Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-438/2025 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Tibbi Sosial Ekspertiza Komissiyasının müayinə aktından çıxarışlardan görünür ki, İddiaçı 2011-ci ildən 2016-cı il tarixdək hər il üzrə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit (XBT kodu: XIX sinif– Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri– S20– S29– Döş qəfəsinin travmaları– S 21 Döş qəfəsinin açıq yarası– S21.8– Döş qəfəsinin digər)” diaqnozu ilə II qrup əlillik təyin edilmişdir.
2. Tibbi Sosial Ekspertiza Komissiyasının müayinə aktından çıxarışdan görünür ki, İddiaçı ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit (XBT kodu: XIX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S30 – S39 – Qarının, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları– S 36 – Qarın...)” diaqnozu ilə 5 il müddətinə II dərəcə əlillik təyin edilmişdir.
3. Tibbi Sosial Ekspertiza Komissiyasının müayinə aktlarının çıxarışından görünür ki, ##.##.2021-ci il tarixli, *******0007 nömrəli, ##.##.2021-ci il tarixli, *******0008 nömrəli aktlar əsasında əlillik qiymətləndirilmiş göndərişin natamam doldurulması səbəbindən, ##.##.2021-ci il tarixli, *******0009 və ##.##.2023-cü il tarixli, *******0010 saylı aktlara əsasən isə dioqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin * saylı X5 tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, 3-17-1/2 H-******/**** nömrəli arayışından məlum olur ki, İddiaçı ##.##.2011-ci il tarixdən başlamaqla ##.##.2021-ci il tarixədək (259.78 manat) pensiya ödənilmişdir. Müddəti ##.##.2021-ci il tarixədəkdir. Pensiya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II qrup əlil olduğuna görə ödənilmişdir.
5. ##.##.2023-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli “Vətəndaşın əlillik vəziyyəti haqqında” məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının 0321003AAPUL və P********QFD nömrəli göndərişləri və müraciəti əsasında ##.##.2021 və ##.##.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir;
6. Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ##.##.2023-cü il tarixli, T ***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994). Ağırlaşma: Z98.8- Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Güllə yarası kolostomadan sonrakı vəziyyət. MBSnin funksional pozğunluğu ilə. 1994 də RKX-danazik bağırsağın 1 m rezeksiya edilmişdir. 20,2 sm yoğun bağırsaq rezeksiya edilib. K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə nazik bağırsağın 1 m nazik bağırsaq 20,2 sm yoğun bağırsaq rezeksiyası və kolostomanın qoyulması və təkrari loporotomiya, kolostomanın və bitişmələrin ləğvi, əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi, bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi MBS-nin funksiya pozğunluğu ilə” diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional, dəyişikliklər hazırda əlillik əlaməti təyin etmədiyindən əlilliyin təyini zamanı ona, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də ##.##.2022-ci il tarixli, *** nömrəli qərar təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə bəndlərindən birini aid etmək mümkün olmamışdır;
7. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-də tərtib edilmiş *** saylı ambulator xəstənin tibbi vərəqindən görünür ki, İddiaçı ##.##.2023cü il tarixdə xəstəxanada laborator instrumental müayinələrdən keçmiş və ona “K56.5 – Hissəvi bağırsaq keçməməzliyi” və “K86.1– Digər xroniki pankreatitlər” diaqnozları qoyulmuşdur.
8. Səhiyyə Nazirliyinin xxxx publik hüqui şəxsi tərəfindən verilmiş T***/**** saylı ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş *******AAPUL nömrəli göndərişdə qeyd edilən Əsas diaqnoz: S21 Döş qəfəsinin açıq yarası, döş qəfəsini və qarın boşluğunu deşib keçən güllə yarası (1994), nazik bağırsağın 1.0 m, yoğun bağırsağın 20.0 sm rezeksiyası (uc-uca anastomoztın, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi MBS-nin funksiya pozğunluğu. Ağırlaşma: S31 qarnın, beldən aşağı hissənin və çanağın açıq yarası qarın boşluğunu deşib keçən güllə yarası. K.59.8 Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları MBS-nin funksiya pozğunluğu. K56.5 Bağırsaq bitişmələri keçməməzlik ilə bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi. Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər nazik bağırsağın 1,0m, yoğun bağırsağın 20,0 sm rezeksiyası (uc-uca anastomozun, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəlik: K29.3 xroniki səthi qastrit Xroniki qastrit diaqnoz stasionarda müayinə və müalicəsi zamanı müəyyən eidlmiş, hazırda da həmin diaqnoz öz təsdiqini tapır. Lakin əsas xəstəliklərin ağırlaşmalarının təyini üçün klinik tibbi mərkəzə müayinəyə göndərilsə də, bu günə kimi bununla bağlı hər hansı bir tibbi sənəd təqdim etməmişdir. ##.##.2026-cı il tarixdə məhkəmə-tibbi müayinə zamanı qarının sol və sağ yarısında, ön divarında döş qəfəsinin sağ yan səthində dəri ilə eyni rəngli çapıqlar vardır. Boyu 169sm, çəkisi 83 kq-dır (paltarlı). BKI-29,1 Ətraflarda və onurğada hərəkət tamdır, yerişi sərbəstdir. Əsas xəstəliyin ağırlaşmalarının qiymətləndirilməsi və əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»-nın 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
Birinci instansiya məhkəməsində icraat:
9. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə ##.##.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən güllə yarası almışdır və Il qrup əlildir. Uzun müddətdir ki, xəstədir. Hal hazırda 49 yaşı var. Xəstəxanalarda müalicə kursu keçmişdir. Ona döş qəfəsinin açıq yarası, döş qəfəsini və qarın boşluğunu deşib keçən güllə yarası (1994), nazik bağırsağın 1.0 m., yoğun bağırsağın 20.0 sm rezeksiyası (uc-uca anastomoztın, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi, M.B.S-in funksiya pozğunluğu) diaqnozu qoyulmuşdur. Ağırlaşma formasında “Qarın və beldən aşağı hissənin və çanağın açıq yarası, qarın boşluğunu deşib keçən güllə yarası”, “Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, M.B.S-nin funksiya pozğunluğu”. “Bağırsaq bitişmələri, keçməməzlik ilə bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi və “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər” və sairə xəstəlikləri var. Bundan əlavə olaraq “Xroniki səthi qastrit” diaqnozu ilə müəyyən olunmuş yanaşı xəstəliyi də var. Bədəninin müəyyən hissəsi yaxşı işləmir və mütəmadi müalicə kursu keçir. Ona pensiya təyin edilmiş, lakin əsassız olaraq 2021-ci ildən etibarən pensiyası dayandırılmışdır. Ağır xəstəyədir, özünü idarə edə bilmir, müddət ötdükcə xəstəliyi ağırlaşır, maddi vəziyyəti çox ağırdır. O, ##.##.1994-cü ildən-##.##.1994 cü ilə qədər Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-də, ##.##.2021-ci ildən-##.##.2021-ci ilə qədər Tovuz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də və ##.##.1994-cü ildən-##.##.1994- cü ilə qədər və həmçinin ##.##.2021-ci ildə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-də stasionar müalicə kursları keçmişdir. Ümumiyyətlə, 1994-cü ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. Tibb müəssisəsi tərəfindən (Tovuz Rayon Mərkəzi X3 Şəxs tərəfindən) ## ######## 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına *******AAPUL saylı göndəriş verilmişdir. Lakin Tibbi- Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. Ona qarşı haqsızlıq olur. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin *******AAPUL saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmiş və diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbindən imtina qərarı verilmişdir. Qeydiyyatda olduğu səhiyyə müəssisəsində xəstəlikləri barədə bütün məlumatlar var. TSERAS-a göndərişdə (forma 88) xəstəlikləri barədə tam və dolğun məlumat verilsə də, hansı səbəbdən ona əlillik dərəcəsinin təyin edilməməsi müəmmalıdır.
11. Cavabdeh tərəfindən göndərilmiş ##.##.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, Tovuz rayon sakini ##.##.1975-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin *******AAPUL nömrəli göndərişi əsasında ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1994-cü il tarixli, **** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Torakoabdominal nahiyənin odlu silahla yaralanması nəticəsində nazik və yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, əməliyyatlar: lapotoromiya nazik bağırsağın 1m rezeksiyası və yoğun bağırsağın 20 sm rezeksiyası, funksional kolostoma və adheziv plevrit ikinci dərəcəli tənəffüs çatışmazlığı ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qəbzlik, qarında ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə yaralandığını onikibarmaq bağırsağından əməliyyat keçirdiyini, bağırsaq keçməzliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı qarının sol tərəfində çapıq toxuma, total laparotomiya, sağtərəfli pararental, sağtərəfli torakosintez əməliyyatlarına müvafiq çapıq toxuma izlənilmiş, aşağı və yuxarı ətraflarda hərəkətlər tam həcmdə olmuşdur. Boyu 167 sm, çəkisi 78 kq, BKI 28 müəyyənləşdirilmiş, çəki defisiti aşkarlanmamış, qarnın palpasiyası zamanı yumşaq və ağrısız qeydə alınmışdır. Vətəndaşın son illərə dair heç bir müayinə və müalicə sənədi olmadığı aşkarlanmışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“Inzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
12. Gəncə Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə (hakim Emin Axundov) iddianın təmin edilməsi, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının göndərişdə əks olunmuş diaqnoz üzrə orqanizminin funksiyalarının pozulması əlillik təyin edilməsi üçün əsas verdiyindən cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olduğundan əlillik təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas vermişdir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat: a) apellyasiya şikayətinin dəlilləri:
14. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilən halları qəbul etməyərək bildirilmişdir ki, sözügedən işdə birinci instansiya məhkəməsi sübutları araşdırmadan iddiaçının maraqlarına uyğunlaşdırmaqla qərar qəbul edərək inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Məhkəmənin qeyd edilən halları ilə razılaşmadıqlarını, məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq şəxsin yenidən əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilmədiyi və ekspertiza keçirilmədiyi bildirilmişdir. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarət olmuşdur ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermədiyini, şəxsdə sözügedən xəstəliyin ağrılaşmalarının mövcud olduğu halda, şəxsə əlillik təyinatının aparılmalı olduğu bildirilmişdir. Göndərişdə qeyd olunan diaqnozun öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətlərinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** saylı qərarı ilə təstiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırılır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır, lakin hazırkı işdə iddiaçıda nəinki sözügedən ağırlaşmalar, həmçinin diaqnoz belə öz təsdiqini tapmamışdır. Vətəndaşda hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Göstərilən hallar baxımından Gəncə Inzibati Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyi, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmənin qanunsuz olaraq iddianı təmin etməsini, maddi və prosessual hüquq normalarının pozulduğu, bu səbəbdən də Gəncə Inzibati Məhkəməsinin qərarının ləğv edilməli olduğu bildirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Məhkəmə kollegiyasının ##.##.2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının ## ##### 2023cü il tarixli, 3-17-4/3-3- ****/**** nömrəli qərarının ləğv edilməsini və həmin tarixdən iddiaçı İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ## ###### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi, yeni qərar çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının ## ##### 2023cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması 70 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
d) Kassasiya instansiyası məhkəməsində icraat:
19. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərardan kassasiya şikayəti vermiş və kassasiya şikayəti işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ## ### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının # ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı ##.##.2025-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, iddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.1.3.2-ci yarımbəndində göstərilən qiymətləndirməyə uyğun olduğu öz təsdiqini tapmalıdır. Apellyasiya məhkəməsi iddiaçının diaqnozunun Meyarların 13.1.3.2-ci yarımbəndinə uyğun olması qənaətinə gəlsə də, bununla bağlı zəruri əsaslandırma aparılmamışdır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, “Meyarların” 13-cü bəndi Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri barədədir. 13.1.3.2. yarımbəndinə isə “təzahür edən pozuntularla (məsələn, onurğa sütununun böyük hissələrinin hərəkətsizliyi, ağır skolioz) gəzmənin əhəmiyyətli dərəcədə pozulması” qeyd edilmişdir. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının yuxarıda sadalanan normalarının tələblərindən müəyyən edilir ki, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri olaraq aşkar edilən əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilir. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Yəni, şəxsin əlilliyi göndərişdə qeyd edilən xəstəliklər əsasında qiymətləndirilir, məhz həmin xəstəliklər qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas verdiyi halda, əlillik təyinatı aparılır. Bu baxımdan, qeyd edilməlidir ki, iş materiallarında olan tibb müəssisəsi tərəfindən verilmiş sonuncu *******AAPUL nömrəli göndərişdə (forma 088) əsas diaqnoz - (S21) döş qəfəsinin açıq yarası, döş qəfəsini və qarın boşluğunu deşib keçən güllə yarası (1994), nazik bağırsağın 1.0 m., yoğun bağırsağın 20.0 sm rezeksiyası (uc-uca anastomoztın, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi, M.B.S-in funksiya pozğunluğu) ağırlaşmalar isə - (S31) Qarın və beldən aşağı hissənin və çanağın açıq yarası, qarın boşluğunu deşib keçən güllə yarası”, “(K59.8) Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, M.B.S-nin funksiya pozğunluğu”. ““(K56.5) Bağırsaq bitişmələri, keçməməzlik ilə bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi və “(Z98.8)Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər” qeyd edilmişdir. Iddiaçının göndərişində olan əsas diaqnoz və ağırlaşmaların “Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri”nə aid olması hazırkı vəziyyətdə müşayiət olunmur. Bundan əlavə işdə olan ekspert rəyində də bu məsələyə aydınlıq gətirilməmişdir. Halbuki, ekspert məhz sözügedən qiymətləndirmə meyarları əsasında qiymətləndirmə aparmalı və müvafiq nəticəyə gəlməli idi. Sözügedən ekspert rəyində ümumiyyətlə qeyd edilmişdir ki, əlilliyin təyini zamanı ona, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də ##.##.2022-ci il tarixli, *** nömrəli qərar təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə bəndlərindən birini aid etmək mümkün olmamışdır.
e) Prosessual məsələlər:
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Iddiaçı məhkəməyə teleqram ünvanlayaraq xəstəxanada müalicə alması ilə əlaqədar işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası IPMin 62.5-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
26. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
3. Həzm sistemi orqanlarının xəstəlikləri 3.4. Bağırsağın digər xəstəlikləri - K55-K64 3.4.1. Bağırsaq anastomozunun qoyulması ilə əlaqəli vəziyyət - Z98.0 3.4.2. bağırsaq bitişmələri, keçməzlik ilə - K56.5 periton bitişmələri- K66.0 Qiymətləndirmə: 3.4.2.2. həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi - 65- 80% - müddətsiz.
27. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamə 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. 5.5. TSEK-in qərarlarından “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
28. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası iş üzrə müvafiq sənədləri nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
30. Işin hallarından görünür ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona 2011-2015-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit (XBT kodu: XIX sinif– Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri– S20– S29– Döş qəfəsinin travmaları– S 21 Döş qəfəsinin açıq yarası– S21.8– Döş qəfəsinin digər...)” diaqnozu ilə hər dəfə 1 il müddətinə, ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit (XBT kodu: XIX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S30 – S39 – Qarının, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları– S36 – Qarın...)” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
31. Əlilliyin müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, Tibbi Sosial Ekspertiza Komissiyasının müayinə aktlarından çıxarışa əsasən ##.##.2021-ci il tarixli, *******0007 nömrəli, ##.##.2021-ci il tarixli, *******0008 nömrəli aktlar əsasında göndərişin natamam doldurulması səbəbindən, ##.##.2021-ci il tarixli, *******0009 saylı və ##.##.2023-cü il tarixli, *******0010 saylı aktlara əsasən isə dioqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
32. Tovuz Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli, P********QFD nömrəli göndərişdən görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulan diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz: Y36 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Ağırlaşma: Z98.8 – Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər Nazik bağırsağın 1.0 m, yoğun bağırsağın 20.0 sm rezeksiyası. (uc uca anastomozun, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət). Ağırlaşma: K56.5 – Bağırsaq bitişmələri, keçməməzlik ilə bitişmə mənşəli hissəvi bağırsaq kecməməzliyi. Ağırlaşma: K66.0 – Periton bitişmələri. Yanaşı xəstəlik: K81 – Xolosistit. Yanaşı xəstəlik: K76.0 – Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy deöeneresiyası, Hepatoz. Yanaşı xəstəlik: K86.1 – Digər xroniki pankreatitlər. Pankreatit.
33. Göründüyü kimi, iddiaçıda mövcud olan “Bağırsaq bitişmələri, keçməzlik ilə” diaqnozu XBT-10 kodu K56.5 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 3.4.2-ci bəndində öz əksini tapmışdır. K56.5 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik kimi Meyarların ya 3.4.2.1, ya da 3.4.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 3.4.2.1-ci bəndə əsasən, K56.5 kodlu xəstəlik - həzm funksiyasının mülayim pozulması – xəstəliklərin orta ağır formaları – stasionar müalicəyə ehtiyacın yaranması ilə nəticələnən (ildə 4 dəfəyə qədər), bəzi hallarda isə cərrahi müalicəyə səbəb olan tez-tez (ildə 6 dəfədən çox) bağırsaq keçməzliyi ilə müşayiət olunan ağrı tutmaları ilə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə, 3.4.2.2-ci bəndə əsasən – həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi ilə müşahidə olunduğu hallarda isə orqanizmin funksiyalarının 65-80 pozulmasına görə müddətsiz əlillik təyininə əsasdır.
34. Tovuz Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli, P********QFD nömrəli göndərişinin “Status localis” hissəsində qeyd edilmişdir ki (cild İ, səh.52), xəstə ##.##.1994-cü ildə Fizuli bölgəsində döyüşdə qarın boşluğunun və döş qəfəsini deşib keçən güllə yarası almış və hərbi hospitalda əməliyyat olunmuşdur. Lapartomiyasiqmanın tikilməsi köndələn cənbər bağırsağın rezeksiyası nazik bağırsağın 1.0 m, yoğun bağırsağın 20.0 sm rezksiyası (1994) kolostomanın qoyulması əməliyyatı aparılıbdır. ##.##.1994 də RKX-da göndərilmiş və müalicə qəbul etmişdir. ##.##.1994-cü ildə təkrar RKX da relaparotomiya kolostomanın ləğvi olunmuşdur. Bitişmələr ayrılmışdır. 2000-ci ildə bağırsaq keçməməzliyi bitişmələrin ayrılması əməliyyatı aparılmışdır. Xəstəliyi ilə əlaqədar xəstə ##.##.1999-##.##.1999, ##.##.2000-##.##.2000, ##.##.2011-##.##.2011-ci il tarixlərdə Əyyublu kənd x/x-da və Tovuz MRX-da stasionar müalicə qəbul edibdir. Qarının ön divarında orta xətlə xəncərvari çıxıntıları səviyyəsinə qədər çapıqlar qeyd olunur. Kolostomanın kəsiyi var. Döş qəfəsində çapıqlar təyin olunur. Palpasiyada ağrılıdır. Xəstə qarında tutma şəkilli ağrıdan, köpdən az az nəcis ifrazı, 3-4 gün qəbizlik ürək bulanma, qida qəbulundan sonra ağrının kəskinləşməsi, köp, ümumi halsızlıq əlamətləri olur. Xəstəliyi keçirdiyi vaxt əməliyyatla əlaqələndirir. Xəstə İ Qarabağ müharibəsi iştirakçısıdır və II qrup əlilidir. Xəstə **** nömrəli arayışa görə ##.##.2021 və ##.##.2023-cü ildə RKX-da müayinədə olubdur.
35. Həmin göndərişin “Həkim müayinələrinin nəticələri” qrafasının “Qarın boşluğunun rentgenoqrafiyası (ayaqda)” hissəsində (cild İ, səh. 52) qeyd edilmişdir ki, “Qarın boşluğunun R müayinə zamanı sərbəst qaz yoxdur. Kloyber kasaları görünür. Hausturlar genişlənib. Keçməməzlik əlamətləri təyin olunur. Bitişmələr var”.
36. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2023-cü il tarixli, T ***/**** nömrəli ekspert rəyinin “Tədqiqat” hissəsində qeyd edilmişdir ki, xəstəlik ##.##.1994-cü il tarixdə başlamışdır, gedişi xronikidir. K56.5 Bağırsaq bitişmələri, ... əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi, bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi MBS-nin funksiya pozğunluğu ilə”.
37. Qeyd olunan sənədlərlə iddiaçıda hazırda da həmin diaqnozun olması təsdiq edilir.
38. Bununla yanaşı əvvəlki göndərişlərin həkim müayinələri nəticələrində qeyd edilir ki, K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə qarında köp kəskin tutma şəkilli ağrı qida qəbulundan sonra ağrı artması, defekasiya aktının 1-2 ishala az-az nəcis ifrazı sonra qəbizlik. Xroniki qastrit. (terapevt müayinəsi); 298.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər 1994-də əməliyyatdan sonrakı qarnın ön divarında döş qəfəsindəki çapıq toxumalar qeyd olunur. Palpasiyada ağrılıdır. Bitişmə xəstəliyi hissəvi bağırsaq kecməməzliyi, Nazik bağırsağın 1.0 m, yoğun bağırsağın 20.0 sm rezeksiyası. (uc uca anastomozun, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. (ümumi cərrah); Rentgenskopiya müayinə zamanı tək-tək hava maye səviyyələri qeyd edilir. Meteorizm. Nəticə: bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi ( rentgenskopiya).
39. Iddiaçının əlillik vəziyyəti ##.##.2023-cü il tarixdə yenidən qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Iddiaçının yenidən müraciəti əsasında onun əlillik vəziyyəti ##.##.2023-cü il tarixdə əyani müayinə əsasında yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli, 3-17-4/3-3- ****/**** nömrəli qərarı ilə iddiaçıya əlillik təyinatına əsasən verən patofunksional pozuntular müəyyən edilmədiyindən “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
40. Kassasiya instansiyası məhkəməsinin iş üzrə göstərişləri ondan ibarət olmuşdur ki, iddiaçının forma 088 göndərişində olan əsas diaqnoz və ağırlaşmaların “Əlilliyin müəyyən olunması Meyarları”nın tələbinə əsasən iddiaçıda hansı qiymətləndirmə meyarına uyğun olması yenidən araşdırılmalı və müəyyən edilməldir.
41. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan tibbi sənədlərə əsasən qeyd edir ki, iddiaçıda həzm funksiyasının aydın nəzərəçarpan pozuntuları – bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi, həmçinin dayanıqlı qabarıq ağrı sindromu (Bax: göndərişin “Status localis” hissəsi – ... Palpasiyada ağrılıdır. ... Qida qəbulundan sonra ağrının kəskinləşməsi ...) halları müəyyən olunur ki, bu da Əlavənin 3.4.2.2-ci yarımbəndində nəzərdə tutulan klinik meyarlarla uyğunluq təşkil edir.
42. Bundan başqa, Əlavənin sözügedən bəndində xəstəliyin “davamlı residivləşən, proqressiv gedişatlı” olması da nəzərdə tutulmuşdur ki, həmin şərt də iddiaçıya münasibətdə ödənilir. Belə ki, iddiaçıya məxsus tibbi sənədlərdə, o cümlədə ekspert rəyində xəstəliyin gedişinin xroniki olması aşkar görünür. Xroniki xəstəliklər isə sağalmır.
43. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 2000-ci ildə bağırsaq keçməməzliyi bitişmələrin ayrılması əməliyyatı olunması onun barəsində Əlavənin 3.4.2.1ci yarımbəndində göstərilən qiymətləndirmə meyarlarına uyğun əlillik müəyyən edilməsinin əsası kimi dəyərləndirilməməlidir. Belə ki, Əlavənin sözügedən bəndində “bəzi hallarda isə cərrahi müalicəyə səbəb olan tez-tez (ildə 6 dəfədən çox) bağırsaq keçməzliyi ilə müşayiət olunan ağrı tutmaları” qeyd olunmaqla, xəstənin səhhətinin yalnız cərrahi müdaxilə ilə normal vəziyyətə qaytarılmasını nəzərdə tutur ki, hazırki iş üzrə iddiaçıda həmin müdaxiləni nəzərdə tutan ağırlaşmalar mövcud deyil.
44. Göründüyü kimi iddiaçı barəsində 2000-ci ildə bağırsaq keçməməzliyi bitişmələrin ayrılması əməliyyatı aparılmış, onda “Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi (rentgenskopiya)” xəstəliyi hazırda da mövcuddur və xroniki xəstəlik olmaqla, proqressiv gedişatlı və davamlı residivləşən xarakterlidir.
45. Həmçinin iş materialları ilə müəyyən olunur ki, 2011-2021-ci il tarixlərdə məhz cavabdeh tərəfindən iddiaçı barəsində ikinci dərəcə əlillik müəyyən edilmişdir.
46. Iddiaçıda olan xəstəliyin səbəb əlaqəsinə gəldikdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.1994-cü il tarixli **** nömrəli şəhadətnaməsinə əsasən, iddiaçıya qoyulmuş “Torakoabdominal nahiyənin odlu silahla yaralanması nəticəsində, nazik və yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, əməliyyatlar: lapotoromiya, nazik bağırsağın 1m rezeksiyası və yoğun bağırsağın 20 sm rezeksiyası, funksional kolostoma və adheziv plevrit, ikinci dərəcəli tənəffüs çatışmazlığı ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olduğu müəyyən edilmişdir.
47. Iddiaçı barəsində müəyyən olunacaq əlilliyin müddətinə münasibətdə qeyd edilməlidir ki, sonuncuda mövcud olan K56.5 XBT-10 kodlu xəstəlik Əlavənin 3.4.2.2-ci yarımbəndində nəzərdə tutulan klinik meyarlarla uyğunluq təşkil etdiyindən əlillik müddətsiz müəyyən edilməlidir.
48. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
49. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
50. Iş materiallarından məlum olur ki, iddiaçıya tibb müəssisəsi tərəfindən göndəriş ##.##.2023-cü il tarixdə verilmiş, ##.##.2023-cü il tarixdə isə barəsində cavabdeh inzibati orqan tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir (cild İ, səh.53). Bu səbəbdən də əlilliyin təyinatı iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın tarixinə uyğun olaraq ##.##.2023-cü ildən müəyyən edilməlidir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.
52. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
53. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
54. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
55. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “Inzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
56. Odur ki, iddiaçı İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Belə olan halda, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 40, 41, 80, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Islam Həsənov, Hakimlər Şamil Rzaquliyev və Rüfət Məcidov