildə yaradılmış bütün bu məhrumiyyətlər isə səhhətindəki ağırlaşmaların daha da pisləşməsinə, fiziki və mənəvi cəhətdən daha artıq əzab-əziyyət çəkməyinə, həyat müddətinin daha da qısalmasına səbəb olur. Göründüyü kimi barəsində əlillikdən imtina haqqında qərar qanunsuz və əsaslandırılmamış şəkildə çıxarılmaqla yanaşı, həm də dövlətin prioritet hesab etdiyi sosial siyasətə zidd olan, antihumanist və ədalətsiz bir hərəkətdir.
19. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etiraz dəlillərində qeyd olunur ki, Stenokardiyanın digər formaları, ÜİX. Gərginlik stenokardiyası FS İİ. Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə), Diabetik qeyri-proliferativ retinopatiya. Vis OD 0,05 kor. -3= 0.2(onda iki), Vis OS 0,05 kor. -3= 0.1(onda bir).Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİİ dərəcə.Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Dabetik polineyropatiya.Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Döş və bel şöbəsi fəqərəarası disklərinin yerdəyişməsi. Boyun, döş və bel şöbəsi fəqərəarası disklərinin dural kisə və sinir kökcüklərini sıxan çoxsaylı protruziyaları, L5-S1 diskində geniş əsaslı mərkəzi yırtıq. İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, ağır forma, tez-tez (sutkada 3-4 dəfə) baş verən hipoqlikemik hallarla. İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnmısi ilə., diabetik nefropatiya,Xroniki böyrək xəstəliyi İ mərhələ, Energetik resursların artıq miqdarda daxil olması, Piylənmə İ dərəcə (Çəkisi 96 kq, boyu 174 sm, bədən kütlə indeksi 31,7 kq/m2). Ürək çatmamazlığı, Ürək çatmamazlığı. (AF 42%). Miopiya, OU-Miopiya. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası, İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu.Fasiləli axsama. Diaqnozu forma 88 vasitəsilə göndərilmişdir. Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır. Bu hallar iddiaçıda öz əksini tapmadığından, şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilmədiyindən E14 xəstəliyi iddiaçıda öz əksini tapmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar.
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1968/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
21. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz olan “E.10.7” XBT kodlu xəstəliyin ağırlaşmaları “H36.0* – Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə), Diabetik retinopatiya, Vis OU =0.05 kor. -3OD=0.2 (onda iki)”, “İ79.2* – Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası,İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu.Fasiləli axsama”, Yanaşı xəstəlik olan – İ10 – Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİİ dərəcə xəstəlikləri orqanizminin funksiyalarının pozulması faizi 65-80% aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən xüsusi bilik tələb edilən sahədə iddiaya özü qiymət vermiş və iş üzrə ekspertiza təyin etməmişdir. Hazırkı kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, orqanizmin funksiyalarının pozulması faizi ekspert tərəfindən müəyyən edilməlidir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almamış, özü qərarında orqanizmin funksiyalarının pozulması faizini müəyyən etmişdir. Halbuki iş üzrə ekspertiza keçirilməli idi. Ümumiyyətlə birinci instansiya məhkəməsi işə baxarkən orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmiş, iddiaçının əyani müayinəyə cəlb etməmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
26. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, 18 ilə yaxındır xəstəlikdən əziyyət çəkir və müxtəlif xəstəxanalarda müalicə və müayinə olunmuşdur. İş materiallarına əlavə edilmiş göndərişlərdə qeyd olunan diaqnozlardan da görünür ki, həmin diaqnozlar əlillik təyinatına əsas verir.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları Qeyd: Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır. 11.2. Şəkərli diabet - E10-E14 Qeyd: Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. 11.2.1. insulindən asılı şəkərli diabet - E10 11.2.3. diabetik retinopatiya - H36.0* 11.2.3.2. diabetik retinopatiya qeyriproliferativ və ya preproliferativ və ya terminal (gözün ön kamerasının küncünün neovaskulyarizasiyası, ikincili rubeoz qlaukomanın əmələ gəlməsi ilə nəticələnən; torlu qişanın ayrılmasına səbəb olan traksion sindromlu vitreoretinal şvartların əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,05-ə qədər olması ilə və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu - 65-80% - 2 il 11.2.5. diabetik periferik angiopatiya - İ79.2* 11.2.5.2. diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ İİİ mərhələ - 80% - 2 il
2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd: Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.1. Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər - İ10-İ15 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il
29. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
31. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. İşin hallarından məlum olur ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə İİİ dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə İİİ dərəcə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmiş, əlilliyi xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - 2014-cü ildən 2021-ci ilədək xəstənin stasionar yatışı qeyd olunmur. Köməkçi diaqnostik müayinə diaqnozun ağırlaşmasını təsdiq etmir. Ətraflı müayinə və stasionar müalicə tövsiyə olunur” səbəbindən əlillik təyinatından imtina edilmiş, əlilliyi növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilərək xx.xx.2022-ci il tarixdə “Göndərişin natamam doldurulması”, xx.xx.2022-ci il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə isə “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmiş, daha sonra əlilliyi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona 2 il müddətinə ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir.
34. İddiaçının əlillik vəziyyəti növbəti dəfə tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişində qeyd edilmiş “- Əsas diaqnoz – E.10.7 - İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, ağır forma, tez-tez (sutkada 3-4 dəfə) baş verən hipoqlikemik hallarla; - Ağırlaşma – G63.2* – Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Dabetik polineyropatiya; - Ağırlaşma – E10.2 – İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə., diabetik nefropatiya, Xroniki böyrək xəstəliyi İ mərhələ; - Ağırlaşma – G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya, Diabetik ensefalopatiyasimptomatik epilepsiya, generalizə olunmuş tutmalarla; - Ağırlaşma – İ79.2* – Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası,İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu.Fasiləli axsama; - Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX. Gərginlik stenokardiyası FS İİ; - Yanaşı xəstəliklər – İ10 – Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİİ dərəcə; - Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX- Gərginlik stenokardiyası.FS.2; - Yanaşı xəstəliklər – M51.2 – Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Döş və bel şöbəsi fəqərəarası disklərinin yerdəyişməsi. Boyun, döş və bel şöbəsi fəqərəarası disklərinin dural kisə və sinir kökcüklərini sıxan çoxsaylı protruziyaları, L5-S1 diskində geniş əsaslı mərkəzi yırtıq; - Yanaşı xəstəliklər – N20.9 – Dəqiqləşdirilməmiş sidik daşları, Xroniki kalkulyoz pielonefrit; - Yanaşı xəstəliklər – M23.3 – Meniskin digər zədələnmələri, Sol diz menski yırtıgı grade İİİ; - Yanaşı xəstəliklər – E55.9 – D vitamininin dəqiqləşdirilməmiş çatmamazlığı, D vitamini çatışmazlığı; - Yanaşı xəstəliklər – E66.0 – Energetik resursların artıq miqdarda daxil olması, Piylənmə İ dərəcə(Çəkisi 96 kq, boyu 174 sm, bədən kütlə indeksi 31,7 kq/m2); - Yanaşı xəstəliklər – İ50 – Ürək çatmamazlığı, Ürək çatmamazlığı.(AF 42%); - Yanaşı xəstəliklər – H52.1 – Miopiya, OU-Miopiya.; - Yanaşı xəstəliklər – J41.0 – Sadə xroniki bronxit, Sadə xroniki bronxit.” diaqnozlar üzrə xx.xx.2024-cü il tarixdə 17 nömrəli Tibbisosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuş, aparılan instrumental və laborator müayinələr (transtorakal exokardioqrafiya, aşağı ətraf arteriyaların doppleroqrafiyası, göz müayinəsi və qanın biokimyəvi analizi) nəticəsində əlillik səviyyəsində hər hansı ağırlaşmalar və patofunsional pozuntular aşkar edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.
35. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-T-26450/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq, ona xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən 2 il müddətinə (xx.xx.2024-cü il tarixinədək) orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi tarixdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün yeni göndəriş daxil olmuşdur. Göndərişə əsasən qeydiyyatda olduğu ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasına yaxınlaşmağı tövsiyə olunmuşdur. Daha sonra o, müraciətinə əsasən xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır.
36. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, xx.xx.2024-cü il tarixli göndərişdə qeyd edilmiş diaqnozlardan “E.10.7” XBT kodlu xəstəliyin ağırlaşmaları “H36.0* – Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə), Diabetik retinopatiya, Vis OU =0.05 kor. -3OD=0.2 (onda iki)”, “İ79.2* – Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası,İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu. Fasiləli axsama”, Yanaşı xəstəlik olan – İ10 – Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİİ dərəcə” diaqnozları iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar ona 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
38. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:
11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları 11.2. Şəkərli diabet - E10-E14 11.2.1. insulindən asılı şəkərli diabet - E10 11.2.3. diabetik retinopatiya - H36.0* 11.2.3.2. diabetik retinopatiya qeyriproliferativ və ya preproliferativ və ya terminal (gözün ön kamerasının küncünün neovaskulyarizasiyası, ikincili rubeoz qlaukomanın əmələ gəlməsi ilə nəticələnən; torlu qişanın ayrılmasına səbəb olan traksion sindromlu vitreoretinal şvartların əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,05-ə qədər olması ilə və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu - 65-80% - 2 il 11.2.5. diabetik periferik angiopatiya - İ79.2* 11.2.5.2. diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ İİİ mərhələ - 80% - 2 il
2. Qan dövranı sisteminin xəstəlikləri 2.1. Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər - İ10-İ15 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il
39. “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-24/2-733/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olan İddiaçı, Ağstafa RMX PHŞ-in psixiatrik kabinetində və xx.xx.2011-ci il tarixindən endokrinoloji kabinetində “E10.7 Şəkərli diabet İ tip ağır forma (insulindən asılı)” diaqnozu ilə qeydiyyatdadır.
40. Apellyasiya şikayətinin dəlili diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilibedilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsidir.
41. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
42. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
44. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
45. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
46. Bundan başqa, apellyasiya şikayətində birinci instansiya məhkəməsində araşdırma zamanı diaqnozu aşkara çıxarmaq məqsədilə ekspertiza təyin edilməməsi qeyd olunmuşdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün iş üzrə ekspert rəyinin alınması zərurəti yarandığını qeyd etsə də, həmin zərurətin nədən yarandığını (qaynaqlandığını) qeyd etməmişdir. Bundan başqa inzibati orqan inzibati icraat zamanı müvafiq qərarın qəbul edilməsində səlahiyyətli olmuş, heç bir araşdırılma aparılmadan, gəlinən nəticə əsaslandırılmadan imtina barədə inzibati akt qəbul etmişdir.
48. Qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
49. Beləliklə birinci instansiya məhkəməsi iddiaçıya oranizmin funksiyalarının 65- 80% pozulması səbəbindən 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
50. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1968/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov