Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-426/2025 04.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “yol vergisinin silinməsi və nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının hüdudlarını tərk etməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1777/2025 nömrəli qərarından iddiaçının vəkili (nümayəndəsi) və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cevdat qızının mülkiyyətində olan “Man” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin etibarnaməli sürücüsü olmuş Oktay Çinar cinayət hadisəsi törətdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən «Azərterminalkompleks» Birliyinin anbarına 153 S saylı xx.xx.2021-ci il tarixli aktla qəbul edilmiş, nəqliyyat vasitəsinin sahibinə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli, Q-30/2023 saylı akt əsasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 təhvil verilmiş, daha sonra yük maşınını ölkə sərhəddindən keçirmək mümkün olmamış, 15 avqust 2023-cü ildə «Qırmızı körpü» gömrük postunda həmin yük avtomobilinə 10250 ABŞ dolları yol vergisi hesablanmışdır.
2. İddiaçı Cevdat qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Dövlət Gömrük Komitəsinə hesablanmış yol vergisinin silinməsi ilə əlaqədar etdiyi müraciətinin müsbət həllindən xx.xx.2023-cü il tarixli, 3-33/2-K-000506/1-10/2023 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, mövcud qanunvericiliyə əsasən müraciətdə qeyd olunan hal üzrə güzəşt növü nəzərdə tutulmamışdır.
İşdə olan sənədlər:
3. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokolda qeyd edilmişdir ki, Qazaxıstan Respublikasından Türkiyə Respublikasına daşınması məqsədilə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının ərazisinə daxil olaraq 151121 nömrəli beynəlxalq yol nəqliyyat qaiməsi (CMR) əsasında tranzit gömrük prosedurunda brutto çəkisi 20978 kq olaraq bəyan olunmuş, saflaşdırılmış mis məmulatı yükünün olduğu və 193 nömrəli gömrük plombu, 001928 nömrəli GPS qurğusu ilə gömrük təminatına alınmış Türkiyə Respublikasının vətəndaşı Çınar Oktayın idarə etdiyi “Man” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsinin təyinat gömrük orqanı üzrə müəyyən edilmiş marşrutdan yayınaraq Binəqədi rayonunun ərazisində yerləşən "xxxx" MMC-yə məxsus zavodunun ərazisinə daxil olması Dövlət Gömrük Komitəsinin Mobil gömrük və mallara elektron nəzarət idarəsinin hədəf mərkəzi tərəfindən müəyyən edilərək bu barədə Bakı Baş Gömrük İdarəsinin Mobil gömrük şəbəsinə məlumat verilmişdir. Bundan sonra sözügedən nəqliyyat vasitəsinin Bakı şəhəri, Salyan şossesinin 14-cü km hissəsində yerləşən “Azər Türk” adı ilə deyilən TİR parkın ərazisində olduğu müəyyən edilərək xx.xx.2021-ci il tarixində, saat 21 radələrində keçirilmiş yoxlama zamanı 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə yerləşdirilmiş 193 nömrəli gömrük plombunun qoparılaraq faktiki olaraq yerində olmadığı aşkar edilərək nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmışdır. Daha sonra faktla bağlı aparılan araşdırma zamanı sözügedən nəqliyyat vasitəsinin sürücüsü X14 X6 vasitəsilə ölkə ərazisıni tərk etmək istəyərkən idarə etdiyi nəqliyyat vasitəsi xüsusı diqqət siyahısında olduğu üçün ölkə ərazisindən kənara buraxılmayaraq xx.xx.2021-ci il tarixində, saat 15:30da geriyə qaytarıldığı müəyyən edilmişdir. Bundan sonra həmin əraziyə sürücünün iştirakı ilə baxışın həyata keçirilməsi məqsədilə Çinar Oktayın dəvət edilməsi mümkün olmamış, bu səbəbdən də sürücünün iştirakı olmadan nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Gömrük qaydaları əleyhinə törədilmiş hər hansı hüquqpozma faktının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 93-cü maddəsinin tələbləri nəzərə alınmaqla “Man” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsinə dair səlahiyyətli şəxsin iştirakı olmadan “SONY” markalı kamera vasitəsilə videoçəkilişdən istifadə edilməklə “Man” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirildi. Baxış zamanı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən “Man” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə yerləşdirilmiş 193 nömrəli gömrük plombunun qoparılaraq faktiki olaraq yerində olmadığı, gömrük təminatı zamanı istifadə edilən trosun qoşqunun sağ hissəsində yerləşən qapılarına pərçimlənmiş bir neçə metal dəliklərdən keçirilmədiyi, eyni zamanda tranzit qaydada ölkə ərazisindən aparılmalı olan və sürücü tərəfindən bəyan edilmiş 20978 kq saflaşdırılmış mis məmulatlarının faktiki olaraq yük yerinin daxilində mövcud olmayaraq nəqliyyat vasitəsinin boş olduğu müəyyən edildi. Bundan əlavə keçirilmiş baxış zamanı qoşqunun daxilində döşəmənin üzərində bəzi sahələrdən mis məmulatına oxşar əlvan metal qırıntıları aşkar edildi. Aşkar edilmiş müxtəlif ölçülü əlvan metal qırıntıları araşdırma aparılması məqsədilə 201022 nömrəli selofan paketin daxilinə qablaşdırılaraq bu protokol əsasında götürüldü. Baxış başa çatdıqdan sonra 41F9660/71AAJ679 nömrə nişanlı, “Man” markalı nəqliyyat vasitəsinin yük yeri AZ DGK 056 nömrəli plomb ilə gömrük təminatına alınmaqla üzərinə 434111 nömrəli GPS qurğusu quraşdırılaraq nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmışdır.
4. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən “Azterminalkompleks” Birliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1000-154/1xxxx/019226 nömrəli məktubda qeyd edilmişdir ki, Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində icraatda olan 34/154/058223 nömrəli material üzrə “MAN” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı yük nəqliyyat vasitəsinin gömrük nəzarəti altına alınması üçün Birliyin anbarına qəbul edilməsi xahiş olunmuş, əlavə olaraq bildirilmişdir ki, sözügedən nəqliyyat vasitəsi hal-hazırda Bakı şəhəri, Salyan şossesinin 14-cü km hissəsində yerləşən avtoparkın ərazisindədir.
5. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-2-17/02/1-K-624/2703-000001/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 179.4, 213.1 və 29, 318.1-ci maddələri ilə ********* №-li cinayət işinin istintaqı aparılmışdır. Cinayət işi üzrə ibtidai istintaq başa çatdığından “Azərterminalkompleks” birliyində saxlanılan Türkiyə Respublikasının vətəndaşı İddiaçı məxsus 41F9660/71AA46789 dövlət qeydiyyat nişanlı “Man” markalı yük maşınının sonuncuya qaytarılmasına etiraz edilmir.
6. “Nəqliyyat vasitəsinin sahibinə qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli, Q- 30/2023 nömrəli akta əsasən, Əməliyyat-İstintaq Baş İdarəsinin 1000-154/1xx-xx/019226 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən Birliyin anbarına 153S nömrəli xx.xx.2021-ci il tarixli aktla qəbul edilmiş 1 ədəd “MAN” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı yük nəqliyyat vasitəsi Əməliyyat-İstintaq İdarəsinin 3-33/2-014047/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu əsasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 təhvil verilmişdir.
7. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33/2-002169/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə “MAN” markalı 41F9660/71AAJ679 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü, Türkiyə Respublikasının vətəndaşı Aydın Ünal avtomobilin sənədlərinin qeydə alınması üçün Cavabdeh “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən Ticarətin Asanlaşdırılması Mərkəzinə yaxınlaşmışdır. Gömrük orqanlarının X2 Sistemində sözügedən yük avtomobilinin qeydiyyatı zamanı avtomobilin faktiki olaraq 617 gün ölkə ərazisində qaldığı müəyyən olunmuş, buna müvafiq olaraq sürücüyə, 10250 ABŞ dolları məbləğində yol vergisinin hesablandığı və ödənilməli olduğu bildirilmişdir. Sürücü bundan sonra yük avtomobilinin Ticarətin Asanlaşdırılması Mərkəzinin yaxınlığında yerləşən fiziki şəxsə məxsus olan dayanacaqda saxlayaraq xx.xx.2023-cü il tarixdə Heydər Əliyev adına X11 vasitəsilə ölkə ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmişdir. Həmçinin, Türkiyə Respublikasının vətəndaşı Aydın Ünal barəsində, eləcə də “MAN” markalı 41F9660/71AA4679 dövlət nömrə nişanlı yük avtomobili ilə bağlı Cavabdeh Əməliyyat və təhqiqat şöbəsində gömrük qaydalarının pozulması faktına dair heç bir araşdırma aparılmamışdır.
8. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-33-2000/2-K-000068/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixində “MAN” markalı, Türkiyə Respublikasına məxsus 41F9660/71AA4679 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Samur” gömrük postundan tranzit keçidi məqsədilə ölkə ərazisinə buraxılmışdır. Xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə uyğun olaraq hesablanır. Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən, xarici dövlətlərin yük avtomobilləri Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisi onların oxlarının sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanır və 212-ci maddəsinə əsasən, gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur. xx.xx.2024-cü il tarixədək 41F9660/71AA/679 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ölkə ərazisində faktiki olaraq 833 gün qaldığı müəyyən olunmuşdur. Qanunvericilikdə bele bir güzəşt nəzərdə tutulmadığından qeyd olunan nəqliyyat vasitəsi ölkə ərazisindən çıxarılacağı təqdirdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 211.1.1.3-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin oxlarının sayına və ölkə ərazisində qalma müddətinə görə 1-ci il üçün 2800 (iki min səkkiz yüz) ABŞ dolları, 1 ildən artıq qaldığı hər gün üçün 30 (otuz) ABŞ dolları yol vergisi hesablanacaqdır.
9. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-33-2000/2-001321/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, nəqliyyat vasitələrinə hesablanmış yol vergisinə güzəşt tətbiq olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və qanunvericiliklə bu səlahiyyəti icra edən orqan müəyyən olunmamışdır.
10. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 33-2000/1-002061/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasına daxil olan Türkiyə Respublikası vətəndaşı Çınar Oktayın idarə etdiyi “MAN” markalı, Türkiyə Respublikasına məxsus 41F9660/71AAJ679 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada Qazaxıstan Respublikasından Türkiyə Respublikasına daşınan 213771,60 ABŞ dolları dəyərində “saflaşdırılmış mis kadodlar və katod” yükünün "xxxx" MMC-yə məxsus zavodda boşaldılması, həmin yükün digər yük avtomobilinə yüklənərək “ZR-78” Company” MMC tərəfindən Türkiyə Respublikasına ixrac edilməsi faktına görə xx.xx.2021-ci il tarixdə başlanmışdır. Çınar Oktay Azərbaycan Respublikası CM-nin 206.3.2 və 29, 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi istintaq aidiyyəti üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. “MAN” markalı, Türkiyə Respublikasına məxsus 41F9660/71AAJ679 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Saxlanılması üçün Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 2-2-17/02/1-K-5xx/xx-000001/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 təhvil verilmişdir.
11. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2- 083/3-120548/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Türkiyə Respublikasının vətəndaşı X8 Azərbaycan Respublikası CM-in 179.4 və 29,318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən X12 Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə təqsirli bilənərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ç.Oktay CM-in 29, 318.1-ci maddəsi təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cəza təyin edilməmişdir. Həmçinin, məhkəmədə elan edilib araşdırılmış “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, Çınar Oktayın idarə etdiyi “MAN” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmış, həmin nəqliyyat vasitəsi üzərində həbs qoyulmamışdır.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(114)-75/2024 nömrəli qərardadına əsasən, “MAN” markalı, 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin ölkə ərazisində olması ilə əlaqədar yol vegisinin hesablanması əsas inzibati iş (hazırki iş) üzrə qərar qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır.
13. Dövlət Gömrük Komitəsi “AzərterminalKompleks” Birliyinin xx.xx.2025-ci il tarixli, 3-33-5600/2-000023/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Birliyin anbarına 153S nömrəli, xx.xx.2021-ci il tarixli aktla qəbul edilmiş, “MAN” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı yük nəqliyyat vasitəsilə bağlı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsinin 3-33/2-014047/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu əsasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixində müraciət etmişdir və həmin gün Q-30/2023 saylı aktla nəqliyyat vasitəsini təhvil almışdır.
14. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4-1/2-4645/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “MAN” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması və ya götürülməsi, həmçinin həmin nəqliyyat vasitəsinin sonrakı vəziyyəti ilə bağlı hər hansı məlumat 1(101)-299/2024 nömrəli cinayət işi materiallarında aşkar edilməmişdir.
15. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-299/2024 nömrəli hökmünə əsasən:
1. X3 Respublikası CM-nin 179.4 və 29,318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş; - Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən X10 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə cəza təyin edilməmiş; - X12 Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum edilmiş; - Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X8 həbsdə və ev dustaqlığındla saxlanıldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək – 01 il 01 ay 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 08 (səkkiz) il 10 (on) ay (28 imyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; - Cəza çəkmə müddətinin əvvəlinin 27 fevral 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 42.0.9 və 52-ci maddəsinə əsasən X8 barəsində o əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilməsi hökm edilmişdir.
2. X9 Azərbaycan Respublikası CM-nin 73-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi məsuliyyətdən azad olunmuş; - X5 Azərbaycan Respublikası CM-nin 179.4-cu maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və barəsində “həbs” qətimkan tədbiri seçilməklə X5 məhkəmə zalından həbsə alınması, cəza çəkmə müddətinin əvvəlinin 27 fevral 2024-cü il tarixdən hesablanması barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-30/2025 nömrəli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 299/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Belə ki: - X12 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X8 barəsində Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəzanın 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq və əlavə cəzanın müddətinin əvvəlinin qərar qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində X8 üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, X8 davranışı üzərində nəzarətin hayata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, X8 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi; - X5 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X5 barəsində Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəzanın 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq və əlavə cəzanın müddətinin əvvəlinin qərar qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində X5 üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, X5 davranışı üzərində nəzarətin hayata keçirilməsinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, X5 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi; - "xxxx" MMC-yə məxsus olan, tədqiqat məqsədilə götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 1 ədəd mis vərəqin (list) "xxxx" MMC-yə qaytarılması və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-6-4/2-17317/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət lollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-30/2025 nömrəli qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmiş və qərardan kassasiya şikayəti və ya protesti verilməmişdir.
18. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-33-2000/2-002356/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Man” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin oxlarının sayı dartıcısı 2 ox, qoşqusu 3 ox olmaqla ümumilikdə 5 oxdan ibarətdir. Müraciət məktubunun 2-ci bəndində qeyd olunan yük nəqliyyat vasitəsi üzrə yol vergisinin hesablanması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 211.1.1.3-ci maddəsinə əsasən yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanmaqdadır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 211.1.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərdə qeydiyyatda avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 230.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür. Eyni zamanda qeyd olunan normaların tələbində yol vergisinin hesablanması, alınması zamanı inzibati akt (qərar), sərəncam və ya bildirişin qəbul edilməsi, yol vergisinin dayandırılması, güzəştin tətbiq olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edildiyi tarixədək olan (dövr ərzində tarixlər hər biri ayrı ayrılıqda qeyd edilməklə) hesablanmış yol vergisinə dair məlumatlar əlavə olunur:
1. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yol vergisinin hesablanması hesablanması: 1.1. xx.xx.2021-xx.xx.2022 dövr üzrə 5 oxlu yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 1 ilə qədər müddət üzrə hesablanmış yol vergisi 2800 ABŞ dolları təşkil edir. 1.2. 1 ildən artıq qaldığı hər gün üçün hesablanmış yol vergisi üzrə hər gün üzrə xx.xx.2022-xx.xx.2023-cü il tarixinə qədər 240 gün edir hər gün üçün 30 ABŞ dolları təşkil edir ki, 240x30=7200 ABŞ dolları təşkil edir. 1.3. xx.xx.2021-xx.xx.2023-cü il tarixədək ümumi yol yergisi 2800 ABŞ dolları + 7200 ABŞ dolları=10.000 ABŞ dolları təşkil etməkdədir.
2. xx.xx.2023-cü il tarixindən Gəncə İnzibati Məhkəməsi tərəfindən 15(114)- 75/2024 nömrəli xx.xx.2024 tarixli Qərardadına qədər yol vergisinin hesablanması: 2.1 xx.xx.2023-cü il tarixindən xx.xx.2024 tarixinə qədər 486 gün edir hər gün üçün 30 ABŞ dolları təşkil edir ki, 486x30= 14580 ABŞ dolları təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
19. İddiaçı Cevdat qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “MAN” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, hesablanmış 10250 ABŞ dolları yol vergisini ödəməkdən azad edilməklə gömrük sərhədindən keçirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Man” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsi onun mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinin etibarnaməli sürücüsü olmuş Oktay Çinar cinayət hadisəsi törətdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin 13 dekabr 2021-ci il tarixli məktubuna əsasən «Azərterminalkompleks» Birliyinin anbarına 153 S saylı 13 dekabr 2021-ci il tarixli aktla qəbul edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 18 iyul 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası CM-nin 179.4, 213.1 və 29,318.1-ci maddələri ilə olan ********* №-li cinayət işi üzrə ibtidai istintaq başa çatdığından «Azərterminalkompleks» Birliyində saxlanılan Türkiyə Respublikasının vətəndaşı Eminə Kayaya məxsus 41F9660/71AAJ679 dövlət qeydiyyat nişanlı «Man» markalı yükmaşının sonuncuya qaytarılmasına etirazları olmadığından yük maşını 10 avqust 2023-cü ildə mülkiyyətçinin nümayəndəsi olaraq ona qaytarılmışdır. Ancaq yükmaşınını ölkə sərhəddindən keçirmək mümkün olmamışdır. Belə ki, 15 avqust 2023-cü ildə «Qırmızı körpü» gömrük postunda həmin yük avtomobilinə 10250 ABŞ dolları yol vergisi hesablanmışdır. Bundan sonra 16 avqust 2023-cü ildə aidiyyəti üzrə cavabdeh orqana və Baş Prokurorluğa müraciət edərək yol vergisinin hesablanmasının əsasız olmasını və ləğv edilməsini xahiş etsələr də, 21 avqust 2023-cü ildə cavabdeh orqan tərəfindən belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulmadığı əsası ilə imtina verilmişdir.
21. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-33/2-018975/2023 nömrəli etiraz Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası” Qaydasının 2.1-2.3-cü bəndləri, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 209, 211.1 və 230.1-ci maddələri ilə əsaslandırılmışdır.
22. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, “xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü ildən son tarixədək olan müddət üçün hesablanmış yol vergisini ödəməkdən azad olunmaqla, malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən “Man» markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin gömrük sərhədindən keçirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1777/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia qismən təmin edilmiş, İddiaçı Cevdat qızına məxsus olan “Man» markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin 09 dekabr 2021-ci ildən 10 avqust 2023-cü il tarixədək olan müddət üçün hesablanmış yol vergisini ödəməkdən azad olunması və iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.
24. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, 09 dekabr 2021-ci ildən 10 avqust 2023-cü il tarixədək nəqliyyat vasitəsinin üzərində heç bir həbs qərarı olmadan İddiaçı Cevdat qızının iradəsindən asılı olmadan saxlanılaraq yol vergisi hesablandığından və nəqliyyat vasitəsinin 10 avqust 2023-cü il tarixində iddiaçı tərəfindən götürülməsinə icazə verildiyindən iddiaçı 09 dekabr 2021-ci ildən 10 avqust 2023-cü il tarixədək olan dövr üzrə yol vergisini ödəməkdən azad edilməlidir. İddianın 15 avqust 2023-cü ildən son tarixədək olan müddət üçün hesablanmış yol vergisini ödəməkdən azad olunması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, artıq 10 avqust 2023-cü il tarixində nəqliyyat vasitəsi öz sahibinə qaytarıldığından 15 avqust 2023-cü ildən son tarixədək olan müddət üçün hesablanmış yol vergisini ödəməkdən azad olunması hissəsində iddia tələbi təmin oluna bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
25. İddiaçının vəkili (nümayəndəsi) qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, yük maşınını ölkə sərhəddindən keçirmək mümkün olmamışdır. Belə ki, 15 avqust 2023-cü ildə «Qırmızı körpü» gömrük postunda həmin yük avtomobilinə 12000 ABŞ dolları civarında yol vergisi hesablanmışdır. Hazırda həmin məbləğ 20000 manatı ötmüşdür. Bundan sonra 16 avqust 2023-cü ildə aidiyyatı üzrə cavabdeh orqana və Dövlət Gömrük Komitəsinə müraciət edərək yol vergisinin hesablanmasının əsasız olmasını və ləğv edilməsini xahiş etsələr də, 21 avqust 2023-cü ildə cavabdeh orqan belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulmadığı əsası ilə imtina verilmişdir.
27. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına və iddia tələbinin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 211.1.1.4, 212-1.1 və 230.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
29. Apellyasiya şikayətinə qarşı tərəflərin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) izahat verərək tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, dəfələrlə nəqliyyat vasitəsinin iddiaçıya qaytarılmasına dair müraciətlər etsə də, cavabdeh inzibati orqan heç bir hüquqi əsas olmadan saxlamanı davam etdirmiş və yalnız Baş Prokurorluğun məktubundan sonra avtomobil saxlancdan çıxarılaraq ona təhvil verilmişdir. Tərəfindən xx.xx.2024-cü ildə yük maşını təhvil alınmış, müxtəlif hissələri təmir edildikdən sonra xx.xx.2024-cü ildə ölkə hüdudlarından kənara çıxarmaq istəsələr də, cavabdeh orqan tərəfindən əsassız yol vergisi hesablandığından yük maşınının ölkədən çıxarılması mümkün olmamışdır. İddiaçı hesab edir ki, heç bir hüquqi əsas olmadan hesablanan ödənişdən azad edilməlidir.
31. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək cavabdehin apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, vergi qanunvericiliyində belə bir güzəşt nəzərdə tutulmamış, inzibati orqanın hərəkətində heç bir qanun pozuntusu olmamışdır. Baş Prokurorluğun məktubu daxil olan kimi avtomobil mülkiyyətçinin nümayəndəsinə təhvil verilmiş, bundan başqa əvvəllər iddiaçının avtomobilin qaytarılmasına dair heç bir müraciəti olmamışdır.
32. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 09 dekabr 2021-ci ildən 10 avqust 2023-cü il tarixədək, 15 avqust 2023-cü ildən yekun məhkəmə qərarı qanuni qüvvəsini alıb icra olunanadək hesablanmış yol vergisini ödəməkdən azad olunmaqla, malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasət tədbirləri tətbiq edilmədən “MAN” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin gömrük sərhəddindən keçirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur.
Tətbiq edilən hüquq:
33. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: 1.0.17. gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq. 230.1. Bu Məcəlləyə və Vergi Məcəlləsinə əsasən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq edilir. 230.2. Vergi Məcəlləsinin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür. 304.1. “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir.
34. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
209. Vergi ödəyiciləri Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.
210. Vergitutma obyekti Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.
211. Yol vergisinin dərəcələri 211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır: 211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən: 211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq: Ölkə ərazisində 4 (dörd) oxa qədər 4 (dörd) ox və çox olanda qaldığı müddət olanda 1 gün üçün 20 ABŞ dollar 30 ABŞ dollar 2 həftəyədək 40 ABŞ dollar 80 ABŞ dollar 1 aya qədər 140 ABŞ dollar 280 ABŞ dollar 3 aya qədər 400 ABŞ dollar 800 ABŞ dollar 1 ilə qədər 1400 ABŞ dollar 2800 ABŞ dolları 1 ildən yuxarı 1400 ABŞ dolları + 1 ildən 2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün artıq qaldığı hər gün üçün 30 15 ABŞ dolları ABŞ dolları
211.1.1.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.
35. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir.
37. İşin halları ilə müəyyən olunur ki, İddiaçı Cevdat qızının mülkiyyətində olan “Man” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin etibarnaməli sürücüsü olmuş Oktay Çinar cinayət hadisəsi törətdiyindən həmin nəqliyyat vasitəsi Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən «Azərterminalkompleks» Birliyinin anbarına 153 S saylı xx.xx.2021-ci il tarixli aktla qəbul edilmiş, nəqliyyat vasitəsinin sahibinə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli, Q- 30/2023 saylı akt əsasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 təhvil verilmiş, daha sonra yük maşınını ölkə sərhəddindən keçirmək mümkün olmamışdır. Belə ki, 15 avqust 2023-cü ildə «Qırmızı körpü» gömrük postunda həmin yük avtomobilinə 10250 ABŞ dolları yol vergisi hesablanmışdır.
38. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Dövlət Gömrük Komitəsinə hesablanmış yol vergisinin silinməsi ilə əlaqədar etdiyi müraciətinin müsbət həllindən xx.xx.2023-cü il tarixli, 3-33/2-K-000506/1-10/2023 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, mövcud qanunvericiliyə əsasən müraciətdə qeyd olunan hal üzrə güzəşt növü nəzərdə tutulmamışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, “MAN” markalı, Türkiyə Respublikasına məxsus 41F9660/71AA4679 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan tranzit keçidi - Qazaxıstan Respublikasından Türkiyə Respublikasına daşınması məqsədilə 151121 nömrəli beynəlxalq yol nəqliyyat qaiməsi (CMR) əsasında tranzit gömrük prosedurunda brutto çəkisi 20978 kq olaraq bəyan olunmuş, saflaşdırılmış mis məmulatı yükü ilə birlikdə ölkə ərazisinə buraxılmış, daha sonra həmin nəqliyyat vasitəsinin təyinat gömrük orqanı üzrə müəyyən edilmiş marşrutdan yayınaraq Binəqədi rayonunun ərazisində yerləşən "xxxx" MMC-yə məxsus zavodunun ərazisinə daxil olması müəyyən edilmiş, bu səbəbdən xx.xx.2021-ci il tarixində keçirilmiş yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinə yerləşdirilmiş 193 nömrəli gömrük plombunun qoparılaraq faktiki olaraq yerində olmadığı aşkar edilərək nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmışdır. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə qərar qəbul edilmiş, xx.xx.2021-ci il tarixində gömrük qaydaları əleyhinə törədilmiş hər hansı hüquqpozma faktının müəyyən edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin yük yerinə yerləşdirilmiş 193 nömrəli gömrük plombunun qoparılaraq faktiki olaraq yerində olmadığı, gömrük təminatı zamanı istifadə edilən trosun qoşqunun sağ hissəsində yerləşən qapılarına pərçimlənmiş bir neçə metal dəliklərdən keçirilmədiyi, eyni zamanda tranzit qaydada ölkə ərazisindən aparılmalı olan və sürücü tərəfindən bəyan edilmiş 20978 kq saflaşdırılmış mis məmulatlarının faktiki olaraq yük yerinin daxilində mövcud olmayaraq nəqliyyat vasitəsinin boş olduğu müəyyən edilmiş, baxış başa çatdıqdan sonra 41F9660/71AAJ679 nömrə nişanlı, “Man” markalı nəqliyyat vasitəsinin yük yeri AZ DGK 056 nömrəli plomb ilə gömrük təminatına alınmaqla üzərinə 434111 nömrəli GPS qurğusu quraşdırılaraq nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmış, belə ki, “Azterminalkompleks” Birliyinin anbarına 153S nömrəli xx.xx.2021-ci il tarixli aktla qəbul edilmişdir.
40. Bundan sonra, nəqliyyat vasitəsi 833 gün gömrük nəzarəti altında saxlanılmış, yalnız xx.xx.2023-cü il tarixində Əməliyyat-İstintaq İdarəsinin 3-33/2-014047/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu əsasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 təhvil verilmiş, bu barədə xx.xx.2023-cü il tarixli, Q-30/2023 nömrəli “Nəqliyyat vasitəsinin sahibinə qaytarılması haqqında” akt tərtib edilmişdir.
41. Nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində təhvil alındıqdan 5 gün sonra xx.xx.2023-cü il tarixində Türkiyə Respublikasına aparılmağa cəhd edilsə də, cavabdeh orqan tərəfindən dövlət sərhəddindən buraxılmamış və nəqliyyat vasitəsinə hesablanmış 10250 ABŞ dolları məbləğində yol vergisinin mövcud olması ilə əsaslandırılmışdır.
42. Göründüyü kimi, yük nəqliyyat vasitəsi gömrük nəzarətində saxlanıldığı 833 gün ərzində cavabdeh orqan tərəfindən yol vergisi hesablanmaqla, nəqliyyat vasitəsinin ölkə hüdudlarından kənara çıxmasına məhdudiyyət qoyulmuşdur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə araşdırmasının predmeti cavabdeh orqan tərəfindən “MAN” markalı, 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinə hesablanmış yol vergisinin və bu əsasla nəqliyyat vasitəsinin ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir. Belə ki, cavabdeh orqan imtina dəlili olaraq qeyd etdiyi yeganə əsas vergi qanunvericiliyindən yol vergisinə güzəştin nəzərdə tutulmamasıdır. Halbuki hazırki iş üzrə məsələ hər hansı güzəştin tətbiq edilməsinin mümkünlüyü deyil, inzibati orqanın həkətlərinin qanuniliyinin yoxlanılmasından ibarətdir.
44. Hazırki qərarın 33-cü bəndlərində qeyd olunan normaların məzmunundan göründüyü kimi, xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq edilir. Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.
45. Hazırki iş üzrə sözügedən “MAN” markalı, 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin 5 oxlu olması və yuxarıda qeyd edilən tarixlərdə saxlanca verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh inzibati orqan da bunu əsas götürərək, nəqliyyat vasitəsinin ölkə daxilində olduğu günlərə münasibətdə Vergi Məcəlləsinin 211.1.1.3-cü maddəsinə istinad etməklə yol vergisi hesablamışdır (Bax: hazırki qərarın 18-ci bəndi).
46. Bundan başqa nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində olduğu bütün dövr üzrə yol vergisinin hesablanması Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(114)-75/2024 nömrəli qərardadı qəbul edilənədək davam etdirilmiş, qeyd edilən qərardadla “MAN” markalı, 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin ölkə ərazisində olması ilə əlaqədar yol vegisinin hesablanması əsas inzibati iş (hazırki iş) üzrə qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. Qeyd olunan hesablanmanın adıçəkilən qərardad qəbul edilən dövrədək həyata keçirilməsi nümayəndə tərəfindən də təsdiqlənmişdir.
47. Araşdırılma zamanı müəyyən edilmişdir ki, sözügedən nəqliyyat vasitəsinin ölkə hüdudlarını tərk etməsinə qoyulmuş məhdudiyyətin başlanğıc tarixi - gömrük qaydaları əleyhinə törədilmiş hər hansı hüquqpozma faktının müəyyən edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə baxışın keçirildiyi xx.xx.2021-ci ildir. Bundan sonra nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmış və “Azterminalkompleks” Birliyinin anbarına 153S nömrəli xx.xx.2021-ci il tarixli aktla qəbul edilmişdir.
48. Məhkəmə kollegiyası nəqliyyat vasitəsinə baxış keçirildiyi xx.xx.2021-ci il tarixindən sonra hansı əsasla gömrük nəzarəti altında saxlanılmasının müəyyən edilməsi istiqamətində araşdırma aparmış və məlum olmuşdur ki, nəqliyyat vasitəsinin ölkə hüdudlarından kənara çıxmasına məhdudiyyətin qoyulmasına dair hər hansı bir hüquqi akt mövcud olmamışdır.
49. Belə ki, cinayət hadisəsinin baş verdiyi zaman nəqliyyat vasitəsinin sürücüsü olmuş X8 təqsirləndirilməsinə dair həm Bakı Ağır Cinayətlər Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin yekun məhkəmə aktlarında nəqliyyat vasitəsinin ölkə hüdudlarından kənara çıxmasına məhdudiyyətin qoyulmasına dair hər hansı bir qeyd aparılmamışdır.
50. Bundan başqa cavabdeh tərəf həmin məhdudiyyətin qoyulmasına dair hər hansı hüquqi aktı məhkəməyə təqdim etməmiş, məhdudiyyətin Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən “Azterminalkompleks” Birliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1000-154/1xx-xx/019226 nömrəli məktub əsasında qoyulduğu bildirilmişdir. Belə ki, həmin məktubla Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində icraatda olan 34/154/058223 nömrəli material üzrə “MAN” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı yük nəqliyyat vasitəsinin gömrük nəzarəti altına alınması üçün Birliyin anbarına qəbul edilməsi xahiş olunmuş, əlavə olaraq bildirilmişdir ki, sözügedən nəqliyyat vasitəsi hal-hazırda Bakı şəhəri, Salyan şossesinin 14-cü km hissəsində yerləşən avtoparkın ərazisindədir.
51. Bundan başqa müvafiq sorğular əsasından daxil olmuş materiallardan da məlum olur ki, cinayət işinin istintaq materiallarında həmin yük maşını ilə bağlı hər hansı bir qərar qəbul edilməmiş, nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmış, həmin nəqliyyat vasitəsi üzərində həbs qoyulmamışdır (Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-083/3-120548/2024 nömrəli məktubu).
52. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq hüquqi akt olmadan, həmçinin cinayət işi materiallarına hər hansı bir sübut olmadığından nəqliyyat vasitəsinin gömrük nəzarəti altında saxlanılması və bu əsasla yol vergisinin hesablanması qanuni hesab edilə bilməz.
53. “İnzibati icraat haqında” Azərbaycan Respublikasının Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
54. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 128.1. Öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. 128.2. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. 129.1. Maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər.
55. Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4-1/2-4645/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “MAN” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması və ya götürülməsi, həmçinin həmin nəqliyyat vasitəsinin sonrakı vəziyyəti ilə bağlı hər hansı məlumat 1(101)-299/2024 nömrəli cinayət işi materiallarında aşkar edilməmişdir.
56. Göründüyü kimi yük maşının saxlanılmasına əsas olan cinayət işi üzrə həmin maşının maddi sübut kimi tanınmasına dair hər hansı bir qərar qəbul edilməmiş, yalnız müvafiq baxış keçirilməsi ilə əlaqədar olaraq saxlanması xahiş olunmuş, “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokol tərtib edilmiş və nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmış və xx.xx.2021-ci il tarixli aktla “Azterminalkompleks” Birliyinin anbarına 153S nömrəli qəbul edilmişdir.
57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək və xx.xx.2023cü il tarixindən yol vergisinin hesablanmasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edildiyi xx.xx.2024-cü il tarixinədək gömrük nəzarətində saxlanılması və bu əsasla yol vergisinin hesablanmasına dair hərəkəti qanunamüvafiq olmamışdır.
58. Beləliklə məhkəmə kollegiyası cavabdeh tərəfin həm imtina, həm də apellyasiya şikayətinin başlıca dəlili olan “qanunvericilikdə yol vergisinə güzəştlərin tətbiq edilməməsi” dəlilinə münasibətdə qeyd edir ki, mübahisələndirilən hesablanmış yol vergisi məbləği hər hansı güzəştin tətbiq olunması əsası ilə deyil, qanunsuz olaraq (heç bir müvafiq hüquqi akt olmadan) hesablandığı üçün qismən ləğv edilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1777/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı ona məxsus olan “MAN” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə hesablanmış yol vergisini ödəməkdən azad edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov