Məhkəmə qərarları › İş №2-1(104)-411/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-411/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-411/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)- N30/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. SX nömrəli, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N993cü il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir.

2. Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 4/2-2N04 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 27 №-li əmrində (əsas: yoxlama əmri, səh N0, sıra 33, əmrdə atasınn adı Şaxvələd yazılmışdır) İddiaçı Şaxvələd oğluna avqust N993-cü il tarixi üçün üç qat pul zəminatı ödənilmişdir. xx.xx.N993-cü il tarixdən döyüş mövqeyini özbaşına tərk etdiyi üçün sıravi İddiaçıdin oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 49 №-li əmrilə (əsas: səh 2, əmrdə atasının adı Şahvələddin yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq haqqında cinayət işi qaldırılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N993cü il tarixli, 270 №-li əmrilə (əsas səh 43, § 3,əmrdə atasının adı Şaxvələd yazılmışdır) baş əsgər İddiaçı Şaxvələd oğlu hərbi xidmətini davam etdirmək üçün 2-ci bölük, 2-ci manqaya baş atıcı vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N87 №-li əmrilə (əsas: səh 6, § 2) sıravi İddiaçı hərbi hospitaldan gəlmiş hesab edilərək N MAT-un qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N97 №-li əmrilə (əsas: səh 2N, § 3) sıravi İddiaçı 6 MAT-un şəxsi heyətinin tərkibinə keçirilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 62 №-li əmrində (əsas: yoxlama əmri, səh 9) yoxlama zamanı döyüş zonasında döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 78 №-li əmrində (əsas: səh N8) 6 MAT-un yoxlanılması zamanı qeydə alınmış şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 79 №-li əmrində (əsas: səh 2N) 6 MAT-un yoxlanılması zamanı qeydə alınmış şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis edildiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 39 №-li əmrilə (əsas: səh 27, § 2) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir.

3. 703 saylı Hərbi Hissə komandirinin xx.xx.N996-cı il tarixli, 39 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata təxris olunaraq qeydiyyat üçün çağırıldığı hərbi komissarlığın sərəncamına göndərilmişdir.

4. Daxili İşlər Nazirliyinin xx.xx.202N-ci il tarixli, A-266 nömrəli arayışından görünür ki, İddiaçı məhkumluğu yoxdur.

5. Cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 4/3- 2639 nömrəli imtina məktubdan görünür ki, döyüş əməliyyatları aparılan zaman iddiaçının xidməti ilə bağlı işdə olan sənədlərə əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-8542 nömrəli arayışında N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N nömrəli əmri ilə döyüş mövqeyini özbaşına tərk etdiyinə görə bütün növ təminatlardan çıxarılmağı barədə cinayət işi qaldırılması, xx.xx.N994-cü il tarixli N87 nömrəli əmri ilə hərbi hospitaldan gəlmiş hesab edilərək qazan təminatına qoyulma barədə məlumat var, lakin Müdafiə Nazirliyinin Baş Klinik hospitalının məktubunda oktyabr N993-avqust N994-cü illərdə müayinə və müalicədə olmağı barədə X5 Arxivində saxlanılan arxiv sənədləri bazasında heç bir məlumat aşkar olunmadığına və həmçinin iddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsinə dair məlumatlar olduğuna görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

6. Tərtər Hərbi Prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-3-22/2-395/2023 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.N994-cü il tarixdə, N966-cı il təvəllüdlü İddiaçı barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin N992-20N3-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barədə qəbul edilmiş qərarın surətini məhkəməyə göndərmək mümkün deyildir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023- cü il tarixli, 33-3-N2/2- N57904/2023 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.N966-cı il təvəllüdlü İddiaçı və xx.xx.N974-cü il təvəllüdlü X4 Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, N846 nömrəli sorğuya cavabdan görünür ki, N №-li hərbi hissə komandirinin N sentyabr N993-cü il tarixli, 27 №-li əmrilə (əsas: yoxlama əmri: bənd 3, sıra 33; qeyd: əmrdə atasının adı “Şaxvələd” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) İddiaçı Şaxvələd oğluna avqust ayı üçün 3 (üç) qat pul zəminatı verilmişdir. Döyüş mövqeyini özbaşına tərk etdiyinə görə sıravi İddiaçıdin oğlu N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli, 49 №-li əmrilə (əsas: sıra-39, səh.-2; qeyd: əmrdə atasının adı “Şahvələddin” yazılmış, vəzifəsi qeyd olunmamışdır) bütün növ təminatlardan çıxarılaraq haqqında cinayət işi qaldırılmışdır. N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli, 270 №-li əmrilə (əsas: §3, səh.-44; qeyd: əmrdə atasının adı “Şaxvələd” yazılmışdır) baş atıcı, baş əsgər İddiaçı Şaxvələd oğlu xidmətini davam etdirmək üçün “Seydimli” bölüyündən N-ci MAT-a keçirilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli, N87 №-li əmrilə (əsas: §2, səh.-6; qeyd: əmrdə vəzifəsi qeyd olunmamışdır) N-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hospitaldan gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli, N98 №-li əmrilə pulemyotçu, sıravi İddiaçı (əsas: §3, səh.-2N) xidmətini davam etdirmək üçün N-ci MATdan 6-cı MAT-a keçirilərək bütün növ təminatlarla təmin edilməklə vəzifəsinin müvəqqəti icrasına buraxılmışdır. N №-li hərbi hissə komandirinin 3N avqust N994-cü il tarixli, 62 №-li əmrində (əsas: səh.-9; qeyd: əmrdə vəzifəsi qeyd olunmamışdır) döyüş tapşırığını yerinə yetirən 6-cı MAT-un şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N noyabr N994-cü il tarixli, 78 №-li əmrində (əsas: səh.-N8; qeyd: əmrdə vəzifəsi qeyd olunmamışdır) 6-cı MAT-un şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N5 noyabr N994-cü il tarixli, 79 №-li əmrində (əsas: səh.-2N; qeyd: əmrdə vəzifəsi qeyd olunmamışdır) 6-cı MAT-un şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli, 26 №-li əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuş, 4-cü MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli, 39 №-li əmrilə (əsas: §2, səh.-27; qeyd: əmrdə vəzifəsi qeyd olunmamışdır) hərbi hissənin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir.

9. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 782 nömrəli sorğuya cavabda qeyd olunur ki, İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək və xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissədə (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olması barədə adına tərtib olunmuş arxiv arayışı ünvanınıza göndərilir, əlavə olaraq bildiririk ki, vətəndaş İddiaçı N993,N994-cü il tarixlərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması barədə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılan arxiv sənədləri bazasında heç bir məlumat aşkar edilməmişdir.

10. N6.NN.2024-cü il tarixli, 276 nömrəli arxiv arayışından görünür ki, vətəndaş İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək və xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissədə (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmuşdur.

11. Tərtər Hərbi Prokurorluğunun məhkəmə kollegiyasına ünvanlanan məktubunda qeyd edilmişdir ki, Tərtər Hərbi Prokurorluğunun N992-20N3-cü illər ərzində fəaliyyəti dövründə toplanılmış sənədlərin bir qismi elmi texniki dəyərini və təcrübi əhəmiyyətini itirdiyinə görə müvafiq qaydada məhv edilmiş və bu barədə akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, xx.xx.N994-cü il il tarixdə İddiaçı barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, N992-20N3-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən və həmin məhv etmə aktında İddiaçı barədə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın Azərbaycan Respublikası CPM-nin hansı maddəsinə əsasən qəbul edilməsi göstərilmədiyindən bu barədə Sizə məlumat vermək mümkün deyildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

N2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. N3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N966-cı il tarixdə anadan olmuşdur. N985-N987-ci illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və ehtiyata buraxılmışdır. O, Tərtər Rayon Hərbi Komissarlığı vasitəsilə Tərtər Ərazi Özünümüdafiə Batalyonuna üzv yazılmış və xx.xx.N993-cü ildən (4№-li əmr) xx.xx.N996cı ilədək (xx.xx.N996-cı il tarixli, 39№-li əmr) N №-li hərbi hissədə hərbi xidmətdə olmuş və xidmət etdiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda (Agdərə rayonu istiqamətində) erməni işgalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. AR MNnin 24 yanvar N996-cı il tarixli, 26 saylı əmrinə əsasən və buna uygun olaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 3982 №-li əmrinə əsasən AR SQ-dən ehtiyata tərxis edilmiş və Tərtər RHK-da qeydiyyata götürülmüşdür. Barəsində hərbi cinayətlə bağlı heç bir cinayət işi və ya təhqiqat materialı yoxdur. O, Tərtər Ərazi Özünümüdafiə Batalyonunun və N №-li hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə iştirak etdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən müharibə veteranı sayılır. Lakin, faktiki olaraq müharibə veteranı sayılsa da, rəsmi olaraq vəsiqə almadıgı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün dəfələrlə Tərtər Komissarlıgına, sonra isə rayon Hərbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş lakin cavabdeh orqan imtina etmişdir. N4. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-4/2-52N7/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8542 nömrəli məktubundan görünür ki, döyüş mövqeyini özbaşına tərk etdiyinə görə sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli, N nömrəli əmrilə bütün növ təminatlardan çıxarılaraq haqqında cinayət işi qaldırılmışdır. Həmçinin sözügedən arxiv arayışında N nömrəli hərbi hissə komandirinin N avqust N994cü il tarixli, N87 nömrəli əmri ilə sıravi İddiaçı hərbi hospitaldan gəlmiş hesab edilərək qazan təminatına qoyulması qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 3-3-N2/2-30- 97N4/23 nömrəli məktubundan görünür ki, Tərtər Hərbi Prokurorluğu tərəfindən xx.xx.N994-cü il tarixdə vətəndaş İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin N992-20N3-cü il tarixinə aid sənədlər və qeydiyyat kitablarının Tərtər Hərbi Prokurorluğunda qanunamüvafiq qaydada məhv edilməsi səbəbindən sonuncunun barəsində olan qərarın surətinin təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı N993-cü ilin oktyabr və N994-cü ilin avqust aylarında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə və müalicədə olması barədə Müdafiə Nazirliyinin Baş X3 Tibbi Arxivində saxlanılan arxiv sənədləri bazasında heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, iş materialında olan sənədlərdən də görünür ki, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə iddiaçı döyüş mövqeyini özbaşına tərk etdiyi üçün bütün növ təminatlardan çıxarılaraq barəsində cinayət işi qaldırılmış, həmçinin Müdafiə Nazirliyinin Baş X3 Tibbi Arxivində oktyabr N993-cü ilin avqust N994-cü il tarixlərdə iddiaçının müayinə və müalicə olunmağı barədə məlumat aşkar edilməmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məktubuna əsasən iddiaçının barəsində Tərtər Hərbi Prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Buna görə də, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. N5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmişdir. N6. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2025-ci il tarixli, 2- N(NN4)-N30/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ohdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. N7. Məhkəmə hesab etmişdir ki, Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir ki, hazırkı işdə tələb olunan bütün şərtlər ödənilir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi (döyüşməsi) həm onun hərbi biletindəki qeydlərlə, həm arxiv arayışı ilə təsdiq olunur. Cinayət işinin başlanılması barədə rədd qərarı iddiaçı barəsində hər hansı məhkumluq yaratmadığından onun hüquqi nəticəsinin mövcudluğundan söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, şəxsin döyüş əməliyyatlarında iştirakı və yaralanması arxiv arayışı və digər sənədlər ilə təsdiq edildiyindən özbaşına tərk etmə və qanuni əsaslarla ehtiyata buraxılmama ilə əlaqədar imtina dəlilləri qanuni və əsaslı hesab edilməməklə iddianın təmini üçün əsas müəyyən etməkdədir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

N8. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-N30/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. N9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən iddianın təmin edilməsinə dair məhkəmənin sözügedən qərarı əsassızdır və aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: -Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. -Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məhfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8542 nömrəli məktubundan görünür ki, döyüş mövqeyini özbaşına tərk etdiyinə görə sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli, N nömrəli əmrilə bütün növ təminatlardan çıxarılaraq haqqında cinayət işi qaldırılmışdır. Həmçinin, sözügedən arxiv arayışında N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli, N87 nömrəli əmri ilə sıravi İddiaçı hərbi hospitaldan gəlmiş hesab edilərək qazan təminatına qoyulması qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 3-3-N2/2-30- 97N4/23 nömrəli məktubundan görünür ki, Tərtər Hərbi Prokurorluğu tərəfindən xx.xx.N994-cü il tarixdə vətəndaş İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin N992-20N3-cü il tarixinə aid sənədlər və qeydiyyat kitablarının Tərtər Hərbi Prokurorluğunda qanunamüvafiq qaydada məhv edilməsi səbəbindən sonuncunun barəsində olan qərarın surətinin təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2022ci il tarixli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı N993-cü ilin oktyabr və N994-cü ilin avqust aylarında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə və müalicədə olması barədə Müdafiə Nazirliyinin Baş X3 Tibbi Arxivində saxlanılan arxiv sənədləri bazasında heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, iş materialında olan sənədlərdən də görünür ki, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə iddiaçı döyüş mövqeyini özbaşına tərk etdiyi üçün bütün növ təminatlardan çıxarılaraq barəsində cinayət işi qaldırılmış, həmçinin Müdafiə Nazirliyinin Baş X3 Tibbi Arxivində oktyabr N993avqust N994-cü il tarixlərdə iddiaçının müayinə və müalicə olunmağı barədə məlumat aşkar edilməmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məktubuna əsasən iddiaçının barəsində Tərtər Hərbi Prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-N30/2025 nömrəli qərarının ləğv edilməsi və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı apellyasiya şikayətinə etirazı məhkəmə kollegiyasına təqdim etmişdir və etirazda qeyd edilmişdir ki, məhkəmə qərar çıxararkən maddi və prosessual hüquq normaları pozulmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış (araşdırılmış), məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmuş, qərar iş üzrə müəyyən edilmış həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olmasına, apellyasiya şikayətinin əsassız olmasına dair birinci əsas dəlili ondan ibarətdir ki, məhkəmə iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ-İV hissələri, “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cN il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli Qərarının hüquqi mövqeyini, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 2-ci abzası və 7-ci maddəsinin N və 3-cü abzasları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin həmin vaxt qüvvədə olan N-ci (müharibə veteranı) bəndinin 8, 9, N0. NN-ci yarımbəndləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.N və 83.2-ci maddələrini, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyul 2008-ci il tarixli Qərarının hüquqi mövqeyini, AR İPM-nin 2.2.N, 2.2.2, 2.2.3, 2.2.4, 2.2.5, 32.N, 33.N, 38.N, 38.2, 70.N, 73.N-ci maddələrini düzgün tətbiq etmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmamışdır. Birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olmasına, apellyasiya şikayətinin əsassız olmasına dair ikinci əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edən məhkəmə hesab etmişdir ki, Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir ki, hazırkı işdə tələb olunan bütün şərtlər ödənilir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi (döyüşməsi) həm onun hərbi biletindəki qeydlərlə, həm arxiv arayışı ilə təsdiq olunur. Beləliklə, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmış, qərar iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmış, iş üzrə mövcud olan aktlar qərarda qanunla göstərilən mötəbər sübutlarla təsdiq edilmişdir. Qərarın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-əzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qərarı yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Məhkəmə icraatı iştirakçılarının izahatları

2N. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın dəyişdirlmədən saxlanılmasını xahiş etdi, həmçinin məhkəmə kollegiyasının sualına cavabında bildirdi ki, o xidmət yerini özbaşına tərk etməmiş, həmin müddətdə müalicədə olmuş, müalicə müddəti başa çatdıqdan sonra yenidən hərbi xidmətə qayıtmışdır, həmçinin barəsindəki cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan məlumatı olmamış, ümumiyyətlə cinayət işi ilə bağlı hərbi prokurorluğa çağrılmamışdır.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

24. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə N.N. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.N. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin N-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının N8 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

25. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.N. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

27. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.

28. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

29. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

3N. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. İPM-in 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

33. İPM-in 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. İPM-in 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. 4N. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin N.N-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-8542 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N nömrəli əmri ilə döyüş mövqeyini özbaşına tərk etdiyinə görə bütün növ təminatlardan çıxarılmağı barədə cinayət işinin qaldırılması, xx.xx.N994-cü il tarixli, N87 nömrəli əmri ilə hərbi hospitaldan gəlmiş hesab edilərək qazan təminatına qoyulması barədə məlumat olsa da, lakin Müdafiə Nazirliyinin Baş Klinik hospitalının məktubunda oktyabr N993-avqust N994cü illərdə müayinə və müalicədə olmağı barədə X5 Arxivində saxlanılan arxiv sənədləri bazasında heç bir məlumat aşkar olunmadığına və həmçinin iddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsinə dair məlumatlar olduğuna görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

46. İş materiallarında olan arxiv arayışları ilə müəyyən edilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 27 №-li əmri ilə İddiaçı avqust N993-cü il tarixi üçün üç qat pul zəminatı ödənilmişdir. Daha sonra, N №-li hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli, N87 №-li əmrilə sıravi İddiaçı hərbi hospitaldan gəlmiş hesab edilərək N MATun qazan təminatına daxil edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N97 №-li əmrilə 6 MAT-un şəxsi heyətinin tərkibinə keçirilmişdir. Həmçinin, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 62 №-li, xx.xx.N994-cü il tarixli, 78 №-li və xx.xx.N994-cü il tarixli, 79 №-li əmrində yoxlama zamanı şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis edildiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 39 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir.

47. Həmçinin arxiv materialları və məhkəmə sorğularına verilmiş cavab məktubları ilə müəyyən edilir ki, xx.xx.N993-cü il tarixdən döyüş mövqeyini özbaşına tərk etdiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 49 №-li əmrilə bütün növ təminatlardan çıxarılaraq haqqında cinayət işi qaldırılmış, lakin daha sonra N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 270 №-li əmrilə baş əsgər İddiaçı hərbi xidmətini davam etdirmək üçün 2-ci bölük, 2-ci manqaya baş atıcı vəzifəsinə təyin edilmişdir. Həmçinin, xx.xx.N994-cü il tarixdə Tərtər Hərbi Prokurorluğu tərəfindən İddiaçı barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

48. Beləliklə iş materiallarında olan sənədlərlə təsdiq edilir ki, iddiaçı həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N №-li hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməklə xidmət aparmış, daha sonra döyüş mövqeyini özbaşına tərk etdiyi üçün hərbi hissə komandirinin müvafiq (xx.xx.N993-cü il tarixli) əmrilə bütün növ təminatlardan çıxarılaraq haqqında cinayət işi qaldırılsa da, N4 gün sonra, yəni N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli əmri ilə hərbi xidmətini davam etdirmək üçün müvafiq vəzifəyə təyin olunmuş, daha sonra N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 39 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qanuni əsaslarla ehtiyata buraxılmış və qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir.

49. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya veteran statusunun verilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş şərtlərin ödənlidiyi müəyyən edilir. Belə ki, iddiaçının hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlarla müəyyən edilmiş, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmışdır.

50. Buna baxmayaraq, cavabdeh inzibat orqan iddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsinə dair məlumatlar olduğuna görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. 5N. Cavabdehin qeyd olunan dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

52. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsi:- Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

53. Göründüyü kimi, istinad olunan Əsasnamənin tələblərinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə birmənalı olaraq müharibə veteranı adı və statusu verilmir. Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və 2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər isə həmin qaydaya münasibətdə istisnalıq təşkil edirlər.

54. İşin faktiki hallarına görə iddiaçı döyüş mövqeyini özbaşına tərk etdiyinə görə haqqında cinayət işi qaldırılsa da, lakin Tərtər Hərbi Prokurorluğu tərəfindən xx.xx.N994cü il tarixdə onun barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

55. Məhkəmə araşdırması zamanı, Tərtər Hərbi Prokurorluğunun sözügedən qərarının əldə edilməsi üçün aidiyyəti sorğular verilsə də, N992-2003-cü illərə dair sənədlər müvafiq qaydada məhv edildiyindən buna nail olmaq mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı barəsində cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarın CPM-in hansı maddəsinə əsasən (bəraətverici əsaslarla və ya bəraətverici əsaslar olmadan) qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır.

56. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

57. Qeyd olunan maddənin tələblərini hazırki işin hallarına tətbiq edən məhkəmə kollegiyası bildirir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia olsa da, məcburetmə haqqında iddialar üçün nəzərdə tutulmuş sübut etmə vəzifəsi ilə bağlı qaydalar hazırki iş üzrə də tətbiq edilməlidir.

58. Bu mənada qeyd edilməlidir ki, cavabdeh iddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsinə dair məlumatlar olduğuna görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etsə də, cinayət işinin başlamasının bəraətverici əsaslar olmadan rədd edilməsi barədə müvafiq sübutları məhkəmələrə təqdim etməmişdir. Ona görə də hazırki halda mövcud qeyri-müəyyənliyin iddiaçının ziyanına şərh edilməsi əsaslı hesab edilə bilməz.

59. Digər tərəfdən də qeyd edilməlidir ki, iddiaçı barəsində xx.xx.N993-cü il tarixdə cinayət işi qaldırılsa da, cəmi N4 gün sonra yəni, xx.xx.N993-cü il tarixdə o, yenidən müvafiq vəzifəyə təyin olunaraq xidmətini davam etdirmiş, sonradan isə qanuni əsaslarla ehtiyata buraxılmışdır. Bu halın özü də iddiaçının xidmətdən yayınmaq, xidmət yerini özbaşına tərk etmək kimi halların mövcud olmadığını göstərir.

60. Həmçinin, cavabdeh inzibati orqanın təqdim etdiyi arxiv arayışında N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N87 №-li əmrilə sıravi İddiaçı hərbi hospitaldan gəlmiş hesab edilərək N MAT-un qazan təminatına daxil edilməsi qeyd edilmişdir. Cavabdeh orqan iddiaçının müayinə və müalicədə olmağı barədə X5 Arxivində saxlanılan arxiv sənədləri bazasında heç bir məlumat aşkar olunmadığına görə öz tabeliyində olan qurumun əmrinin mötəbərliyinə şübhə ilə yanaşır. Əsasnamənin tələblərinə əsasən, hərbi hissələrin nizami hissə üzrə əmrləri mötəbər sübut kimi qəbul edilir. Odur ki, cavabdehin imtinasının bu dəlili də əsaslı sayıla bilməz. 6N. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N996-cı il tarixli, 433 nömrəli Fərmanı ilə hərbi qulluqçuların ehiyata buraxılması qərara alınmışdır. Həmin Fərmana uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli, 26 nömrəli əmri ilə hərbi qulluqçuların təxris edilməsi prosesinə başlanmışdır. Arxiv materialları ilə müəyyən edilir ki, iddiaçı məhz bu əmrə əsasən N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli, 39 №-li əmrilə tərxis edilmişdir. Göründüyü kimi, arxiv məlumatlarına əsasən iddiaçının hərbi hissənin şəxsi heyətinin tərkibinə xidmətə qəbul edilməsi, döyüşən hərbi hissənin tərkibində xidmətini davam etdirməsi və eyni zamanda qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Cavabdeh inzibat orqan tərəfindən bunu təkzib edən və ya həmçinin imtinasının dəlillərinin təsdiq edən sübutlar məhkəmələrə tədqim edilməmişdir.

62. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

63. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-N30/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar