Məhkəmə qərarları › İş №2-1(104)-454/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-454/2025

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-454/2025 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 qarşı iş üzrə QƏRARI Açar sözlər: reyestr qeydinin ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 (üçüncü şəxslər üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2) qarşı ##.##.2006-cı il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququna bərabər payla məxsus olan üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda mövcud olmuş, söküldüyündən məhv olmuş və bərpası mümkün olmayan, yerində “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən çoxmərtəbəli (çoxmənzilli) yaşayış binası tikilmiş 36,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli, *-***/** nömrəli qətnaməsi ilə ərizəçi X5 ərizəsinin təmin edilməsi, Gəncə şəhəri, Xətai küçəsi, ev *** nömrəli ünvanda yerləşən evə X5 etməsi faktının müəyyən olunması və onun həmin evə dair mülkiyyət sənədləri ilə təmin edilməsi qət edilmişdir.

2. Gəncə şəhər * saylı DNK-nun ##.##.2005-ci il tarixli, 4Ə-2-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən *** saylı fərdi yaşayış evi X5 tərəfindən üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 satılmışdır.

3. Qeyd olunan müqavilə əsasında Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən *** nömrəli fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla üçüncü şəxs3, (¼), üçüncü şəxs1 (¼), üçüncü şəxs4 (¼) və üçüncü şəxs2 (¼) adlarına ##.##.2006-cı il tarixli, ***** nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir.

4. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli qətnaməsi ilə iddiaçılar üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 cavabdehlər X8 və “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququnun bərpasına və ya ədalətli əvəzin ödənilməsinə kv.m sahənin dair iddiasının qismən təmin edilməsi, Gəncə şəhər, Ş.İ.Xətai prospekti, *** saylı nvanda inşa edilən binanın birinci mərtəbəsindən iddiaçılar üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 mülkiyyətinə verilməsi vəzifəsinin “xxxx” Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, həmin sahəyə dair iddiaçıların mülkiyyət hüquqlarının bərabər paylarla qeydiyyata alınması vəzifəsinin AR DƏDRX-nin Gəncə şəhər Ərazi Idarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MTK-nın üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 Telman oğlunun və üçüncü şəxs2 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra məhkəmənin ##.##.2008-ci il tarixli iddianın təmini tədbiri barədə qərardadının ləğv edilməsi qət edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2008-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən cavabdeh “xxxx” MTK və M.C.Novruzovun nümayəndəsi və vəkili E.R.Quliyevin apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə ##.##.2008-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Gəncə şəhər, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda inşa edilən binadan 57.7 kv.m yaşayış sahəsinin iddiaçılar üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 mülkiyyətinə verilməsi vəzifəsinin “xxxx” Mənzil Istismar Kooperativinin üzərinə qoyulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçılar üçüncü şəxs3 və qeyrilərinin, nümayəndəsi X6 apellyasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin elan edildiyi andan qanuni qüvvəyə minməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2009-cu il tarixli, *(***)-****/** nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin MIÜMK-nın iş üzrə ## ###### 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. 2019-cu il ######ın #-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına ##.##.2019-cu il tarixli ** nömrəli Icazədən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai) prospekti, 125 ünvanında inşa edilmiş 2 girişli, zirzəmili, 12 mərtəbəli yaşayış binasının (blok 2 və 3) ##.##.2019-cu il tarixdən istismarına Gəncə Şəhər Icra Hakimiyyəti tərəfindən icazə verilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli, 2(104)- ***/**** nömrəli qətnaməsinə izah verilməsi barədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə “xxxx” Mənzil Istismar Kooperativinin ərizəsi qismən təmin edilərək, qətnaməyə bu şəkildə izah verilmişdir ki, “Gəncə şəhər, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda inşa edilən binadan 57.7 kv.m yaşayış sahəsinin iddiaçılar üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 mülkiyyətinə verilməsi vəzifəsi “xxxx” Mənzil Istismar Kooperativinin üzərinə qoyulması dedikdə - “xxxx” MTK tərəfindən həmin ünvanda çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının tikintisi aparılan ərazidə ##.##.2006-cı il tarixli, ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olmuş ümumi sahəsi 57,7 kv.m olan fərdi yaşayış evinin sökülməsi və evin altındakı torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi, əvəzində adları çəkilən iddiaçılara bu ərazidə yeni tikilən binadan eyni ölçüdə (57,7 kv.m) yaşayış sahəsinin ayrılıb verilməsini özündə ehtiva edir”.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Heydər Əliyev prospekti, 133 ünvanında yerləşən 0,1236 ha torpaq sahəsi üzərində “xxxx” Mənzil Tikinti Kooperativinin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 0,1329 ha torpaq sahəsi üzərində “xxxx” Mənzil Tikinti Kooperativinin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. Iddiaçının çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinə etdiyi müraciətə həmin Idarənin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai prospekti 125) prospekti, 343 ünvanında yerləşən “xxxx” MKT tərəfindən inşa edilmiş çoxmənzili yaşayış binasının bir hissəsinin əvvəllər mövcud olmuş və sonradan sökülmüş başqa şəxslərə (üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2) məxsus yaşayış evinə dair Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanına əsasən hüquqmüəyyənedici sənədlərin mövcud olduğu müəyyən edilmişdir. Təqdim olunmuş məhkəmə qərarında həmin sənədlər mübahisələndirilməmişdir və həmin sənədlər hal-hazırda qüvvədədir. Bu səbəbdən ərizənin icrasını təmin etmək tərəflərindən mümkün olmamışdır.

12. Iddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda mövcud olmuş və sonradan sökülmüş yaşayış sahələrinin qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi barədə cavabdehə etdiyi müraciətinə həmin idarənin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/** nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai prospekti 125) prospekti, 343 ünvanında yerləşən “xxxx” MKT tərəfindən inşa edilmiş çoxmənzili yaşayış binasının bir hissəsinin əvvəllər mövcud olmuş və sonradan sökülmüş başqa şəxslərə (üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2) məxsus yaşayış evinə dair Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanına əsasən hüquqmüəyyənedici sənədlərin mövcud olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanı əsasında mövcud olan həmin sənədlər məhkəmə qərarlarında mübahisələndirilmədiyindən həmin sənədlər hal-hazırda qüvvədədir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, “Daşınmaz əmlakın dölət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

13. Məhkəmə kollegiyasının sorğusuna cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, hal-hazırda Gəncə şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən *** saylı fərdi yaşayış evinin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin əmlaka dair arxiv qovluğunda Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na daxil olan hüquqmüəyyənedici və texniki sənədlər mövcuddur. Belə ki, daşınmaz əmlaka dair arxiv qovluğunda mövcud olan sənədlərin araşdırılması zamanı Kirovabad şəhər ZDS IK-nin ##.##.1946-cı il tarixli, *** nömrəli qərarından torpaq sahəsi və onun yerləşdiyi fərdi yaşayış evi üzərində X2 (əvvəlki mülkiyyətçi) adına hüquqmüəyyənedici sənədlərin tərtib olunduğu, X2 adına (əvvəlki mülkiyyətçi) adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport olduğu, Nizami Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli, *-***/** nömrəli qətnaməsi əsasında X5 mülkiyyət hüquqlarının tanındığı, Ərazi Idarəsinin elektron arxiv məlumatlarına əsasən isə X5 adına ##.##.2005-ci il tarixli, ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsinin və texniki pasportun tərtib edildiyi məlum olmuşdur. Gəncə şəhər * saylı DNK-nun ##.##.2005-ci il tarixli, 4Ə-2-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən *** nömrəli fərdi yaşayış evi X5 tərəfindən üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 satılmışdır. Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən *** saylı fərdi yaşayış evinə dair paylı mülkiyyət hüququ ilə üçüncü şəxs3, (%), üçüncü şəxs1 (%), üçüncü şəxs4 (%) və üçüncü şəxs2 (%) adlarına verilmiş ##.##.2006-cı il tarixli, ***** nömrəli Qeydiyyat vəsiqəsi hal-hazırda qüvvədədir. Əlavə olaraq qeyd edək ki, aparılan araşdırmalar zamanı Ərazi Idarəsinin elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Ş.İ.Xətai 131 ünvanındakı torpaq sahəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyalı dövlət mülkiyyətidir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 2007-ci il tarixli, ** saylı sərəncamına əsasən “xxxx” MTK tərəfindən Gəncə şəhəri, Heydər Əliyev prospekti, 343 (keçmiş X1 prospekti, 125) ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış bina kompleksi istismara təhvil verilmiş və yaşayış binasına yaranmış hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlər toplusu əlavə edilməklə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə şəhər Ərazi Idarəsinə müraciət edilmişdir. Cavabdeh binanın yerləşdiyi torpaq sahəsinin bir hissəsində yerləşən ümumi sahəsi 36,7 kv.m olan tikiliyə özgəsinin adına mülkiyyət haqqında sənədin olduğu bildirilərək, sənədlər geri qaytarılmışdır. Adı çəkilən tikili ilə bağlı mübahisə üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə cavabdeh Idarəyə təqdim edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda mövcud olmuş 36,7 kv.m. yaşayış evi bərabər payla iddiaçılar üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 mülkiyyətində olmuşdur. Mülkiyyətçilər MTK ilə həmin tikilinin sökülməsi və əvəzində yeni tikilən binada mənzil verilməsinə razılaşmışlar. Tikili söküləndən sonra razılaşmanı pozmuşlar. Əmlak söküldüyündən məhv olmuş, ona mülkiyyət hüququnu itirmişlər. Itirilmiş mülkiyyətin əvəzində inşa edilən binadan 57,7 kv.m yaşayış sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Cavabdeh həmin qətnamədə sökülmüş tikilinin yerləşdiyi bələdiyyəyə aid 541,7 kv.m. torpaq sahəsi ilə bağlı məsələyə mövqe bildirilsə də, nəticə etibarı ilə torpaqla bağlı məsələ həll edilmədiyindən, bununla bağlı qətnaməyə izah alınmaqla məsələnin həll edilə biləcəyi bildirilmişdir. Qətnaməyə izahla bağlı ərizə Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə təmin edilərək, ##.##.2008-ci il tarixli qətnaməyə izah verilmişdir. Adı çəkilən qərardadla torpaq sahəsi ilə bağlı izah bu şəkildə verilmişdir: "…"xxxx" MTK tərəfindən həmin ünvanda çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının tikintisi aparılan ərazidə ##.##.2006-cı il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus 36,7 kv.m. yaşayış sahəsinin sökülməsi və evin altında torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi, əvəzində iddiaçılara bu ərazidə yeni tikilən binadan eyni ölçüdə (57,7 kv.m.) yaşayış sahəsinin ayrılıb verilməsini özündə etiva edir". Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi və həm də ona izah verilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə aşkar şəkildə "mülkiyyətçilərin sökülmüş tikiliyə mülkiyyət hüquqlarının itirildiyi, həmin tikilinin əvəzində mülkiyyətçilərə yeni tikilən binadan 57,7 kv.m yaşayış sahəsinin verilməsi, tikilinin yerləşdiyi torpaq sahəsinin MTK-nın istifadəsinə keçməsi" müəyyən edilmişdir. Izah qərardadından sonra qeydiyyatla bağlı heç bir problem qalmadığı baxımından, yaşayış binasına hüququn qeydiyyata alınması üçün sənədlər toplusu ##.##.2024-cü il tarixdə cavabdeh qəbul etmiş və qeydiyyatla bağlı çıxarışın ##.##.2024-cü il tarixdə təqdim ediləcəyinə öhdəlik götürmüşdür. Bunun üçün müəyyən edilmiş bütün rüsumların ödənilməsi iddiaçı tərəfdən təmin edilmişdir. Lakin öhdəlik müddət bitəndən sonra cavabdeh adı çəkilən binaya yaranmış hüququn reyestrdə qeydə almaqdan imtina etmiş və imtinanın səbəbini belə izah etmişdir ki, "qətnamədə mübahisə ilə bağlı aşkar şəkildə mülkiyyətin itirildiyi müəyyən edilsə də, itirilmiş hüququn reyestrdə qeydə alınması ilə bağlı Qeydiyyat Idarəsinin üzərinə vəzifə qoyulmadığından, bununla bağlı qeydiyyatın aparılması mümkün deyildir. Nə qədər ki, əvvəlki mülkiyyətçilər barədə reyestrdə qeydiyyat qalır, yeni tikilən binanın qeydiyyata alınması yol verilmir". Imtina şifahi deyilmiş, sənədlərin təqdim edildiyi vaxtdan 35 gün keçməsinə baxmayaraq yazılı təqdim edilməmişdir. Yuxarıda qeyd edilən qanuni qüvvəsində olan məhkəmə aktlarında müəyyən edilmiş və qərara alınmış hallardan aşkar şəkildə görünür ki, əvvəllki mülkiyyətçilər məxsus olduqları 36,7 kv.m. tikilinin sökülməsinə razılıq verdiklərindən və söküldüyündən tikiliyə olan mülkiyyət hüquqlarını itirmişlər. Həmin hüquqa qarşılıq onlara 57,7 kv.m yaşayış sahəsi verilməsi qət edilmişdir. Sökülmüş tikilinin yerləşdiyi torpaq sahəsi isə onların mülkiyyəti olmayıb, bələdiyyə torpaqlarına aid olduğu və "xxxx" MTK-nın istifadəsində saxlanılmışdır. Bu baxımdan da adı çəkilən sökülmüş tikiliyə aid qeydiyyatın (mülkiyyətə dair şəhadətnaməsini) ləğvinin və həmin ərazidə tikilmiş, istismara qəbul edilmiş binaya dair hüququn reyestrdə qeydə alınması və bununla bağlı çıxarışın verilməsi cavabdehin vəzifəsidir. Belə ki, daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150ci maddəsinə uyğun olaraq aparılır. 18.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Qeyd olunan qanun normaları və mübahisə ilə bağlı məhkəmələr tərəfindən müəyyən olunan hallara görə adı çəkilən 36,7 kv.m. yaşayış sahəsindən ibarət tikilinin söküldüyündən məhz olduğu, mülkiyyətçilərin razılığı əsasında söküldüyü, həmin sahənin sərəncamla MTK-ya ayrıldığı və orada yüksək mərtəbəli bina inşa edildiyindən, sökülmüş tikilinin bərpasının mümkün olmadığı, torpaq sahəsinin MTK-nın istifadəsdində qaldığı, həmçinin mülkiyyətçilərin MTK ilə mübahisələri olduğundan qeydiyyatın ləğvi üçün ərizə verməyəcəkləri baxımından, mülkiyyət hüququnun itirildiyi məhkəmə qətnaməsi ilə müəyyən edildiyi əsasdan, mülkiyyət hüquqlarınin ləğvi cavabdeh tərəfindən mübahisəsiz qaydada reyestrdə qeydə alınmalıdır. Bu barədə cavabdeh Idarənin bir neçə səlahiyyətli vəzifə sahiblərinin qəbulunda olaraq məsələni mübahisəyə çevrilmədən həll edilməsi xahiş edilsə də, cavabdeh məsələni qarşılıqlı həllini rədd etdiyindən qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Ona görə də qeyd olunan məsələnin müsbət həll edilməsi cavabdehdən tələb edilməklə, üzərinə öhdəlik qoyulmalıdır.

16. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “##.##.2006-cı il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququna bərabər payla məxsus olan üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda mövcud olmuş, söküldüyündən məhv olmuş və bərpası mümkün olmayan, yerində “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən çoxmərtəbəli (çoxmənzilli) yaşayış binası tikilmiş 36,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

17. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli, *-***/** nömrəli qətnaməsi ilə ərizəçi X5 ərizəsinin təmin edilməsi, Gəncə şəhəri, Xətai küçəsi, ev *** nömrəli ünvanda yerləşən evə X5 etməsi faktının müəyyən olunması və onun həmin evə dair mülkiyyət sənədləri ilə təmin edilməsi qət edilmişdir. Gəncə şəhər * saylı DNK-nun ##.##.2005-ci il tarixli, 4Ə-2-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən *** saylı fərdi yaşayış evi X5 tərəfindən üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 satılmışdır. Qeyd olunan müqavilə əsasında Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən *** nömrəli fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla üçüncü şəxs3, (¼), üçüncü şəxs1 (¼), üçüncü şəxs4 (¼) və üçüncü şəxs2 (¼) adlarına ##.##.2006-cı il tarixli, ***** nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsi bir nüsxədən ibarət tərtib olunaraq vətəndaşa təqdim edildiyi üçün Qeydiyyat vəsiqəsinin nüsxəsi arxiv qovluğunda saxlanılmamışdır. Buna görə də, Qeydiyyat vəsiqəsinin surətinin təqdim olunması mümkün olmamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli qətnaməsi ilə iddiaçılar üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 cavabdehlər X8 və “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququnun bərpasına və ya ədalətli əvəzin ödənilməsinə kv.m sahənin dair iddiasının qismən təmin edilməsi, Gəncə şəhər, Ş.İ.Xətai prospekti, *** saylı nvanda inşa edilən binanın birinci mərtəbəsindən iddiaçılar üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 mülkiyyətinə verilməsi vəzifəsinin “xxxx” Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, həmin sahəyə dair iddiaçıların mülkiyyət hüquqlarının bərabər paylarla qeydiyyata alınması vəzifəsinin AR DƏDRX-nin Gəncə şəhər Ərazi Idarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MTK-nın üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra məhkəmənin ##.##.2008-ci il tarixli iddianın təmini tədbiri barədə qərardadının ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2008-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən cavabdeh “xxxx” MTK və M.C.Novruzovun nümayəndəsi və vəkili E.R.Quliyevin apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə ##.##.2008-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Gəncə şəhər, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda inşa edilən binadan 57.7 kv.m yaşayış sahəsinin iddiaçılar üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 mülkiyyətinə verilməsi vəzifəsinin “xxxx” Mənzil Istismar Kooperativinin üzərinə qoyulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçılar üçüncü şəxs3 və qeyrilərinin, nümayəndəsi X6 apellyasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin elan edildiyi andan qanuni qüvvəyə minməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2009-cu il tarixli, 2(102)- ****/** nömrəli qərarına əsasən iddiaçılar üçüncü şəxs3 və üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin MIÜMK-nın iş üzrə ## ###### 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə izah verilməsi barədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə “xxxx” Mənzil Istismar Kooperativinin ərizəsinin qismən təmin edilməsi, Gəncə şəhər, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda inşa edilən binadan 57.7 kv.m yaşayış sahəsinin iddiaçılar üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 mülkiyyətinə verilməsi vəzifəsi “xxxx” Mənzil Istismar Kooperativinin üzərinə qoyulması dedikdə - “xxxx” MTK tərəfindən həmin ünvanda çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının tikintisi aparılan ərazidə ##.##.2006-cı il tarixli, ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olmuş ümumi sahəsi 57,7 kv.m olan fərdi yaşayış evinin sökülməsi və evin altındakı torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi, əvəzində adları çəkilən iddiaçılara bu ərazidə yeni tikilən binadan eyni ölçüdə (57,7 kv.m) yaşayış sahəsinin ayrılıb verilməsini özündə ehtiva etməsi, qərardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Gəncə şəhəri “xxxx” MTK-ya dair çıxarışın və texniki pasportun verilməsinə köməklik edilməsi barədə məktubunun araşdırılması zamanı Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai prospekti 125) prospekti, 343 ünvanında yerləşən “xxxx” MKT tərəfindən inşa edilmiş çoxmənzili yaşayış binasının bir hissəsinin əvvəllər mövcud olmuş və sonradan sökülmüş başqa şəxslərə (üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2) məxsus yaşayış evinə dair Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanına əsasən hüquqmüəyyənedici sənədlərin mövcud olduğu müəyyən edilmişdir. Təqdim olunmuş məhkəmə qərarında həmin sənədlər mübahisələndirilməmişdir və həmin sənədlər halhazırda qüvvədədir. Bu səbəbdən ərizənin icrasını təmin etmək tərəflərindən mümkün olmamışdır və *-**-*-**/*-*****/**** nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanında Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, 1.11-ci bəndə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər siyahısında daxildir. Daşınmaz əmlaka dair arxiv qovluğunda mövcud olan sənədlərin araşdırılması zamanı Kirovabad şəhər ZDS IK-nin ##.##.1946-cı il tarixli, *** nömrəli qərarından torpaq sahəsi və onun yerləşdiyi fərdi yaşayış evi üzərində X2 (əvvəlki mülkiyyətçi) adına hüquqmüəyyənedici sənədlərin tərtib olunduğu, X2 adına (əvvəlki mülkiyyətçi) adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport olduğu, Nizami Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli, *-***/** nömrəli qətnaməsi əsasında X5 mülkiyyət hüquqlarının tanındığı, Ərazi Idarəsinin elektron arxiv məlumatlarına əsasən isə X5 adına ##.##.2005-ci il tarixli, ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsinin və texniki pasportun tərtib edildiyi məlum olmuşdur. Gəncə şəhər * saylı DNK-nun ##.##.2005-ci il tarixli, 4Ə-2-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən *** nömrəli fərdi yaşayış evi X5 tərəfindən üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 satılmışdır. Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən *** saylı fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla üçüncü şəxs3, (¼), üçüncü şəxs1 (¼), üçüncü şəxs4 (¼) və üçüncü şəxs2 (¼) adlarına verilmiş ##.##.2006-cı il tarixli, ***** nömrəli qeydiyyat vəsiqəsi hal-hazırda qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.05-ci maddəsinin əsasən 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Normanın tələblərinə uyğun olaraq mülkiyyətçilərin adına Qeydiyyat vəsiqəsi ##.##.2006-ci il tarixində tərtib edilmişdir. Iş materiallarından qeyd olunan daşınmaz əmlakın məhv olduğu məlum olur. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Qanunvericiliyin tələbinə görə mülkiyyətçilər daşınmaz əmlakın (fərdi yaşayış evi üzərində) hüquqlarının ləğv ilə bağlı ərizəylə Ərazi Idarəsinə müraciət etməlidir. Lakin həmin şəxslərin Ərazi Idarəsinə qeyd edilən məzmunda müraciəti daxil olmamışdır. Yuxarıda qeyd olunan məhkəmə qərarlarının araşdırılması zamanı əmlaka dair hüquqmüəyyənedici sənədlərin mübahisələndirilmədiyi, məhkəmə qərarlarında daşınmaz əmlak üzərində hüquqların ləğv edilib-edilməməsinə münasibət bildirilmədiyi məlum olmuşdur. Lakin buna baxmayaraq hazırki iddia üzrə iddiaçı əmlakın məhv edildiyinə görə mülkiyyətçilərin iradəsi olmadan, yəni onların iradəsi ziddinə mülkiyyətçilərin hüquqlarının ləğvini tələb edir. Həmçinin Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən məhv edilmiş evin altındakı torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi qərara alınsa da, hazırki iddia üzrə iddiaçı yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində konkret olaraq hansı hüquqlarının dövlət qeydiyyatına almasını müəyyənləşdirməmişdir. Əlavə olaraq bildirilir ki, məhkəmə iş materiallarından bələdiyyə ilə “xxxx” MTK arasında ##.##.2008-ci il tarixli icarə müqaviləsinə əsasən 3.600 kv.m torpaq sahəsinin 15 il müddətinə icarəyə verildiyi məlum olmuşdur. Hazırki dövr üçün icarə müqaviləsinin müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Hesab edirlər ki, iddiaçının cavabdeh1 publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinə qarşı iddia tələbi təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Gəncə Inzibati Məhkəməsinin (hakim G.Əliyeva) ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, ##.##.2006-cı il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququna bərabər payla məxsus olan üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda mövcud olmuş, söküldüyündən məhv olmuş və bərpası mümkün olmayan, yerində “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən çoxmərtəbəli (çoxmənzilli) yaşayış binası tikilmiş 36,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır.

21. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi və həm də ona izah verilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə aşkar şəkildə "mülkiyyətçilərin sökülmüş tikiliyə mülkiyyət hüquqlarının itirildiyi, həmin tikilinin əvəzində mülkiyyətçilərə yeni tikilən binadan 57,7 kv.m. yaşayış sahəsinin verilməsi, tikilinin yerləşdiyi torpaq sahəsinin MTK-nın istifadəsinə keçməsi" müəyyən edilmişdir. Qanuni qüvvəsində olan məhkəmə aktlarında müəyyən edilmiş və qərara alınmış hallardan aşkar şəkildə görünür ki, əvvəllki mülkiyyətçilər məxsus olduqları 36,7 kv.m tikilinin sökülməsinə razılıq verdiklərindən və söküldüyündən, tikiliyə olan mülkiyyət hüquqlarını itirmişlər. Həmin hüquqa qarşılıq onlara 57,7 kv.m yaşayış sahəsi verilməsi qət edilmişdir. Sökülmüş tikilinin yerləşdiyi torpaq sahəsi isə bələdiyyə torpaqlarına qatılmaqla, "xxxx" MTK-nın istifadəsində saxlanılmışdır. Hətta bələdiyyə ilə “xxxx” MTK arasında 3.600 kv.m torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair ##.##.2008-ci il tarixli icarə müqaviləsi də bağlanmışdır. Bu baxımdan da adı çəkilən sökülmüş tikiliyə aid qeydiyyatın (mülkiyyətə dair şəhadətnamənin) ləğvindən imtina etməklə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh cavabdeh1n * saylı Gəncə Ərazi Idarəsi apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz əmlaka dair arxiv qovluğunda mövcud olan sənədlərin araşdırılması zamanı Kirovabad şəhər ZDS IK-nin ##.##.1946-cı il tarixli, *** nömrəli qərarından torpaq sahəsi və onun yerləşdiyi fərdi yaşayış evi üzərində X2 (əvvəlki mülkiyyətçi) adına hüquqmüəyyənedici sənədlərin tərtib olunduğu, X2 adına (əvvəlki mülkiyyətçi) adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport olduğu, Nizami Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli, *-***/** nömrəli qətnaməsi əsasında X5 mülkiyyət hüquqlarının tanındığı, Ərazi Idarəsinin elektron arxiv məlumatlarına əsasən isə X5 adına ##.##.2005-ci il tarixli, ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsinin və texniki pasportun tərtib edildiyi məlum olmuşdur. Gəncə şəhər * saylı DNK-nun ##.##.2005-ci il tarixli, 4Ə2-*** reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən *** nömrəli fərdi yaşayış evi X5 tərəfindən üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 satılmışdır. Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən *** saylı fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla üçüncü şəxs3, (¼), üçüncü şəxs1 (¼), üçüncü şəxs4 (¼) və üçüncü şəxs2 (¼) adlarına verilmiş ##.##.2006-cı il tarixli, ***** nömrəli Qeydiyyat vəsiqəsi hal-hazırda qüvvədədir. Yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai prospekti 125) prospekti, 343 ünvanında yerləşən “xxxx” MKT tərəfindəninşa edilmiş çoxmənzili yaşayış binasının bir hissəsinin əvvəllər mövcud olmuş və sonradan sökülmüş başqa şəxslərə (üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2) məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanına əsasən (Fərman üzrə siyahının 1.4-cü, 1.11-ci və 2.4-cü bəndləri üzrə) hüquqmüəyyənedici sənədlər mövcuddur. Lakin məhkəmə qərarında *** nömrəli Fərmanla təsdiq edilmiş siyahı üzrə olan sənədlərə münasibət bildirilməmişdir. Iş materiallarına əlavə olunmuş əvvəlki məhkəmə qərarlarının araşdırılması zamanı məhv olmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mübahisələndirilmədiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə iş materillarından bələdiyyə ilə “xxxx” MTK arasında ##.##.2008-ci il tarixli icarə müqaviləsinə əsasən, 3.600 kv.m torpaq sahəsinin 15 il müddətinə icarəyə verildiyi məlum olmuşdur. Hazırki dövr üçün icarə müqaviləsinin müddəti bitmişdir. Bələdiyyə ilə iddiaçı arasında icarə müqaviləsinin (və ya hər hansı bir müqavilənin) bağlanılması üçün bələdiyyə öz mülkiyyət hüquqlarını qeydə aldırmalı, daha sonra torpaq sahəsinin icarə müqaviləsinin bağlamaq üçün tərəf qismində çıxış edə bilərdi. Hal-hazırda istinad edilmiş maddi hüquq normalarından da göründüyü kimi məhv olmuş daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi üzərində 3-cü şəxslərin mülkiyyət hüquqlarının yaranma əsasları mövcuddur. Belə olan halda gələcəkdə “xxxx” MTK-nın və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasında (əvvəlki iddia tələbi üzrə) namüşkül olacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.05-ci maddəsinə əsasən 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Normanın tələblərinə uyğun olaraq mülkiyyətçilərin adına Qeydiyyat vəsiqəsi ##.##.2006-ci il tarixində tərtib edilmişdir. Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən *** saylı fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla üçüncü şəxs3, (¼), üçüncü şəxs1 (¼), üçüncü şəxs4 (¼) və üçüncü şəxs2 (¼) adlarına verilmiş ##.##.2006-cı il tarixli, ***** nömrəli Qeydiyyat vəsiqəsi hal-hazırda qüvvədədir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Reyestr haqqında Qanunun 18-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Hazırki iddia üzrə iddiaçı əmlakın məhv edildiyinə görə mülkiyyətçilərin iradəsi olmadan, yəni onların iradəsi ziddinə mülkiyyətçilərin hüquqlarının ləğvini tələb edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş 3-cü şəxslər (yəni mülkiyyətçilər) əmlakın iradələrinə zidd olaraq söküldüyünü və iddianın təmin olunmamasını xahiş etmişdirlər. Nəticədə məhkəmə qərarının icrası 3-cü şəxslərin hüquqlarının pozulmasına səbəb olacaqdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu isə Azərbaycan Respublikası IPM-nin 81-ci maddəsinə əsasən qərarın apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, Gəncə Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin iddiası təmin edilərək, ##.##.2006-cı il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququna bərabər payla məxsus olan üçüncü şəxs3, üçüncü şəxs1ıın, üçüncü şəxs4 və üçüncü şəxs2 Gəncə şəhəri, Ş.İ.Xətai prospekti *** saylı ünvanda mövcud olmuş, söküldüyündən məhv olmuş və bərpası mümkün olmayan 36,7 kv.m. yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş və şikayətin əsası kimi ona istinad edilmişdir ki, tikili məhv olsa da, tikili altında olan torpaq sahəsinə üçüncü şəxslərin gözlənti hüququları vardır. Lakin məhkəmə qərar qəbul edərkən, tikil altında olan torpaq sahəsinə dair məsələni həll etməmiş, buna mövqe bildirməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsası kimi istinad edilən hallar ümumiyyətlə hazırkı iş üzrə baxılan iddia ilə heç bir əlaqəsi yoxdur, torpaqla bağlı qərarın məzmunu apellyasiya şikayətində təhrif edilməklə verilmişdir. Belə ki, məhv olmuş sahəsi 36,7 kv.m. olan tikilinin altında olmuş, eyni ölçülü torpaq sahəsi ilə bağlı məsələ bundan illər əvvəl məhkəmə qaydasında həll edilmişdir və buna dair qanuni qüvvəsində olan məhkəmə aktları mövcuddur və cavabdehə təqdim edilmişdir. Bununla bağlı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 952/2008-ci il tarixli qətnaməsi və həmin qətnaməyə izah verildiyinə dair Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı mövcuddur. Izah qərardadına əsasən "...."xxxx" MTK tərəfindən həmin ünvanda çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının tikintisi aparılan ərazidə ##.##.2006-cı il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus 36.7 kv.m. yaşayış sahəsinin sökülməsi və evin altında torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi, əvəzində iddiaçılara bu ərazidə yeni tikilən binadan eyni ölçüdə (57.7 kv.m.) yaşayış sahəsinin ayrılıb verilməsini özündə etiva edir". Izahla bağlı məhkəməyə müraciət edilməsinə səbəb də cavabdehin sökülmüş 36.7 kv.m. tikilinin altında olan torpaq sahəsinin aqibətinin həll edilmədiyini bəhanə edib, binanın qeydə alınmasından imtina edilməsi məcburiyyətindən irəli gəlmişdir. Izah qərardadından sonra torpaqla bağlı məsələ həll edilsə də məhv olmuş 36,7 kv.m. yaşayış sahəsinə 3-cü şəxslərin mülkiyyət hüququnun reyestr qeydiyyatında qalmaqda davam etdiyi və məhkəmə aktlarında bu hüququn ləğvinə qərar verilmədiyi əsasdan, cavabdeh binanın reyestrdə qeydiyyatından imtina edilmişdir. Hazırkı iddianın təmin edilməsi ilə bağlı olan Gəncə Inzibati Məhkəməsinin qərarı məhz tikiliyə hüququn ləğv ilə bağldır və qərarın məzmununda tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı məsələnin əvvəllər məhkəmə qaydasında həll edildiyi qeyd edilmiş və bununla bağlı olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi və həmin qətnaməyə izah verildiyinə dair Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadına istinad edilmişdir. Göründüyü kimi cavabdeh torpaqla bağlı bəhanəsinin, bundan əvvəl həll edildiyini unutmuş, qərarın da məzmununa diqqət etməmişdir. Apellyasiya şikayəti Gəncə Inzibati Məhkəməsinin *-l(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından verilsə də, məzmun mahiyyəti ilə ümumiyyətlə həmin qərarla həll edilmiş məsələyə heç bir aidiyyəti yoxdur. Xatırladılır ki, adı çəkilən torpaqla bağlı məhkəmə aktları, hazırkı iş üzrə üçüncü şəxslərin iddiası əsasında çıxarılmışdır. Bu məsələ tikiliyə mülkiyyət hüququ olan hazırkı iş üzrə 3-cü şəxslərə aiddir. Onlar məhkəmənin mübahisə ilə bağlı gəldiyi qənaəti ilə razılaşmış və ümumiyyətlə hənıin qətanmədən kassasiya şikayəti verməmişlər. Adı çəkilən torpaqla bağlı məsələ hazırkı iş və qərarla heç bir aidiyyəti olmadığı kimi, cavabdehə də hər hansı aidiyyətinin olmadığı bəllidir. Iş materiallarında cavabdehin üçüncü şəxslərin vəkili olduğuna dair sənəd də yoxdur. Bundan başqa məhv olmuş və bərpası mümkün olmayan tikilinin mülkiyyətçisinin, tikilinin altında olmuş torpaq sahəsinə gözlənti hüququ ola bilməz. Bu hüquq mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və faktiki yerində olan və ya bərpası mümkün və yol verən olan, lakin sökülmüş tikililərin altında olan torpaq sahələri üçiin keçərlidir. Göründüyü kimi cavabdehin iddiaçı "xxxx" MTK-ya məxsus binaya dair hüququn dövlət reyestrində qeydə alınmasından təkrar imtinası və hazırkı qeyri-müəyyən məzmunlu apellyasiya şikayətinin verilməsi heç bir hüquqi əsasdan irəli gəlməmiş, məqsəd kəsb edən, dolayısı bəhanələrdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

28. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

29. Azərbaycan Respublikası Konstitusiyası Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Maddə 150.2. Istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir...

32. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “cavabdeh1n Nizamnaməsi” Bənd 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində xxxx (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.4. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək.

33. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

34. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

35. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

36. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

37. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

38. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

39. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

40. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

41. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

42. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

44. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

48. Işin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli, *-***/** nömrəli qətnaməsi ilə ərizəçi X5 ərizəsinin təmin edilməsi, Gəncə şəhəri, Xətai küçəsi, ev *** nömrəli ünvanda yerləşən evə X5 etməsi faktı müəyyən olunması və onun həmin evə dair mülkiyyət sənədləri ilə təmin edilməsi qət edilmişdir. Gəncə şəhər * saylı DNK-nun ##.##.2005-ci il tarixli, 4Ə-2- *** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən *** saylı fərdi yaşayış evi X5 tərəfindən üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 satılmışdır. Qeyd olunan müqavilə əsasında Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən *** nömrəli fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla üçüncü şəxs3, (¼), üçüncü şəxs1 (¼), üçüncü şəxs4 (¼) və üçüncü şəxs2 (¼) adlarına ##.##.2006-cı il tarixli, ***** nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir.

50. Iddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda mövcud olmuş və sonradan sökülmüş yaşayış sahələrinin qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi barədə cavabdehə etdiyi müraciətinə həmin idarənin ##.##.2025-ci il tarixli, 3-21-3-33/2- ****/** nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai prospekti 125) prospekti, 343 ünvanında yerləşən “xxxx” MKT tərəfindən inşa edilmiş çoxmənzili yaşayış binasının bir hissəsinin əvvəllər mövcud olmuş və sonradan sökülmüş başqa şəxslərə (üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2) məxsus yaşayış evinə dair Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanına əsasən hüquqmüəyyənedici sənədlərin mövcud olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanı əsasında mövcud olan həmin sənədlər məhkəmə qərarlarında mübahisələndirilmədiyindən həmin sənədlər hal-hazırda qüvvədədir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, “Daşınmaz əmlakın dölət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3- 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız saymışdır.

53. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, *** saylı ünvanda mövcud olmuş 36,7 kv.m. yaşayış evi bərabər payla iddiaçılar üçüncü şəxs3, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs2 mülkiyyətində olmuşdur. Mülkiyyətçilər MTK ilə həmin tikilinin sökülməsi və əvəzində yeni tikilən binada mənzil verilməsinə razılaşmışlar. Tikili söküləndən sonra razılaşmanı pozmuşlar. Əmlak söküldüyündən məhv olmuş, ona mülkiyyət hüququnu itirmişlər. Itirilmiş mülkiyyətin əvəzində inşa edilən binadan 57,7 kv.m yaşayış sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi vəzifəsinin “xxxx” MTK-nın üzərinə qoyulması qət edilmişdir.

54. Cavabdeh həmin qətnamədə sökülmüş tikilinin yerləşdiyi bələdiyyəyə aid 541,7 kv.m. torpaq sahəsi ilə bağlı məsələyə mövqe bildirilsə də, nəticə etibarı ilə torpaqla bağlı məsələ həll edilmədiyindən, bununla bağlı qətnaməyə izah alınmaqla məsələnin həll edilə biləcəyi bildirilmişdir.

55. Qətnaməyə izahla bağlı ərizə Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə təmin edilərək, ##.##.2008-ci il tarixli qətnaməyə izah verilmişdir. Adı çəkilən qərardadla torpaq sahəsi ilə bağlı izah bu şəkildə verilmişdir: "…"xxxx" MTK tərəfində həmin ünvanda çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının tikintisi aparılan ərazidə ##.##.2006-cı il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus 36,7 kv.m. yaşayış sahəsinin sökülməsi və evin altında torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi, əvəzində iddiaçılara bu ərazidə yeni tikilən binadan eyni ölçüdə (57,7 kv.m.) yaşayış sahəsinin ayrılıb verilməsini özündə etiva edir".

56. Göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi və həm də ona izah verilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- ***/**** saylı ##.##.2023-cü il tarixli qərardadı ilə aşkar şəkildə "mülkiyyətçilərin sökülmüş tikiliyə mülkiyyət hüquqlarının itirildiyi, həmin tikilinin əvəzində mülkiyyətçilərə yeni tikilən binadan 57,7 kv.m. yaşayış sahəsinin verilməsi, tikilinin yerləşdiyi torpaq sahəsinin MTK-nın istifadəsinə keçməsi" müəyyən edilmişdir.

57. Yuxarıda qeyd edilən qanuni qüvvəsində olan məhkəmə aktlarında müəyyən edilmiş və qərara alınmış hallardan aşkar şəkildə görünür ki, əvvəllki mülkiyyətçilər məxsus olduqları 36,7 kv.m tikilinin sökülməsinə razılıq verdiklərindən və həmin tikili söküldüyündən, tikiliyə olan mülkiyyət hüquqlarını itirmişlər. Həmin hüquqa qarşılıq onlara 57,7 kv.m yaşayış sahəsi verilməsi qət edilmişdir.

58. Bu baxımdan da adı çəkilən sökülmüş tikiliyə aid qeydiyyatın (qeydiyyat vəsiqəsinin) ləğvindən imtina etməklə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməlidir.

59. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməməli və bu iş üzrə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar