Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-45/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-500/N0N4 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.N0N3-cü il tarixli, 4/3-4778 nömrəli məktubla bildirilmişdir ki, təqdim olunmuş arayış-məlumata əsasən, vətəndaş İddiaçı döyüş əməliyyatları aparılan dövrdə ezamiyyətdə olduğu hərbi hissələrin yerləşdiyi ərazilərdə döyüş əməliyyatları aparılmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. N. AD ******* nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N011-ci il tarixli, N10 nömrəli əmri ilə kiçik çavuş hərbi rütbəsi verilib, Müdafiə nazirinin müavini, HHQ komandanının 31 iyul N019-cu il tarixli, 075əç nömrəli əmri ilə 95N nömrəli hərbi hissənin operatoru təyin edilmişdir.
3. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə 95N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə) 95N nömrəli hərbi hissədə xidmət keçmiş, kiçik çavuş rütbəsində olmuş, N-ci zenit raket divizionun NN-ci batareyasının 1-ci zenit raket heyətinin baş operatoru vəzifəsində olmuş, xx.xx.N019-cu il tarixli, N91 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.N0N0-ci il tarixli 00N8 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.N0N0- ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə, Fizuli, Cəbrayıl rayonlarında hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsində iştirak etmiş, xx.xx.N0N0 - xx.xx.N0N0-ci il tarixlərdə əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunmasına və onların saz saxlanması fəaliyyəti ilə məşğul olub, döyüşlərdə iştirakına görə təltif olunmayıb.
4. 95N nömrəli hərbi hissə komandirinin xx.xx.N019-cu il tarixli, N91 nömrəli əmrə əsasən, İddiaçı Azərbaycan Ordusunda 3 (üç) il müddətinə müddətdən artıq həqiqi xidmətə könüllü qəbul edilmiş və xx.xx.N019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. Kiçik çavuş İddiaçı -N-ci divizionun N-ci batareyasının zenit raket heyətinin( özüyeriyən atış qurğusu) operatoru vəzifəsində xidmət etmişdir.
5. xx.xx.N0N0-ci il tarixli, 091 nömrəli əmrə əsasən, operator – kiçik çavuş İddiaçı ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsi əməliyyatlarına cəlb edilmişdir (Əmrdə sıra nömrəsi: 1N14).
6. 95N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 376 nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin (Füzuli rayonu) qazan təminatına qoyulmuşdur.
7. xx.xx.N0N0-ci il tarixli, N98 nömrəli nizami hissə üzrə əmrə əsasən, İddiaçı xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin (Füzuli rayonu) qazan təminatına qoyulmuşdur.
8. 95N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 4N0 nömrəli əmrinə əsasən, İddiaçı N nömrəli hərbi hissənin (Füzuli rayonu) qazan təminatından çıxarılmışdır.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N0N3cü il tarixli, 14/1874 nömrəli məktubundan görünür ki, 95N nömrəli hərbi hissə N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.
10. 95N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli, 396 nömrəli və xx.xx.N0N4-cü il tarixli, 1045 nömrəli məktubların da qeyd edilmişdir ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə ezam olunduğu hərbi hissələrin yerləşdiyi ərazilərdə döyüş əməliyyatları aparılmadığına görə xx.xx.N0N3-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli, 3N5N/**********0N1 nömrəli məktubundan görünür ki, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X6, X1 və X7 “Müharibə veteranı” adı verilmişdir.
Birinci instansiya məhkəməsində icraat: 1N. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0N3-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N019-cu ilin avqust ayından etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin 95N nömrəli hərbi hissəsinin, N-ci divizionunun, NN batareyasının, 1-ci heyətində operator vəzifəsində xidmət etmişdir. N0N0-ci il sentyabr ayının 16-da batareya tərkibində əsas mövqedən ehtiyat mövqeyə çıxarılmışdır. N0N0-ci il sentyabr ayının N7-si İİ Qarabağ müharibəsi başlayarkən, Bərdə rayonunda ehtiyat mövqedən hava hücumundan müdafiəni təşkil etmişlər və oktyabr ayının N1-dək həmin bölgədə düşmənin Qarabağ istiqamətindən gələ biləcək hava təhlükələrinin qarşısını almışlar. N1 oktyabr N0N0-cı il səhər saat 09:00 radələrində Qarabağ ərazisində qoşunları hava zərbələrindən qorumaq məqsədi ilə batareyanın 1-ci heyəti tam tərkibdə (baş leytenant X8, əsgər XN, əsgər X9 və o) Bərdə rayonunun Ləmbəran yaşayış məntəqəsində yerləşən hərbi hissədən ixtisaslı kadr kimi Cəbrayıl rayonuna göndərilmişlər. Daha sonra eyni hərbi vəzifələri yerinə yetirmək üçün N0N0-ci il noyabr ayının 5-də Cəbrayıl rayonundan Füzulu rayonuna gətirilmiş, N0N0-ci il noyabr ayının 5- dən – N0N0-ci il dekabr aynın 10-dək Füzuli rayonunda hava hücumundan müdafiəni təşkil etmişlər. N0N0-ci il dekabr ayının 10-dan isə onunla bərabər müharibəyə cəlb edilmiş 3 hərbi qulluqçu Bərdə rayonunda yerləşən hərbi hissəyə qayıtmışlar. Onunla birlikdə İİ Qarabağ müharibəsinə cəlb edilmiş və eyni hərbi vəzifələri yerinə yetirmiş 3 nəfər hərbi qulluqçuya (baş leytenant X8, əsgər XN, əsgər X9) müharibə veteranı adı və vəsiqəsi verilmiş, lakin heç bir əsaslandırma aparılmadan o ayrıseçkiliyə məruz qalaraq bu hüquqdan məhrum edilmişdir. Bununla əlaqədar olaraq müxtəlif dövlət orqanlarına və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin 17 may N0N3-cü il tarixli, 4/3-4778 saylı cavab məktubunda döyüş əməliyyatları aparılan dövrdə ezamiyyətdə olduğu hərbi hissələrin yerləşdiyi ərazilərdə döyüş əməliyyatının aparılmadığı əsasları ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(11N)-11071/N0N3 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir
15. İddiaçı xx.xx.N0N4-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli qərardadı ilə həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
16. Cavabdeh iddia tələbinə dair xx.xx.N0N3-cü il tarixli, 3-N5-4/N-49NN/N0N3 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının xidmət etdiyi 95N nömrəli hərbi hissə tərəfindən komissiyaya təqdim edilmiş arayış-məlumata xx.xx.N0N3-cü il tarixli iclasda baxılmış iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hesab edilmişdir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik olmadığından iddia əsaslı sayıla bilməz.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-500/N0N4 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş arayış-məlumatından da görünür ki, döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə) İddiaçı Bərdə, Fizuli və Cəbrayıl rayonlarında əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunması və onların saz saxlanması fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. N0. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri N1. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları NN. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi. N3. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 6N.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: N4. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
N5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. N0N0-ci il sentyabrın N7- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd (N) göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
N6. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
N7. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: N8. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. N9. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumata əsasən, vətəndaş İddiaçı döyüş əməliyyatları aparılan dövrdə ezamiyyətdə olduğu hərbi hissələrin yerləşdiyi ərazilərdə döyüş əməliyyatları aparılmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
30. Birinci instansiya məhkəməsi iddianı əsaslı və qanuni hesab edərək təmin etmiş, qərarını cavabdehin imtinasının iş materiallarına əlavə edilmiş arayış məlumatla təkzib edilməsi ilə əlaqələndirmişdir. Belə ki, imtinada iddiaçının döyüş əməliyyatları aparılan dövrdə ezamiyyətdə olduğu hərbi hissələrin yerləşdiyi ərazilərdə döyüş əməliyyatları aparılmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilməməsi qeyd edilsə də, arayış-məlumatda döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə) iddiaçının Bərdə, Fizuli və Cəbrayıl rayonlarında əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunması və onların saz saxlanması fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir.
31. Göründüyü kimi, imtinanın və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının döyüş əməliyyatları aparılan dövrdə ezamiyyətdə olduğu hərbi hissələrin yerləşdiyi ərazilərdə döyüş əməliyyatları aparılmamışdır. Bununla yanaşı, qüvvədə olan qanunvericilik aktlarına əsasən, şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işləri, ezamiyyət vərəqələri, əmrlərdən çıxarış və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. 3N. Məhkəmə kollegiyası iddianı əsaslı və qanuni hesab edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə 95N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış- Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0xx.xx.N0N0-ci il tarixlərdə) 95N nömrəli hərbi hissədə xidmət keçmiş, kiçik çavuş rütbəsində olmuş, N-ci zenit raket divizionun NN-ci batareyasının 1-ci zenit raket heyətinin baş operatoru vəzifəsində olmuş, xx.xx.N019-cu il tarixli, N91 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.N0N0-ci il tarixli 00N8 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.N0N0-ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə, Fizuli, Cəbrayıl rayonlarında hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsində iştirak etmiş, xx.xx.N0N0 xx.xx.N0N0-ci il tarixlərdə əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunmasına və onların saz saxlanması fəaliyyəti ilə məşğul olub, döyüşlərdə iştirakına görə təltif olunmayıb.
33. Məhkəmə kollegiyası qeyd edir ki, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə ezamiyyət vəsiqələrini, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri təqdim etmiş olsunlar.
34. Müdafiə Nazirliyinin «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə 95N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumat, həmçinin nizami hissə üzrə əmrlərlə təsdiq olunur ki, xx.xx.N0N0-ci il tarixli 00N8 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.N0N0-ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə, Fizuli, Cəbrayıl rayonlarında hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsində iştirak etmiş, xx.xx.N0N0 - xx.xx.N0N0-ci il tarixlərdə əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunmasına və onların saz saxlanması fəaliyyəti ilə məşğul olmuşdur.
35. Məhkəmə kollegiyası həmçinin iddiaçının iddia ərizəsində onunla birlikdə İİ Qarabağ müharibəsinə cəlb edildiyini qeyd etdiyi baş leytenant X8, əsgər X3 və əsgər X7 “Müharibə veteranı” adı və vəsiqəsinin verilib-verilməməsinin aydınlaşdırılması məqsədilə cavabdah orqana sorğu təqdim etmiş, sonuncu tərəfindən cavab olaraq bildirilmişdir ki, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X6, X1 və X7 “Müharibə veteranı” adı verilmişdir.
36. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.N0N4-cü il tarixli, ********** nömrəli arayışa əsasən, X8 xx.xx.N0NN-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müharibə veteranlarına verilən 80 manat məbləğində təqaüd alır.
37. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.N0N4-cü il tarixli, ********** nömrəli arayışa əsasən, X3 xx.xx.N0NN-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müharibə veteranlarına verilən 80 manat məbləğində təqaüd alır.
38. Bununla yanaşı iddiaçının iddia ərizəsində adını qeyd etdiyi X6 “Müharibə veteranı” vəsiqəsi və adının verilməsi iş matriallarına əlavə edilmiş 1N4519 nömrəli “Müharibə veteranı” vəsiqəsi ilə təsdiq olunur. Həmin vəsiqə məhz cavabdeh orqan tərəfindən verilmişdir.
39. Adıçəkilən şəxslərin təqdim olunmuş hərbi biletlərinin surətindən məlum olur ki, E.Rüstəmov 95N№-li hərbi hissənin mexaniki-sürücü elektriki, R.Məlikov isə hərbi hissənin batareyasının heyət rəisi vəzifəsinə təyin edilmişdir.
40. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
41. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.N-ci maddələri). 4N. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N7 fevral N0N0-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr N0N1-ci il tarixli qərarı).
43. Göründüyü kimi iddiaçının hərbi xidməti, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərdə öz əksini tapır və bu məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir.
45. Digər tərəfdən adıçəkilən Əsasnamədən məlum olur ki, maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı iki kateqoriyadan olan şəxslərə – 1. N0N0-ci ilin sentyabr N7-dən noyabrın 10-dək təminat növləri üzrə tapşırıqları yerinə yetirməklə döyüş əməliyytalarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatın üzrə tapşırıqlarını yerinə yetirmiş; N. Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat üzrə tapşırıqlarını yerinə yetirmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir.
46. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın N5-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
47. Konstitusiyanın N5-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
48. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
49. Hazırki iş üzrə iddiaçının birbaşa döyüş əməliyyatlarında iştirakı müəyyən edilməsə də, təminat tədbirlərinin həyata keçirilməsində -95N nömrəli hərbi hissədə xidmət keçməsi, N-ci zenit raket divizionun NN-ci batareyasının 1-ci zenit raket heyətinin baş operatoru vəzifəsində olması, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.N0N0-ci il tarixli 00N8 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunması, Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.N0N0- ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması, Bərdə, Fizuli, Cəbrayıl rayonlarında hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsində iştirak etməsi yuxarıda qeyd olunan sənədlərlə öz təsdiqini tapır.
50. Belə olan halda imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə
51. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-500/N0N4 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov