Məhkəmə qərarları › İş №2-1(104)-44/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-44/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-44/2025 08.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov Islam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Iddiaçı X1 iştirakı ilə, Iddiaçı X1 qəyyumu X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş pul mükafatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *- *(***)-***/**** saylı qərarından iddiaçının qəyyumu X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə (hakim E.Axundov) iddiaçı X1 qəyyumu X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş pul mükafatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Iddiaçı X1 qəyyumu X2 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verib Gəncə Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi və oğlu X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 215, 050, 190 və N saylı hərbi hissələrində xidmət etdiyi dövrdə ona ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi vəzifəsinin Azərbyacan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər X8 (məruzəçi), X3 və X9) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi məqsədi ilə işin yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2023-cü il tarixli, *- *(***)-***/**** saylı qərarının 2006-2010-cu, eləcə də 2015, 2016, 2017, 2019-cu illər üzrə iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, 2006-2010-cu illər üzrə iddia tələbinin mümkün sayılmaması, 2015, 2016, 2017, 2019-cu illər üzrə mükafatların ödənilməsi tələbinə dair hissədə işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, Gəncə Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarının 2011-2014, 2018, 2020-ci illərə aid mükafatların ödənilməsi tələbinə dair hissədə dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Işin halları: Iddiaçı X1 qəyyumu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək 2006-cı ildən 2020-ci ilədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin 215, 050, 190 və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə ona ödənilməmiş pul mükafatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Inzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra, iddiaçının qəyyumu X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hərbi hissələrdə xidmət etdiyi dövrlərdə oğlu X1 ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ## #### 2022-ci il tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ## ######## 2006- cı il tarixdən ## ##### 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin 215, 050,190 və N saylı hərbi hissələrində hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissə komandirinin ## ##### 2020ci il tarixli, ** nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ##.##.2021-ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir. Hərbi xidmətdə olduğu bu dövr ərzində qüvvədə olan qanunvericiliyin tələbinə görə ona nümunəvi hərbçi kimi ildə 1 dəfə mükafat ödənilməliydi. Belə ki, N saylı hərbi hissə komandirinin xidməti xasiyyətnaməsindən görünür ki, o, xidmət etdiyi dövrdə nizam-intizamlı hərbçi olmuşdur. Komandir və rəislərin verdiyi əmr və göstərişləri vaxtında yerinə yetirmiş, nizamnamənin tələblərini bilməklə göstərişləri vaxtında yerinə yetirmiş, hərbi nəzakət və davranış qaydalarına riayət etmiş, dəfələrlə mükafatlandırılmış və heç bir cəza almamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 27.3-cü maddəsinin tələblərinə əsasən ona mükafat ödənilməsinə mane olan heç bir hal müəyyən edilməmişdir. Belə olan halda hərbi xidmət zamanı nümunəvi xidmətə görə Müdafiə Nazirliyinə müraciət edərək xidmət dövründə ödənilməmiş mükafatın hesablanıb ona verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi ##.##.2021-ci il tarixli, **/**** nömrəli məktubu ilə ona imtina edilmişdir. Yuxarıda şərh edilmiş Hərbi Hissə komandirinin xidməti xasiyyətnaməsindən və işin hallarından da göründüyü kimi, onun mükafatdan məhrum edilməyəinə əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 27.3-cü maddəsində göstərilən və yuxarıda sadalanan heç bir pozuntuya yol verməmiş və komandir heyəti tərəfindən heç vaxt hər hansı bir cəza almamışdır. Göründüyü kimi, Müdafiə Nazirliyinin imtinası tamamilə əsassız və ədalətsizdir. Ona görə də hesab edir ki, 2006-cı ildən 2020-ci ilədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin 215, 050, 190 və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə ona ödənilməmiş pul mükafatının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, işin hallarından göründüyü kimi Elçin Ağcayev ## ######## 2006-cı ildən ## ##### 2020ci ildək Azərbaycan Respublikası Silahlı qüvvələrinin 215, 050,190 və *** saylı hərbi hisələrində hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissə komandirinin ## ##### 2020-ci il tarixli ** nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ##.##.2021-ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir. Hərbi xidmətdə olduğu dövr ərzində qüvvədə olan qanunvericiliyin tələbinə görə ona nümunəvi hərbiçi kimi ildə 1 dəfə 13-cü əmək haqqı ödənilməli idi. Belə ki, işdə olan N saylı hərbi hissə komandirinin Xidməti xasiyyətnaməsindən görünür ki, o xidmət etdiyi dövrdə nizam-intizamlı hərbiçi olmuşdur. Komandir və rəislərin verdiyi əmr və göstərişləri vaxtında yerinə yetirmişdir, Nizamnamənin tələblərini bilməklə göstərişləri vaxtında yerinə yetirmiş, hərbi nəzakət və davranış qaydalarına riayət etmiş, dəfələrlə mükafatlandılmış və heç bir cəza almamışdır. Belə olan halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ## ####### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 27.3-cü maddəsinin tələblərinə əsasən ona 13-cü əmək haqqının ödənilməsinə mane ola heç bir hal müəyyən edilməmişdir. Ancaq, birinci instansiya məhkəməsi iş üzrə sübutlara hüquqi qiymət verməmişdir. Belə ki, qərarın şikayət olunan əsaslandırıcı hissəsində məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin ##.##.2022-ci il tarixli **** nömrəli məktubundan görünür ki, Müdafiə Nazirinin ## ###### 2018-ci il tarixli müvafiq əmrinə əsasən (məxfi) N nömrəli Hərbi Hissənin hərbi qulluqçularının həmin dövr ərzində olduqları vaxt əmək haqqına əlavə 1.5 əmsalla verilmişdir. Məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, Müdafiə Nazirinin qeyd edilən əmri N nömrəli Hərbi Hissənin hərbi qulluqçularına aiddir. Işin hallarından görünür ki, iddiaçı N nömrəli Hərbi Hissədə qulluq etməmişdir. Bundan başqa məhkəmənin iddiaçının qulluq etmədiyi N nömrəli hərbi hissənin yuxarıda qeyd edilən məktubuna əsaslanması özü də bir səhvdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərarın əsaslandırıcı hissəndə istinad etdiyi bu dəlil tamamilə yanlışdır. Birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin ##.##.2022-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, Elçin Ağcayevə birdəfəlik pul mükafatı (13-cü maaş) 2020-ci ilin may ayında Müdafiə Nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli qərarına əsasən hesablanaraq Elçin Ağcayevin əmək haqqı kartına köçürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə də tamamilə əsassız hesab edilir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin ##.##.2022-ci il tarixli **** nömrəli arayışından göründüyü kimi Elçin Ağcayev ##.##.2006-cı ildən ##.##.2007-ci ilədək SQ TTM-də kursant, ##.##.2007-ci ildən ##.##.2008-ci ilədək N nömrəli hərbi hissədə, ##.##.2008-ci ildən ##.##.2012-ci ilədək N nömrəli hərbi hissədə, ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək *** nömrəli hərbi hisədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində Rlərin həqiqi hərbi xidmətində olmuşdur. N nömrəli Hərbi Hissənin məktubu da mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı kart hesabına 13-cü əmək haqqı kimi hər hansı məbləğdə pul köçürülməyib. Əgər köçürülübsə N nömrəli Hərbi Hissə komandanlığı İddiaçı kart hesabına nə vaxt hansı məbləğdə və hansı il üçün 13-cü maaşını köçürülməsini məktubda nəyə görə konkret olaraq göstərilməyib. Ikinci yalnız bir dəfə köçürülmüş məbləğ var ki, o da 13-cü əmək haqqı deyil pul mükafatıdır. Işin hallarından da göründüyü kimi Elçin Ağcayev ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək, yəni 4 il N nömrəli Hərbi Hissədə qulluq edib. Qanunun tələbinə görə 13-cü maaş kimi əmək haqqı ildə 1 dəfə ödənilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin mötəbər sübut növü kimi qəbul etdiyi N nömrəli Hərbi Hissənin ##.##.2022-ci il tarixli, **** nömrəli məktubu həqiqəti özündə əks etdirmir. Apellyasiya şikayəti üzrə izahat və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, eləcə də kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı 2015, 2016, 2017, 2019-cu illər üzrə mükafatların ödənilməsinin təmin edilməməsinə dair hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. Idddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, həmin şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Iddianı təmin etməmiş birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı X1 qəyyumu X2 iddia ərizəsində hərbi hissələrdə xidmət etdiyi dövrlərdə oğlu X1 13-cü əmək haqqının ödənilmədiyini iddia etsə də, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin ##.##.2022-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, Müdafiə nazirinin ## ###### 2018-ci il tarixli müvafiq əmrinə (məxfi) əsasən, N nömrəli Hərbi Hissənin hərbi qulluqçularına həmin dövr ərzində olduqları vaxtı əmək haqqına əlavə 1,5 əmsalla verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin ##.##.2022-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, N nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçusu X1 birdəfəlik pul mükafatı (13- cü maaşı) 2020-ci ilin may ayında hərbi qulluqçuların pul təminatı ödənilən zaman Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2017-ci il tarixli, ** nömrəli qərarına əsasən hesablanaraq X1 əmək haqqı kartına köçürülmüşdür. Göründüyü kimi, iddiaçının hazırda tələb etdiyi pul mükafatı iddiaçıya ödənilmişdir. Odur ki, həmin məbləğin iddiaçıya yenidən ödənilməsi istisna edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Iş materiaları ilə müəyyən olunmuşdur ki, iddiaçı X1 ##.##.2006-cı ildən ##.##.2007-ci ilə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində R hazırlığı kursu keçmiş, ##.##.2007ci ildən ##.##.2008-ci ilə qədər Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, ##.##.2008ci ildən ##.##.2012-ci ilə qədər N nömrəli hərbi hissəsində, ##.##.2012-ci ildən ##.##.2017ci ilə qədər N nömrəli hərbi hissəsində, ##.##.2017-ci ildən ##.##.2020-ci ilə qədər N nömrəli Hərbi Hissədə hərbi xidmət keçmişdir. 2020-ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə) əsasən ehtiyata buraxılmışdır. Ağdam rayon Icra Hakimiyyəti başçısının *** nömrəli, ## #### 2021-ci il tarixli Sərəncamı ilə anası X2 X1 qəyyumu təyin edilmişdir. Iddiaçı X1 qəyyumu X2 İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 215, 050, 190 və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə ona ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ## ######## 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Iş materiallarında olan N saylı hərbi hissənin ##.##.2023-cü il tarixli, *** nömrəli məktubundan görünür ki, N nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçusu X1 birdəfəlik pul mükafatı (13-cü maaşı) 2020-ci ilin may ayında hərbi qulluqçuların pul təminatı ödənilən zaman yanvar-mart ayları üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli qərarına əsasən hesablanaraq 207,58 (iki yüz yeddi manat 58 qəpik) manat X1 digər ödənişlərilə birlikdə ümümilikdə 2291,64 (iki min iki yüz doxsan bir manat 64 qəpik) manat əmək haqqı kartına köçürülmüşdür. Həmin məktubun qeyd hissəsində bildirilmişdir ki, məhkəmə qərarına əsasən birdəfəlik pul mükafatından (13-cü maaşı) 103,79 (yüz üç manat 79 qəpik) manat (33%) aliment tutularaq X5 hesabına köçürülmüşdür. Saxlanma müddəti bitdiyi üçün tələb olunan sənədləri təqdim etmək mümkün deyil. Iş materiallarında olan N saylı Hərbi hissənin ##.##.2023-cü il tarixli, **** saylı məktubundan görünür ki, R X4 2007-2011-ci illərdə birdəfəlik pul mükafatı döyüş hazırlığı aşağı səviyyədə olduğuna, zəif hərbi intizam və xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyinə görə qeyd olunan qaydada ödənilib: - 2007-ci ildə N nömrəli hərbi hissədə 50 % həcmində; - 2008-ci ildə N nömrəli hərbi hissədə birdəfəlik pul mükafatından məhrum edilib; - 2009-cu ildə N nömrəli hərbi hissədə 50 % həcmində; - 2010-cu ildə N nömrəli hərbi hissədə 50 % həcmində; - 2011- ci ildə N nömrəli hərbi hissədə 75 % həcmində; - 2012-ci ildə N nömrəli hərbi hissəyə göndərilərkən yanvar-aprel aylarındakı xidmətinə görə birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq görülüb. Iş materiallarında olan N saylı Hərbi hissənin ##.##.2023-cü il tarixli, **** saylı məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu X1 2012-ci ildən 2017-ci ilin aprel ayına qədər olan müddətdə xidmət etdiyi dövrdə birdəfəlik pul mükafatının verilməsi illər üzrə: -2012-ci il 75% (yetmiş beş faiz) Hərbi hissə komandirinin *** nömrəli ##.##.2012-ci il tarixli əmri; -2013-cü il 10N% (yüz faiz) Hərbi hissə komandirin ##.##.2013-cü il tarixli Məxfi əmri; -2014-cü il 50% (əlli faiz) Hərbi hissə komandirinin ##.##.2015 ci il tarixli Məxfi əmri; -2015-ci il aydiyyətı bölmə tərəfindən məlumatlar təqdim edilmədiyi üçün məlumat vermək mümkün olmamışdır. Həmin məktubun qeyd hissəsində bildirilmişdir ki, birdəfəlik pul mükafatının ödənilməsi ilə bağlı olan sənədlərin məhv olunmasına dair Azərbaycan Respublikasının Müdafiə Nazirinin ## ####### 2015-ci il ** nömrəli qərarı və maliyyə sənədlərinin saxlanılma müddəti ilə bağlı Müdafiə Nazirinin müvafiq (məxfi olduğu üçün) qərarına əsasən sənədlərin saxlanılma müddəti 3 (üç) il olduğu üçün məhv edilmiş bu səbəbdən ödənilən məbləğlər haqqında məlumat vermək mümkün olmamışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli */*-****/** nömrəli məktubuna əlavə edilmiş istefada olan R İddiaçı 2015, 2016, 2017 və 2019-cu illərin yekunlarına görə birdəfəlik pul mükafatının ödənilməsi barədə məlumata aşağıdakılar əlavə edilmişdir: -N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, 2012-ci il tarixindən 2017-ci il tarixinədək, N nömrəli hərbi hissədə xidmət etmiş X1 2012ci il tarixindən 2017-ci il tarixinə olan dövrlər ərzində birdəfəlik pul mükafatı ödənilməsi üçün məlumatın verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən sənədlərin saxlanılma müddəti 5 (beş) il olduğuna görə sənədlər məhv edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ####### 2017-ci il ** nömrəli qərarının 1.11ci bəndinə əsasən Hərbi qulluqçulara ödənilməli olan, lakin vaxtında ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları dövr üçün, lakin pul təminatı almağa edilən müraciətədək 3 (üç) ildən çox olmayan müddətə ödənilir. Bu səbəbdən birdəfəlik pul mükafatının ödənilib ödənilməməsi ilə bağlı məlumat vermək mümkün olmamışdır. -N nömrəli Hərbi Hissə komandirinin ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, R X1 N nömrəli Hərbi Hissədə xidmət etdiyi müddət ərzində 2018-ci il üçün birdəfəlik pul mükafatını 100 (yüz) faiz, 2019-cu il üçün birdəfəlik pul mükafatını isə 0 (sıfır) faiz həcmində almışdır, lakin birdəfəlik pul mükafatının miqdarının hansı səbəbdən azaldılması və ya mükafatdan məhrum olunması barədə hər hansı bir sənəd yoxdur. N nömrəli Hərbi Hissə komandirinin 2017-ci il üçün nizami hissə üzrə əmr kitablarının N nömrəli hərbi hissənin Şəxsi Heyət Idarəsinin rəisinin ##.##.2022-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş ##.##.2022-ci il tarixli ********* nömrəli məktubun icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna təhvil verilməsi N nömrəli hərbi hissənin ##.##.2022-ci il tarixli **** nömrəli aktına əsasən həyata keçirilmişdir. Bu səbəbdən R X1 2017-ci il üçün birdəfəlik pul mükafatını alması barədə məlumat yoxdur. Iş materiallarında olan N saylı Hərbi hissənin ##.##.2026-cı il tarixli, *-**-***/*-***/**** nömrəli məktubundan görünür ki, 2015, 2016 və 2017-ci illər üzrə pul paylama cədvəllərinin saxlanma müddəti başa çatdığı üçün məhv edildiyindən həmin illər üzrə X1 birdəfəlik pul mükafatının ödənilib-ödənilməməsi barədə məlumat vermək mümkün olmamışdır. Işin məhkəmə iclasında müəyyən olunan halları ondan ibarətdir ki, X1 ## ######## 2006-cı il tarixdən ## ##### 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 215, 050, 190 və N saylı hərbi hissələrində hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissə komandirinin ## ##### 2020-ci il tarixli, ** nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ##.##.2021-ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. Xidmətdə olduğu müddətdə - 2007-ci ildə N nömrəli hərbi hissədə 50 % həcmində; 2008-ci ildə N nömrəli hərbi hissədə birdəfəlik pul mükafatından məhrum edilib; 2009-cu ildə N nömrəli hərbi hissədə 50 % həcmində; 2010-cu ildə N nömrəli hərbi hissədə 50 % həcmində; 2011-ci ildə N nömrəli hərbi hissədə 75 % həcmində; 2012ci il ildə N nömrəli hərbi hissədə 75% həcmində; 2013-cü ildə 100% həcmində; 2014-cü ildə 50% həcmində; 2018-ci ildə 100% həcmində, habelə 2020-ci ildə pul təminatı almış, 2015, 2016, 2017-ci illərdə pul təminatı alıb-almamasına dair məlumatlar məhkəməyə təqdim olunmamış, 2019-cu il üzrə pul təminatı almadığı qeyd olunsa da, lakin hansı səbəbdən almadığı göstərilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2017-ci il tarixli, ** nömrəli əmrilə “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”: - 27.1-ci bəndinə əsasən, hərbi qulluqçulara cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzaladığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir; - 27.3-cü bəndinə əsasən, ...hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinəyət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarının azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər; - 27.8-ci bəndinə əsasən, bütün hallarda hərbi qulluqçulara mükafatın ödənilməsi əmrində mükafatın kimə və hansı məbləğdə ödənilməsi, habelə mükafatın azaldılması və ya tam məhrum edilmə səbəbləri göstərilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. - 10.2-ci maddəsinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, Rlərin və Rların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Işin hallarından göründüyü kimi X1 ## ######## 2006-cı il tarixdən ## ##### 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin 215, 050,190 və N saylı hərbi hissələrində hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissə komandirinin ## ##### 2020-ci il tarixli, ** nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ##.##.2021-ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir. Hərbi xidmətdə olduğu bu dövr ərzində qüvvədə olan qanunvericiliyin tələbinə görə ona nümunəvi hərbçi kimi ildə 1 dəfə mükafat ödənilməliydi. Belə ki, N saylı hərbi hissə komandirinin xidməti xasiyyətnaməsindən görünür ki, o, xidmət etdiyi dövrdə nizam-intizamlı hərbçi olmuşdur. Komandir və rəislərin verdiyi əmr və göstərişləri vaxtında yerinə yetirmiş, nizamnamənin tələblərini bilməklə göstərişləri vaxtında yerinə yetirmiş, hərbi nəzakət və davranış qaydalarına riayət etmiş, dəfələrlə mükafatlandırılmış və heç bir cəza almamışdır. Hərbi hissələrdə alınmış məktublarla təsdiq olunmuşdur ki, X1 davranışına, döyüş hazırlığına, hərbi intizam və xidməti vəzifələrinin yerinə yetirilməsinə uyğun olaraq 2011- 2014, 2018, 2020-ci illər üzrə müxtəlif məbləğlərdə birdəfəlik ödəmələr aparılmış və bu hal iş materialları ilə təsdiq edilmişdir. Kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən 2015, 2016, 2017, 2019-cu illərə dair ödəmələrin aparılıb-aparılmamasının müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış, 2015, 2016, 2017-ci illər üzrə sənədlərin saxlanmadığı, 2019-cu il üzrə isə pul təminatının ödənilmədiyi göstərilmiş olsa da, lakin səbəbi barədə məlumat verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, araşdırma zamanı 2015, 2016, 2017, 2019-cu illərə dair cavabdeh orqan tərəfindən X4 pul mükafatlarının ödənilməsi sübut olunmadığından iddia həmin hissədə təmin edilməlidir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək şikayətlə mübahisələndirilən qərar qismən ləğv edilməli və həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməli, 2015, 2016, 2017, 2019-cu illər üzrə iddiaçı X4 ödənilməmiş mükafatların ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının IPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı X4r tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı qismən – iddia tələbinin 2015, 2016, 2017, 2019-cu illər üzrə pul mükafatlarının ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. 2015, 2016, 2017, 2019-cu illər üzrə iddiaçı X4 ödənilməmiş pul mükafatlarının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar