Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-42/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 180/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli **********74 nömrəli məktubundan görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0.03 hektar həyət yanı torpaq İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında “torpağın mülkiyyətə verilməsinə dair”JN- 940 A nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı isə faktiki torpaq sahəsinin 0.05 ha olmasını bildirərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir, lakin Ərazi idarəsinin arxiv məlumatlarında həmin torpaq 0.03 ha kimi göstərildiyindən müraciəti müsbət həll edilməsi mümkün olmamışdır. Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyət yani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
2. Nizami adına üzümçülük sovxozu üzrə xx.xx.1987-ci il tarixli 59 nömrəli əmrin çıxarışından görünür ki, Tovuz rayonu Bozalqanlı kənd sakini İddiaçı məhləyani torpaq sahəsinin olmaması nəzərə alınması, atası X2 adına olan 0.12 hektar torpaq sahəsindən hər iki tərəfin razılığı ilə oğlu İddiaçı 0.05 hektar kəsilib istifadə üçün verilməsi, əmr təsdiq edildikdə X2 adına olan 0.12 hektar torpaq sahəsindən 0.05 hektar kəsilib öhdəsində 0.07 hektar torpaq sahəsi saxlanılması qeyd edilmişdir.
3. 1043 nömrəli, 30 aprel 1987-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Tovuz rayonu fərdi yaşayış fondundan İddiaçı torpaq sahəsi ayrılmışdır.
4. Azərbaycan Respublika Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 438 nömrəli arayışından görünür ki, Bozalqanlı kənd sakini İddiaçı Nizami adına sovxozun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində 26 mart 1987-ci il tarixli 61 nömrəli əmri ilə Bozalqanlı kənd sakini X2 adına olan 0.12 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsi kəsilib oğlu İddiaçı istifadəsinə verilməsi göstərilmişdir.
5. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İddiaçı adına 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 120 kv metr olan yaşayış sahəsi işlənmişdir.
6. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-940A, KOD 50301004 nömrəli şəhadətnamənin surətindən görünür ki, Tovuz rayonu, Abulbəyli kənd sakini İddiaçı və ailə üzvlərinə Tovuz rayonu Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il traixli, 24 nömrəli qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
7. Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il 4-25/147 nömrəli məktubunda qeyd olunur ki, Tovuz rayonu Qovlar şəhəri ərazisində qeydiyyatda olan X12 bildirmişdir ki, etibarnamə ilə nümayəndəsi olduğu İddiaçı əvvəllər Tovuz rayon Bozalqanlı kəndi olan ərazidə atası X3 məxsus 0.12 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsindən atası sağlığında 0.05 ha hissəsini ayıraraq İddiaçı vermişdir. Həmin hal Tovuz rayon Dövlət Arxivindən alınmış arayışdan və evinin qeydiyyat vəsiqəsinə əlavə olunmuş texniki pasportda öz əksini tapdığını, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli JN-940A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.03 ha torpaq sahəsi olaraq göstərilmişdir. Ona məxsus torpaq sahəsi 0.05 ha təşkil etdiyini və bütün bu halları nəzərə alaraq şəhadətnamədə düzəliş edilməsi və torpaq sahəsinin düzgün göstərilməsinə dair tədbir görülməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 25 aprel 2022-ci il tarixli, **********93 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı adına keçmiş DTİ və MHQİ-si tərəfindən 1043 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və həmçinin Tovuz rayonu, bulbəyli kəndində yerləşən fərdi yaşayış evinə 503-218/356 inventar nömrəli texniki pasport tərtib edilmiş, ləğv olunmuş DT və XK-i tərəfindən tərtib edilmiş və Reyestr Xidmətinə verilmiş elektron məlumatlarda İddiaçı ailə üzvləri ilə mülkiyyətində adlarına Tovuz rayonu, Abulbəyli kəndində JN-940 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə 0,03 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İddiaçı adına keçmiş DTİ və MHQİ-si tərəfindən tərtib edilmiş exniki pasportda göstərilən 507,5 kv metr torpaq sahəsinin Aqrar İslahat Komissiyası tərəfindən ayrılmış 0,03 ha torpaq sahəsindən kənarda qalan 207,5 kv metr torpaq sahəsinin kimin mülkiyyətində olması barədə Ərazi İdarəsində məlumat aşkar edilməmişdir.
9. Tovuz rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il traixli, 24 nömrəli iclas protokolundan çıxarışın surətindən və əlavə edilmiş Tovuz rayonu Abulbəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinəverilmiş torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə 0,03 ha torpaq sahəsi ayrılmışdır. 10.Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin 13/66 nömrəli, 27 iyul 2022-ci il tarixli məktubunda qeyd olunur ki, Tovuz şəhər İƏD üzrə nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında İddiaçı şəxsi hesab nömrəsində 1997-2007-ci illərə aid ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinə dair heç bir məlumat yoxdur.
11. Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 156 nömrəli, 07 sentyabr 2022-ci il tarixli məktubu və əlavə edilmiştəsərrüfatbaşı kitabdan çıxarışın surətindən görünür ki, 2001-2005-ci il tarixli, 06 saylı təsərrüfatbaşına kitabın 500-cü şəxsi hesabında İddiaçı adına 0,03 ha torpaq sahəsinin olması göstərmiş və əlavə olaraq məlumatlar qrafasına +0,02 qeyd edilmişdir.
12. Milli Arxiv İdarəsinin Tovuz rayon Dövlət Arxivinin 182 nömrəli, 13 sentyabr 2022-ci il tarixli məktubu ilə təqdim edilən Tovuz rayon Nizami adına sovxozun 26 mart 1987-ci il tarixli, 61 saylı əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı adına olan 0,05 ha torpaq sahəsi kənd təsərrüfat başına kitabda qeyd edilməsi üçün əmrin surəti Bozalqanlı kənd XDS İcraiyyə Komitəsinə təsdiqə göndərilmişdir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 22 iyun 2023-cü il tarixli, 3-21-3-37/2-4741/2023 nömrəli məktub ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-940A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 0,03 ha olmasına baxmayaraq İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsi 407 kv.metrdir. İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi JN-940A saylı şəhadətnamədə olan torpaq sahəsindən kənarda olan torpaq sahəsidir, İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi Abulbəyli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən digər subyektlərə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələri daxilində həyətyanı torpaq sahəsidir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 09 avqust 2023-cü il tarixli, 3-21-3-37/2-5617/2023 nömrəli məktubunda qeyd olunur ki, Abulbəyli kəndində torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı istifadəsində olan 107 kv metr torpaq sahəsinin 73 kv metr hissəsi torpaq islahatı zamanı X7 verilmiş JN-941A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə və 34 kv metr qədər hissəsi isə X1 verilmiş JN-939A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür. X7 verilmiş JN-941A saylı şəhadətnamədə olan torpaq sahəsi sonradan X4 adına keçmişdir. X1 verilmiş JN-939A saylı şəhadətnamədə olan torpaq sahəsi isə X8 adına keçmişdir.
15. JN-939A, KOD 50301004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon aqrar islahat komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tovuz rayonu Abulbəyli kənd sakini X1 0,12 ha torpaq sahəsi ayrılmışdır.
16. JN-941A, KOD 50301004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon aqrar islahat komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tovuz rayonu Abulbəyli kənd sakini X7 0,07 ha torpaq sahəsi ayrılmışdır.
17. Qanun üzrə vərəsəlik hüququ haqqında 20 fevral 201-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi X9 qeyd edilmişdir və miras kütləyə JN-941A saylı şəhadətnamədə qeyd edilən 0,07 ha torpaq sahəsi aiddir.
18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən X6 məxsus fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
19. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz zayon AİK-nın xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarının İddiaçı və ailə üzvlərinə 0.03 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilərək həmin hissədə 0.05 ha kimi oxunması və 0.05 ha torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı nümayəndəsi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Nizami adına sovxozun xx.xx.1987-ci il tarixli, 59 nömrəli əmrinə əsasən Tovuz rayon Bozalqanlı kəndi ərazisində atası X3 məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsi bölünərək fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. Həmin tarixdən də qeyd olunan torpaq sahəsi onun mükiyyətində olmuş, o həmin torpaq sahəsində yaşayış evi tikərək ailəsi ilə orada yaşayır. Qeyd olunan torpaq sahəsinə xx.xx.1987-ci ildə qeydiyyat vəsiqəsi, xx.xx.1989-cu ildə həmin torpaq sahəsində tikdiyi evə texniki pasport verilmişdir. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsinə JN-940A, KOD- 50301004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş, şəhadətnamədə səhv olaraq torpaq sahəsinin ölçüsü 0.03 ha göstərilmişdir. Halbuki, onların mülkiyətində və faktiki istifadələrində 0.05 ha torpaq sahəsi vardır. Qeyd olunan yanlışlığın aradan qaldırılması üçün cavabdeh DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, bundan imtina olunmuşdur.
22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-180/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia tələbi təmin edilmişdir.
23. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri hazırkı işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Sözügedən torpaq sahəsi dövlət reyestrində qeydiyyat aparılmış və sərhədləri müəyyən edilmişdir.Narazı qalan şəxslər aqrar islahat komissiyasının qərarını mübahisələndirə bilərdilər. Məhkəmə qərarı ilə 0,03 ha deyil 507,5 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması qeyd edilsə də elektron bazada göstərilmiş 0,03 ha torpaq sahəsindən başqa hansı torpaq sahəsinin işlənməsi qeyd edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
27. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İPMnin 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
11. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: Bənd 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); Bənd 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış;
33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin tam təmin edilməsinə dair düzgün nəticəyə gəlməmiş və torpaq sahəsinin sənəd üzrə faktiki vəziyəti araşdırılmamışdır.
35. Bu əsasla Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2- 1(104)42/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-180/2022 nömrəli qərarı qismən- “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 207,5 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.
36. Odur ki hazırki məhkəmə araşdırılmasının predmeti iddia tələbinin İddiaçı və ailə üzvlərinə ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının mümkünlüyüdür.
37. İddiaçı onun faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyini 507,5 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmiş, iddia tələbi birinci istansiya məhkəməsi tərəfindən əsaslı hesab edilmişdir.
38. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq hesab edir ki, hazırki tələb üzrə iddia tələbi qismən əsaslı olmuşdur.
39. Belə ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-940A, KOD 50301004 nömrəli şəhadətnamənin surətindən görünür ki, Tovuz rayonu, Abulbəyli kənd sakini İddiaçı və ailə üzvlərinə Tovuz rayonu Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il traixli, 24 nömrəli qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
40. Tovuz rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il traixli, 24 nömrəli iclas protokolundan çıxarışın surətindən və əlavə edilmiş Tovuz rayonu Abulbəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinəverilmiş torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə 0,03 ha torpaq sahəsi ayrılmışdır.
41. Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 156 nömrəli, 07 sentyabr 2022-ci il tarixli məktubu və əlavə edilmiştəsərrüfatbaşı kitabdan çıxarışın surətindən görünür ki, 2001-2005-ci il tarixli, 06 saylı təsərrüfatbaşına kitabın 500-cü şəxsi hesabında İddiaçı adına 0,03 ha torpaq sahəsinin olması göstərmiş və əlavə olaraq məlumatlar qrafasına +0,02 qeyd edilmişdir.
42. Milli Arxiv İdarəsinin Tovuz rayon Dövlət Arxivinin 182 nömrəli, 13 sentyabr 2022-ci il tarixli məktubu ilə təqdim edilən Tovuz rayon Nizami adına sovxozun 26 mart 1987-ci il tarixli, 61 saylı əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı adına olan 0,05 ha torpaq sahəsi kənd təsərrüfat başına kitabda qeyd edilməsi üçün əmrin surəti Bozalqanlı kənd XDS İcraiyyə Komitəsinə təsdiqə göndərilmişdir.
43. Nizami adına üzümçülük sovxozu üzrə xx.xx.1987-ci il tarixli 59 nömrəli əmrin çıxarışından görünür ki, Tovuz rayonu Bozalqanlı kənd sakini İddiaçı məhləyani torpaq sahəsinin olmaması nəzərə alınması, atası X2 adına olan 0.12 hektar torpaq sahəsindən hər iki tərəfin razılığı ilə oğlu İddiaçı 0.05 hektar kəsilib istifadə üçün verilməsi, əmr təsdiq edildikdə X2 adına olan 0.12 hektar torpaq sahəsindən 0.05 hektar kəsilib öhdəsində 0.07 hektar torpaq sahəsi saxlanılması qeyd edilmişdir.
44. 1043 nömrəli, 30 aprel 1987-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Tovuz rayonu fərdi yaşayış fondundan İddiaçı torpaq sahəsi ayrılmışdır.
45. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İddiaçı adına 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 120 kv metr olan yaşayış sahəsi işlənmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi üzrə, yəni 507,5 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanında müəyyən edilsə də torpaq sahəsinin faktiki vəziyyəti iddia tələbinin tam təmin edilməsinə aradan qaldırmışdır.
47. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 22 iyun 2023-cü il tarixli, 3-21-3-37/2-4741/2023 nömrəli məktub ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-940A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 0,03 ha olmasına baxmayaraq İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsi 407 kv.metrdir. İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi JN-940A saylı şəhadətnamədə olan torpaq sahəsindən kənarda olan torpaq sahəsidir, İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi Abulbəyli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən digər subyektlərə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələri daxilində həyətyanı torpaq sahəsidir.
48. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 25 aprel 2022-ci il tarixli, **********93 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı adına keçmiş DTİ və MHQİ-si tərəfindən 1043 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və həmçinin Tovuz rayonu, bulbəyli kəndində yerləşən fərdi yaşayış evinə 503-218/356 inventar nömrəli texniki pasport tərtib edilmiş, ləğv olunmuş DT və XK-i tərəfindən tərtib edilmiş və Reyestr Xidmətinə verilmiş elektron məlumatlarda İddiaçı ailə üzvləri ilə mülkiyyətində adlarına Tovuz rayonu, Abulbəyli kəndində JN-940 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə 0,03 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İddiaçı adına keçmiş DTİ və MHQİ-si tərəfindən tərtib edilmiş exniki pasportda göstərilən 507,5 kv metr torpaq sahəsinin Aqrar İslahat Komissiyası tərəfindən ayrılmış 0,03 ha torpaq sahəsindən kənarda qalan 207,5 kv metr torpaq sahəsinin kimin mülkiyyətində olması barədə Ərazi İdarəsində məlumat aşkar edilməmişdir.
49. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 09 avqust 2023-cü il tarixli, 3-21-3-37/2-5617/2023 nömrəli məktubunda qeyd olunur ki, Abulbəyli kəndində torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı istifadəsində olan 107 kv metr torpaq sahəsinin 73 kv metr hissəsi torpaq islahatı zamanı X7 verilmiş JN-941A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə və 34 kv metr qədər hissəsi isə X1 verilmiş JN-939A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür. X7 verilmiş JN-941A saylı şəhadətnamədə olan torpaq sahəsi sonradan X4 adına keçmişdir. X1 verilmiş JN-939A saylı şəhadətnamədə olan torpaq sahəsi isə X8 adına keçmişdir.
50. JN-939A, KOD 50301004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon aqrar islahat komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tovuz rayonu Abulbəyli kənd sakini X1 0,12 ha torpaq sahəsi ayrılmışdır.
51. JN-941A, KOD 50301004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon aqrar islahat komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tovuz rayonu Abulbəyli kənd sakini X7 0,07 ha torpaq sahəsi ayrılmışdır.
52. Belə olan halda iddia tələbinin iddiaçının və ailə üzvlərinin istifadəsinə verilmiş Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,03 ha torpaq sahəsinə dair hissəsi əsaslı hesab edilir.
53. Beləliklə, iddiaçının ona Tovuz rayonu Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ilkin hüquqmüəyyənedici sənədlər mövcuddur və həmin sahə ilə bağlı hər hansı bir mübahisə yoxdur.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
55. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-180/2022 nömrəli qərarı- “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 0,03 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qoyulması hissəsində dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül isgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov