Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-419/2025 28.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Nərimanov” adına kolxozda, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək “Nərimanov” adına sovxozda işlədiyi əmək fəaliyyəti dövrü üzrə əmək haqqı almadığı 1981-ci il üzrə yanvar-oktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqust-oktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarının sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2345/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür.
2. 03.09.1974-cü il tarixli 026672 nömrəli Attestata əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Texniki peşə məktəbində əyani təhsil almışdır.
3. xx.xx.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
4. ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək “N.Nərimanov” adına kolxozda və xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “N.Nərimanov” adına kolxozda və sovxozda işləmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-147182/2024 nömrəli imtina məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla sığorta stajı 20 il 9 ay 28 gün təşkil edir. Həmçinin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 6 ay 28 gün sığorta stajına uyğun olaraq 20735,14 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 3 ay sığorta stajına uyğun olaraq 20,28 manat olmaqla, ümumilikdə 20755,42 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildirilir ki, təqdim etdiyi hərbi biletdə ad və soyad göstərilən səhifə olmadığına görə xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmət illərini sığorta stajına daxil etmək mümkün olmayıb. Məlumat üçün bildirilir ki, hərbi xidmət illəri sığorta stajına daxil edilsə belə ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Sözügedən maddənin tələblərinə əsasən ona xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməyi tövsiyə olunur. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
6. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-240098/2024 nömrəli imtina məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügədən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi Dövlət X4 xx.xx.2024-cü il tarixli arxiv arayışının və digər sənədlərin surətlərində, həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarında qeyd olunan məlumatlara əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, 1975-1978-ci illər, xx.xx.1981-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək və xx.xx.1988-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək adına əmək haqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 19 il 7 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 9 ay 7 gün sığorta stajına uyğun olaraq 18912,98 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 20,27 manat olmaqla, ümumilikdə 18933,25 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2024-cü il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
7. Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2024-cü il tarixli, 3-48-13F/2-H-290 nömrəli arxiv arayışına əsasən İddiaçı 1975-1978-ci illərdə “Nərimanov” adına kolxozda, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “N.Nərimanov” adına sovxozda işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1999- cu il tarixədək əmək fəaliyyəti dövrü üzrə 1981-ci il üzrə yanvar-oktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqust-oktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvaraprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarında əmək haqqı almamışdır.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz regional filialının (Şəmkir və Gədəbəy) xx.xx.2025-ci il tarixli aktından və əmək haqqı barədə məlumatdan görünür ki, vətəndaş İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək “N.Nərimanov” adına kolxozda və xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “N.Nərimanov” adına sovxozda işləməsi faktı X1rşılıqlı yoxlanılmış və müəyyən olunmuşdur ki, vətəndaş “N.Nərimanov” adına kolxozda 1975-ci ildə 696 rubl əmək haqqısı olan 180 adam günüsü, 1976-cı ildə 1056,98 rubl əmək haqqısı olan 207 adam günüsü, 1977-ci ildə 835 rubl əmək haqqısı olan 151 adam günüsü, 1978- ci ildə 962,63 rubl əmək haqqısı olan 167 adam günüsü olmuşdur. Vətəndaşın “N.Nərimanov” adına sovxozda xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi dövrdə qazandığı əmək haqları açıqlama cədvəllərində göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının təyin edilməsi və xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil aldığı, xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixdək N.Nərimanov koxozunda işlədiyi illərin, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu illərin və xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək N.Nərimanov sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh idarəyə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh idarə isə onun müraciətindən imtina edərək göstərmişdir ki, onun 19 il 7 ay sığorta stajı mövcuddur. Cavabdeh idarə sığorta stajını hesablayarkən xx.xx.1974-cü ildə xx.xx.1978-ci il tarixədək “Nərimanov” adına kolxozda traktorçu işəldiyi iləri isə sığorta stajına daxil etməmişdir. Həmin illərin sığorta stajına nə üçün daxil edilməməsi göstərilməmişdir. Bundan başqa həmin illərin staja daxil olunduqdan sonra da ona əmək pensiyasının verilməyəcəyi bildirilmişdir. Əmək kitabçasına nəzərə yetirdikdən təhsil aldığı və hərbi xidmətdə olduğu illər də nəzərə alındıqda onun 25 illik sığorta stajı tamamlanmaqdadır. Ərizəsinə əlavə etdiyi əmək kitabçasından da görünür ki, o hansı dövrlərdə işə qəbul və işdən azad olunmuşdur. Hesab edir ki cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır və ona yaşa görə əmək pensiyası verilməlidir. Onun işlədiyi illər əmək kitabçasıyla öz təsdiqini tapmaqdadır.
11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.1974cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Nərimanov” adına kolxozda, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək “Nərimanov” adına sovxozda işlədiyi əmək fəaliyyəti dövrü üzrə əmək haqqı almadığı 1981-ci il üzrə yanvar-oktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqust-oktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyulsentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarının sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
12. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2 iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2345/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək Nərimanov adına sovxozda işlədiyi əmək fəaliyyəti dövrü üzrə əmək haqqı almadığı 1981-ci il üzrə yanvar-oktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqust-oktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999- cu il üzrə yanvar-oktyabr aylarının sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın İddiaçı xx.xx.1974cü il tarixdən xx.xx.1974-cü il tarixədək Nərimanov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır.
16. Məhkəmə iddianı qismən təmin edərkən hesab etmişdir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək “Nərimanov” adına sovxozda (kolxozda) işlədiyi əmək fəaliyyəti dövrü üzrə əmək haqqı almadığı müvafiq aylarda işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının əmək haqqı alması barədə məlumatın aşkar olunmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Qeyd olunan hallar isə iddiaçının qeyd edilən dövrdə “N.Nərimanov” adına sovxozda işlədiyini bir daha sübut edir. “Vətəndaşların pensiya təminatı” haqqında Qanununa görə iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Nərimanov” adına kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrdə onun əmək iştirakı minimumunu yerinə yetirməsi tələb olunur ki, iş materiallarında bunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Nərimanov” adına kolxozda işləməsinə dair dövr onun sosial sığorta stajına daxil edilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2345/2025 nömrəli qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə əsaslandırılmış, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək “Nərimanov” adına sovxozda işlədiyi əmək fəaliyyəti dövrü üzrə əmək haqqı almadığı 1981-ci il üzrə yanvaroktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqustoktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarında işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. Göründüyü kimi məhkəmə yalnız iddiaçının əmək kitabçası ilə kifayətlənmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün əməkhaqqı cədvəlləri olmasına baxmayaraq ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni əsaslandırmamışdır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1dən etibarən sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
24. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
27. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və İİ hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
31. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
33. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
35. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
41. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
42. Birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edildiyi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun sığorta stajının 25 ildən az, yəni təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əsasən ümumi sığorta stajının 19 il 7 gün təşkil etdiyini, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006cı il tarixinədək 18 il 9 ay 7 gün sığorta stajına uyğun olaraq 18912,98 manat, xx.xx.2023cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 20,27 manat olmaqla, ümumilikdə 18933,25 manat təşkil etdiyini, bu məbləğin isə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olduğunu və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermədiyini, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bildirərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə ona xx.xx.2024-cü il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
46. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İşin bu halı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
47. İddiaçının inzibati orqan tərəfindən qəbul edilən 19 il 7 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran illər onun əmək kitabçasında öz əksini tapmış xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Nərimanov” adına kolxozda və xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək “Nərimanov” adına sovxozda işlədiyi və adına əmək haqqı hesablanmayan aylar üzrə əmək fəaliyyəti dövrləri olmuşdur.
48. Sonradan iddiaçı tələbində dəqiqləşmə edərək, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Nərimanov” adına kolxozda, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Nərimanov” adına sovxozda işlədiyi əmək fəaliyyəti dövrü üzrə əmək haqqı almadığı 1981-ci il üzrə yanvar-oktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqust-oktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyulsentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarının sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.
49. Cavabdehin mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinasına səbəb onun yuxarıda qeyd olunan dövrlər üzrə adına əmək haqqı hesablanmaması olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinası və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşğıdakıların qeyd edilməsini zəruri hesab edir.
50. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
52. Beləliklə, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə iş stajını təsdiq edən əsas sənədin əmək kitabçası olması qeyd edilmişdir. Həmin aktlardakı müddəaların mənasına görə əmək stajını təsdiq edən digər sənədlərə (arayışlar, əmr və.s) o halda zərurət yarana bilər ki, iş stajını təsdiq edən əmək kitabçası olmasın və ya bu kitabçada müvafiq qeydlər olmasın. Yəni, istinad olunan aktlarda əmək kitabçasında olan məlumatların mütləq qaydada başqa sənədlərlə təsdiq olunması nəzərdə tutulmamışdır.
53. Hazırki halda iddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəmələrə təqdim olunmamış, yəni həmin qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
55. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə, yəni mübahisələndirilən dövr üzrə əmək haqqının hansı səbəblərdən hesablanmadığı ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, əmək haqqı cədvəllərinin natamam doldurulması və ya əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin dövrün iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. İş materiallarına əsasən iddiaçı qeyd edilən dövrdə həmin müəssisədə işləmiş, onun qeyd edilən aylarda sovxozdan işdən çıxmasını və sonradan həmin sovxoza qayıtmasını, həmçinin həmin aylarda öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən dövr üzrə əmək haqqı almasına dair məlumatın olmaması isə onun həmin dövrdə müəssisədə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hallar işəgötürənin məsuliyyət sferasına aid olduğundan həmin hallar iddiaçının ziyanına şərh edilə bilməz.
56. Beləliklə müəyyən olunur ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “N.Nərimanov” adına kolxozda və sovxozda işləməsi və əmək kitabçasındakı qeydlərin həqiqiliyi məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmışdır.
57. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (19 il 7 gün) və mübahisələndirilən sığorta stajı (xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “N.Nərimanov” adına kolxozda və sovxozda işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqına dair məlumatın olmadığı aylar) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.
58. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.
59. Odur ki, birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır.
60. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2345/2025 nömrəli qərarı iddianın təmin edildiyi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.