Məhkəmə qərarları › İş №2-1(104)-455/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-455/2025

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-455/2025 19.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya ##.##.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ilə “X3” Qanunun 37.3.1-ci maddəsinə (6 illik) əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış, ona ##.##.2024-cü il tarixdən ömürlük 1574.25 manat pensiya təyin edilmiş və ##.##.2024-cü il tarixədək ödənilmişdir. Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə “X3” Qanunun 45-ci maddəsi tətbiq edilərək, 3-17-1/3-3- ****/**** nömrəli sərəncam etibarsız hesab edilmiş, iddiaçıya ##.##.2024-cü il tarixdən ömürlük 1352,21 manat pensiya təyin edilmiş və ##.##.2024-cü il tarixdən 1432,51 manat artıq vermə müəyyən edilmişdir. Daha sonra X2 pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarla “X3” Qanunun 37.3.1-ci maddəsinə (6 illik) əsasən ##.##.2024-cü il tarixli 3-17-1/3- *-*****/**** nömrəli sərəncamı etibarsız sayılmış, iddiaçıya ##.##.2024-cü il tarixdən ömürlük 1358,98 manat pensiya təyin edilmiş və ##.##.2024-cü il tarixdən 1375,30 manat artıq vermə müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı isə X2 pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə “X3” Qanunun 37.3.1-ci maddəsinə (6 illik və ##.##.2025-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən) əsasən pensiyası yenidən hesablanaraq iddiaçıya ##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək 1351,37 manat, ##.##.2025-ci il tarixdən – ##.##.2025-ci il tarixədək 1460,83 manat, ##.##.2025-ci il tarixdən isə 1567,70 manat ömürlük pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş pensiya məbləği haqqında ##.##.2024-cü il tarixli 3- **-*/*-H-******/**** nömrəli məktubunda bildirilmişdir ki, ona ## ###### 2018-ci il tarixindən hesablanmaqla Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildirilir ki, "X3" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən Qanunun 9- cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (kişilər ##.##.2024-cü il tarixinə 65 il) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixindən qüvvəyə minmiş ## ### 2022ci il tarixli ***-VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən "X3" Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, ona əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyinə görə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 62232,96 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyası ##.##.2024-cü il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 62232,96 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 96 aya (65 il-63 il)=24 ay+(144 ay-72 ay)) bölünməklə 648,26 manat (62232,96:96) əmək pensiyası (703,95 manat) üzərinə əlavə edilərək 1352,21 manat (703,95+648,26) ödənilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həmin tarixdən pensiya məbləği 1574,25 manata artırılaraq ödənilib. Bununla əlaqədar, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə əlaqədar inzibati icraata başlanılıb. Həmçinin nəzərdə tutulan tədbirlər haqqında onun mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün # ###### 2024-cü il tarixində məktub göndərilməklə ## ###### 2024cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin göstərilən müddət ərzində Mərkəzi Filiala gəlməmişdir. Qeyd olunanlara əsasən, ona ümumilikdə 1432,51 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1352,21 manat təşkil edir. İddiaçı pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*- H****/**** nömrəli imtina cavabı ilə bildirilmişdir ki, son dövrlər ölkədə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə pensiyaların minimum məbləği 2,5 dəfə artırılaraq 280 manata çatdırılmış, bütün növ pensiyaların sığorta hissəsi əvvəlki illərdə müvafiq olaraq 16,6% (2020), 11,4% (2021), 10% (2022), 14,7% (2023) və 11,2% (2024) artırılmış, nəticədə orta aylıq pensiya məbləği təxminən 491 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 525 manata yüksəldilmişdir. Pensiya təyinatı prosesinin sadələşdirilməsi üçün # ###### 2019-cu il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış, 131 min nəfərə yaxın şəxsə epensiya təyinatı aparılmışdır. Həmçinin vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya məbləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün "Pensiya kalkulyatoru" elektron xidməti (https://esosial.az/#/eServiceFrame/5721) yaradılmışdır. Müraciətində qeyd olunan məsələ ilə bağlı bildirilir ki, ona əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyinə görə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 64 923,3 manat pensiya kapitalına əsasən əmək pensiyasının ##.##.2024-cü il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, pensiya kapitalı "X3" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 96 aya (65 il-63 il)=24 ay+(144 ay-72 ay)) bölünməklə 676,3 manat (64 923,3/96) aylıq əmək pensiyasının - 682,7 manatın üzərinə əlavə edilərək 1359 manat (682,7+676,3) ödənilməli olduğu halda, səhvən 1574,3 manat məbləğində yenidən hesablanmış və ##.##.2024-cü il tarixinədək ona ödənilmişdir. Bununla bağlı, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə əlaqədar inzibati icraata başlanılmışdır. Həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar gəbul edilməsi üçün ona # ###### 2024-cü il tarixində məktub göndərilməklə ## ###### 2024-cü il tarixinədək Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Mərkəzi Filial) gəlməyi xahiş edilmişdir. Lakin göstərilən müddət ərzində Mərkəzi Filiala gəlməmişdir. Qeyd olunanlara əsasən pensiya məbləği 1359 manata endirilmişdir. Eyni zamanda, ona ümumilikdə 1375,3 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün ona göndərilmiş rəsmi məktubda yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına uyğun olaraq, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (kişilər ##.##.2024-cü il tarixinə 65 il) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixindən qüvvəyə minmiş ## ### 2022ci il tarixli 530- VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, sözügedən Qanunun 2.2-ci maddəsində qeyd edilir ki, 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının ## ###### 2024-cü il tarixindən yenidən hesablanmış olduğu məbləğdə ödənilməsinin qeyri-qanuni hesab edən qərarının ləğv edilməsi və bu ödənişin azaldıldığı tarixdən əvvəlki məbləğdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında ona cavabdeh tərəfindən vaxtilə pensiyanın 63 yaşdan yenidən hesablanması zamanı guya səhvən qaydalara uyğun aparılmaması, bu səbəblə cavabdehin təkrarən həmin yenidən hesablaması nəticəsində pensiyasının azaldılması və pensiyasının əvvəlki həcmdə ödənilməsi tələbi ilə əlaqədar mübahisə yaranmışdır. O, 57 yaşı tamam olan zaman DSMF-nun Ağstafa rayon şöbəsinə müraciət edərək ona topladığı ümumi və güzəştli iş stajı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Həmin şöbəyə təqdim etdiyi sənədlər əsasında ona ## ###### 2018-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdehə müraciəti əsasında “X3” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasına ## ###### 2024-cü il tarixindən əlavə hesablanıb ödənilməyə başlamışdır. Lakin cavabdeh özünün qəbul etdiyi qərarla onun əmək pensiyasının ## ###### 2024-cü ildə müəyyən etdiyi məbləği azaldaraq daha az pensiya ödəməyə başlamışdır. Cavabdehə yazılı müraciət edərək, pensiya məbləğini əvvəlki məbləğdə ödənişini bərpa etməyi xahiş etmişdir. Həmin müraciətinə cavabdehin ## ####### 2024-cü il tarixli, *-**/*-H-****/**** saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etdiyini bildirmiş və qanunvericilik tələblərini səriştəsiz olaraq interpretasiya etməklə bu qərarını əsaslandırmaq istəmişdir. Bildirmişdir ki, guya ona 1375 manat artıq pul məbləği ödəndiyi üçün həmin vəsait pensiya məbləğindən tutulub büdcəyə geri ödənilməsinə yazılı razılıq verməyi istənilmişdir. Cavabdehin imtina məktubunu ## ###### 2024-cü il tarixində poçtampt vasitəsilə konvertdə almışdır və Azərpoçt MMC-nin rəsmi saytında həmin məktubun (izləmə nömrəsi- SS896655826AZ) çatdırılması barədə yerləşdirilmiş raportla təsdiq edilir. O, ## ####### 1964-cü il tarixində ünvan 1 ünvanında yaşayır. O, iddiaçının ümumi və güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilməyən hal olduğu üçün hesab edir ki, hazırki iddiada mübqahisələndirilməyən hallar kimi qəbul edilməlidir. Mübahisələndirilən yeganə hal, onun əmək pensiyasının 2024-cü 18 yanvar tarixində yenidən hesablanma zamanı hesablama qaydasının düzgün tətbiq edilibedilməməsi məsələsidir. Cavabdeh öz məktubunda öz qəbul etdiyi qanunsuz qərarını əsaslandırmaq üçün mövcud qanunvericilik aktlarını qəsdən əks mənada interpretasiya edərək, onun pensiya hüququnu məhdudlaşdırmışdır. Bunun sübutu üçün aşağıdakıları bildirmək istəyir. Halbuki, 45-ci maddəsinin ikinci cümləsi yalnız ##.##.2017-ci il tarixdən sonra "X3" Qanununun 9.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən 60 yaşdan çıxan şəxslərə aiddir ki, bu halda həmin yaşdan çıxan şəxslərə tətbiq edilmiş qaydalar əsasında həyata keçirilir. Ona təyin edilmiş 57 yaşdan güzəştli pensiya ##.##.2006-cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun normaları əsasında təyin edilməklə pensiya verilməsi həyata keçirilmişdir. Cavabdehin Azərbaycan Respublikası ##.##.2022-ci il tarixli, ***-VIQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən"X3" Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixindən qüvvədə olan redaksiyasına istinad etməsi ona təyin edilmiş güzəştli pensiyaya münasibətdə tətbiq edilməsi düzgün deyil və cavabdeh həmin qanunun normalarını düzgün şərh etmir. Belə ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, ##.##.2018-ci il tarixdən, 57 yaşdan ##.##.2017-ci il tarixə kimi qüvvədə olmuş "X3" Qanununun 9.8-ci maddəsinə əsasən ##.##.2006-cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir və bu barədə hətta məhkəmə aktlarında da açıqlama verilmişdir. Belə ki, cavabdehin istinad etdiyi "X3" Qanunun 45-ci maddəsinin ikinci cümləsi ##.##.2017-ci il tarixdən sonra həmin Qanunun 9.1-ci maddəsində edilmiş dəyişikliyə, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə aiddir ki, həmin Qanunun 45-ci maddəsi baxmayaraq ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş və yalnız həmin dövrdə qüvvədə olmuş Qanunun 9.1-ci maddəsinə əsasən tətbiq edilirdi. "X3" Qanunun 45-ci maddəsi ##.##.2017-ci il tarixədək qüvvədə olmuş "X3" Qanunun 9.1 və 9.8-ci maddələrinə tətbiq edilməsi mümkün deyildi. Ona görə də, həmin dövrə kimi qüvvədə olan Qanunun 9.8-ci maddəsinə əsasən iki növdə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin 52 yaşdan - ##.##.2006cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" və "b" bəndlərinə (20 və 25 il ümumi və 10 və 12 il 06 ay xüsusi iş stajı əsaasında, hansı tarixdən müraciət etmələrinə baxmayaraq) və ya ##.##.2017-ci il tarixədək qüvvədə olmuş (25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı əsasında, hansı tarixdən müraciət etmələrinə baxmayaraq) və həmin tarixədək hüququ yaranmış şəxslərin hüququ yaranırdı. Bu hallar ##.##.2006-cı il tarixədək olan şəxslərə Azərbaycan Respublikası Nazirlər ##.##.1993-cü il tarixli, *** saylı 1 və 2 №li Siyahıya əsasən və ##.##.2017-ci il tarixədək olan şəxslərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə tənzimlənir. Və buna açıqlama olaraq Azərbaycan Respublikası ##.##.2022-ci il tarixli, nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən "X3" Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixindən qüvvədə olan redaksiyası həmin tarixədək təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Cavabdeh həmin Qanunun normalarını düzgün şərh etmir. Belə ki, Azərbaycan Respublikası ##.##.2022ci il tarixli, ***-VIQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən qeyd edilir ki, bu 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmin Qanunun 1.11-ci maddəsi 45-ci maddəsinin 2-ci cümləsinin çıxarılmasını bildirir ki, bu da yalnız "X3" Qanunun ##.##.2022-ci il tarixindən sonra müraciət etmiş səxslərə aiddir. Qanunun 2.2-ci maddəsi yalnız ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixə olan dövrlərdə qüvvədə olmus "X3" Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan təyin edilmiş şəxslərə aiddir. Məhz halhazırkı "X3" Qanunun 2.2-ci maddəsinin tətbiq edilməsi qaydası ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixə olan dövrləri əhatə edir. Həmçinin məhkəmə aktlarında qeyd edilir ki, ##.##.2017-ci il tarixədək qüvvədə olmuş "X3" Qanununun 9.8-ci maddəsinə, yəni bu Qanun qüvvəyə minənədək əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən, yəni hesablanma qaydası da həmin tələblərin normaları əsasında tətbiq edilir. Misal üçün ##.##.2017-ci il tarixədək qüvvədə olmuş "X3" Qanununun 9.8-ci maddəsinə əsasən ##.##.2010-cu il tarixədək hüququ yaranmış şəxslərə həmin tarixədək qüvvədə olmuş "X3" Qanununun 27.1-ci maddəsinə əsasən Qanunun normaları əsasında hesablanması, yəni əmək haqqıya əsasən həyata keçirilir. "X3" Qanunun 45-ci maddəsinin ikinci cümləsi çıxarılaraq yenidən hesablanma qaydası 144-ə bölünməklə həyata keçirilməsi qərara alınmışdır. X3 Qanunun 37.3.1-ci maddəsi isə yenidən hesablanma zamanı aşağıdakılara riayət olunmasını tələb edir; - 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Odur ki, cavabdeh ona 63 yaşdan yenidən hesablanma həyata keçirərkən qanunvericiliyi düzgün tətbiq etmişdir. Lakin sonradan cavabdehin pensiya hüquqlarını məhdudlaşdıran qərar qəbul etməsi təəssüf doğurur. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh orqanın ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarının ləğv edilməsi və X3 Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 2-ci cümləsi tətbiq olunmadan onun əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində “X3” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 2-ci cümləsi tətbiq olunmadan onun əmək pensiyasının yenidən hesablanmasını xahiş edərək, həmin normanın ona tətbiq edilməməli olmasının əsası kimi o hala istinad edir ki, həmin Qanunun keçid müddəalarının 2.2-ci bəndi yalnız ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixə olan dövrlərdə qüvvədə olmuş "X3" Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan təyin edilmiş şəxslərə aiddir. ##.##.2017-ci il tarixdək qüvvədə olmuş "X3" Qanununun 9.8-ci maddəsinə, yəni bu Qanun qüvvəyə minənədək əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən, yəni hesablanma qaydası da həmin tələblərin normaları əsasında tətbiq edilir. Lakin “X3” Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi barədə ##.##.2022ci il tarixli ***-VIQD nömrəli Qanunun keçid müddəalarında konkret tənzimləmə aparılmış və “45-ci maddənin ikinci cümləsi çıxarılması” halının bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona 52 yaşdan ## ####### 2016cı il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu tarixdən sonra iddiaçı əmək fəaliyyətinə davam etmiş və ## ####### 2022-ci ildə “X3” Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması hüququnu qazanmışdır. Cavabdeh tərəfindən həmin tarixdə əmək pensiyası düzgün qaydada yenidən hesablanmışdır. Düzgün hesablama ona görə adlandırır ki, ## ####### 2016-## ####### 2022-ci il tarixləri arasında toplanan pensiya kapitalı ölkə üzrə müəyyən edilmiş pensiya ödənişləri aylarının sayını (həmin tarixdə və hal-hazıradək 144-ə bərabərdir) pensiya təyin edildikdən işlədiyi ayların sayı qədər 72 ay azaldaraq alınan 72 rəqəminə bölmüş və alınan məbləğ əvvəlki pensiyanın üzərinə toplanaraq yenidən hesablanmışdır. Bu belə də olmalıdır və izahı aşağıdakı kimidir: ##.##.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“X3” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə # #### 2006-cı il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə ##.##.2017-ci il tarixli ***-VQD nömrəli Qanunla (##.##.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. ##.##.2022-ci il tarixli ***-VIQD nömrəli Qanunun (##.##.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: ##.##.2017-ci il tarixədək 144; ##.##.2017-##.##.2022-ci illərdə 144 güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı: -##.##.2022-ci ildən yenidən 144 olmuşdur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, ##.##.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, ##.##.2017-##.##.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır. İşin faktiki hallarından isə görünür ki, iddiaçıya əmək pensiyası ## #### 2017-ci il tarixədək təyin edilmiş, mübahisələndirilən hesablama qaydasının tətbiq olunduğu, yəni pensiya kapitalının 72 aya bölünməsinə dair qaydaya dair hesablama isə ##.##.2022-ci il tarixdən sonra olmuşdur. Göründüyü kimi istər pensiya təyinatının aparıldığı dövrdə, istərsə də mübahisələndirilən hesablamanın aparıldığı dövrdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır və bununla, göstərilən normanın iddiaçıya münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Cavabdeh inzibati orqan apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qanunverici tərəfindən “X3” Qanuna edilən dəyişikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun ##.##.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Prosessual məsələlər Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi Yasin Zeynalov apellyasiya şikayətində qeyd olunan dəlillərə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə tərəflərə məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmiş və Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X3” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti (##.##.2017-ci ildən ##.##.2022-ci ilədək qüvvədə olan redaksiya) Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “X3” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli 530- VİQD nömrəli Qanunu 1.11. 45-ci maddənin ikinci cümləsi çıxarılsın. Maddə 2. Keçid müddəaları 2.1. Bu Qanunla “X3” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, prosess iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin qərarlarının ləğv olunması və ona “X3” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının 72 aya bölünməsi yolu ilə həyata keçirilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına yönəlmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya ##.##.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *- **-*/*-*-****/**** nömrəli qərarı ilə “X3” Qanunun 37.3.1-ci maddəsinə (6 illik) əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış və ona ##.##.2024-cü il tarixdən ömürlük 1574.25 manat pensiya təyin edilmişdir. Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *-**-*/*-*- *****/**** nömrəli qərarı ilə “X3” Qanunun 45-ci maddəsi tətbiq edilərək, *-**-*/*-*-****/**** nömrəli sərəncam etibarsız hesab edilmiş, iddiaçıya ##.##.2024-cü il tarixdən ömürlük 1352,21 manat pensiya təyin edilmiş və ##.##.2024-cü il tarixdən 1432,51 manat artıq vermə müəyyən edilmişdir. Daha sonra X2 pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarla “X3” Qanunun 37.3.1-ci maddəsinə (6 illik) əsasən ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli sərəncamı etibarsız sayılmış, iddiaçıya ##.##.2024-cü il tarixdən ömürlük 1358,98 manat pensiya təyin edilmiş və ##.##.2024-cü il tarixdən 1375,30 manat artıq vermə müəyyən edilmişdir. Daha sonra məhkəmə icraatı zamanı isə X2 pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə “X3” Qanunun 37.3.1ci maddəsinə (6 illik və ##.##.2025-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə) əsasən pensiyası yenidən hesablanaraq iddiaçıya ##.##.2024cü il tarixdən – ##.##.2024-cü il tarixədək 1351,37 manat, ##.##.2025-ci il tarixdən – ##.##.2025-ci il tarixədək 1460,83 manat, ##.##.2025-ci il tarixdən isə 1567,70 manat ömürlük pensiya təyin edilmişdir. Hazırda iddiaçı hesab edir ki, onun əmək pensiyasının yenidən hesablanması zamanı “X3” Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “X3” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən, pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yasından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “X3” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçının pensiyası yenidən hesablanarkən cavabdeh inzibati orqan ## ### 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (Keçid müddəlarına) istinadən normanın ləğvinin (45-ci maddənin ikinci cümləsi) həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmədiyini bildirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “X3” Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixli Qanunla ləğv edilmiş ikinci cümləsi ## #### 2017-ci il tarixli Qanun ilə maddəyə əlavə edilmiş (##.##.2017-ci ildə qüvvəyə minmişdir) və yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir. Başqa sözlə yenidən hesablanmaya şamil olunmur. Pensiyanın yenidən hesablanması isə Qanunun 37.3.1 maddəsi ilə tənzimlənir. Buna görə də, ləğv edilmiş norma əsasında pensiyanın yenidən hesablanması hüquqi cəhətdən yolverilməzdir, çünki hüquqi normanın tənzimləmədiyi münasibətə ultraaktivliyin tətbiq edilməsi hüququn əsas prinsiplərinə ziddir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğundan iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsən. Yeni qərar qəbul edilərək iddia təmin edilsin. İddiaçı İddiaçı barəsində olan “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**- */*-*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarları ləğv edilsin və “X3” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən iddiaçı İddiaçı pensiyasının yenidən hesablanması zamanı onun fərdi hesabımın sığorta hissəsində toplanmış pensiya kapitalının 72 aya bölünməsi yolu ilə həyata keçirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar