Məhkəmə qərarları › İş №2-1(104)-452/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-452/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-452/2025 25.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2144/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İ-1398 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 103 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 3-cü Ordu Korpusu komandirinin 03 aprel N5-ci il tarixli 079 əç nömrəli əmri ilə madditexniki təminat bölüyünün silah təmir taqımının silah təmir manqasının (artilleriya silahları) ustası vəzifəsinə təyin edildiyinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsindən gəlmiş hesab olunmuş, 09 aprel N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli, 80 nömrəli Əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 17 fevral N7-ci il tarixli 026 nöməli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin aparılması ilə əlaqədar "Hərbi xidmətkeçmə" haqqında əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, maddi texniki təminat bölüyünün silah təmir taqımının silah təmir manqasının (artilleriya silahları) ustası vəzifəsindən azad edilmiş, 5-ci tank əleyhinə artilleriya divizionunun 13-cü tank əleyhinə artilleriya batareyasının 2-ci tank əleyhinə artilleriya taqımının 4-cü topun baş sürücüsü vəzifəsinə təyin edilmişdir. HUİ - 630 205A N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli, 194 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 5-ci tank əleyhinə artilleriya divizionunun 13-cü tank əleyhinə artilleriya batareyasının 2-ci tank əleyhinə artilleriya taqımının 4-cü topun baş sürücüsü - N nömnrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli 065 əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “d” bəndinə uyğun olaraq (aşağı vəzifəyə) 172ci motoatıcı briqadasının 2-ci motoatıcı taborunun madditexniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 03 iyul N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli, 197 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, N nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli 065 əç nömrəli əmrinə əsasən 2-ci taboorun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edilmiş, Aqstafa rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, 04 iyul N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli 270 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, 2-ci taborun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü N nömrəli hərbi hissə komandininin N sentyabr N8-ci il tarixli 0102 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci divizionunun artilleriya batareyasının artilleriya taqımının sürücüsü vəzifəsinə təyin edilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 13 sentyabr N8-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün Aqstafa rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli, 272 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 3-cü Ordu Korpusu komandirinin N sentyabr N8-ci il tarixli 0102 əç nömrəli əmri ilə 2-ci haubitsalı artilleriya divizonunun 4-cü haubitsalı artilleriya batareyasının 2-ci haubitsalı artilleriya taqımının 6-cı topun sürücüsü vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Göygöl rayonu) gəlmiş hesab edilmiş, 14 sentyabr N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 26 nömrəli Əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 26 noyabr 2020-ci il tarixli 0117 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin aparılması ilə əlaqədar və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 2-ci haubitsalı artilleriya divizonunun 4-cü haubitsalı artilleriya batareyasının 2-ci haubitsal artilleriya taqımının 6-cı topun sürücüsü vəzifəsindən azad edilmiş, 2-ci artilleriya divizionunun 6-cı artilleriya batareyasının 2-ci artilleriya taqımının sürücüsü vəzifəsinə təyin olunmuşdur. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün, təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqlarınyerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə” Arayışməlumata əsasən, N nömrəli hərbi hissənin MAHHXHQ çavuş sürücü İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09-xx.xx.2020-ci il tarixlərdə) N və N nömrəli hərbi hissələrə ezam olunmuşdur. Müdafiə nazirinin 04.03 03.2021-ci il tarixli 062 nömrəli əmrinə və N nömrəli hərbi hissə komandirininin xx.xx.2020-ci il tarixli 03 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 0N nömrəli və N nömrəli hərbi hissə komandirininin xx.xx.2020-ci il tarixli 013 nömrəli döyüş sərəncamı ilə hücum taktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. Yol vərəqəsi əsasında getdiyi üçün N və N nömrəli hərbi hissələrdə qeydiyyata düşməmiş, ezamiyyət vəsiqəsi ilə getməmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixdə yol vərəqəsi əsasında getmişdir. Murovdağ silsiləsi (Kəlbəcər istiqaməti) və Qubadlı rayonu uğrunda gedən döyüş əməliyyatlarında şəxsi heyətin, döyüş zamanı xəsarət almış hərbi qulluqçuların və döyüş sursatlarının daşınmasında, texnikasının daima döyüşə hazır vəziyyətdə saxlanılmasında və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmişdir. Kəlbəcər rayonu (Murovdağ silsiləsi) və Qubadlı rayonuna ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatlarına cəlb olunmadığına görə vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Ordusunun "Vətən müharibəsi" zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021ci il tarixli müvafiq əmrinə əsasən N və N nömrəli hərbi hissələr tam tərkibdə, N nömrəli hərbi hissə isə 2-ci artilleriya divizionunun 4-cü, 5-ci və 6-cı artilleriya batareyaları və 3-cü artilleriya divizionunun 9-cu artilleriya batareyası istisna olmaqla döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətəndə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı döyüş təminatının yerinə yetirilməsi məqsədi ilə N nömrəli hərbi hissə (Kəlbəcər rayonu istiqaməti) və N nömrəli hərbi hissə (Qubadlı rayonu) istiqamətlərinə yol vərəqəsi əsasında getmişdir. Kiçik çavuş İddiaçı yuxarıda göstərilən hərbi hissələrə gedib-qayıtması yol vərəqəsi əsasında olduğu üçün hərbi hissə komandirinin nizami hissə üzrə əmrində qeyd olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona veteran adı və vəsiqəsinin verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasına dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona veteran adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Sonuncu tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-25-2/2-M-114xx-xx/2024 saylı məktubda "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə kommisiya"-nın xx.xx.2024-cü il tarixli iclasında baxıldığı və barəsində müsbət qərar qəbul edilmədiyi qeyd edilmişdir. Həmçinin, həmin məktubda barəsində qəbul olunmuş qərarla razılaşmadığı halda 30 gün müddətində məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd olunmuşdur. Sözügedən qərar ona indiyə qədər də göndərilməmişdir. İddiaçı halhazırda MN-nin N saylı hərbi hissəsində qulluq edir və 2-ci Qarabağ Müharibəsində ermənilərə qarşı döyüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. MN-nin N saylı h/h-dən əldə etdiyi N nömrəli h/h komandirinin 103 nömrəli əmrindən çıxarış, N nömrəli h/h komandirinin 194 nömrəli əmrindən çıxarış, N nömrəli h/h komandirinin 80 nömrəli əmrindən çıxarış, Arayış-Məlumat, N nömrəli h/h-sə komandirinin 272 nömrəli əmrindən çıxarış, N nömrəli h/h komandirinin 26 nömrəli əmrindən çıxarış, N nömrəli h/h komandirinin 270 nömrəli əmrindən çıxarış, N nömrəli h/h komandirinin 197 nömrəli əmrindən çıxarış, 3224 nömrəli, xx.xx.2020-cü il tarixli yol vərəqəsi, 3488 nömrəli, xx.xx.2020-ci il tarixli yol vərəqəsi, 15.3268 nömrəli, xx.xx.2020-ci il tarixli yol vərəqəsi ilə də sübut olunur ki, iddiaçı həqiqətən torpaqların azadlığı uğrunda vuruşmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2144/202N nömrəli qərardadı ilə, iddia tələbi ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh orqan hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatlarına cəlb olunmadığına görə İddiaçı sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2144/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş və ona qeyd olunan Medalın İ-1398 nömrəli vəsiqəsi verilmişdir. “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə həmin Medal haqqında Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)2144/2025 saylı qərarının ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək N nömrəli hərbi hissənin 2-ci artilleriya divizionunun 4-cü artilleriya batareyasının 2-ci artilleriya taqımının 6-cı topun sürücüsü vəzifəsində xidmət etmişdir. Vəzifə borcuna və döyüş təlimatına əsasən topun sürücüsü döyüş əməliyyatları zamanı topu idarə etdiyi (ona təhkim edilmiş) avtomobilin yedəyində atəş mövqeyinə aparır (daşıyır), atəş mövqeyində top döyüşə hazırlandıqdan sonra isə sürücü avtomobili ilə birlikdə atəş mövqeyinin (topun) yaxınlığında növbəti tapşırığın yerinə yetirilməsi üçün hazır vəziyyətdə gözləyir, bu vaxt sürücünün həmin ərazidən başqa yerə getməsi və ya atəş mövqeyindən (topun yanından) uzaqlaşdırılması yol verilməzdir. Belə olan halda aydın olur ki, İddiaçı sürücü kimi döyüş əməliyyatları zamanı N və N nömrəli hərbi hissələrə ezam olunması, şəxsi heyətin, döyüş zamanı xəsarət almış hərbi qulluqçuların və döyüş sursatlarının daşınmasında iştirak etməmişdir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, İddiaçı döyüş əməliyyatlarında iştirak etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Kəlbəcərin rayonun azad olunmasına görə” medalı ilə təltif edilmiş və ona qeyd olunan Medalın 1-1398 nömrəli vəsiqəsi verilmişdir. Hesab edilir ki, məhkəmənin bu mövqeyi aşağıda qeyd olunanlara əsasən yanlışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatlarına başlamışdır. Lakin Kəlbəcər rayonu döyüş yolu ilə deyil, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış X3 əsasən geri qaytarılmışdır. Kəlbəcər rayonu xx.xx.2020-ci il tarixdən etibarən döyüş əməliyyatları olmadan Azərbaycan Respublikasının nəzarəti altına keçdiyi, N nömrəli hərbi hissə Kəlbəcər rayonuna daxil olduğu, bu səbəbdən də döyüş əməliyyatlarında iştirak etməməsinə baxmayaraq həvəsləndirmə qaydasında döyüş əməliyyatlarında iştirak heyəti və N nömrəli hərbi hissədə ezamiyyətdə olduğu göstərilən İddiaçı "Kəlbəcərin rayonun azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti nəticəsində düşməni kapitulyasiya aktını imza etməyə məcbur edərək xx.xx.2020-ci il tarixdə üç dövlət arasında (Azərbaycan, Rusiya və Ermənistan) bağlanmış müqaviləyə əsasən Laçın, Ağdam və Kəlbəcər rayonları bir güllə sərf etmədən və döyüş əməliyyatları aparılmadan işğaldan azad olunmuşdur. Əsasnaməyə əlavə edilmiş 420 nömrəli qərara əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslərin hərbi döyüşlərdə iştirakını sübut edən yuxarıda qeyd olunan sənədlər mövcud olsun. Əsasnamədən də göründüyü kimi hərbi qulluqçunun rayonların azad olunmasına görə və sair medallarla təltif olunması ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə əsas sayıla bilməz. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş üzrə iddiaçının hüquqi marağı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş lakin cavabdeh tərəfindən imtina edilərək bildirilmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatlarına cəlb olunmadığına görə vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli 270 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, 2-ci taborun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü N nömrəli hərbi hissə komandininin N sentyabr N8-ci il tarixli 0102 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci divizionunun artilleriya batareyasının artilleriya taqımının sürücüsü vəzifəsinə təyin edilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 13 sentyabr N8-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün Ağstafa rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli, 272 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 3-cü Ordu Korpusu komandirinin N sentyabr N8-ci il tarixli 0102 əç nömrəli əmri ilə 2-ci haubitsalı artilleriya divizonunun 4-cü haubitsalı artilleriya batareyasının 2-ci haubitsalı artilleriya taqımının 6-cı topun sürücüsü vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Göygöl rayonu) gəlmiş hesab edilmiş, 14 sentyabr N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 26 nömrəli Əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 26 noyabr 2020-ci il tarixli 0117 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin aparılması ilə əlaqədar və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 2-ci haubitsalı artilleriya divizonunun 4-cü haubitsalı artilleriya batareyasının 2-ci haubitsal artilleriya taqımının 6-cı topun sürücüsü vəzifəsindən azad edilmiş, 2-ci artilleriya divizionunun 6-cı artilleriya batareyasının 2-ci artilleriya taqımının sürücüsü vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün, təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə” Arayış məlumata əsasən, N nömrəli hərbi hissənin MAHHXHQ çavuş sürücü İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09-xx.xx.2020-ci il tarixlərdə) N və N nömrəli hərbi hissələrə ezam olunmuşdur. Müdafiə nazirinin 04.03 03.2021-ci il tarixli 062 nömrəli əmrinə və N nömrəli hərbi hissə komandirininin xx.xx.2020-ci il tarixli 03 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 0N nömrəli və N nömrəli hərbi hissə komandirininin xx.xx.2020-ci il tarixli 013 nömrəli döyüş sərəncamı ilə hücum taktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. Yol vərəqəsi əsasında getdiyi üçün N və N nömrəli hərbi hissələrdə qeydiyyata düşməmiş, ezamiyyət vəsiqəsi ilə getməmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixdə yol vərəqəsi əsasında getmişdir. Murovdağ silsiləsi (Kəlbəcər istiqaməti) və Qubadlı rayonu uğrunda gedən döyüş əməliyyatlarında şəxsi heyətin, döyüş zamanı xəsarət almış hərbi qulluqçuların və döyüş sursatlarının daşınmasında, texnikasının daima döyüşə hazır vəziyyətdə saxlanılmasında və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmişdir. Kəlbəcər rayonu (Murovdağ silsiləsi) və Qubadlı rayonuna ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Ordusunun "Vətən müharibəsi" zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021ci il tarixli müvafiq əmrinə əsasən N və N nömrəli hərbi hissələr tam tərkibdə, N nömrəli hərbi hissə isə 2-ci artilleriya divizionunun 4-cü, 5-ci və 6-cı artilleriya batareyaları və 3-cü artilleriya divizionunun 9-cu artilleriya batareyası istisna olmaqla döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətəndə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı döyüş təminatının yerinə yetirilməsi məqsədi ilə N nömrəli hərbi hissə (Kəlbəcər rayonu istiqaməti) və N nömrəli hərbi hissə (Qubadlı rayonu) istiqamətlərinə yol vərəqəsi əsasında getmişdir. Kiçik çavuş İddiaçı yuxarıda göstərilən hərbi hissələrə gedib-qayıtması yol vərəqəsi əsasında olduğu üçün hərbi hissə komandirinin nizami hissə üzrə əmrində qeyd olunmamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddia tələbinin təmin olunması üçün hazırki qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan qanunvericilik normasının tələblərindən irəli gələn hallar iş materialları ilə təsdiq olunur. Həmçinin cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Bundan əlavə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş və ona qeyd olunan Medalın İ-1398 nömrəli vəsiqəsi verilmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şəxsin Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsini də nəzərə alaraq iş üzrə düzgün nəticəyə gəlmişdir. (Oxşar iş üzrə Ali Məhkəmənin 2-1(102)-2869/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı mövqeyi) Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2144/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar