Məhkəmə qərarları › İş №2-1(104)-443/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-443/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-443/2023 17.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1581/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanunun 3- cü maddəsinə əsasən təyin olunmuş ünvanlı sosial yardımın verilməsinə dair müraciətdən imtina edilməsinə dair 270b03db22ba453a9fb8e098fc654a4c nömrəli imtinanın ləğv olunması, 1 il müddətinə qoyulmuş məhdudiyyətin götürülməsi, xx.xx.2022-ci il tarixdən onlara çatası 5 aylıq, yəni 2.117,4 manat ünvanlı sosial yardımın verilməsi öhdəliyinin cavabdein üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, , iddiaçılar “Ünvanlı Sosial yardım haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən ünvanlı sosial yardım təyin edilməsi üçün “VEMTAS” sistemi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişlər. Onlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “VEMTAS” sistemi tərəfindən hər ay 423,48 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Ünvanlı sosial yardımı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi almışlar. Lakin X1 üzrə Mərkəzi Filialın əməkdaşları tərəfindən yaşayış ünvanlarına baxış keçirilmiş və evlərində qonaqlarının olmasını aşkar edilmişdir. Müayinə zamanı guya istifadəsində avtomobilin olmasını əsas götürmüşlər. Lakin istifadəsində nəqliyyat vasitəsi yoxdur və bu BDYPİ-nin müvafiq arayışı ilə təsdiq olunur. Ailənin istifadəsində nəqliyyat vasitəsinin olmasını əsas götürərək, ünvanlı sosial yardımın veriməsindən imtina olunmuş və 1 müddətinə məhdudlaşdırılma verilmişdir. Halbuki, həmin nəqliyyat vasitəsi evlərin gələn qonaqların avtomobili olmuş, həmin qonaq müayinə zamanı nəqliyyat vasitəsinin ona məxsus olmasını və bu barədə sənədlərini təqdim etmişdir. Hazırda həmin imtinanı qanunsuz hesab edirlər. Bu səbəbdən də imtina ləğv olunmalı, 1 il müddətinə qoyulmuş məhdudiyyət götürülməli, onlara xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə çatası ünvanlı sosial yardımın verilməsini tələb edirlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(114)-1581/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1581/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 bildirdi ki, iddiaçılara təyin edilmiş ünvanlı dövlət sosial yardımı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bərpa edilmişdir. Odur ki, artıq mübahisə aradan qalxdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmişlər və səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-164232/2023 saylı vəsatət göndərilərək, iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, iddiaçılara təyin edilmiş ünvanlı dövlət sosial yardımı xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək bərpa edildiyi bildirilmiş və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdən və tərəfin nümayəndəsinin məhkəmə kollegiyasında verdiyi izahatı ilə məlum olur ki, iddiaçılara təyin edilmiş ünvanlı dövlət sosial yardım xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bərpa edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıların tələbinin təmin edilmişdir. Nəticədə iddiaçılar tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçılarən tələbi təmin olunduğundan, odur ki, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 67.1, 67.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar