Məhkəmə qərarları › İş №2-1(104)-425/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-425/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-425/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-466/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1983-xx.xx.2005-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçıya 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 6 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 4 ay, 1997-ci il üzrə 6 ay, 1998-ci il üzrə 1 ay, 1999-cu il üzrə 1 ay, 2001-ci il üzrə 1 ay, 2002-ci il üzrə 1 ay, 2003cü il üzrə 2 ay, 2004-cü il üzrə 4 ay, 2005-ci il üzrə isə 2 ay olmaqla, ümumilikdə 30 ay əmək haqqı ödənilmədiyi aşkar edilib. Bu fakt Gəncə- Daşkəsən regional filialın 18 avqust 2022-ci il tarixli aktı İlə təsdiq edilib. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 1 ay 24 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983- xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər və 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 6 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 6 ay, 1998-ci il üzrə 11 ay, 1999- cu il üzrə 11 ay, 2001ci il üzrə 11 ay, 2002-ci il üzrə 11 ay, 2003-cü il üzrə 10 ay, 2004-cü il üzrə 8 ay, 2005-ci il üzrə isə 10 ay və 2021-2022-ci illər üzrə cəmi 5 ay ) təşkil edir. Belə ki, 2021-2022-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində həmin dövr üzrə cəmi 5 ay sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19679,34 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. xx.xx.1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur;. Göygöl rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 13 nömrəli aydınlaşdırıcı arayışında qeyd edilmişdir ki, xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixinədək Xanlar rayon (indiki Göygöl rayon) Mexanikləşdirmə zavodunda müxtəlif vəzifələrdə işləmişdir. Yuxarıda qeyd olunan dövrlər ərzində xx.xx.1988-ci ildən xx.xx.1991-ci il tarixinədək tam iş günü ərzində “metal emalı üzrə misgər” (4-cü dərəcə), xx.xx.1991-ci ildən xx.xx.2005-ci il tarixinədək müxtəlif metal məmulatlarının emalı üzrə tam iş günü ərzində 5-ci dərəcəli “elektrik qaynaqçısı-misgər” peşəsində işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.2005-ci illər ərzində 17 il 03 ay İddiaçı isti iş şəraitində müxtəlif tökmə və qaynaq metal məmulatlarının emalı üzrə zərərli iş şəraitində tam iş günü ərzində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.14 bölməsi misgər (səhifə 10), 35-ci bölmə-ümumi peşələr elektrik qaynaqçıları (səhifə 168-xx.xx.1991- xx.xx.2005) elektrik qaynaqçısı-misgər vəzifələrində 17 il 03 ay ərzində tam iş günləri ərzində işləməsi faktdır. Göygöl rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 91 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin əmək haqqı cədvəlləri və əmr kitabları rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 766 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir. Fərdi şəxsi hesab haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 2022-ci ilin dekabr ayınadək işləyərək əmək haqqı almışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Keçmiş Xanlar rayon Mexaniki zavodda, yəni hazırki Mexanikləşdirmə ASC-də çətin və zərərli iş şəraitində tam iş günü 17 il 3 ay 4- cü dərəcə misgər və 5-ci dərəcə elektrik qaynaqçısı – misgər işləməyi ilə bağlı iş stajının nəzərə alınıb xüsusi və güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-ci il tarixdə hərbi xidmətə getmiş və 1982-ci il tarixdən əmək fəaliyyətinə Azərbaycan SSR-də başlamışdır. O, 1982-ci ildən sonra, yəni hərbi xidmətdən sonra Göygöl rayonunda məskunlaşmışdır. Göygöl şəhərində yaşadığı müddətdə iddiaçı Xanlar rayon Mexaniki zavodda uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, Xanlar rayon Mexaniki zavodunda xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1988-ci ildən xx.xx.1991-ci il tarixinədək tam iş günü ərzində “metal emalı üzrə misgər” 4-cü dərəcə üzrə, xx.xx.1991-ci ildən xx.xx.2005-ci il tarixinədək müxtəlif metal məmulatlarının emalı üzrə tam iş günü ərzində 5-ci dərəcəli “elektrik qaynaqçısı-misgər” peşəsində işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.2005-ci illər ərzində 17 il 03 ay müxtəlif tökmə və qaynaq metal məmulatlarının emalı üzrə zərərli iş şəraitində tam iş günü ərzində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.14 bölməsi misgər (səhifə 10), 35-ci bölmə-ümumi peşələr elektrik qaynaqçıları (səhifə 168 – xx.xx.1991 - xx.xx.2005) elektrik qaynaqçı-misgər vəzifələrində 17 il 03 ay ərzində tam iş günləri ərzində işləməyi faktdır. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1992-ci il tarixdən 2005-ci il tarixədək sosial sığorta stajına daxil edilməmiş illərin, eyni zamanda 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən ümumi sığorta stajı ümumilikdə 22 il 1 ay 24 gün (25 ildən az) təşkil edir. Mübahisəsiz qəbul edilən ümumi sığorta stajı xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər, 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 6 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 6 ay, 1998-ci il üzrə 11 ay, 1999-cu il üzrə 11 ay, 2001-ci il üzrə 11 ay, 2002-ci il üzrə 11 ay, 2003-cü il üzrə 10 ay, 2004-cü il üzrə 8 ay, 2005-ci il üzrə 10 ay, 2021-2022-ci illər üzrə cəmi 5 aydır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1983xx.xx.2005-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçıya 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 6 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 4 ay, 1997-ci il üzrə 6 ay, 1998-ci il üzrə 1 ay, 1999-cu il üzrə 1 ay, 2001-ci il üzrə 1 ay, 2002-ci il üzrə 1 ay, 2003-cü il üzrə 2 ay, 2004-cü il üzrə 4 ay, 2005-ci il üzrə isə 2 ay olmaqla ümumilikdə 30 ay əməkhaqqı ödənilmədiyi aşkar edilmişdir. Bu fakt Gəncə-Daşkəsən regional filialın 18 avqust 2022-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (240 AZN) aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19679,34 manat təşkil edir. Beləliklə qeyd olunanlardan göründüyü kimi iddiaçının ümumi stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-466/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının müvafiq müddəaları ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslanıdırlmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən ümumi sığorta stajı ümumilikdə 22 il 1 ay 24 gün (25 ildən az) təşkil edir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1983-xx.xx.2005-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçıya 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 6 ay, 1995ci il üzrə 1 ay, 1996-cı il üzrə 4 ay, 1997-ci il üzrə 6 ay, 1998-ci il üzrə 1 ay, 1999-cu il üzrə 1 ay, 2001-ci il üzrə 1 ay, 2002-ci il üzrə 1 ay, 2003-cü il üzrə 2 ay, 2004-cü il üzrə 4 ay, 2005-ci il üzrə isə 2 ay olmaqla ümumilikdə 30 ay əməkhaqqı ödənilmədiyi aşkar edilmişdir. Bu fakt Gəncə-Daşkəsən regional filialın 18 avqust 2022-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (240 AZN) aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19679,34 manat təşkil edir. Beləliklə qeyd olunanlardan göründüyü kimi iddiaçının ümumi stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın: 11.14 bölməsi misgər (səhifə 10), 35-ci bölmə-ümumi peşələr elektrik qaynaqçıları (səhifə 168-xx.xx.1991- xx.xx.2005) elektrik qaynaqçısı-misgər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında: iddiaçının işlədiyi misgər (2151200a—14420) və elektrik qaynaqçısı nəzərdə tutulmuşdur.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. . “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlinmiş, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və pensiya yaşına çatdığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçının "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı 30 ay üzrə arxiv sənədlərində əmək haqqı ödənilməsinin müəyyən edilməməsi əsası ilə imtina etmişdir. Göründüyü kimi imtina ərizəsi və apellyasiya şikayəti müvafiq olaraq iddiaçının "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı 30 ay üzrə əmək stajı mübahisələndirilmiş, həmçinin qeyd olunmuşdur ki, iddiaçının işlədiyi illərə dair sənədlər müvafiq sorğu əsasında arxivdə aşkar edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının xx.xx.1983-xx.xx.2005-ci tarixədək "xxxx" ASC-də işlədiyi dövr iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmışdır. Bundan başqa Göygöl rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 13 nömrəli aydınlaşdırıcı arayışında qeyd edilmişdir ki, xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixinədək Xanlar rayon (indiki Göygöl rayon) Mexanikləşdirmə zavodunda müxtəlif vəzifələrdə işləmişdir. Yuxarıda qeyd olunan dövrlər ərzində xx.xx.1988-ci ildən xx.xx.1991-ci il tarixinədək tam iş günü ərzində “metal emalı üzrə misgər” (4-cü dərəcə), xx.xx.1991-ci ildən xx.xx.2005-ci il tarixinədək müxtəlif metal məmulatlarının emali üzrə tam iş günü ərzində 5-ci dərəcəli “elektrik qaynaqçısı-misgər” peşəsində işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.2005-ci illər ərzində 17 il 03 ay İddiaçı isti iş şəraitində müxtəlif tökmə və qaynaq metal məmulatlarının emalı üzrə zərərli iş şəraitində tam iş günü ərzində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.14 bölməsi misgər (səhifə 10), 35-ci bölmə-ümumi peşələr elektrik qaynaqçıları (səhifə 168-xx.xx.1991- xx.xx.2005) elektrik qaynaqçısı-misgər vəzifələrində 17 il 03 ay ərzində tam iş günləri ərzində işləməsi faktdır. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 766 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1 -ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan (xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin «a» bəndinə əsasən əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. İddiaçının işləməsini təsdiq edən digər sənədlərin- əmrlərin, əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən sənədlərə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan- sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə arxiv arayışının mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi digər sənədlərin nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Xüsusi olaraq vurğulanır ki, subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz həmin əmək stajının yarandığı dövrə aid maddi hüquq norması tətbiq edilməlidir. Qeyd edilən maddi normada güzəştli şərtlərlə pensiya təyininə dair 3 şərt müəyyən edilir: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.14 bölməsi misgər (səhifə 10), 35-ci bölmə-ümumi peşələr elektrik qaynaqçıları (səhifə 168-xx.xx.1991- xx.xx.2005) elektrik qaynaqçısı-misgər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında iddiaçının işlədiyi misgər (2151200a— 14420) və elektrik qaynaqçısı nəzərdə tutulmuşdur. Müəyyən olunur ki, iddiaçı tələb olunan yaş həddinə 08 may 2022-ci ildə çatmış, eləcə də tələb olunan sosial sığorta stajına malik olmuş və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi zərərli və ağır peşələrdə olan iş stajına daxildir. 13 may 2022-ci il 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. Sözügedən dəyişikliyə əsasən Qanunun 9.1-ci maddəsində göstərilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Odur ki, hazırki iş üzrə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-466/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar