Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-423/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-728/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 4/3-11278 nömrəli məktubla onun müraciətinin təmin olunmnasından imtina edərək bildirmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1994-cü il tarixdə müalicə müəssisəsindən xidmət yerinə qayıtmadığına (yəni hərbi hissəni özbaşına tərk etdiyinə) və bununla əlaqədar xx.xx.1994-cü il tarixdən hərbi hissəni özbaşına tərk edənlər siyahısına düşdüyünə və N nömrəli hərbi hissə komandinin xx.xx.1996-cı il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmağına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.19N-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü ildə anadan olmuş və xx.xx.Nci ildə Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 1993-1994-cü ilin əvvəlində xəstələndiyi üçün müalicə müəssisəsinə yerləşdirilmiş və xx.xx.1994-cü ildə müalicə müəssisəsindən müalicəsini davam etdirmək üçün evə buraxılmışdır. Müalicə müəssisəsindən evə buraxılan zaman hərbi hissə tərəfindən fərari kimi barəsində material toplanmış və 1994-cü ildə məhkəmə tərəfindən fərariliyə görə məhkum edilmişdir. Məhkəmənin hökmü ilə Cinayət məcəlləsinin 42.0.11-ci maddəsinə əsasən 2 il müddətinə inzibati xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və 1996-cı ilə kimi N nömrəli hərbi hissədə cəzasını çəkmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı hazırda məhkumluğunun qanunla müəyyən edilmiş qaydada ödənildiyinə əsaslanaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi iddiasındadır. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-25-11/2-299/2023 nömrəli etirazında qeyd olunmuşdur ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 9/3-11278 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1994-cü il tarixdə müalicə müəssisəsindən xidmət yerinə qayıtmadığına (yəni hərbi hissəni özbaşına tərk etdiyinə) və bununla əlaqədar xx.xx.1994-cü il tarixdən hərbi hissəni özbaşına tərk edənlər siyahısına düşdüyünə və N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.19N-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-728/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xidmətdə olduğu müddətdə xx.xx.1994-cü il tarixdə müalicə müəssisəsindən xidmət yerinə qayıtmamış hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-11278 nömrəli məktubundan görünür ki, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1994-cü il tarixdə müalicə müəssisəsindən xidmət yerinə qayıtmadığına (yəni hərbi hissəni özbaşına tərk etdiyinə) və bununla əlaqədar xx.xx.1994-cü il tarixdən hərbi hissəni özbaşına tərk edənlər siyahısına düşdüyünə və N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-636 nömrəli məktubunda görünür ki, N nömrəli hərbi hissə komandirinin dekabr N-ci il tarixdən yanvar 1994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissənin N-1994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb iddiaçının hərbi hissəni özbaşına tərk etmə faktının olması və döyüşlərdə iştirak etməməsidir. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, işin yenidən baxılması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə anadan olmuş və xx.xx.N-ci ildə Daşkəsən rayon hərbi komissarllığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 1993-94-cü illərdə xəstələndiyi üçün müalicə müəssisələrinə yerləşdirilmiş və xx.xx.1994-cü il tarixdə müalicə müəssisəsindən evə buraxılan zaman (N0 saylı hərbi hissə) hərbi hissə tərəfindən fərari kimi barəsində material toplanmış və 1994-cü ildə məhkəmə tərəfindən fərariliyə görə məhkum edilmişdir. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 42.0.11-ci maddəsinə əsasən 2 il müddətinə inzibati xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və 1996-cı ilədək N0 saylı hərbi hissədə cəzasını çəkmişdir. N0 saylı hərbi hissənin komandirinin xx.xx.1996-cı il tarixli 27 saylı əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Əslində N0 saylı hərbi hissənin siyahısından çıxarılandan sonra evə buraxılmamışdır. 1996-cı ildən 1998-ci ilədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. Bu barədə hərbi biletində dəqiqliyi ilə göstərilib. Lakin birinci instansiya məhkəməsi nədənsə, hansı səbəbdənsə N saylı hərbi hissədə əlavə xidmətini diqqət mərkəzinə çəkməyib. Bu xidməti hərbi biletinin 3-cü, 5-ci səhfələrində göstərilib. Biletin 3-cü səhfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1997-ci il tarixli 203 saylı əmri ilə N saylı hərbi hissədə N yanvar 1998-ci il tarixinədək xidmət keçməsi qeyd edilib. Hərbi biletin 5-ci səhfəsində N saylı hərbi hissənin qərargah rəisi Z.Baxışovun xx.xx.1997-ci il tarixli N saylı əmri ilə hərbi hissədə xidmətə başlamışdır. Həmin qərargah rəisinin xx.xx.1998-ci il tarixli 07 saylı əmri ilə xidmətdən azad olunmuşdur. Hərbi biletin 26-cı səhfəsində xx.xx.1998-ci il tarixdə Daşkəsən Hərbi Komissarlığında uçota qəbul haqqında ştamp vurulub və komissar bu ştampı imza ilə təsdiq edib. Digər tərəfdən 1994-cü ildə Heydər Əliyev cənablarının Fərmanı əsasında X1 iştirakçıları, döyüşçüləri, fərariləri haqqında ölkədə aministiya aktı elan olunub. Xəstəlik tarixçəsində göstərilib ki, N saylı hərbi hissənin sıravi əsgəri İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixinədək 230 nömrəli hərbi hospitalın travmatologiya şöbəsində sol körpücük sümüyünün qapalı sınığı ilə müalicə olunmuşdur. Xəstənin dediyinə görə xx.xx.1993-cü ildə hərbi hissədə yıxılaraq zədə aldığı aydın olmuş xx.xx.1993-cü ildə 230 saylı hərbi hospitala göndərilmişdir. Bu arayışı polkovnik-leytenant Behbudov imzalamışdır və möhürləmişdir. Gəncə İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarının "Əsaslandırma hissəsi"ndə göstərilir ki, iş materialları ilə, habelə məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xidmətdə olduğu müddətdə xx.xx.1994-cü il tarixdə müalicə müəssisəsindən xidmət yerinə qayıtmamış, hərbi hissəsini özbaşına tərk etmişdir… Ancaq o da qeyd olunmur ki, cəzasını çəkib, sonra məhkəmənin qərarı ilə hərbi hissələrdə hərbi xidmət keçdiyi barədə, ölkə başçısının fərmanı əsasında aministiya aktının tətbiq edilməyini Gəncə inzibati məhkəməsi nəzərə almayıb. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19N-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. İddiaçının şikayətinin dəlillərinə görə 1993-1994-cü illərdə xəstələndiyi üçün müalicə müəssisələrinə yerləşdirilmiş və xx.xx.1994-cü il tarixdə müalicə müəssisəsindən evə buraxılan zaman (N0 saylı hərbi hissə) hərbi hissə tərəfindən fərari kimi barəsində material toplanmış və 1994-cü ildə məhkəmə tərəfindən fərariliyə görə məhkum edilmişdir. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 42.0.11-ci maddəsinə əsasən 2 il müddətinə inzibati xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və 1996-cı ilədək N0 saylı hərbi hissədə cəzasını çəkmişdir. N0 saylı hərbi hissənin komandirinin xx.xx.1996-cı il tarixli 27 saylı əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Əslində N0 saylı hərbi hissənin siyahısından çıxarılandan sonra evə buraxılmamışdır. 1996-cı ildən 1998-ci ilədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. Bu barədə onun hərbi biletində dəqiqliyi ilə göstərilib. Lakin birinci instansiya məhkəməsi nədənsə, hansı səbəbdənsə N saylı hərbi hissədə əlavə xidmətini diqqət mərkəzinə çəkməyib. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyinin xx.xx.2022ci il tarixli, 4/3-11278 nömrəli məktubundan görünür ki, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1994-cü il tarixdə müalicə müəssisəsindən xidmət yerinə qayıtmadığına (yəni hərbi hissəni özbaşına tərk etdiyinə) və bununla əlaqədar xx.xx.1994-cü il tarixdən hərbi hissəni özbaşına tərk edənlər siyahısına düşdüyünə və N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.19N-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bundan başqa, Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-636 nömrəli məktubunda görünür ki, N nömrəli hərbi hissə komandirinin dekabr N-ci il tarixdən yanvar 1994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissənin N-1994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə döyüş əməliyyatları aparılan dövrdə müalicə müəssisəsindən xidməti yerinə qayıtmaması və bu səbəbə görə də, hərbi hissəni özbaşına tərk edənlər siyahısına düşməsi, müvafiq olaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması olmuşdur. Həmçinin arxiv məlumatlarında da, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini təsdiq hər-hansı məlumat aşkarlanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müalicə aldıqdan sonra hərbi hissəyə qayıtmaması və bu səbəbə görə hərbi hissəni özbaşına tərk edənlərin siyahısına düşməsi faktı iş marerialları ilə öz təsdiqini tapır. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya «Müharibə veteranı» adının və vəsiqənin verilməsindən imtina olunması qanuni olmuşdur. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-728 /2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-423/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-423/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver