Məhkəmə qərarları › İş №2-1(104)-436/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-436/2024

03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-436/2024 03.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı vəkili Vəkil1, üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, “Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarının X4 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1624/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. 17 avqust 1982-ci tarixdə bağlanmış alqı-satqı müqavilənaməsinə əsasən İddiaçı Gədəbəy rayon Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsində yerləşən, ümumi yaşayış sahəsi 70 kv.m olan, o cümlədən yaşayış sahəsi 48 kv.m olan, zirzəmi hissəsi daşdan hörülmüş, otaqları kərtmə ağacdan tikilmiş, üstü şifer və kirəmit kərpiclə örtülmüş üç otaqlı yaşayış evi, kərtmə ağacdan hörülmüş hamamı X10 (satıcı) səkkiz min manata almışdır. Həmin müqavilə Gədəbəy rayon dövlət notariat kontorunun natariusu tərəfindən təsdiq edilərək reyestrdə K6-2360 nömrə ilə qeyd edilmişdir.

2. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 504 nömrəli arxiv arayışına əsasən Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Novoivanovka kənd X11 1983-1985-ci illərə dair 1 saylı təsərrüfatbaşına kitabının 95-ci şəxsi hesabında Daşkəsən rayonu, Zəylik kəndində qeydiyyatda olan İddiaçı qeydiyyatda olmaqla onun adına olan təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 48 kv.m olan ev qeyd olunmuşdur.

3. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə Gədəbəy rayonu Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsi həyətyanı məqsədilə X4 verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN- 087D, KOD 50500028 saylı şəhadətnamə tərtib edilmişdir.

4. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-527/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, Mərkəzin arxivində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı aşkar edilməmişdir.

5. Gədəbəy rayonu Novoivanovka kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X4 (ailə tərkibi – 1 nəfər, xəritədə nömrəsi - 87) 0.25 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdehnə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarının X4 aid hissədə, Torpağın mülkiyyətə verilməsinə dair JN-087D KOD 50500028 saylı şəhadətnamənin isə tam ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (alıcı) arasında 17 avqust 1982-ci tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən Gədəbəy rayon Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsində yerləşən, ümumi yaşayış sahəsi 70 kv.m olan, o cümlədən yaşayış sahəsi 48 kv.m olan, zirzəmi hissəsi daşdan hörülmüş, otaqları kərtmə ağacdan tikilmiş, üstü şifer və kirəmit kərpiclə örtülmüş üç otaqlı yaşayış evi, kərtmə ağacdan hörülmüş hamamı X10 (satıcı) səkkiz min manata almışdır. Həmin müqavilə Gədəbəy rayon dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilərək reyestrdə K6-2360 nömrə ilə qeyd edilmişdir. Həmin vaxtdan da qeyd olunan ev alğı-satqı nəticəsində İddiaçı mülkiyyətində olmuşdur. Daha sonra İddiaçı ailə həyatı quraraq başqa evə köçmüşdür. Hazırda həmin evdə İddiaçı qardaşı X7 öz ailəsi ilə yaşayır. Həmçinin Gədəbəy rayon Dövlət arxivinin 504 saylıarayışından görünür ki, Novoivanovka kənd X11 1983-1985 illərə dair 1 saylı təsərrüfatbaşı kitabının 95-ci şəxsi hesabında İddiaçı qeydiyyatda olmaqla onun adına olan təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 48 kv.m olan ev qeyd edilmişdir. İddiaçı məxsus evdə yaşayan X5 Gədəbəy Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(042)-1397/2023 saylı bildiriş göndərilərək, ona qarşı İddiaçı X8 tərəfindən maneələrin aradan qaldırılması tələbinə iddia qaldırılması barədə məlumat verilmişdir. Bildirişə əlavə edilən iddia ərizəsində tələb onunla əsaslandırılır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə Gədəbəy rayon Novoivanovka kəndində 0.25 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Bu barədə JN- 087D KOD 50500028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Mehdiyev Arzu həmin fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX 11 saylı ərazi idarəsinə müraciət etmişdir. Bu müraciətlə bağlı 11 saylı Ərazi İdarəsinin mütəxəssislərinin evə baxışına X7 tərəfindən maneə yaradılmışdır. İddiada qeyd olunan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı X6 aid hissədə, JN-087D KOD 50500028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə isə tamamilə qanuna ziddir və heç bir hüquqi əsasları yoxdur. Çünki həmin ev 17 avqust 1982-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətindədir. Buna görədə başqasının mülkiyyətində olan ev heç bir hüquqi əsas olmadan qanunsuz şəkildə X2 mülkiyyətinə verilib. Bununla da İddiaçı mülkiyyət hüququ kobud şəkildə qanunsuz olaraq pozulmuşdur.

8. İddiaçı iddia ərizəsi ilə yanaşı məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarından və Torpağın mülkiyyətə verilməsinə dair JN087D KOD 50500028 saylı şəhadətnamədən şikayət verilməsi üçün İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətinə bərpa olunmasını xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı (alıcı) arasında 17 avqust 1982-ci tarixdə bağlanmış alğı-satqı müqavilənaməsinə əsasən Gədəbəy rayon Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsində yerləşən, ümumi yaşayış sahəsi 70 kv.m olan, o cümlədən yaşayış sahəsi 48 kv.m olan, zirzəmi hissəsi daşdan hörülmüş, otaqları kərtmə ağacdan tikilmiş, üstü şifer və kirəmit kərpiclə örtülmüş üç otaqlı yaşayış evi, kərtmə ağacdan hörülmüş hamamı X10 (satıcı) səkkiz min manata almışdır. Həmin müqavilə Gədəbəy rayon dövlət notariat kontorunun natariusu tərəfindən təsdiq edilərək reyestrdə K6-2360 nömrə ilə qeyd edilmişdir. Həmin vaxtdan da qeyd olunan ev alğı-satqı nəticəsində İddiaçı mülkiyyətində olmuşdur. Daha sonra İddiaçı ailə həyatı quraraq başqa evə köçmüşdür. Hazırda həmin evdə İddiaçı qardaşı X7 öz ailəsi ilə yaşayır. Həmçinin Gədəbəy rayon Dövlət arxivinin 504 saylı arayışından görünür ki, Novoivanovka kənd X11 1983-1985 illərə dair 1 saylı təsərrüfatbaşı kitabının 95-ci şəxsi hesabında İddiaçı qeydiyyatda olmaqla onun adına olan təsərüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 48 kv.m olan ev qeyd edilmişdir. İddiaçı məxsus evdə yaşayan X5 Gədəbəy Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(042)-1397/2023 saylı bildiriş göndərilərək, ona qarşı iddiaçı X8 tərəfindən maneələrin aradan qaldırılmasıtələbinə iddia qaldırılması barədə məlumat verilmişdir. Bildirişə əlavə edilən iddia ərizəsində tələb onunla əsaslandırılır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə Gədəbəy rayon Novoivanovka kəndində 0.25 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Bu barədə JN-087D KOD 50500028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Mehdiyev Arzu həmin fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX 11 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Bu müraciətlə bağlı 11 saylı Ərazi İdarəsinin mütəxəssislərinin evə baxışına X7 tərəfindən maneə yaradılmışdır. İddiada qeyd olunan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı X6 aid hissədə, JN-087D KOD 50500028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə isə tamamilə qanuna ziddir və heç bir hüquqi əsasları yoxdur. Çünki həmin ev 17 avqust 1982-ci iltarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətindədir. Buna görə də başqasının mülkiyyətində olan ev heç bir hüquqi əsas olmadan qanunsuz şəkildə X2 mülkiyyətinə verilib. Bununla da İddiaçı mülkiyyət hüququ kobud şəkildə qanunsuz olaraq pozulmuşdur. Qeyd olunan səbəblərə görə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı X6 aid hissədə, JN-087D KOD 50500028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə isə tamamilə mübahisələndirilərək ləğv olunmaları üçün məhkəməyə müraciət zərurəti yaranmışdır. Lakin Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarın və JN- 087D KOD 50500028 saylı şəhadətnamənin (inzibati aktın) şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 30 günlik prosessual müddət İddiaçı tərəfindən buraxılmışdır. Bununda səbəbi Mehdiyava Natellanın ümumiyyətlə belə bir səhadətnamənin mövcudluğu, qəbul edilməsi barədə məlumatının olmamasıdır. O bu barədə yalnız Gədəbəy Rayon Məhkəməsi tərəfindən qardaşı X5 göndərilən bildirişdən sonra məlumat almışdır. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzürlüdür və buna görə də məhkəmə tərəfindən İPM-nin 24.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. İddiaçının vəkil olan nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarının X4 aid hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1624/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçı inzibati orqanın (Aqrar İslahat Komissiyasının) bundan təxminən 26 il əvvəl qəbul etdiyi qərarın qanunsuz sayılaraq ləğv olunmasını tələb edir, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçı sözügedən qərarı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir və həmin müddəti buraxılmasından 1 ildən çox vaxt keçdiyi üçün müddətin bərpasına dair ərizə verilə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı tərəf qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. Şikayətin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfi etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, iddiaçı X1 bacısıdır. Ona görə də hesab edilir ki, mübahisələndirilən qərardan məlumatlı olmuşdur.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Apellyasiya şikayətinin dəlillərində iddia tələbinin mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur.

21. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

22. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

24. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə Gədəbəy rayonu Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsi həyətyanı məqsədilə X4 verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-087D, KOD 50500028 saylı şəhadətnamə tərtib edilmişdir.

25. İş materiallarında olan Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 504 nömrəli arxiv arayışına əsasən Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Novoivanovka kənd X11 1983-1985-ci illərə dair 1 saylı təsərrüfatbaşına kitabının 95-ci şəxsi hesabında Daşkəsən rayonu, Zəylik kəndində qeydiyyatda olan İddiaçı qeydiyyatda olmaqla onun adına olan təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 48 kv.m olan ev qeyd olunmuşdur.

26. Gədəbəy rayonu Novoivanovka kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından мялум олур ki, X4 (ailə tərkibi – 1 nəfər, xəritədə nömrəsi - 87) 0.25 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

27. Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən mübahisələndirilən aktın qəbulundan 20 ildən artıq müddət keçdiyini və iddiaçının məhkəmədə mübahisələndirmə mexanizminə dair hüquqlarını itirməsini qeyd etmişdir.

28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli qərarında qeyd edilir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

29. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən aqrar islahat komissiyasının qərarının ləğv edilməsinə dair tələbin iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.

30. Göründüyü kimi mübahisələndirilən inzibati akt 1998-ci il tarixdə qəbul edilmiş və tətbiq olunmuşdur. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

31. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

32. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.

33. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır .

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1624/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar