Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-41/2025 07.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-181/2024 saylı qərarından iddiaçının İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə Kəmərqaya bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.08 hektar torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. DT və XK-nin Daşkəsən rayon şöbəsinin TŞ-07-1169 nömrəli arayışında qeyd edilir ki, İddiaçı satılmış torpaq sahəsi Daşkəsən-Gədəbəy dağlıq zonasına aiddir. Həmin torpaq sahəsi Daşkəsən rayonunun İİ qiymət zonasında olmaqla cəmi 0.08 hektar və normativ qiyməti 52.80 azn olmaqla, bələdiyyə mülkiyyətinə aiddir. DT və XK-nin Daşkəsən rayon şöbəsi verdiyi rəyində Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış 800 kv.m torpaq sahəsinin sonuncunun istifadəsində olmaqla, Daşkəsən rayonunun İİ qiymət zonasında yerləşdiyi bildirilmiş və həmin sahəyə Torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanmasına etiraz edilməmişdir. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən Daşkəsən rayon Kəmərqaya kəndinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə 313357 nömrəli qəbzlə bələdiyyənin hesabına 52.80 manat vəsait ödənilmişdir. Bələdiyyə ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə torpaqların alğı-satqısına dair akt bağlanmış və həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1169 nömrə ilə qeydiyyata alınmışdır. X8 kitabnda xx.xx.2011-ci il tarixdə 1468 nömrə ilə uçota alınmış A №121693 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, həmin sənəd Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 800 kv.m torpaq sahəsi ilə İddiaçı adına tərtib edilmişdir. "xxxx" ASC-nin X11 Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli 01-01/A- 025/080 nömrəli arayışında göstərilmişdir ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evindən 5 metr məsafədən 35/6 kVluq “PQ-50” yarımstansiyasından çıxan 6 kV-luq “TV-2” hava xətti keçir. Həmin evin qeydiyyata alınmasına X6 etiraz etmir. Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 18 nömrəli məktubundan görünür ki, İddiaçı ev və torpaq sahəsinin sənədləşməsinə bələdiyyə etiraz etmir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A-0065-8/2023 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsi tərəfindən satılmasının göstərilməsinə baxmayaraq Ərazi İdarəsinin baza və elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin Daşkəsən rayon Kəmərqaya qəsəbə inzabati ərazisinə deyil, Gəncə şəhər inzibati ərazisinə aid olduğu müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası qeyri-mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu (hazırda Gəncə şəhəri, Qızılqaya qəsəbəsi) Kəmərqaya kəndi ərazisində ona satılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu haqda müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə baxılması haqda cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubla torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. O hesab edir ki, imtina tam olaraq əsassız və qanunsuz olmaqla onun hüquqlarını pozur. Belə ki, imtina məktubu onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsi tərəfindən ona satılan torpaq sahəsi Daşkəsən rayonu deyil, Gəncə şəhərinin ərazisinə aiddir. Bununla bağlı qeyd edir ki, o, torpaq sahəsini 2007-ci ilin sentyabr ayında almışdır. Həmin vaxt aldığı torpaq sahəsi Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinə aid torpaq sahəsi idi. O, torpaq sahəsində ev tikdirmiş və hazırda da həmin evdə yaşayır. Sonradan ərazi dəyişikliyi olması səbəbindən Kəmərqaya bələdiyyəsindən aldığı torpaq sahəsi 2012-ci ildə Gəncə şəhərinin (keçmiş Nizami rayonu ərazisinə) ərazisinə birləşdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə müvafiq olaraq Daşkəsən rayon Kəmərqaya bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir Cavabdehin orqanın məhkəməyə yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı Daşkəsən rayonu, Kəmərqaya qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinə baxılmış və iddia ərizəsində göstərilən hallar araşdırılmışdır. Bildirilir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsi tərəfindən satıldığı göstərilməsinə baxmayaraq Ərazi İdarəsinin baza və elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin Daşkəsən rayonu, Kəmərqaya qəsəbə inzibati ərazisinə deyil, Gəncə şəhər İnzibati ərazisinə aid olduğu müəyyən edilmişdir. Vətəndaş İddiaçı müraciətinin təmin olunmasına nail olmaq məqsədi ilə Ləğv edilmiş DTXK tərəfindən verilmiş AN ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən sözügedən ərazinin Gəncə şəhərinə, Daşkəsən rayonu Kəmərqaya kəndindən və yaxud Göygöl rayon ərazisindən keçibkeçməməsi ilə bağlı məlumatın verilməsi üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə sorğu göndərilmiş və həmin MMC-nin arxivində mövcud olan xəritə materialları Ərazi İdarəsinə təqdim edilmişdir. Təqdim olunnmuş xəritə materilları əsasında aparılmış kameral araşdırma zamanı mübahisəli torpaq sahəsinin Gəncə şəhər inzibati ərazisinə aid olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-181/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi əldə edilmiş mütəxəssis rəyinə istinadən qeyd etmişdir ki, cavabdeh orqanın hüquqların qeydiyyatından imtinasının əsasını Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin həmin dövrdə Gəncə şəhər inzibati ərazisinə düşməsi halı təşkil etmişdir ki, məhkəmə tərəfindən aparılan araşdırma zamanı həmin hal mütəxəssis rəyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 11092/2023 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Bu isə o deməkdir ki, Daşkəsən rayon Kəmərqaya bələdiyyəsi sözügedən 0.08 ha torpaq sahəsinə dair qərar qəbul edən zaman da o, Gəncə şəhər ərazisinə aid torpaq sahəsi olmuşdur. Məhkəmə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (m. 8.0.1) qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, yəni etibarlı inzibati aktlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Hazırkı halda isə Daşkəsən rayon Kəmərqaya bələdiyyəsi səlahiyyəti olmadığı halda, mülkiyyətində olmayan torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 09 nömrəli qərar - etibarsız inzibati akt qəbul edərək, mübahisəli 0.08 ha torpaq sahəsini iddiaçıya satmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı etibarsız inzibati akt olduğundan həmin qərar mübahisəli 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi (vəkili) Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar çıxarılarkan, iddiaçının istifadəsində olan torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon Şöbəsinin rəyini, X8 kitabında aparılmış qeydiyyatı, torpaq sahəsinin plan ölşü sənədinin olmasını nəzərə almadan əsassız olaraq iddia tələbini təmin etməmişdir. İddiaçıya satılan torpaq sahəsinin hansı bələdiyyənin ərazisi olması, hansı rayon və ya şəhərə aid olmasını müəyyən etmək onun səlahiyyəti daxilində deyildir. Onun bu məsələləri aydınlaşdırmaq üçün resursları, səlahiyyətləri yoxdur. Onun vətəndaş olaraq dövlət orqanlarının və bələdiyyənin verdiyi rəsmi sənədlərin doğruluğuna inanmaq prezumpsiyası var. Ona Dövlətin rəsmi qurumu olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan ölçü sənədin, topraq sahəsinə dair rəyin doğruluğunu analiz etmək, qiymət vermək vəzifəsi də yoxdu. Bu işlər Dövlətin müvafiq qrumları tərəfindən həyata keçirilir və sənədləşdirmə işləri aparılır. O da bu iş üzrə aidiyyəti qurumların verdiyi sənədlərin doğruluğuna inanaraq istifadəsinə verilmiş torpaq sahəsində yaşayış evi tikmiş, ailəsinin evdə yaşaması, istifadəsi üçün lazımi infrastruktur yaratmışdır. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmamışdır. Dövlət qurumlarının düzgün qeydə almadığı sənədlərə görə onun məsuliyyət daşımadığını nəzərə almamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. (28 noyabr 2008-ci il tarixədək olan redaksiya) “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya) ...
2. Müəyyən edilsin ki: ... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Belə ki, birincin instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən məhkəmə əsas kimi qeyd etmişdir ki, Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin həmin dövrdə Gəncə şəhər inzibati ərazisinə düşməsi halı təşkil etmişdir ki, məhkəmə tərəfindən aparılan araşdırma zamanı həmin hal mütəxəssis rəyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11092/2023 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Bu isə o deməkdir ki, Daşkəsən rayon Kəmərqaya bələdiyyəsi sözügedən 0.08 ha torpaq sahəsinə dair qərar qəbul edən zaman da o, Gəncə şəhər ərazisinə aid torpaq sahəsi olmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə bələdiyyə səlahiyyəti olmadığı halada mülkiyyətində olmayan torpaq sahəsini iddiaçıya satmışdır. Buna görə də, mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı etibarsız inzibati akt olduğundan həmin qərar mübahisəli 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab edilə bilməz. İşin apellyasiya icraatı zamanı kollegiya tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ilə eyni inzibati ərazi vahidliyində yerləşən və mübahisəli torpaq sahəsinə 215 metr yaxınlığında olan torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan halın hazırkı iş üzrə mübahisənin həlli baxımından araşdırılmasının əhəmiyyət kəsb etdiyini nəzərə alaraq və ziddiyyətli məqəmların aydınlaşdırılması məqsədilə kollegiya tərəfindən xx.xx.2024-cü il tarixli qərardad ilə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-1994/2025 nömrəli, 19 fevral 2025 -ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisəli əraziyə baxış keçirilərkən, X4 iştirak etməmişdir. Bu səbəbdən də, X2 faktiki istifadə sahəsini müəyyən etmək mümkün olmamışdır. Lakin, "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrində **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X2 mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti müəyyən olundu. "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrində **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X2 mülkiyyətində olan 0.08 ha (800.0 kv.m) həyətyanı torpaq sahəsi, Daşkəsən rayon Kəmərqaya Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün X5 adına tərtib olunmuş A-048176 (**********0044) nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü və həmin torpaq sahəsi elektron kadastr sistemi məlumatlarına və arxiv sənədlərinə istinadən eyni torpaq sahəsi olduğu aşkarlandı. "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrində **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X2 mülkiyyətində olan 0.08 ha (800.0 kv.m) həyətyanı torpaq sahəsi, Daşkəsən rayon Kəmərqaya Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qəran ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı adına tərtib olunmuş A- 121693 (**********0129) nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Bildirilir ki, **********25-10301 reyestr nömrəli Çıxarışa əsasən X2 mülkiyyətində olan 0.08 ha (800.0 kv.m) həyətyanı torpaq sahəsi Daşkəsən rayon Kəmərqaya kəndi 1999-cu il tarixli ərazinin kompleks yerquruluşu xəritəsinin sərhəd hüdudları daxilində yerləşdiyi, A-121693 (**********0129) nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsi isə Gəncə şəhəri ərazisində yerləşdiyi müəyyən edildi. Lakin, həmin torpaq sahələri ara məsafəsi 215 metr ilə hal-hazırda eyni ərazi vahidliyində yerləşdiyi müəyyən olundu. Əlavə olaraq qeyd edilir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları, Daşkəsən rayon Kəmərqaya Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı adına tərtib olunmuş A-121693 (**********0129) nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin sərhəd hüdudları ilə üst-üstə düşdüyü və eyni torpaq sahəsi olduğu aşkarlandı. Həmin torpaq sahəsinin şimal istiqamətinin yaxınlığından, hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olundu. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsini aşağıdakı səbəblərlə əsaslandırır. İşin materialları ilə müəyyən edilir ki, Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə Kəmərqaya bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.08 hektar torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. DT və XK-nin Daşkəsən rayon şöbəsi İddiaçı satılmış torpaq sahəsinin Daşkəsən-Gədəbəy dağlıq zonasına və Daşkəsən rayonunun İİ qiymət zonasına aid olmaqla, bələdiyyə mülkiyyətinə aid olması barədə rəy və arayış vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən Daşkəsən rayon Kəmərqaya kəndinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bundan sonra Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 52.80 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1169 nömrə ilə qeydiyyata alınmışdır. Sonradan həmin torpaq sahəsinə dair İddiaçı adına A№121693 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilərək, X8 kitabında xx.xx.2011-ci il tarixdə 1468 nömrə ilə uçota alınmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-A-0065-8/2023 nömrəli imtina məktubu ilə bildirmişdir ki, aparılan araşdırma zamanı hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsi tərəfindən satılmasının göstərilməsinə baxmayaraq Ərazi İdarəsinin baza və elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin Daşkəsən rayon Kəmərqaya qəsəbə inzabati ərazisinə deyil, Gəncə şəhər inzibati ərazisinə aid olduğu müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası qeyri-mümkün hesab edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(104)-423/2024 saylı sorğusuna əsasən Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-9553/2024 saylı məktubuna qoşma olaraq əlavə edilmiş 1999-cu il tarixli Kompleks Yerquruluşu xəritəsindən çıxarış olduğu iddia edilən ortofotodan müəyyən edilmişdir ki, **********0129 nömrəli kadastr nömrəli torpaq sahəsi (mübahisəli torpaq sahəsi) 1999-cu il tarixli Kompleks Yerquruluşu xəritəsinə əsasən Kəmərqəyə İƏD-nin sərhəddindən kənarda yerləşir. Həmçinin məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisəli torpaq sahəsi əvvəldən Gəncə şəhəri ərazisinin torpaq sahəsi olmuş, Kəmərqaya ƏİD-nin sərhədləri daxilinə heç vaxt aid olmamışdır. Cavabdehin nümayəndəsinin mübahisəli torpaq sahəsinin Kəmərqaya ƏİD-nin sərhədləri daxilinə heç vaxt aid olmamasını nəyin əsasında bildirməsinə, həmçinin 1999cu il tarixli Kompleks Yerquruluşu xəritəsindən çıxarışın təsdiq edilmiş surətində torpaq sahələri arasında göstərilmiş sərhədlər nəyə əsasən müəyyənləşdirilməsinə dair ətraflı mülahizənin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-11522/2024 saylı məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin nümayəndəsinin məhkəməyə verdiyi izahat "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518-İVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Sərəncamına istinadən verilmişdir. Ərazi İdarəsinin xidməti istifadəsində olan Kopleks Yerqurluşu planı Aqrar İslah Komissiyası tərəfindən işlənilmişdir. Bu səbəbdən həmin dövrdə torpaq sahələrinin sərhədlərinin nəyin əsasında müəyyənləşdirilməsi barədə məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi cavabdehin nümayəndəsinin dəlillərinin əsasını təşkil edən arqumenti ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi 1999-cu il tarixli Kompleks Yerquruluşu xəritəsinə əsasən Kəmərqaya İƏD-nin sərhəddindən kənarda yerləşməsidir. Lakin məhkəmə kollegiyası tərəfindən cavabdehdən 1999-cu il tarixli Kompleks Yerquruluşu xəritəsindən çıxarış olduğu iddia edilən ortofotoda torpaq sahələri arasında göstərilmiş sərhədlərin nəyə əsasən müəyyənləşdirilməsinə dair ətraflı mülahizənin məhkəməyə təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh bunu təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının əsasını yuxarıda qeyd edilən hal təşkil etsə də, lakin cavabdeh bunu təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh yalnız məhkəməyə təqdim edilmiş ortofotoda səthi və dəqiq göstərilməmiş sərhədlərə istinadən öz mövqeyini bildirmişdir. Həmin ortofoto isə özü-özlüyündə mötəbər sübut kimi qiymətləndirilə bilməz və mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qarşısın alan hal kimi çıxış edə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi verdiyi rəyində Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış 800 kv.m torpaq sahəsinin sonuncunun istifadəsində olmaqla, Daşkəsən rayonunun İİ qiymət zonasında yerləşdiyi bildirilmiş və həmin sahəyə Torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanmasına etiraz edilməmişdir. Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Daşkəsən rayon şöbəsi tərəfindən verilmişdir. Odur ki, 2007-ci ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda cavabdehin həmin torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinə aid olmaması barədə dəlili əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahəsi ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarına əsasən X7 Daşkəsən rayonu Kəmərqaya kəndindən 0.08 ha torpaq sahəsinin satılmış, onlar arasında “Torpaqların alqısatqısına dair” akt tərtib edilmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin torpaq sahəsi üzərində X5 mülkiyyət hüquqları qeydiyyata alınaraq “Hüquqların dövlər qeydiyyatı haqqıda” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra X10 ilə X4 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında torpaq sahəsi X1. Daha sonra isə həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq ona “Hüquqların dövlər qeydiyyatı haqqıda” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, digər şəxslərə münasibətdə cavabdeh fərqli praktika (iddiaçının ziyanına) sərgiləməsi qəbul edilən sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Bundan başqa iş materiallarında olan fotoşəkillərlə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmiş və iddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşayır. Həmçinin iddiaçının bildirdiyinə əsasən o hazırda həmin evdə yaşayır. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırkı işdə belə əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-181/2024 saylı qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-181/2024 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış 800 kv.m torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.