Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-445/2024 31.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X9” MMC-nin Cavabdehnə qarşı qərarın etibarsız hesab edilməsinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin direktoru X2 və vəkili X4 iştirakı ilə, “Cavabdeh xx.xx.2003-cü il tarixli 76 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 330/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 178 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 12954.0 kv.m torpaq sahəsinə görə "xxxx" MMC ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2022-ci il tarixli 3823 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən icarəçi – “X9” MMC torpaq sahəsinin illik icarə haqqı 10363,2 manat, aylıq icarə haqqı 863.6 manat olmaqla hər ay vaxtlı-vaxtında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödəməyi, icarəyəverən - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə ünvan 1 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 12954.0 kv.m torpaq sahəsini “X9” MMC-nin müvəqqəti istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
2. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən Torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil.
3. Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarına və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsinə əsasən "xxxx" Firmasına 0,33 ha torpaq sahəsi ayrılmış və bu barədə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3885 KOD 50400001 nömrəli şəhadətnamə tərtib edilmişdir.
4. "xxxx" MMC-nin Şəmkir şəhərində yerləşən 0.2017 ha sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, inzibati orqan isə 02 noyabr 2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, təqdim edilmiş sənədlərə dair məlumatlar araşdırılmış, yerində müayinə baxışı keçirilmiş, elektron baza məlumatları ilə yoxlanılmış və təqdim edilmiş JN-3885 nömrəli şəhadətnamə ilə bazada olan çıxarışın üst-üstə düşdüyü məlum olmuşdur. Belə ki, təqdim edilmiş sənədlərdə göstərilən 0.2017 ha torpaq sahəsinin içərisində 11.7x10.3 m ölçüsündə qeyriyaşayış binası olmaqla, 0.1141 ha hissəsini başqa vətəndaşlar istifadə edərək, adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Ona görə də eyni torpaq sahəsinə dair qanunamüvafiq olmayan qaydada təkrar qeydiyyatın aparılmasının mümkün olmadığını nəzərə alaraq, 0.2017 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-938/2023 nömrəli məktubunda bildirilmişdir ki, 0.2017 ha torpaq sahəsinin içərisində yer alan əmlaklardan X1 adına ünvan 2 ünvanında yerləşən 0.0457 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə dair 28 oktyabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, Şəmkir şəhərində yerləşən 0.0389 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə X1 adına 14 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.0009 ha sahibkarlıq təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 8.0 kv.m olan qeyri-yaşayış binasına dair X5 adına 02 iyun 2009-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış və ünvan 3 ünvanda yerləşən 27.8 kv.m olan qeyriyaşayış binasına dair X3 adına 24 oktyabr 2012-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-1266/2023 nömrəli məktubunda bildirilmişdir ki, “X9” MMC-yə məxsus xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.16564 ha torpaq sahəsi ilə "xxxx" MMC-yə Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarı və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsi əsasında tərtib edilmiş JN-3885 KOD 50400002 saylı şəhadətnamə əsasında verilmiş 0.33 ha torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkar edilməmişdir.
7. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilən mütəxəssis rəyində göstərilmişdir ki: 1) “X9” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin sahəsi 1.2954 ha, mülkiyyət forması dövlət, kateqoriyası, yaşayış məntəqələrinin torpaqları, təyinatı üzrə ictimai tikinti altında olan torpaqlardır. 2) Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 79 saylı qərarı ilə "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin kateqoriyası, yaşayış məntəqələrinin torpaqları, mülkiyyət forması dövlət, təyinatı üzrə ictimai tikinti altında olan torpaqlardır. Həmin torpaq sahəsinin Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-3885 kod 50400001 saylı şəhadətnamədə göstərilən 0.33 ha torpaq sahəsi ilə koordinatları, döngə nöqtələri, yerləşmə vəziyyətinə görə uyğunluq təşkil edir. 3) Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən “X9” MMC-nin adına qeydə alınmış ünvan 6 ünvanında yerləşən 0.16564 ha tikintialtı sahəsinə aiddir və həmin torpaq sahəsinin koordinatları ilə Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 79 saylı qərarına əsasən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Lakin, “X9” MMC-nin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 3823 saylı icarə müqaviləsi ilə 1.2954 ha torpaq sahəsi icarəyə götürülmüşdür. Həmin torpaq sahəsi ilə Şəmkir bələdiyyəsi tərəfindən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsi ilə 0.1453 ha hissədə üst-üstə düşür. 0.16564 ha torpaq sahəsi,1.2954 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşməklə tikintialtı sahədir və 0.33 ha torpaqla həmsərhəd deyil.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2003-cü il tarixli 76 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 178 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 12954.0 kv.m torpaq sahəsinə görə “X9” MMC ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2022-ci il tarixli 3823 nömrəli icarə müqaviləsi bağlanmış, icarəyə verilmişdir. İcarə müqaviləsinə əsasən torpaq sahəsinin illik icarə haqqı 10363,2 manat, aylıq icarə haqqı 863.6 manat olmaqla hər ay vaxtlı-vaxtında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilmişdir. Torpaq sahəsinə görə çıxarış alınması ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edən zaman onlara məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “X9” MMC-nə icarəyə verilmiş 12954.0 kv.m torpaq sahəsindən 0.33 hektar torpaq sahəsi Şəmkir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə "xxxx" firmasına icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin balasında olmasına baxmayaraq, Şəmkir rayon Şəmkir Bələdiyyəsi onun balansında olmayan torpaq sahəsini qanunsuz olaraq "xxxx" firmasına icarəyə vermişdir. Hesab edirlər ki, Bələdiyyənin qeyd olunan qərarı qanunsuz olmaqla onların torpaq sahəsindən istifadə hüququnun pozulmasına səbəb olmuşdur.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" firması zəruri cəlbetmə qaydasında, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
11. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etiraz ərizəsində qeyd edilmişdir ki, Şəmkir bələdiyyəsi Şəmkir Çinar yolunun sağ tərəfindən "xxxx" firmasına abadlıq, yaşıllıq və uşaq əyləncə xidmətinin təşkili məqsədilə 0,33 ha torpaq sahəsini uzun müddətə 50 (əlli) ilə icarəyə verilməsi haqqında 29 oktyabr 2003-cü il tarixdə 76 saylı qərar qəbul etmişdir. Həmin tarixdə Şəmkir bələdiyyəsi ilə "xxxx" firması arasında 0,33 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-330/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamış və mübahisələndirilən qərarın qəbulundan 10 ildən çox müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia qaldırmaqla, iddia müddətini ötürmüşdür.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-330/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır. Hazırkı iddia, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericiliyin normaları tətbiq olunmalı olduğundan və inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilmədiyindən məhkəmənin iddia müddətinin keçməsi ilə bağlı qeyd etdikləri tamamilə əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının vəkili apellyasiya şikayəti müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, hazırki iddia üzrə iddia müddətinin ötürülməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, iddia müddətinin axımı məhz icarə müqaviləsi bağlandığı andan hesablanmalıdır.
19. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 707.1. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır; 708.1. İcarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın; 708.3. İcarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677- ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir; 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 676.0.3. üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; 677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; 677.2. Əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. Əgər kirayəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən onları həyata keçirmək hüququnu özündə saxlamış olsun; 677.4. Kirayəyə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir;
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır;
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir;
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir;
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır;
66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur;
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir;
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır;
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir;
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
27. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
30. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 178 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 12954.0 kv.m torpaq sahəsinə görə "xxxx" MMC ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2022-ci il tarixli 3823 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən icarəçi – “X9” MMC torpaq sahəsinin illik icarə haqqı 10363,2 manat, aylıq icarə haqqı 863.6 manat olmaqla hər ay vaxtlı-vaxtında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödəməyi, icarəyəverən - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə ünvan 1 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 12954.0 kv.m torpaq sahəsini “X9” MMC-nin müvəqqəti istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
32. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən Torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil.
33. Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarına və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsinə əsasən "xxxx" Firmasına 0,33 ha torpaq ayrılmış və bu barədə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3885 KOD 50400001 nömrəli şəhadətnamə tərtib edilmişdir.
34. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilən mütəxəssis rəyində göstərilmişdir ki: 1) “X9” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin sahəsi 1.2954 ha, mülkiyyət forması dövlət, kateqoriyası, yaşayış məntəqələrinin torpaqları, təyinatı üzrə ictimai tikinti altında olan torpaqlardır. 2) Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 79 saylı qərarı ilə "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin kateqoriyası, yaşayış məntəqələrinin torpaqları, mülkiyyət forması dövlət, təyinatı üzrə ictimai tikinti altında olan torpaqlardır. Həmin torpaq sahəsinin Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-3885 kod 50400001 saylı şəhadətnamədə göstərilən 0.33 ha torpaq sahəsi ilə koordinatları, döngə nöqtələri, yerləşmə vəziyyətinə görə uyğunluq təşkil edir. 3) Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən “X9” MMC-nin adına qeydə alınmış ünvan 6 ünvanında yerləşən 0.16564 ha tikintialtı sahəsinə aiddir və həmin torpaq sahəsinin koordinatları ilə Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 79 saylı qərarına əsasən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Lakin, “X9” MMC-nin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 3823 saylı icarə müqaviləsi ilə 1.2954 ha torpaq sahəsi icarəyə götürülmüşdür. Həmin torpaq sahəsi ilə Şəmkir bələdiyyəsi tərəfindən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsi ilə 0.1453 ha hissədə üst-üstə düşür. 0.16564 ha torpaq sahəsi,1.2954 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşməklə tikintialtı sahədir və 0.33 ha torpaqla həmsərhəd deyil.
35. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Belə ki, şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun.
36. İcarəyəverənlə icarəçi arasında yaranan hüquq münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir, icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək üstündə tərəflər qanunvericilik və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Odur ki, əgər iddiaçı bağladığı icarə müqaviləsi üzrə icarəyəverənin öz vəzifələrini icra etmədiyini və ya lazımınca icra etmədiyini, yəni müqavilə ilə nəzərdə tutulan ölçüdə torpaq sahəsinin onun istifadə və sahibliyinə verilmədiyini bildirirsə, bu halda etirazlarını müqavilənin tərəfi olan icarəyəverənə qarşı irəli sürməli idi. Belə ki, icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə və üçüncü şəxslərin torpağa iddialarından və hüquqlarından azad şəkildə vermək icarəyəverənin vəzifələrinə və məsuliyyətinə aiddir.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi isə bundan əlavə, icarəçidən tələb etmişdir ki, o, icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verilən torpağın təsvirinin tərtib edilməsində iştirak etsin. Çünki tərtib edilən həmin təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilməlidir. Bu proses zamanı əgər icarəçi müqavilə şərtlərinin naturada doğrulanmadığı qənaətinə gələrsə, o halda müqavilənin bağlanmasından imtina edə bilərdi.
38. Əgər icarəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu icarəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o, Mülki Məcəllənin 677.1-ci maddəsində (§24) müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. Əgər icarəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən onları həyata keçirmək hüququnu özündə saxlamış olsun.
39. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, üçüncü şəxsin mübahisəli torpaq sahəsi üzərində hüququ 2003-cü ildə, yəni iddiaçının ilk icarə müqaviləsini bağladığı 2022-ci ildən 19 il əvvəl yaranmışdır. Bu da özlüyündə o deməkdir ki, iddiaçının icarə müqaviləsini bağlayarkən sözügedən torpaq sahəsinin üçüncü şəxsin icarəsində olması barədə məlumatı vardı yaxud məlumatı olmalı idi.
40. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.
41. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin tələbinə, yəni mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsub olmasına da münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə icarəçinin hüquq və vəzifələri sadalanmış, torpaq sahəsinə dair mübahisə ilə bağlı müraciət hüququnun olması müqavilədə nəzərdə tutulmamışdır.
42. Beləliklə, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikasının yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müddətli olaraq icarəyə verilmişdir. İddiaçının torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsinə dair qərarı mübahisələndirmək hüququ, başqa sözlə tələb üzrə subyektiv hüququnun olmasını istisna edilir.
43. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-330/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov