Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-458/2025 02.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-945/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X10 l Qarabağ müharibəsində yaranmış əlilliyinə görə ödənilməli olan birdəfəlik sığorta ödənişinin vərəsəsi olaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2023- cü il tarixli birdəfəlik sığorta ödənişinə dair ərizə ünvanlamışdır. Həmin ərizə ilə Yuxarı Qarabağ istiqamətində gedən döyüşlərdə qarın boşluğu və sol sağrı nahiyəsindən odlu silah, qəlpə yaraları almış və buna görə də əlillik təyin edilmiş və əlilliyə görə müavinətlər almış oğlu X12 İ dərəcəli əlilliyə görə ödənilməli olan 8800 manat birdəfəlik sığorta ödənişinin yeganə varisi olaraq özünə, yəni anasına ödənilməsini xahiş etmişdir. Lakin xx.xx.2023-cü il tarixli məktubla X10 aldığı xəsarətlərlə əlaqədar olaraq əlilliyinin müəyyən olunmaması səbəbilə rədd edilmişdir. Qeyd etmək istəyir ki, İddiaçı oğlu X13 xx.xx.1967-ci ildə Ağdam şəhərində anadan olmuş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası silahlı Qüvvələri sıralarına daxil olmuşdur. xx.xx.1992-ci ildə Yuxarı Qarabağ istiqamətində gedən döyüşlərdə qarın boşluğu və sol sağrı nahiyələrindən odlu silah, qəlpə yaraları almışdır. Göstərilən faktlar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.1992-ci il tarixli, 146 nömrəli xəstəlik haqqında şəhadətnaməsində təsdiqini tapmışdır. X13 1992-ci ildən 1995ci ilədək Qarabağ müharibəsi zamanı aldığı xəsarətlərə görə yaranmış 1-ci dərəcəli əlilliyinə görə müavinətlər almış, 23 aprel 1995-ci ildə dünyasını dəyişmişdir. X3 əlilliyini təsdiq edən sənədin (əlillik vəsiqəsinin) surəti onlarda mövcud olsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Ağdam Rayon Şöbəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı sorğulara baxmayaraq həmin dövrə aid əlilliyin müəyyən edilməsinə dair müfaviq sənədlər saxlanmadığından əlillik vəsiqəsinin əslini əldə etmək mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.1992-ci il tarixli, 146 nömrəli xəstəlik haqqında şəhadətnaməsində X10 hərbi xidmət dövründə aldığı xəsarətlər və eləcə də "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" formasında əlilliyinin mövcud olması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli "1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi" Qaydalarına əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin vərəsələri üçün 1-ci dərəcə əlilliyə görə 8800 manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Ona görə də düşünürlər ki, imtina məktubu əsassızdır və X12 1-ci Qarabağ müharibəsində yaranmış əlilliyinə görə ödənilməli olan birdəfəlik sığorta ödənişi vərəsəsi olaraq anası İddiaçı ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-8460/2024 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı cavabdeh əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmiş, iddia tələbi “X10 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 və Dövlət Sosial Müdafiə Fondunun arxiv sənədləri arasında X12 əlilliyin təyin edilməsinə dair sənədlərin aşkarlanmadığını, başqa sözlə X12 əvvəllər əlillik təyin edilmədiyini, bu səbəbdən X10 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-945/2025 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-945/2025 saylı qərardadının ləğv edilməsi və iddianın mümkün sayılaraq icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-945/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtləri yoxlanılarkən, həmçinin iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş: -Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 708-05/15 nömrəli arayışla müəyyən olunur ki, X13 xx.xx.1967-ci il tarixdə anadan olmuş, atası X9, anası İddiaçıdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1992-ci il tarixli 146 nömrəli xəstəlik haqqında şəhadətnaməsində X10 aldığı “Odlu silah nüfuz edən qəlpə yaralanması (xx.xx.1992), sol oturaq sinirin travmatik zədələnməsi ətrafın funksiyasının mülayim pozulması ilə. Qarın boşluğunun dəlib keçən qəlpə yaralanması nəticəsində siqmoidobənzər bağırsağın zədələnməsinə görə aparılmış laparotomiya, siqmoid bağırsağının seroz örtüyü tikilməsi cərrahiyə əməliyyatlarından sonrakı vəziyyət” diaqnozlu travmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. -Ağdam Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən X12 Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İ qrup əlilliyə görə xx.xx.1994- cü il tarixdə 988 saylı vəsiqə verilmişdir. Həmin vəsiqədə 01 mart 1995-ci il tarixədək etibarlı olması qeyd edilmişdir. -İddiaçı birdəfəlik ödəmə verilməsi barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlandığı ərizəsinə xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. X5 aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-17-1/22-H95692/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. X5 aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixlii 3-17-4/2-20177/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, N.Hüseynova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin, əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 14 nömrəli Tibbisosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-8810/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzi Filialın arxivində və elektron informasiya bazalarında mərhum X12 dair hər hansı məlumat aşkarlanmamışdır. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixlii 3-17-4/2-6255/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı X5 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi barədə xx.xx.2024-cü il tarixində Agentliyə 3-17-4/1-H-43566/2024 nömrəli müraciət ərizəsi daxil olmuş və tərəflərindən xx.xx.2025-ci il tarixli 3-17-4/2-H-4110/2025 nömrəli məktubla cavablandırılmışdır. Məlumat üçün bildirilir ki, N.Hüseynova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin, əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 14 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında məlumat aşkar edilməmişdir. -Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-4/2-H-4110/2025 nömrəli məktubunda bildirilmişdir ki, mərhum N.Hüseynovun əlilliyinə dair məlumatlar Agentliyin və Dövlət Sosial Müdafiə Fondunun arxiv sənədləri arasında aşkarlanmamışdır Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Ağdam Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən X12 Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İ qrup əlilliyə görə xx.xx.1994-cü il tarixdə 988 saylı vəsiqə verilmiş, həmin vəsiqədə 01 mart 1995-ci il tarixədək etibarlı olması qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1992-ci il tarixli 146 nömrəli xəstəlik haqqında şəhadətnaməsində X10 aldığı “Odlu silah nüfuz edən qəlpə yaralanması (xx.xx.1992), sol oturaq sinirin travmatik zədələnməsi ətrafın funksiyasının mülayim pozulması ilə. Qarın boşluğunun dəlib keçən qəlpə yaralanması nəticəsində siqmoidobənzər bağırsağın zədələnməsinə görə aparılmış laparotomiya, siqmoid bağırsağının seroz örtüyü tikilməsi cərrahiyə əməliyyatlarından sonrakı vəziyyət” diaqnozlu travmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçının X5 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə müraciətinə Agentlik tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-4/2-H-4110/2025 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, N.Hüseynova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamış, həmçinin, əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 14 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixlii 3-17-4/2-6255/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nəbi Hüseynova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamış, həmçinin, əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 14 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-4/2-H-4110/2025 nömrəli məktubunda bildirilmişdir ki, mərhum N.Hüseynovun əlilliyinə dair məlumatlar Agentliyin və Dövlət Sosial Müdafiə Fondunun arxiv sənədləri arasında aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçının « X5 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi ilə əlaqədar » müraciətinə dair cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində mərhum Nəbi Hüseynovun əlilliyinin mövcud olmasını təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən də araşdırma aparılmış, müvafiq sorğuya Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-8810/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzi Filialın arxivində və elektron informasiya bazalarında mərhum X12 dair hər hansı məlumat aşkarlanmamışdır. Beləliklə müəyyən olunur ki, hazırkı işdə mərhum X12 əvvəllər əlillik təyinatının aparılması, eləcə də müvafiq əlilliklə əlaqədar ona hər hansı sosial ödəmənin aparılması müəyyən edilməmişdir. Ümumiyyətlə isə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və hərbi-həkim komissiyalarının verdiyi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır və əlilliyin müəyyən edilməsinə dair qərar qəbul edilir. Yalnız bundan sonra şəxs əlilliyi müəyyən olunmuş şəxs hesab edilir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X2 1.1ci bəndində qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. X6 fəaliyyət istiqamətləri, eləcə də vəzifələri qeyd olunmuş müvafiq bəndlərində əlilliyinin mövcud olmasını təsdiq edən şəhadətnamənin verilməsi kimi səlahiyyət, həmçinin belə bir sənədin verilməsi kimi öhdəlik nəzərdə tutulmamışdır. Beləliklə, hazırki işdə cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı müəyyən edilməmişdir. Halbuki, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni düzgün sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin hazırkı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-945/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-458/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-458/2025
02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver