Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-409/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət) daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, vəkilləri (nümayəndələri) X12 və Vəkil3, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X8 iştirakları ilə, “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1223/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. 12 aprel 2014-cü il tarixli, AN-İ№ ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən satıcı X19 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş arayışa əsasən, Naftalan şəh. Şirvan prospekti, 31 ünvanda yerləşən ümumi sahəsi 871,6 kv.m olan qeyri-yaşayış binasının tikintialtı sahəsi 527,9 kv olan A Şəfa sanatoriya binası yataq korpusunun ½ hissəsini (zirzəmi, 1 və 2-ci mərtəbələrin və mansartı tən yarıdan olmaqla binanın girişdən sağ tərəfi- Şirvan prospekti tərəf) və 4450 kv.m torpaqdan həmin hissələrin yerləşdiyi tikintialtı torpaqdan 263.950 kv.m torpağını X9, yerdə yalan torpaqdan isə 2500 kv.m tikintialtı olmayan hissədən X6 mülkiyyətinə verməklə qeyri-yaşayış binasının digər satılmayan hissələrini və torpağı öz mülkiyyətində saxlayır. Satılan daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********, xx.xx.2012-ci il tarixli çıxarışa əsasında satıcıya məxsusdur.
2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə 4Ə-1-52 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş Bölgü planından görünür ki, satan X2: 0,168605 ha, 435.8 kv.m A.sanatoriya binası; alan X20 438.8 kv.m A.Sanatoriya binası, sahəsi 0.026395 ha; alan X3 0,25 ha kimi bölünmüşdür. Bölgü planı X19, X20 və X11 tərəfindən imzalanmaqla təstiq edilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində X10, qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha üzərində X9 mülkiyyət hüququ qeydiyyata alınmışdır.
4. 21 avqust 2018-ci il tarixli, AN-İ№ ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» nə əsasən satıcı X5 şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında ona məxsus olan 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha hissəsini alıcı İddiaçı mülkiyyətinə vermiş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində X10, qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin X25 Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində xx.xx.2006-cı il tarixli, 0306-№3-62 qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsindən məlum olur ki, cəmiyyətin tam adı "xxxx", təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti, hüquqi ünvanı Naftalan şəhəri, Şirvan prospekti 31-dir. Cəmiyyətin təsisçisi (iştirakçısı) X13r.
6. "xxxx" MMC-nin təsisçisi X19 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın məzmunundan görünür ki, təsisçi Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən əmlakın öz payına düşən hissəsini MMC-nin nizamnamə kapitalında əmlak payı kimi qeydə alınmasını qərara almışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində Şəfa Vannaları” MMC-nin, qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********03 nömrəli məktubundan görünür ki, Naftalan şəhəri, Şirvan prospekti 31 nömrəli ünvanda yerləşən "xxxx" MMC-nin paylı mülkiyyətində olan qeyri-yaşayış binasına verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizəyə baxılmış, qeyd edilən "xxxx" MMC-nin paylı mülkiyyətinə dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı 7 saylı Bərdə Ərazi İdarəsinə hər hansı bir məhkəmə qərarı daxil olmamışdır. Odur ki, ərizənin icrası təmin olunmamışşdır.
9. "xxxx" MMC-nin 18 avqust 2022-ci il tarixli qərarı ilə xx.xx.2006-cı il tarixdə 0306- N3-62 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC olaraq təsdiq edilmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 31 oktyabr 2023-cü il tarixli, 3-21-3-02/2-12959/2023 nömrəli məktubunda qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aklardan ibarətdir. Mülki Məcəllənin 90.5-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətinümumi yığıncağının qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi qərarı ilə həyata keçirilir. Bu məcəllənin 90.8-ci maddəsinə əsasən cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Təsis orqanının qərarı əsasında nizamnamə kapitalının artıb-azaldılması ilə bağlı dəyişikliklər vergi orqanlarında, nizamnamə kapitalına daxil olan daşınmaz əmlak üzərində hüquqlar isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Təsis orqanının qərarı ilə nizamnamə kapitalına edilmiş dəyişikliklər aidiyyəti hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı halda həmin əmlaka münasibətdə reyestrin tamlığı təmin olunmamış olur.
11. 02 may 2023-cü il tarixli aktdan görünür ki, Naftalan şəhər sakinləri və Şəfa sanatoriyasında işçilər X14, X15, X16, X29, X26 öz imzaları ilə təsdiq edirlər ki, Şəfa sanatoriyasının rəhbəri X1 satması barədə qonşu Şəfa-2 sanatoriyasının rəhbəri İddiaçı məlumat vermişdir. Rəqsanənin həyat yoldaşı Ağayev Mübariz də bu işdən məlumatlı idi. Bir ildən artıq danışıqlar getmiş, ancaq onlar imtina etmişlər. X33 Vidadinin yanında sanatoriyanı ala bilməyəcəklərini demişdir.
Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin paylı mülkiyyətində olan qeyri-yaşayış binasının dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən qeyri-yaşayış binası iddiaçının və X10 paylı mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçıya məlum olmuşdur ki, onun məlumatı və razılığı olmadan F.Qocayev öz payını "xxxx" MMC-nin mülkiyyətinə keçirmişdir. Cavabdehə həmin qeydin ləğv edilməsi barədə müraciət etsə də imtina cavabı verilmişdir
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1223/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin dairəsində hüquqi şəxsin təsisçisinin hər-hansı qərarı öz əksini tapmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Cavabdeh orqan ümumi birgə mülkiyyətdə olan əmlak payının digər şəxsin adına qeydə alarkən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini də nəzərə almamışdır. Bu hal isə qeyd olunan payın müvafiq reyestrdə qeydiyyatının ləğv edilməsi üçün əsas hesab edilir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. Üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1223/2023 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında ayrıca qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8- ci maddəsində sadalanan əsasların dairəsində hüquqi şəxsin təsisçisinin hər-hansı qərarı öz əksini tapmamışdı. Halbuki “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən, mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, tətbiq edilməli olan- yəni daha üstün hüquqi qüvvəyə malik Mülki Məcəllənin bu şikayət ərizəsində sadalanan maddələrində təsisçinin öz əmlakının təsisçisi olduğu hüquqi şəxsin nizamnamə kapitalına maya kimi qoyması açıq şəkildə tənzimlənmişdir. Yəni aparılan sənədləşmə Mülki Məcəllənin sadalanan maddələrinin tələblərinə tamamilə uyğun aparılmışdır. Lakin məhkəmə bu halları nəzərə almayaraq maddi hüquq normalarını pozmuş və iddianı əsassız şəkildə təmin etmişdir. Ayrıca qeyd etmək lazımdır ki, MMC-dəki nizamnamə kapitalında 100 % pay mərhum təsisçi Feruz Qocayev tərəfindən alğı-satğı müqaviləsi əsasında xx.xx.2021ci il tarixdə 350000 manata Ruhəngiz Quliyevaya satılmışdır. Hazırda MMC-nin 100 % payla təsisçisi Ruhəngiz Quliyevadır. Həmin şəxs vicdanlı olaraq, azad sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və regionların sosial-iqtisadi vəziyyətinin inkişafına töhfə verməsi üçün nominal dəyəri 250 010 manat olan MMC-nin payını 350 000 manata almış, indiki halda isə haqsız bir vəziyyətlə üz-üzə qalmışdır. Halbuki məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi olan həyat yoldaşı iki məsələni açıq şəkildə etiraf etmişlərdir: a) X40 öz payını onlara 2021-ci ildə dəfələrlə təklif etmişdir və onlar bu payı almaq məqsədilə təklif olunan alğı-satqı məbləğini hazırlamaq üçün 2021-ci ilin avqust-sentyabr aylarında Bakıya getmişlərdir. b) Naftalana qayıtdıqda isə, əmlakın üçüncü şəxslərə (Ruhəngiz xanıma və onun həyat yoldaşıVidadi müəllimə) satılmasını 2021-ci ilin sentyabr- oktyabr aylarında öyrənmişlər. Habelə üçüncü şəxs Ruhəngiz Quliyeva tərəfindən həmin əmlakda gələcəkdə daha səmərəli biznes fəaliyyətini təmin etmək üçün uzun müddət əsaslı təmir işləri həyata keçirilmişdir. Yeni konseptdə fəaliyyətə başladığı andan, MMC-nin əvvəlki rəhbərliyinin işə qəbul etdiyi işçi heyəti ilə münasibətlərə eynilə davam edilmişdir. Sözsüz ki, ümumi əhalisi 10000 nəfər olan Naftalan kimi kiçik şəhərdə əmlaka mülkiyyətin Feruz Qocayevdən yeni şəxslərə-Ruhəngiz Quliyevaya keçdiyinin bilinməməsi həyatın rutin axışına ziddir. Hansı ki, istər alğı-satqı dövründə, istər də sonrakı dövrdə iddiaçı və onun həyat yoldaşı- hazırki işdəki nümayəndəsi dəfələrlə “xeyirli olsun” diləklərini Ruhəngiz Quliyeva və onun ailə üzvləri ilə paylaşmışlardır. Ümumilikdə də, iddiaçıların Naftalan şəhəri sakinləri olduğunu və mübahisəli əmlakın qonşuluğunda fəaaliyyət göstərdiklərini nəzərə alsaq, paylı mülkiyyətdə olan əmlaka münasibətdə mülkiyyətçilərin dəyişməsinin cavabdeh inzibati orqanın məktubundan xeyli müddət, ən azı 1 il əvvəl bildiklərini məhkəmə iclasında açıq şəkildə bəyan/etiraf etmələri işin mübahisəsiz həqiqi faktiki halını sübut edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Lakin məhkəmə qərarında bu maddəni qeyd etməklə birlikdə iddiaçıların ifadələrinə hüquqi qiymət verməyərək bu qanun normasını tətbiq etməmişdir. Hətta paylı mülkiyyət üstünlük hüququ pozulmaqla əmlakın özgəniniləşdirilməsini bir anlığa fərz etsələr belə, bu iddia yenə təmin oluna bilməzdi. Çünki iddiaçı tərəf kəsici müddət olan bu 3 aylıq müddəti xeyli ötürmüşdür. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən hazırki maddə tətbiq olunmayaraq qeyd olunan maddi hüquq normasını pozması açıq-aşkar sübut olunur. İşə baxılarkən məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuşdur. 1. Məhkəmənin kimin sədrliyi və katibliyi ilə keçirildiyi elan olunmamışdır. Tərəfin nümayəndəsi olaraq katibin şəxsiyyəti məhkəmə qərarını bir ay sonra oxuduqları zaman bəlli olmuşdur. 2. Məhkəmə iclasında hüquqi yardım göstərilərək iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə verilməsi təmin olunsa da, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmədə iştirak etmədiyindən dəqiqləşmiş iddia tələbinə qarşı inzibati orqanın xəbərinin olması mümkün deyildi. Lakin məhkəmə bu hala fikir verməyərək həmin gün- bir iclasla işi yekunlaşdırmışdır. 3. İşin hansı andan mahiyyəti üzrə baxışa keçirilməsi elan edilmədi. Hazırlıq mərhələsində ayrıca vəsatətlərinin olub-olmaması aydınlaşdırılmadı. İşin hansı andan məhkəmə baxışına keçirilməsini bilmədiyindən bu prosessual hüquqlarından məhrum oldu. 4. İşin halları barəsində ümumi müzakirələr səngiyən zaman hakim məhkəmə zalını tərk etmiş və bunun səbəbini “katib”dən dəqiqləşdirəndə “məhkəmə qısa müddətli fasilə verdi” deyə cavablandırılmışdı. Lakin 4-5 dəqiqədən sonra Məhkəmə qərarı elan edilmişdir. Tərəfindən hörmətli hakimə də həmin an etiraz edərək “Möhtərəm hakim, Siz müşavirəyə nə zaman çıxdınız?” dediyində, hörmətli hakimin cavabı“etirazınız varsa, şikayət edə bilərsiz. Bütün məhkəmə iclası audio-video yazılır” cavabını vermişdir. Halbuki məhkəmənin müşavirəyə getdiyi elan edilməmiş, müşavirə öncəsi bizə çıxış üçün imkan yaradılmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə cavabdeh inzibati orqanın 15 may 2023-cü il tarixli, 3-21- 3-46/2-2267/2023 nömrəli etiraz ərizəsində qeyd olunmuşdur ki, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871,6 kv metr qeyri-yaşayış binası və 0,195 ha torpaq sahəsindən ibarət əmlakın "xxxx" MMC və İddiaçı adına aparılmış ********** qeydiyyat nömrəli 20 oktyabr 2021-ci il tarixli çıxarış mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
19. Üçüncü şəxsin vəkili Vəkil2 apellyasiya icraatı zamanı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, Cəmiyyətin nizamnamə kapitalının 100% payı mərhum təsisçisi Feruz Qocayevə məxsus olmuşdur. O, da alqı-satqı müqaviləsi əsasında təsis payını xx.xx.2021-ci il tarixdə 350000 manata Ruhəngiz Quliyevaya satmışdır. Bununla belə üçüncü şəxslər orada əsaslı təmir işləri aparmışlar. Yəni dəyəri qədər yenidən vəsait xərcləyərək, həmin MMC-nin nüfuzunu qaldırmışlar. Hazırda binaya baxıldığında belə açıq gözlə görülə bilinəcək fərqlər vardır. Belə ki, bir tərəf yeni təmirdən çıxmışdır, digər tərəf isə illərdir olan öz zahiri görkəmini dəyişməmişdir. Bu işlər gedən zaman iddiaçının xəbərsiz olması insana gülünc gəlir. İddiaçı və onun nümayəndəsi olan həyat yoldaşı birinci instansiya məhkəməsində qeyd etmişlər ki, X40 öz payını onlara satmağı dəfələrlə təklif etmişdir. Onlarınsa bunu almağa imkanları olmadığından iddiaçı əvvəlcə imtina etmiş, daha sonra isə həmin pulu əldə etmək üçün Bakı şəhərinə getmişlər. Lakin sonradan həmin əmlakı almaq istəməmişlər. İddiaçıların satışdan xəbərsiz olmasından söhbət belə gedə bilməz. Bununla yanaşı birinci instansiya məhkəməsi məhkəmə icraatını apararkən prosessual pozuntulara yol vermiş və məhkəmə iclasının aparılma qaydalarına riayət etməmişdir. Lakin bu kimi pozuntulardan da əvvəl o, qərarın əsaslandırması zamanı ciddi pozuntulara yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, təsisçi qərarı əhəmiyyətsiz əqddir. Bu necə ola bilər ki, təsisçinin qanunla ona verilən hüququ əhəmiyyətsiz əqd olsun?! Belə ki, bu təsisçinin əsas hüququdur. Bununla yanaşı təsisçinin kapitalı və onun qəbul etmiş olduğu qərar qüvvədədir. "xxxx" MMC Feruz müəllimin olmuşdur. Feruz müəllim sadəcə "xxxx" MMC-də olan paylarının 100% Ruhəngiz xanıma satmışdır. Feruz Qocayev təsis payını satan zaman "xxxx" MMC olaraq satmışdır. Ruhəngiz xanım təsis payını aldıqdan sonra MMC-nin adını dəyişərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəyişdirilmişdir. Təsis payının satılmasından iddiaçıların xəbəri olmuşdur. İddiaçıya rəsmi təklif olunmasına dair heç bir sənəd yoxdur. İddiaçının xəbərsiz olması çox gülünc olardı, çünki MMC-nin təntənəli açılışı olmuşdur. Binalar vahid torpaq sahəsində yerləşsə də, hələ F.Qocayevin vaxtında faktiki olaraq bölünmüşdür və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus hissə yenidən tam təmir olunmuşdur.
20. Üçüncü şəxsin direktoru (nümayəndəsi) X17 apellyasiya icraatı zamanı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, o, təsisçinin qızıdır. Feruz müəllimlə alqı-satqı ilə bağlı danışıqlarda o da iştirak etmişdir. Rəqsanə xanımın bütün alqı-satqı məsələlərindən xəbəri olmuşdur. İşçilər arasında açılışı qeyd edən zaman iddiaçı da orada iştirak etmişdir. Onlar binanı alanda faktiki olaraq bölünmüşdü və hər kəs öz hissəsindən istifadə edirdi. Sonradan müəyyən narazılıq yarandığından iddiaçı hazırki iddia tələbini vermişdir.
21. Üçüncü şəxsin təsisçisi X18 apellyasiya icraatı zamanı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.
22. İddiaçı apellyasiya icraatı zamanı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, həqiqətən də Feruz müəllim ona şifahi olaraq bildirmişdir ki, MMC-ni satır. Lakin bununla bağlı hər hansı rəsmi sənəd göndərməmişdir. 2019-cu ildən "xxxx" MMC-nin ona aid olan hissəsini işlədir və o, həmin hissəni Feruz müəllimdən almamışdır. Hesab edir ki, qeyri-yaşayış binası paylı mülkiyyət olduğundan ilkin olaraq ona təklif olunmalı idi.
23. İddiaçının nümayəndəsi və vəkili X12 apellyasiya icraatı zamanı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, hər iki MMC-yə məxsus bina paylı mülkiyyətdir. Ona görə də iddiaçıya rəsmi qaydada təklif olunmalı idi. Lakin ona nə rəsmi təklif olunmayıb, nə də onun rəsmi razılığı alınmayıb. Bunan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin dairəsində hüquqi şəxsin təsisçisinin hər-hansı qərarı öz əksini tapmamışdır.
24. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 da digər nümayəndə ilə eyniməzmunlu izahat verdi, apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
25. Cavabdehin nümayəndəsi X23 əvvəlki məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi hüquqlar qeydə alınan zaman heç bir hüquq pozuntusuna yol verilməmişdir. Sadəcə təsisçinin qərarı əsasında qeydiyyat aparılmışdır. Əgər bu cür qeydiyyatın aparılmasından imtina olunarsa həmin əmlaka münasibətdə reyestrin tamlığı təmin olunmamış olardı.
26. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
31. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
32. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
33. Hazırki tələbində iddiaçı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin olunmuşdur. Məhkəmə gəldiyi nəticəni qərarında onunla əsaslındırmışdır ki, hazırki qeydiyyatın aparılmasına əsas olan sənədhüquqi şəxsin təsisçisinin qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmamışdır və adıçəkilən qərar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdir.
34. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinə hüquqi qiymət verilərkən yuxarıda qeyd olunan əsaslar üzrə onun mümkünlük şərtləri, yəni iddiaçının tələb üzrə subyektiv hüququnun olması kifayət qədər araşdırılmamış, düzgün hüquqi qiymət verilməmişdir.
35. İş materialları ilə müəyyən edilir ki, 12 aprel 2014-cü il tarixli, AN-İ№ ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən satıcı X19 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş arayışa əsasən, Naftalan şəh. Şirvan prospekti, 31 ünvanda yerləşən ümumi sahəsi 871,6 kv.m olan qeyriyaşayış binasının tikintialtı sahəsi 527,9 kv olan A Şəfa sanatoriya binası yataq korpusunun ½ hissəsini (zirzəmi, 1 və 2-ci mərtəbələrin və mansartı tən yarıdan olmaqla binanın girişdən sağ tərəfi- Şirvan prospekti tərəf) və 4450 kv.m torpaqdan həmin hissələrin yerləşdiyi tikintialtı torpaqdan 263.950 kv.m torpağını X9, yerdə yalan torpaqdan isə 2500 kv.m tikintialtı olmayan hissədən X6 mülkiyyətinə verməklə qeyri-yaşayış binasının digər satılmayan hissələrini və torpağı öz mülkiyyətində saxlayır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə 4Ə-1-52 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş Bölgü planına əsasən- satan X2: 0,168605 ha, 435.8 kv.m A.sanatoriya binası; alan X20 438.8 kv.m A.Sanatoriya binası, sahəsi 0.026395 ha; alan X3 0,25 ha kimi bölünmüş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində X10, qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha üzərində X9 mülkiyyət hüququ qeydiyyata alınmışdır.
36. Bundan sonra, 21 avqust 2018-ci il tarixli, AN-İ№ ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» nə əsasən sonuncu qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında ona məxsus olan 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha hissəsini İddiaçı satmış, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində X10, qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır.
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin X25 Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində xx.xx.2006-cı il tarixli, 0306-№3-62 qeydiyyata alınmış "xxxx" Məhdud Məsluiyyətli Cəmiyyətinin nizamnaməsindən məlum olur ki, cəmiyyətin tam adı "xxxx", təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti, hüquqi ünvanı Naftalan şəhəri, Şirvan prospekti 31-dir. Cəmiyyətin təsisçisi (iştirakçısı) X13r. "xxxx" MMC-nin təsisçisi X19 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın məzmunundan görünür ki, təsisçi Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən əmlakın öz payına düşən hissəsini MMC-nin nizamnamə kapitalında əmlak payı kimi qeydə alınmasını qərara almış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində ”Şəfa Vannaları” MMC-nin, qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır.
38. Hazırda iddia tələbinin predmeti məhz hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən aparılmış qeydiyyatın ləğvidir.
39. İddiaçı hesab edir ki, aparılmış qeydiyyatın əsası qanunvericilikdə nəzərdə tutulmamış, onun əmlakı satın almaqda üstünlük hüququ pozulmuşdur və bu əsasla həmin qeydiyyat ləğv edilməlidir.
40. Məhkəmə tərkibi ilkin olaraq paylı mülkiyyətin anlayışı və həmin əmlaka dair sərəncam verilməsi zamanı üstünük hüquqlarının olması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
42. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
43. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
44. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
45. 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
46. 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.
47. Qeyd olunan mülki qanunvericiliyin normalarına əsasən paylı ümumi mülkiyyət hüququnun məzmununu təşkil edən səlahiyyətlərədən biri mülkiyyətçilərin hər birinin öz payları barəsində sərəncam səlahiyyətidir. Ümumi əmlak barəsində sərəncam səlahiyyətindən fərqli olaraq, belə səlahiyyətin həyata keçirilməsi üçün mülkiyyətçilərin razılığı tələb olunmur. Mülkiyyətçinin öz payı üzrə sərəncam səlahiyyəti onu öz mülahizəsinə görə özgəninkiləşdirməsini və digər hüquqi hərəkətlərin edilməsini ifadə edir.
48. Payı özgəninkiləşdirmə həm əvəzli, həm də əvəzsiz xarakterdə ola bilər. Beləliklə, bu səlahiyyət əsasında paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər (MM-in 215-ci maddəsinin 6-cı bəndi). Pay həm üçüncü şəxsə, həm də paylı mülkiyyətin qalan mülkiyyətçilərinə satıla və ya dəyişdirilə bilər. Açıq hərracdan satış halı istisna olmaqla, paylı mülkiyyətin yerdə qalan iştirakçılarının payı almaqda (və ya dəyişməkdə) üstünlük hüququ vardır (MM-in 218-ci maddəsinin 1-ci bəndi).
49. Göründüyü kimi qanunvericilikdə payın yalnız satılması zamanı üstünlük hüququnun olması və imperativ qaydada nəzərə alınması qeyd edilmişdir. Hazırki halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin X25 Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində xx.xx.2006-cı il tarixli, 0306-№3-62 qeydiyyata alınmış "xxxx" Məhdud Məsluiyyətli Cəmiyyətinin nizamnaməsindən məlum olur ki, cəmiyyətin təsisçisi (iştirakçısı) X13r və o, öz mülkiyyətində olan əmlak payını əvəzsiz olaraq təsisçisi olduğu MMC-nin nizamnamə kapitalında əmlak payı kimi qoymuşdur, bu isə mülki qanunvericilikdə nəzərdə tutulmuşdur.
50. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.8-ci maddəsinə əsasən təsərrüfat cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
51. 64.9-cu maddəsinə əsasən təsərrüfat cəmiyyəti iştirakçısının mayasının pulla qiymətləndirilməsi cəmiyyətin təsisçiləri (iştirakçıları) arasında razılaşmaya əsasən yerinə yetirilir və müstəqil ekspert yoxlamasından (auditdən) keçirilməlidir.
52. 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir.
53. 90.5-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır.
54. 90.6-cı maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur.
55. 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir.
56. Hazırki iş üzrə "xxxx" MMC-nin təsisçisi X19 bir iştirakçı olduğundan və cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərini təkbaşına həyata keçirdiyindən xx.xx.2021ci il tarixli qərarı qəbul etməkdə tam səlahiyyətli olmuş, əvəzsiz olaraq Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən əmlakın öz payına düşən hissəsini MMC-nin nizamnamə kapitalında əmlak payı kimi qeydə alınmasını qərara almışdır.
57. Bu qərar qəbul edilən zaman iddiaçının subyektiv hüququna toxunma halı olmamışdır. Belə ki, iddiaçının adıçəkilən qərar qəbul edilən zaman hazırki əmlak üzrə MM-nin 218-ci maddəsinə əsasən üstünlük hüququ olmamış, F.Qocayev öz mülkiyyətində olan payı təsisçisi olduğu "xxxx" MMC-yə “daşımışdır”.
58. Odur ki, mülkiyyət hüququ və bundan irəli gələn əsaslı mənafelərinə xələl gəlmədiyindən iddiaçının iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir bu isə iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi anlamına gəlir.
59. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
60. Digər tərəfdən mübahisələndirilən qeydiyyata “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi aspektindən hüquqi qiymət verilərsə məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olan təsisçisinin qərarı, başqa sözlə nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılmasına dair cəmiyyətin ümumi yığıncağının qərarı öz əksini tapmasa da, bu cür qərarın qəbulu mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur və həmin qərar hazırda qüvvədə olduğundan onun əsasında aparılmış qeydiyyatın ləğvi də mümkün deyildir.
61. Apellyasiya icraatı zamanı təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 31 oktyabr 2023-cü il tarixli, 3-21-3-02/2- 12959/2023 nömrəli məktubunda qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aklardan ibarətdir. Mülki Məcəllənin 90.5-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətinümumi yığıncağının qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi qərarı ilə həyata keçirilir. Bu məcəllənin 90.8-ci maddəsinə əsasən cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Təsis orqanının qərarı əsasında nizamnamə kapitalının artıbazaldılması ilə bağlı dəyişikliklər vergi orqanlarında, nizamnamə kapitalına daxil olan daşınmaz əmlak üzərində hüquqlar isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Təsis orqanının qərarı ilə nizamnamə kapitalına edilmiş dəyişikliklər aidiyyəti hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı halda həmin əmlaka münasibətdə reyestrin tamlığı təmin olunmamış olur.
62. Bundan başqa, iş üzrə tərəflərin izahatları və iş materialları araşdırılarkən "xxxx" MMC-nin təsisçisi Feruz Qocayev tərəfindən təsis payının üçüncü şəxsə satılmasından iddiaçı tərəfin məlumatsız olması inandırıcı hesab edilmir. Belə ki, iş materiallarına əlavə edilən 02 may 2023-cü il tarixli aktdan görünür ki, Naftalan şəhər sakinləri və Şafa sanatoriyasında işçilər X14, X15, X16, X29, X26 öz imzaları ilə təsdiq edirlər ki, Şəfa sanatoriyasının rəhbəri X1 satması barədə qonşu Şəfa-2 sanatoriyasının rəhbəri İddiaçı məlumat vermişdir. Rəqsanənin həyat yoldaşı Ağayev Mübariz də bu işdən məlumatlı idi. Bir ildən artıq danışıqlar getmiş, ancaq onlar imtina etmişlər. X33 Vidadinin yanında sanatoriyanı ala bilməyəcəklərini demişdir.
63. Bununla yanaşı, kollegiyaya təqdim olunan foto şəkillərdə də müəyyən dövrlər üzrə əsaslı təmir işlərinin aparılmasının məlum olduğu müəyyən edilmişdir.
64. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1223/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov