Məhkəmə qərarları › İş №2-1(104)-42/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-42/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-42/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-2100/2020 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının mütəxəssisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə müraciət edərək “xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin və 1975-1978-ci illərdə X5 təhsil aldığı illərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması barədə qərar çıxarılması”nı xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək məhkəmədən “cavabdehin Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2009-cu ilin mart ayından 3 uşağa görə pensiya təyin edilmişdir. O, 2022-ci ilin aprelində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət - Sosial Müdafiə Fondunun Xüsusi Şərnlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2007-ci il tarixdən X2 şəhərində işlədiyi müddətlərin və 1975-1978-ci illərdə X5 təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması haqqında ərizə ilə müraciət etmişdir. Lakin sonuncu, ərizəyə hərəkətsizlik edərək cavab verməmişdir. O, xx.xx.2007-ci il tarixdən Ukraynada Ukrayna azərbaycanlıları X6 Təşkilatının nəzdində yaradılan kurslarda Azərbaycan dili müəllimi, xx.xx.2009-cu il tarixdən yenə də Kiyev şəhərindəki 37,135,188, 209 və 247 saylı məktəblərdə Azərbaycan dili müəllimi təyin edilmiş, Kiyev şəhərində yaşayan 300 nəfərə yaxın azərbaycanlı uşaqlarına Azərbaycanın mədəniyyət tarixıini, adət-ənənələrini, milli bayramlarını, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan tarixini və Azərbaycan mədəni irsini öyrənmələrinə dərindən yardım etmiş, Azərbaycanın məşhur elm xadimlərini, məşhur musiqiçilərini, siyasətçilərini, sairlərini və s. azərbaycanlı uşaqlara təlqin etməklə yanaşı, Ukraynada yaşayan digər millətlərin uşaqlarının da nəzərlərinə çatdırmışdır. Bundan başqa, onun həyat yoldaşı X9 2002-2006cı illərdə Ukrayna Respublikasındakı Azərbaycan Səfirliyinə işləməyə ezam edilmiş və iddiaçı da onun həyat yoldaşı kimi həmin vaxtdan digər ailə üzvləri ilə birlikdə Kiyev şəhərində yaşamışdır. O, Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi nəticəsində Ukraynadan qayıdaraq müvəqqəti olaraq Bərdə şəhərində məskunlaşmışdır, Azərbaycan Respublikasının vətəndaşıdır, Ukrayna Respublikasında isə daimi yaşayış hüququna malikdir. Ona mart 2009-cu il tarixdən pensiya təyin edilərkən 1975 və 1978-ci illərdə X5 təhsil aldığı müddətlər də sosial sığorta stajına daxil edilməmişdir. Təhsil müddətinin sığorta stajına daxi edilməsil birbaşa qanunvericilikdə nəzərdə tutulur. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına əyani təhsil illərinin və əmək kitabçasında geyd olunan dövrlərin sığorta stajına əlavə olunaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbilə müraciət etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cavab məktubunda iddiaçının əyani təhsil illəri (xx.xx.1975xx.xx.1978) nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 2 ay siğorta stajına uyğun olaraq 274,18 manat pensiya təyin edilməsi və keçmiş dövr üzrə yaranmış fərq məbləği iddiaçının cari pensiyasına əlavə edilərək ödəniləcəyi qeyd olunmuşdur. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri siğorta stajına daxil edilir. Hər iki normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi sərt kimi nəzərdə tutulmuşdur. İddiaçının 2006-cı il tarixdən əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin islədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin Sığorta Alt Sisteminin X7 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun ələblərinə uyğun deyil. Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək siğortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə venidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay Sözügedən Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunanları nəzərə alaraq iddiaçının yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-140/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın qismən təmin edilməsi, İddiaçı Məhəmməd qızının 2011-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək Ukrayna Respublikasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-ci il tarixli, 2-1(104)-650/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-432/2024 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2- 1(104)-650/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin İddiaçı Məhəmməd qızı məhkəmə kollegiyasına ərizə göndərərək, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə apellyasiya qaydasında baxılan zaman cavabdehin nümayəndəsi X3 iş üzrə iddiaçı iddiadan imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci iinstansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-in 15.2-ci maddəsinə görə inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiadan imtina barədə ərizə imzalayıb apellyasiya məhkəməsinə vermiş, cavabdehin nümayəndəsi iddiaçının öz iddiasından imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırki iş üzrə iddiadan imtina qanunauyğun şəkildə edilmiş və məhkəmə tərəfindən qəbul edilməməsinə əsas olan heç bir hal yoxdur. Ona görə də, İddiaçı Məhəmməd qızının iddia tələbindən imtinası qəbul edilməli və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-2100/2020 nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İddiaçının iddiadan imtina etməsi iş üzrə qəbul edilmiş məhkəmə qərarının ləğv edilərək icraata xitam verilməsinə səbəb olur. Bu isə iddiaçının qəbul edilmiş məhkəmə qərardadından şikayət vermək hüquqnu istisna edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 15.2, 55 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Məhəmməd qızının iddiadan imtinası qəbul edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-2100/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı (təvəllüd: xx.xx.1958) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar