Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-429/2025 16.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Məmmədov Müşfiq Vaqif oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Gədəbəy rayonu Söyüdlü bələdiyyəsinə qarşı torpaq sahəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1501/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellaysiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gədəbəy rayonu Arıqdam bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona 11,5 sot həcmində biçənək və 7,5 sot həcmində isə əkin pay torpaq sahələrinin verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə onun atası X3 ailə üzvləri ilə ümumən 0,67 ha torpaq sahəsi verilmişdir. Lakin, pay torpaq sahəsinin verilməsini təsdiq edən xx.xx.2001-ci il tarixli, JN 0078, kod 50532018 saylı Dövlət aktında onun adına torpaq sahəsi ayrılmamışdır. Gədəbəy rayon X2 17 saylı, xx.xx.1996-cı il tarixli qərarında sabiq M.Quliyev adına sovxozda torpaq islahatının aparılması nəticəsində onların ailəsinə və həmçinin onun adına torpaq sahəsi ayrılmış pay torpaq sahəsi almalı olan şəxslərin siyahısında onun adı göstərilmiş, lakin dövlət aktında göstərilməmişdir. Səbəb olaraq isə siyahıda adının Tərlan yox Təran göstərilməsi olmuşdur. Onun adı Təran yazılsa da, siyahıda doğum tarixi, pasportunun seriyası və nömrəsi yazılmışdır. Onun fikrincə adın bir hərfinin yazılmaması mexaniki səhv deyil, sadəcə siyahıdan bəhanə ilə çıxarmaq və pay torpağını verməməkdir. Adın bir hərfinin yazılmaması əsas vermir ki, onun adı dövlət aktına salınmasın. Biçənək və əkin pay torpaq sahəsinin ayrılması üçün Arıqdam kənd bələdiyyəsinə müraciət etmiş, sonuncu tərəfindən pay torpaq sahəsi yalnız məhkəmənin qərarı ilə ayrıla bilməsi bildirilmişdir. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən İddiaçı 11,5 sot biçənək və 7,5 sot həcmində əkin pay torpaq sahəsinin verilməsi barədə bələdiyyə tərəfindən qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1501/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia qismən təmin edilmiş, Gədəbəy rayonu Arıqdam bələdiyyəsindən İddiaçı 11,5 sot biçənək və 7,5 sot həcmində əkin pay torpaq sahəsinin verilməsi barədə tərəfindən zəruri inzibati icraat aparılmaqla müvafiq qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh Gədəbəy rayonu Söyüdlü bələdiyyəsi qərardan apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsi ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh həmçinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmiş, ərizənin məzmunu apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Gədəbəy rayonu Arıqdam bələdiyyəsi əsl cavabdeh Gədəbəy rayonu Söyüdlü bələdiyyəsi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı və iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, qərardan cavabdeh tərəfindən verilmiş apellaysiya şikayət mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin Azərbaycan Respublikası İPM-in 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 81.2-ci maddəsində müəyyən olunmuş tələb pozulmaqla verilmişdir. Azərbaycan Respublikası İPM-nin 81.2-ci maddəsinin tələbinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının tələbi mübahisələndirilən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1501/2024 nömrəli qərarı ilə qismən təmin edilmiş, Gədəbəy rayonu Arıqdam bələdiyyəsindən İddiaçı 11,5 sot biçənək və 7,5 sot həcmində əkin pay torpaq sahəsinin verilməsi barədə tərəfindən zəruri inzibati icraat aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdeh Gədəbəy rayonu Arıqdam bələdiyyəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdehin üzərinə qoyulan öhdəlik cavabdeh orqanın fəaliyyət istiqamətinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən inzibati icraat aparılaraq müvafiq qərarın qəbul edilməsindən ibarət olmuşdur. Belə ki, şikayət vermək hüququnun yaranması üçün məhkəmə qərarının həmin şəxsin hüquqlarına və qanuni maraqlarına mənfi təsir göstərməsi tələb olunur. Bu təsir birbaşa və şəxsi olmalıdır. Yəni, şəxs məhkəmə qərarının nəticəsində konkret bir ziyana və ya məhrumiyyətə məruz qalmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı nəticəsində cavabdehin hüquqları və qanuni maraqları pozulmadığından o, apellyasiya şikayəti vermək hüququna malik olmamışdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Cavabdehin təqdim etdiyi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan səbəblərə görə apellyasiya şikayəti mümkün sayılmadığından, apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətlə bağlı araşdırılmanın aparılması zərurəti aradan qalxmışdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən qərardan apellyasiya şikayəti verilməsi istisna edildiyindən, apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1501/2024 nömrəli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apelyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Müşfiq Məmmədov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-429/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-429/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver